Məhkəmə qərarları › İş №1(048)-36/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-36/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-36/2024 03.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 2001-ci ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, o, istintaqla müəyyən edilməsi mümkün olmayan vaxtda və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 9,601 qram çəkidə, xeyli miqdarda, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib idarə etdiyi «VAZ-2114» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda saxlamaqla daşımış, 12 mart 2024-cü il tarixdə, saat 18 radələrində idarə etdiyi avtomaşınla Lerik şəhəri, E.Qarayev küçəsində hərəkətdə olarkən Lerik rayon polis şöbəsinin DYPB-nin YPX əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobili idarə etməkdə şübhəli bilinərək saxlanılıb avtomaşınla birlikdə Lerik rayon polis şöbəsinin duracağına gətirildikdən sonra həmin tarixdə, saat 23:24-dən saat 23:40-dək olan müddətdə ona məxsus, idarə etdiyi həmin avtomobilə baxış keçirilərək avtomobilin sol qabaq qapının cibində 01 ədəd sellofan bükümdə təmiz çəkiləri 9,601 qr qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik Lerik şəhəri, R.Axundov küçəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Əvvəllər narkotik vasitədən istifadə etmiş, narkotik vasitə marixuananı tanıyır. Marixuanadan ara-bir tapıb istifadə edir. 2024-cü ilin fevral ayının axırlarında şəxs işi ilə əlaqədar Lənkəran şəhərinə getmiş, Lənkəran şəhərində olduğu zaman «Bazar» adlanan ərazidə adını və soyadını bilmədiyi, tanımadığı şəxsdən 80 manat verib 09 mart 2024-cü il tarixdə dostu Muradın toy şənliyində özü istifadə etmək üçün sellofan kəsiyin içində marixuana kimi tanıdığım yaşıl rəngdə kütlə alaraq idarə etdiyim VAZ-2114 markalı, **-BN-*** qeydiyyat nişanlı avtomobilinin sol qabaq qapının cibində gizlətmiş, həmin narkotik vasitəni avtomobilində saxlamaqla daşımışdır. 12 mart 2024-cü il tarixdə, saat 18 radələrində idarə etdiyi VAZ- 2114 markalı, **-BN-*** qeydiyyat nişanlı avtomaşınla Lerik şəhəri, E.Qarayev küçəsində hərəkətdə olduğu zaman Lerik RPŞ-nin DYPB-nin YPX əməkdaşları tərəfindən saxlanılaraq avtomobilin texniki konstruksiyasına dəyişilkiyin olması, həmçinin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi ona deyilərək onu Lerik RPŞ-nə dəvət etmişlər. Avtomobili özü sürüb şöbənin duracağına gətirmiş, daha sonra onu Lənkəran şəhər narkoloji xəstəxanasında tibbi müayinədən keçirmişlər. Narkotitk vasitədən istifadə etməsi müəyyən olunmuş, bundan sonra Lerik RPŞ-nin DYPB-nin YPX əməkdaşları ondan narkotik vasitəni harda əldə edib istifadə etməsini soruşmuşlar. Polis əməkdaşlarına iadrə etdyi avtomobilin sol qabaq qapının cibində marixuana saxladığını bildirmiş, vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində narkotik vasitə aşkar olunmamış, idarə etdiyi avtomobilə iştirakı ilə baxış keçirilmiş, 2024-cü ilin fevral ayının axarlarında Lənkəran şəhərində tanımadığı şəxsdən 80 manat verib aldığı və avtomobilinin sol qabaq qapının cibində gizlədərək saxladığı 01 ədəd sellofan bükümdə olan marixuana aşkar edilərək götürülmüşdür. Lerik RPŞ-də şəxsi axtarışa məruz qaldığı zaman və avtomobilinə baxış keçirilərkən polis əməkdaşları tərəfindən ona qaprşı hər hansı bir formada zorakı hərəkətlər ediməmişdir. Avtomobilində aşkar olunan marixuana ona məxsusdur, özü istifadə etmək üçün 2024-cü ilin fevral ayının axırlarınlda Lənkəran şəhərində tanımadığı şəxsə 80 manat verib almışdır. Ötən müddət ərzində ara-bir narkotik vasitə marixuanadan istifadə etmiş, narkotik vasitəni əsasən Lənkəran şəhərində tanımadığı şəxslərdən, ayrıayrı vaxtlarda xatırlamadığı qiymətə alıb istifadə etmiş, narkotik vasitəni yalnız özü istifadə etmək məqsədi ilə əldə etmiş, əldə etdiyi narkotik vasitədən hər hansı bir şəxsə heç vaxt satmamış, narokotik vasitədən istifadə etməsini ailə üzvləri və onunla ünsiyyətdə olan şəxslər bilməmişlər. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən ilk dəfə cinayət əməli törətməsini, nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla Lerik RPŞ-nin X5 Bölməsinin YPX-nin inspektoru vəzifəsində işləyir. Lerik şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla hər hansı bir ziddiyyəti olmamışdır. 12 mart 2024-cü il tarixdə, saat 18 radələrində YAX-nin inspektoru Şahid2la birlikdə Lerik şəhəri, Elmar Qarayev küçəsində xidmətdə olduğu zaman VAZ-2114 markalı, **-BN-*** qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs avtomobili narkotik vasitənin təsiri altında idarə etməkdə şübhəli olduğuna görə onu saxlayıb avtomaşını ilə birlikdə Lerik RPŞ-nin inzibati binasının həyətinə gətirdikdən sonra Təqsirləndirilən şəxs sərxoşluq vəziyətini yoxlamaq üçün Lənkəran şəhər Narkoloji xəstəxsanasına aparıb tibbi müayinəyə təqdim etmişlər. Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş və barəsində akt tərtib olunmuşdur. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə söhbət edib narkotik vasitəni harada kimdən əldə etməsini soruşmuşlar, Təqsirləndirilən şəxs səmimi etiaf edib özü istifadə etmək üçün narkotik vasitə nəşəni bir neçə gün bundan əvvəl Lənkəran şəhərində tanımadığı şəxsdən 80 manat verib aldığını və az miqdarda istifadə edərək avtomobili sürdüyünü, aldığı nəşədən avtomobilində saxladığını demişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə gəzdirməsi barədə onlara məlumat verdiyinə görə onun avtomobilinə baxış keçirilməsi üçün raportla şöbə rəhbərliyinə məruzə etmiş, raporta əsasən araşdırmanın aparılması Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Haldun Məmmədliyə həvalə olunmuş, Haldun Məmmədli tərəfindən 12 mart 2024-cü il tarixdə saat 23:24-dən saat 23:40-ə dək olan müddətdə Təqsirləndirilən şəxs idarə tediyi VAZ- 2114 markalı, **-BN-*** qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, avtomaşına baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşında gizlətdiyi sellofan kəsiyə bükülmüş narkotik vasitəyə oxşar kütləni sol qabaq qapının cibindən könüllü çıxarıb təqdim edərək həmin küitlənin nəşə olduğunu, bir neçə gün bundan əvvəl Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını demiş, həmin kütlə qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, cinayət xarakterli əşya və alət aşkar olunmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin əməkdaşı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş Lerik RPŞ-nin DYPB-nin YPX-nin inspektorları tərəfindən 12 mart 2024-cü il tarixdə tərtib olunmuş rapordan görünür ki, 12 mart 2024-cü il tarixdə, saat 18:35-də nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etmiəkdə şübhəli bilindən Lerik şəhər sakini Təqsirləndirilən şəxs saxlanılaraq Lənkəran şəhər narkoloji xəstəxanasında tibbi yoxlamsı zamanı sidiyində narkotik vasitə aşkar olunmuşdur. Cinayət işinə əlavə edilmiş 12 mart 2024-cü il tarixdə, saat 23:24-dən saat 23:40-ə dək olan müddətdə Təqsirləndirilən şəxs məxsus və idarə etdiyi VAZ-2114 markalı, **-BN-*** qeydiyyat nişanlı avtomobilə iştirakı ilə keçirilmiş baxış zamanı avtomobilin sürücü qapısının saxlanc yerində 01 ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüş, daha sonra saat 23:43-dən saat 23-55-ə dək olan müddətə şəxsi axtarışa məruz qalmış Təqsirləndirilən şəxs üzərində narokotik vasitə, psixotora maddə, cinayət xarakterli əşya və alət aşkar olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 13 mart 2024-cü il tarixli, 19/249 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2114 markalı, **-BN-*** qeydiyyat nişanlı avtomobilində aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 9,601 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın çəkisi 9,601 qram, tədqiqat sərf edildi-0,05 qram, 9,551 qram qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X4 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 04 aprel 2024-cü il tarixli, 326 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixədək cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Lerik rayon məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 mart 2024-cü il tarixdə, saat 23:15-dən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Lerik rayon məhkəməsinin 27 mart 2024-cü il tarixli qərarından görünür ki, xx xxxxxx 2001-ci ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla orada yaşamış, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında Lerik Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 4 (048)-06/saylı qərarı ilə seçilmiş həbs qismində qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, 9,601 qram narkotik vasitə marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,551 qram marixuana maddi sübut qismində tanınaraq Lerik Rayon Polis şöbəsində saxlanılmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, ev dustaqlığı və həbsə alındığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın azadlıqdan məhrum etmə müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin başlanğıcı məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını və onun üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni ünvan 1 ünvanında yerləşdiyi evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənənədək dəyişdirlmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış Lerik Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş 9.601 qram marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.551 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, ev dustaqlığı və həbsə saxlanıldığı 3(üç) ay 21(iyirmi bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07(yeddi) ay 12 (on iki) gün çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni ünvan 1-də yerləşdiyi evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənənədək dəyişdirlməsin. İş üzrə ekspertiza xərci olan 65 (altımış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış 9.601 qram marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.551 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar