Məhkəmə qərarları › İş №1(048)-38/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-38/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-38/2024 22.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 11:10 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1987-ci ildə Şamaxı rayonu Dağ- Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonunun Dağ-Bağırlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxx 1992-ci ildə Şamaxı rayonu Dağ- Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, faktiki evli, işləməyən, əvvəllər məhkum olunmuş, Şamaxı rayonunun Dağ-Bağırlı kəndində qeydiyyatda olmqla orada yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, dələduzluq, yəni özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə həmkəndlisi X6 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq 01 aprel 2023-cü il tarixdə səhər saatlarında Yusif Qafarovla idarı etdiyi VAZ- 2121 markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Lerik rayonunun Halabin kənd sakini Zərərçəkmiş şəxs həyətinə gəlmiş və 01 ədəd çörəkbişirən avadanlıq olan qutunu təqdim edib ona «qutunu aç əgər qutudan uduş çıxsa sənə verilir, olmasa çörəkpişirəni götürüb apararıq» demişlər, Zərərçəkmiş şəxs qutunu açmış, qutuda 01 ədəd «Zepter» kartı aşkar etmiş, Yusif Qafarov karta baxıb «bu kakrtla ev udmusunuz, evi adınıza rəsmiləşdirmək üçün 2000 (iki min) manat verməlisiniz, 3 ay müddətində Bakı şəhərinə gələrsiniz evi sizin adınıza rəsmiləşdirərik, ancaq bu işdən heç kimin xəbəri olmamalıdır» deyərək Zərərçəkmiş şəxs inandırmaqla ondan 2000 (iki min) manat alıb ələ keçirməklə zərərçəkmiş şəxsə 2000 (iki min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, dələduzluq, yəni özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq 01 aprel 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1la onun idarı etdiyi VAZ-2121 markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Lerik rayonunun Halabin kənd sakini Zərərçəkmiş şəxs həyətinə gəlmiş və 01 ədəd çörəkbişirən avadanlıq olan qutunu Təqsirləndirilən şəxs1 vasitəsi ilə təqdim edib ona «qutunu aç əgər qutudan uduş çıxsa sənə verilir, olmasa çörəkpişirəni götürüb apararıq» demişlər, Zərərçəkmiş şəxs açdığı qutuda aşkar etdiyi 01 ədəd «Zepter» kartını ondan alıb baxaraq «bu kakrtla ev udmusunuz, evi adınıza rəsmiləşdirmək üçün 2000 (iki min) manat verməlisiniz, 3 ay müddətində Bakı şəhərinə gələrsiniz evi sizin adınıza rəsmiləşdirərik, ancaq bu işdən heç kimin xəbəri olmamalıdır» deyərək Zərərçəkmiş şəxs inandırmaqla ondan 2000 (iki min) manat alıb ələ keçirməklə zərərçəkmiş şəxsə 2000 (iki min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, şəxsi VAZ-2121 markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır, taksi fəaliyyəti ilə məşğul olur. Əsasən bir neçə nəfər həmkəndlisi ilə birlikdə səyyari alverlə məşğul olur. Belə ki, qab-qacaq, xalça və digər məişət əşyalarını satırlar. Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini Həmzə adlı şəxs Sədərək bazırandan müxtəlif çeşiddə məişət əşyalarını, qab-qacaq, xalça və məişətdə istifadə olunan elektrik avadanlıqlarını götürüb evinə gətirir, ondan lazım olan malları götürüb avtomaşınları ilə Respublikanın müxtəlif rayonların ərazisinə aparıb satmaqla dolanırlar. 2022-ci ilin payız aylarından həmkəndlisi X7 ilə birlikdə Həmzə adlı şəxsdən nisyə xalça, qab-qacaq və digər məişət əşyalarını götürüb avtomobilinə yükləyib satmaq üçün Lerik rayonunun ərazisnə gəlib əşyalar satıb qayıtmışlar. 2023-cü ilin aprel ayının əvvəlində idarə etdiyi VAZ-2121 markalı, **-ZJ-*** qeydiyyat nömrəli avtomaşınla həmkəndlisi X6 ilə birlikdə Lerik rayonunun ərazisinə, adını bilmədiyi evləri az olan kəndə gəlib bir həyətə daxil olmuşlar. Həyətdə bir kişi onları qarşılamış, evdə anası və bacısı yaşayırlar. Sonradan adının Təvəkkül oduğunu bilmiş, Təvəkkülə məişət əşyalarını satdıqlarını demişlər. Təvəkkül onlara «fevral ayının əvvəlində 3 nəfər həyətimə gəldi, mən onlardan xalça, bıçaq dəsti və digər əşyalar alıb nağd alver etdim, mənə dedilər ki, uduşla paltaryuyan qazanmısan, buna görə məndən 400 manat alıb paltaryuyanı gətirərik deilər və getdilər olarla əlaqəm kəsilmişdir» demiş, Yusif Qafarov öz adının Təvəkkülə Murad olduğunu deyərək «mən onların rəhbəriyəm, sizə nə vəd etmişdilərsə gətirib verərlər narahat olma» bildirmiş, Yusif ona maşından çörəkbişirəni gətirdemiş, avtomobilindən qutuda olan çörəkbişirəni gətirib evdə qoymuş, Yusif Təvəkkülə «qutunu aç, qutudan kaprt çıxsa uduşunuz olacaqdır» demiş, Təvəkkül qutunu açaraq qutuda olan «Zepter» kartını götürmüş, Murad adı ilə özünü təqdim edən Yusif kartı Təvəkküldən alaraq baxıb ona «siz ev udmusunuz, evi adınıza rəsmiləşdirmək üçün 900 manat pul lazımdır, pulu verin 3 ay ərzində evi adınıza rəsmiləşdirərik» demiş, Təvəkkül Yusiflə razılaşaraq cəmi ona 900 manat pul vermiş, Yusif həmin vaxt istifadə etdiyi ***-***-**-** mobil nömrəsini də əlaqə yaratmaq üçün Təvəkkülə vermiş, Yusifin Təvəkkülü aldatdığını bilmiş, Yusif Təvəkküldən aldığı puldan gündəlik olaraq, yəni onunla gəzdiyi günlərə uyğun 25 manat ona vermiş, Təvəkkülün kartla ev udmasını Yusif düşünüb ona demiş, özü olanrın yanında söhbətdə iştirak emiş, şəxsən Təvəkküllə bu barədə heç bir söhbəti olmamışdır. 900 manat pulu da Yusif Təvəkküldən almışdır. Təvəkkülün Yusif 2000 manat verdiyini görməmiş, bəlkə də vermişdir, çünki arada evdən bayıra çıxıb siqaret çəkmiş, ola bilər bayrda olan vaxtlarda Yusif ondan xəbərsiz Təvəkküldən 900 manatdan əlavə də pul almışdır. X10 rayonun ərazisdə ayrı-ayrı vaxtlarda və kəndlərdə təxminən 3 dəfə olmuş, alver etdiyi şəxsləri aldatmamışdır. Bir daha cinayət törətməyəcəyinə söz verir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir. Onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir iddia və tələbi yoxdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pulu dövlət büdcəsinə ödəməsini nəzərə alaraq onu Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad etməklə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 həmkəndlisidir, onu və ailə üzvlərini tanıyır, onula düşmənçilik və ziddiyyəti olmamışdır. Bir neçə nəfər həmkəndlisi ilə birlikdə səyyari alverlə məşğul olur. Belə ki, qab-qacaq, xalça və digər məişət əşyalarını satırlar. Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini Həmzə adlı şəxs Sədərək bazırandan müxtəlif çeşiddə məişət əşyalarını, qab-qacaq, xalça və məişətdə istifadə olunan elektrik avadanlıqlarını götürür evinə gətirir, ondan lazım olan malları götürüb avtomaşınları ilə Respublikanın müxtəlif rayonların ərazisinə aparıb satmaqla dolanırlar. Belə ki, 2022-ci ilin payız aylarından həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə Həmzə adlı şəxsdən nisyə xalça, qab-qacaq və digər məişət əşyalarını götürüb İbahirin idarə etdiyi VAZ-2121 markalı, **-ZJ-*** nömrəli avtomobilinə yükləyib satmaq üçün Respublikanın cənub zonasına yola düşmüşlər. Əsasən Cəlilabad, Lənkəran və Lerik rayonlarının ərazisinə gedib əşyalar satmaqla məşğul olmuşlar. 2023-cü ilin mart ayının axırlarında günlərin birində Cəldilabad rayonunda olduğu zaman İbahir ona zəng edərək ona «Lənkərana gəl bir yer var ora gedərik» demiş, Lənkəran rayonunun Gərmətük kəndində kirakeş yaşadıqları evə gəlmiş, Elmxan ona «Lerik rayonunda bir nəfər var bacıqardaş yaşayırlar, 1500 manat alıb ona mal vermişik, onun üçün paltaryuyan yazmışıq, aparıb verərik, siz də gedin həmin şəxsi kampaniyaya qoşun» demiş, Elmxan həmin şəxsin evinə qardaşı Elbrusun idarə etdiyi qırmızı rəngdə VAZ-2106 markalı avtomaşında X4 ilə birlikdə getdiyini bildirmişdir. 2023-cü ilin aprel ayının əvvəlində İbahirin avtomobilində Lerik rayonunun ərazisnə yola düşmüş, Elmxanın təxmini onlara dediyi yollarla hərəkət edib sonradan adını bildiyi Təvəkkül adlı şəxsin evinin həyətinə gəlmişlər. Həyətdə Təvəkkül adlı şəxs onları qarşılamış, evdə anası və bacısı yaşayırlar. Təvəkkülə məişət əşyalarını satdıqlarını demişlər. Təvəkkül onlara «fevral ayının əvvəlində 3 nəfər həyətimə gəldi, mən onlardan xalça, bıçaq dəsti və digər əşyalar alıb nağd alver etdim, mənə dedilər ki, uduşla paltaryuyan qazanmısan, buna görə məndən 400 manat alıb paltaryuyanı gətirərik dedilər və getdilər olarla əlaqəm kəsilmişdir» demiş, Təvəkkülə özünü Murad adı ilə təqdim edərək «onların rəhbəriyəm, sizə nə vəd etmişdilərsə gətirib verərlər narahat olma» deyərək İbahirə maşından çörəkbişirəni gətirməsini tapşırsmış, İbahir avtomobilindən qutuda olan çörəkbişirəni gətirib evdə qoymuş, Təvəkkülə «qutunu aç, qutudan kart çıxsa uduşunuz olacaqdır» demiş, Təvəkkül qutunu açaraq qutuda olan «Zepter» kartını götürmüş, kartı Təvəkküldən alıb baxaraq ona «siz ev udmusunuz, evi adınıza rəsmiləşdirmək üçün pul lazımdır, pulu verin 3 ay ərzində evi adınıza rəsmiləşdirərik» demiş, Təvəkkül onunla razılaşaraq cəmi ona 1900 (bir min doqquz yüz) manat pul vermiş, həmin vaxt istifadə etdiyi ***-***-**-** mobil nömrəni əlaqə yaratmaq üçün Təvəkkülə vermiş, Təvəkkülla sağollaşıb həyətindən çıxıb Lənkərana ərazisinə qayıtmış, Təvəkkülü aldadıb ondan aldıqları 1900 (bir min doqquz yüz) manat pulu aralarında bölmüşlər. X2 adlı şəxsdən pul aldığını deməmişdir. Təvəkkülün ifadəsi ilə tanış olmuş, ondan 2000 manat yox, 1900 manat pul almışlar. Təvəkküldan başqa digər hər hansı bir şəxsi aldatmamışlar. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir. Onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir iddia və tələbi yoxdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pulu dövlət büdcəsinə ödəməsini nəzərə alaraq onu Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad etməklə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik şəhərində daimi qeydiyyatda olmasına baxmayaraq rayonun Halabin kəndində 91 yaşlı anası Şahid ilə birlikdə yaşayır. 01 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı ünvana gələn Vaz-2106 markalı, qırmızı rəngli avtomobildən 2 nəfər, 30 və 35 yaşlı kişi düşərək məişət əşyaları satdıqlarını bildirmişlər, onaların gətirdiyi əşyalara baxaraq 2 dəst yorğan döşək üzü almış, aldığı əşyaların dəyərini soruşmuş, ona 50 manat demişlər, həmin əşyalara görə həyətinə gələn və əşyaları satan şəxslərə 50 manat vermiş, onlar evində çay içib bir qədər söhbət etmişlər, hansı rayon sakinləri olduqlarını soruşmamış, özləri də ona heç bir söz deməmişlər. Onların avtomobilində xalça, paltar yuyan aqerqat, tozsoran, ət çəkən və digər elektirik məişət əşyaları olmuşdur. Həmin avadanlıqlardan ucuz almağı ona və anasına təklif etsələr də ehtiyacı olmadığına görə almamışlar. Həmin şəxslərin idarə ediyi avtomobilin dövlət nömrə nişanına baxmamışlar. Həmin şəxslərin hər ikisi qarayanız və orta boyda olmuşlar. Bundan sonra 01 dekabr 2022-ci ildə həmin, yəni 01 oktyabr 2022-ci il tarixdə həyətinə gələn avtomobili idarə edən şəxs eyni avtomobillə digər 1 nəfər, təxminən 45 yaşda, orta bədən quruluşlu, qarayanız şəxs evinə gəlib ona 01 ədəd tozsoran, 01 ədəd ətçəkən aqeraq və 01 ədəd 2x3 metr ölçüdə xalça verib ümumilikdə 320 manata qiymətləndirib pulu tam alıb getmişlər, həmin gün onlarda nağ alver etdiyinə görə aldığı əşların üzərində 01 ədəd 2x3 metr ölçüdə xalça verib ona «bu işldədiyimiz Hacı xanım şirkətinin hədiyəsidir sizə, siz nağd alver etdiyinizə görə bu xalça sizə hədiyə verilir» demişlər. Xalçanı hədiyə kimi olnlardan qəbul etmiş, həmin şəxslərlə heç bir əlaqəsi olmamış, onlardan mobil telefon nömrə almamış və gəldikləri avtomobilin nömrə nişanını götürməmişdir. Bundan sonra da həmin şəxslərin yenidən həyətinə gəlmələrini gözləməmişdir. 01 fevral 2023-cü il tarixdə, saat təxminən 10 radələrində evində olduğu zaman əvvəlki göstərdiyi Vaz-2106 markalı, qırmızı rəngli avtomobildən sürücüdən əlavə 2 nəfər həyətinə gəlmiş, avtomobili sürən şəxs 3-cü dəfə həyətində gəlsə də onunla gələnlər ayrı-ayrı şəxslər olmuşlar. 3-cü dəfə həyətinə gələn sürücü digər iki nəfər şəxslə, yəni əvvəl 2 dəfə həyətinə gələn şəxsllərlə yox digər iki nəfərlə həyətinə gəlmiş, həmin şəxslərdən bir ağsaq, hər ikisi qarayanız və orta bədən quruluşlu olmuşdur. Onlar evinə daxil olub 01 dekabr 2022-ci il tarixdə ona satdıqları tozsoranın qutusuna baxıb «sən paltaryuyan aqerqat udmusan» demişlər. Həmin vaxt həyətinə gələn 3 nəfərin VAZ-2106 markalı, tund qırmızı rəngdə avtomobildə gətirdikləri 01 ədəd bıçaq dəstini, 01 ədəd Təbriz xalçasını, 2 ədəd yorğan döşək üzünü, 01 ədəd internetlə işləyn plazma televizorunu və 01 ədəd sokçəkən aqerqat almış, aldığı əşyaların təşkil etdiyi 1500 (bir min beş yüz) manat pulu onlara vermiş, nağd alveri etdikdən sonra həmin 3 nəfər ona «sən bizimlə nağd alış-veriş etdiyinizə görə Hacı xanım firması sənə hədiyə ayrımışdır» demişlər, hədiyinin nə olduğunu soruşmuş, 3 nəfərdən biri ağsaq ona «sən paltaryuyan aqerqat udmusan, 400 manat ver sənin üçün paltaryuyanı gətirəndə 01 ədəd soyuducu da gətirərik» demişdir, onlara inanıb danışaraq razılaşmışlar. Həmin şəxslər ona «sən 400 manatı ver paltaryuyanı və soyuducunu bir ay müddətində gətirib evinizdə sizə təqdim edərik» demişlər, onlara inanaraq 400 (dörd yüz) manat pulu ağsayan şəxsə vermiş, onlar həyətindən gedəndə telefon nömrələrini əlaqə yaratmaq üçün istəmiş, həmin 3 nəfərdən ağsayan və adını bildirməyən şəxs ona ***-***-**-** rəqəmlərdən ibarət mobil nömrəni onun mobil telefonuna ağsayan yazaraq firma adı ilə qeydiyyata almışdır. Bundan bir neçə gün sonra həmin nömrəyə zəg edib danışaraq əşyaralı haçan gətirmələrini soruşmuş, həmin şəxs ona «çörəkçiyəm mənə bir daha zəng etmə» demiş, bundan sonra 01 aprel 2023-cü il tarixdə, saat təxminən 10 radələrində yaşadığı evin həyətinə ağ rəngdə VAZ-2121 markalı avtomobil gəlmiş, həmin avtomobildə sürücü və digər bir şəxs olmuş, həmin şəxslər onunla söhbət edib ona «biz Hacı xanım şirkətinin nümayəndələriyik» demişlər. Həmin şəxslərə « 01 fevral 2023-cü il tarixdə həyətimə gələn 3 nəfər məni aldadıb pul alıb mənim üçün soyuducu və paltaryuyan gətirməldidirlər, lakin gəlmədilər» demiş, VAZ-2121 markalı avtomobildə həyətinə gələn təxminən 35 və 40 yaşda olan 2 nəfərdən sürücü yox onunla olan digər şəxs ona «mən həmin şəxslərin rəhbəriyəm, onlar mənə tabedilər, sənə nə deyiblər gətirib verərlər deyərək sürücüyə maşında çörəkbişirəni gətir» demiş, adını ona deməyən sürücü tələsik maşına gedərək qutuda çörəkbişirən gətirib evində qoymuş və ona «qutunu aç əgər qutudan uduş çıxsa sənə verilir, olmasa çörəkpişirəni götürüb aparırıq» demişlər, çörəkbişirən qutunu açaraq içində 01 ədəd «Zepter» kartı görmüş, sürücü ilə olan və özünü Murad adı ilə ona təqdim edən şəxs karta baxıb «bu kakrtla ev udmusunuz evi sizin adınıza rəsmiləşdirmək üçün 2000 (iki min) manat verməlisiniz, 3 ay müddətində Bakı şəhərinə gələrsiniz evi sizin adınıza rəsmiləşdirərik. Ancaq bu işdən heç kimin xəbəri olmamalıdır» demiş, evi harada udmasını bildirməmiş, həmin şəxslərə tam inanaraq guya uduşla qazandığı evi onun adına rəsmiləşdirmək üçün Murad adı ilə özünü təqdim edən şəxsə adını bilmədiyi sürücünün yanında 2000 (iki min) manat vermiş, Murad əlaqə yaratmaq üçün mobil telefonuna Murad yazaraq ***-***-**-** mobil nömrəni qeyd edərək məlumat almaq üçün istənilən vaxt onunla əlaqə yaratmasını demiş, Murad adlı şəxsin mobil nömrəsinə bir neçə gündən sonra WhatsApp üzərindən zənglər etməyə başlamış, Murad onunla danışdığı vaxtlarda ondan haçan Bakı şəhərinə gəlməsini soruşmuş, hər dəfə ona vaxtı gələndə səni çağırarıq demiş, Muradın ona dediyi 3 ay müddət tamamlanan gündən sonrakı günlərdə, yəni 2023-cü ilin iyun ayının axırlarında Muradala WhatsApp üzərindən zəng edib danışaraq 3 ay müddətin bitməsini deyərək haçan Bakıya gəldiyini soruşaraq firmanın ünvanını və nömrəsini istəmiş, Murad ona heç bir söz deməmiş və cavab vermədən mobil nömrəsini söndürmuş, bundan sonra onunla əlaqə yarada bilməmiş, aldadalmasını başa düşərək Lerik rayon prokurorluğuna ərizə yazmışdır. Hazırda ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlara qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Odur ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 zərərçəkmiş şəxs qismində dindirilmiş qardaşı Pərviz Cəfərovla eyni məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Dağ Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Cinayət işinə əlavə edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Dağ Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 2024-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 fevral 2009-cu il tarixli hökmu ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 7 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25 avqust 2015-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki rayon məhkəməsinin 27 avqust 2014-cü il tarixli hökmu ilə Azərbaycvan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum olunmuş, bundan sonra Şəki rayon məhkəməsinin 19 noyabr 2015-ci il tarixli hökmu ilə Azərbaycvan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum olunmuş, daha sonra azadlığa buraxılmışdır. xx.xx.2018-ci il tarixli qərarla 4 il AME və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş 2000 (iki min) manat ziyan tam olaraq ödənilmişdir. Həmin cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, dəymiş ziyan ödənilmiş, onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş "22" may 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" ASC-nın Lerik rayon filialına cinayətlə vurulmuş 2000 (iki min) manat məbləğində maddi ziyanın 25% miqdarında – 500 (beşyüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunmaları üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş uzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apelyasiya şikayəti və apelyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar