Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-40/2023 08.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 11:10 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1992-ci ildə Lerik rayonunun Piran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Lerik rayonunun Piran kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 19 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Piran-Hamarat avtomobil yolunun başlanğıcında, yolun Piran kəndindən keçən hissəsində, Hamarat kəndi istiqamətində sol kənarında yerləşən avtomobil təmiri sexinin qarşısında həmkəndlisi və həmin sexdə usta işləyən Zərərçəkmiş şəxs təmir etmək məqsədilə saxladığı VAZ 21213 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiyinə görə Zərərçəkmiş şəxs ona avtomobilə nə üçün icazəsiz minməsi ilə bağlı irad bildirməsi və avtomobildən düşməsini tələb etməsi ilə əlaqədar sonuncu ilə mübahisə edərək xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs ünvanına ətrafdakıların eşidəcəkləri uca səslə söyüşlər söyməklə onunla əlbəyaxa olub sonuncunun sol göz nahiyəsinə başı ilə, daha sonra hərəkətlərinin davamı olaraq Piran-Hamarat avtomobil yoluna çıxıb həmin yolda qarşılıqlı dalaşmış, dalaşma zamanı əlində olan dəmir lingdən (mantrovka) silah qismində istifadə edib Zərərçəkmiş şəxs başına qəsdən zərbələr vuraraq ona baş beyin silkələnməsi, ənsə nahiyəsində əzilmiş yara, sol göz qapaqlarıgözaltı nahiyəsində qançırla nəticələnən və sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla uşaqlıqdan münasibətləri olmamışdır. 19 fevral 2023-cü il tarixdə evdə su motoru xarab olduğundan 27 nömrəli açar üçün Lerik rayonunun Piran kəndində, Piran-Hamarat avtomobil yolunun başlanğıcında, yolun Hamarat kəndi istiqamətində sol tərəfində yerləşən avtomobil təmiri sexinə usta Hüseyn adı ilə tanıdığı Şahid2 sexinə yaxınlaşmışdır. Eldar və Novruzəlinin əllərini yuduqlarını görmüşdür. Eldarın məşğul olduğunu görüb ona yaxınlaşmamış, orada olan tanışı Bəhruz Musayevə məxsus Niva markalı avtomobilin sükanı arxasında oturmuşdur. Telefonla başını qatmışdır. Onlar çay fasiləsinə çıxmış, saat təxminən 12 radələrində Eldar və Abbas Novruzəlini çay içməyə dəvət etmişlər. Novruzəli onların yanına gəldikdə onu avtomobildə görmüşdür. Təxminən 2 metr məsafədən “sənə demişəmki mən olan əraziyə gəlmə, avtomobildən düş” dedikdə Novruzəliyə avtomobilin ona məxsus olmadığını, onun sexinə yox, usta Eldarın sexinə gəldiyini bildirmişdir. Novruzəli ona “çox sırtıq adamsan” deyərək haradan götürməsini və ya əvvəlcədən əlində olub-olmadığını bilmədiyi vintaçanla üzərinə gəlmişdir. Avtomobilin qapısı açıq vəziyyətdə olmuş, əlində olan mobil telefonu sərnişin oturacağına qoymuşdur. Novruzəli vintaçanla ona zərbə vurmaq istəyərkən əlindən tutub xəsarət yetirməsinə imkan verməyib avtomobildən düşmüşdür. Vintaçanı Novruzəlidən alıb yerə tullamış, əlbəyaxa olmuşlar. Bu zaman Eldar və Abbas onları ayırmağa başlamışlar. Novruzəli yaxasını buraxıb öz sexinə qaçmışdır. Oradan bir ədəd dəmir dəstəkli çəkic götürüb üzərinə gəlmişdir. Orada olan Şahid1 çəkici Novruzəlinin əlindən almış və yerə tullamışdır. Novruzəlini uzaqlaşdırmağa çalışarkən Novruzəli yenidən cəld şəkildə yerdən çəkici götürüb yenidən üzərinə hücum edib sağ və sol said nahiyələrinə qəsdən bir neçə zərbə vurmuşdur. Novruzəlinin əlindən çəkici də alıb xatırlamadığı istiqamətə tullamış və əlini onun boynuna atmışdır. Novruzəli ünvanına nalayiq söyüşlər söymüşdür. Məsələni aydınlaşdırmaq üçün sexin ərazisindən Novruzəlini Lənkəran-Lerik avtomobil yoluna doğru aparmağa başlamışdır. Novruzəlidən nə üçün onu vurub ünvanına söyüş söydüyünü soruşmuşdur. Novruzəli cavabında ona “birincisi səndən xoşum gəlmir, ərazimə gəlmə, ikincisi isə avtomobil mənim yanıma gəlib, mən onu təmir eləməliydim” demişdir. Novruzəliyə “bunu mənə vaxtında desəydin bu problemlər ortaya çıxmazdı” demişdir. Novruzəliyə “bunu mənə vaxtında desəydin bu problemlər ortaya çıxmazdı” demişdir. Novruzəli ona heç bir cavab vermədən qaçaraq sexinə doğru getmişdir. Davanın qurtarmasına əmin olub yenidən açar üçün usta Eldarın sexinə doğru qayıtmışdır. Sexə çatan anda Novruzəlinin sexdə ünvanına söyüşlər söydüyünü görmüş, sexə daxil olub oradan vintaçan götürmüşdür. Novruzəli də əlinə dəmir mantrovka götürmüş və sexin qarşısında əlbəyaxa olmuşlar. Novruzəli mantrovka ilə kürək və ayaq nahiyəsindən bir neçə zərbə vurmuşdur. Bu zaman mantrovkadan yapışıb Novruzəlinin əlindən almağa çalışmış və mantrovkanı ondan alıb yola doğru oradan uzaqlaşmağa başlamışdır. Təxminən 15-20 metr oradan uzaqlaşmışdır ki, arxadan “gözlə, vuruldun” deyə səs eşidib başını arxaya çevirmişdir. Arxaya doğru baxdıqda təxminən 3-4 metr uzaqda Novruzəlinin əlində əvvəl dəmir boru bildiyi, yaxınlaşdıqdan sonra təxminən 1,5 metr uzunluğunda, qırmızı rəngdə kauçuk materialından su borusunun olduğunu, nalayiq küçə söyüşləri söyərək üzərinə gəldiyini görmüşdür. Novruzəli ona yaxınlaşıb ani şəkildə kürək və ayaq nahiyələrinə bir neçə zərbə vurmuş, Novruzəliyə doğru çevrilib əlində olan mantrovkanı sonuncuya doğru tullayıb “al, zibilini də götür, şərini məndən uzaq et” demişdir. Həmin vaxt mantrovkanın ona dəyib-dəymədiyini görməmişdir. Bir neçə addım yeriyəndən sonra Novruzəlinin yenidən gəlib-gəlmədiyini dəqiqləşdirmək üçün arxaya baxdıqda Novruzəlinin bardür üzərində oturduğunu görmüşdür. Novruzəli qışqıraraq “mənə də elə bu lazım idi, bu dəqiqə “102” xidmətinə məlumat verib səni tutduracam” demiş, Novruzəliyə əhəmiyyət verməyib evə doğru getmişdir. Həmin vaxt orada Şahid1, sonuncunun adını bilmədiyi oğlu, birinci hadisədə isə Şahid2 olmuşdur. Həmçinin uzaqda tanımadığı şəxslər olmuşdur. Hadisə təxminən 5-7 dəqiqə davam etmişdir. Ona birinci söyüşü Novruzəli vermiş, onu söydüyünə görə Novruzəlinin ünvanına nalayiq söyüşlər söymüşdür. Niva markalı avtomobilə oturduğuna görə Novruzəli ünvanına nalayiq söyüşlər söyərək ona xəsarət yetirmiş, xuliqanlıq etmişdir. Dəfələrlə Novruzəlinin əlindən vintaçan, çəkic və dəmir mantirovkanı alıb ona ağır xəsarət yetirməsinə mane olmuşdur. Orada Zərərçəkmiş şəxs ona qarşı xuliqanlıq etmişdir. Mübahisə Şahid1 məxsus sexin qarşısında olmuş, mübahisəni Novruzəli başlatmış, vintaçan, çəkic, mantrovka və kauçuk su borusu ilə üzərinə dəfələrlə hücum edib ona xəsarət yetirmək istəmiş və xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ailədə yeganə qazanc gətirən şəxsdir. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Belə ki, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi,özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qisimində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla uşaqlıqdan münasibətləri olmamışdır. Həmçinin Piran-Hamarat yolunun başlanğıcında, yolun Hamarat kəndi istiqamətində sol kənarında avtomobil təmiri sexi vardır. Orada ustalıqla məşğul olur. 19 fevral 2023-cü il tarixdə, saat təxminən 12-13 radələrində sexdə olduğu zaman Lerik rayonunun Davradibi kənd sakini Atif Musayev idarə etdiyi Niva markalı avtomobili gətirib ona təhvil vermiş, avtomobili Abbasa məxsus sexin qarşısında saxlamışdır. Atifə avtomobilin təxminən 2 günə hazır olacağını bildirmiş, bundan sonra sexin yuxarısında yerləşən ehtiyyat hissələri mağazasına getmişdir. Orada təxminən 30 dəqiqə olmuş, qayıdarkən Niva markalı avtomobilin qapısının açıq olduğunu görmüşdür. Avtomobilə yaxınlaşdıqda Təqsirləndirilən şəxs avtomobildə əyləşdiyini görmüş, sonuncudan avtomobildən düşməsini istəmiş, Əliməhəmməd heç bir cavab verməmişdir. Əliməhəmmədə təkidlə bir neçə dəfə düşməsini bildirmiş, lakin Əliməhəmməd “düşürə bilirsənsə, gəl düşür” demişdir. Avtomobilin qapısını örtüb “əbədi düşmə” deyə cavab vermiş, bundan sonra Əliməhəmməd yumruqla avtomobilin şitinə bir dəfə zərbə vurmuşdir. Əliməhəmmədin bu hərəkəti xoşuna gəlməmiş və avtomobilin qapısını açıb Əliməhəmmədə “qudurmusan, camaatın maşınında nə üçün belə edirsən” deyib bir daha avtomobildən düşməsini tələb etmişdir. Əliməhəmməd avtomobildən düşüb onunla əlbəyaxa olmağa başlamış, əlbəyaxa olmuşlar. Bu zaman orada olan Abbas və Hüseyn onları ayırıb sakitləşdirmişlər. Əliməhəmməd ona “gəl, səni başa salım” və s. bu kimi sözlər deyib onu söhbətə çağırmış, birlikdə Lənkəran-Lerik avtomobil yoluna qədər piyada getmişlər. Lakin özlüyündə Əliməhəmmədə baş qoşmamağını düşünüb geri qayıtmışdır. Bir neçə dəqiqə sonra Əliməhəmməd də yenidən geri qayıtmış, sexə daxil olub oradan bir ədəd dəmir mantrofkanı götürmüşdür. Bu zaman Əliməhəmmədə iradını bildirib yenidən onunla sexin qarşısında əlbəyaxa olmuşlar. Əlbəyaxa zamanı Təqsirləndirilən şəxs baş zərbəsi ilə sol göz nahiyəsinə qəsdən bir dəfə zərbə vurmuş, əli ilə gözünü tutmuşdur. Təqsirləndirilən şəxs onu vurduqdan sonra mantrofkanı çiyninə qoyub Lənkəran-Lerik avtomobil yoluna doğru piyada hərəkətə başlamışdır. Bundan sonra əsəbiləşib sexdən bir ədəd kauçuk su borusunu götürüb Əliməhəmmədin arxasınca qaçmış, Piran-Hamarat yolunun başlanğıcında Təqsirləndirilən şəxs çatıb əlində olan kauçuk su borusu ilə onun sol çiyin nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs çevrilib əlində olan dəmir mantrovka ilə başının sol arxa nahiyəsinə qəsdən bir dəfə zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılmışdır. Təqsirləndirilən şəxs mantrovkanı yerə tullayıb oradan çıxıb getmişdir. Sexə gəlmiş, bir neçə dəqiqə sonra polis əməkdaşı Kamal Aslanov hadisə yerinə gəlib onu idarə etdiyi avtomobillə Lənkəran RMX-na aparmışdır. Həmin vaxt orada Şahid1, sonuncunun adını bilmədiyi oğlu, birinci hadisədə isə Şahid2 olmuşdur. Həmçinin uzaqda tanımadığı şəxslər də olmuş, onların kimliyini bilmir. Aralarındakı mübahisə təxminən 30 dəqiqə, dalaşma hadisəsi isə təxminən 5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ünvanına söyüşlər söymüş, həmin söyüşlərlə cavab qaytarmışdır. Hadisə Təqsirləndirilən şəxs icazəsiz olaraq saxladığı Niva markalı avtomobilə oturub ona iradını bildirməyinə baxmayaraq avtomobildən düşməməsi səbəbindən baş vermişdir. Hazırda təqsirləndirlən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və iddia tələbi yoxdur. Odur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qanunamüvafiq qaydada köməklik edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onların heç biri ilə aralarında narazılıq və ziddiyyət olmamışdır. Lerik rayonunun Piran kəndində, Piran-Hamarat avtomobil yolunun başlanğıcında, yolun Hamarat kəndi istiqamətində sol tərəfində yerləşən avtomobil təmiri sexində usta işləyir. Sexinin yanında Piran kənd sakini Hüseynin və Zərərçəkmiş şəxs avtomobil təmiri sexləri vardır. 19 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs tanımadığı şəxsə məxsus Niva markalı avtomobili sürüb işləiyi sexin qarşısında saxlamışdır. Bir neçə müddət sonra Zərərçəkmiş şəxs öz sexinə getmiş, avtomobil isə orada qalmışdır. Bir neçə müddət sonra Təqsirləndirilən şəxs gəlib Niva markalı avtomobilin qabaq sərnişin oturacağında əyləşib telefonla qurdalanmağa başlamışdır. Ona əhəmiyyət verməmişdir. Bir neçə dəqiqə sonra Novruzəlini çay içməyə dəvət etmişdir. Novruzəli əllərini yuyub yanına gəlmiş, Təqsirləndirilən şəxs avtomobildən düşməsini bildirmişdir. Əliməhəmməd avtomobildən düşməyib Novruzəliyə “düşürə bilirsənsə, gəl düşür” demişdir. Novruzəli Əliməhəmmədin yanına gedib bir daha ona düşməsini bildirmiş, lakin Əliməhəmməd avtomobildən düşməmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və əlbəyaxa olmağa başlamışlar. Usta Hüseynlə onları ayırıb sakitləşdirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “danışmaq istəyirsənsə, gedib qıraqda danışaq” demişdir. Əliməhəmməd qabaqda, Novruzəli də onun arxasınca Lənkəran-Lerik avtomobil yolu istiqamətində getməyə başlamışlar. Hüseynlə birlikdə mağazaya doğru getməyə başlamışlar. Oradan yenidən sexə doğru gələrkən Əliməhəmməd və Novruzəlinin sexin qarşısında mübahisə etdiklərini görmüşdür. Onlar əlləri ilə bir ədəd dəmir mantrovka alətindən tutub dartışmışlar. Əliməhəmməd dartıb mantrovkanı Novruzəlinin əlindən çıxarıb alaraq yola tərəf getməyə başlamışdır. Novruzəli sexinə qayıdıb uzunluğu təxminən 1 metr olan kauçuk materialından olan su borusunu götürüb Əliməhəmmədin arxasınca getmişdir. Novruzəli arxadan qaçaraq Əliməhəmmədə çatmış və arxadan onun ayaq nahiyələrinə bir neçə zərbə vurmuşdur. Əliməhəmməd çevrilib əlində olan mantrovkanı Novruzəli istiqamətində atmış, mantrovka Novruzəlinin başına dəymiş, Əliməhəmməd oradan uzaqlaşmışdır. Novruzəli yerdə oturub bir neçə saniyə sonra isə özü qalxıb mantrovka və borunu yerdən götürüb sexinə gətirmişdir. Novruzəlinin başının ənsə nahiyəsindən qan axmış, su gətirib ona yardım göstərmişlər. Bir neçə dəqiqə sonra Lerik RPŞ-nin əməkdaşı Kamal Aslanov hadisə yerinə gəlmiş və Novruzəlini avtomobilinə mindirib Lənkəran RMX-na aparmışlar. Həmin vaxt ətrafda olan şəxslərə fikir verməmiş, lakin yaxınlıqda o və Hüseyn olmuşlar. Hüseyn ikinci hadisəni, yəni Əliməhəmmədin mantrovka ilə Novruzəlini vurmasını görməmişdir. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Novruzəli və Əliməhəmməd qarşılıqlı dalaşarkən bir-birilərinin ünvanına nalayiq söyüşlər söymüşlər. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Şahid2 ifadəsində göstərdi ki, Rəsmi sənəddə adının Eldar olmasına baxmayaraq kənddə onu Hüseyn adı ilə tanıyırlar. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onların heç biri ilə aralarında narazılıq və ziddiyyət olmamışdır. Lerik rayonunun Piran kəndində, Piran-Hamarat avtomobil yolunun başlanğıcında, yolun Hamarat kəndi istiqamətində sol tərəfində yerləşən avtomobil təmiri sexində usta kimi çalışır. Sexinin sol tərəfində həmkəndlisi Zərərçəkmiş şəxs və sağ tərəfində isə Şahid1 avtomobil təmiri sexləri vardır. 19 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Davradibi kənd sakini Bəhruz Musayevin idarə etdiyi Niva markalı avtomobili sürücüsünü bilmədiyi şəxs Şahid1 sexinin qarşısında saxlamış, bir neçə müddət sonra Təqsirləndirilən şəxs gəlib Niva markalı avtomobilin qabaq sərnişin oturacağında əyləşib telefonla qurdalanmağa başlamışdır. Bir neçə dəqiqə sonra Novruzəlini çay içməyə dəvət etmişlər. Novruzəli əllərini yuyub yanına gəlmiş, əlində səhv etmirsə əlində vintaçan olmuşdur. Yanından Təqsirləndirilən şəxs avtomobildən düşməsini bildirmiş, Əliməhəmməd Novruzəliyə “avtomobil sənin deyil, nə üçün düşməliyəm” demişdir. Bundan sonra Novruzəli Əliməhəmmədin üzərinə hücum edib ondan avtomobildən düşməsini tələb etmişdir. Novruzəli Əliməhəmmədin yaxasından tutub onu özünə doğru çəkmiş və onlar əlbəyaxa olmuşlar. Abbasla onları ayırıb sakitləşdirmişlər. Əliməhəmməd oradan çıxıb Lənkəran-Lerik avtomobil yoluna doğru getməyə başlamışdır. Mağazaya ehtiyat hissə götürmək üçün getmişdir. Mağazadan çıxdıqdan sonra Novruzəlinin sexin qarşısında oturduğunu, başından qan axdığını görmüşdür. Bu barədə soruşduqda ona Əliməhəmmədin Novruzəlini vurduğunu demişlər. Həmin hadisəni görməmiş, bir neçə dəqiqə sonra Lerik RPŞ-nin əməkdaşı Kamal Aslanov hadisə yerinə gəlmiş və Novruzəlini avtomobilinə mindirib Lənkəran RMX-na aparmışdır. Həmin vaxt ətrafda olan şəxslərə fikir verməmiş, lakin yaxınlıqda Şahid1 olmuşdur. İkinci hadisəni, yəni Əliməhəmmədin mantrovka ilə Novruzəlini vurmasını görməmişdir. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Novruzəli və Əliməhəmməd qarşılıqlı dalaşarkən bir-birilərinin ünvanına nalayiq söyüşlər söymüşlər. Novruzəli və Əliməhəmmədin münasibətləri yoxdur, bir-birilərini danışdırmırlar. Əliməhəmməd Şahid1 qarşısında olan avtomobildə oturduğundan, Novruzəlinin ona avtomobildən düşməsini istəməsinə baxmayaraq Əliməhəmmədin avtomobildən düşməməsi səbəbindən hadisə baş vermiş və qarşılıqlı dalaşmışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran rayonunun Şovu kəndində qeydiyyatda olmaqla orada yaşayır. Lerik rayonunun Piran kənd sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onların heç biri ilə aralarında narazılıq və ziddiyyət yoxdur. 19 fevral 2023-cü il tarixdə, saat 12 radələrində işlədiyi sexdən təxminən 150 metr aralıda yerləşən sanitar qovşağına getmiş, orada olduğu zaman Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs sexin qarşısında dalaşmışlar. Sexə qayıdarkən yolda Zərərçəkmiş şəxs başından qan axdığını görmüş, dərhal ona yaxınlaşdıqda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yolda Novruzəli ilə dalaşaraq əlində olan mantrovka ilə sonuncunun başına vuraraq sonuncuya xəsarət yetirmişdir. Həmin hadisəni görməmişdir. Qeyd olunan hadisəni görməmiş, həmin vaxt sanitar qovşağında olmuşdur. Cinayət işinə əlavə edilmiş Lənkəran MTE və PA şöbəsinin 27 fevral 2023-cü il tarixli, 20 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində baş beyin silkələnməsi, ənsə nahiyəsində əzilmiş yara, sol göz qapaqları-gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 8-9 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İstintaq zamanı xx.xx.2023-cü il tarixdə Lerik rayonunun Piran kəndində həmin kənd sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında 19 fevral 2023-cü il tarixdə, saat 12 radələrində baş vermiş dalaşma hadisəsini özündə əks etdirən 01 ədəd DVD-R markalı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Lerik rayonunun Piran kəndində, Piran-Hamarat avtomobil yolunun 1-ci km-də Təqsirləndirilən şəxs sağ əlində tutduğu alətlə üzü Lənkəran-Lerik avtomobil yoluna doğru piyada hərəkətdə olarkən Zərərçəkmiş şəxs arxa istiqamətdən qaçaraq ona doğru yaxınlaşması, Təqsirləndirilən şəxs arxaya dönüb Zərərçəkmiş şəxs gözləməsi, sonuncunun Təqsirləndirilən şəxs çatıb əlində olan alətlə ona zərbə vurması, bu zaman Təqsirləndirilən şəxs əlində olan alətlə Zərərçəkmiş şəxs zərbə vurması və sonuncunun yerə yıxılması, diskə baxış zamanı iştirak edən şahid Təqsirləndirilən şəxs həmin vaxt əlində dəmir ling (mantrovka), Zərərçəkmiş şəxs isə əlində kauçuk boru olduğunu bildirməsi müəyyən olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Lerik RİHB-nın Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. Lerik RİHB-nın Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qətimkan tədbirinin seçilməsi haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, 234.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 10 iyun 2023-cü il tarixdən hesablanmışdır. İş materillarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və iddia tələbi yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək məhkəmədə Zərərçəkmiş şəxs vurmaması, baş vermiş mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə sonuncu tərəfindən başlanması, zərərçəkmiş şəx ona xəsarət yetirməklə xuliqanlıq hərəkətlərinə yol verməsi kimi göstərdiyi xüsusatlar özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və onun digər iş üzrə barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Lerik RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd kauçuk su borusu və Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi bir ədəd dəmir ling (mantrovka) məhv edilməli, cinayət işi üzrə maddi sübut Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təqdim etdikləri hadisə yerinə baxış zamanı çəkilmiş videogörüntünü özlərində əks etdirən 02 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 354, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və onun digər iş üzrə barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut - Lerik RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd kauçuk su borusu və Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi bir ədəd dəmir ling (mantrovka) məhv edilsin. Cinayət işi üzrə maddi sübut - Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təqdim etdikləri hadisə yerinə baxış zamanı çəkilmiş videogörüntünü özlərində əks etdirən 02 ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-40/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-40/2023
08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver