Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-37/2024 17.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – X5, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin noyabr ayında Lerik şəhərində tanış olduğu sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs «Sahibkarlığa Kömək Milli Fondu»ndan kredit almaq üçün adını qara siyahıdan çıxartmasını, yəni gələcəkdə kredit almasına şərait yarada biləcəyini deyərək bunun qarşılığında ondan pul istəmiş, Zərərçəkmiş şəxs 21 noyabr 2023-cü il tarixdə 05 yanvar 2024-cü il tarixinə kimi olan müddətdə “MilliÖn” ödəmə terminalı vasitəsi ilə istifadə etdiyi plastik kartın hesabına və əlbə-əl cəmi 1700 (bir min yeddi yüz) manat pul vermişdir. Təqsirləndirilən şəxs ona verilmiş pulu vahid niyətlə ələ kiçirib verdiyi vədə əməl etməyərək hərəkətləri ilə Zərərçəkmiş şəxs ümumilikdə 1700 (bir min yeddi yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayının ortalarında şəxsi işi ilə əlaqədar Lerik şəhərinə getmiş, həmin gün Lerik şəhər Avtovağzal ərazisində əvvəllər tanıdığı Zərərçəkmiş şəxsla rastlaşaraq onunla söhbət etmiş, Mirəli ilə söhbət zamanı sonuncu ona sahibkarlığı inkişaf etdirmək istədiyini, lakin pulunun olmadığını, əvvəllər bir neçə dəfə kredit götürdüyünü, vaxtında krediti ödəyə bilmədiyini və buna görə adının qara siyahıya salındığını, hazırda sahibkarlıq fəaliyyətini inkişaf etdirmək məqsədilə dövlətdən kredit almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin «Sahibkarlığa Kömək Milli Fondu»na rəsmi müraciət etdiyini, lakin adının qara siyahıda olduğuna görə ona kredit vermədiklərini bildirmişdir. Onun işini kim düzəldə bilsə ona hörmət edəcəyini demişdir. O, xəstəliyi ilə bağlı davamlı olaraq müalicə olunur, pula ehtiyacı olduğuna görə o, Mirəli ilə söhbət edərək qohumunun bankda işlədiyini, adını qara siyahıdan çıxarda biləcəyini, bunun üçün pul lazım olduğunu demiş, Mirəli ilə söhbət edərək onu özünə inandırmış, Mirəli ona «sən işimi düzəlt mən kredit alıb sizi razı salaram nə qədər pul istəsən sənə verərəm» demiş, Mirəlinin tam ona inandığını başa düşüb bu işi düzəltmək üçün ona qabaqcadan pul vermişdir. O, Zərərçəkmiş şəxs onun adını qara siyahıdan çıxartmaq adı ilə 2023-cü ilin noyabr-dekabr aylarında və 2024-cü ilin yanvar ayının əvəlində hissə-hissə təxminən 1700 (bir min yeddi yüz) manat pul alaraq xəstəliyi ilə bağlı ehtiyaclarına xərcləmiş, daha sonra Zərərçəkmiş şəxs onun işini düzəldə bilmədiyini və onu aldatdığını başa düşdüyü üçün ondan pulunu tələb etmiş, onun pulunu qaytara bilmədiynə görə Mirəli ondan polisə şikayət etmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayının əvvəlində Lerik şəhərinə gəlmiş Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olaraq söhbət etmiş, söhbət zamanı o, sonuncuya əvvəllər götürdüyü krediti vaxtında ödəmədiyi üçün adının qara siyahıya düşdüyünü, hazırda sahibkarlıq fəaliyyətini inkişaf etdirmək məqsədilə ona kreditin verilmədiyini demiş, Təqsirləndirilən şəxs ona qohumunun bank sistemində işlədiyini, adını qara siyahıdan çıxara biləcəyini deyərək ondan pul istədiyinə görə 21 noyabr 2023-cü il tarixdən 05 yanvar 2024-cü il tarixinə kimi olan müddətdə Təqsirləndirilən şəxs ona verdiyi plastik kartın hesabına ümumilikdə 1700 (bir min yeddi yüz) manat pul köçürtməsinə baxmayaraq gələcəkdə «Sahibkarlığa Kömək Milli Fondu»ndan kredit almaq üçün adının qara siyahıdan çıxarılmasına köməklik göstərməməklə ona qarşı dələduzluq etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Cinayət işi materiallarında olan 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi materiallarında olan 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi materiallarında olan 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Cinayət işi materiallarında olan 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış 17 aprel 2024-cü il tarixli ərizədən görünür ki, o Lerik şəhər sakini Zərərçəkmiş şəxs kredit almaq üçün adını qara siyahıdan çıxarmasına söz verərək 2023-cü ilin noyabr-dekabr aylarında ondan hissə-hissə 1700 (bir min yeddi yüz) manat pul alaraq qaytarmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Baxşiyev X6 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-yə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası xx.xx.2016-cı il tarixli Qanununun tətbiqi ilə əlaqədar Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə əməli CM-nin 178.2.4-cü maddəsindən CMnin 178.1-ci maddəsinə tövsif olunmuş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarında olan Lənkəran rayon İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Baxşiyev X6 şəhəri, Dədə Qorqud küçəsi ev 3 ünvanında yaşayır, ailə tərkibi - həyat yoldaşı X3, qızı X4, qızı X2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarından görünür ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(048)-37/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi materiallarında olan Lerik Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş Lerik Rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində tutularaq Lerik RPŞ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işi materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(048)-37/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam həcmdə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizəni, nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o həbsdən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-37/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-37/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver