Məhkəmə qərarları › İş №1(048)-38/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-38/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-38/2023 02.08.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 10:40 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Hökmüəli oğlunun, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1976-cı ildə Beyləqan rayonunun Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayında Lerik rayonunun Barzavu kənd sakini Zərərçəkmiş şəxs Höküməli oğlunu qabaqcadan aldadıb onun etibarından sui-istifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə özünə inam yaradacaq məzmunda söhbətlər apardıqdan sonra ona ekspert-həkim komissiyasından keçirib pensiya təyin etdirəcəyi barədə yalan vəd verib inam və etibarını qazanaraq bunun müqabilində Zərərçəkmiş şəxs 1000 (bir min) manat pul istəmiş, sonuncunun xx.xx.2022ci il tarixdə, saat 17:55-də Lerik şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Oba-3” marketdə quraşdırılmış MilliÖn ödəmə terminalı vasitəsilə ona verdiyi kart hesabına köçürdüyü 1000 (bir min) manatı ələ keçirdikdən sonra cinayətkar niyyətini davam etdirib guya “həkimə verəcəyi” adı ilə Zərərçəkmiş şəxs əlavə olaraq 250 (iki yüz əlli) manat pul istəmiş, sonuncunun xx.xx.2022-ci il tarixdə, saat 17:23-də Lerik şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Oba-3” marketdə quraşdırılmış MilliÖn ödəmə terminalı vasitəsilə ona verdiyi kart hesabına köçürdüyü 250 (iki yüz əlli) manatı ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 1250 (bir min iki yüz əlli) manat məbləğində pulu vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs Höküməli oğluna 1250 (bir min iki yüz əlli) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Beyləqan şəhəri, R.Abbasov küçəsi, ev 1-də qeydiyyatda olmaqla orada yaşayır. Lerik rayonunun Barzavu kənd sakini Zərərçəkmiş şəxs Höküməli oğlunu təxminən 1 ildir ki, tanıyır, aralarında narazılıq və ziddiyyət olmamışdır. Mütəmadi olaraq yay dövründə Lerik rayonunda yerləşən “Cənub” turizm və istrahət mərkəzinə gəlib dincəlmiş, orada olduğu zaman istirahət mərkəzinin administratoru Şahid ilə tanış olmuş, onunla münasibəti vardır. Orada olarkən Şahid güclü əlaqələrinin olduğunu, ayrı-ayrı vətəndaşlar üçün pensiya təyin etdirdiyini bildirmişdir. Həmçinin Şahid də ona yardım təyin etdirəcəyi adı ilə 400 manat almışdır. 2022-ci ilin iyun ayında Şahid Lerik rayonunun Barzavu kəndində Zərərçəkmiş şəxs Höküməli oğlu adlı tanışının olduğunu pensiyasının dayandırıldığını, pensiyasını yenidən bərpa etdirmək istədiyini demiş, ona Zərərçəkmiş şəxs köməklik göstərəcəyini bildirmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs “whatsapp” vasitəsilə mobil telefonuna zəng edib pensiyasının kəsildiyini, ona yenidən pensiya təyin etdirə bilibbilməyəcəyini soruşmuşdur. Ülfətə “narahat olma, sənin pensiyanı yenidən bərpa etdirərəm, səni ekspert-həkim komissiyasından keçirəcəyəm” deyərək bunun müqabilində ondan 1000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs pensiyasını 45 gün ərzində bərpa etdirəcəyini demişdir. Ülfətdən ödənişi kartına atmasını istəmişdir. Zərərçəkmiş şəxs adına olan “Kapital Banka” məxsus **********588311 hesab nömrəli kartın şəklini göndərmiş, Ülfət 21 iyul 2022-ci il tarixdə kartına 1000 manat pul göndərmişdir. Həmin pulu nağdlaşdırıb şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs ondan işlə bağlı maraqlandıqda Ülfətə “narahat olma, işini həll edəcəyəm və s.” bu kimi sözlər deyib onu aldatmışdır. Sonrakı dövrlərdə yenidən pula ehtiyacı olduğundan 24 noyabr 2022-ci il tarixdə Ülfətə Whatsapp vasitəsilə səs göndərib həkim üçün əlavə olaraq 250 manat pulun lazım olduğunu demişdir. Ülfət razılaşıb ona göndərdiyi karta həmin gün 250 manat da pul göndərmişdir. Həmin pulu da şəxsi ehtiyaclarına xərcləmiş, sonralar dəfələrlə Zərərçəkmiş şəxs ona zənglər etsə də, zənglərinə cavab verməmiş, onu aldatmışdır. Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onu aldadaraq 1250 manat pulunu dələduzluq yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam həcmdə ödəmişdir. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda bildirdi ki, törətdiyi cinayət əməlindən peşiman olmuş, zərərçəkmiş şəxsdən üzr istəmiş, ona vurduğu ziyanı tam halda ödəmişdir. Bir də belə hərəkətə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslə barışmışdır.Cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs Hökmüəli oğlu ifadəsində göstərdi ki, Lerik rayonunun Barzavu kəndində qeydiyyatda olmaqla orada yaşayır. 2006-2007-ci il tarixlərdə Tərtər rayonunda hərbi xidmətdə olarkən Ermənistan Respublikasının qoşunları ilə atışma zamanı xəsarət almışdır. Buna görə də hərbidən təxris olunmuş və ona İİ qrup əlilliklə bağlı pensiya təyin olunmuşdur. Təyin olunmuş pensiyalarla bağlı aparılan yoxlamalar zamanı 2021-ci ilin dekabr ayında ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin pensiyanı bərpa etdirmək istəmiş, buna görə də 2022-ci ilin iyun ayında tanışı və dostu Lənkəran rayonunun Haftonu kənd sakini Şahid ilə söhbət zamanı sonuncuya pensiyasının dayandırıldığını, pensiyanı yenidən bərpa etdirmək istədiyini demişdir. Şahid ona “mənim bir tanıdığım insan var, qardaşım üçün pensiya təyin etdirmək üçün ona 400 manat pul vermişəm, istəsən səni də onunla tanış edərəm” demişdir. Savalandan onun nömrəsini istəmiş və Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə Whatsapp vasitəsilə telefon əlaqəsi saxlamışdır. Təqsirləndirilən şəxsla danışarkən sonuncu ona “narahat olma, sənin pensiyanı yenidən bərpa etdirərəm, səni eksperthəkim komissiyasından keçirəcəyəm” deyərək bunun müqabilində 1000 manat pul istəmişdir. Rövşənlə razılaşmış, Rövşən ona pensiyanı 45 gün ərzində bərpa etdirəcəyini demişdir. Rövşəndən ödənişi hansı formada edəcəyini soruşduqda sonuncu ona “Kapital Banka” məxsus adına olan **********588311 hesab nömrəli kartı göndərmiş, buna görə də “Kapital Bank”ın Lerik rayon filialından atasının adına kredit götürmüşdür. 21 iyul 2022-ci il tarixdə, saat 17:55-də Lerik şəhəri, İ.Qayıbov küçəsi, “OBA-3” marketdə quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs mənə verdiyi kart hesabına 1000 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra Rövşən pulun çatdığını, 45 günə işini həll edəcəyini demişdir. Bundan sonra mütəmadi olaraq Rövşənlə danışmış, Rövşən ona narahat olmamağını məsləhət görüb işi həll edəcəyini demişdir. 24 noyabr 2022-ci il tarixdə Rövşən Whatsapp vasitəsilə ona səs göndərib həkim üçün əlavə olaraq 250 manat pulun lazım olduğunu demiş, Rövşənlə razılaşıb sonuncunun ona göndərdiyi **********547113 hesab nömrəli karta həmin gün, saat 17:23-də Lerik şəhəri, İ.Qayıbov küçəsi, “OBA-3” marketdə quraşdırılmış MilliÖn elektron ödəmə sistemi vasitəsilə 250 manat pul göndərmişdir. Bundan sonra da Rövşənlə əlaqə saxlamış, Rövşən pulun çatdığını, 29 noyabr 2022-ci il tarixdə işinin düzələcəyini demişdir. 29 noyabr 2022-ci il tarixədək Təqsirləndirilən şəxs narahat etməmişdir. Həmin gün ona zəng etdikdə Təqsirləndirilən şəxs ona işinin düzəldiyini və X2 rayon filialına gedib adına yüklənmiş 1260 manat pulu götürməyini demişdir. X2 rayon filialına getmiş, həmin gün, axşam saatlarına qədər orada gözləmişdir. Lakin adına pul gəlməmiş, hətta bundan sonrakı 1 ay ərzində də Rövşənə inanıb gözləmişdir. Lakin sonradan Rövşənin onu aldatdığını başa düşmüş və 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə şikayət etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibarından sui-istfadə edib onu aldadaraq ekspert-həkim komissiyasından keçirəcəyi barədə yalan vəd verib 1250 manat pulunu ələ keçirdikdən sonra vədinə əməl etməyib onu aldatmışdır. Təqsirləndirilən şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsla əsasən Whatsapp vasitəsilə telefon əlaqəsi saxlamışdır, çünki Rövşən onunla nömrə ilə yox, Whatsapp vasitəsilə telefon əlaqəsi saxlamağını istəmişdir. Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib onu aldadaraq ekspert-həkim komissiyasından keçirəcəyi barədə yalan vəd verib 1250 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, vurduğu maddi ziyanı tamamilə ödəmiş və onlar barışmışlar. Ona görə də Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Haftoni qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır. Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs 2 ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs işlədiyi “Cənub” istirahət mərkəzinə bir neçə dəfə istirahət etmək məqsədilə gəlib qalmış, orada qaldığı müddətdə özünü tanıtdıraraq güclü əlaqələrinin olduğunu, ölkə ərazisində demək olar ki, bacara bilmədiyi işin olmadığını demişdir. Belə ki, həmin vaxtlarda onunla münasibəti yarandığından ondan xahiş etmişdir ki, qardaşı Pərviz Nurizadənin azyaşlı uşağı üçün pensiya düzəltsin. Bunun müqabilində Təqsirləndirilən şəxs ondan 400 manat pul istəmiş və bunun müqabilində ona məxsus karta 400 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs onu özünə inandırmışdır. Təqsirləndirilən şəxs ona güclü əlaqələrinin olduğunu, ayrı-ayrı vətəndaşlar üçün pensiya təyin etdirdiyini demişdir. 2022-ci ilin iyun ayında Lerik rayonunun Barzavu kənd sakini, tanışı Zərərçəkmiş şəxs Höküməli oğlu pensiyasının dayandırıldığını, pensiyasını yenidən bərpa etdirmək istədiyini demişdir. Ülfətə Təqsirləndirilən şəxs barədə danışmış, həmçinin qardaşı qızına pensiya təyin etdirmək üçün də 400 manat pul göndərdiyini demişdir. Bundan sonra Ülfət ondan Rövşənin mobil nömrəsini istəmişdir. Rövşənin mobil nömrəsini Ülfətə vermiş, sonuncu sonra onunla danışıb razılaşmış, Təqsirləndirilən şəxs Ülfətdən pensiya təyin etdirəcəyi müqabilində 1000 manat pul istəmiş, sonuncu həmin məbləğdə pulu Rövşənin kartına göndərmişdir. Sonrakı dövrlərdə də Rövşən Ülfətdən yenidən 250 manat pul istəmiş, sonuncu həmin məbləğdə pulu Təqsirləndirilən şəxs üçün göndərmişdir. Bundan bir neçə ay sonra Rövşən işlərini yubatdığına görə aldadıldıqlarını başa düşmüşlər. Hətta sonrakı dövrlərdə ona zənglər etsələr də telefonuna zəng çatmamışdır. Aldadıldığından tam əmin olduqdan sonra onlara bu barədə polisə şikayət etmişlər. Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onları aldadaraq ondan 400 manat, Zərərçəkmiş şəxs isə 1250 manat pul ələ keçirib dələduzluq etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 02 avqust 2023-cü il tarixli Zərərçəkmiş şəxs Hökmüəli oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəmiş, təqsirləndirlən şəxslə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş uzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apelyasiya şikayəti və apelyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar