Məhkəmə qərarları › İş №1(048)-34/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-34/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-34/2024 22.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 09:30 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1995-ci ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən satış məqsədi ilə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanolepitk əlmətlərinə və bioloji komponent tərkibinə görə bir-birilərilə eyni olan 363,212 qram çəkidə, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib daşıyaraq ünvan 2 ünvanında yerləşən yaşadığı evə gətirib gizlədərək saxlamış, əldə etdiyi narkotik vasitə marixuanadan sarı rəngdə selofan torbada təmiz çəkisi 8,212 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 31 yanvar 2024-cü il tarixdə, saat 16:15-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lerik şəhər, Nizami küçəsində saxlanılaraq Lerik rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 16:35-dən saat 16:58-dək üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin sol yan cibində sarırəngdə sellofat torbada təmiz çəkisi 8,212 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində təqdim etdiyi ünvan 2 yanvanında yerləşən evində həmin tarixdə, saat 20:30-dan saat 21:10-dək axtarış aparılarkən evin dəhlizinin istifadə olunmayan sahəsində 01 ədəd qara rəngdə sellofan torbada içərisində təmiz çəkisi 355,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilir. Ailə üzvlərilə birlikdə Lerik şəhərində yaşamaqla heç yerdə işləmir, 2023-cü ilin avqust ayında Lerik rayonunun Zuvand adlanan Ərazisində yabanı halda bitmiş çətənə kollarından yarpaqlarını özü istifadə etmək üçün toplayıb Lerik şəhərində yerləşən yaşadığı evə gətirib ailə üzvlərindən xəbərsiz gizli yerdə qurutmuş, həmin marixuanadan ara-bir gizli götürüb istifadə etmiş, 31 yanvar 2024-cü il tarixdə, saat təxminən 16 radələrində həmin narkotik vasitə marixuanadan az miqdarda götürüb sarı rəngli sellofan torbaya töküb istifadə etmək məqsədilə əynində olan gödəkcənin sol yan cibinə qoyub gəzmək üçün Lerik şəhərinə getmiş, Lerik şəhəri, Nizami küçəsində piyada hərəkətdə olduğu zaman sonradan adlarını bildiyi Lerik RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ona «narkotik vasitələrin dövriyyəsində şübhəlisin, bizimlə Lerik RPŞ-na getməlisin» dedikdən sonra polis əməkdaşların dəvətnə əsasən Lerik RPŞnin inzibati binasına gəlmiş, vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə varsa təqdrn edin dedikdən sonra əynində olan gödəkcənin sol yan cibidə sarı rəngdə sellofan torbada gəzdirdiyi marixananı çıxarıb təqdim etmiş, həmin narkotik vasitəyə baxış keçirilmiş, tərəzidə çəkilərək qablaşdırılıb götürülmüş, bundan əlavə evində olan narkotik vasitə marixuananı təqdim etməsi ona bildirilmiş, vəkil və polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmiş, evində gizlətdiyi qara rəngdə sellofan torbada olan marixuananı saxladığı yerdən götürüb təqdim etmiş, həmin marixuanaya baxış keçirilmiş, tərəzidə çəkilərək qablaşdırılıb götürülmüş, üzərində daşıdığı və evində saxladığı narkotik vasitə marixuananı özü könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış və evində axtarış aparılarkən ona qarşı hər hansı bir formada zorakı hərəkətlər edilməmiş və xəsarətlər yetrilməmişdir. Özü ruhi xəstə deyildir, psixi xəstəliklərdən əzab çəkmir, hüquqları ona tam izah edilmişdir, etdiyi hərəkətlərin məsuliyyətini dərk edir, həmin hərəktlərə görə peşmandır, qanunla ona köməklik göstərilməsini xahiş edir. Ötən müddət ərzində narkotik vasitə marixuanadan istifadə etmiş, digər növ narkotik vasitələrdən istifadə etməmiş, istifadə etmək üçün marixuananı ayrı-ayrı vaxtlarda Lerik-Lənəran şəhərində tanımadığı bir neçə nəfər şəxslərdən müxitəlif qiymətlərə əldə etmiş, əldə etdiyi narkotik vasitədən hər hansı bir şəxsə heç vaxt satmamış, narokotik vasitədən istifadə etməsini ailə üzvləri və onunla ünsiyyətdə olan şəxslər bilməmişlər. Özü heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Hazırda etdiyi əməlindən peşimandır. Söz verir ki, bir daha narkotik vasitə istifadə etməyəcəkdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq ona qanunamüvafiq qaydada köməklik edilməsini xahiş edir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, barəsində ədalətli hökm çıxarılmasını bildirərək, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2004-cü ildən Lerik RPŞ-də polis nəfəri, daha sonra isə 2018ci ildən CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla düşmənçilik və ziddiyyəti olmamışdır. Lerik şəhər sakini X4 rayonun Mastail kəndinə gedən yolun sağ kənarında yerləşən yaşadığı evində, həyətyanı sahəsində və tikililərdə qanunsuz olaraq narkotik vasitə saxlaması, həmçinin ünvan 3 ünvanında yerləşən evdə yaşayan oğlanları Elşad və Niyaməddin Ağayev qardaşların narkotik vasitə saxlamaları ilə bağlı mötəbər mənbədən şöbə rəhbərliyinə daxil olmuş məlumat əsasında bu şəxslərin ətrafında əməliyyat- axtarış tədbirlərin keçirilməsi üçün rəsmi tapşırıq almış, hətta bu şəxslərin yaşadıqları ünvanda axtarışın aparılması üçün Lerik rayon məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarı da alınmışdır. Bu tanşırığa əsasən həmin şəxslərin ətrafında əməliyyat-axtarış tədbirlərini müvafiq qanunların tələbinə əsasən həyata keçirmiş, 31 yanvar 2023-cü il tarixdə günün ikinci yarısında Təqsirləndirilən şəxs Lerik şəhərində olmas və üzərində narkotik vasitə gəzdirməsi barədə ona məlumat daxil olmuş, bu məluatı dərhal şöbə rənhərliyinə məruza edib tədbirin kesçirilməsi üçün qəbul etdiyi qərar təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün şöbə əməkdaşları Şahid2 və Şahid3 ibarət qrup yaradılmış, Şahid2 və Anar Salmnovla söhbət ararıb onları tam təlimatlarndırmış, bundan sonra Elşan Ağayevini yaxalanması üçün tədbirlər həyata keçirmiş, 31 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Lerik şəhəri, Nizami küçəsində yerləşən «Elvin» şadlıq sarayının qarşısından keçən yolda piyada hərəkətdə olarkən şübhəli şəxs qismində saxlayıb üzərinüə narkotik vasitə olması və daşıması ilə bağlı şübhəli olduğunu şöbəyə getməsini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Lerik RPŞ-nə gətirib üzərində şəxsi axtarışın aparılması üçün raportla şöbə rəhbərliyinə müraciət etmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Haldun Məmmədliyə həvalə olunmuş, 31 yanvar 2024-cü il tarixdə saat 16:35-dən saat 16:58-ə dək olun müddətdə Haldun Məmmədlinin xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan ködəkçənin sağ yan cibindən sarı rəngdə sellofan bükülü çıxarıb təqdim edərək həmin bükülüdə kəskin iyi olan narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülüb qablaşdırılmış, şifahi sorğu zamanı Elşada Ayev həmin bükülüdə olan narkotik vasitəni Lerik rayonunun Zuvand ərazisində yabanı halda bitmiş çətənə kollarından gələcəkdə özü istifadə etmək üçün toplayıb Lerik şəhərində yerləşən fərdi yaşayış evinə gətirdiyini bildirmiş, əməliyyat axtarış tədbirlərin davamı oalarq Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən yaşadığı evdə həmin gün saat 20:30-dan saat 21:10-a dək olan müddətdə axtarış aparılmış, Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evində aparılmış axtarış zamanı evində narktik vasitə saxladığını bildirmiş və evin dəhlizinin istifadə olunmayan sahəsində qara rəngli sellofan torbada kəskin iyi olan yaşıl rəngdə qurudulmuş formada narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülüb qablaşdırılmış, bundan sonra əməliyyat-axtarış tədbirlərin davamı olarq həmin gün saat 21:30-dan saat 22:15-ə dək olan müddətdə Lerik şəhər sakini X4 Lerik-Mastail kəndara yolunun Mastail kəndi istiqamətində yolun 2-ci km-də, yolun sağ tərəfindən yerləşən yaşadığı evində və tikililərdə axtarış aparılmış, Tofiq Ağayevin evində axtarış aparlmasına baxmayaraq istənilən növ narkotik vasitə və psixotrop maddə, həmçinin cinayət xarkterli əşya və alət aşkar olunmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadələri ilə eyni məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs narkotik vasitəni satışı məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, eyni zamanda narkotik vasitənin satması barədə məlumatın daxil olmadığını bildirmişlər. 31 yanvar 2024-cü il saat 16:35-dən 16:58-dək aparılan şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibində sarı rəngli sellofan bükümdə çəkisi 8.212 qram olan narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. 31 yanvar 2024-cü il saat 20:30-dan 21:10-dək aparılan şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, Lerik şəhəri Ərdəbil küçəsi ev 39-da yaşadığı evdə narkotik vasitəyə oxşar kütlə saxladığını, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin dəhlizində istifadə olunmayan hissəsində 01 ədəd qara rəngdə sellofan torbanın içərisində təmiz çəkisi 355.0 qram olan çətənə bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin X3 01 fevral 2024-cü il tarixli, 19/94 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd sarı rəngdə sellofanda 01 ədəd bükümdə təmiz çəkisi: 8,212 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evindən götürülmüş 01 ədəd bükülüdə təmiz çəkisi: 355,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evində aşkar olunmuş ümumilikdə 2 bükülü olmaqla ümumi təmiz cəkisi:-363,212 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Qeyd: marixuananın ümumi təmiz çəkisi 363,212 qram, cəmi tədqiqata sərf olundu-0,1 qr (hər.ob-o,5ar) qalıq 363,112 qram təşkil edir. Ekspertiza tədqiqatnın dəyəri 60 manatdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X5 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 02 fevral 2024-cü il tarixli, 101 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan KANNABİNOİDLƏRDƏN istifadə halları olub. Lakin asıiılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin 01 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum olunmuşdur. Suraxanı RPİ-də barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.3 və 177.2.4-cü maddələri ilə olan cinayət işinin istintaq icraatı 23 noyabr 2019-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsi ilə dayandırılmışdır. Lerik Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli 7(048)-02/2017 saylı qərarından görünür ki, Lerik Rayon Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli 1(048)-22/2016 saylı hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 1500 (bir min beş yüz) manat cərimə cəzası dəyişdirilib aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası ilə əvəz edilmişdir. Lerik Rayon İcra və Probasiya Şöbəsinin 20 may 2024-cü il tarixli məktubundan görünür ki, Lerik Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli 7(048)-02/2017 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası 2018-ci il tarixdə bitdiyindən icra şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2022-ci və 2024-cü il təvəllüldü 2 azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 38 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən xx.xx.2020ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və müvafiq hərbi hissəyə təhvil verilmişdir. Fizuli-Şuşa istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarına əlavə edilmiş İ-4372 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, 2022-ci il 21 aprel tarixli 250 nömrəli Sərəncamla Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif olunmuşdur. Maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə edərək üzərində saxlamaqla daşıdığı marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyə rəngdə kağız paketdə qablaşdırılmış 363,112 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətdən şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ittihamı irəli sürmüşdür. Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız sonuncudan üzərindən aşkar olunmuş 01 dədə sellofan torbada təmiz çəkisi 8,212 qram və evindən aşkar edilmiş 01 ədəd sellofan torbada olan təmiz çəkisi 355,0 qram çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə hələ cinayət təqibinin başlanğıcında Təqsirləndirilən şəxs niyyətinin satış məqsədi olmaması ilə bağlı nəticəyə gəlib onun barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə əməliyyat tapşırığı, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz ilk gündən ona məlum olan həmin ehtimal və mülahizə əsasında “Cinayət işinin başlanması haqqında” 01 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatın daxil olmadığını, sonuncu barədə yalnız narkotik vasitələrin istifadə etməsi barədə məlumatları olduqlarını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş sarı rəngli sellofan bükümdə çəkisi 8,212 qram və 01 ədəd qara rəngdə selofan torbada narkotik vasitə olan qurudulmuş marixuananı 355,0 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitələr, psixotrop maddələr qəbul edən Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, 31 yanvar 2024-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibində sarı rəngli sellofan bükümdə çəkisi 8,212 qram və evindən aşkar edilmiş 355,0 qram çətənə bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitələri satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Göstərilənləri, nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 01 ədəd sarı rəngdə sellofan torbada 8.212 və 01 ədəd qara rəngdə sellofan torbada 355.0 qram qurudulmuş halda narkotik vasitə marixuana əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayət qədər ağlabatan və inandırıcı deyil. Qeyd olunanlara əsasən məhkəmə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razılığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri ehtimal üzərində qurmaq olmaz. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarkterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, xx.xx.2020-ci il tarixdə səfərbərliyə cəlb edilərək Fizuli-Şuşa istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etməsini, 2022-ci il 21 aprel tarixli 250 nömrəli Sərəncamla “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki,onlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı təqsirin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmçinin cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cüiltarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Lerik rayon məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 yanvar 2024-cü il tarixdə, saat 16:15-dən hesablanmışdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsə alındığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın azadlıqdan məhrum etmə müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin başlanğıcı məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını və onun üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik şəhəri Ərdəbil küçəsi ev 39-da yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbirinə dəyişdirlməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmaqla, barəsində seçilmiş “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənənədək dəyişdirlmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd qəhvəyi rəngdə kağız paketdə qabılaşdırlmış 363,112 qram qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsə alındığı 3 (üç) ay 22 (iyirmi iki) gün müddət bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 14 (on dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerii rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik şəhəri Ərdəbil küçəsi ev 39-da yerləşdiyi evi axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbirinə dəyişdirlsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun, barəsində seçilmiş “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənənədək dəyişdirlməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ərazi narkoloji kabinetində müvafiq qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd qəhvəyi rəngdə kağız paketdə qabılaşdırlmış 363,112 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar