Məhkəmə qərarları › İş №1(048)-39/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-39/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-39/2023 19.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 11:25 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1967-ci ildə Lerik rayonunun Babakücə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Lerik rayonunun Babakücə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 03 fevral 2020-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək Zərərçəkmiş şəxsn X2 Veri Poçt şöbəsinin rəisi vəzifəsində işləyərkən ona etibar edilmiş əmlakı talama yolu ilə ələ keçirtmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə edərək X2 Veri Poçt şöbəsinin kassasında olan pul vəsaitindən 2022-ci ilin noyabr ayının əvvəllərində 700 manat, həmin ayın ortalarında 350 manat, dekabr ayında 767 manat olmaqla ümumilikdə 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) manat məbləğində nağd pul vəsaitini talayıb şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxsnə 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 3 fevral 2020-ci ildən 5 yanvar 2023-cü ilə kimi Lerik rayonu, Veri kənd poçt şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 30 aprel 2022-ci ildə iş vaxtı qəfil halı pisləşdiyindən, onu dərhal qonşularının köməyi ilə evə aparmışlar. Lənkərandan “Nəzər” həkim gəlib, onu müayinə etmişdir. 11 may 2022-ci ildə Lerik rayon xəstəxanasının göndərişi ilə “Bakı Mərkəzi Klinikası”-na müayinə və müalicə olumaq üçün getmişdir. 16 may 2022-ci ildə “Bakı Sağlamlıq Mərkəzin”-də “açıq ürək” əməliyyatı olmuş və əməliyyat üçün xəstəxanaya təqribi olaraq 26000 (iyirmi altı min) Azərbaycan manatı ödəmişdir. Bu pulu ödəməkdə qohumları ona kömək olmuşlar. Əməliyyatdan sonra çanaq orqanlarının funksiyası bərpa olunmadığından və sağ ayağının sadəcə 30 faizi işlədiyindən davamlı olaraq oktyabr ayına kimi hər ay 1-2 dəfə müalicə üçün Bakıya gedibgəlmişdir. 2022-ci il oktyabr ayında müalicə üçün 3 günlük İrana getmişdir. İlk dəfə 2022-ci il noyabr ayının əvvəllərində Lerik rayonu, Veri kənd poçt şöbəsinin kassasından təxmini olaraq 700 (yeddi yüz) Azərbaycan manat pul götürmüşdür. Bu pulu götürməkdə məqsədi Türkiyə dövlətindən Lənkərana gələn həkimin yanında müayinə olunmaq üçün olmuşdur. 350 (üç yüz) Azərbaycan manatını həkimin müayinəsinə, geri qalan hissəsinidə dərmanlara xərcləmişdir. Daha sonra isə 2022-ci il noyabr ayının ortalarında yenidən 350 (üç yüz) manatı dərman almaq üçün götürmüşdür. 2022-ci il dekabr ayında “Sistometriya” aparatının müayinəsinə növbə tutmaq üçün 3-cü və axırıncı dəfə Lerik rayonu, Veri kənd poçt şöbəsinin kassasından 767 (yeddi yüz altmış yeddi) manat pul götürmüşdür. 2022-ci ilin dekabr ayında səhhəti əl vermədiyindən o, artıq işdən çıxmaq üçün müraciət etmişdir. 31 dekabr 2022-ci ildə il sonu hesabatını verərkən Nümayəndə kassada olmalı olan 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) Azərbaycan manatının əskik olduğunu və özü tərəfindən götürülüb, səhhəti üçün xərclədiyini və ən qısa zamanda geri ödəyəcəyini bildirmişdir. Hərəkətlərim nəticəsində Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) manat məbləğində ziyan vurmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə dəymiş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir iddia və tələbi yoxdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pulu dövlət büdcəsinə ödəməsini nəzərə alaraq onu Azərbaycan Respublikası CM-in 179.2.3-cü maddəsi ilə olan cinayət məsuliyyətindən azad etməklə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəinə söz verir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş ekspert rəyi və digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, Lerik rayonunun Blaband kəndində qeydiyyatda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə orada yaşayır. O, 18 noyabr 2018-ci il tarixdən halhazıra kim X3 işləyir. Onun işi X3 müştəri xidmətləri şöbəsində hesabatçılığın aparılmasına nəzarət eməkdən ibarətdir, həmçinin Lerik PF-nin rəisi vəzifəsi müvəqqəti olaraq ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs tanıyır, sonuncu 2019-cu il tarixdən 05 yanvar 2023-cü il tarixədək Veri poçt şöbəsinin müdiri vəzifəsində işləmişdir, onunla aralarında hər hansı qərəzli münasibət yoxdur. 23 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin AZ1000/********** nömrəli teleqramı Lerik PF-na daxil olmuşdur. Həmin teleqramda onlara xidməti tapşırıq olaraq 31 dekabr 2022-ci il tarixdə bütün tabe poçt şöbələrində kassa qalıqlarının sıfırlanılması tapşırılmışdır. Həmin tapşırıq əsasında 31 dekabr 2022-ci il tarixdə bütün tabe poçt şöbələrində kassa qalıqlarının sıfırlanılması həyata keçirilən zaman Veri poçt şöbəsində 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) manat qalıq müəyyən olunmuşdur. O, Veri poçt şöbəsində 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) manat əskikliyin nə üçün olmasını soruşduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin pulu səhhəti pisləşdiyi üçün müalicəsinə xərcləmiş və həmin vəsaiti hissə-hissə qaytaracaqdır. O, Veri poçt şöbəsinin 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) manat əskikliyi barədə Təqsirləndirilən şəxs, Lerik PF-nın işçiləri Şahid1 və Şahid1 iştirakları ilə akt tərtib edib və Zərərçəkmiş şəxs MMC-nə göndərmişdir. Hazırda Zərərçəkmiş şəxs MMC vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və iddia tələbləri yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, 05 aprel 2022-ci il tarixdən hal-hazıra kim X3 müştəri xidmətləri şöbəsində əməliyyatçı vəzifəsində işləyir. Onun işi X3 müştəri xidmətləri şöbəsində nağd ödəniş əsasında kommunal ödənişlərin əməliyyatını aparmaqdan ibarətdir. Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında hər hansı qərəzli münasibət yoxdur, hər zaman onu yaxşı biri kimi tanımışdır. 23 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin AZ1000/********** nömrəli teleqramı Lerik PF-na daxil olmuşdur. Həmin teleqramda onlara xidməti tapşırıq olaraq 31 dekabr 2022-ci il tarixdə bütün tabe poçt şöbələrində kassa qalıqlarının sıfırlanılması tapşırılmışdır. Həmin tapşırıq əsasında 31 dekabr 2022-ci il tarixdə bütün tabe poçt şöbələrində kassa qalıqlarının sıfırlanılması həyata keçirilən zaman Veri poçt şöbəsində 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) manat qalıq müəyyən olunmuşdur. Nümayəndə bu barədə ona bildirmiş və bununla bağlı akt tərtib edilməyində onunda iştirak etməyimi tələb etmişdir. Veri poçt şöbəsinin 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) manat əskikliyi barədə Təqsirləndirilən şəxs, onun, Lerik PF-nın işçiləri Şahid1 və Nümayəndə iştirakları ilə akt tərtib edilmiş və Zərərçəkmiş şəxs MMC-nə göndərilmişdir. Nümayəndə eşitdiyinə görə 06 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 350 (üç yüz əlli) manat kassaya pul ödəmiş və onun hazırda 1467,71 (bir min dörd yüz altmış yeddi manat yetmiş bir qəpik) manat borcu qalmışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, onun eşitdiyinə görə Təqsirləndirilən şəxs öz səhhətinə görə xərcləmişdir, hətta 2022-ci ilin noyabr aylarında Lerik PF-nın əməkdaşları olaraq öz aralarında pul yığıb ona dəstək olmağa çalışmışlar. Onun işlədiyi dövr ərzində Təqsirləndirilən şəxs işində indiyənə qədər belə bir hal baş verməmişdir. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, 02 sentyabr 2020-ci il tarixdən halhazıra kimi X3 müştəri xidmətləri şöbəsində əməliyyatçı vəzifəsində işləyir. Onun işi X3 müştəri xidmətləri şöbəsində nağd ödəniş əsasında kommunal ödənişlərin əməliyyatını aparmaqdan ibarətdir. Təqsirləndirilən şəxs tanıyır, sonuncu, 2019-cu il tarixdən 05 yanvar 2023-cü il tarixədək Veri poçt şöbəsinin müdiri vəzifəsində işləmişdir, onunla aralarında hər hansı qərəzli münasibət yoxdur. 23 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMCnin AZ1000/********** nömrəli teleqramı Lerik PF-na daxil olmuşdur. Həmin teleqramda onlara xidməti tapşırıq olaraq 31 dekabr 2022-ci il tarixdə bütün tabe poçt şöbələrində kassa qalıqlarının sıfırlanılması tapşırılmışdır. Həmin tapşırıq əsasında 31 dekabr 2022-ci il tarixdə bütün tabe poçt şöbələrində kassa qalıqlarının sıfırlanılması həyata keçirilən zaman Veri poçt şöbəsində 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) manat əskik müəyyən olunmuşdur. Veri poçt şöbəsində 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) manat əskikliyi barədə Təqsirləndirilən şəxs, onun, Lerik PFnın işçiləri Şahid2 və Nümayəndə iştirakları ilə akt tərtib edilmiş və Zərərçəkmiş şəxs MMC-nə göndərilmişdir. Eşitdiyinə görə 06 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 350 (üç yüz əlli) manat kassaya pul ödəmişdir və onun hazırda 1467,71 (bir min dörd yüz altmış yeddi manat yetmiş bir qəpik) manat borcu qalmışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxmini olaraq 2022-ci ilin aprel ayında açıq ürək əməliyyatı keçirmişdir, onun davamlı olaraq müalicə almasından məlumatı vardır və eşitdiyinə görə mənimsəmiş olduğu pul vəsaitini öz səhhəti üçün xərcləmişdir. Onun işlədiyi dövr ərzində Təqsirləndirilən şəxs işində indiyənə qədər belə bir hal baş verməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2023-cü il tarixli ekspert rəyində qeyd olunur ki, X2 Veri poçt şöbəsinin kassa çıxarışı məlumatına əsasən xx.xx.2022-ci il tarixə qalıq 2232,63 (iki min iki yüz otuz iki manat altmış üç qəpik) manat, xx.xx.2022-ci il tarixə dövriyyə 3886,68 (üç min altı yüz səksən altı manat, altmış səkkiz qəpik) manat, mədaxil 4301,6 (dörd min üç yüz bir manat altı qəpik) manat olmuş, nəticədə xx.xx.2022-ci il tarixə kassa qalığı (çatışmazlıq) 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) manat təşkil etmişdir. Ekspertiza tədqiqatının dəyəri 150 manatdır. Cinayət işinə əlavə edilmiş Lerik rayon İcra Hakimiyyəti Başçısının Veri kənd İnzibati Ərazi İcra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş 13 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xidməti fəaliyyəti zamanı yol verdiyi nöqsanlarla əlaqədar xx.xx.2023cü il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq işdən kənarlaşdırılmışdır. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış Nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxsnə vurulmuş 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) manat ziyan tam olaraq ödənilmişdir. Həmin cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs Lerik Rayon Prokurorluğuna ünvanladığı arayışdan görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə səbəb olan mənimsənilmiş 1817.71 manat pul vəsaitindən ayrı-ayrı vaxtlarda 550 manat pul vəsaitini geri qaytarmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 250 (iki yüz əlli) manat və 1018 (bir min on səkkiz) manat olmaqla ümumilikdə 1268 (bir min iki yüz altmış səkkiz) manat pul Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş "19" iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-nın Lerik rayon filialına cinayətlə vurulmuş 1817,71 (bir min səkkiz yüz on yeddi manat yetmiş bir qəpik) manat məbləğində maddi ziyanın 25% miqdarında – 455 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Eyni zamanda məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 150 ( bir yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə milli valyutadan ibarət olmaqla 1268 (bir min iki yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabından Zərərçəkmiş şəxs müvafiq hesabına köçürülməklə dövlət nəfinə keçirilsin. Həmin hissədə qərarın icrası Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərini əlaqələndirmə idarəsi və Maddi-texniki təminat şöbəsinin Maliyyə sektoruna həvalə edilsin. İş uzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apelyasiya şikayəti və apelyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar