Məhkəmə qərarları › İş №1(048)-41/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-41/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-41/2023 19.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 11:10 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X7, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxx 1987-ci ildə Lerik rayonun Hamarat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Lerik rayonun Hamarat kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, meşədə qanunsuz olaraq ağac kəsmək məqsədi ilə meşə qırma bileti və meşə buraxılış orderi olmadan 21 fevral 2023-cü il tarixdə, saat təxminən 11 radələrində əvvəllər X12 X1 meşəbəyliyinin 19b saylı meşə dolayısının Hamarat kəndinin yaxınlığında yerləşən meşə sahəsində meşə fonduna daxil olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2004-cü il tarixli, 145 saylı qərarına uyğun 40,40 manat məbləğində qiymətləndirilmiş, köküstə yaş halda, 16 sm diametrdə bir ədəd, 20 sm diametrdə bir ədəd, 32 sm diametrdə bir ədəd, cökə cinsindən 8 sm diametrdə üç ədəd, vələs cinsindən 20 sm diametrdə bir ədəd, 36 sm diametrdə bir ədəd, 60 sm diametrdə bir ədəd, 88 sm diametrdə bir ədəd ümumilikdə 11 ədəd, 9,57 kub metr həcmində növünə aid müxtəlif cinsli ağacları qanunsuz kəsib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarının 7-ci əlavəsinə uyğun olaraq ağacların qanunsuz kəsilməsinə görə hesablanmış 1611 manat cərimə pulu ilə birlikdə X12 Təsərrüfatı Mərkəzinin meşə fonduna ümumilikdə 1651,40 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Həmin vaxt xidməti vəzifəsinin icrası ilə bağlı, yəni 19b saylı meşə dolayısının mühafizəsini təmin etmək məqsədilə hadisə yerinə gələn meşə gözətçisi X11 ona qanunsuz olaraq ağac kəsdiyinə görə öz iradını bildirib, meşə sahəsini tərk etməsini tələb edib cinayət əməllərinin qarşısını alarkən, Təqsirləndirilən şəxs onun qanuni tələblərinə məhəl qoymadan qanunsuz hərəkətlərini davam etdirmiş, meşə gözətçisi Amil Babayevin ona cinayətkar niyyətini davam etdirməyə imkan verməyəcəyini görüb onun üzərinə hücum edərək sonuncunun əynində olan qara rəngli gödəkçəni cırmış, ünvanına nalayiq ifadələr işlədib Amil Babayevin alnına əlindəki balta ilə zərbə vurmuş, alın nahiyəsində sıyrıqla, qançırla nəticələnən, ümumilikdə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə ona xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmiş, qanunsuz ağac kəsməklə X13 xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 08 yanvar 2023-cü il tarixdə onun qızı vaxtından öncə dünyaya gəlmişdi, həmin uşağın həyatda qalması üçün o, uşağı 25 gün Bakı şəhərində xəstəxanaların birində küveytdə saxlatmışdır. Uşaq xəstəxanadan çıxdıqdan sonra onlar ailəvi yaşadıqları Lerik rayonunun Hamarat kəndinə evlərinə qayıtmışlar. Həkimlər xəstəxanada olan zaman uşağın yerinin isti olmasını onlara tapşırmışlar. Lerik rayonu, Hamarat kəndində təbii qaz və odun satışı məntəqəsi də yoxdur. Buna görə də o, 21 fevral 2023-cü il tarixdə yaşadıqları kəndin ətrafında olan meşə zolağından odun gətirmək üçün getmişdir. Onun məqsədi yeni dünyaya gəlmiş körpənin yerini isti etmək olmuşdur. O, meşədə ağacların budaqlarından kəsən zaman meşə gözətçisi Amil Babayev onun yanına yaxınlaşmış və topladığı odunları boşaltmağı tələb etmiş, həmçinin meşəni tərk edib getməyini ondan istəmişdir. O, Amil Babayevə yeni doğulmuş uşağının səhhətinin pis olmasını və isti şərait yaratmalı olduğunu bildirsə də Amil ona yaxşı cavablar verməmiş və təhqir etmişdir. O, Amil Babayevin sözünə əhəmiyyət verməmiş və uşağı xəstə olduğu üçün odunu evə aparmışdır. Meşəyə gedəndə odun gətirmək üçün bir baş at və bir baş eşşək aparmış və həmin heyvanları odunla yükləmişdi. Bu zaman o, özündən asılı olmayaraq əsəbləşib Amil Babayevi əli ilə itələmiş, sonuncu yerə yıxılmışdır, həmin zaman o, əsəbi olduğundan Amil Babayevə hücum çəkib gödəkçəsini cırmışdır, əlində olan baltanın sapı ilə sonuncunun alın nahiyəsinə zərbə vurmuşdur. Yüklədiyi odun yerə töküldüyündən o, atı yenidən yükləyib evə getmişdir. Həmin zaman ərazidə onlardan başqa adam olmamışdır. Bundan başqa o, həmin zaman əsəbi olmuş və Amil Babayevə odun doğramağına icazə vermədiyi üçün hücum etmiş və döymüşdür. O, mübahisə zamanı Amil Babayevi vurduğu baltanı mübahisədən təxmini olaraq 2-3 gün sonra istifadəyə yararsız olduğu üçün xatırlamadığı yerə atmışdır. Həmçinin bildirmişdir ki, onun kəsdiyi ağacların konkret olaraq hansı növə və ya hansı diametrə malik olması barədə dəqiq məlumatı yoxdur. Yaşadığı kənddə qaz olmaması və imkanının olmadığı üçün ordersiz meşəyə gedib ağac kəsmişdir. Hazırda etdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxslərlə barışmışdır. X13 vurulmuş ziyanın bir qismini ödəmişdir. Odur ki, ona yüngül cəza verilməsini xahiş edir. Belə ki, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, 2022-ci ilin aprel ayından hal-hazıra kimi X12 X1 meşəbəyliyinin 19b saylı dolayında meşə gözətçisi işləyir. Meşə gözətçisi kimi onun fəaliyyəti meşədə olan meşə sərvətlərini qorumaqdan ibarətdir. 21 fevral 2023-cü il tarixdə onun mühafizə etdiyi X12 X1 meşəbəyliyinin 19b saylı meşə dolayında, “Tanqasə” adlanan ərazinin aşağı hissəsində, çayın dibində Lerik rayonu, Hamarat kənd sakini Təqsirləndirilən şəxs balta ilə ağac kəsirdi. O, Təqsirləndirilən şəxs yaxınlaşıb ağac kəsməsini dayandırmağı və kəsdiyi ağacları yerində qoyub getməyini tələb etmiş lakin Lerik rayonu, Hamarat kənd sakini Təqsirləndirilən şəxs onun qanuni tələbinə riayyət etməmiş və əksinə onun ünvanına təhqir edərək, əlindəki balta ilə ona hücum çəkmişdir. Təqsirləndirilən şəxs ona hücum edib əynində olan gödəkçəni cıraraq yarasız hala gətirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs odun doğradığı balta ilə onun alın nahiyəsinə zərbə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs onu yumruqlamış və bu azmış kimi doğradığı odunların içindən budaq götürüb onu budaqla döymüşdür. O, Təqsirləndirilən şəxs əlindən qaçıb qurtulmuş, daha sonra Təqsirləndirilən şəxs kəsdiyi ağacları özü ilə gətirdiyi bir ədəd eşşəyə və bir ədəd ata yükləyib meşədən getmişdir. Bu baş verənlərdən dərhal sonra o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə zəng etmiş və baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Onun zəngindən sonra Lerik RPŞ-nin polis əməkdaşları onun yanına gəlmiş və izahatını almışlar. O, həmçinin Təqsirləndirilən şəxs kəsdiyi ağaclar haqqında X12 Təsərrüfatı Mərkəzinə yazılı məlumat vermiş və hadisədən bir neçə gün sonra mərkəzin əməkdaşları gəlib kəsilmiş ağacları aktlaşdırıb getmişlər. Hazırda təqsirləndirlən şəxslə barışmışdır.Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Odur ki, təqsirləndirlən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı iş üzrə zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X12 Təsərrüfatı Mərkəzinin hüquqşünası Nümayəndə ifadəsində göstərdi ki, xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə kimi X12 Təsərrüfatı Mərkəzində komputer mütəxəssis işləmişdir. Daha sonra xx.xx.2021-ci il tarixli əmr ilə həmin mərkəzin baş mütəxəssis hüquqşünası vəzifəsinə təyin edilmişdir. X12 Təsərrüfatı Mərkəzi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “meşə təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” xx.xx.2018-ci il tarixli 374/Ü saylı əmrinə əsasən Lerik, Lənkəran və Astara meşə mühafizəsi və bərpası müəssisələri, X12 Tingliyi Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılmışdır. Faktiki olaraq da həmin mərkəzin baş mütəxəssis hüquqşünası vəzifəsində işləyir. Baş mütəxəssis hüquqşünas kimi vəzifə borcu- X12 Təsərrüfatı Mərkəzinə daxil olmuş akt və prtokolların təlimata uyğun təqdim olunmasına nəzarət etmək, meşə qanunvericiliyinin pozulması faktları ilə bağlı qanunauyğun tədbirlər görülməsindən ötrü hüquq mühafizə orqanlarına rəsmi müraciətlər etmək, Mərkəzin hüquq və mənafelərini cinayət təqibi üzrə məhkəməyədək və məhkəmə icraatında təmsil etmək, meşə sahəsində mövcud qanunvercilik ilə bağlı Mərkəz əməkdaşları arasında maarifləndirici söhbətlər aparmaq və.s-dən ibarətdir. 21 fevral 2023-cü il tarixdə X12 X3 meşəbəyliyinin 19B saylı meşə dolayısında ağac kəsilməsi barədə meşə gözətçisi Amil Babayev tərəfindən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Lənkəran RMTM-nin əməkdaşlarının və meşə gözətçisi Amil Babayevin iştirakı ilə 24 fevral 2023-cü il tarixdə yerində araşdırma aparılmışdır. Araşdırma zamanı palıd cinsindən 12 sm diametrdə bir ədəd, 16 sm diametrdə bir ədəd, 20 sm diametrdə bir ədəd, 32 sm diametrdə bir ədəd, cökə cinsindən 8 sm diametrdə üç ədəd, vələs cinsindən 20 sm diametrdə bir ədəd, 36 sm diametrdə bir ədəd, 60 sm diametrdə bir ədəd, 88 sm diametrdə bir ədəd ümumilikdə 11 ədəd ağacların kəsilməsi aşkar edilmişdir. Ağacların həcmi 9,57 kubmetr olmaqla kök üstə satış miqdarı 40,40 manat təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 yanvar 2019cu il tarixli, 30 saylı qərarın 7-ci əlavəsinə əsasən hesablanmış ziyan 1611 manat təşkil edir. Həmin kəsilmiş ağacların dib kötükləri N-112 nömrəli xidməti damğa ilə damğalanmışdır. Ağacların kəsilməsi barədə 24 fevral 2023-cü il tarixli, 005893 nömrəli akt tərtib olunmuş və qanunamüvafiq tədbir görülməsi üçün X12 Təsərrüfatı Mərkəzinə təhvil verilmişdir.Təqsirləndirlən şəxs hazırda X13 vurulmuş ziyanın 300 manatını ödəmiş, qalan ziyan ödənilməmişdir.Odur ki, mülki iddianın ödənilməmiş hissəsinin yəni 1351.40 manatını tələb edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2018-ci il tarixdən hal-hazıra kimi X12 X1 meşəbəylinin 20a saylı meşə dolayının gözətçisi işləyir. Onun işi dolayın mühafizəsindən ibarətdir. 21 fevral 2023-cü il tarixdə X12 X3 meşəbəyliyinin 19b saylı meşə dolayısında ağac kəsilməsi barədə meşə gözətçisi Amil Babayev tərəfindən məlumat daxil olmuşdu. Həmin zaman o, meşəbəyi əmək məzuniyyətində olduğu üçün Razvandoband meşəbəyliyinin meşəbəyi vəzifəsini icra etmişdir. Həmin məlumat əsasında onun, X12 Təsərrüfatı Mərkəzinin meşələrin qorunub və mühafizəsi üzrə baş mühəndisi Şahid2 və meşə gözətçisi Amil Babayevin iştirakı ilə 24 fevral 2023-cü il tarixdə yerində araşdırma aparılmışdır. Araşdırma zamanı palıd cinsindən 12 sm diametrdə bir ədəd, 16 sm diametrdə bir ədəd, 20 sm diametrdə bir ədəd, 32 sm diametrdə bir ədəd, cökə cinsindən 8 sm diametrdə üç ədəd, vələs cinsindən 20 sm diametrdə bir ədəd, 36 sm diametrdə bir ədəd, 60 sm diametrdə bir ədəd, 88 sm diametrdə bir ədəd ümumilikdə 11 ədəd ağacların kəsilməsi aşkar edilmişdir. Ağacların həcmi 9,57 kubmetr olmaqla kök üstə satış miqdarı 40,40 manat təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7-ci əlavəsinə əsasən hesablanmış ziyan 1611 manat təşkil edir. Həmin kəsilmiş ağacların dib kötükləri Şahid2 məxsus olan N-112 nömrəli xidməti damğa ilə damğalanmışdır. Ağacların kəsilməsi barədə 24 fevral 2023-cü il tarixli, 005893 nömrəli akt Şahid2 tərəfindən tərtib olunmuş və qanunamüvafiq tədbir görülməsi üçün X12 Təsərrüfatı Mərkəzinə təhvil verilmişdir. Həmçinin bildirmişdir ki, həmin ağacları Lerik rayonu, Hamarat kənd sakini Təqsirləndirilən şəxs kəsmişdir, bu barədə məlumatı onlara 19b saylı meşə dolayının gözətçisi Amil Babayev vermişdir. X5i tələbinə mane olan Təqsirləndirilən şəxs balta ilə hücum çəkmiş və xəsarət yetirmişdir həmçinin Təqsirləndirilən şəxs Amil Babayevin əynində olan gödəkçəsini müqavimət göstərərək cırmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirlmiş Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1991-ci ildən DİO-da, 2011-ci ildən isə Lerik RPŞ-nin təhqiqat qrupunun baş təhqiqatçısı vəzifəsində işləyir. 21 fevral 2023-cü il tarixdə, saat 10-11 radələrində Lerik rayonu, Nısoadi kənd sakini X11 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə məlumat verərək Hamarat kənd sakini Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etməsi barədə məlumat vermişdi. O, həmin gün növbədə olmuş və daxil olan məlumat əsasında dərhal hadisə baş verən yerə getmişdir. Hadisə yerində olan zaman məlum olmuşdur ki, X4 Regional Meşə X1 meşəbəyliyinin 19b saylı dolayının gözətçisi işləyir və işləyən zaman Hamarat kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq meşəyə daxil olub, odun doğradığını görmüş və sonuncunun etdiyi əməlin qanunsuz olduğunu, meşəni tərk etməli olduğunu bildirmişdir. Lerik rayonu, Hamarat kənd sakini Təqsirləndirilən şəxs meşə gözətçisi olan Amil Babayevin haqlı tələbini icra etməmiş və üzərinə əlindəki balta ilə hücum çəkmişdir. Təqsirləndirilən şəxs mübahisə zamanı Amil Babayevi təhqir etmiş, döymüş və sonuncunun əynində olan qara rəngli gödəkçəni cırmışdır. O, Amil Babayevin ərizəsini hadisə yerində almış və daha sonra sonuncunun alın nahiyəsindəki xəsarəti müəyyən etmək üçün dərhal məhkəmə-tibbi ekspertizası təyin etmiş və ekspert sonuncunun alın nahiyəsində dərəcəsi təyin olunmayan qançırlar müəyyən etmiş və bunu təsdiq edən ekspert rəyi vermişdir. O, toplanmış materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsinin tərkib əlamətləri olduğu üçün araşdırma aparılması üçün aidiyyatı üzrə Lerik rayon prokurorluğuna göndərmişdir. Həmçinin bildirmişdir ki, həmin gün Hamarat kəndi ərazisinə əlavə “102” XZM məlumatı daxil olmamış və araşdırma aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik rayon polis şöbəsinin növbətçi hissənin sürücüsü işləyən Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Daster kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. xx.xx.2023-cü il təvəllüdlü bir azyaşlı övladı vardır. İş materiallarında olan zərərçəkmiş şəxs X7 ərizəsindən görünür ki, onun təqsirləndirlən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirlən şəxslə barışmışdır. Odur ki, təqsirləndirlən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi publik hüquqi şəxsinin 22 fevral 2023-cü il tarixli 18 saylı ekspert rəyindən görünür ki, X7 bədəni üzərində alın nahiyəsində sıyrıq aşkar edilmiş, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 17 mart 2023-cü il tarixli Amil Babayevin təqdim etdiyi diskə baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, diskdə olan video fayllara daxil olan zaman həmin videolarda X12 X1 meşəbəyliyinin 19B saylı dolayının gözətçisi X7 Lerik rayonu, Hamarat kənd sakini Təqsirləndirilən şəxs meşədə odun doğrayan zaman irad bildirməsi və Amil Babayevin iradından əsəbləşən Təqsirləndirilən şəxs ona hücum çəkməsi və onu təhqir etməsi aydın görünür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən rayon prokurorluğuna ünvanlanmış 29 mart 2023-cü il tarixli, 3-13-5-1/2-857/2023 saylı məktuba əlavə olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş sənədlərdə Təqsirləndirilən şəxs palıd cinsindən 12 sm diametrdə bir ədəd, 16 sm diametrdə bir ədəd, 20 sm diametrdə bir ədəd, 32 sm diametrdə bir ədəd, cökə cinsindən 8 sm diametrdə üç ədəd, vələs cinsindən 20 sm diametrdə bir ədəd, 36 sm diametrdə bir ədəd, 60 sm diametrdə bir ədəd, 88 sm diametrdə bir ədəd ümumilikdə 11 ədəd ağacların kəsilməsi nəticəsində X12 Təsərrüfatı Mərkəzinə 1651,40 (bir min altı yüz əlli bir manat, qırx qəpik) manat ziyan dəyməsi qeyd olunmuşdur. Cinayət işinə əlavə edilmiş 27 aprel 2023-cü il tarixli, 36 nömrəli hadisə yerinə və qanunsuz olaraq ağacların kəsildiyi yerə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs özü tərəfindən 11 ədəd ağacların kəsildiyini etiraf edir və X12 X1 meşəbəyliyinin 19B saylı meşə dolayının gözətçisi X8 döydüyünü və hadisə baş verən yeri göstərir, sonuncu Təqsirləndirilən şəxs sözlərini təsdiqləmişdir. Cinayət işinə əlavə edilmiş X12 Təsərrüfatı Mərkəzinin 28 aprel 2023-cü il tarixli, 3-14-27/4/2-125/2023 saylı məktubuna əlavə edilmiş 24 fevral 2023-cü il tarixli, 005893 nömrəli aktdan və həcm qiymət cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs 16 sm diametrdə bir ədəd, 20 sm diametrdə bir ədəd, 32 sm diametrdə bir ədəd, cökə cinsindən 8 sm diametrdə üç ədəd, vələs cinsindən 20 sm diametrdə bir ədəd, 36 sm diametrdə bir ədəd, 60 sm diametrdə bir ədəd, 88 sm diametrdə bir ədəd ümumilikdə 11 ədəd, 9,57 kub metr həcmində, 40,40 manat dəyərində kök üstə yaş ağacları qanunsuz kəsib cərimə qiyməti ilə birlikdə X13 1651,40 manat məbləğində ziyan vurmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsinin 10 may 2023-cü il tarixli, 19/501 nömrəli ekspert rəyində X12 X1 meşəbəyliyinin 19B saylı meşə dolayından 11 ədəd müxtəlif cinsli və diametrli olan ağacların qanunsuz kəsilməsi nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 30 saylı qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 1651,40 (bir min altı yüz əlli bir manat, qırx qəpik) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 7892 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, X13 300 (üç yüz) manat ziyan ödənilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 259.1 və 315-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.1 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.1 və 315-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də on həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12-ci cinayət nəticəsində dəymiş ziyanı qismən ödənilməsini CM-nin 59.1.14-cü, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm dəbaşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik rayonunun hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerlərini, yəni Lerik rayonu Hamarat kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı X12 Təsərrüfatı Mərkəzinin direktoru Amil Babayev tərəfindən imzalanmış mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs qarşı cinayət yolu ilə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddiaçı X12 Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, X13 vurulmuş vurulmuş 1351.40 (bir min üç yüz əlli bir manat) ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq X12 Təsərrüfatı Mərkəzinin fondunun hesabına köçürülməli, iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini, yəni Lerik rayonu Hamarat kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, X13 vurulmuş 1351.40 (bir min üç yüz əlli bir manat) ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq X12 Təsərrüfatı Mərkəzinin fondunun hesabına köçürülsün. Hökmün və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutun olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar