Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-4/2025 12.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrəİdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxx 1993-cü ildə Lerik rayonu Küsəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu Küsəkəran kəndində qeydiyyatda olmaqla Bakışəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatsız yaşayan, barəsində“həbs” qətimkan tədbiri seçilmiş, 08 noyabr 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs, istintaqla müəyyən edilməsi mümkün olmayan vaxtda və mənbədən 0,331 qram çəkidə, xeyli miqdarda ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, Lerik rayon məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsi ilə 8 gün inzibati qaydada həbs olunaraq Lerik RPŞ-nin X7 təhvil verilmiş, Azərbaycan Respublikası DİN-nin xx.xx.2013-cü il tarixli, Q1- 001-13 tarixli qərarına əsasən 19 sentyabr 2024-cü il tarixdə, saat 18:15-də MSY-nin rəisi, polis mayoru Şahid1 tərəfindən üzəri yoxlanılarkən əynində olan şalvarının sağ yan cibində 01 ədəd kağız bükümdə içərisində təmiz çəkisi 0,331 qram xeyli miqdarda ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, 3 övladı vardır. Ara-sıra narkotik vasitədən istifadə etmişdir. Ara-sıra psixotrop maddə olan metamfetamindən tapanda istifadə etmişdir. 2024-cü ilin sentyabr ayının ortalarında Bakı şəhərində, Sabunçu rayonu, Maştağa qəsəbəsində adını bilmədiyi, tanımadığı və əlaqəsinin olmadığı şəxsdən 01 ədəd kağız bükümdə 10 manata psixotrop maddə olan metamfetamini istifadə etmək məqsədilə almış, istifadə etmək məqəsdi ilə üzərində saxlamışdır. Lerik rayon məhkəməsinin İcra və Probasiya şöbəsinin adını bilmədiyi əməkdaşı ona telefon vasitəsilə zəng edərək barəsində axtarış işi açıldığını demişdir. 19 sentyabr 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş, Lerik rayon məhkəməsinin həmin tarixli qərarı ilə 8 gün inzibati qaydada həbs olunmağı barədə qərar qəbul olunmuşdur. 19 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində Lerik RPŞ-nin MSY-nə təhvil verilərək MSY-nin rəisi, polis mayoru Şahid1 üzərini yoxlamış, əynində olan şalvarın sağ yan cibində 01 ədəd kağız bükümdə içərisində psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb qablaşdırılmışdır. Üzərindən aşkar edilərək götürülmüş metamfetamin yadından çıxaraq şalvarının cibində qalmışdır. Üzəri yoxlanılarkən başqa narkotik vasitə və dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir, himayəsində 3 az yaşlı uşağı vardır. Məhkəmədən ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, İşdə olanvə məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik rayon polis şöbəsinin X5 rəisi vəzifəsində işləyir. Lerik rayonu sakini Təqsirləndirilən şəxs tanımır, onunla arasında düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsi ilə 8 gün inzibati qaydada həbs olunmuş və həmin tarixdə, saat 18:15 radələrində Lerik RPŞ-nin MSY-nə təhvil verilmiş, Azərbaycan Respublikası DİN-nin xx.xx.2013-cü il tarixli, Q1-001-13 t qərarına əsasən X6 MSY-nin polis nəfərləri Şahid3 və Şahid2 iştirakı ilə üzəri yoxlanılarkən əynində olan şalvarın sağ yan cibində 01 ədəd kağız bükümdə içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülüb qablaşdırılmış və bununla bağlı akt tərtib olunmuşdur. Təqsirləndirilən şəxs üzərində yoxlanılarkən başqa narkotik vasitə və dövriyyəsi qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddəyə oxşar kütləni istifadə etmək məqsədilə daşıdığını demişdir. Şöbə rəhbərliyinə raportla müraciət etmiş, həmin raportun icrası Lerik RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Salman Əhmədova həvalə olunmuşdur. Lerik RPŞ-nin MSY-də vəkil Müdafiəçi, MSY-nin polis nəfərləri Şahid3 və Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində aşkar olunan psixotrop maddə metamfetaminə oxşar kütləni təhqiqatçı Salman Əhmədova təqdim etmiş, psixotrop maddəyə oxşar kütləyə baxış keçirlilərək qablaşdırılmış, protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Məhkmə iclasında şahid qismində dindirlmiş Şahid2 və Şahid3 mahiyyətcə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini təsdiq etdilər. İşdə olan Lerik Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 3(048)-225/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həbsdə saxlama müddətinin əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan 19 sentyabr 2024-cü il tarixdə Lerik RPŞ-nin MSY-nin rəisi, polis mayoru Şahid1 tərəfindən tərtib olunmuş aktdan görünür ki, 19 sentyabr 2024-cü il tarixdə Lerik rayon məhkəməsinin qərarı ilə 08 gün inzibati qaydada həbs olunmuş Təqsirləndirilən şəxs üzərində MSY-də baxış keçirilən zaman şalvarının sağ cibindən 01 ədəd kağız bükümdə psixotrop vasitəyə oxşar maddə aşkar edilərək müvafiq qaydada götürülmüş və qablaşdırılmışdır. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibində 01 ədəd kağız bükümdə psixotrop maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan təqdim olunan əşyaya “baxış keçirilməsi və götürmə haqqında” 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 19 sentyabr 2024-cü il tarixdə, saat 18:15-də Lerik Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsi ilə 8 gün inzibati qaydada həbs olunmuş Lerik rayonunun Küsəkaran kənd sakini Təqsirləndirilən şəxs Lerik RPŞ-nin MSY-də təlimata uyğun üzəri yoxlanılarkən əynində olan şalvarının sağ yan cibində 01 ədəd kağız bükümdə içərisində ağ rəngli toz şəkilli narkotik vasitəyə oxşar kütlə aşkar olunmuş və Lerik RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən qablaşdırırlaraq götürülüb, qablaşdırılması və götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd kağız zərfə üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan zərfdə ağ rəngli toz şəkilli psixotrop maddəyə oxşar kütlələr aşkar olundu. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. İşdə olan Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin 21 sentyabr 2024-cü il tarixli, 83 saylı tibbi ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin X4 20 sentyabr 2024-cü il tarixli, 3-16- 16/2-19/668 nömrəli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmişüzərində“Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 0,331 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı İ). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X8 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 21 sentyabr 2024-cü il tarixli, 714 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Lerik rayon məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Lerik Rayon Polis şöbəsinin İstintaq qrupunda istintaq olunan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş təqdimat təmin olunmamışdır. İşdə olan qətimkan tədbirinin seçilməsi haqqında 27 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan maddi sübut qismində tanınma haqqında 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, 0.331 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.281 qram psixotrop maddə olan metamfetamin maddi sübut qismində tanınaraq Lerik Rayon Polis şöbəsinin əşyaların saxlama kamerasında saxlanılır. İşdə olan Lerik RPŞ-in İQ-un 28 oktyabr 2024-cü il tarixli “təqsirləndirlən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmasına görə tutulması üçün axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırlması haqqında”qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İşdə olan 08 noyabr 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə protokoldan” görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində tutularaq, həmin tarixdə saat 19:50-də Lerik RPŞ-in MSY-nə təhvil verilmişdir. İşdə olan Lerik rayon məhkəməsinin 09 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Lerik rayon icra Hakimiyyəti başçısının Veri kənd ərazi İcra nümayəndəlyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hümayəsində xx.xx.2016-cı il təvəllüdlü oğlu Fərid, xx.xx.2017-ci il təvəllüdlü qızı Fərqanə və xx.xx.2020-ci il təvəllüdlü qızı Şəhanə adlı üç azyaşlı uşağı vardır. İşdə olan Lerik rayon icra Hakimiyyəti başçısının Veri kənd ərazi İcra nümayəndəlyi tərəfndən verilmiş xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. İşdə olan Bakı şəhər Xəzər icra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi İcra nümayəndəlyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatsız yaşayır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 az yaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən,əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə işüzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində сечилмиш щябс гятимкан тядбири başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri иля явяз едилməli вя о, мящкямя иълас залындан дярщал щябсдян азад едилməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut – Lerik RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,281 qram qalan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 3 (üç) ay 4 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay 08 ( altı) gününə bərabər tutularaq ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşdiyi evi gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsнун barəsində сечилмиш щябс гятимкан тядбири başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri иля явяз едилсин вя о, мящкямя иълас залындан дярщал щябсдян азад едилсин. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Lerik rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0.281 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vəapelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №1(048)-4/2025
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-4/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver