Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-34/2023 19.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 10:50 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1998-ci ildə Lerik rayonu, Hamarmeşə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Vətən müharibəsi veteranı, Lerik rayonu, Hamarmeşə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 1989-cu ildə Lerik rayonu, Hamarmeşə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Hamarmeşə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, 03 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçirilmiş və iştirak etdiyi X2 toy məclisindən çıxıb Piran kəndinin mərkəzində, Lənkəran-Lerik yolunun 21-ci km-də, yolun kənarında yerləşən «Fərid» marketin qarşısında, marketdə quraşdırılmış videokameranın çəkiliş dairəsinə düşən sahədə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib toy məclisinin gedişi zamanı sifariş etdiyi oyun havasına hansı səbəbdən onunla rəqs etmədiyinə görə ona iradını bildirən Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa olub ona qarşı fiziki zor tətbiq etməklə sonuncunun idarə etdiyi və ona məxsus «Saipa» markalı, **-PC-*** qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünü sındırıb yumruqla sağ qabaq qapı pəncərəsinə zərbələr vuraraq qapını açıb salona daxil olmuş və avtomobilin alın şuşəsini təmizləmək üçün nəzərdə tutulmuş qurğunu işə salan rıçaqı sındıraraq Zərərçəkmiş şəxs1 135 (bir yüz otuz beş) manat məbləğində ziyan vurmaqla xuliqanlıq etmişdir. Bu hərəkəti ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X6 təqsirləndirilir ondan ötrü ki, o, 03 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçirilmiş və iştirak etdiyi X2 toy məclisindən çıxıb Piran kəndinin mərkəzində, Lənkəran-Lerik yolunun 21-ci km-də, yolun kənarında yerləşən «Fərid» marketin qarşısında, marketdə quraşdırılmış videokameranın çəkiliş dairəsinə düşən sahədə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa olduğunu görərək onları bir-birindən uzaqlaşdırmaq əvəzində Eldar Ağazada ilə əlbəyaxa olmaqla ona qarşı zorakı hərəkətlər etmiş, bundan istifadə edən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 idarə etdiyi və ona məxsus «Saipa» markalı, **-PC-*** qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünü sındırıb yumruqla sağ qabaq qapı pəncərəsinə zərbələr vuraraq qapını açıb salona daxil olmuş və avtomobilin alın şuşəsini təmizləmək üçün nəzərdə tutulmuş qurğunu işə salan rıçaqı sındıraraq zərər çəkmiş şəxsə 135 (bir yüz otuz beş) manat məbləğində ziyan vurmasını müşahidə edərək yenidən Eldar Ağazənin üzərinə hücum etmiş, hadisə yerində olan və onun hərəkətlərinin qarşısını almağa çalışan, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən X3 müqavimət göstərərək ona qarşı fiziki zor tətbitq edib sifətinə zərbə vurmaqla xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs X6 Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Hamarmeşə kəndində yaşayır, Arif əmisi oğlu, Zərərçəkmiş şəxs1 bibisi oğlu, Təqsirləndirilən şəxs2 isə həmkəndliləridir, onlarla ziddiyyəti olmamışdır. Lerik rayonun Haran kənd sakini X4 03 yanvar 2023-cü il tarixdə, saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə onu dəvət etdiyinə görə 03 yanvar 2023-cü il tarixdə kənd sakinləri və qohumları ilə birlikdə saat 14-də toyda iştirak etmək üçün Piran kəndində yeləşən «Ata yurdu» şadlıq sarayına gəlmişdir. Toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmişdir. Masada Eldar, Elvin, Arif və digər qohumlarla oturub yemək yemiş, özləri kənardan spirtli içki gətirib bir qədər spirtli içki qəbul etmişlər. Toy məclisinin gedişi zamanı aralarında hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radələrində toy məclisi başa çatmiş, vağzalı çalınaraq bəy və gəlin evlərinə yola salınmış, toydan çıxdıqdan sonra şadlıq sarayının həyətində Arif və Elvinlə birlikdə Eldarın idarə etdiyi «Saipa» markalı, 77-PC- 145 qeydiyyat nişanlı avtomobilə oturmuşlar. Eldar maşını işə salmış və sürərək yola çıxdıqdan sonra yolun kənarında yerləşən «Fərid» marketdən su və siqaret almaq üçün avtomobili marketin qarşısında dayandırmış, Arif maşından düşüb marketə girmiş, Elvin Eldarın maşının yaxınlığında dayanıb bir-birilə söhbət etmişlər. Eldar ona «mən toyda mahnı sifariş edib rəqs etdiyim zaman səni rəqsə dəvət etdim sən nə üçün mənimlə rəqs etmədin» demiş, Eldara «həmin vaxt başqası ilə rəqs etmişəm, sizə fikir verməmişəm» dedikdən sonra aralarında mübahisə yaranmış, Eldar ona yumruq və təpiklə zərbələr vurmağa cəhd etmiş, Elvin onu müdafiə etmək üçün Eldarla əlbəyaxa olaraq sonuncunun onu vurmağa imkan verməmiş, həmin anda Arif də yanlarına gəlmiş, Eldarı məzəmmət etmiş, həmin anda Elvinin başından qan axdığını görmüş, Elvinin Eldar tərəfindən vurulduğunu bilsə də nə ilə başına vurduğunu görməmişdir. Elvin də Eldarın üzərinə hücum edərək yenidən onula ələbəyaxa olmuş, bundan sonra əsəbləşərək Eldarın avtomobilinin sol yan güzgüsünü sındırmış, daha sonra avtomobilin sol qapı şüşəsinə yurmuq vuraraq qapını açıb salona girib sükana bərkidilmiş rçaqlardan birini sındırmiş, həmin anda kimsə onu salndan kənara çıxartmış, həmin yerdə olan xatırlamadığı şəxslər onları sakitləşdirmişlər. Arif və Elvinlə həmkəndlisi Raufun avtomobilində Hamarmeşə kəndinə gəlmişlər. Rauf onları kəndin mərkəzində maşından düşürdərək evinə getmiş, Elvinin başından axan qanı təmizləmək üçün kəndin Lerik istiqamətinə çıxışa gəlib yolun kənarıda olduqları zaman Eldar ona zəng edib harada olduğunu soruşmuş, Eldara yolun yerini bildirmiş, Eldar piyada yanlarına gələrək onunla və Elvinlə mübahisə edərək onları vurmaq üçün üzərilərinə gəlmiş, Arif araya girib Eldarı onlardan uzaqlaşdırıb evinə yola salmış, bundan sonra Elvinin başından axan qanı yüyüb evlərinə getmişlər. Az vaxtdan sonra Arif ona zəng edib hadisə vaxtı xəsarət aldığını demişdir. Eldar onunla mübahsə edib onu vurmaq üçün üzərinə gəldiyini xatırlayır. Arif aralarına girib Eldarı Elvin və ondan uzaqlaşdırmışdır. Həmin vaxt Eldarın əlində hər hansı bir əşya və alət görməmişdir. Piran kəndində yerləşən «Fərid» marketin qarşısında baş vermiş münaqişə təxminən 10 dəqiqə davam etmiş, yolda hərəkət dyanmamış, münaqişənin yolda hərəkətdə olan şəxslərə və avtomobillərə heç bir maneçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Vətən müharibəsi iştirakçısıdır. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Hamarmeşə kəndində yaşayır, Arif və Təqsirləndirilən şəxs1lər, həmçinin Zərərçəkmiş şəxs1 həmkəndliləridir, onlarla ziddiyyəti olmamışdır. Haran kənd sakini X4 03 yanvar 2023-cü il tarixdə, saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə onu dəvət etdiyinə görə 03 yanvar 2023-cü il tarixdə kənd sakinləri və qohumlarla birlikdə saat 14-də toyda iştirak etmək üçün Piran kəndində yeləşən «Ata yurdu» şadlıq sarayına gəlmiş, toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmişdir. Masada Eldar, Nurəli, Arif və digər qohumlarla oturub yemək yeyib özləri ilə gətirdikləri spirtli içkindən qəbul etmiş, toy məclisinin gedişi zamanı aralarında hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radələrində toy məclisi başa çatmış, bəy və gəlin evlərinə yola salınmışdır. Bundan sonra şadlıq sarayından çıxıb həyətdə Arif və Nurəli ilə birlikdə Eldarın idarə etdiyi «Saipa» markalı, 77-PC- 145 qeydiyyat nişanlı avtomobilə oturmuş, Eldar maşını işə salıb sürərək yola çıxdıqdan sonra yolun kənarında yerləşən «Fərid» marketdən su və siqaret almaq üçün avtomobili marketin qarşısında dayandırmış, özü maşından düşüb marketə girmiş, siqaret və su alıb bayıra çıxdıqdan sonra Eldar və Nurəlinin bir-birinə yaxın məsafədə qalıb söhbət etmələrini görmüş, siqaret yandırıb onlara yaxınlaşarkən Nurəli Eldarın üzərinə hücum etdərək onu vurmaq istəmiş, onları ayırmaq üçün araya girmiş, Eldar onun ünvanına naliyiq ifadələr işlətdiyinə görə nə üçün onu söyməsini soruşmaq istədiyi zaman Eldar küt alətlə başına zərbə vurmuş, bir anlığa huşunu itirmitş, huşu aydın olandan sonra Nurəlinin Eldarın avtomobilinin qabaq sol qapısına yumruqla zərbələr vurduğunu, hətta qapını açıb salona daxil olduğunu, Zərərçəkmiş şəxs2 Nurəlini avtomobildən uzuqlaşdırdığını görmüş, Nurəli Eldarın üzərinə hücum etmiş, özü isə Eldarın nə üçün onu vurduğunu soruşdmaq üçün ona tərəf getmək istədiyi zaman Arif onun qarşısına çıxaraq onu kənara aparmaq istəyərkən Arifi itələyib özündən uzaqlaşdırmış, bundan sonra Arif və Nurəli ilə həmkəndliləri Raufun avtomobilində Hamarmeşə kəndinə gəlmişlər. Piran kəndində yerləşən «Fərid» marketin qarşısında hadisə baş verən zaman Eldar, Nurəli və Arifdən başqa digər həmkəndliərindən bir neçə nəfər orada olmuş, lakin olanrı xatırlamır. Piran kəndlində yerləşən «Fərid» marketin qarşısında baş vermiş münaqişə təxminən 10 dəqiqə davam etmiş, həmin münaqişə zamanı yolda hərəkət dyanmamış, münaqişənin yolda hərəkətdə olan şəxslərə və avtomobillərə heç bir maneçiliyi olmamışdır. Təqsirləndirilən şəxs2 sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Himayəsində bir azyaşlı uşağı olmaqla ailədə yeganə qazanc gətirən şəxsdir. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Xırdalan şəhəri, 26-cı məhəllə ev 46 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Lerik rayonunun Hamarmeşə kənd sakinləri Arif və Təqsirləndirilən şəxs1lər dayısı oğlanları, Təqsirləndirilən şəxs2 isə uzaq qohumumdur, münasibətləri həmişə yaxşı olmuşdur. Lerik rayonunun Haran kənd sakini X4 03 yanvar 2023-cü il tarixdə saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə onu dəvət etdiyinə görə toyda iştirak etmək üçün 03 yanvar 2023cü il tarixdə Lerik rayonunun ərazisinə gəlib kənd sakinləri və qohumlarla birlikdə saat 14də toyda iştirak etmək üçün Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayına gəlmiş, toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmişdir. Masada qohumları Arif, Nurəli, Elvin və digər qohumlarla oturub yemək yemiş və kənardan spirtli içki gətirib bir qədər qəbul etmiş, toy məclisinin gedişi zamanı aralarında hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radə toy məclisi başa çatmış, vağzalı çalınmış, bəy və gəlin evlərinə yola salınmış, özü toydan çıxdıqdan sonra şadlıq sarayının həyətində saxladığı idarə etdiyim «Saipa» markalı, 77-PC- 145 qeydiyyat nişanlı avtomobilə yaxınlaşanaraq «kəndə gedirəm, kim kəndə gedir gəlsin» demiş, Elvin və onunla olan 2 və yaxud da 3 nəfər tanımadığı şəxslər maşınına oturmuşlar, avtomobilini işə salıb sürərək Lerik rayonunun Piran kəndinin mərkəzində, Lənkəran-Lerik yolunun kənarında yerləşən «Fərid» marketin qarşısına gəlib avtomobili dayandırıb yerə düşərək su və siqaret almaq üçün dükana girib su və siqaret alıb dükandan çıxaraq avtomobilinə yaxınlaşan zaman Nurali qarşısına çıxmış, Nurəliyə «toy məclisinin gedişi zamanı sifariş etdiyim oyun havasının ifasini nə üçün dayandırdın» demiş, Nurəli sərxoş olduğuna görə aralarında mübahisə yaranmış, Nurəli ilə mübahisə etdiyi zaman Təqsirləndirilən şəxs2 heç bir söz deməmiş, buna baxmayaraq Elvin də müdaxilə edib ona qarşı köbüd hərəkət edərək Nurəli ilə birlikdə onunla əlbəyaxa olmuşlar, Nurəli avtomobilinin sol yan güzgüsünü sındırmiş, həmin yerdə olanlar onları ayırmışlar, həmin yerdən getmək üçün maşınına sükan arxasına oturaraq sürmək istədiyi zaman Elvin Kərmov ona imkan verməmiş, avtomobilnin qarşısında dayanmış, Nurəli avtomobilinin üzərinə gedərək sağ qabaq qapı şüşəsinə yumruq vurmuş, daha sonra qapını açıb salonda sükana bərkidilən şüşətəmizləyici mühərriki işə salmaq üçün quraşdırılmış rçaqını sındırmiş, bundan sonra avtomobilindən yerə düşüb Nurəliyə iradımı billdirmək istədiyi zaman Elvin təkrar onunla əlbəyaxa olmuş, Nurəli və Elvin onu vurmaq üçün çalışmışlar, orada olan şəxslər onları ayırmışlar, özü avtomobilinin yük yerindən dabankeşi gütürüb Nurəlinin başna zərbə endirmiş, həmin vaxt Elvin onunla əlbəyaxa olduğuna görə zərbə onun başına dəmiş, Təqsirləndirilən şəxs2 onu buraxmayıb kənara dartmağa başlamış, orada olanlar onu Elvinin əlindən almışlar, avtomobilini sürüb tək Hamarmeşə kəndinə öz evinə gəlmişdir. Piran kəndində «Fərid» marketin qarşısında Nurəli ilə aralarında mübahisə yaranmış, Elvin də Nurəliyə kömək etmək məqsədi ilə onun üzərinə gəlmiş, Elvin onu tutub saxlamış, Nurəli isə avtomobilini əzmiş, həmin vaxt özünü idarə edə bilməyib avtomobilinin yük yerindən dabankeşi və avtomobili dayandırmaq üçün nəzərdə tutulmuş stop işarəsni götürüb onlara atmışdır. Piran kəndlində yerləşən «Fərid» marketin qarşısında baş vermiş münaqişə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin münaqişə zamanı yolda hərəkət dyanmamışdır. Münaqişənin yolda hərəkətdə olan şəxslərə və avtomobillərə heç bir maneçiliyi olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını göstərməklə təqsirləndirlən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Lerik rayonunun Hamarmeşə kəndində yaşayır. Təqsirləndirilən şəxs1 əmisi oğlu, Təqsirləndirilən şəxs2 həmkəndlisi, Bakı şəhəri Xırdalan şəhərində yaşayan Zərərçəkmiş şəxs1 isə bibisi oğludur, onlarla münasibəti yaxşıdır. Lerik rayonun Haran kənd sakini X4 03 yanvar 2023-cü il tarixdə, saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə onu dəvət etdiyinə görə 03 yanvar 2023-cü il tarixdə kənd sakinləri və qohumlarla birlikdə saat 14-də toyda iştirak etmək üçün Piran kəndində yeləşən «Ata yurdu» şadlıq sarayına gəlmişlər. Toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmişdir. Masada Eldar, Nurəli, Elvin və digər qohumlarla oturub yemək yemiş, özləri ilə gətirdikləri spirtli içkidən qəbul etmiş, toy məclisinrin gedişi zamanı aralarında hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radələrində toy məclisi başa çatmış, vağzalı çalınaraq bəy və gəlin evlərinə yola salınmış, toydan çıxdıqdan sonra şadlıq sarayının həyətində Elvin və Nurəli ilə birlikdə Eldarın idarə etdiyi «Saipa» markalı, 77-PC- 145 qeydiyyat nişanlı avtomobilə oturmuşlur, Eldar maşını işə salıb sürərək yola çıxdıqdan sonra yolun kənarında yerləşən «Fərid» marketdən su və siqaret almaq üçün avtomobili marketin qarşısında dayandırmış, özü maşından düşüb marketə girmiş, dükanda quraşdırılmış «MilliÖn» terminalı vasitəsi ilə kredit ödədiyi zaman dükanda olanlardan xatırlamadığı şəxs «bayırda dalaşırlar» dediyinə görə dərhal marketdən bayıra çıxmış Eldar, Nurəli və Elvinin dalaşmalarını, yanlarında olan xatırlamadığı şəxslərin onları ayırmağa çalışdıqlarını görüb dərhal araya girib Nurəlini qucaqlayıb kənara aparmış, Klvinin başından qan axdığını və Eldaırn üzərinə hücum etdiyini görərək Elvinin qarşısına çıxıb onu sakitləşdirmək istəmiş, Elvin ona bir şillə vuraraq onu kənara itələyərək Eldarın üzərinə getmiş, lakitn Elvinin qarşısını alıb kənara apararaq X5 avtomobilinə otuzdurmuş, Rauf maşını sürüb həmin yerdən uzaqlaşmışlar, Eldar isə orada qalmışdar. Nurəli və Elvindən Eldarla nə üçün mübahisələrin yarandığını soruşmuş, Nurəli ona Eldar ona toy məclisində onunla rəqs etmədiyinə görə irad bildirib buna görə aralarında münaqişə yaranmışdır. Rauf onları Hamarmeşə kəndinə gətirmiş, kənddə maşından düşdükdən sonra Rauf evinə getmiş, Nurəli və Elvin Hamarmeşə kəndinin Lerik istiqamətində çıxışına, yolun kənarına gəlmişlər, məqsədləri paltarlarınə təmizləmək, sifətlərini yumaq olmuşdur. Həmin vaxt Eldar piyada onların yanına gələrək Elvin ilə Nurəlinin üzərinə hücum etmək istəmiş, onun qarşısına keçib onu qucaqlayıb məzəmmət etmiş, Eldarın Nurəli və Elvini vurmaq üçün hərəkət etdiyi zaman zərbələri onun qarnına dəymiş, lakin xəsarət aldığını hiss etməmiş, buna baxmayaraq Eldarı məzəmmət edib evinə yola salmış, Eldar getdikdən sonra Elvin və Nurəli ilə evlərinə getmişlər. Evinə gəldikdən sonra xəsarət alddığını bilib tibbi yardım üçün Lənkəran RMX-na getmişdir. Piran kəndində «Fərid» marketin qarşısında baş vermiş hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisədən əvvəl spirtli içki içsə də hadisə zamanı sərxoş olmamışdır. Təsvir etdiyi hadisə ilə bağlı ərizə yazmamış, Eldar bibisi oğlu, Elvin həmkəndlisi, Nurəli isə əmisi oğludur, onlarla düşmənçiliyi olmamış və yoxdur. Buna görə də heç bir şikayəti yoxdur. Piran kəndində yerləşən «Fərid» marketin qarşısında baş vermiş münaqişə təxminən 10 dəqiqə davam etmiş, həmin münaqişə zamanı yolda hərəkət dyanmamışdır. Münaqişənin yolda hərəkətdə olan şəxslərə və avtomobillərə heç bir maneçiliyi olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını göstərməklə təqsirləndirlən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik rayonunun Hamarmeşə kəndində yaşayır. Arif, Təqsirləndirilən şəxs1lər, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1 həmkəndliləridir, onlarla ziddiyyəti olmamışdır. Zərərçəkmiş şəxs1 Xırdalan şəhəində yaşayır. Lerik rayonun Haran kənd sakini X4 03 yanvar 2023-cü il tarixdə, saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə onu dəvət etdiyinə görə 03 yanvar 2023-cü il tarixdə kənd sakinləri və qohumlarla birlikdə saat 14-də toyda iştirak etmək üçün Piran kəndində yeləşən «Ata yurdu» şadlıq sarayına gəlmiş, toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmişdir. Masada Elvin, Azər və digər xatırlamadığı şəxslərlə oturub yemək yemiş, kənardan gətirdikləri spirtli içkidən qəbul etmiş, toy məclisinin gedişi zamanı hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radələrində toy məclisi başa çatmış, bəy və gəlin evlərinə yola salınmış, toy məclisinə taksi ilə getdiyinə görə evinə qayıtmaq üçün şadlıq sarayından çıxıb kəndin mərkəzində yerləşən «Fərid» marketin qarşısına gəlmiş, bir neçə avtomobil o, cümlədən Eldarın avtomobilinin də orada dayandığını, həmkəndliləri Nurəli və Eldarın mübahisə etmələrini, Arif və Elvinin onları bir-birindən uzaqlaşdırmalarını görmüş, onlara yaxınlaşmayıb kənarda qalıb oları izləmiş, Eldar avtomobilində sükan arxasında oturduğu vaxt Nurəli arxadan fırlanıb avtombilin sol qabaq qapı şüşəsinə yumruq vurmuş, daha sonra qapını açıb salona girərək Eldarla əlbəyaxa olmuş, Arif və xatırlamadığı şəxslər onu salondan kənara çıxartmışlar, Eldar da sükan arxasından yerə düşüb avtomobilin arxasında əlbəyaxa olmuşlar, onlara yaxınlaşmamış, bir neçə nəfər, yəni Elvin, Eldar, Nurəli və Arif bir-birindən tutub dartışmışlar, kimin kimi vurduğunu bilməmiş, daha sonra Eldar avtomobilinə oturub sürərək Lerik istiqamətində getmiş, Elvinin Arifi vurub yerə yıxdığını görməmiş, daha sonra Eldar, Elvin, Nurəli və Arifin Hamarmeşə kəndinin ərazisində bir yerdə söhbət etdikləri zaman güya Eldarın Arifə xəsarət yetirdiyini eşitmiş, lakin həmin hadisəni görməmişdir. Piran kəndində yerləşən «Fərid» marketin qarşısında baş vermiş münaqişə təxminən 10 dəqiqə davam etmiş, həmin münaqişə zamanı yolda hərəkət dayanmamışdır. Münaqişənin yolda hərəkətdə olan şəxslərə və avtomobillərə heç bir maneçiliyi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Lerik rayonunun Hamarmeşə kəndində yaşayır. Arif və Təqsirləndirilən şəxs1lər, Zərərçəkmiş şəxs1, həmçinin Təqsirləndirilən şəxs2 həmkəndliləridir, onlarla ziddiyyəti olmamışdır. Rayonun Haran kənd sakini X4 03 yanvar 2023-cü il tarixdə, saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə onu dəvət etdiyinə görə 03 yanvar 2023-cü il tarixdə kənd sakinləri və qohumlarla birlikdə saat 14-də toyda iştirak etmək üçün Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayına gəlmiş, toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmiş, lakin spirtli içki içənlər kənardan özləri ilə gətirib içmişlər, özü avtomobil sürdüyünə görə spirtli içki qəbul etməmişdir. Toy məclisinin gedişi zamanı hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radələrində toy məclisi başa çatmış, şadlıq sarayından çıxıb avtomobilini dayandırdığı yerə gəlib Azərlə birlikdə maşına oturub sürərək «Fərid» marketin qarşısına gəlib bir qədər kənarda avtomobili dayandırıb marketə girib siqaret alıb bayıra çıxdığı zaman Eldar ilə Nurəlinin bir-birinin üzərinə hücum etmələrini, Arif və Elvinin isə onları bir-birindən uzaqlaşdırmaq istədiklərini görmüş, Eldar avtomobilinə oturmuş, Nurəli isə sağ tərəfdən avtomobilə yaxınlaşaraq sol qabaq qapı pəncərəsinə yumruq vurmuş, qapını açıb salona daxil olmuş, Arif isə onu kənara çıxartmış, bundan sonra Eldar da avtomobildən düşmüş və avtomobilin arxasında əlbəyaxa olmuşlur, lakin Arif və Elvin onları ayırmış, Eldar avtomobilinə oturub sürərək kəndə tərəf getmiş, bundan sonra Elvini, Arifi, Azəri və Nurəlini avtomobilinə götürüb Hamarmeşə kəndinə gətirmiş, onlar yolda avtobilindən düşüb «Elvinin başından qan axır, qanı yuyub evə gedərik» demişlər. Onları yolun kənarında saxlayıb evinə getmiş, bundan təxminən 2-3 saat sonra ona məlum olmuşdur ki, Arif, Nurəli, Elvin və Eldar kəndin girişində yolun kənarında mübahsə etmişlər, həmin mübahisə zamanı Arif xəsarət almış, sonuncunu Lənkəran RMX-na aparmışlar. Özü şəxsən Hamarmeşə kədinin ərazisində baş vermiş hadisəni görməmişdir. Piran kəndində yerləşən «Fərid» marketin qarşısında baş vermiş hadisə zamanı Eldar, Nurəli, Elvin və Arifdən başqa Azərin, Afiqin orada olduqlarını xatırlamır, digər şəxsləri tanımamışdır. Piran kəndində yerləşən «Fərid» marketin qarşısında baş vermiş münaqişə təxminən 10 dəqiqə davam etmiş, həmin münaqişə zamanı yolda hərəkət dayanmamış, münaqişənin yolda hərəkətdə olan şəxslərə və avtomobillərə heç bir maneçiliyi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Lerik rayonunun Hamarmeşə kəndində yaşayır, Arif və Təqsirləndirilən şəxs1lər, Zərərçəkmiş şəxs1, həmçinin Təqsirləndirilən şəxs2 həmkəndliləridir, onlarla ziddiyyəti olmamışdır. Eldar Xırdalan şəhərində yaşayır. Haran kənd sakini X4 03 yanvar 2023-cü il tarixdə, saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə ona dəvət etdiyinə görə 03 yanvar 2023-cü il tarixdə kənd sakinləri və qohumlarla birlikdə saat 14-də toyda iştirak etmək üçün Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayına gəlmiş, toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmişdir. Lakin spirtli içki içənlər kənardan özləri ilə gətirib qəbul etmişlər. Toy məclisinin gedişi zamanı hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radələrində toy şənliyi yekunlaşmış, bəy və gəlin evlərinə yola salınmış, özü həmkəndlisi Raufla birlikdə onun maşınına oturub evlərinə yola düşmüşlər, «Fərid» marketin qarşısından keçərkən avtomobili dayandırıb siqaret almaq üçün düşüb dərhal dükana girmiş bir qədər gecikərək siqaret alıb bayıra çıxdıqdan sonra Arifin Nurəlini qucaqlayıb kənara apardığını görmüş, özü, Arif, Nurəli və Elvinlə birlikdə Raufun maşınına oturub kəndə gəlmişlər. Yolda ona məlum olmuşdur ki, marketin qarşısında Nurəli, Eldar və Elvin dalaşmışlar, Elvinin əlləri qana bulaşmış vəziyyətdə olmuşdur. Evinin yanında maşından düşüb evinə getmiş, bundan sonra Nurəli, Arif, Elvin və Eldar arasında kəndin ərazisində mübahisənin yarandığını, Arifin xəsarət aldığını 04 yanvar 2023-cü il tarixdə eşitmiş, lakin həmin hadisəni görməmişdir. Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lerik rayonunun Piran kəndinin mərkəzində yerləşən «Fərid» marketdə inzibatçı işləyir, 03 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində marketdə olduğu zaman 2-3 nəfər tanımadığı şəxslər marketə girib siqaret və su alıb bayıra çıxmışlar, az vaxtdan sonra marketin qarşısında bir neçə nəfərin bir-birilə mübahisə etmələrini, hətta bir-birilərinə daş atmalarını, görmüş, orada təxminən 10 nəfər gənc yaşda tanımadığı şəxslər olmuş, 2 nəfər qarşılıqlı dalaşmış, digərləri isə onları ayırmağa çalışmışlar. Onlardan 1 nəfər ağ rəngdə minik maşınına yumruq və təpik vurmuşdur. Ərazidə xidmət aparan polis əməkdaşı Çingiz Orucova zəng edib məlumat vermiş, təxminən 10 dəqiqədən sonra Çingiz hadisə yerinə gəlmiş, lakin polis əməkdaşı gələnə kimi dalaşanlar maşınlarına oturub hadisə yerindən getmişlər. Dalaşanların söyüş söymələrini eşitməmiş, bu hadisə təxminən 10 dəqiqə davam etmiş, dalaşanların Hamarmeşə kənd sakinləri olduğunu sonradan bilmişdir. Hadisə zamanı avtomobil yolu bağlanmamışdır. Dalaşanların bir-birinə daş atmalarını görsə də xəsarət alanın olduğunu görməmişdir. Şahid4 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, 03 yanvar 2023-cü il tarixdə saat 19 radələrində idarə etdiyi avtomobilin çəninə yanacaq doldurmaq üçün yaşadığı kənddə yerləşən yanacaqdoldurma məntəqəsinə gedərək yanacaq götürüb evinə qayıdarkən Piran kəndinin mərkəzində, yolun kənarında yerləşən «Fərid» marketin qarşısından keçərkən 2-3 avtomobilin dayandığını, bir neçə nəfərin bir-birilə əlbəyaxa olduqlarını görüb avtomobilini bir qədər kənarda saxlayıb düşərək həmin şəxslərə yaxınlaşmış, toydan çıxan Hamarmeşə kənd sakinlərin bir-birilə dalaşmalarının şahidi olmuş, dalaşanları orada olanlar ayırmışlar, bir nəfər ağ rəngdə avtomobilə oturub sürərək Lerik istiqamətinə getmiş, digər şəxslərdən 3-4 nəfər bir avtomobilə oturub hadisə yerindən Lerik istiqamətinə getmişlər. Hadisə yerində olan şəxslərdən Hamarmeşə kənd sakinləri Rauf və Elvini tanımış, sonuncunun başının qana bulaşdığını görmüş, hadisə yerinə gələnə kimi Elvin xəsarət aldığına görə kim tərəfindən vurulduğunu görməmiş, hadisə vaxtı avtomobil yolu bağlanmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Saipa» markalı, 77-PC- 145 qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə hadisə nəticəsində 135 (bir yüz otuz beş) manat ziyan vurulmuşdur. Cinayət işinə əlavə edilmiş İ-7467 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Fizulinin azad olunmsına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş İ-4012 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Xovavəndin azad olunmsına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş İ-26223 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2019-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsində və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməli CM-nin 221.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CMnin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini CM-nin 59.1.13-cü, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və Vətən müharibəsi iştirakçısı olmaqla göstərdiyi igidliyə görə medallarla təltif olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini CM-nin 59.1.13-cü, əməllərindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-34/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-34/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver