Məhkəmə qərarları › İş №1(048)-40/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-40/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-40/2024 20.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 17:40 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1973-cü ildə Lerik rayonu Lerik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik şəhəri Ərdəbil küçəsi ev 25-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində“ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs, o, istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xeyli miqdarda 8.904 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, bu barədəəməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 23 mart 2024-cü il tarixdə, saat 14:10-da keçirilmişəməliyyat-axtarış tədbirləri zamanı sonuncu Lerik şəhərində yerləşən «Şah» çay evinin qarşısında piyada hərəkətdə olarkən saxlanılaraq Lerik RPŞ-nin inzibati binasına gətirilib üzərindəşəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibində 01 ədəd şəffaf sellofan bükümdə içərisində təmiz çəkisi 8.904 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik Lerik şəhəri, Ərdəbil küçəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər narkotik vasitədən istifadə etmiş, narkotik vasitə marixuananı tanıyır. Marixuanadan ara-bir tapıb istifadə edir. 2024-cü ilin mart ayının əvvəlində şəxs işi ilə əlaqədar Lənkəran şəhərinə getmiş, Lənkəran şəhərində olduğu zaman «Böyük Bazar» adlanan ərazidə adını və soyadını bilmədiyi, tanımadığı şəxsdən 40 manat verib sellofan kəsiyi içində marixuana kimi tanıdığı yaşıl rəngdə kütlə almış və cibinə qoymaqla üzərində gəzdirmişdir. 23 mart 2024-cü il tarixdə, saat 14 radələrində Lerik şəhərində yerləşən «Şah» çay evinin qarşısında piyada hərəkətdə olduğu zaman Lerik RPŞ-nin əməkdaşları ona yaxınlaşıb narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu demişlər və onlarla şöbəyə getməli olmasını tələb etmişlər. O polis əməkdaşların təklifinə əsasən onlarla birlikdə Lerik RPŞ-nin inzibati binasına gəlmişlər. Hüqüqlarının müdafiəsi üçün ona təqdim olunmuş vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı 2024-cü ilin mart ayının əvvəlində Lənkəran şəhərində tanımadığı şəxsdən aldığı və əynində olan gödəkcənin sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitəyə oxşar kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Lerik RPŞ-də şəxsi axtarışa məruz qaldığı zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada zorakı hərəkətlər edilməmişdir. O narkotik vasitəni yalnız özü istifadə etmək məqsədi ilə əldə etmiş, əldə etdiyi narkotik vasitədən hər hansı bir şəxsə heç vaxt satmamışdır. Narokotik vasitədən istifadə etməyini ailə üzvləri və onunla ünsiyyətdə olan şəxslər bilməmişlər. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən ilk dəfə cinayət əməli törətməsini, nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik rayon polis şöbəsində işləyir. Lerik şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla düşmənçilik və ziddiyyəti olmamışdır. 23 mart 2024-cü il tarixdə günün birinci yarısında Təqsirləndirilən şəxs Ədaldət oğlunun üzərində narkotik vasitələri gəzdirməsi və istifadə etməsi barədə ona mötəbər mənbədən məlumat daxil olmuş, bu məlumatı dərhal şöbə rəhbərliyinə məruzə edildikdən sonra tədbirin keçirilməsi üçün qəbul edilən qərar təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün şöbənin digər əməkdaşı Şahid1n ibarət qrup yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün tədbirlər həyata keçirtmişlər. 23 mart 2024-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Lerik şəhərində yerləşən «Şah» çay evinin qarşısında piyada hərəkətdə olarkən şübhəli şəxs qismində saxlayıb üzərində narukotik vasitə olması və daşıması ilə bağlı şübhəli olduğunu onlarla şöbəyə getməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Lerik RPŞ-nə gətirib üzərində şəxsi axtarışın aparılması üçün raportla şöbə rəhbərliyinə məlumat vermişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Haldun Məmmədliyə həvalə olunmuşdur. 23 mart 2024-cü il tarixdə saat 14:20-dən saat 14:48-ə dək olun müddətdə Haldun Məmmədlinin xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf etmiş və əynində olan qararəngli gödəkcəsinin sağ yan cibində 01 ədəd şəffaf sellofan bükümdə olan kütləni könüllü təqdim etmiş və həmin narkotik vasitəni özü istifadə etmək üçün Lənkəran şəhərində «Böyük Bazar»da tanımadığı şəxsdən 40 manata aldığını demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə qablaşdırılarq götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş 23 mart 2024-cü il tarixdə Lerik RPŞ-nin TQ-nun təhqiqatçısı tərəfindən tərtib olunmuş protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qararəngli gödəkcəsinin sağ yan cibində 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək müvafiq qaydada götürülmüş və qablaşdırılmışdır. Şəxsi axtarış videoçəkiliş ilə aparılaraq protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 24 mart 2024-cü il tarixli, 19/277 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi - 8.904 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X7 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 21 may 2024-cü il tarixli, 465 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhərinzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinəəlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məktubundan görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətində 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazasında” Təqsirləndirilən şəxs Rusiya Federasiyasında məhkum olunmasına dair hökmün Azərbaycan Respublikasında tanınması barədə məlumat qeydiyyatdan keçmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixdən 25 mart 2024-cü il tarixədək cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Lerik rayon məhkəməsinin 25 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 mart 2024-cü il tarixdə, saat 14:15-dən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Lerik rayon məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Lerik Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, 8,904 qram narkotik vasitə marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,804 qram marixuana maddi sübut qismində tanınaraq Lerik Rayon Polis şöbəsində saxlanılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki,həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun1.0.9-cu maddəsinəəsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalarıpozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsindəgöstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinəəsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminəəsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. CM-nin 10.1-ci maddəsinə görəəməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək, yəni 04 ay 28 gün müddətində həbsdə və ev dustaqlığında olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Ərdəbil küçəsi ev 25-də yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Sadıxov X6 şəhər X3 X7 yoxlamanın rəyinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,804 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 09 (doqquz) ay 26 (iyirmi altı) gün çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik şəhəri Ərdəbil küçəsi ev 25-də yerləşdiyi evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənənədək dəyişdirlməsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış 8.904 qram marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 8.804 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhvedilsin. Hökm elan olunduğu andan 20 gün müddətindəLerik Rayon Məhkəməsi vasitəsi iləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vəapelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar