Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-33/2024 03.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 10:40 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin inzibati binasında xx xxxxx 1994-cü ildə Lerik rayonunun Şinəband kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay , orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Şinəband kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş dəqiq tarixdə, eləcə də mənbədən satış məqsədi ilə 03 ədəd kibrit qutusunda və 01 ədəd kağız bükümdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanolepitk əlmətlərinə və bioloji komponent tərkibinə görə bir-birilərilə eyni olan 14,207 qram çəkidə, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 20 yanvar 2024-cü il tarixdə, saat təxminən 18 radələrində Lənkəran rayonunun Balıqçılar qəsəbəsində yaşayan bacısının əri Şahid4 ilə Liman şəhərində görüşərək sonuncunun sinif yoldaşı Balıqçılar qəsəbə sakini Şahid6 idarə etdiyi BMW markalı, **- MG-*** dövlət qeydiyyat nişanlı avtomaşında Lerik şəhərinə yola düşmüş, üzərində daşıdığı narkotik vasitə qurudulmuş marixuanadan 01 ədəd kağız bükümdə olan 0,274 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı avtomobilin salonunda yanında olan Şahid4 satmış, Lerik rayon PŞ-nin əməkdaşları tərəfindən 20 yanvar 2024-ci il tarixdə, saat 20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı bacısının əri Şahid4 ilə birlikdə sərnişini olduğu Şahid6 idarə etdiyi BMW markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomaşında Lənkəran-Lerik yolunun 53-cü km-də hərəkətdə olarkən şübhəli şəxs qismində saxlanılaraq Lerik rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 20:55-dən saat 21:25-dək üzərində şəxsi axtarış aparılarkən sol ayağının balağında 03 ədəd kibrit qutusunda təmiz çəkisi 13,933 qram, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana, bundan sonra göstərilən tarixdə, saat 21:28 dən saat 21:50-dək Şahid4 üzərində şəxsi axtarış aparılarkən sol ayağının corabında 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,274 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilir. Narkotik vasitə marixuanadan ara-bir istifadə edir, lakin tam xəstəsi deyildir. 20 yanvar 2024-cü il tarixdə narkotik vasitə istifadə etmək istəmiş, narkotik vasitə tamaq üçün Lənkəran şəhərinə getmək lazım olduğuna görə Lerik şəhərinə gəlmiş, pul az olduğu üçün Azadla əlaqə saxlayıb Lerik şəhər avtovağzal ərazisində onunla görüşüb söhbət etmiş və Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə qohumlarının evinə getdiyini, ona pul lazım olduğunu deyərək Azaddan borca pul istəmiş, Azadda pul olmadığına görə ona borca pul verməmişdəir. Azada «balıq olsa sənin üçün götürərəm, pulunu verə bilərsən ya yox, Azad ona balıq olsa götürüb ona xəbər verərsən pulunu hazırlayıb verərəm» demiş, Lənkərana tək getməsin deyə həmin vaxt Lerik şəhərində xəstəxanada arvadının yanında olan həmkəndlisi və əmisi oğlu Şahid3 zəng edərək ona «Lənkəran şəhərinə gedirəm vacib işim var mənimlə yoldaşlığa gəlirsən ya yox» demiş, Sahil ondan nə üçün Lənkərana getdiyini soruşmuş, Sahilə «işim var gəlirsən ya yox» demiş, lakin Sahilə nə üçün Lənkərana getdiyini bildirməmiş, Sahil onunla razılaşaraq Lerik şəhər Avtovağzal ərazisinə gəlib görüşmüşlər, daha sonra tanımadığı şəxsin idarə etidiyi nömrə nişanına baxmadığı avtomaşınla Liman şəhərinə getmiş, şəhərin mərkəzində maşından düşüb sürücünün 11 manatını verib ayrılmışlar. Liman şəhərində peraşki alıb yemişlər, Sahilə «sən burada qal mən parka gedib dostumla görüşüb qaydıram» deyərək Liman şəhərində Parka getmiş və tanımadığı, birinci dəfə gördüyü bir şəxslə görüşmüş, özündə olan 180 manatı həmin şəxsə vermiş, adını bilmədiyi və birinci dəfə gördüyü şəxs ona sellofana bükülmüş 03 ədəd kibrit qutusunu verərək kibrit qutularında nəşə olduğunu bildirmiş, bundan əlavə ona bir ədəd xırda ölçüdə kağız büküm verərək «bunu sənə pay verirəm yoxlayarsan» demiş, həmin şəxsdən aldığı 03 ədəd kibrit qutularını gödəkcənin döş cibinə, 01 ədəd kağız bükümü isə şalvarının yan cibinə qoyaraq Sahilin yanına gəlmiş, Sahil üzərində nəşənin olduğunu bilməmiş, hava qaralmış, Lerik şəhərinə qayıtmaq üçün avtomobil axtararaq tapa bilməmiş, məcbur olub Balıqçılar qəsəbəsində yaşayan bacısının əri Mehmana zəng edib danışaraq ona «mən Sahil ilə birlikdə Liman şəhərindəyik Lerik şəhərinə getmək istəyirik lakin taksi tapa bilmirik, Mehman ona səni başa düşdüm, 2 dəqiqə gözlə sənə zəng edirəm» demiş, az vaxtdan sonra Mehman ona zəng edib ona «dostum var onunla danışmışam 40 manatlıq benzin maşina doldurarsınız sizi aparar» demiş, Mehmanla razılaşaraq maşının gəlməsini demiş, az vaxtdan sonra Mehman tanımadığı şəxsin idarə etdiyi avtomaşınla onların yanına gəlmiş, Mehman və sürücüdən əlavə bir nəfər də maşında olmuş, Mehman onu dostu kimi təqdim etmiş, Sahil ilə birldikdə həmin avtomobilə oturmuş və Lerik şəhərinə yola düşmüşlər. Yolda Mehmanın qulağına bir dəfə istifadə üçün nəşə var lazımdır sənə verim demiş, Mehman işarə ilə razılığını bildirmiş, gizli olaraq həmin kağız bükümü Mehmana vermişdir. Avtomaşının salonunda olan digər 3 nəfər görməmişlər. Daha sonra gödəkcənin cibində olan 03 ədəd nəşə ilə dolu kibrit qutularını sol ayağının corabına qoyaraq gizlətmiş, 20 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Mehmanın dostunun avtomaşınında Lerik şəhərinin mərkəzinə yaxınlışdıqları zaman, yəni Şəhidlər Xiyabınına çatmamış Lerik RPŞ-nin əməkdaşları onları saxlayıb «siz narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəlisiniz, bizimlə şöbəyə getməlisiniz» demişlər, bundan sonra onları Lerik RPŞ-nə gətirmişlər. Daha sonra hüquqları ona izah edilmiş və üzərində hüquqlarının müdafiəsi üçün təqdim olunmuş vəkilin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində narkotik vasitənin olub-olmaması varsa təqdim etməsi təklif olunmuş, bundan sonra üzərində olan nəşə ilə dolu 03 ədəd kibrit qutusunu sol ayağının çorabından çıxarıb polisə təqdim etmiş, üzərində olan nəşə ilə dolu 03 ədəd kibrit qutular qablaşdırılıb götürülmüşdür. Həmin gün və ondan əvvəlki günlərdə Şahid7lə telefon danışığı olmuş və 20 yanvar 2024-cü il tarixdə Lənkəran şəhərinə marixuana üçün getməzdən əvvəl Azadla görüşüb söhbət etmiş, hətta ondan borca pul istəmiş, onun üçün balıq gətirəcəyini demiş, polis tərəfindən yaxalandıqdan sonra Azad tərəfindən barəsində polisə məlumatın verilməsini düşünüb Azadın ona pul verib nəşə üçün göndərməsini izahat və ifadəsində bildirmiş, Şahid7 ona pul verməmiş və marixuna üçün göndərməmişdir. Lənkəran şəhərinə nəşə almaq üçün getməsini Azad bilməmiş, özü də ona bu barədə hər hansı bir söz deməmişdir. Lənkəran rayonunun Liman şəhərində tanımadığı şəxsdən özü istifadə etmək üçün marixuana almışdır. Narokotik vasitənin satışı ilə məşğul olmamış və hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. Hazırda etdiyi əməlindən peşimandır. Söz verir ki, bir daha narkotik vasitə istifadə etməyəcəkdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq ona qanunamüvafiq qaydada köməklik edilməsini xahiş edir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, barəsində ədalətli hökm çıxarılmasını bildirərək, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2022-ci ildən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik rayonunun Şinəband kənd tam orta məktəbində müəllim və direktor müavini işlədiyinə görə həmin kənd sakinlərini, o cümlədən Təqsirləndirilən şəxs və Şahid3 tanıyır, onlarla ziddiyyəti olmamışdır. Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini Şahid4 əvvəllər tanımamış, onunla hər hansı bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs və Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini Şahid4 üzərilərində narkotik vasitələri daşımasında və istifadəsində şübhəli olmaları barədə 20 yanvar 2024-cü il tarixdə ona məlumat daxil olmuş, daxil olmuş məlumatı dərhal yoxlamaq məqsədi ilə Lerik RPŞ-nin rəhbərliyinə müvafiq raportla məruzə etmiş, Təqsirləndirilən şəxs və Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini Şahid4 müşahidəyə alınması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, qəbul etdiyi qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunaraq müvafiq əmrə əsasən Lerik RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid2 və PPXB-nin manqa komandiri, polis baş serjantı X3 ibarət qrup yaradılaraq Təqsirləndirilən şəxs və Şahid4 müşahidəyə almaq üçün tədbirlər keçirtmiş, müşahidəyə aldıqları Təqsirləndirilən şəxs və Şahid4 ilə maraqlanmış, Təqsirləndirilən şəxs və Şahid4 BMW markalı, 10MG-108 dövlət qeydiyyat nişanlı avtomaşınla Lerik şəhərinə gəlmələri barədə ona məlumat daxil olmuş, onları Lənkəran-Lerik yolunda izləmişlər. Həmin gün saat 20:45-də Lənkəran-Lerik yolunun 53-cü km-də Lerik şəhərinin mərkəzinə doğru hərəkət edən BMW markalı, 10MG- 108 dövlət qeydiyyat nişanlı avtomaşını yolda dayandırmışlar. Avtomobilin salonunda olan sərnişinlər Təqsirləndirilən şəxs, onun əmisi Sahibin oğlu Şahid3, Nərimanabad qəsəbə sakini Şahid4, sonradan adlarını bildiyi avtomobilin sürücüsü Şahid6 və Şahid5 Mirsalam oğlu ilə qısa müddətdə söhbət edib Pərviz və Mehmanın narkotik vasiətələrdən istifadə etmələrinə və daşımalarında şübhəli olduqlarını bildirərək Lerik RPŞ-nə gəlmələrini demiş, avtomobildə olan şəxslər şübhəli danışdıqlarına görə onlara heç bir zor tətbiq etmədən dərhal Lerik RPŞ-nə dəvət etmişdir. Şöbəyə şübhəli şəxs qismində gətirdiyi X10, Şahid4, Şahid5 Mirsalam oğlu, Şahid3 və Şahid6 üzərilərində şəxsi axtarışın aparılması üçün raportla şöbə rəhbərliyinə müraciət etmiş, əməliyyat-axtarış qrupun tərkibində iştirak edən təhqiqatçı, polis mayoru X5 dəvət olunmuşdur. Vəkilin və onun iştirakı ilə videoçəkilişlə birinci Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Pərviz Tahirovun şalvarının sol balağında gizlətdiyi 03 ədəd kibrit qutusunun içində kəskin iyi olan, yaşıl rəngdə quru halda, narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Pərviz Tahirov bildirmişdir ki, Lerik şəhər sakini Azad adlı şəxs ona 20 yanvar 2024-cü il tarixdə 200 manat pul vermiş və Lənkəranda nəşə alıb onun üçün gətirməsini xahiş etmiş, Azadın xahişinə əsasən nəşə almaq üçün Lənkəran şəhərinə gedərkən yol-yoldaşı kimi əmisi oğlu Sahili də özü ilə aparmış, Sahildən xəbərsiz tanımadığı şəxsə 180 manat verib 3 kibrit qutusu dolu nəşə almış, kibrit qutularında nəşəni ona satan şəxs pay kimi ona bir ədəd kağız bükümdə bir dəfə istifadə üçün nəşə vermişdir. Lerik şəhərinə qayıtmaq üçün taksi axtarmış, tapa bilmədiyinə görə Balıqçılar qəsəbəsində yaşayan, xalası oğlu, həmdə bacısının əri Mehmana zəng edib Lerik şəhərinə getmək üçün ona avtomobil təşkil etməsini demiş, az vaxtdan sonra Mehman BMW markalı avtomaşında dostları ilə yanına gəlib onları da maşına götürüb Lerik şəhərinə yola düşmüşlər, avtomobilin salonunda olan şəxslərdən gizli olaraq özündə olan bir dəfə istifadə üçün hazırlanmış kağız bükümdəki nəşəni bacısının əri Mehmana vermişdir. Pərvizin üzərində aşkar olunmuş 03 ədəd kibrit qutulardakı kütlə tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, bundan sonra Şahid4 üzərində şəxsi axtarış aparılmış, Şahid4 sol ayağının corabında 01 ədəd kağız bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmiş, tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, şifahi sorğu zamanı Mehman demişdir ki, həmin kağız bükümdəki kütləni avtomobilin salonunda qayını Pərviz ona gizli vermişdir. Həmçinin Şahid5 Mirsalam oğlunun üzərində şəxsi axtarış aparılmış, Şahid5 gödəkcəsinin sol yan cibində 01 ədəd kardon borucuq aşkar edilərək qablaşdırılıb götürülmışdür. Bundan sonra X7 üzərində şəxsi axtarış aparılmış, Şahid3 salvarının sağ yan cibində 01 ədəd taxta borucuq aşkar edildiyinə görə qablaşdırılaraq götürülmüş, sonda X4 üzərində şəxsi axtarış aparılmış, Şahid6 üzərində hər hansı bir növdə narkotik vasitə, psixotrop maddə, digər cinayət xarakterli əşya və alət aşkar olunmamışdır. Həmçinin Şahid6 idarə etdiyi BMW markalı, 10MG-108 dövlət qeydiyyat nişanlı avtomaşınına baxış keçirilmiş, baxış keçirilən avtomaşında istənilən növdə narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli əşya və alət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs və Şahid4 ayrı-ayrılıqda narkotik vasitə əldə edib istifadə etmələri barədə ona məlumat daxil olmamışdır. Onların narkotik vasitədən istifadə etmələri barədə ona məlumat daxil olduğuna görə dərhal onları nəzarətə götürmüş, onların hansı mənbədən narkotik vasitəni əldə etmələrini bilmir, bu barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitəni satmaları barədə məlumat əldə edə bilməmiş, onların narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə ona hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan və üzərində 03 ədəd kibrit qutusunda narkotik vasitə marixuana aşkar olunub götürülərkən şifahi olaraq bildirmişdir ki, güya Azad adlı şəxs ona 200 manat pul verib onu nəşə almaq üçün göndərmişdir. Lerik şəhərində sayca Azad adlı şəxslər bir neçə nəfərdir. Azad adlı və yaxud da digər bir şəxsin Pərvizə pul verib narkotik vasitə almaq üçün Lənkəran şəhərinə göndərməsi barədə ona hər hansı bir əməliyyat məlumatı daxil olmamış və bununla bağlı heç bir məlumatı yoxdur. Düşünür ki, Pərviz əməllərini örtbasdır etmək və məsuliyyətdən yayınmaq üçün həqiqətə uyğun olmayan fikir söyləyir. Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, baxış keçirilən zaman onun üzərində 03 ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar kütlədən başqa istənilən növ narkotik vasitə və psixotrop maddə, həmçinin cinayət xarkterli əşya və alət aşkar olunmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonunun keçmiş Nərimanabad, hazırda isə Balıqçılar qəsəbəsində yaşayır. Lerik rayonunun Şinəband kəndində yaşayan xalası qızı ilə evlənmiş, qayınatası və ailə üzvləri hazırda Lerik rayonunun Şinəband kəndində yaşayırlar. Pərviz qayınıdır, münasibətləri yaxşıdır, təxminən bir ay bundan əvvəl Pərviz evinə qonaq gəlmişdir, bundan sonra onu görməmiş və telefon vasitəsi ilə də əlaqələr olmamışdır. Səmimi etiraf edib bildirmişdir ki, təsadüf hallarda narkotik vasitə marixuana tapanda istifadə etmişdir. 20 yanvar 2024-cü il tarixdə saat təxminən 18 radələrində evində olduğu zaman Pərviz ona zəng edib danışaraq ona «Liman şəhərindəyəm evə getmək istəyirəm, pulum yoxdur, maşın da tapa bilmirəm, mənim üçün maşın tap, pulum yoxdur, taksi pulunu Lerikdə verərəm» demişdir. Pərvizə «sən gözlə indi sənilə əlaqə saxlayaram» deyərək dərhal şəxsi avtomobili olan sinif yoldaşı Süleymana zəng edib ona «qayınım Pərviz Liman şəhərindədir evinə qayıtmaq istəyir maşın tapa bilmir, pulu da yoxdur, deyir ki, taksi pulunu Lerik şəhərində verəcəkdir, gəl məni götür Liman şəhərinə gedək Pərvizi aparıb evində qoyub qayıdarıq» demişdir. Süleyman onunla razılaşaraq evinə gəlib onu avtomobilinə götürərək yol-yoldaşı kimi onlarla getmək üçün digər sinif yoldaşı Mirxasa zəng edib Süleymanla Lerik şəhərinə getdiyini deyərək onu dəvət etmiş, Mirxas da razılaşmış, Süleymanın idarə etdiyi avtomaşında Mirxasın evinə gəlib sonuncunu da maşına götürüb Liman şəhərinə doğru yola düşmüşlər. Telefon vasitəsi ilə Pərvizlə əlaqə saxlamış, Pərviz ona maşın yolu ilə piyada Balıqçılar qəsəbəsində doğru gəldiyini demiş, Süleymanın avtomobilində Liman şəhərinə doğru hərəkətdə olarkən Liman şəhərinə çatmamış yolda Pərvizi və əmisi oğlu Sahili maşına götürüb Lerik şəhərinə yola düşmüşlər. Pərvizdən nə üçün Lənkəran şəhərinə gəldiyini soruşmuş, Pərviz ona «əmim oğlu Sahilin dünən uşağı dunyaya gəlib onunla bağlı Lənkərana gəlmişik, pulum yox idi ona görə sənə zəng etdim» demiş, Lerik ərazisində Pərviz qulağına «məndə bir dəfə istifadə üçün nəşə var lazımdır sənə verim» deyərək qaranqlıqda, yəni avtomobilin salonunda əlini ona tərəf uzatmış, maşında olan şəxslər görməsin deyə Pərvizin əlindəki bükümü tez alıb gizli cibinə qoymuşdur. 20 yanvar 2024-cü il tarixdə, saat təxminən 20 radələrində Lerik şəhərində yerləşən Şəhidlər Xiyabanına çatmamış yolda Lerik RPŞ-nin əməkdaşları onları saxlayıb «siz narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəlisiniz, bizimlə şöbəyə getməlisiniz» deyib onları Lerik RPŞ-nə gətirdikdən sonra hüquqları ona izah edilərək üzərində hüquqlarının müdafiəsi üçün təqdim olunmuş vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində narkotik vasitənin olubolmaması varsa təqdim etməsi ona təklif olunduqdan sonra üzərində olan, yəni Pərvizin ona verdiyi bir büküm marixuananı polisə təqdim etmiş, üzərində olan 01 ədəd kağız bükümdə marixuana qablaşdırılaraq götürülmüş, üzərində şəxsi axtarış aparılarkən və onunla bağlı digər hərəkətlər icra edilərkən polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunmamış, özü ruhi xəstə deyildir, psixi xəstəliklərdən əzab çəkmir. Etdiyi hərəkətlərin məsuliyyətini dərk edir. Həmin hərəkətlərə görə peşmanıdır, qanunla ona köməklik göstərilməsini xahiş edir. Ötən müddətdə təsadüf hallarda marixuananı Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə etimş, narkotik vasitənin aludəçisi deyildir. Marixuananı yalnız özü istifadə etmək məqsədi ilə tanımadığı şəxslərdən ayrı-ayrı vaxtlarda Lənkəran şəhərində əldə etmiş, əldə etdiyi narkotik vasitədən hər hansı bir şəxsə heç vaxt satmamış, narkotik vasitədən istifadə etməsini ailə üzvləri və onunla ünsiyyətdə olan şəxslər bilməmişlər. Pərviz avtomaşında ona bir dəfə istifadə üçün marixuana versə də onun üzərində marixuananın olduğunu bilməmiş və Pərviz üzərində narkotik vasitə marixuana olması barədə ona heç bir məlumat verməmişdir. Üzərindən aşkar edilərək götürülmüş marixuananı o Pərvizdən pulla deyil, pay olaraq götürmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 Mirsalam oğlu ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonunun Balıqçılar qəsəbəsində yaşayır, Şahid4 və Şahid6 sinif yoldaşlarıdır, onlarla münasibəti yaxşıdır, mütəmadi görüşürlər. 20 yanvar 2023-cü il tarixdə, hava qaralandan sonra, saat təxminən 19 radələrində Şahid4 mobil telefonuna zəng edib Süleymanla qaynını Lerik rayonunua apardığını onlarla gedibgetmədiyini soruşmuş, Süleymanın maşınında Mehmanla Lerik rayonuna getməsinə razılıq verərək evində olduğunu demiş, Süleyman Mehmanla evinə gəlib onu da maşına götürüb Liman şəhərinə doğru getmişlər. Yolda Mehmanın deməsinə görə qaynı və onunla olan əmisi oğlunu maşına götürdükdən sonra Lerik rayonuna yola düşmüşlər. Həmin şəxsləri birinci dəfə görmüş, adlarını da soruşmamış və bilməmişdir. Avtomaşında söhbət etmişlər. Lənkəran-Lerik yolunun 53-cü km-də, Lerik şəhərinin mərkəzinə çatmağa az məsafə qalmış yolda dayanan Lerik RPŞ-nin əməkdaşları saat təxminən 20 radələrində onları saxlayıb «siz narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəlisiniz, bizimlə şöbəyə getməlisiniz» bildirdikdən sonra onları Lerik RPŞ-nə gətirmişlər. Daha sonra üzərində hüquqlarının müdafiəsi üçün təqdim olunmuş vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində narkotik vasitənin olub-olmaması varsa təqdim etməsi təklif olunmuş, üzərində narkotik vasitənin olmadığını bildirmiş, buna baxmayaraq üzərində şəxsi axtarış aparılmış, üzərində filtrsiz siqaret çəkərkən istifadə olunan kardon trupka aşkar olunmuş və götürülmüşdür. Həmin trupkadan istifadə etməmiş, əvvələr ara-bir narkotik vasitə marixuana istifadə etmiş, son vaxtlarda istifadə etmir, müalicə olunur. Sinif yoldaşı Mehmanın narkotik vasitədən istifadə etməsini görməmiş və məlumatı olmamışdır. Mehmanın xahişi ilə 20 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində Süleymanın avtomaşınında Mehman, qaynı və sonuncunun əmisi oğlu ilə Lerik rayonuna yola düşmüş, sərnişin kimi avtomobildə onunla olan Mehman və sonradan adını bildiyi Pərvizin üzərində narkotik vasitə marixuananın olduğunu bilməmiş, Pərvizin Mehmana marixuana verdiyini görməmiş və məlumatı olmamışdır. Mehman və Pərvizin narkotik vasitə marixuananı harada, kimdən nə vaxt əldə etmələrini bilmir. Ötən dövrdə təsadüf hallarda marixuana Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə etmiş, narkotik vasitənin aludəçisi deyildir. Marixuananı yalnız özü istifadə etmək məqsədi ilə tanımadığı şəxslərdən ayrı-ayrı vaxtlarda Lənkəran şəhərində əldə etmiş, əldə etdiyi narkotik vasitədən hər hansı bir şəxsə heç vaxt satmamışdır. Pərvizin üzərində marixuananın olduğunu bilməmiş, Pərviz özü bu barədə ona və avtomobilin salonunda olan digər şəxslərə heç bir məlumat verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Lənkəran rayonunun Balıqçılar qəsəbədə yaşayır, Şahid4 və Şahid5 sinif yoldaşlarıdır, onlarla münasibəti yaxşıdır, mütəmadi görüşürlər.Şəxsi BMW markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, özü sürüb istifadə edir. 20 yanvar 2023-cü il tarixdə, hava qaralandan sonra, saat təxminən 19 radələrində Şahid4 mobil telefonuna zəng edib ona «qayınım Liman şəhərindədir, Lerikə qayıtmaq istəyir, pulu yoxdur gedə bilmir, sənin imkanın və vaxtın varsa gəl məni evdən götür qaynımı Lerikə aparıb qayıdarıq» demiş, Mehmanla razılaşmış, Mehman ondan yol pulu neçə manat alacağını soruşmuş, ona alacaq yol pulunun məbləğini deməmiş, Mehman ona 40 manat verəcəklərini demiş və razılaşmışlar. Bundan sonra idarə etdiyi avtomaşınla Mehmanın evinə gəlib onu maşınına götürmüş, Mehman digər sinif yoldaşı Mirxasa zəng edib Lerikə gedəcəklərini deyərək onlarla getmək istədiyini soruşmuş, Mirxas onlarla getmək istəyini bildirdiyinə görə maşını sürüb Mirxası da maşına götürüb Liman şəhərinə doğru getmişlər. Yolda Mehmanın deməsinə görə qaynı və onunla olan əmisi oğlunu maşına götürərək Lerik rayonuna yola düşmüşlər. Həmin şəxsləri birinci dəfə görmüş, adlarını soruşmamış və bilməmişdir. Avtomaşında söhbət etmişlər, Lənkəran-Lerik yolunun 53-cü km-də, Lerik şəhərinin mərkəzinə çatmağa az məsafə qalmış yolda dayanan Lerik RPŞ-nin əməkdaşları saat təxminən 20 radələrində onları saxlayıb «siz narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəlisiniz, bizimlə şöbəyə getməlisiniz» deyib onları Lerik RPŞ-nə gətirdikdən sonra üzərində hüquqlarının müdafiəsi üçün təqdim olunmuş vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində narkotik vasitənin olub-olmaması varsa təqdim etməsi təklif olunmuş, üzərində narkotik vasitənin olmadığını bildirmiş, buna baxmayaraq üzərində şəxsi axtarış aparılmış, hər hansı bir növdə narkotik vasitə, digər əşya və alət aşkar olunmamış, bundan sonra idarə etdiyi avtomobilə iştirakı ilə baxış keçirilərək hər hansı bir növ narkotik vasitə, digər qadağan olunmuş əşya və alət aşkar olunmamış, narkotik vasitə istifadə etməmiş, sinif yoldaşları Mehman və Mirxasın narkotik vasitədən istifadə etmələrini görməmiş və məlumatı olmamışdır. Mehmanın xahişi ilə 20 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində onun qayını Lerik RPŞ-də adını bildiyi Pərvizi və sonuncunun əmisi oğlunu Liman şəhərinin yaxınlığında maşınına götürüb Lerik rayonuna yola düşmüş, sərnişin kimi avtomobilinə götürdüyü Mehman və Pərvizin üzərində narkotik vasitə marixuananın olduğunu bilməmiş, Pərvizin Mehmana marixuana verdiyini görməmiş və məlumatı olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla heç yerdə işləmir, günəmuzd işləyib ailəsini dolandırır. Lerik rayonunun Şinəband kənd sakini Təqsirləndirilən şəxs bir neçə il bundan əvvəl Bakı şəhəri Binə Südçülük sovxozunda qardaşı Nazimlə bir evdə kirakeş yaşadığı dövrdən tanıyır, onunla düşmənçilik və ziddiyyəti olmamışdır. Bundan əlavə Binə-Lerik marşrutu üzrə idarə etdiyi «Mercedes Vito» markalı avtomaşınla sərnişin daşıdığı zaman Təqsirləndirilən şəxs avtomaşınnıda sərnişin kimi Lerik rayonuna və Binə qəsəbəsinə getdiyinə görə tanışlığı davam etmişdir. Rərvizlə mütəmadi telefon danışıqları olmuşdur. 2023-cü ilin dekabr ayının son günlərində Lerik şəhər Avtovağzal ərazisində Pərvizlə rastlaşıb görüşərək bir qədər söhəbt etmiş, Pərviz ona Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə bacısının evinə getmək istədiyini demiş, Pərvizə Balıqçılar qəsəbəsində dəniz balığı olur satan olsa alıb gətirərsən demiş, Pərviz ona xalası oğlu Pünhanın balıq tutub satdığını demiş, onda balıq olsa alıb gətirəcəyini bildirmiş, hətta Pərvizin istifadə etdiyi mobil telefonunda kontur olmadığına görə istifadə etdiyi mobil telefonu ilə Punhan adlı şəxsə zəng edib danışmış, həmin şəxs ona balığı olmadığını demiş, bir qədər söhbət edib ayrılmışlar. Bundan sonrakı günlərdə Pərvizlə mütəmadi əlqələri, yəni teolefon danışıqları olmuşdur. Bir neçə dəfə ona zeg edib Bakı şəhərinə gedib getmədiyini soruşmuş, Pərvizə maşın sürmədiyinə görə Bakı şəhərinə getmədiyini demişdir. 20 yanvar 2024-cü il tarixdə günortadan sonra Pərviz ***- ***-**-** nömrədən zəng edib ona «yol yoxdur, qar yolu bağlayıb piyada Lerikə gəlirəm oradan Lənkərana gedərəm» demiş, nə üçün Lənkərana getdyini soruşmuş, Pərviz ona işi olduğuna görə getməsini deyərək borca pul istəmiş, pulu olmadığını ona demiş, təsadüfən Lerik şəhər avtovağzal ərazisində Pərvizlə rastlaşıb bir qədər söhbət etdikdən sonra nə üçün Lənkəran şəhərinə getməsinin səbəbini soruşmuş, Pərviz ona «əmim oğlunun arvadı xəstəxanada uşaq dünyaya gətirib dərman almaq üçün onunla gedirəm pulumuz azdır, mənə pul ver» demiş, Pərvizə «pulum yoxdur» deyərək pulu olmadığına görə ona pul verə bilməmiş, həmin vaxt Pərviz onun mobil telefonu ilə zəng edərək Lerikdən çıxıb gəldiyini demiş, onun kimə zəng etdiyini bilməmiş, o, gedəndən sonra həmin nömrəyə baxmış və 2023-cü ilin dekabr ayının axırında onun telefonu ilə zəng etdiyi nömrə olduğunu bilmiş, həmin şəxsin xalası oğlu Punhan olduğunu Pərviz demişdir. Həmin gün, yəni 20 yanvar 2024-cü il tarixdə, saat təxminən 18 radələrində Pərvizin deməsinə görə xalası oğlu Punhanın xatarlamadığı mobil nömrəsi ilə ona zəng edib «sənin üçün balıq almışam, pulum qurtarıb, Lerikə qayıtmaq üçün yolpulum yoxdur, sən 25 manat pul tap Lerikə gəldim sənə zəng edərəm pulu gətirib verərsən balığı apararsan» demiş, Pərvizlə razılaşmış, 20 yanvar 2024-cü il tarixdə saat təxminən 19 radələrində xatırlamadığı nömrədən ona zəng gəlmiş, telefonu açmış danışan ona «Pərvizidir təxminən 30 dəqiqəyə Lerik şəhərinə çatıram görüşüb balığı sənə verərəm pulumu hazırla, Pərvizə gözləyriəm, Lerik şəhərinə gəldin mənə zəng et» demiş, həmin günün sonuna kimi Pərvizin zəngini gözləmiş, onun mobil nömrəsinə bir neçə dəfə zəng etmiş, lakin ona zəng çatmamış, Pərvizlə görüşüb güya onun üçün gətirəcəyi balığı götürə bilməmişdir. 21 yanvar 2024-cü il tarixdə Lerik şəhər Avtovağzal ərazisində Şinəband kənd sakinlərindən Pərvizin 20 yanvar 2024-cü il tarixdə Lerik rayron polis şöbəsinin əməkdaşları tərəfindən yaxalandığı və üzərində narkotik vasitə aşkar olunmasını eşitmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaxşı tanıyr, onunla düşmənçilik və ziddiyyəti olmamışdır. Pərvizin narkotik vasitələrdən istifadə etməsini eşitmiş, lakin görməmişdiq. Onunla ()Azad bağlı göstərlikləri həqiqətə uyğun deyildir. 2023-cü ilin dekabr ayının son günlərində Lerik şəhər avtovağzal ərazisində onunla görüşmüş, söhbət zamanı Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə qohumlarının evinə getdiyini bildirmiş, Pərvizə onun üçün dəniz balığı gətirməsini demiş, hətta Pərviz onun mobil telefonu ilə deməsinə görə xalası oğlu Pünhanla danışmış və ondan balıq istəmiş, həmin şəxs ona dənizə gedə bilmədiyini və balığı olmadığını bildirmiş, bundan sonrakı günlərdə Pərviz özü onunlda mütəmadi əlaqə yaradıb danışmış, 20 yanvar 2024-cü il tarixdə Pərviz ona zəng edib Lənkəran şəhəinə getmək üçün ondan borca pul istəmiş, onunla avtovağzal ərazisində görüşərək pulu olmadığı deyərək Pərvizə pul verə bilməmiş, Pərviz ona əmisi oğlunun yeni doğulmuş uşağına dərmaq almaq üçün onunla Lənkəran şəhərinə gedəcəyini deyərək ondan ayrılmış, həmin gün axşam çağı saat təxminən 18 radələrində Pərvizin deməsinə görə Punhan dediyi şəxsin mobil nömrəsindən ona zəng edib «sənin üçün balıq almışam 25 manat hazırla balığı gətirib verərəm taksiyə vermək üçün pulum yoxdur pulu nağd verərsən, Pərvizə pulu hazırlayaram balığı verəsən pulu alarsan» demiş, həmin gün saat 19 radələrində xatırlamadığı nömrədən onun telefornuma zənq daxil olmuş, dəstəyi qaldırmış, danışan ona «Pərvizdir 30 dəqiqəyə Lerik şəhərinə çatıram avtovağzala gəl balığı götür» demiş, Pərvizi gözləmiş, o gəlməmiş, hətta istifadə etdiyi mobil nömrəyə zəng etsə də zəng çatmamış, həmin gün Pərvizlə görüşə bilməmiş, 21 yanvar 2024-cü il tarixdə Pərvizin həmkəndlilərindən Lerik şəhər avtovağzal ərazisində onun 20 yanvar 2024-cu il tarixdə Lənkərandan gələrkən Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanmasını və üzərində narkotik vasitə aşkar olunmasnı eşitmiş, Pərvizə pul verməmiş və onu narkotik vasitə almaq üçün Lənkəran şəhərinə göndərməmiş, bununla bağlı Pərvizin göstərdikləri yalan və böhtandır. Pərvizin ona qarşı hansı səbəbdən böhtan xarakterli ifadə verdiyini bilmr, səbəbini özü izah edə bilər. Cinayət işinin materiallarında olan Şahid3 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, ailə üzvlərilə birlikdə Lerik rayonunun Şinəband kəndində yaşayır, heç yerdə işləmir, Vətən müharibəsinin iştirakçısıdır. Pərviz həmkəndlisi və əmisi oğludur, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində yaşayan Şahid4 əmisi Tahirin yeznəsidir münasibətləri yaxşıdır, aralarında düşmənçilik və ziddiyyət olmamışdır. 20 yanvar 2024-cü il tarixdə, günün ikinci yarısında yeni doğulmuş və Lerik rayon mərkəzi xəstəxanasında yatan arvadının yanında olduğu zaman Pərviz ona istifadə etdiyi ***-***-**-** nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib «Lənkəran şəhərinə dostumla görüşmək üçün gedirəm təkəm mənimlə gələ bilərsən ya yox, Pərvizə uşağın yanındayam gələ bilmirəm demiş, Pərviz ona təkəm mənimlə yoldaşlığa gəl tez qaydarıq» dediyinə görə ondan harada olduğunu soruşmuş, sonunca Lerik şəhər avtovağzal ərazisində olduğunu demiş, avtovağzal ərazisinə gəlib Pərvizlə görüşərək nömrəsinə baxmadığı və tanımadığı şəxsin idarə etdiyi avtomaşınla Lənkəran şəhərinə yola düşmüşlər. Yolda Pərvizdən nə üçün Lənkərana şəhərinə getdiyini sorşmuş, sonuncu ona Liman şəhərində dostu ilə görüşüb dərhal qayıtdığını demiş, onlara Lənkəran şəhərinə aparan avtomaşınla Pərvizin deməsinə görə Liman şəhərinə gəlib yolun kənarında avtomaşından düşmüşlər, Pərviz sürücüyə yolpulu 11 manat vermiş, orada olan köşkdə piraşki alıb yemişlər. Pərviz ona «sən burada qal mən dostumla görüşüb gəlirəm» demiş, həmin yerdə qalmış, Pərviz ondan ayrılmış, onun hara getdiyini bilməmiş, təxminən 30 dəqiqədən sonra Pərviz yanına gəlmiş və Lerik şəhərinə qaytımaq üçün avtomobil axtarıb tapa bilmədiklərinə görə Pərviz bacısının əri Mehmana zəng edib ona «biz Liman şəhərində qalmışıq, Lerik rayonuna qayıtmaq üçün maşın axtarıram tapa bilmirəm» demiş, Mehman ona orada qalıb gözləmələrin, maşın tapacığını demiş, bundan sonra Pərvizlə birlikdə Balıqçılar qəsəbəsinə gedən yol ilə həmin istiqamətə yeriməyə başlamışlar, az vaxtdan sonra yanlarında «BMW» markalı avtomobil dayanmış və Mehman düşüb onlarla görüşdükdən sonra həmin avtomobilə oturub Lerik şəhərinə yola düşmüşlər. Yolda bir qədər söhbət etmişlər, Mehman onlara sürücü və onun yanında olan şəxslərin sinif yoldaşları olduğunu demiş, həmin şəxslərin adlarını desə də yadında qalmamışdır. 20 yanvar 2024-cü il tarixdə, saat təxminən 20 radələrində Lerik şəhərinin mərkəzinə çatmamış, Lənkəran-Lerik yolunun 53-cü km-də Lerik RPŞ-nin əməkdaşları onları saxlayıb «siz hamınız narkotik vasitə istifadə etməkdə və daşımaqda şübhəlisiniz bizimlə şöbəyə getməlisiniz» demişlər, polis əməkdaşların təklifi ilə razılaşıb onlarla birlikdə Lerik RPŞ-nə gəlmişlər. Daha sonra hüquqları ona izah edilərək üzərində hüquqlarının müdafiəsi üçün təqdim olunmuş vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində siqaret çəkmək üçün gəzdirdiyi «taxta trupka» taxta müştik aşkar olunaraq götürülmüş, üzərində şəxsi axtarış aparılarkən və onunla bağlı digər hərəkətlər icra edilərkən polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunmamış, özü ruhi xəstə deyildir, psixi xəstəliklərdən əzab çəkmir. Pərvizin və Mehmanın üzərində narkotik vasitənin olduğunu onlarla yol-yoldaşı olduğu müddətdə bilməmiş və məlumatı olmamışdır. Polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən ona məlum olmuşdur ki, Pərviz və Mehmanın üzərində narkotik vasitə aşkar olunmuşdur. Onların narkotik vasitəni harada kimdən əldə etdiyini bilmir, bu barədə məlumatı yoxdur. Narkotik vasitənin istənilən növündən istifadə etmir, üzərində aşkar olunmuş taxta borucuqun içində narkotik vasitə marixuana izlərinin aşkar olunmasını səbəbini deyə bilmir. 20 yanvar 2024-cü il tarixdə Pərvizlə Lənkəran rayonunun Liman şəhərinə getmiş, Liman şəhərində Pərviz ona dostu ildə görüşmək üçün getdiyini deyib 30 dəqiqə müddətində ondan ayrılmış, daha sonra tək yanına gəlmiş, Pərvizin üzərində narkotik vasitə marixuanaın olduğunu bilməmiş, daha sonra Mehmanla birlikdə bir avtombildə Lerik şəhərinə qayıtdığı zaman Pərvizin Mehmana marixuana verdiyini görməmiş və məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan şahid Lerik RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Şahid2 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin əməkdaşları Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin əməkdaşları Şahid1 və məhkəmə iclası zamanı ifadəsi elan olunmuş Şahid2 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satışı məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, eyni zamanda narkotik vasitənin satması barədə məlumatın daxil olmadığını bildirmişlər. 20 yanvar 2024-cü il saat 20:55-dən 21:25-dək aparılan şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində geyindiyi şalvarın sol balağının içərisində şəffaf sellofanın içərisində 03 ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertiza mərkəzinin X6 21 yanvar 2024-cü il tarixli, 19/60 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 4,524qr; 5,565 qr; 3,884 qram –ümumi təmiz çəkisi: 13,933 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Şahid4 üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi: 0,274 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd kibrit qutusunda və Şahid4 üzərində aşkar edilmiş 01 ədəd kağız bükümdə marixuanalar orqanoleptik əlamətlərinə və komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: 1)Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 13,933 qram, cəmi tədqiqata sərf olundu-0,3 qr (hər.ob-0,1qr),qalıq 13,633 qram. ==2) Şahid4 götürülmüş təmiz çəkisi 0,274 qram, cəmi tədqiqata sərf olundu-0,05 qr, qalıq 0, 224 qram təşkil edir. Ekspertiza tədqiqatnın dəyəri 60 manatdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X11 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 21 yanvar 2024-cü il tarixli, 48 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Blaband kənd Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 84 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən xx.xx.2020ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və müvafiq hərbi hissəyə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kitabçasından TQS№ 027, № 12436462 saylı xəstəlik çıxarışından görünür ki, Talıbov X8, sadə və selikli-irinli xroniki bronxit xəstəsidir. Maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə edərək üzərində saxlamaqla daşıdığı marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd zərfdə qablaşdırılmış 13,633 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətdən şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ittihamı irəli sürmüşdür. Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız sonuncudan üzərindən aşkar olunmuş 03 ədəd kibrit qutusunda ümumilikdə narkotik vasitə olan qurudulmuş marixuananı 13,933 qram çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə hələ cinayət təqibinin başlanğıcında Təqsirləndirilən şəxs niyyətinin satış məqsədi olmaması ilə bağlı nəticəyə gəlib onun barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə əməliyyat tapşırığı, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, ona məlum olan həmin ehtimal və mülahizə əsasında “cinayət işi üzrə əməlin tövsüf edilməsi haqqında” 22 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməlini xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər Şahid1 və Şahid2 məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatın daxil olmadığını, sonuncu barədə yalnız narkotik vasitələrin istifadə etməsi barədə məlumatları olduqlarını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş 03 ədəd kibrit qutusunda ümumilikdə narkotik vasitə olan qurudulmuş marixuananı 13,933 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitələr, psixotrop maddələr qəbul edən Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, 23 yanvar 2024-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 03 ədəd kibrit qutusunda ümumilikdə 13,933 qram qurudulmuş marixuana bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitələri satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Bundan başqa məhkəmə istintaqı ilə müəyyən olundu ki,Təqsirləndirilən şəxs bacısının əri Şahid4 vermiş olduğu və sonuncunun üzərində daşıdığı 0,274 qr narkotik vasitə qurudulmuş marixuananı satmamış, pay olaraq əvəzsiz vermişdir. Qeyd edilən hal məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 da öz ifadəsində bildirmişdir. Göstərilənləri, nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 03 ədəd kibrit qutusunda və 01 ədəd kağız bükümdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanolepitk əlmətlərinə və bioloji komponent tərkibinə görə birbirilərilə eyni olan 14,207 qram çəkidə, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayət qədər ağlabatan və inandırıcı deyildir. Qeyd olunanlara əsasən məhkəmə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razılığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri ehtimal üzərində qurmaq olmaz. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarkterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən peşiman olmasını xx.xx.2020-ci il tarixdə səfərbərliyə cəlb edilərək döyüş əməliyyatlarında iştirak etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki,onlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı təqsirin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmçinin cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cüiltarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdən 22 yanvar 2024-cü il tarixədək cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Lerik rayon məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 yanvar 2024-cü il tarixdə, saat 20:45-dən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Lerik rayon məhkəməsinin 17 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkəməyə verilməklə, xx xxxxx 1994-cü ildə Lerik rayonunun Şinəband kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Lerik rayonunun Şinəband kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında Lerik Rayon Məhkəməsinin 4 (048)-2 /2024 saylı, 22 yanvar 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qismində qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, ev dustaqlığı və həbsə alındığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın azadlıqdan məhrum etmə müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin başlanğıcı məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını və onun üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Şinəband kəndində yerləşdiyi evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənənədək dəyişdirlmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış Lerik Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 ədəd kibrit qutusunda ümumilikdə 13,933 qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd zərfdə qablaşdırılmış 13,633 qram qurudulmuş marixuana, Şahid4 götürülmüş 01 ədəd kağız bükümdə 0,274 qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış, 01 ədəd zərfdə qablaşdırılmış 0,224 qram qurudulmuş marixuana, Şahid3 götürülmüş, 01 ədəd zərfdə qablaşdırılmış 01 ədəd kağız borucuq və Şahid5 Mirsalam oğlundan götürülmüş 01 ədəd zərfdə qablaşdırılmış 01 ədəd taxta borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, ev dustaqlığı və həbsə saxlanıldığı 5 (beş) ay 13 (on üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) ay 26 (iyirmi altı) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Şinəband kəndində yerləşdiyi evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənənədək dəyişdirlməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 ədəd kibrit qutusunda ümumilikdə 13,933 qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd zərfdə qablaşdırılmış 13,633 qram qurudulmuş marixuana, Şahid4 götürülmüş 01 ədəd kağız bükümdə 0,274 qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış, 01 ədəd zərfdə qablaşdırılmış 0,224 qram qurudulmuş marixuana, Şahid3 götürülmüş, 01 ədəd zərfdə qablaşdırılmış 01 ədəd kağız borucuq və Şahid5 Mirsalam oğlundan götürülmüş 01 ədəd zərfdə qablaşdırılmış 01 ədəd taxta borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-33/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-33/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver