Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-36/2023 02.08.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 10:00 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxx 1979-cu ildə Lerik rayonun Zəriküməco kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Lerik rayonun Zəriküməco kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 14 iyun 2022-ci il tarixdən 10 fevral 2023-cü il tarinədək X4 təsərrüfatı mərkəzinin Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 18a saylı meşə dolayısının gözətçisi vəzifəsində işlədiyi müddətdə, yəni 2022-ci ilin oktyabr ayından həmin ilin dekabr ayının axırına kimi olan dövr ərzində qulluq mövqeyindən istifadə etməklə 14 iyun 2022-ci il tarixdə müəssisə ilə onun arasında bağlanmış əmək müqaviləsinin (kontraktın), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996cı il tarixli, 188 saylı qərarı ilə təsdiq edilmiş «Tam maddi məsuliyyət haqqında nümunəvi fərdi Müqavilə»nin, eləcə də hazırda qüvvədə olan keçmiş SSRİ Nazirlər Soveti tərəfindən 1982-ci ildə təsdiq edilmiş «Dövlət meşə mühafizəsi haqqında Əsasnamə»nin tələblərini kobud surətdə pozaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasına cinayətkarcasına yanaşaraq mühafizə etdiyi 18a saylı meşə dolayısında istintaqla müəyyən edilməsi mümkün olmayan şəxs və yaxud da şəxslər tərəfindən odunluq növünə aid Xurma cinsindən 32 sm d-də 02 ədəd, 36 sm d-də 02 ədəd, 40 sm d-də 01 ədəd, cəmi 5 ədəd; Yalanqoz cinsindən 20 sm d-də 02 ədəd, 24 sm d-də 01 ədəd, 28 sm d-də 02 ədəd, 32 sm d-də 04 ədəd, 36 sm d-də 02 ədəd, cəmi 11 ədəd; Vələs cinsindən 32 sm ddə 01 ədəd, 36 sm d-də 02 ədəd, 40 sm d-də 01 ədəd, cəmi 4 ədəd; Fısdıq cinsindən 28 sm d-də 01 ədəd, 36 sm d-də 01 ədəd, 40 sm d-də 02 ədəd, cəmi 4 ədəd, Göyrüş cinsindən 40 sm d-də 01 ədəd; Qızılağac cinsindən 44 sm d-də 01 ədəd, işlik növünə aid 60 sm d-də 01 ədəd, Ağcaqayın cinsindən işlik növünə aid 01 ədəd 64 sm və 01 ədəd 72 sm d-də, ümumilikdə 29 ədəd 40,20 kub metr həcmində kök üstə yaş halda ağacların qanunsuz kəsilərək işlik hissələrinin və oduncağın emal olunub meşə sahəsindən danışıb aparılmasına şərait yaratmaqla Dövolət meşə fonduna 2541,90 (iki min beş yüz qırx bir manat, doğsan qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,o, Lerik rayonunun Zəriküməco kəndində yaşayır. 16 iyun 20022-ci tarixdən 10 fevral 2023-cü il tarixinədək X4 Təsərrüfatı mərkəzinin Vizəzəmin meşəbəyliyinin 18 A saylı meşə dolayısının gözətçisi işləmişdir. Mühafizə etdiyi meşə doldayısı Lerik rayonunun Piran, Zəriküməco, Davradibi, Dico, Qələbin və Hücü kəndlərinin əhatəsində yerləşir. Mühafizə etdiyi meşə sahəsində ağacların qanunsuz kəsilməsinə dair 06 dekabr 2022-ci il tarixdə tərtib olunmuş aktda göstərilən Ağcaqayın cinsindən işlik növünə aid 1 ədəd 64 sm və 1 ədəd 72 sm d-də ağaclar Lənkəran-Lerik yolunun 26-cı km də yerləşən «Xəzər» istirahət mərkəzi ilə üzbə-üz meşə sahəsində kəsilmişdir. Həmin əraziyə 02 dekabr 2022-ci il tarixdə gəzib baxmış, ağacların kəsilmə halları baş verməmişdir. 06 dekabr 2022-ci il tarixdə ağacların qanunsuz kəsilməsini mərkəzin əməkdaşları aşkar etmişlər, ona zəng edib ağacların yerinə çağırmışlar. Ağacların kəsildiyi yerə gəlmiş, Şahid1 və Şahid2 də ora gəlmişlər. Birlikdə ağacların kötüklərinə baxış keçirtmişlər. Həmin sahədə 2 ədəd ağcaqayın cinsindən ağacların kəsilməsini, işlik hissələrindən bir qismini yerində şpal hazırlanıb, digər hisələrinin isə kötük formasında aparmasını müəyyən etmişlər. Bundan əlavə X4 Təsərrüfatı Mərkəzinə yeni təyin olunmuş direktorun təhvil-qəbulu ilə əlaqədar mühafizə etdiyi 18 a saylı meşə dolayısında 13 dekabr 2022-ciil tarixdə aparılmış yoxlamada Piran, Davradibi və Dico kəndlərinin ərazisindən keçən Piran-Veri yolunun kənarında ayrı-ayrı yerlərdə 13 ədəd müxtəlif cins və diametrdə ağacların qanunsuz kəsilib doğranılaraq aparılması, 14 dekabr 2022-ci il tarixdə aparılmış yoxlamada Davradibi kəndindən Qələbin kəndinə gedən yolun kənarında 01 ədəd qızılağac cinsindən işlik ağacın qanunsuz kəsilərək aparılması, 17 dekabr 2022-ci il tarixdə aparılmış yoxlama zamanı Davradibi kəndinin yaxınlığında, «Şəm» kafesinin yerləşdiyi ərazidə 4 ədəd müxtəlif cins və dimametrdə ağacların qanunsuz kəsildməsi və doğranılaraq aparılması aşkar olunmuş, 27 dekabr 2022-ci il tarixdə 18 a saylı dolayıda aparılmış yoxlama zamanı meşə sahəsinin Piran-Davradibi yolunun sol kənarında, körpüyə çatmamış, «Şəm» kafesinin yerləşdiyi ərazidə 9 ədəd göyrüc, vələs və yalanqoz cinsindən ağacların kəsilib doğranılaraq aparılması aşkar edilmişdir. Mühafizə etdiyi meşə sahəsində 06, 13, 14, 17 və 27 dekabr 2022-ci il tarixlərdə aparılmış yoxlamalar zamanı qanunsuz kəsilməsi aşkar olunmuş yəni kim tərəfindən kəsilməsini müəyyən edə bilmədiyi 29 ədəd müxtəlif cins və diametrdə ağaclardan əlavə 2 ədədini Elvin Süleymanov, 01 ədədini Ruslan Süleymanov kəsmiş, digər ağacların kimlər tərəfindən kəsildiyini bilmir və görməmiş, həmin ağacların kəsilməsi üçün hər hansı bir şəxsdən pul almamış və icazə verməmiş, meşə sahəsini mühafizə edə bilmədiyinə görə ağaclar qanunsuz kəsilmiş və meşə sahəsindən aparılmışdır. Buna görə özünü təqsirli bilir, qanunla ona köməklik köstərilməsini xahiş edir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, mütəxəssis rəyi, cinayət işində olan digər istintaq sənədləri, məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəm iclası zamanı ifadəsində göstərdi ki, Lənkəran şəhərində yaşamaqla X4 Təsərrüfatı Mərkəzində baş mütəxəssis-hüquqşunas vəzifəsində işləyir. X4 Təsərrüfatı mərkəzinin Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 18a saylı meşə dolaysının gözətçisi Təqsirləndirilən şəxs tanıyır, aralarında ziddiyyət olmamışdır. Vizəzəmin meşəbəyliyinin 18a saylı meşə dolayısında 02 ədəd ağcaqayın cinsindən ağacların qanunsuz kəsilməsi barədə mərkəzin əməkdaşları tərəfindən 06 dekabr 2022-ci il tarixdə tərtib olunmuş akt və həmin dolayıda 13 dekabr 2022-ci il tarixdən 27 dekabr 2022-ci il tarixinədək olan bir neçə gün ərzində aparılmış yoxolamaya dair 27 dekabr 2022-ci il tarixdə tərtib olunmuş aktda qanunsuz kəsilməsi qeydə alınmış 30 ədəd ağacların qanunsuz kəsilməsi ilə bağlı ilkin araşdırma aparılıb Dövlət Meşə fonduna vurulmuş ziyanın məbləği müəyyən olunaraq toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 259-cu maddəsinin tərkibi yarandığına görə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İlkin araşdırma zamanı məlum olmuşdur ki, qısa müddət ərzində 18a saylı meşə dolayısında işlik və odunluq növünə aid cəmi 32 ədəd ağaclar qanunsuz kəsilmişdir. Qanunsuz kəsilmiş ağaclar matorlu mişarla emal olunmuş və meşədən daşınıb aparılmışdır. Yalnız 01 qoz və 01 ədəd fısdıq ağacları yerində saxlanılmış, 02 ədəd ağcaqayın cinsindən ağacların oduncağının qismən hissəsi yerində saxlanılmışdır. Araşdırma zamanı Vizəzəmin meşəbəyliyin 18a saylı meşə dolayısında ayrı-ayrı vaxtlarda 32 ədəd ağacların qanunsuz kəsilməsinə və məhsulunun meşə sahəsindən aparılmasına baxmayaraq bir ədədi olsun belə meşə gözətçisi tərəfindən aşkar olunmaması müəyyən olunmuşdur. Bu da onu göstərir ki, meşə gözətçisi üzərinə düşən vəzifəni günün tələbi səviyyəsində həyata keçirməyib meşə sahəsinin qorunması üçün heç bir ciddi tədbir görməmiş, ağacların kəsilməsinə şərait yaratmaqla işinə laqeyid münasibət göstərmişdir. Həmin ağacların qanunsuz kəsilməsinə meşə gözətçisi məsuliyyət daşıyır. 32 ədəd ağacların qanunsuz kəsilməsi ilə Dövlət meşə fonduna vurulmuş ziyanı meşə gözətəçisindən tələb edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Astara rayonunun Pensər kəndində yaşamaqla X4 Təsərrüfatı Mərkəzində meşə mühafizə işi üzrə direktor müavini vəzifəsində işləyir. 06 dekabr 2022-ci il tarixdə Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyin 18a saylı meşə dolayısının Lənkəran-Lerik yolunun 26-cı km-də yerləşən «Xəzər» istirahət mərkəzinin yerləşdiyi ərazidə ağacların qanunsuz kəsilməsi barədə mərkəzə daxil olmuş məlumatı yerində yoxlamaq üçün həmin əraziyə müəssisənin əməkdaşı Şahid2lə yola düşmüş, Vizəzəmin meşəbəyliyin 18 a saylı dolayısının Lənkəran- Lerik yoluna, «Xəzər» istirahət mərkəzinin yerləşdiyi əraziyə gəlmiş, Lerik çayının su axarı istiqamətində sağ tərfdə olan meşə sahəsində apardığı yoxlama zamanı 01 ədəd 64 sm və 01 ədəd 72 sm d-də ağcaqayın cinsindən işlik növünə aid ağacların son 2-3 gün ərzində qanunsuz kəsilməsini, əsasən işlik hissələrinin, yəni gövdələrin bir hisəsinin şpal, digər hisələrin isə kötük formasına salınaraq daşınıb aparılmasını müəyyən etmiş, bundan sonra meşə gözətçisi Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə saxlamış, Rəfail həmin yerə gəlmiş, qanunsuz kəsilmiş ağacların dib kötüklərini ona göstərərək kim tərəfindən kəsilməsini soruşmuş, Rəfail bildirmişdir ki, ağacları kəsəni görməmiş və bilmir oğurlandığını demiş, ağacların dib kötüklərinə istifadəsində olan 052 nömrəli damğanı vurub akt tərtib etmiş, ziyan hesablayıb cədvəli aktə əlavə etmiş, bundan əlavə X4 Təsərrüfatı Mərkəzinə yeni təyin olunmuş direktorun təhvil-qəbulu ilə əlaqədar Vizəzəmin meşəbəyliyin 18 a saylı meşə dolayısında yoxlamanın aparılması müvafiq əmrlə ona həvalə olunmuşdur. Yoxlamanın aparılmasına dair təsdiq ounmuş əmrə əsasən müəssisənin əməkdaşı Şahid2lə birlikdə meşəbəyi və meşə gözətçisinin iştirakları ilə 13 dekabr 2022-ci il tarixdə 18 a saylı dolayıda aparılmış yoxlamada Piran, Davradibi və Dico kəndlərinin ərazisindən keçən Piran-Veri yolunun kənarında ayrı-ayrı yerlərdə Xurma cinsindən 02 ədəd 32 sm d-də, 01 ədəd 36 sm d-də, 01 ədəd 40 sm d-də, 01 ədəd 44 sm d-də, Yalanqoz cinsindən 01 ədəd 28 sm d-də, 02 ədəd 32 sm d-də, 01 ədəd 36 sm d-də, Vələs cinsindən 01 ədəd 32 sm d-də, 01 ədəd 40 sm d-də, Fısdıq cinsindən 01 ədəd 40 sm d-də, Qızılağac cinsindən 01 ədəd 44 sm d-də, cəmi 13 ədəd odunluq növünə aid ağacların qanunsuz kəsilib doğranılaraq aparılmasını, 14 dekabr 2022-ci il tarixdə aparılmış yoxlamada Davradibi kəndindən Qələbin kəndinə gedən yolun kənarında 01 ədəd 60 sm d-də Qızılağac cinsindən işlik növünə aid ağacın qanunsuz kəsilərək aparılmasını, 17 dekabr 2022-ci il tarixdə aparılmış yoxlama zamanı Davradibi kəndinin yaxınlığında, «Şəm» kafesinin yerləşdiyi ərazidə odunluq növünə aid Vələs cinsindən 01 ədəd 36 sm d-də, Fısdıq cinsindən 01 ədəd 28 sm d-də, 01 ədəd 36 sim d-də, 01 ədəd 40 sm d-də ağacların kəsilərək doğranılıb aparılmasını, daha sonra isə Davradibi kənd sakini Elvin Süleymanovun yaşadığı evin yerləşdiyi ərazidə meşə sahəsində Qoz cinsindən 01 ədəd 68 sm d-də, Fısdıq cinsindən 01 ədəd 36 sm d-də, Vələs cinsindən ağacın 56 sm ddə 01 ədəd budağının kəsildiyini və yerindən saxlanıldığını aşkar etmiş, Təqsirləndirilən şəxs həmin qoz və fısdıq ağaclarını Elvin Süleymanov, vələs ağacın budağını isə Ruslan adlı şəxslər tərəfindən kəsməsini, Rəfaildən hansı səbəbdən bununla bağlı vaxtında məlumat vermədiyini soruşmuş, Rəfail məlumatı şifahi meşəbəyi Şahid3 verdiyini demiş, hətta ona həmin şəxslərin adını akta əlavə etməsini bildirmiş, Rəfailə rəsmi məlumat yazıb müəssisəyə təqdim etdikdən sonra akta əlavə edəcəyini demiş, Rəfail bununla bağlı rəsmi məlumat yazmadığına görə həmin şəxslərin adını aktda qeyd etməmiş, 27 dekabr 2022-ci il tarixdə 18 a saylı dolayıda aparılmış yoxlama zamanı meşə sahəsinin Piran-Davradibi yolunun sol kənarında, körpüyə çatmamış, «Şəm» kafesinin yerləşdiyi ərazidə, meşə sahəsində odunluq növünə aid Yalanqoz cinsindən 20 sm d-də 02 ədəd, 24 sm d-də 01 ədəd, 28 sm d-də 01 ədəd, 32 sm d-də 02 ədəd, 36 sm d-də 01, Vələs cinsindən 36 sm ddə 01 ədəd və Göyrüş cisnindən 40 sm d-də 01 ədəd ağacların qanunsuz kəsilərək doğranılıb aparılmasını aşkar etmiş, qanunsuz kəsilmiş ağacların dib götüklərinə 052 saylı damğa vurmuş, cəm halda həmin yoxlamada 30 ədəd ağacların qanunsuz kəsilməsini müəyyən edib ziyanı hesablayıb cədvəli akta əlavə etmiş, həmin ağacların kəsilmə müddəti son iki aya, yəni 2022-ci ilin oktyabr-noyabr aylarına uyğun gəlir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 digər şahid X2 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Cinayət işinin materiallarında olan Şahid3 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Lerik rayonunun Qələbin kəndində yaşayır. 20 iyun 2022-ci il tarixdə X4 Təsərrüfatı mərkəzinin yeni yaradılmış Vizəzəmin meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin olunmuşdur. Vizəzəmin meşəbəyliyi 2022-ci ilin iyun ayının əvvəlində Razvandaband meşəbəyliyindən ayrılmışdır. Vizəzəmin meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin olunduqdan sonra Razıvanbadand meşəbəyliyindən ayrılmış sahələrdə təhvil-qəbul yoxlaması aparılaraq mühafizə üçün ona təhkim olunmuşdur. Səhəti ilə bağlı meşəbəyi vəzifəsini icra edə bilmədiyinə görə işdən azad olunması üçün 06 fevral 2023-cü il tarixdə müəssisəyə ərizə ilə müraciət etmiş və 13 fevral 2023-cü il tarixli əmrlə Vizəzəmin meşəbəyliyinin meşəbəyisi vəzifəsində azad olunmuşdur. Vizəzəmin meşəbəyliyin 18a saylı meşə dolayısının gözətçisi Təqsirləndirilən şəxs işləmişdir. 18 a saylı meşə doldayısı Lerik rayonunun Piran, Zəriküməco, Davradibi, Dico, Qələbin və Hücü kəndlərinin əhatəsində yerləşir. 18 a saylı meşə dolayısında, Lənkəran-Lerik yolunun 26-cı km də yerləşən «Xəzər» istirahət mərkəzi ilə üzbə-üz meşə sahəsində Ağcaqayın cinsindən işlik növünə aid 1 ədəd 64 sm və 1 ədəd 72 sm d-də ağacların qanunsuz kəsilməsi barədə 06 dekabr 2022-ci il tarixdə tərtib olunmuş aktla tanış olmuş, lakin həmin ağacların kötüklərinə baxış keçirilərkən iştirak etməmişdir. Ağacların kəsilmə müddəti 2022-ci ilin dekabr ayının ilk günlərinə təsadüf edilir. Həmin ağacları meşə gözətçisi Təqsirləndirilən şəxs ondan xəbərsiz və gizli Piran kənd sakini Rasim Rüsətəmovdan pul alıb kəsməsinə icazə vermiş, Rasim həmin ağacları kəsib emal edərək meşədən aparmışdır. Bundan əlavə 2022-ci ilin təxminən oktyabr ayında meşə gözətçisi Təqsirləndirilən şəxs 18 a saylı dolayının Davradib kədindən Qələbin kəndinə gedən maşın yolunun sağ tərəfindən 01 ədəd qızılağac cinsindən ağacın kəsildiyini bildirmiş və yazılı məlumat təqdim etmiş, həmin əraziyə getmiş, yerdən çıxan və iki budağa ayırılmış qızıalac cinsindən ağacın bir işlik budağı yerdən təxminən 2 metr hündürlükdən kəsilib doğranılaraq aparılmasını aşkar etmiş, həmin ağacın diametrini ölçüb istifadəsində olan damğa ilə damğalayıb akt tərtib edərək müəssisəyə təqdim etsə də müəssisənin rəhbərliyi həmin aktı ondan qəbul etmədiyinə görə akt özündə qalmışdır, hazırda ifadəsinə əlavə edir. Həmin ağacın Təqsirləndirilən şəxs tərəfindən Piran kənd sakini Nəzarət adlı şəxsə pul alıb kəsməsinə icazə verməsini sonradan bilmişdir. X4 Təsərrüfatı mərkəzinə yeni direktor təyin olunduqdan sonra Vizəzəmin meşəbəyliyin 18 a saylı meşə dolayısında təhvil qəbul yoxlaması 2022-ci ilin dekabr ayından başlanmış, hava şəraitinə görə həmin yoxlamanı vaxtındın keçirmək mümkün olmamışdır. Yoxlamanı mərkəzin əməkdaşldarı Elşad Şükürov və Şahid2 aparmışlar. Həmin yoxlamaya dair 27 dekabr 2022-ci il tarixdə tərtib olunmuş aktla tanış olub imza etmiş, lakin yoxlamada iştirak etməmişdir. Aktla tanış olarkən ona məlum olmuşdur ki, 13 dekabr 2022-ci il tarixdə 18 a saylı dolayıda aparılmış yoxlamada Piran, Davradibi və Dico kəndlərinin ərazisindən keçən Piran-Veri yolunun kənarında ayrı-ayrı yerlərdə Xurma cinsindən 02 ədəd 32 sm ddə, 01 ədəd 36 sm d-də, 01 ədəd 40 sm d-də, 01 ədəd 44 sm d-də, Yalanqoz cinsindən 01 ədəd 28 sm d-də, 02 ədəd 32 sm d-də, 01 ədəd 36 sm d-də, Vələs cinsindən 01 ədəd 32 sm d-də, 01 ədəd 40 sm d-də, Fısdıq cinsindən 01 ədəd 40 sm d-də, Qızılağac cinsindən 01 ədəd 44 sm d-də, cəmi 13 ədəd odunluq növünə aid ağacların qanunsuz kəsilib doğranılaraq aparılması, 14 dekabr 2022-ci il tarixdə aparılmış yoxlamada Davradibi kəndindən Qələbin kəndinə gedən yolun kənarında 01 ədəd 60 sm d-də Qızılağac cinsindən işlik növünə aid ağacın qanunsuz kəsilərək aparılması, 17 dekabr 2022-ci il tarixdə aparılmış yoxlama zamanı Davradibi kəndinin yaxınlığında, «Şəm» kafesinin yerləşdiyi ərazidə odunluq növünə aid Vələs cinsindən 01 ədəd 36 sm d-də, Fısdıq cinsindən 01 ədəd 28 sm d-də, 01 ədəd 36 sim d-də, 01 ədəd 40 sm d-də ağacların kəsilərək doğranılıb aparılması, daha sonra isə Davradibi kənd sakini Elvin Süleymanovun yaşadığı evin yerləşdiyi ərazidə meşə sahəsində Qoz cinsindən 01 ədəd 68 sm d-də, Fısdıq cinsindən 01 ədəd 36 sm d-də, Vələs cinsindən ağacın 56 sm d-də 01 ədəd budağının kəsildiyini və yerindən saxlanıldığını aşkar olunması, 27 dekabr 2022-ci il tarixdə 18 a saylı dolayıda aparılmış yoxlama zamanı meşə sahəsinin Piran-Davradibi yolunun sol kənarında, körpüyə çatmamış, «Şəm» kafesinin yerləşdiyi ərazidə , meşə sahəsində odunluq növünə aid Yalanqoz cinsindən 20 sm d-də 02 ədəd, 24 sm d-də 01 ədəd, 28 sm d-də 01 ədəd, 32 sm d-də 02 ədəd, 36 sm d-də 01, Vələs cinsindən 36 sm ddə 01 ədəd və Göyrüş cisnindən 40 sm d-də 01 ədəd ağacların qanunsuz kəsilərək doğranılıb aparılması aşkar olunmuşdur. Təhvil-qəbul yoxlamasında ümumilikdə 30 ədəd ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Həmin 30 ədəd ağaclardan Davradibi kəndindən Qələbin kəndinə gedən maşın yolun sağ tərəfindən 01 ədəd qızılağa və 01 ədəd ağcaqayın cinsindən ağacların Təqsirləndirilən şəxs tərəfindən Piran kənd sakini Nəzarət adlı şəxsə kəsmək üçün icazə verməsini öyrənmiş, digər ağacların kimlər tərəfindən kəsilməsini bilmir, lakin Rəfail həmin ağacları özü ona məlum olmayan şəxslərə vermiş və kəsmələrinə icazə vermişdir. Bundan əlavə 2022-ci ilin dekabr ayının əvvəlində Təqsirləndirilən şəxs Dəvardibi kənd sakinləri Elvin Süleymanov bir ədəd qoz və fısdıq cinsindən ağacları, həmin kənd sakini Ruslan Süleymanovun 01 ədəd Vələs cinsindən ağacları kəsmələri barədə məlumat vermiş, məlumatı müəssisəyə təqdim etməsinə baximayaraq həmin günlərdə dolayıda yoxldama aparıldığı üçün məlumat yoxlama aparan Elşad QŞükürov tərəfindən nəzərə alınmamışdır. Cinayət işinə əlavə edilmiş rəsmi sənədlərdən görünür ki, Cinayət işinin istintaq zərurət ilə əlaqədar Vizəzəmin meşəbəyliyin 18a saylı meşə dolayısında, Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi mülddətdə, yəni 2022-ci ilin oktyabr-noyabr aylarında neçə ədəd hansı növ və diametrdə ağacların qanunsuz kəsilməsinə görə Dövlət meşə fonduna vurulmuş və tələb olunan ziyanın məbləğini, qanunsuz kəsilmiş ağacların yerdə qalan hissələrinin həcmini, müəyyən etmək məqsədilə cinayət işi üzrə ali təhsilli meşəçi mütəxəssis qismində dəvət olunub rəy alınmışdır. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs 18a saylı meşə dolayısının gözətçisi işlədiyi müddətdə, yəni 2022-ci ilin oktyabr-noyabr aylarında və dekabr ayının birinci dörd günlüyündə həmin meşə dolayısının ərazisində naməlum şəxs və yaxud da şəxslər tərəfindən odunluq növünə aid Xurma cinsindən 32 sm d-də 02 ədəd, 36 sm d-də 02 ədəd, 40 sm d-də 01 ədəd, cəmi 5 ədəd; Yalanqoz cinsindən 20 sm d-də 02 ədəd, 24 sm d-də 01 ədəd, 28 sm d-də 02 ədəd, 32 sm d-də 04 ədəd, 36 sm d-də 02 ədəd, cəmi 11 ədəd; Vələs cinsindən 32 sm d-də 01 ədəd, 36 sm d-də 02 ədəd, 40 sm d-də 01 ədəd, cəmi 4 ədəd; Fısdıq cinsindən 28 sm d-də 01 ədəd, 36 sm ddə 01 ədəd, 40 sm d-də 02 ədəd, cəmi 4 ədəd, Göyrüş cisnindən 40 sm d-də 01 ədəd; Qızılağac cinsindən 44 sm d-də 01 ədəd, işlik növünə aid 60 sm d-də 01 ədəd, Ağcaqayın cinsindən işlik növünə aid 01 ədəd 64 sm və 01 ədəd 72 sm d-də, ümumilikdə 29 ədəd ağaclar qanunsuz kəsilmiş və meşə sahəsindən aparılmışdır. Yalnız qanunsuz kəsilmiş ağcaqayın cinsindən ağacların 1,61 kub metr həcmində oduncağı meşə sahəsində saxlanılmışdır. Rəfil Cabbarovun meşə gözətçisi işlədiyi müddətdə qanunçsuz kəsilmiş 29 ədəd ağacların ümumi həcmi 40,20 kub metr, nırxlə dəyəri 640.90 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən qanunsuz kəsilməsinə görə cərimə ziyanı 1901,00 manat təşkil edir. Ümumilikdə Dövlət meşə fonduna 2541.90 manat məbləğində ziyan vurlumşdur. Həmin ağacların oduncağından 1,61 kub metr həcmində 8.34 manat dəyərində oduncağı meşə sahəsində saxlanıldığına görə oduncağın təşkil etdiyi 8,34 manat nırx dəyəri ümumi 2541,90 manat ziyandan çıxıldıqdan sonra yerdə qalan 2533,56 manat ziyan təqsirkar şəxsdən tələb olunur. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixli əmrlə Vizəzəmin meşəbəyliyinin 18a saylı meşə dolayısına gözətçi təyin olunmuş, 10 fevral 2023-cü il tarixli əmrlə işdən azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin CM-nin 259.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs, yaşayış yerindən müsbət xarakterizə olunması və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanıəlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi, CM-in 46-cı maddəsinə əsasən yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik rayonunun hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Zəriküməco kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı Amil Abdullayev tərəfindən imzalanmış mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs qarşı cinayət yolu ilə X4 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddiaçı Amil Abdullayev tərəfindən verilmiş mülki iddia təmin edilməli, X4 Təsərrüfatı Mərkəzinə vurulmuş və ödənilməmiş 2533 (iki min beş yüz otuz üç) manat 56 (əlli altı) qəpik manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq X4 Təsərrüfatı Mərkəzinin hesabına köçürülməli, iş üzrə məhkəmə xərci və maddi sübutün olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3 -cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu, Zəriküməco kəndində yerləşdiyi evi axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, dövlət meşə fonduna vurulmuş 2533 (iki min beş yüz otuz üç) manat 56 (əlli altı) qəpik manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq X4 Təsərrüfatı Mərkəzinin fondunun hesabına köçürülsün. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-36/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-36/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver