Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-4/2023 01.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 11:45 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs iştirakları ilə, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X4, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1988-ci ildə Lerik rayonunun Dico kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fəhlə işləyən, Lerik rayonunun Dico kəndində qeydiyyatda olmaqla yaşayan, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 08 yanvar 2017-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150,00 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Neftçala Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(053)-542/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lerik Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 21 sentyabr 2021-ci il tarixdə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 06 oktyabr 2021-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 13 may 2022-ci il tarixədək Zərərçəkmiş şəxs 5000,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2016-cı ildə evlənmişdir. Birgə nikahdan 08 yanvar 2017-ci ildə Cəmil doğulmuşdur. Evləndikdən sonra Vüsalə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Odur ki, Vüsalə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh kimi 08 yanvar 2017-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150,00 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs ödəməlidir. Bu barədə icra sənədi Lerik Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Lerik Rayon Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq aliment borclarını vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Lerik Rayon Məhkəməsinin qərarı ilə iki dəfə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Fəhlə işləyərək aylıq qazancı 500,00 manat təşkil edir. Qazancını özünə xərcləyir. Fəhlə işlədiyindən və gündəlik qazancı olduğundan işaxtaran kimi Məşğulluq Mərkəzinə müraciət etməmişdir. Qalıq aliment borcunu ödəmədiyindən qətnaməni icra etməmişdir. Məhkəmə icraatı zamanı borcundan 350 manat ödəmişdir, məhkəmə qətnaməsinin icrasından yayınmır, maddi vəziyyəti imkan verdikcə qətnamə üzrə borcunu hissə-hissə ödəyə biləcəkdir. Ona görə də məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2016-cı ildə evlənmişdir. Birgə nikahdan 08 yanvar 2017-ci ildə Cəmil doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Taleh uşağı ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi 08 yanvar 2017-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs ev təmiri ustası işləyir. Aylıq 750,00 manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşağın saxlanması üçün ona maddi yardım göstərmir. Uşaq böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs cinayət işi məhkəməyə daxil olandan sonra aliment borcundan 350 manat ödəniş etmiş qalıq borcu isə ödəməmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs qalıq alimentin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş edərək, təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 ifadəsində göstərdi ki, Neftçala Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(053)-542/2019 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Lerik Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 21 sentyabr 2021-ci il tarixdə 15 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Təqsirləndirilən şəxs icra müddətində aliment borcundan ödəniş etməmişdir. xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təqdimat ilə Lerik rayon Məhkəməsinə müraciət olunmuşdur. Lerik rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(048)-43/2020 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək Zərərçəkmiş şəxs 5000,00 manat aliment borcunu ödəmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid2 Xaniş oğlu şahid qismində dindirlmiş X2 göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Lerik Rayon İcra Hakimiyyəti başçısının Tikəbnd kənd ərazi icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hesabına 300 manat pul ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin icraatında olan ********* saylı cinayət işi üzrə xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, həmin şöbənin xx.xx.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan ********* saylı cinayət işi üzrə xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək həmin məcəllənin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Məhkum olunmamışdır. “Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə; məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, məhkəmə icraatı zamanı aliment borcundan 300 manat ödəməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. xx.xx.2022-ci il tarixli “ittiham elan etmək üçün şəxsin barəsindən axtarış elan edilməsi və tutulması haqqında” qərardan görünür ki, xx.xx.1988-ci ildə Lerik rayonunun Dico kəndində doğulmuş, Lerik rayonunun Dico kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə tutulması və tutulduqdan sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin MSY verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis leytenanatı Ramal Həsənovun “Axtarışda olan şəxsin tutulması barədə protokoldan” görünür ki, xx.xx.1988-ci ildə Lerik rayonunun Dico kəndində doğulmuş, Lerik rayonunun Dico kəndində qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirlən və axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00-da Lerik rayonunun inzibati ərazisində tutularaq xx.xx.2022-ci il tarixdə saat 00:31-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 günü həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla onlara təyin olunacaq cəzadan 02 gün çıxarılaraq qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2- ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri dəyişdirilərək həbs qətimakan tədbiri ilə əvəz edilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 günü həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasından 02 gün çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o məhkəmə iclas zalından həbsə alınsın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-4/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-4/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver