Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-34/2025 24.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxx 1992-ciildə Lerik rayon Zenonu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lerik rayonu, Zenonu kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 2025-ci ilin iyul ayının ortalarında vahid niyyətlə Lerik rayonunun Zenonu kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində azat cinsli diametri 8 sm-də 1 ədəd, 12 sm-də 2 ədəd, 14 sm-də 5 ədəd, 15 sm-d 2 ədəd, 16 sm-də 7 ədəd, 18 sm-də 2 ədəd, 20 sm-də 5 ədəd, 22 sm-də 2 ədəd, 23 sm-də 1 ədəd, 24 sm-də 2 ədəd, 10 sm-də 1 ədəd, palıd cinsli diametri 14 sm-də 1 ədəd, 15 sm-də 1 ədəd, 18 sm-də 1 ədəd, 20 sm-də 2 ədəd, 22 sm-də 1 ədəd, 24 sm-də 1 ədəd olmaqla ümumilikdə 37 ədəd ağacın yaş halda kök boğazından qanunsuzkəsməsi nəticəsində təbiətə 6060 (altı min altmış) manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonu, Zenonu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Lerik rayonunun Zenonu kəndi ərazisində “Məmmədəli” bulağı adlanan ərazidə ailəsinə məxsus pay torpağının aşağı hissəsində ağaclıq yerləşir. Çünki həmin torpaq sahəsi onlara məxsusdur. Ağaclar atası Gülverdi Muradov və onun tərəfindən əkilərək qulluq göstərilmişdir. Yaşadığı Zenonu kəndində təbii qaz olmadığı üçün odundan istilik enerjisi kimi istifadə edirmişlər. 14 iyul 2025-ci il tarixdə həmin ağacların özünə məxsus torpaq sahəsində yerləşdiyini və onlar tərəfindən ağacların salınmasını fikirləşib həmin ağacları kəsə biləcəyini düşünüb ağacları kəsərək həyətə gətirmək qərarına gəlmişdir. Buna görə 14 iyul 2025-ci il tarixdən 18 iyul 2025-ci il tarixədək ağacları özü motomomişarla kəsərək odun edib, müəyyənn hissəsini evinin həyətinə aparmışdır. Ağacların kəsilməsində və daşınmasında ona heç kim köməklik göstərməyib. Həmin torpaq sahəsində ümumilikdə 37 (otuz yeddi) ədəd müxtəlif diametrli ağacları kəsmişdir. Həmin ağacları evində oduncaq kimi istifadə etmək üçün matorlu mişarla, əsasən isə balta ilə kəsib doğramış, ağacların bir hissəsinin uzunqulaq (eşşək) ilə evinin həyətinə aparmış, digər hissəsini doğradığı zaman Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona yaxınlaşıb kəsdiyi ağacları kəsməyi ilə bağlı icazəsinin, yəni sənədinin olub olmadığını soruşmuşlar, həmin torpaq sahəsinin ona məxsus olduğunu və sənədinin olmadığını demişdir. Həmin torpaq sahəsini babasından indiyədək onlar mühafizə etmişlər və ağaclar da atası və onun tərəfindən əkilərək qulluq göstərildiyindən, həmin torpaq sahəsinin onlara məxsus olduğunu düşünüb kəsmiş, ağacların bələdiyyə mülkiyyətində olduğunu düşünməmişdir. Həmin ağacları kəsməyinə dair sənədi yoxdur. Hazırda etdiyi əməldən peşiman olmasını, himayəsində az yaşlı uşaqların olmasını, ailədə yeganə qazanc gətirən özünün olduğunu, həmçinin meşə fonduna vurulmuş ziyanın üç yüz manatını ödəməsini, həmçinin böyrək xəstəliyindən əziyyət çəkdiyini bildirib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Lerik rayonunun Zenonu kənd sakini Təqsirləndirilən şəxs Lerik rayonu Zenonu kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində qanunsuz ağac kəsməsi barədə mərkəzin əməkdaşları tərəfindən tərtib olunmuş akt üzrə müvafiq araşdırma aparıb X9 vurulmuş ziyanın məbləği müəyyən olunaraq toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 259-cu maddəsinin tərkibi yarandığına görə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Məlum olmuşdur ki, həmin ağacları Lerik rayonunun Barzavu kənd sakini Təqsirləndirilən şəxs qanunsuz kəsmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən X9 vurulmuş ziyandan 300 manat ödəniş edilmişdir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiki, Lerik RPŞ-in PPXB-in bölük komandirinin müavini vəzifəsində işləyir. 21 iyul 2025-ci il tarixdə Lerik rayonunun Zenonu kəndi ərazisində Təqsirləndirilən şəxs ağacları kəsdiyi əraziyə 1 saylı Reghional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi vəzifəsində işləyən Xəzər Babazadə, PPXB-nin polis nəfəri Şahid4 ilə birlikdə gedərək baxış keçirtmişlər. Baxış zamanı həmin ərazidə azat cinsli diametri 8 sm-də 1 ədəd, 12 sm-də 2 ədəd, 14 sm-də 5 ədəd, 15 sm-d 2 ədəd, 16 sm-də 7 ədəd, 18 sm-də 2 ədəd, 20 sm-də 5 ədəd, 22 sm-də 2 ədəd, 23 sm-də 1 ədəd, 24 sm-də 2 ədəd, 10 sm-də 1 ədəd, palıd cinsli diametri 14 sm-də 1 ədəd, 15 sm-də 1 ədəd, 18 sm-də 1 ədəd, 20 sm-də 2 ədəd, 22 sm-də 1 ədəd, 24 sm-də 1 ədəd olmaqla ümumilikdə 37 ədəd ağacın kök boğazından kəsilməsini müəyyən etmişlər. Bununla bağlı akt tərtib olunmuş və imzalamışlar Məhkəmə iclasında şahid qismində didnirlmiş Şahid4 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. Lerik şəhəri, E.Qarayev küçəsi, ev 37-də qeydiyyatda olmaqla yaşayır. 18 iyul 2025-ci il tarixdə İTB-nin sahə polis nəfəri Şahid3 ilə birlikdə Lerik rayonunun Zenonu kəndində xidmətdə olarkən kənd ərazisində bir nəfər şəxsin əlində motomişarla ağac kəsdiyini görmüş, həmin şəxsə yaxınlaşaraq özünü təqdim edərək ağacları nə üçün kəsdiyini soruşduqda həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu, kənddə təbii qaz olmadığı üçün oduncaqlardan yanacaq enerjisi kimi istifadə etmək məqəsdilə kəsib evinin həyətyanı sahəsinə aparacağını demişdir. Ağacları kəsməsi ilə bağlı heç bir sənədinin olmadığını və həmin ərazinin özlərinə məxsus pay torpaq sahəsi olduğunu demişdir. Bu barədə dərhal Lerik RPŞ-nin növbətçi hissəsinə məlumat vermişlər. Hadisə yerinə istintaq-əməliyyat qrupuna gəlmiş, daha sonra həmin şəxsi Lerik rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində didnirlmiş Şahid3 şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirlmiş X4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi vəzifəsində işləyir. Lerik rayon Polis Şöbəsi tərəfindən ağacların kəsilməsi faktı aşkar edilmiş və mərkəzə ziyanın hesablanması ilə bağlı mütəxəssis dəvət olunması xahiş olunmuşdur. Bununla əlaqədar polis əməkdaşları ilə birlikdə göstərilən əraziyə baxış keçirilmiş və müəyyən olmuşdur ki, 37 ədəd ağac kəsilib. Həmin ağaclardan 7 (yeddi) ədəd palıd cinsli,30 (otuz) ədədazat cinsli ağacların kəsilməsi aşkar edilmişdir. Birinci dəfə baxış keçirilərkən həmin ağacların kimin mülkiyyətində olan torpaq sahəsində olması və kimin tərəfindən əkilməsi və ya təbii formada çıxması müəyyən olunmamışdır. Bu səbəbdən ilkin olaraq ziyan qırmızı kitaba düşən azat cinsli ağaca görə dəymiş ziyan 20 dəfə hesablanmaqla təyin edilmişdir. Lerik rayon PŞ-dən dəymiş ziyanın yenidən hesablanması ilə bağlı daxil olmuş ikinci müraciət üzrə tərəfindən əlavə mütəxəssis rəyi verilmiş və bu dəfə ki, ziyan bir qat hesablanmışdır. Tərəfindən verilmiş əlavə mütəxəssis rəyini bu şəkildə əsaslandırmışdır ki, kəsilən ağaclar təbii şəraitdə deyil, şəxs tərəfinən əkildiyi istintaq orqanı tərəfindən müəyyən olunduğundan dəymiş ziyan bu dəfə 20 dəfə artırılamaqla deyil, bir qat olaraq hesablanmışdır. Bundan başqa ağacların kəsildiyi yerə baxış zamanı kəsilmiş ağacların yerləşdiyi yer, müvafiq cərgə üzrə əkilməsi və ətrafda bu növ ağcların olmaması həmin ağacların şəxsin özü tərəfindən əkildiyini təsdiq edir. Adətən bu növ ağacların öz-özünə bitməsi, yəni təbii şəraitdə bitməsi həmin ağaclar müvafiq cərgə üzrə deyil, pərakəndə bitməsi xarakterikdir. Belə olan halda həmin ağaclar “Qırmızı kitabı” haqqında əsasnamənin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 125 saylı qərarının 1-ci maddəsinin 1-ci bəndinə əsasən “Qırmızı kitaba” daxil edilməyən hesab edilir. Həmin ağacların kəsilməsinə görə ziyan Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarının 1 nömrəli əlavəsinə əsasən, bir qat hesablanır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi vəzifəsində işləyən X3 tərəfindən tərtib olunmuş mütəxəssis rəyində göstərilmişdir ki, Lerik rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025ci il tarixli, 3-13-95/2-********** nömrəli məktuba əsasaən qeyd olunmuş əraziyə yenidən baxış keçirlmiş və yenidən ölçmə işləri aparılmışdır. Baxış keçirilmiş və müəyyən olunmuşdur ki, orada azat cinsli diametri 8-24 sm-də 30 (otuz) ədəd, palıd cinsli diametri 14-24 sm-də 7 (yeddi) ədəd olmaqla, ümumilikdə 37 (otuz yeddi) ədədə ağac yaş halda son günlər ərzində kəsilərək daşınmışdır. Azat və palıd cinsli ağaclar Lerik rayonunun Zenonu kənd sakini Təqsirləndirilən şəxs Gülverid oğlu və atası Gülverdi Muradov tərəfindən əvvəlki illərdə əkildiyindən ağaclar “Qırmızı kitab” haqqında əsasənamənin təsiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 125 saylı qərarının 1ci maddəsinin 1-ci bəndinə əsasən Azərbycan Respublikasının “Qırmızı kitabı” na daxil edilməən hesab edilir. Həmin ağacların kəsilməsinə görə ziyan Nazirlər Kabinetinin 27 oktyabr 2016-ci il tarixli 421 saylı qərarının 1 nömrəli əlavəsinə əsasən 4820 manat, palıd cinsli ağacların kəsilməsinə görə ziyan 1240 manat olmaqla, cəmi 6060 (altı min altmış) manat hesablanır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X819 avqust 2025-ci il tarixli, 2739 saylı ambulator məhkəmə psixiatrik eksperiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl dövründə də hər hansı xəstəlikdən əziyyət çəkməmişdir, hal–hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəni törədərkən öz hərəkətlərini ölçübbiçmək, dərk edib onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir, cinayət hadisəsini törədən zaman onda psixakanın pozulması halı baş verməmişdir. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə isintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər və barəsində hər hansı təhlükəsizlik tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hrəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri X8n 10 saylı Lənkəran ərazi darəsindən Lerik RPŞ-na daxil olmuş məktubda Lerik rayonunun Davradibi kəndi ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemində sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X5 Mərkəzinin 17 dekabr 2025-ci il tarixli 3-14-27-4/2-411/2025 saylı Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavabdan görünür ki, "Qırmızı Kitab"a düşən "azat" cinsli təbii şəraitdə bitən ağacların kəsilməsinə görə Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası'nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli qərarının 1 nömrəli əlavəsinin "Qeyd" hissəsinin 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının "Qırmızı Kitabına daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağac və kolların məhv edilməsi nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iyirmi dəfə artırılmaqla hesablanması qeyd olunmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 125 nömrəli qərarı ilə təsdiq edilmiş "Qırmızı Kitabı" haqqında Əsasnamənin 1-ci maddəsinə əsasənAzərbaycan Respublikasının ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri (sonra-heyvan və bitki növləri) xüsusi mühafizə edilir və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilir.Təbii şəraitdə (təbii landşaftda) bitən "azat" cinsli ağacların qanunsuz kəsilməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli qərarının 1 nömrəli əlavəsinin "Qeyd" hissəsinin 2-ci bəndinə uyğun miqdar iyirmi dəfə artırılmaqla hesablanır.Şəxs öz pay torpağında özü tərəfindən əkilmiş və qulluq göstərilmış "azal" cinsli ağacların qanunsuz kəsilməsi zamanı, həmin ağaclar təbii şəraitdə yaşayan bitki növü anlayışına daxil edilmir və ziyan Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarının 1 nömrəli əlavəsinə əsasən uygun olaraq hesablanır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası “Torpağa mülkiyyət hüququna dair” JN 0043, KOD 80323068 saylı dövlət aktının surətindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ailə üzlərinə Lerik Rayon Aqrar İslahat Komssiyasının 1998-ci il 11 noyabr 45 saylı qərarı ilə Lerik rayon Zenonu kəndində kənd təsərrüfatlı məhsularının istehsalı üçün 1.78 ha torpaq sahəsi verilmişdir. Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarının 1 nömrəli əlavəsində göstərilmişdir ki, götürülmüş (kəsilmiş), zədələnmiş (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilmiş hər bir ağacın diametri, santimetrlə (torpaq səthindən götürülməklə) və kol tikinti və abadlaşdırma istisna olmaqla dəymiş ziyan bir qat olmaqla manatla hesablanır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015 və 2017-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respubliksı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Lerik Rayon Mərkəzzi Xəsətəxanası” X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 508 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gülveri oğlu, həqiqətən “Müştərək travma nəticəsində yaranan ensefalopatiya qıcolma tutmaları” diaqnozu ilə nevroloji xəstədir, xəstəliyə görə 2021-ci il tarixdən Lerik RMX PHŞ-in poliklinika şöbəsində nevroloji kabinetdə qeydiyyatdadır. Cinayət işinə əlavə edilmiş “Medicare-Hospital” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sənəddən görünür ki, Təqsirləndirilən şəxs Uroloji USC müayinəsi zamanı sol böyrəyində millimetrik ektaziya qeyd olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs meşə ziaynı kimi X9 300 (üç yüz) manat ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, xəstə olması, himayəsində iki azyaşlı uşağın olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islahedilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, törədilmiş cinayət də onun rolunu, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsi ilə təqsirli bilinib ona islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət işi materiallarından göründüyü kimi, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı ekolgiyaya vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etməmiş, lakin zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, mülki iddianın məhkəmə icraatı üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsi iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinəəsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə mülki iddia verilmədiyindən iş üzrə zərəçəkmiş şəxs mülki iddiaçı 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququna malik olması izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia,ekspertiza xərci və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tələbi ilə bağlı mülki mühakimə icrtaatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №1(048)-34/2025
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-34/2025
24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver