Məhkəmə qərarları › İş №1(048)-4/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-4/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-4/2024 06.03.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat:12:00 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxx 1978-ci ildə Lerik rayonu, Sipyəreğon kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Sipyəreğon kəndində qeydiyyatda olmaqla Lerik rayonu, Sipyəreğon kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, o, istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq 196,457 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib daşıyaraq Vizəzəmin-Sipyəreğon kənd yolunun 2-ci km-də, həmin yolun alt hissəsində olan beton borunun içərisində gizlədərək saxlamış, əldə etdiyi narkotik vasitə marixuanadan bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,457 qram olan narkotik vasitə qurudulmuş marixuananı ayıraraq idarə etdiyi Vaz-2105 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 04 noyabr 2023-cü il tarixdə, saat 18:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu idarə etdiyi Vaz-2105 markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Lerik avtomobil yolunun 37-ci kmdə yerləşən “Cənub” Turizm və İstirahət Mərkəzinin həyətində olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Lerik rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 19:20-dən saat 19:45-dək idarə etdiyi VAZ-2105 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sərnişin oturacağının örtüyünün altında bir ədəd sellofan torbada 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,457 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində təqdim etdiyi Vizəzəmin-Sipyəreğon kənd yolunun 2-ci km-də, yolun alt hissəsinə qoyulmuş beton borunun içərisinə həmin tarixdə, saat 21:40-dan saat 22:10-dək baxış keçirilərkən orada gizlətdiyi bir ədəd sellofan torbada içərisində təmiz çəkisi 190,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Sipyəreğon kədində yaşayır. Evlidir, 2 uşağı vardır. Təxminən 1 ilə yaxındır ki, narkotik vastə marixuanadan istifadə edir. Toylara gedib nağarada ifa edir. Lənkəran şəhərinin “Kiçik Bazar” adlanan ərazisində təxminən 3-4 ay bundan qabaq dəqiq bilmədiyi tarixdə və vaxtda keçirilən toyların birinə musiqiçi kimi getmişdir. Toy mağarda keçirilmiş, həmin toyda Elşən adlı şəxslə tanış olmuşdur. Elşən adlı şəxs yanında narkotik vasitə marixuana qəbul etmişdir. Elşəndən marixuana istəmiş, ona bir ədəd sellofan torbada marixuana vermiş, bunun müqabilində ondan pul da almamışdır. Həmin marixuananı üzərində saxlayıb daşıyaraq yaşadığı Lerik rayonunun Sipyəreğon kəndinə gətirmiş, narkotik vasitəni evə aparmayıb Vizəzəmin-Sipyəreğon kənd yolunun 2-ci km-də, yolun altına qoyulmuş beton borunun içərisində gələcəkdə istifadə etmək məqsədilə gizlətmişdir. Arabir oradan kibrit qutusuna nəşə doldurub siqaret kimi çəkmişdir. 04 noyabr 2023-cü il tarixdə, səhər saatlarında gizlətdiyi narkotik vasitə marixuanadan bir ədəd kibrit qutusuna doldurub idarə etdiyi VAZ-2105 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağının örtüyünün altında gizlətmişdir. Məqsədi həmin narkotik vasitədən istifadə etmək olmuşdur. 04 noyabr 2023-cü il tarixdə günortadan sonra işləmək üçün Lənkəran- Lerik avtomobil yolunun 37-ci km-də yerləşən “Cənub” Turizm və İstirahət Mərkəzinə getmiş, orada usta kimi işləyib saat 18:30-da idarə etdiyi avtomobilə minib evə getmək istədiyi zaman mülki geyimdə tanıdığı polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demişlər. Sonra polis əməkdaşları onu avtomaşını ilə birlikdə Lerik rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Bu barədə qərarla tanış olmuş və ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Üzərində hər hansı qanunsuz əşya və maddə olmadığını, lakin idarə etdiyi avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakları ilə idarə etdiyi VAZ-2105 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sərnişin oturacağının örtüyünün altında gizlətdiyi bir ədəd sellofan torbada içərisində bir ədəd kibrit qutusunda narkotik vasitə marixuananı təqdim etmiş və verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, təqdim etdiyi kibrit qutusunun içərisində marixuana var, ona məxsusdur. Təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxıldıqda içərisində marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqdim etdiyi büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Həmçinin baxış zamanı etiraf edib bildirmişdir ki, narkotik vasitə marixuananı Vizəzəmin-Spyəreğon kənd yolunda gizlətmişdir. Bundan sonra polis əməkdaşlarını Vizəzəmin-Sipyəreğon kənd yolunun 2-ci km-nə aparıb yolun altına qoyulmuş bir ədəd beton borunun içərisində gizlətdiyi bir ədəd sellofan torbada içərisində narkotik vasitə marixuananı təqdim edib təqdim etdiyim marixuananı təxminən 3 ay bundan qabaq Elşən adlı şəxsdən aldığını demişdir. Təqdim etdiyi büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayət və tələbi yoxdur, törətdiyi əmələ görə peşimandır, hər hansı bir psixi qüsuru və ya psixi xəstəliyi yoxdur. Təqdim etdiyi narkotik maddə ona məxsusdur, istifadə etmək üçün Lənkəran rayonunun «Kiçik Bazar» adlanan ərazisində Elşən adlı şəxsdən almışdır. Əvvəllər məhkum olunmamışdır. Şəxsi axtarış və baxış keçirilməsi barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolların doğruluğunu imzalarla təsdiq etmişlər və həmin vaxt göstərdiyi məlumatları bir daha təsdiq edir. Ona qarşı heç kim zor tətbiq etməmiş, heç kim ona hədə-qorxu gəlməmişdir. Bu barədə heç kimdən şikayət və tələbi yoxdur. Həmin narkotik vasitəni təxminən 3 ay bundan qabaq Lənkəran şəhərinin «Kiçik Bazar» adlanan ərazisində Elşən adlı şəxsdən əvəzsiz olaraq istifadə etmək məqsədilə almışdır. Elşən adlı şəxsin heç bir anket məlumatını və mobil nömrəsini bilmir. Onunla təsadüf nəticəsində tanış olmuşdur. Əvvəlki dövrlərdə qəbul etdiyi narkotik vasitələri Lənkəran şəhərində tanımadığı və xatırlamadığı şəxslərdən ayrı-ayrı vaxtlarda, həmçinin ayrı-ayrı yerlərdə əldə etmişdir. Həmin şəxsləri tanımır. Həmçinin həmin şəxslərin adlarını və soyadlarını bilmir. Həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədilə əldə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən ilk dəfə cinayət əməli törətməsini, nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik rayon polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Lerik rayonunun Sipyəreğon kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir düşmənçilik və ziddiyyəti olmamışdır. xx.xx.2023-cü il tarixdə, Lerik rayonunun Sipyəreğon kənd sakini Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə daşıması, narkotik vasitə istifadə etməsi barədə etibarlı mənbədən məlumat almışdır. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması və digər zəruri tədbirlərin görülməsi üçün əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün raportla rəhbərliyə müraciət edib icazə almış və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş və əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid2 və şöbənin PPXB-nin manqa komandiri Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yeri Lənkəran-Lerik avtomobil yolunun 37-ci km-də yerləşən “Cənub” Turizm və İstirahət Mərkəzinin ərazisində olduğunu müəyyən etmiş, buna görə də həmin yerə getmişlər. Təqsirləndirilən şəxs saat 18:30-da Lənkəran-Lerik avtomobil yolunun 37-ci km-də, “Cənub” Turizm və İstirahət Mərkəzinin həyətində idarə etdiyi VAZ- 2105 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən dərhal ona yaxınlaşıb özlərini təqdim edib Təqsirləndirilən şəxs saxlanmasının səbəbini izah etmiş və sonuncunu idarə etdiyi avtomobildə Lerik RPŞ-nə gətirmişlər. Bununla bağlı raportla yenidən şöbə rəhbərliyinə müraciət etmişdir. Şöbənin həyətində təhqiqatçı Haldun Məmmədli tərəfindən onun, Şahid2, Şahid3 və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs etiraf edib bildirmişdir ki, idarə etdiyi avtomobildə narkotik vasitə vardır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2105 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin qabaq sərnişin oturacağının örtüyünün altında saxladığı 1 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütləni təqdim edib içərisində marixuana olduğunu bildirmişdir. Bundan sonra avtomobilə baxış zamanı qanunsuz başqa əşya və ya maddə aşkar olunmamışdır. Aşkar edilmiş 1 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, sonra həmin büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Sonda şəxsi axtarış və avtomaşına baxış keçirilməsi barədə tərtib edilmiş protokolların doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan əlavə baxış zamanı Təqsirləndirilən şəxs etiraf edib bildirmişdir ki, Vizəzəmin-Sipyəreğon kənd yolunda narkotik vasitə marixuana gizlətmişdir. Buna görə də Təqsirləndirilən şəxs təqdim etdiyi yerə getmişlər. Təqsirləndirilən şəxs Vizəzəmin-Sipyəreğon kənd yolunun 2-ci km-də, yolun alt hissəsinə qoyulmuş beton borunun içərisində gizlətdiyi bir ədəd sellofan torbada içərisində narkotik vasitə marixuanaya bənzər kütləni təqdim edib etiraf edib bildirmişdir ki, təqdim etdiyi kütlə marixuanadır. Özü istifadə etmək üçün təxminən 3 ay bundan qabaq Lənkəran şəhərinin “Kiçik Bazar” adlanan ərazisində Elşən adlı şəxsdən əldə etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, sonra həmin büküm qablaşdırılıb üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Sonda baxış keçirilməsi barədə tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni hansı mənbədən əldə etməsini bilmir. Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsi və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satması ilə bağlı məlumat daxil olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs hansı bir istehlakçı ilə qabaqcadan razılığın müəyyən edilməsi barədə, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin əməkdaşı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş 04 noyabr 2023-cü il tarixdə Lerik RPŞ-nin TQ-nun təhqiqatçısı tərəfindən tərtib olunmuş baxış protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2105 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağının örtüyünün altında bir ədəd sellofan torbada 01 ədəd kibrit qutusunda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək müvafiq qaydada götürülmüş və qablaşdırılmışdır. Videoçəkiliş protokola əlavəedilmişdir. Cinayət işinə əlavə edilmiş 04 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs Vizəzəmin-Sipyəreğon kənd yolunun 2-ci km-də, yolun alt hissəsində qoyulmuş beton borunun içərisinə gizlətdiyi bir ədəd sellofan torbada içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək müvafiq qaydada götürülmüş və qablaşdırılmışdır. Videoçəkiliş protokola əlavəedilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 05 noyabr 2023-cü il tarixli, 19/989 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,457 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs Sipyəreğon kənd yolunda gizlətdiyi 01 ədəd sellofan torbada təmiz çəkisi 190,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatı zamanı ümumi təmiz çəkisi: -196,457 qram olan marixuanadan 0,2 qram (hər. ob - 0,1 qr) tədqiqata sərf olunmuş, 196,257 qram marixuana qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X6 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 13 noyabr 2023-cü il tarixli, 1038 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs fiziki və psixi asılılıq olmadan kannabinoidlərin istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsullarının satışı ilə Lerik-Lənkəran rayonları ərazisində məşğul olur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdə, saat 16:20-də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, 196,457qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 196,257 qram marixuana maddi sübut qismində tanınaraq Lerik Rayon Polis şöbəsində saxlanılmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Müəyyən edildiyi kimi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Lerik rayonu Sipyəreğon kəndində yaşamaqla kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olduğundan və digər yerdə işləmədiyindən ailəsinin saxılanılması üçün əraziyə qonşu olan Lənkəran rayonunda kənd təsərrüfatı məhsulları alaraq satmaq məcburiyyətindədir. Bu səbəbdən də cəzanın icrasına nəzarət edən orqan tərəfindən ona ərazini tərk edəcəyi halda qayda pozuntuları, yəni yaşadığı Lerik rayon ərazilərindən kənara çıxması kimi qeydə alınacaqdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik və Lənkəran rayonlarının hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdən 06 noyabr 2023-cü il tarixədək tutulduğu müddəti ona təyin olunmuş cəzadan çıxılaraq qəti cəza saxlanılmasını, cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını, həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində müvafiq qeydiyyata alınmasını, onun üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Sipyəreğon kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut - 196,457qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 196,257 qram marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (köhnə redaksiyada) nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdən 06 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Sipyəreğon kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan 60 (altımış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 196,257 qram marixuana məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar