Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-35/2023 11.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxx 1985-ci ildə Lerik rayonu, Bırkandul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli,himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Bırkandul kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə, xx xxxxxx 1986-cı ildə Lerik rayonu, Bırkandul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Lerik rayonu, Bırkandul kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əlində meşə buraxılış orderi və ağacların kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan 2022-ci ilin dekabr ayının 25-dən 26-na keçən gecə X10 X5 rayonu üzrə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının «Gelləşə bə» adlanan sahəsində bir-birinə yaxın məsafədə 64/52 sm d-də 01 ədəd və 88/72 sm d-də 01 ədəd cəmi 02 ədəd 8,93 kub metr həcmində, fısdıq cinsindən, işlik növünə aid kök üstə yaş ağacları özündə olan motorlu mişarla qanunsuz kəsib bir ağacın gövdəsini 3 hissəyə bölərək yerində saxlamaqla X11 1949,88 (bir min doqquz yüz qırx doqquz manat, səksən səkkiz qəp) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əlində meşə buraxılış orderi və ağacların kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan 2022-ci ilin dekabr ayının 25-dən 26-na keçən gecə X10 X5 rayonu üzrə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının «Gelləşə bə» adlanan sahəsində bir-birinə yaxın məsafədə 64/52 sm d-də 01 ədəd və 88/72 sm d-də 01 ədəd cəmi 02 ədəd 8,93 kub metr həcmində, fısdıq cinsindən, işlik növünə aid kök üstə yaş ağacları özündə olan motorlu mişarla qanunsuz kəsib bir ağacın gövdəsini 3 hissəyə bölərək yerində saxlamaqla X11 1949,88 (bir min doqquz yüz qırx doqquz manat, səksən səkkiz qəp) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, yaşadığı Bırkandul kəndi tam olaraq meşə sahəsinin əhatəsində yerləşir, kəndin əsas ərazisi Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının əhatəsindədir. 2018-ci ildən 2023-cü ilin əvvəlinə kimi olan müddətdə, təxminən 3 dəfə Lerik rayonunun Piran kənd sakini Şahid1 Gürdəsər meşəbəyliyin 7 saylı meşə dolayısının gözətçisi işləmiş, həmçinin həmin meşə sahəsinin mühafizəsi müvəqqəti ona həvalə olunmuşdur. Şahid1 tanıyır, aralarında düşmənçilik olmamışdır. Lakin Şahid1 7 saylı doldayının gözətçisi işlədiyi müddətdə bir neçə dəfə ona və qardaşı Sultana sataşmaq üçün şər və böhtan xarakterli məlumatlar X10 təsərrüfatı Mərkəzinə, həmçinin Lerik rayon polis şöbəsinə vermişdir. 2019-cu ilin yay aylarında ot biçini vaxtı kəndin ərazisində çəpərə aldığı sahədə təxminən 2 kub quru odun doğayıb həmin sahədə biçdiyi otu qardaşı Sultanla birlikdə onun idarə etdiyi avtomobilinə yükləyib həyətlərinə apadıqları zamanı meşəbəyi Tərlan Qəribov, digər əməkdaşlar İntiqam, Çingiz və Hafizlə qabaqlarına çıxmışlar. Qardaşı Sultana şər atıb avtomobilini güya onların üzərinə sürməsi ilə bağlı rayon prokuroluğuna şikayət etmişlər, Hafiz haqsız olaraq Sultana qarşı ifadə vermişdir. Bundan əlavə bir neçə dəfə də ona şər atmış və meşədə güya ağac kəsməsi barədə yalan məlumatlar vermişdir. 2022-ci ilin ortalarında Gürdəsər melşəbəliyin 7 saylı dolayısının gözətçisi İdrak Qədimov işdən çıxdıqdan sonra həmin 7 saylı dolayının mühafizəsi Şahid1 həvalə olunmuşdur. Gürdəsər meşəbəyliyin 7 saylı dolayısı mühafizə üçün Şahid1 təhvil verildikdən sonra, yəni 2022-ci ilin dekabr ayının ortalarında meşə sahəsinin «Gelləşə bə» və «Dokr» adlanan ərazisində gecələr motorlu mişarla ağacların kəsilib şpal hazırlanmasını eşitmiş, özü həmin sahələrə getmədiyinə görə ağacların kim tərəfindən kəsilməsini bilməmiş, lakin bu barədə qardaşı Sultan Lənkəran RMTM-nin rəhbər Amil Abdullayevə telefonla məlumat vermiş, meşəbəyi Şahid2 gecə saatlarında meşə sahəsinə gəlmiş, buğda sahələrinin ortasında boşaldılmış bir maşın şpal aşkar etmiş, səhərisi gün isə meşəyə gedib bir maşın şpal meşənin «Dokr» deyilən sahəsində aşkar etmişlər. Həmin şpalları anbara aparmışlar. Lənkəran RTM-nin direktoruna Sultan ərizə yazmış, direktor «sən meşəni gəz mənə xəbər ver» demiş, bundan sonra qardaşı Sultanla birlikdə Hafizin mühafizə etdiyi Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayısının ərazisini gəzmişlər. Dolayıda şpal aşkar etmişlər, kim tərəfindən hazırlandığını bilməmişlər, həmin şpallar da anbara aparılmışdır. Bundan 4 gün sonra Peştətük kəndinin ərazisində 13 saylı dolayıda gəzdikləri zaman uzuqdan 3 nəfərin meşədə qanunsuz ağac kəsib kötük və şal hazırladıqlarını görmüşlər, həmin şəxslər onları görüb qaçdıqlarına görə onları tanımamışlar. Kəsilmiş ağacların yerinə gəlib qanunsuz kəsilmiş ağaclardan hazırlanmış kötük və şpal aşkar edib direktora məlumat vermişlər, direktor həmin gün müəssisənin əməkdaşları Elşad və digər şəxləri meşəyə göndərmiş, özləri isə evlərinə qayıtmışlar. Həmin əraziyə gedən şəxslər 11 ədəd qanunsuz kəsilmiş ağaclardan hazırlanmış kötükləri və şpalı doğrayıb meşədə saxlamışlar. 06 fevral 2023-cü il tarixdə Gürdəsər meşəbəyliyin 7 saylı dolayısında onun və qardaşı Sultanın iştirakı ilə yoxlama aparılmış, yoxlamada 67 ədəd ağacların qanunsuz kəsilməsini aşkar etmişlər. 07 fevral 2023-cü il tarixdə Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayısında yoxlama aparılmış, həmin yoxlamada iştirak etməmiş, lakin qardaşı Sultan iştirak etmiş və 13 saylı dolayıda 31 ədəd ağacların qanunsuz kəsiliməsini aşkar etmişlər. Şahid1 işdən çıxarılmışdır. 13 saylı dolayıda təhvil-qəbul işi aparılanda da əlavə olaraq 58 ədəd ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. Həmin faktlarla bağlı toplanmış materiallar isə tədbir görülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinə göndərilmişdir. Bütün bunlara görə Şahid1 ona və qardaşına şər ataraq güya onun meşəsində ağac kəsmələri ilə bağlı məlumat vermiş və barələrində akt tərtib olunmuşdur. Qardaşı Sultanla birlikdə Şahid1 mühafizə etdiyi Gürdəsər meşəbəyliyin 7 saylı meşə dolayısında ağaclar kəsməmişdir. Şahid1 deməsinə əsasən barələrində tərtib olunmuş aktda göstərilən ağacların dib kötüklərinə 30 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğundan gəlmiş əməkdaşin iştirakı ilə baxış keçirilmişdir. Özü 7 saylı dolayıda ağaclar kəsməmiş, Şahid1 meşə sahəsində özü ağac kəsib satması ilə bağlı ərizələr yazdığına görə Şahid1 ona şər atmaq məqsədilə barələrində əsası olmayan akt tərtib etdirmişdir. 24 dekabr 2022cü il tarixdə, Şahid1 saat 17:51-də ona zəng edib ona «Gülləşə bə deyilən sahə nəzarətdədir, həmin sahəyə getməyin, orada material tutublar, Hafizə əraziyə gələndə görüşərik, başqa yerdə də ağaclar yandırıb kəsiblər, Hafiz ona sən heç kəsə demə, səhər gəlib səninlə görüşərəm» demişdir. Təsərrüfatlarında 1 baş atı saxlayırlar və təsərrüfat işlərində istifadə edirlər. 2022-ci ilin dekab ayında və digər vaxtlarda gecə saatlarında 7 saylı meşə dolayısına getməmiş və ağaclar kəsməmiş, hətta 26 dekabr 2022-ci il tarixdə, saat 08:32-də Hafiz ona zəng edib harada olduğunu soruşmuş, evdə olduğunu ona demiş, ondan «Gelləşəbə» deyilən sahəyə gedib-getmədiyini soruşmuş, ona getmədiyini demiş, həmin gün saat 15:24-də Hafiz təkrar zəng edib ona «Gelldəşəbədə 1 ədəd ağac kəsiblər həminq ağacı siz kəsmisiniz» demiş, ağac kəsənin ünvanına söyüş söymüş, sonradan ona məlum olmuşdur ki, güya həmin gün səhər saat 04 radələrində Hafiz meşəyə gedib onları yaxalamışdır. Əgər onu meşədə yaxalamışdısa, ona zəng edən zaman nə üçün ağacı kəsməsini demir, ondan meşəyə gedib-getmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs son sözündə törətdiyi cinayəti səmini etiraf edərək peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olduğunu, ailəsinin yeganə qazan gətirən şəxsi olmasını, X11 vurmuş olduqları ziyanı tam ödəməsini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, mütəxəssis rəyi, cinayət işində olan digər istintaq sənədləri, məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Lerik rayonunun Bırkanbul kəndində yaşamaqla şəxsi ZİL-131 markalı, **-KG-*** qeydiyyat nişanlı yük avtomobili vardır, özü idarə edir. Yaşadığı Bırkandul kəndi tam olaraq meşə sahəsinin əhatəsində yerləşir, kəndin əsas ərazisi Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının əhatəsində yerləşir. 2018-ci ildan 2023-cü ilin əvvəlinə kimi olan müddətdə, təxminən 3 dəfə Lerik rayonunun Piran kənd sakini Şahid1 Gürdəsər meşəbəyliyin 7 saylı meşə dolayısının gözətçisi işləmiş, həmçinin həmin meşə sahəsinin mühafizəsi müvəqqəti ona həvalə olunmuşdur. Şahid1 tanıyır, aralarında düşmənçilik olmamışdır. Lakin Şahid1 7 saylı doldayının gözətçisi işlədiyi müddətdə bir neçə dəfə ona və qardaşı Xalidə sataşmaq üçün şər və böhtan xarakterli məlumatlar X10 təsərrüfatı Mərkəzinə, həmçinin Lerik rayon polis şöbəsinə vermişdir. 2019-cu ilin yay aylarında ot biçini vaxtı kəndin ərazisində çəpərə aldığı sahədə təxminən 2 kub quru odun doğrayaraq həmin sahədə biçdiyi otu avtomobilinə yükləyib həyətinə apadığı zamanı meşəbəyi Tərlan Qəribov, digər əməkdaşlar İntiqam, Çingiz və Hafizlə qarşısına çıxaraq ona şər atıb avtomobilini guya onların üzərinə sürmələri ilə bağlı rayon prokuroluğuna şikayət etmişlər. Hafiz haqsız olaraq ona qarşı ifadə vermişdir. Bundan əlavə bir neçə dəfə də ona şər atmış və meşədə güya ağac kəsməsi barədə yalan məlumatlar vermişdir. 2022-ci ilin ortalarında Gürdəsər melşəbəliyin 7 saylı dolayısının gözətçisi İdrak Qədimov işdən çıxdıqdan sonra həmin 7 saylı dolayının mühafizəsi Şahid1 həvalə olunmuşdur. Gürdəsər meşəbəyliyin 7 saylı dolayısı mühafizə üçün Şahid1 təhvil verildikdən sonra, yəni 2022-ci ilin dekabr ayının ortalarında meşə sahəsinin «Gelləşə bə» və «Dokr» adlanan ərazisində gecələr motorlu mişarla ağacların kəsilib şpal hazırlanmsını eşitmiş, özün həmin sahələrə getməmiş və ağacların kim tərəfindən kəsilməsini bilməmiş, lakin bu barədə Lənkəran RMTM-nin rəhbər Amil Abdullayevə telefonla məlumat vermiş, meşəbəyi Şahid2 gecə saatlarında meşə sahəsinə gəlmiş, buğda sahəsinin ortasında boşaldılmış bir maşın şpal aşkar etmiş, səhərisi gün isə meşəyə gedib bir maşın şpal da meşənin «Dokr» deyilən sahəsində aşkar etmişlər. Həmin şpalları anbara aparılmış, Lənkəran RTM-nin direktoruna ərizə yazmış, direktor ona «sən meşəni gəz mənə xəbər ver» demiş, Hafizin mühafizə etdiyi Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayısının ərazisini gəzmiş, dolayıda şpal aşkar etmiş, kim tərəfindən hazırlandığını bilməmiş, həmin şpalları da anbara aparılmışdır. Bundan 4 gün sonra Peştətük kəndinin ərazisində 13 saylı dolayının ərazisini gəzdiyi zaman uzuqdan 3 nəfərin meşədə qanunsuz ağac kəsib kötük və şpal hazırladıqlarını görmüş, həmin şəxslər onu görüb qaçmışlar, onları tanımamışdır. Kəsilmiş ağacların yerinə gəlmiş və qanunsuz kəsilmiş ağaclardan hazırlanmış kötük və şpal aşkar edib direktora məlumat vermiş, direktor həmin gün müəssisənin əməkdaşları Elşad və digər şəxsləri meşəyə göndərmiş, özü isə evinə qayıtmışdır. Həmin əraziyə gedən şəxslər 11 ədəd qanunsuz kəsilmiş ağaclardan hazırlanmış kötükləri və şpalı doğrayıb meşədə saxlamışlar. 06 fevral 2023-cü il tarixdə Gürdəsər meşəbəyliyin 7 saylı dolayısında onun və qardaşı Xalidin iştirakı ilə yoxlama aparılmış, yoxlamada 67 ədəd ağacların qanunsuz kəsilməsi aşkar olunmuş, 07 fevral 2023-cü il tarixdə isə Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayısında yoxlama aparılmış, yoxlama zamanı 13 saylı dolayıda 31 ədəd ağacların qanunsuz kəsiliməsi aşkar olunmuş, Şahid1 işdən çıxarlmışdır. 13 saylı dolayıda təhvil-qəbul işi aparılanda da əlavə olaraq 58 ədəd ağacların qanunsuz kəsilməsi aşkar olunmuş, göstərdiyi faktlarla bağlı toplanmış materiallar isə tədbir görülməsi üçün Azərbaycan Respublikası Ekoldogiya və Təbii Sərvətlər nazirliyinə göndərilmişdir. Bütün bunlara görə Şahid1 ona və qardaşına şər ataraq güya onun meşəsində ağac kəsmələri ilə bağlı məlumat vermiş və barələrində akt tərtib olunmuşdur. Qardaşı Xalid və özü Şahid1 mühafizə etdiyi Gürdəsər meşəbəyliyin 7 saylı meşə dolayısında ağaclar kəsməmişlər, Şahid1 deməsinə əsasən barələrində tərtib olunmuş aktda göstərilən ağacların dib kötüklərinə 30 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğundan gəlmiş əməkdaşının iştirakı ilə baxış keçirilmişdir. 7 saylı dolayıda ağaclar kəsməmişdir. Şahid1 meşə sahəsində özü ağac kəsib satması ilə bağlı ərizələr yazdığına görə Şahid1 ona şər atmaq məqsədilə barəsində əsası olmayan akt tərtib etdirmişdir. Təsərrüfatında 1 baş atı vardır, təsərrüfat işlərində istifadə edir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi cinayəti səmini etiraf edərək peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olduğunu, ailəsinin yeganə qazan gətirən şəxsi olmasını, X11 vurmuş olduqları ziyanı tam ödəməsini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, mütəxəssis rəyi, cinayət işində olan digər istintaq sənədləri, məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəm iclası zamanı ifadəsində göstərdi ki, X10 Təsərrüfatı Mərkəzində baş mütəxəssishüquqşunas vəzifəsində işləyir. Lerik rayonunun Bırkandul kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə düşmənçilik və ziddiyyəti olmamışdır. Xalid və Təqsirləndirilən şəxs2 qardaşların X10 X5 rayonu üzrə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolaysının ərazisində qanunsuz ağac kəsmələri barədə 26 dekabr 2022-ci il tarix mərkəzin əməkdaşları tərəfindən tərtib olunmuş akt üzrə müvafiq araşdırma aparıb X11 vurulmuş ziyanın məbləği müəyyən olunaraq toplanmış material üzrə Azərbaycan Reçspublikası CM-nin 259-cu maddəsinin tərkibi yarandığına görə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İlkin araşdırma zamanı məlum olmuşdur ki, həmin ağacları Lerik rayonunun Bırkandul kənd sakinləri Xalid və Təqsirləndirilən şəxs2 qardaşları qanunsuz kəsmişlər. Ağacların qanunsuz kəsilməsinə görə X11 vurulmuş ziyan hazırda tam olaraq ödənilmişdir. Ona görə də təqsirləndirlən şəxslərə qanunmüvafiq qaydada köməklik edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 İnasfəli oğlu ifadəsində göstərdi ki, Lerik rayonunun Piran kəndində yaşamaqla X10 X5 raynu üzrə Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısının gözətçisi işlədiyi zaman həmin dolayı ilə sərhəd ərazidə yerləşən Gürdəsər meşəbəyliyin 7 saylı meşə dolayısının mühafizəsi 2022-ci ilin sentyabr ayının axırından ona həvalə olunmuş və hər iki dolayını mühafizə etmişdir. 10 fevral 2023-cü il tarixdə səhətilə əlaqədər işləyə bilmədiyinə görə ərizə yazaraq işdən azad olunmuşdur. Mühafizə etdiyi 7 saylı meşə dolayısı Lerik rayonunun Bırkandul kəndinin əhatəsində yerləşdiyi üçün həmin kənd sakinləri ilə mütəmadi təmasda olmuş və kənd sakinlərini yaxşı tanıyır. O, cümlədən həmin kənd sakinləri Xalid və Təqsirləndirilən şəxs2 qardaşlarını da yaxşı tanıyır, onlarla ziddiyyəti olmamışdır. Lakin Xalid və Təqsirləndirilən şəxs2lər heç yerdə işləmədiyinə görə mütəmadi meşə sahələrinə gedib qanunsuz oduncaq tədarük etmək üçün ağaclar kəsib Sultanın idarə etdiyi ZİL-131 markalı avtomaşınla daşıyırlar. Bir neçə dəfə onları meşə sahəsində yaxalamış, barələrində tam olaraq qanunamüvafiq tədbir görülmüşdür. 23 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Gürdəsər meşəbəyliyin meşəbəyisi Şahid2 ona zəng edib harada olduğunu soruşmış, ona evində olduğunu bildirmiş, sonuncu ona «həyətə çıx səninlə işim vardır» demiş, evdən həyətə çıxaraq Nurəddin və digər əməkdaş Şahid4 evinin yanında Nurəddinin Niva markalı avtomobilində oturduqların görüb onlara yaxınlaşmış, Nurəddindən hansı hadisənin baş verdiyini soruşmuş, Nurəddin ona «yer var ora gedirik» demiş, hara getmələrini ona bildirməmiş, avtomobilə oturmuş, Şahid4 ona müəssisənin direktoru səninlə danışmaq istədiyini deyib mobil telefonunu ona vermiş, direktorla danışmış, direktor Amil Abdullayev ona «Sultan və Xalid qardaşları hazırda 7 saylı dolayının Gelləşəbə adlanan ərazisində meşə materialı hazırlayırlar, ərazini tanıyırsan, onları yaxalayın» demiş, bundan sonra Bırkandul kəndinə yola düşmüş, avtomobili yolda saxlayıb piyada meşə sahəsinə yola düşmüşlar. Xalid və Sultanın evin 300 metrliyindən keçdikləri zaman atdan yükün boşaldılma səsini eşitmiş, (Xalid və Sultan qardaşları 6 baş at saxlayırlar, meşədən atla şpal daşıyırlar), lakin həyətlərinə getməmişlər, buna baxmayaraq gecə vaxtı, yağış yağdığına və duman olduğuna görə meşə sahəsini gəzə bilməyib geri qayıtmışlar, 24 dekabr 2023-cü il tarixdə səhər saatlarında Nurəddin, Elşad və Sərrafla birlikdə 7 saylı dolayının «Gelləşə bə» adlanan ərazisinə gəlib həmin sahədə yoxlama aparmışlar, həmin ərazidə 1 ədəd yıxılmış fısdıq cinsindən ağacın şpal hazırlanmasını və bir hissəsinin daşınmasını, bir hissəsinin yerində qaldığını müəyyən etmişlər, bundan əlavə 1 ədəd əvvəlki vaxtlarda kəsilmiş ağcaqayın cinsindən ağacın gövdəsinin 10 hissəyə bölünüb kötük hazırlanmasını görmüş, Şahid3 həmin yerdə fotoşəkillər çəkərək qeydlər götürüb aktın yazılmasını bildirmiş, hətta Sultan və Xalidin istifadə etdiyi bağ sahəsində bir at yükü şpal görmüşlər, at və palanı da həmin yerdə olmuşdur. 26 dekabr 2022-ci il tarixdə saat 04 radələrində şəxsiyyətini bildirmək istəmədiyi vətəndaş ona məlumat verib Xalid və Sultanın «Gelləşə bə» adlanan sahədə şpal hazırladıqlarını bildirmiş, dərhal həmkəndlisi Arzumanın oğlu Əlinin idarə etdiyi VAZ-2107 markalı avtomobili ilə Bırkandul kəndinin girişinə kimi gəlib avtomobildən düşüb piyada tək 7 saylı dolayının «Geləşə bə» adlanan sahəsinə yola düşmüş, yolda olarkən Şahid3 zəng edib məlumat vermiş, Elşan Şükürov ona «Astaradayam indi yola düşürəm sən meşəyə get onlara yaxınlaşmayasan» demiş, 7 saylı meşə dolayısının Gelləşə bə adlanan sahəsinə gəlmiş, hava işaqlanmaya başlamış, uzaqdan motorlu mişarın səsini eşitmiş, səs çıxan yerə yaxınlaşaraq Xalid və Sultanı kəsdikləri ağacı motorlu mişarla hissələrə böldüklərini görmüş, əl fanarı ilə təxminən 20-30 metrdən onlara tərəf işıq vermiş, Xalid və Sultan onu görüb motorlu mişarı söndürüb cəld yanlarında olan ata yükləyib və kəndə tərəf yola düşmüşlər, tək olduğuna görə qorxub onların qarşısına çıxmamış, meşədə qalaraq Elşadı gözləmiş, saat təxminən 08 radələrnində Eşlad tək yanına gəlmiş, bundan sonra əraziyə baxış keçirtmişlər. Məlum olmuşdur ki, Xalid və Sultan qardaşları həmin ərazidə yıxılmış 1 ədəd fısdınq cinsindən ağacı 23 dekabr 2022-ci il tarixdə tam hissələrə bölüb şpal hazırlayıb aparmışlar, əvvəllər kəsilmiş 1 ədəd ağcaqayın cinsindən ağacın gövdəsindən 10 ədəd kötük hazırlamışlar, 2022-ci ilin dekabr ayının 25-dən 26-na keçən gecə 2 ədəd fısdıq ağaclarını kəsmişlər, həmin ağaclardan bir ədədinin gövdəsindən 3 ədəd kötük ayrımışlar. Ağacların kəsilməsinə dair akt tərtib olunmuş və ziyan hesablanmışdır, həmin akta imza etmişdir. Həmçinin, Xalid və Sultan tərəsrüfatlarında 6 baş at saxlayırlar, atlarla gecələr meşəyə gedib ağac kəsib doğayıb daşıyırlar. Onları meşdə yaxalamaq üçün həmişə pusqu qurmuş, onlarla heç bir ədavəti və ziddiyyəti olmamıdır. 2019-cu ilin yay alarında onları meşədə yaxalamış və qanunsuz ağac kəsib avtomobilinə yüklədiklərini görmüş, Sultan qanuni tələblərinə tabe olmayıb avtomobili meşəbəyinin üzərinə sürmüş, bununla bağlı rayon prokurorluğunda cinayət işi istintaq olunaraq Lerik rayon məhkəməsində baxılmış, Sultana cəza verilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik rayonunun Ləkər kəndində yaşamaqla 20 aprel 2022-ci il tarixdən X10 X6 rayonu üzrə Gürdəsər meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyir. Lerik rayonunun Piran kəndində yaşayan Şahid1 meşəbəyliyin 7 saylı meşə dolayısıın gözətçisi işləyir. 22 dekabr 2022-ci il tarixdə axşam saatlarında müəssisənin əməkdaşı Şahid4 ona zəng edib «direktorun tapşırığıdır meşəyə getməliyik, Piran kəndinə gəl» demiş, hansı meşəyə getməsini bildirməmiş, Piran kəndinə gələrək Sərrafla görüşmüş, ona meşə gözətçisi Hafizi götürməsini demiş, maşını Hafizin həyətinə sürərək sonuncunun evindən götürmüş, Hafiz maşınına oturan kimi Sərraf onu direktorla danışdırmış, bu danışıqdan sonra ona məlum olmuşdur ki, onları 7 saylı dolayınınn ərazisinə göndərir. Sərraf və Hafizlə birlikdə Lənkəran-Lerik yolunun 40-cı km-də yerləşən Su Səsi kafesinə gələrək maşını orada saxlayıb piyada 7 saylı dolayının ərazisinə getmişlər. Hava şəraiti ilə əlaqədar meşəni gəzə bilməyib geri qayıtmışlar. Meşə sahəsinə getdikləri zaman Bırkandul kəndindən təxminən 3 km aralıdan keçmişlər, kənddə hər hansı bir evin həyətində at yükünün boşaldılma səsini eşitməmişdir. 23 dekabr 2022-ci il tarixdə səhər saatlarında Sərraf, Hafiz və Şahid3la birlkdə 7 saylı dolayının «Gelləşə bə» adlanan ərazisinə gəlib həmin sahədə yoxlama aparmışldar. Yoxlama zamanı məlum olmuşdur ki, əvvəlki aylardı təbii təsir nəticəsində yıxılmış 01 ədəd 76 sm d-də fısdıq ağacı 2022-ci ilin dekabr ayının 22-dən 23nə keçən gecə hissələrə bölünüb 12 ədəd, 1,10 sm uzunluğunda kötük hazırlanmış, həmin kötüklərdən 4 ədədi yerində saxlanılmış, 8 ədədi isə motorlu mişarla şpal hılana salınaraq atla daşınmış, təxminən 5-6 ədəd şpal yerində qalmışdı. Bununla bağlı Şahid3 qeydlər götürüb fotoşəkillər çəkmiş, bundan əlavə həmin ərazidə 3-4 ay əvvəl kəsilərək yerində saxlanılmış 48 sm d-də ağcaqayın cinsindən ağacın gövdəsinin 10 hissəyə bölünüb kötüklərin yerində saxlanılmasını aşkar edib meşədən çıxmışlar. Hafiz həmin ağacların Xalid və Sultan kəsib doğramalarını demiş, hətta Hafizin deməsinə və göstərdiyinə görə Bırkandul kəndinin ərazisndə Xalidin istifadə etdiyi bağı Şahid3 gəzmiş, bağda at, palan və qaramallar görmüş, lakin şpal görməmiş, bundan sonra həmin sahəyə getməmişdir. Ona məlum olmuşdur ki, həmin ərazidə yenidən 2 ədəd ağaclar kəsilmişdir. 26 dekabr 2022-ci il tarixdə sahəyə baxış keçirilib akt tərtib olunmuşdur. Həmin akta imza etmiş, ona məlum olmuşdur ki, 7 saylı dolayıda ağacların kəsilməsi barədə 26 dekabr 2022-ci il tarixdə Hafiz məlumat almış gecə həmin əraziyə getmiş və Şahid3 da əraziyə çağırmış, yenidən həmin sahədə yoxlama aparmışlar. 23 dekabr 2022-ci il tarixdə aşkar etdiklərinidən əlavə 02 ədəd fısdıq cinsindən ağacların qanunsuz kəsilməsini aşkar etmişlər. Həmin ağacların Sultan və Təqsirləndirilən şəxs1 qardaşları tərəfindən kəsilməsini Hafiz bildirmiş, hətta ona demişdir ki, güya 26 dekabr 2022-ci il tarixdə gecə meşəyə getmiş və Xalid ilə Sultanı meşə sahəsində həmin ağacları kəsib hissələrə bölərkən görmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Astara rayonunun Pensər kəndində yaşamaqla X10 Təsərrüfatı Mərkəzində meşə mühafizə işi üzrə direktor müavini vəzifəsində işləyir. 23 dekabr 2022-ci il tarixdə səhər saatlarında işə gəlmiş, ona məlum olmuşdur ki, Gürdəsər meşəbəyliyin 7 saylı meşə dolayısında ağacların kəsilməsi barədə 22 dekabr 2022-ci il tarixdə gecə saatlarında müəssisə rəhbərliyinə şifahi məlumat verilmişdir. Həmin məlumata əsasən meşəbəyi Nurəddin, müəssisənin əməkdaşı Şahid4 və meşə gözətçisi Şahid1 gecə saatlarında meşə sahəsinə gedib hava şəraiti ilə ədaqədar meşəni gəzə bilməmişlər, 23 dekabr 2022-ci il tarixdə səhər saatlarında Nurəddin, Hafiz və Sərrafla birlkdə 7 saylı dolayının «Gelləşə bə» adlanan ərazisinə gələrək həmin sahədə yoxlama aparmışlar. Yoxlama zamanı məlum olmuşdur ki, əvvəlki aylardı təbii təsir nəticəsində yıxılmış 01 ədəd 76 sm d-də fıdıq ağacı 2022-ci ilin dekabr ayının 22-dən 23-nə keçən gecəç hissələrə bölünüb 12 ədəd, 1,10 sm uzunluğunda kötük hazırlanmış, həmin kötüklərdən 4 ədədi yerində saxlanılmış, 8 ədədi isə motorlu mişarla şpal hılana salınaraq atla daşınmış, təxminən 3-4 ədəd şpal yerində qalmışdı. Bununla bağlı qeydlər götürmüş, bundan əlavə həmin ərazidə 3-4 ay əvvəl kəsilərək yetrində saxlanılmış 48 sm d-də ağcaqayın cinsindən aacın gövdəsi 10 hissəyə bölünüb kötüklərin yerində saxlanılmasını aşkar etmiş və meşədən çıxmışlar. Hafiz demişdir ki, həmin ağacları Xalid və Sultan kəsib doğramışlar. Hətta Hafizin deməsinə və göstərdiyinə görə Bırkandul kəndinin ərazisndə Xalidin istifadə etdiyi bağı özü gəzmiş, bağda at, palan və qaramallar görmüş, lakin şpal görməmişdir. 26 dekabr 2022-ci il tarixdə, səhərə yaxın saatlarda Şahid1 zəng edib ona «7 saylı dolayıda Xalid və Sultan ağac kəsirlər mən ora gedirəm siz də gəlin, Hafizə evdəyəm gəlirəm» demiş, Astaradan evdən çıxaraq 7 saylı meşə dolayısına gəlmiş, Hafiz 23 dekabr 2022-ci il tarixdə aşkar etdiyi qanunsuz emal olunmuş ağacların yaxınlığında 01 ədəd 64 sm və 01 ədəd 88 sm ddə fısdıq cinsindən ağacların həmin gecə qanunsuz kəsilməsini görmış, həmin əraziyə baxmış, məlum olmuşdur ki, 23 dekabr 2022-ci il tarixdə həmin sahədə gördükləri yerdə saxlanılan təxminən 3-4 ədəd hazır şpallar atla daşınmış, həmçinin həmin gecə 01 ədəd 64 və 01 ədəd 88 sm d-də fısdıq ağacları motorlu mişarla kəsilmiş, gövdəsindən 3 yerdən yarımçıq bölünmüşdür. Hafiz bildirmişdir ki, həmin ağacları Xalid və Sultan kəsərkən görmüşdur. Nəticə olaraq 23 və 26 dekabr 2022-ci il tarixlərdə aşkar etdiklərilə bağlı bir akt, yəni 26 dekabr 2022-ci il tarixdə akt tərtib edib müəyyən etdiklərini tam olaraq akta qeyd etmiş, Ziyanı hesablamış, toplanmış material tərbir görülməsi üçün göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermdi. Cinayət işinin materiallarında olan Şahid5 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o,Lerik rayonunun Piran kəndində yaşayır, heç yerdə işləmir, şəxsi VAZ-2107 markalı, **-BC-*** dövldət qeydiyyat nişanlı avtomobili vardır, özü sürüb istifad edir. Şahid1 həmkəndlisi və qonşusudur, münasibətləri yaxşıdır. Şahid1 Lerik rayonunun Babagil və Bırkandul kəndlərini əhatə edən meşə sahəsinin gözətçisi işləymişdir. Hafizi Mürşüdovu bir neçə dəfə idarə etdiyi avtomaşınla rayonunun Babagil və Bırkandul kəndlərinə aparmışdır. 26 dekabr 2022-ci il tarixdə, səhərə yaxın, saat 04 radələrində Şahid1 zəng edib ona «meşədə ağac kəsirlər məni Bırkandula qədər apar» demiş, Şahid1 idarə etdiyi avtomobilə götürüb yola düşmüş, yolda Hafiz ona danışıb «meşədə ağac kəsirlər gündüz tuta bilmirəm, indi ağac kəsirlər meşədədirlər, onları tutmağa gedirəm» demiş, meşədə Bırkandul kənd sakinlərin ağac kəsmələrini desə də hər hansı bir şəxsin adını səsləndirməmişdir. Meşədə olan şəxslərin adını ondan soruşmamış, buna görə də Hafizin kimi yaxalamaq üçün getdiyini bilməmişdir. Hafizi Bırkandul kəndinin girişinə kimi aparmış, sonuncu maşından düşərək meşəyə getmiş, özü isə evinə qayıtmışdır. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Gürdəsər meşəbəyliyin 7 saylı meşə dolayısında 26 dekabr 2022-ci il tarixdə aparılmış yoxlama zamanı yoxlamadan 3-4 ay əvvəlki vaxtlarda işlik növünə aid 01 ədəd 48 sm d-də ağcaqayın cinsindən ağac qanunsuz kəsilmiş və yerində saxlanılmış, lakin 2022-ci ilin dekabr ayının 23-də 26-na kimi olan müddətdə emal olunaraq meşə sahəsindən aparılmışdır. 01 ədəd 48 sm d-də ağcaqayın cinsindən ağacın ümumi həcmi 2,46 kub metr, nırx dəyəri 106,10 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən qanunsuz kəsilməsinə görə cərimə ziyanı 40,0 manat təşkil edir. Həmin ağacın qanunsuz kəsilməsinə görə X11 ümumilikdə vurulmuş 146,10 (bir yüz qırxaltı man, on qəp) manat məbləğində ziyan təqsirkar şəxsdən tələb olunur. Gürdəsər meşəbəyliyin 7 saylı meşə dolayısında təbii təsir nəticəsində aşmış işlik növünə aid 01 ədəd 60 sm d-də fısdıq cinsindən ağac 2022-ci ilin dekabr ayının 23-25-də gecə saatlarında emal olunmuş və əsas hissələri aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən təbii təsir nəticəsində aşmış ağacın meşə sahəsindən aparılmasına görə vurulmuş ziyan nırxın 2 qatı ilə hesablanır. Təbii təsir nəticəsində aşmış ağacın həcmi 4,11 kub metr, nırx dəyəri 121,14 manat təşkil edir. Ağacın meşə sahəsindən aparılmasına görə Döələt meşə fonduna vurulmuş nırxın ikiqatın təşkil etdiyi 242,28 manat ziyan təqsirkar şəxsdən tələb olunur. Gürdəsər meşəbəyliyin 7 saylı meşədolayısının «Gelləşə bə» adlanan sahəsində 2022-ci ilin dekabr ayının 25-dən 26-na keçən gecə Fısdıq cinsindən işlik növünə aid 64/52 sm d-də 01 ədəd və 88/72 sm d-də 01 ədəd cəmi 02 ədəd ağaclar eyni şəxs və yaxud da şəxslər tərəfindən motorlu mişarla qanunsuz kəsilərək bir ağacın gövdəsi 3 hissyə bölünərək yerində saxlanılmışdır. Həmin ağacların ümumi həcmi 8,93 kub metr, nırxlə dəyəri 265,88 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən qanunsuz kəsilməsinə görə cərimə ziyanı 1684,00 manat təşkil edir. Göstərilən 02 ədəd ağacın kəsilməsinə görə ümumilikdə X11 1949,88 (bir min doqquz yüz qırx doqquz mann, səksən səkkiz qəp) manat məbləğində ziyan vurulmuşdur. Göstərilən ağaclar yeridə qaldığına görə təşkil etdiyi 265,88 manat nırx dəyər ümumi ziyandan çıxıldıqdan sonra təqsirkar şəxsdən cəmi 1684,00 manat ziyan tələb olunur. Lerik Rayon İcra Hakimiyyəti Başçısının Nüvədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunur. Lerik Rayon İcra Hakimiyyəti Başçısının Nüvədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2020-ci il və 2021-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs2 himayəsində isə 2015-ci il və 2016-cı il təvəllüdlü azyaşlı uşaqları vardır. Lerik Rayon İcra Hakimiyyəti Başçısının Nüvədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Vətən Müharibəsi şəhidi X1 Xalid Müzəffər oğlu və Təqsirləndirilən şəxs2 qohumudur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Lerik rayon məhkəməsinin 08 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına, daha sonra Lerik rayon məhkəməsinin 02 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay şərti sınaq müddəti və 2644 manat, 39 qəpik cərimə cəzasına məhkum olunmuş, bundan əlavə Lerik rayon məhkəməsinin 04 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək 01 il şərti sınaq müddəti cəzasına məhkum olunmuşdur. Lerik rayon İcra və Probasiya şöbəsinin 26 aprel 2023-cü il tarixli, 04/123-2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 təyin olunmuş 1 (bir) il şərti sınıq müddəti cəzasını 23 aprel 2021-ci il tarixinədək çəkib bitirmiş və qeydiyyatdan çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən X10 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyan 1684 (bir min altı yüz səksən dörd) manat tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində qeyd olunmuşdur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran hal müəyyən edilmir. Bununla belə, onun məhkum olunması cəza təyini zamanı nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən himayəsində azyaşlı uşaqlarının olmalarını, X11 vurulmuş ziyanın tam ödənilmələrini, zərərçəkmiş şəxslə barışmaqla onlara qarşı heç bir şikayət və iddiasının olmamasını CM-nın 59.1.4-cü, 59.1.12, 59.1.13-cü, təqsirlərini etiraf etməklə əməllərindən peşimançılıq hissi keçirmələrini, ailənin yeganə qazanc gətirən üzvü olmalarını, yaşayış yerindən müsbət xarakterizə olunmalarını, Vətən Müharibəsi şəhidi X3 qohumu olmalarını, Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-nın 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının «Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.» tövsiyyəsini də nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş əməlin xarakterini, sonda təqsirlərini etiraf etməklə əməllərindən peşimançılıq hissi keçirmələrini, himayələrində azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirən üzvü olmalarını, X11 vurmuş olduqları ziyanı tam ödəmələrini, zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələblərinin olmamasını, eyni zamanda təyin ediləcək cəzanın ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmədən də islah olunması mümkündür. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nın 259.3-cümaddəsilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CMnın 70-ci maddəsi tətbiq edilərək sınaq müddəti müəyyən edilməklə barəsində təyin ediləcək cəzasının şərti hesab edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Belə ki, Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə CM-nin 70.5-ci maddəsinə əsasən onun müəyyən vəzifələr qoyulmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası onların yaşdığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, ş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilsin və ona 01 (bir) il sınaq müddəti təyin edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilsin və ona 01 (bir) il sınaq müddəti təyin edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-35/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-35/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver