Məhkəmə qərarları › İş №1(048)-35/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-35/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-35/2024 22.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 10:50 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxx 1982-ci ildə Lerik rayonu, Hücü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu Hücü kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, o, əlində meşə buraxılış orderi və ağacın kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan vahid niyətlə 2023-cü ilin oktyabr ayının axırlarında 1 saylı X4 Mərkəzinin Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 18 saylı meşə dolayısının ərazisində 11 ədəd və 14 noyabr 2023-cü il tarixdə həmin meşəbəyliyin 16 saylı meşə dolayısının Tikəband kəndinə yaxın ərazisində 11 ədəd, cəmi 22 ədəd müxitəlif diametrdə 17,125 kub metr həcmində Azərbaycan Respublikasının «Qırmızı kitab» na daxil edilmiş kök üstə yaş halda şabalıd yarpaq palıd cinsindən ağacları özündə olan matorlu mişarla qanunsuz kəsərək Dövlət meşə fonduna 1433,30 (bir min dörd yüz otuz üç man, otuz qəp) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Lerik rayonunun Hücü kəndində qeydiyyatda olmaqla orada yaşayır. Hücü kəndini əhatə edən, Şahid7 evinə yaxın meşə sahəində kəsilmiş 11 ədəd palıd ağacların kim tərəfindən kəsildiyi zaman görməmiş, lakin Şahid7 həmin ərazidən evinə odun daşaıyarkən görmüş, özü şəxsən həmin ağacları kəsməmişdir. Atası İslam ona «sən Nərman və Almin meşəsini gəz qanunsuz ağaclarən kəslidiyi yeri öyrən mənə məlumat ver» demiş, buna görə də 14 noyabr 2023-cü il tarixdə meşə sahələrini gəzdiyi zaman günürı birinci yarısında Bibiyanı kənd sakini Şahid3lə rastlaşmış və bir qədər söhbət etmiş, həmin vaxt Yusif yanında olmamışdır. Bundan sonra Tikədand kəndinin ətrafındakı meşə sahəsini gəzib saat 16 radələrində meşədən çıxmış, Tikəband kəndinin girişində, Çingiz adlı şəxsin evinin yaxınlığından keçən maşın yolunda atası İslam onu qarşılayıb evinə gətirmiş, həmin gün Tikəband kəndinə yaxın, Çingizin evinin arxasındakı meşə sahəsində ağaclar kəsməmiş və həmin ərazidə ağacların kəsilib yerində saxlanılmasını görməmişdir. Ailədə ondan başqa işləyən yoxdur. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirılmiş Nümayəndə ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Lənkəran şəhərində yaşamaqla 1 saylı X4 Mərkəzində baş mütəxəssis-hüquqşunas vəzifəsində işləyir. Lerik rayonunun Hücü kənd sakini Təqsirləndirilən şəxs tanımır, onunla düşmənçilik və ziddiyyəti olmamışdır. Təqsirləndirilən şəxs 1 saylı X4 mərkəzinin Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 16 saylı meşə dolaysının əıazisində qanunsuz ağac kəsməsini Vizəzəmin meşəbəyliyinin 16 saylı meşə dolayısının gözətçisi Nəriman Həsənov aşkar etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, X6 meşəbəyliyinin 16 vo 18 saylı meşə dolayıların ərazisində 2023-cü ilin oktaybr ayının axarlarında və noyabr ayının 14-də ümumilikdə 22 ədəd qırmızı kibata duşmuş şabalıdyarpaq palın cinsindən ağacları qanunsuz kəsmişdir. Dövlət Meşə fonduna vurulmuş ziyanın məbləği müəyyən olunmuşdur. Ağacları qanunsuz kəsməsinə görə Dövlət meşə fonduna vurduğu ziyanı ondan tələb və bununla bağlı tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2023-cü ilin iyul ayından 1 saylı X4 Mərkəzinin Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyir. Lerik rayonunun Hücü kəndi tam olaraq Vizəzəmin meşəbəyliyinin 16, 16-a və 18 saylı meşə dolayıların əhatəsində yerəşir. Hücü kəndinin yaxınlığında meşə sahəsinə bitişik çay bağları adlanan ərazidə olan ağacların Hücü kənd sakini Şahid7 tərəfindən 2023-cü ilin oktyabr ayının axırlarında kəsilməsi barədə Hücü kənd sakini İslam Şabaovun ərizəsi əsasında həmin ərazidə 1 saylı X7 İdarəsinin əməkdaşı Şahid9 tərəfindən 2023-cü iln noyabr ayının əvvəlində polis əməkdaşları ilə birlikdə həmin ərazidə yoxlama aparmış və İslam Şabancvun təqdim etdiyi ağacların dib kötüklərinə baxış keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin ərazidə 11 ədəd müxtəlif diametrcə palıd cinsindən ağaclar kəsilərək meşə sahəsindən aparılmışdır. 11 ədəd müxtəlif diaınetrdə palıd cinsindən ağacların yerləşdiyi sahə 18 saylı dolayının ərazisinə bitişik olduğuna baxmayaraq Tikəband bələdiyyəsinin ərazisi kimi nəzərə alınmış və akt tərtib olunmuşdur. Həmin yoxlamalarda iştirak etməmiş, buna baxmayaraq həmin ağacların kim tərəfindən kəsilməsini bilmək üçün 18 saylı meşə dolayısının gözətçisi Seymurla söhbət aparmış, Seymur ona həmin ərazidə İslamın oğlu Salehi ağac kəsəndə gördüyünü, hətta ona irad bildirdiyini demiş, Fərhadın oğlu Ramiki ağac kəsəndə görmədiyini söyləmiş, 11 ədəd qanunsuz kəsilmiş palıd cinsindən ağacların yerləşdiyi sahənin Tikəband bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi o duğunu meşə gözətçisi Seymur düşünüb ağacların kəsilməsi barədə müəssisəyə məlumat verməmiş, həmçinin bildirmişdir ki, 14 noyabr 2023-cü il tarixdə, axşam saatlarında 16 saylı meşə dolayısının gözətçisi Şahid5 ona zəng edib mühafizə etdiyi meşə sahəsinin Tikəband kəndinə bitişik sahəsində 11 ədəd palıd cinsindən ağacların bu gün kəsildiyini bildirmiş, ağacların kəsilməsi ilə bağlı Azərbaycan Respukblikası DİN-nin «102» xidməti zəng mərkəzinə məlumat vermiş, Lerik RPŞ-nin əməkdaşları ilə birlikdə gecə saatlarında həmin sahəyə gedərək bir-birinə yaxın məsafdə 11 ədəd müxtəlif diametdə palıd cinsindən açların kəsilərək yerində saxlanılmasını, ağacların dib kötüklərinə baxış keçirib istifadəsində olan N-173 damğa ilə damğalayaraq akt tərtib edib ziyanı hesablayaraq aktı müəssisəyə təhvil vermişdir. Ağacların kim tərəfindən kəsilməsini bilmək üçün bir neçə nəfərlə meşə gözətçisi sorğu apardıqdan sonra məlum olmuşdur ki, həmin ağacları 16 a saylı meşə dolayısının gözətçisi Nəriman və 18 saylı meşə dolayısının gözətçisi Seymurla şəxsi qərəzliyi olan Hücü kənd sakini Təqsirləndirilən şəxs qardaşı oğlu Yusiflə matorlu mişarla kəsmiş və yerində saxlamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Lerik rayonunun Bibiyanı kəndində yaşamaqla 19 avqust 2022-ci il tarixdən hazıra kimi 1 saylı X4 Mərkəzinin Vizəzəmin meşəbəyliyini 16 saylı meşə dolasyının gözətçisi işləyir. Mühafizə etdiyi dolayının bir hissəsi Lerik rayonunun Hücü kəndinin əhatəsində yerləşir. Hücü kənd sakini İslam Şabanov və ailə üzvlərini tanıyır, onlarla ziddiyyəti olmamış və yoxdur. 2023-cü ilin noyabr ayının ilk günlərindən mühafizə etdiyi meşə sahəsini gəzdiyi zaman Hücü kəndinin yuxarısında, Tikəband kəndinə gedən yolun yaxınlığında keçmiş çay sahəsində Hücü kənd sakini Təqsirləndirilən şəxs özündə olan matorlu mişarla palıd ağaclarını kəsib doğradığını görərək həmin sahədə ağacları kəsməsinə iradını bildirmiş, Saleh ona «bu sahə meşə fonduna aid deyildir, burada ağac kəsməyimə sən qarışa bilməzsən, sən meşələri qoru» demiş, Təqsirləndirilən şəxs həmin sahədə ağac kəsməsi barədə dərhal Tikəband bələdiyyəsinin sədri Şahid6 məlumat vermiş, səhərisi gün, yəni 03 noyabr 2023-cü il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid9 Tikəband bələdiyyəsinin sədri Seydəmir Mizəyevlə ərazyə onun və qonşu lola/ınm gö-ətçisi Seymurla birlikdə baxış keçirmişlər. Həmin ərazidə 5 ədəd müxtəlif diametrdə palıd cinsindən ağacların kəsilib doğranılaraq aparılmasını aşkar edildiyinə görə akt tərtib olunmuşdur. Bunu bilən İslam Şabanov polisə şikayət edib həmin ağacların həmkəndlisi Şahid7 tərəfindən kəsilməsini bildirdiyinə görə təkrar həmin əraziyə polis tərəfindən baxış keçirilmişdir. İkinci dəfə baxış zamanı 05 ədəd ağacların kəsildiyi ərazidə 6 ədəd palıd cinsindən ağacların kəsilib aparılması aşkar olunmuşdur. Həmin 6 ədəd ağacları da Saleh kəsmiş və kötüklərin üstünü örtmüşdür, həmin əraziyə baxış keçirəndən sonra Saleh özü kəsdiyi ağacların kötüklərin üstünü təmizləyərək Şahid7 tərəfindən kəsilməsini deməklə polisə təqdim etmişdir. İslam Şabanov və ailə üzvləri şəxsən onu hədələyirlər və bütün imkanlardan istifadə edib şərləmək istəyirlər, səbəb Saleh haqqında çay sahəsində ağac kəsməsi barədə doğru izahat yazması olmuşdur. X9 bir neçə dəfə ona «oğlum Saleh haqqında polisdə verdiyin izahatı geri götürməsən sənin mühafizə etdiyin dolayıda gecələr ağacları kəsdirərəm və sənə ziyan vurdurub həbs elətdirərəm» demiş, Salehin çay sahəsində ağac kəsməsi barədə bələdiyyə sədrinə məlumat verdiyinə və izahat yazdığına görə islam Tikəband kəndinə gedən, kəndin girişində yerləşən meşə sahəsinin onun tərəfindən mühafizə olunmasını düşünərək həmin sahədə 14 noyabr 2023cü il tarixdə gecə vaxtı oğlu Saleh və nəvəsi Yusifə 11 ədəd palıd cinsindən xırda diametrdə ağacları kəsdirib yerində saxlatdırmışdır. Həmin meşə sahəsini isə Şahid5 mühafizə edir. 14 noyabr 2023-cü il tarixdə, saat 16 radələrində mühafizə etdiyi meşə dolayısının qırma sahəsindən çıxıb maşın yolu ilə evinə tərəf getdiyi zaman yolda İslam Şabanovun idarə etdiyi avtomaşınla Tikəband kəndinə tərəf getdiyini görmüş, həmin saatda islamın Tikəband kəndinə tərf getməsindən şübhələnərək qonşu meşə dolayısının gözətçisi Şahid5 zəng edib İslamın Tikəband kəndinə tərəf getməsini demiş, bundan sonra Tikəband kənd sakini adını bildirmək istəmədiyi şəxsə zəng edib islamın nə üçün əraziyə gəlməsini öyrənməsini xahiş etmiş, həmin şəxs ona zəng edib «islam avtomaşını ilə sizin mühafizə etdiyiniz dolayının qırma sahəsinə yaxın meşə ərazidə qalmışdır» demiş, verilən məlumata əsasən İslam həmin sahədə 2 saata yaxın müddətdə qalmış, Saleh və nəvəsi Yusif əlində matorlu mişar meşədən çıxıb İslamın avtomobilinə oturmuşlar və Hücü kəndinə qayıtmışlar. 14 noyabr 2023-cü il tarixdə axşam saatlarında Bibiyanı kəndində yaşayan bacısının evinə qonaq getmiş, kürəkəni Zaman Tağıyevlə söhbət etdiyi zaman sonuncu ona «inəyim itmişdi bu gün, yəni 14 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində meşdə inəyimi axtardığım zaman Hücü kənd sakini Salehi gördüm, onun yanında bir nəfər var idi, həmin şəxs məni görən kimi əlində matorlu mişara oxşar alətlə qaçaraq məndən uzaqlaşdı, Saleh isə ağacın arxasına keçib məndən gizlənmək istədi, mən Salehə yaxınlışdım nə üçün məndən gizlədiyini soruşdum. Saleh mənə dedi ki, atımı axtarıram, qaçan şəxsin kim olduğunu soruşdum Saleh isə onun yanında olan və məni görən kimi qaçan şəxsin kimliyini demədi» demişdir. Bundan sonra ona məlum olmuşdur ki, 14 noyabr 2023-cü il tarixdə günün sonunda Şahid5 mühafizə etdiyi meşə sahəsində 11 ədəd palıd cinsindən ağaclar kəsilmişdir. Həmin ağacların İslam Şabanovun özü oğlu Saleh və nəvəsi Yusifə kəsdirməsini düşünür. Çay sahələrində Ramik tərəfindən ağacların kəsilməsini İslam Şabanov və oğlu demişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Lerik rayonunun Hücü kəndində yaşamaqla 1 saylı X8; Mərkəzinin Vizəzəmin meşəbəyliyinin 16-a saylı meşə dolayısının gözətçisi işləyir. 14 noyabr 2023-cü il taı ixdə, saat təxminən 17 radələrində qonşu meşə dolayısının gözətçisi Nəriman Həsənov ona zəng edib İslam Şabanovun idarə etdiyi avtomaşınla Tikəband kəndinə tərəf qetdivini görmüş, İslamın bu saatda həmin istiqamətə getməsi onu şübhələndirmiş, dəhral Tikəband kənd sakini adını bildirmək istəmədiyi şəxsə zəng edib islamın nə üçün əraziyə gəlməsini öyrənməsini xahiş etmiş, həmin şəxs ona zəng edib İslamın avtomaşını ilə Nərimanın mühafizə etdiyi dolayının qırma sahəsinə yaxın meşə ərazisində qaldığını demişddir. Daha sonra islamın həmin sahədə 2 saata yaxın müddətdə qaldığını, Saleh və nəvəsi Yusifin əlində matorlu mişar meşədən çıxıb islamın avtomobilinə oturmalırını və Hücü kəndinə qayıtdıqlarını demişdir. Meşə sahəsini gəzə bilməmiş, hava qaralandan sonra evinə gəlmiş, saat 19 radələrində İslam mobil nömrəsinə zəng edib onu evinə dəvət etmiş, İslamın evinə gələrək onunla görüşmüş, İslam ona «səni istəyirəm deyirəm, bu gün 16 saylı dolayıya getmişdim, ərazidə gəzdiyim zaman yoldan aşağıda 11 ədəd palıd ağacın kəsildiyini gördüm» demiş, İslama «2 ildir ərazini mühafizə edirəm, dediyiniz meşə sahəsində heç vaxt ağac kəsilməmişdir, əgər ağaclar kəsilmişdirsə təxribatdır» deyərək ondan ayrılıb fanarı götürərək avtomaşını ilə İslamın təsvir etdiyi meşə sahəsinə gəlib ərazini gəzmiş, Tikəband kəndinin girişində, Hücü-Tikəband yolunun sol kənarında, yoldan təxminən 100-150 metr aşağıda bir-birinə yaxın məsafədə 11 ədəd müxtəlif diametrlərdə palıd cinsindən ağacların matorlu mişarla kəsilərək yerində saxlanılmasını, kəsilmiş ağaclardan 3 ədədinin digər kök üstə ağaclara söykənib yerə düşmədiyini, kəsilmiş ağacların dib kötüklərin üzərinə maye axıdıldığını, ağacların dib kötüklərin dibində olan yonqarlardan ağaclar həmin gün, yəni 2-3 saat əvvəl kəsildiyini müəyyən etmiş, meşəbəyi Şahid1, daha sonra isə Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə məlumat vermiş, həmin gecə Lerik RPŞ-nin əməkdaşları hadisə yerinə gəlib ağacların dib kötüklərinə və ağaclara baxış keçirtmişlər. Tam məsuliyyəti ilə bildirmişdir ki, İslam Şabanov həmin ağacların yerləşdiyi meşə sahəsinin Nəriman Həsənov tərəfindən mühafizə olunmasını düşünərək Nərimanın onun oğlu Salehə qarşı izahat yazmasına görə Nərimana ziyan vurmaq məqsədilə ağacları özü oğlu Salehə və nəvəsi Yusifə kəsdirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Lerik rayonunun Nıso kəndində yaşamaqla 2020- ci ildən hal-hazıra kimi Tikəband bələdiyyəsinin sədri vəzifəsində işləyir. 2023-cü ilin noyabr ayının əvvəlində əıazinin Hücü kənd sakini Şahid7 mobil telefonuna zəng edib həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs bələdiyyə torpaq sahəsində yetişən palıd ağaclarını matorlu mişarla kəsib doğrayaraq odununu evinə daşıdığını bildirmişdir. Ramik ibado/a «bu çün işdəyəm, vax1, n /oxdur səhər ərardyə qəlib araşdırarıq, Ramik ona Salehin kəsdiyi ağacların yerini sizə göstərərəm» demiş, həmin gün əraziyə gedə bilməmiş, səhərisi gün 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Xəzər Babazədə ona zəng edib «Şahid7 şikayəti ilə bağlı həmin sahəyə gedirəm sən də gəl yoxlamada iştirak et» demiş, Hücü kəndinə gəlib Şahid9 ilə görüşmüş, Şahid7 onu Şahid9, həmin ərazinin meşə gözətçiləri Nəriman və Seymuru Hücü kəndinin daxilində, keçmiş sovxozun ərazisi olan, sonradan meşə ilə örtülmüş sahəyə apararaq bir-birinə yaxın məsafədə kəsilmiş 5 ədəd palıd cinsindən ağacların kötüklərini göstərmiş, Şahid9 müvafiq qaydada kötükləri ölçərək akt tərtib etmiş, həmin ağacların yerləşdiyi torpaq sahəsinin mülkiyyətiçini ondan soruşmuş, Tikəband bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrin xəritəsi olmadığına görə keçmiş çay sahələri olduğunu bilib Tikəband bələdiyyəsinin mülkiyyətində olan sahə olduğunu demiş, Şahid7 təqdim etdiyi 5 ədəd ağacların kötüklərinə baxış keçirilərkən Şahid7 əlavə orada iştirak edən Nəriman VƏ Seymur həmin ağacları Təqsirləndirilən şəxs kəsdiyi zaman görüb ona irad bildirmişlər. Bundan sonrakı günlərdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin 5 ədəd ağacların kəsildiyi yerə yaxın sahədə 05 ədəd ağaclardan əlavə 6 ədəd də palıd cinsindən ağacları kəsib doğrayaraq aparmışdır. Hətta polis tərəfindən həmin ağaclara da baxış keçirilmişdir. Tikəband bələdiyyəsinin mülkiyyətinə daxil olan torpaq sahələrin xəritəsi olmadığına görə sərhədlərini özü şəxsən dəqiq bilmir. Ramik İdadovun təqdim etdiyi ağacların yerləşdiyi torpaq sahəsinin keçmiş çay sahəsi olduğunu bilir, buna görə də həmin sahənin bələdiyyə mülkiyyətinə aid olmasını düşünmüş, lakin sonradan məlum olmuşdur ki, həmin ərazi Dövlət meşə fondu torpaqlarına aiddir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Lerik rayonunun Hücü kəndində yaşamaqla rəsmi olaraq heç yerdə işləmir, təsərrüfatla məşğul olub ailəsini dolandırır. İslam Şabanov ögey əmisidir, onu və ailə üzvlərini tanıyır, uzun illərdir ki, ona məlum olmayan səbəbdən İslam Şabanov və ailə üzvləri onlarla münasibətləri yoxdur, onlara qarşı həmişə qərəzli mövqeydədirlər. 2023-cü ilin oktyabr ayının təxminən 20-25- də Təqsirləndirilən şəxs Hücü kəndinin yuxarısında yaşadığı evdən təxminən 300 metr kənarda çay bağları adlanan sahədə matorlu mişarla palıd cinsindən ağacları kəsdiyini görərək ona yaxınlaşıb həmin sahədə bir neçə ədəd ağacları kəsib doğramasının şahidi olmuş, Salehdən ağacları nə üçün kəsdiyini soruşmsuş, Saleh ona «sən kimsən, sənə nə aidiyyəti vardır, əcəb edir kəsirəm» demiş, Salehin çay sahəsində ağacları kəsməsi barədə səhərisi gün Tikəband bələdiyyəsinin sədri Seydəmirə zəng edib məlumat vermiş, Salehin çay bağları sahəsində ağacları kəsdiyini demiş, bundan təxminən 3 gün sonra Seydəmir ona zəng edib «dediyiniz sahəyə baxış keçirtdik, 5 ədəd palıd ağacların kəsilib doğranılaraq daşınmasını müəyyən etdik, akt tərtib olundu və tədbir görüləcəkdir» demiş, yoxlamanı aparan Şahid9 həmin ərazidə 5 ədəd yox daha çox ağacların Saleh tərəfindən kəsildiyini bildirmiş, özü şəxsən həmin ərazidə ağac kəsməmiş, Saleh tərəfindən ağacların kəsilməsi barədə bələdiyyə sədrinə məlumat verdiyinə görə İslam və Saleh həmin ağacların onun tərəfindən kəsilməsi ilə bağlı polisə yalan məlumat vermişlər. 06 noyabr 2023-cü il tarixdə evində olmadığı vaxt Lerik RPŞ- nin əməkdaşları həyətinə baxış keçirtmiş, həyətində qanunsuzluq aşkar etməmişlər. Bundan sonrakı günlərdə İslam Şabanov ocağın yanında onunla rastlaşaraq «sən Salehin üzünə dursan mən sənə şər atıb səni tutduraram» demiş, təkrar bildirmişdir ki, şəxsən özü meşə sahəsində və yaxud da çay bağlarında ağaclar kəsməmişdir. Şahid X2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lerik rayonunun Bibiyanı kəndində yaşamaqla 01 sentyabr 2021-ci il tarixdən 1 saylı X4 Mərkəzinin Vizəzəmin meşəbəyliyinin 18 saylı meşə dolayısının gözətçisi işləyir, mühafizə etdiyi dolayının bir hissəsi Lerik rayonunun Hücü kəndinin əhatəsində yerləşir. Hücü kənd sakini İslam Şabanov və ailə üzvlərini tanıyır, onlarla ziddiyyəti olmamış və yoxdur. 2023-cü ilin oktyabr ayının axırlarında mühafizə etdiyi meşə sahəsini gəzdiyi zaman Hücü kəndinin yuxarısında, Tikəband kəndinə gedən yolun yaxınlığında keçmiş çay sahəsində, Hücü kənd sakini Təqsirləndirilən şəxs özündə olan matorlu mişarla palıd ağaclarını kəsib doğradığını görüb ona yaxınlaşaraq söhbət edib ağacları kəsməməsi ilə bağlı ona irad bildirmiş, Saleh mənə «bu sahə meşə fonduna aid deyildir, burada ağac kəsməyimə sən qarışa bilməzsən, sən meşələri qoru» demiş, Təqsirləndirilən şəxs həmin sahədə ağac kəsdiyini ondan başqa qonşu meşə dolayısının gözətçisi Nəriman Həsənov gördüyünə görə Tikəband bələdiyyəsinin sədri Şahid6 telefon vasitəsi ilə məlumat vermişdir. 03 noyabr 2023-cü il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid9 Tikəband bələdiyyəsinin sədri Seydəmir Mizəyevlə əraziyə onun və Nərimanın iştirakı ilə baxış keçirtmiş, həmin ərazidə 5 ədəd müxtəlif diametrdə palıd cinsindən ağacların kəsilib doğranılaraq aparılmasını aşkar etmiş və bununla bağiı akt tərtib olunmuşdur. Bunu bilən islam Şabanov polisə şikayət edib həmin ağacların həmkəndlisi Şahid7 tərəfindən kəsilməsini bildirdiyinə görə təkrar həmin əraziyə polis tərəfindən baxış keçirilmişdir, ikinci dəfə baxış zamanı 05 ədəd ağacların kəsildiyi ərazidə 6 ədəd palıd cinsindən ağacların kəsilib aparılması aşkar olunmuşdur. Həmin 6 ədəd ağacları da Saleh kəsmiş və kötüklərin üstünü örtmüşdür, həmin əraziyə baxış keçirəndən sonra Saleh özü kəsdiyi ağacların kötüklərin üstünü təmizləyərək Şahid7 tərəfindən kəsilməsini deməklə polisə təqdim etmişdir, islam Şabanov və ailə üzvləri şəxsən onu hədələyir, bütün imkanlardan istifadə edib şərləmək istəyirlər, səbəb Saleh haqqında çay sahələrində ağac kəsməsi ilə bağlı doğru izahat yazması olmuşdur. X9 bir neçə dəfə ona demişdir ki, «oğlum Saleh haqqında polisdə verdiyin izahatı geri götürməsən sənin mühafizə etdiyin dolayıda gecələr ağacları kəsdirərəm və sənə ziyan vurub həbs elətdirərəm» demiş, Nəriman Həsənov da Salehin çay sahəsində ağac kəsməsi barədə bələdiyyə sədrinə məlumat verdiyinə görə İslam Tikəband kəndinə gedən, kəndin girişində yerləşən meşə sahəsinin Nəriman Həsənov tərəfindən mühafizə olunmasını düşünərək həmin sahədə 14 noyabr 2023-cü il tarixdə gecə vaxtı oğlu Saleh və nəvəsi Yusifə 11 ədəd palıd cinsindən xırda diametrdə ağacları kəsdirib yerində saxlatdırmışdır. Həmin meşə sahəsini isə Şahid5 mühafizə edir. 14 noyabr 2023-cü il tarixdə axşam çağı Tikəband kənd sakini Şahid8 Təqsirləndirilən şəxs qardaşı oğlu ilə birlikdə meşə sahəsindən olarkən, yəni 11 ədəd ağacların kəsilidiyi ərazidə görmüşdür. Şahid X3 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, oğlu ifadəsində göstərmişdir ki, Lerik rayonunun Bibiyanı kəndində yaşamaqla heç yerdə işləmir təsərrüfatla məşğul olub ailəsini dolandırır. Bibiyanı kəndi tam olaraq meşənin əhatəsində yerləşir, meşə sahələrini ayrı-ayrı istiqamətlərdə Şahid5, Seymur Abdullah və Nəriman Həsənov mühafizə edirlə:-. Təsərrüfatında saxladığı qaramallar isə Bibiyanı kəndi ilə Hücü kəndinin arsındakı meşə sahələrində sahibsiz otlayırlar. Hücü kənd sakini islam Şabanov və ailə üzvləini tanıyır, aralarında düşmənçilik və ziddiyyət olmamışdır. Təsərrüfatında olan meşə sahələrində sahibsiz otlayan qaramallardan 1 başı 2023-cü ilin noyabr ayının əvvəlində itdiyinə görə həmin qaramalı mütəmadi meşə sahələrində axtarmış, 14 noyabr 2023-cü il tarixdə qaramalını axtarmaq üçün Bibiyanı kəndini əhatə edən meşə sahəsinə getmiş, həmin gün saat 12 radələrində qarrnalını Tikəband kəndinə yaxın meşə sahəsinin «Sübli kanə hi» adlanan ərazidə gəzdiyi zaman meşə sahəsində iki nəfəri görmüş, onlardan birinin əlində matorlu mişar olmuş, həmin şəxslər onu görən kimi qaçıb gizlənmişlər. Şübhələnib onlara yaxınlaşmış, ağacın arxasında gizlənən şəxsi görmüş, həmin şəxsin Hücü kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmiş, Salehlə söhbət edib nə üçün ondan qaçdığını soruşmuş, Saleh ona «atım itmişdir onu axtarıram» demiş, Saleh ilə bir yerdə olan və dərəyə tərəf qaçıb gizlədən şəxsin kimliyini Salehdən soruşmuş, Saleh həmin şəxsin kimliyini ona bildirmək istəməmiş, Salehə «meşədə oğrular gəzir yəqin ki, oğru olub qaçmışdır» demiş, bundan sonra Saleh onunla qardaşı oğlu Yusifin olduğunu bildirmişdir. Həmin gün Saleh ilə qardaşı oğlu Yusifi meşədə görməsini Nəriman Həsənova demiş, bundan sonra onlar həmin gün meşədə ağaclar kəsmələrini eşitmişdir. Şahid8 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lerik rayonunun Tikəband kəndində yaşayır, təsərrüfatla məşğul olub ailəsini dolandırır. Hücü kənd sakini İslam Şabanov və ailə üzvlərini tanıyır, onlarla düşmənçiliyi yoxdur. 14 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində təsərrüfatında olan qoyunları Hücü- Tikəband kəndinə gedən maşın yolunun Dico kəndinə ayrılan sahəsində otardığı zaman Tikəband kənd sakini Ç ngizin evinin arxa yuxan tərəfindən meşədə matorlu mişarın səsini eşitmiş, qoyunlarını həyətə aparmaq üçün yola düşmüş, meşə sahəsindən keçən yol ilə gedərkən yoldan bir neçə metr aşağıda matorlumişarla 2 nəfərin ağac kəsdiyini görmüş, həmin istiqamətə 70-80 metr məsafədən baxmış, Hücü kənd sakini Yusif Şabanovun ağac kəsdiyini, Təqsirləndirilən şəxs isə onun yanında qaldığını görmüşdür. Təqsirləndirilən şəxs meşə buraxılış orderi aiıb ağacları kəsməsini düşünərək onlara əhəmiyyət verməmiş, maşıny yoluna tərəf gəlmiş, İslam Şabanovun idarə etdiyi Niva markalı avtomaşınla yolda dayandığını görmüşdür. Təkrar bildirmişdir ki, 14 noyabr 2023-cü il tnrixch saat 17 radələrində həməkndüs' Ç'ngiz evinin vaxarısından keçən ınəşə yolu ilə Qoyunlarını sürərkən Hücü kənd sakini Yusif Şabanovun matorlumişarla ağac kəsdiyini əmisi Salehin isə onyn yanında dayandığını 70-80 metr məsafədən görmüşdür. Şahid9 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lənkəran rayonunun Tükəvilə kəndində qeydiyyatda olmaqla orada yaşayır, 2019-cu ildən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyip. Lerik rayonunun Hücü kənd sakini İslam Şabanovun məlumatı əsasında 0G noyabr 2023-cü il tarixdə Hücü kəndini əhatə edən meşə ilə örtülü sahədə Tikəband bələdiyyəsinin sədri Seydəmirin deməsinə görə bələdiyyə torpaq sahəsində kəsilmiş 05 ədəd palıd cinsində ağacların kötüklərinə baxış keçirmiş, İslam Şabanov və Təqsirləndirilən şəxs həmin ağacların Şahid7 tərəfindən kəsilməsini bildirmişlər, bələdiyyə sədri Şahid6 və meşə gözətçiləri isə həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsini və ağacları kəsərkən onu görmələrini deyib rəsmi olaraq izahat yazıb təqdim etmişlər. 05 ədəd kəsilmiş ağacların yerləşdiyi ərazidə bir-birinə yaxın məsafədə polis əməkdaşları tərəfindən 6 ədəd palıd cinsində ağacların kəsilməsi aşkar olunmuş, onun iştirakı ilə həmin 6 ədəd ağaclara baxış keçirilmiş, 6 ədəd ağacların da Təqsirləndirilən şəxs tərəfindən kəsilməsini meşə gözətçiləri bildirmişlər. Həmin gün Lerik RPŞ-nin əməkdaşları ilə birlikdə Şahid7 həyətində olan oduna baxış keçirtmiş, bələdiyyə sahəsi kimi təqdim olunmuş ərazidə kəsilmiş palıd ağacların qalıqlarından Şahid7 həyətində aşkar olunmamış, keçirilmiş sorğu zamanı bir neçə nəfər, o cümlədən meşə gözətçiləri 11 ədəd palıd ağacları Təqsirləndirilən şəxs kəsəndə görmələrini, hətta ona iradiarını bildirmələrini, Salehin onlara əhəmiyyət vermədiyini və ağacları doğrayıb aparmalarını demişlər. Cinayət işinə əlavə edilmiş mütəxəssis tərəfindən tərtib olunmuş rəydən görünür ki, Vizəzəmin meşəbəyliyinin 18 saylı meşə dolayısının «Çay bağları» adlanan sahəsində 14 sm d-də 01 ədəd, 19 sm d-da 01 ədəd, 20 sm d-də 02 ədəd, 24 sm d-də 01 ədəd, 30 sm d-də 05 ədəd, 39 sm d-də 01 ədəd, cəmi 11 ədəd palıd cinsindən kök üstə yaş halda ağacları qanunsuz kəsib doğrayaraq meşə sahəsindən aparmışdır. Bundan əlavə Vizəzəmin meşəbəyliyin 16 saylı meşə dolayısında 20 sm d-də 01 ədəd, 28 sm d-də 03 ədəd, 32 sm d-də 04 ədəd, 36 sm d-də 02 ədəd və 40 sm d-də 01 ədəd, cəmi 11 ədəd palıd cinsindən kök üstə yaş halda ağaclar qanunsuz kəsib yerində saxlamışdır. Vizəzəmin meşəbyliyinin 18 saylı meşə dolayısının «Çay bağları» adlanan sahəsində 2023-cü ilin oktyabr ayının axırlarında odunluq növünə aid 14 sm d-də 01 ədəd, 19 sm d-da 01 ədəd, 20 sm d-də 02 ədəd, 24 sm d-də 01 ədəd, 30 sm d-də 05 ədəd, 39 sm d-də 01 ədəd, cəmi 11 ədəd Azərbaycan Respublikasının «Qırmızı kitab» na daxil edilmiş şabalıd yarpaq palıd cinsindən kök üstə yaş halda ağaclar qanunsuz kəsilib doğranılaraq meşə sahəsindən aparılmışdır. Həmin ağacların ümumi həcmi 7,02 kub metr, dəyəri 30,12 manat təşkil edir. Ağacların kəsilməsinə görə diametrlərinə uyğun cərimə ziyanı 114,00 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7 nömrəli əlavəsinin qeydlər hissəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının «Qırmızı kitabı» na daxil edilmiş şabalıd yarpaq palıd cinsindən kök üstə yaş halda ağacların kəsilməsi nəticəsində vurulmuş zərərə görə ödənişlər həmin cədvəlin ikinci sütundakı məbləğ beş dəfə artırılmaqla hesablanır. Belə ki, 11 ədəd kök üstə yaş halda ağacların qanunsuz kəsilməsinə görə hesablanmış 114.00 manat cərimə ziyanı 114,00 man x 5 dəfə= 570,00 manat təşkil edir. Göstərilən 11 ədəd şabalıd yarpaq palıd cinsindən kök üstə yaş halda ağaclar qanunsuz kəsilib doğranılaraq meşə sahəsindən aparılmasına görə dövlət meşə fonduna 30,12 man + 570,00 man= 600,12 manat ziyan vurulmuşdur. Vizəzəmin meşəbəyliyinin 16 saylı meşə dolayısında, Tikəband kəndinə yaxın sahəsində 14 noyabr 2023-cü il tarixdə, günün ikinci yarısında odunluq növünə aid 20 sm d -də 01 ədəd,28 sm d-də 03 ədəd, 32 sm d-də 04 ədəd, 36 sm d-də 02 ədəd və 40 sm ddə 01 ədəd, cəmi 11 ədəd Azərbaycan Respublikasının «Qırmızı kitab» na daxil edilmiş şabalıd yarpaq palıd cinsindən kök üstə yaş halda ağaclar qanunsuz kəsilib doğranılaraq meşə sahəsindən aparılmışdır. Həmin ağacların ümumi həcmi 10,105 kub metr, dəyəri 43,18 manat təşkil edir. Ağacların kəsilməsinə görə diametrlərinə uyğun cərimə ziyanı 158,00 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7 nömrəli əlavəsinin qeydlər hissəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının «Qırmızı kitab» na daxil edilmiş şabalıd yarpaq palıd cinsindən kök üstə yaş halda ağacların kəsilməsi nəticəsində vurulmuş zərərə görə ödənişlər həmin cədvəlin ikinci sütundakı məbləğ beş dəfə artırılmaqla hesablanır. Belə ki, 11 ədəd kök üstə yaş halda ağacların qanunsuz kəsilməsinə görə hesablanmış 158.C0 manat cərimə ziyanı 158,00 man x 5 dəfə= 790,00 manat təşkil edir. Göstərilən 11 ədəd şabalıd yarpaq palıd cinsindən kök üstə yaş halda ağaclar qanunsuz kəsilməsinə görə dövlət meşə fonduna 43,18 man + 790,00 man= 833,18 manat ziyan vurulmuşdur. Vizəzəmin meşəbəyliyin 18 saylı dolayısında 2023-cü ilin oktyabr ayının axırlarında və 16 saylı dolayıda 14 noyabr 2023-cü il tarixdə 14 sm d-də 01 ədəd, 19 sm d-da 01 ədəd, 20 sm d-də 03 ədəd, 24 sm d-də 01 ədəd, 28 sm d-də 3 ədəd, 30 sm d-də 5 ədəd, 32 sm d-də 4 ədəd, 36 sm d-də 2 ədəd, 39 sm d-də 01 ədəd və 40 sm d-də 1 ədəd, ümumilikdə 22 ədəd, 17,125 kub metr həcmində, 73,30 manat dəyərində odunlun növünə aid Azərbaycan Respublikasının «Qırmızı kitab» na daxil edilmiş şabalıd yarpaq palıd cinsindən kök üstə yaş halda ağaclar qanunsuz kəsilmişdir. Azərbaycan Respublikasının «Qırmızı kitab» na daxil edilmiş şabalıd yarpaq palıd cinsindən kök üstə yaş halda ağacların kəsilməsi nəticəsində vurulmuş zərərə görə ödənişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7 nömrəli əlavəsinin qeydlər hissəsinin 3-cü abzasına uyğun həmin cədvəlin ikinci sütundakı məbləğ beş dəfə artırılmaqla hesablanır. Belə ki, Vizəzəmin Meşəbəyliyin 16 və 18 saylı meşə dolaylarında müxtəlif diametrlərdə 22 ədəd şabalıd yarpaq palıd cinsində kök üstə yaş halda ağacların qanunsuz kəsilməsinə görə cərimə ziyanı 1360,00 manat təşkil edir. Göstərilən 22 ədəd şabalıd yarpaq palıd cinsindən kök üstə yaş halda ağaclar qanunsuz kəsilib 11 ədədinin doğranılaraq meşə sahəsindən aparılmasına görə dövlət meşə fonduna 73,30 man + 1360,00 man= 1433,30 (bir min dörd yüz otuz üç man, otuz qəp) manat məbləğində ziyan vurulmuşdur. Vizəzəmin meşəbəyliyinin16 saylı meşə dolayısında qanunsuz kəsilmiş 11 ədəd, 10,105 kub metr həcmində, 43,18 manat dəyərində ağaclar meşə sahəsində saxlanıldığına və müəssisənin anbarına mədaxil edildiyinə görə 22 ədəd ağacların qanunsuz kəsilməsi ildə Dövlət meşə fonduna vurulmuş ümumi 1433,30 manat ziyandan 43,18 manat ziyan çıxıldıqdan sonra təqsirkar şəxs və yaxud da şəxslərdən 1390,12 (bir min üç yüz doğsan manat, on iki qəp) manat ziyan tələb olunur. Lerik Rayon İcra Hakimiyyəti Başçısının Tikəband kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Lerik Rayon İcra Hakimiyyəti Başçısının Tikəband kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2006, 2009 və 2019-cu il təvəllüdlü üç uşağı vardır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə Şahid5 mühafizə etdiyi meşə sahəsində heç bir ağac kəsmədiyi, ona şər və böhtan atmaları barədə verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanıəlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, islah işləri cəzasını təyin etməyi, CM-in 46-cı maddəsinə əsasən yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla ondan başqa ailənin digər üzvlərinin heç birinin işləməməsini, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilərsə ailəsinin yeganə qazanc gətirənindən məhrum olacağını və ailənin ağır maddi ehtiyac içərisində tam təminatsız qalacağını, bunun da gələcəkdə daha ciddi nəticələrə səbəb olacağını müstəsna hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan «başqa yerə getməmək haqqında iltizam» qətimkan təbdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarından göründüyü kimi, mülki iddiaçı Təqsirləndirilən şəxs qarşı Lənkəran X4 Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etməmiş, lakin zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, mülki iddianın məhkəmə icraatı üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsi iş materiallarına əlavə olunmamışdır. Mülki iddiaçıya həmin sənədin işin baxılması iclasında məhkəməyə təqdim edilməsi təklif olunsa da, onun tərəfindən buna əməl edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinəəsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə mülki iddia verilmədiyindən iş üzrə mülki iddiaçı Lənkəran X4 Mərkəzinə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququna malik olması izah edilməli,iş üzrə maddi sübut, mülki iddia və məhkmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Lənkəran X4 Mərkəzinə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar