Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-41/2024 20.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 16:20 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlununsədrliyi, Məsləhətçi (məhkəməiclaskatibi) X12katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X15, Təqsirləndirilənşəxs- Təqsirləndirilən şəxs iştiraklarıilə, Lerik Rayon Məhkəməsinin binasında 12 dekabr 1978-ci ildə Lerik rayon Dico kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayon Dico kəndində qeydiyyatda olmaqla Lerik rayon Davradibi kəndində yaşayan, barəsində “ev dustaqlığı qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd Tula silah zavodunda istehsal olunmuş, TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsulla kəsilərək təyinatını itirmiş, atəş üçün yararlı, odlu yivsiz silah hesab olunan 16 kalibrli ov tüfənginin kəsiyini və zavod üsulu ilə istehsal olunmuş Kalaşnikov avtomatlarında, eləcə də RPK-74 əl puleyotlarında atəş açmaq üçün nəzərdə tutulmuş 5.45x39 mm kalibrli, atəşə yararlı döyüş sursatı hesab olunan 20 ədəd patronları əldə edib üzərində daşıyaraq Lerik rayonunun Davradibi kəndində yerləşən evində gizlətməklə saxlamış, bu barədə əməliyyat məlumatı almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən Lerik rayon məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarına əsasən 13 mart 2024-cü il tarixdə, saat 17:34-dən, saat 18:30-a dək olan müddətdə yaşadığı evində aparılmış axtarış zamanı, evin mənzilində 01 ədəd odlu yivsiz silah hesab olunan 16 kalibrli ov tüfənginin kəsiyi və döyüş sursatı hesab olunan 5,45x39 mm kalibrli 20 ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 71,733 qram çəkidə, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edib daşıyaraq Lerik rayonunun Davradibi kəndində yerləşən evində gizlətməklə saxlamış, bu barədə əməliyyat məlumatı almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən Lerik rayon məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarına əsasən 13 mart 2024-cü il tarixdə, saat 17:34-dən, saat 18:30-dək ola nmüddətdə yaşadığı evində aparılmış axtarış zamanı, evin mənzilində sellofan torbada 01 ədəd bükümdə təmiz çəkisi 71,733 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, heç vaxt narkotik vasitə istifadə etməmiş, eləcə də onda heç vaxt tüfəng və döyüş patronları olmamışdır. Həbs edilməyinə səbəb öz arvadının əmisi oğlunun Şahid3 ilə münasibəti olmuşdur. Belə ki, Şahid3 ilə öz istəyinə əsasən təxminən 3 ilə yaxın bir müddətdir ki, münasibəti vardır, Zəminənin öz təşəbbüsü ilə “Whatsapp” üzərindən onunla danışmış, 2023-cü ilin sentyabr ayında Zəminə “Whatsapp” üzərindən onunla görüntülü danışarkən həmin danışığı qeydə alaraq mobil telefonunun yaddaşında saxlamış, həmin görüntüləri sosial şəbəkədə yaymaq məqsədi olmamışdır. 2023-cü ilin sentyabr ayında Zəminə ilə “Whatsapp” üzərində danışarkən çəkilmiş video görüntü ona məlum olmayan səbəbdən 2024-cü ilin mart ayının əvvəlində bir neçə nəfərin əlinə düşmüş, əhali arasında yayılmışdır. Bu səbəbdən Zəminə və onun ailəsi ilə ədavəti yaranmışdır. Zəminə onun barəsində polis şöbəsinə şikayət etmiş və güya ki onu odlu silahla hədələmişəm. Lakin heç vaxt tüfəngi olmamış və heç kimi hədələməmişdir. Barəsində olan şikayət əsasında inzibati qaydada Lerik rayon məhkəməsinin 07 mart 2024-cüiltarixliqərarıilə 20 gün müddətə həbs olunmuşdur. 13 mart 2024-cü il tarixdə polis şöbəsində olarkən polislər ona hədə qorxu gəlib qabaqcadan onların dediklərini demək şərti ilə evində tüfəng, döyüş patronları və narkotik vasitə olan marixuana olduğunu deməyini və əyani olaraq göstərməyini tələb etmişlər. O qorxaraq polislərin dedikləri ilə razılaşmış və 13 mart 2024cü il tarixdə məhkəmənin qərarı ilə onun evində axtarış aparılmışdır. Polislərin qabaqcadan onun evinə qoyduqları tüfəng, döyüş patronları və marixuananın yerini ona təqdim edilmiş vəkilin iştirakı ilə əyani olaraq göstərmişdir. Heç vaxt narkotik vasitələrin alışı və satışı ilə məşğul olmamışdır. Yuxarıda dediklərini nəzərə alıb məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik rayonunun Davradibi kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir formada ziddiyyəti olmamışdır. 13 mart 2024-cü il tarixdə, günün ikinci yarısında şöbə rəhbərliyi ona «Təqsirləndirilən şəxs öz evində avtomat silahı və ov tüfəngi saxlaması barədə şöbəyə məluat daxil olmuşdur. Həmin məlumata əsasən Təqsirləndirilən şəxs evində axtarış aparılması üçün Lerik rayon məhkəməsindən müvafiq qərar alınmışdır. Hazırda inzibati qaydada həbs olunmuş Təqsirləndirilən şəxs evində axtarış aparmaq üçün onu evinə aparırlar siz axtarış qrupunun tərkibində Təqsirləndirilən şəxs evinə gedin» demiş, ona verilən tapşırığa əsasən inzibati qayda həbs olunmuş və Lerik RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə günortadan sonra Davradibi kəndində yerləşən yaşadığı evinə aparmış, Təqsirləndirilən şəxs özü səmimi etiraf edib evində narkotik vasitə, lüləsi kəsik ov tüfəngi və avtomat patronları olmasını bildirmiş, özü təqdim edəcəyini demiş, Nizami Xzıdiyev özü şəxsən evin qapı kilildini açaraq evə daxil olmuş, evin otağında olan çarpayının altından qaramtıl rəngdə çamadan çıxardaraq təqdim etmiş və bildirmişdir ki, lüləsi kəsik tüfəng, avtomat silahının patronları və narukotik vsitə həmin çamadandadır. Çamadana baxış keçirilmiş, çamadanın içində olan əşyaların arasında sellofan torbada 01 ədəd lüləsi və qundağı kəsik qoşa lülə 16 kalibrli ov tüfəngi, 20 ədəd avtomat silahında istifadə olunan patronlar və narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Bundan əlavə evin digər sahələrində və həyətyanı tikililərdə cinayət xarakterli əşya və alət aşkar olunmamışdır. Əlavə olaraq göstərmişdir ki, o və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki güc tətbiq ediləmiş və hədə - qorxu gəlinməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Lerik RPŞ-nin MSY-nin növbətçi polis nəfəri X22 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Cinayət işinin materiallarında olan Şahid3 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Lerik rayonunun Qələbin kəndində ailəsi ilə birlikdə yaşamışdır. 21 aprel 2-24-cü il tarixdə Bakı şəhəri Şüvəlan qəsəbəsinə köçmüş və orada yaşayır, Sahil əridir, 5 uşağı vardır, Təqsirləndirilən şəxs Sahilin əməsi qızının əridir, qohumluq münsibətləri yaxşı olmuşdur. Nizami əvvəllər qonaq kimi evlərinə gəlmiş, Nizaminin ona qarşı əxlaqsız hərəkət etməsini hiss etməmişdir. 2023cü ilin may ayının əvvəlində təsərrüfatında saxladığı qaramalları Qələbin kəndinin örüş sahəsinə apararkən Təqsirləndirilən şəxslə rastlaşmış, sonuncu onunla salamlaşdıqdan sonra ona yaxınlaşaraq ənynindəki gödəkçəsininin sol qoltuq altında gizlətdiyi qundağı olmayan kəsilmiş vəziyyətə qoşalülə tüfəngi ona göstərmiş, Nizamidən ondan nə istədiyini soruşmuş sonuncu telefon vasitəsi ilə onunla əlaqə yaratdığını demiş, əks halda ona və ailəsinə pislik edəcəyini demiş, hədələridən qorxaraq telefon vasitəsi ilə Nizami ilə əlaqə yaratmış, telefon danışığı zamanı Nizami ondan orqanlarını göstərməsini tələb etmiş və hələdədiyinə görə orqanlarını ona göstərmiş, Nizami onun görüntülərini yaymışdır. Nizamidə qundağı olmayan tüfəng görmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiçəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. Məlum hadisədən sonra o, uşaqları da götürüb atasının evinə getmişdir. Evləri məftillə hasarlanmış, həyətə girişdə darvaza vardır. Həyətdə yaşadıqları ev və yanında isə yarım tikili vardır. Həmin tikilinin qapısı olsa da məftillə bağlanmışdır. Onlar evdə olmadığı müddətdə kimsənin onların yaşadıqları evə daxil olmaları çox rahatdır. Əri ilə yaşadığı müddətdə əri heç vaxt narkotik vasitə istifadə etməmişdir. Evlərində heç vaxt tüfəng və patronlar olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiçəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Qardaşı inzibati qaydada həbs edildikdən sonra qardaşının arvadı uşaqları da götürüb ata evinə getmişdir. Faktiki olaraq qardaının evinə o nəzarət etmişdir. Evin açarı da onda olmuşdur. 13 mart 2024-cü il tarixdə polis şöbəsindən ona zəng gəlmiş və Nizaminin evinin açarının onda olub-olmaması soruşulmuş, o da açarın onda olduğunu demişdir. Polis əməkdaşı ona açarı da götürüb Nizaminin evinə gəlməyini demişdir. O da qardaşı Etibarı götürüb yola çıxmışlar. Nizaminin evinə çatmış, polis avtomillərinin yolla hərəkət etdiyini görmüşlər. Nizaminin evinə çatıb açarı polis əməkdaşına vermişlər. Həmin vaxt orada xeyli sayda polislər, qardaşı Nizami və vəkil olmuşdur. Onu və qardaşını içəri daxil olmağa qoymamışlar. Bir az keçmiş polisin əlində Nizaminin evindən aşkar edilən tüfəng və digər əşyalarla çıxdığını görmüşdür. O, qardaşına yaxınlaşıb məsələni aydınlaşdırmaq istəyəndə qardaşı əli ilə ona onluq olmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiçəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 da qardaşı Mübariz Xıdıyevin ifadəsinə oxşar ifadə vermişdir. İşdə olan Təqsirləndirilən şəxs yaşadığı evində və həyətyanı tikililərdə 13 mart 2024-cü il tarixdə axtarış və götürmə aparılması zamanı aparılan video çəkilişi özündə əks etdirən 01 ədəd DVD-R markalı diskə baxış keçirmilmişdir. Diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, -Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadğı evin otağında quraşdırılmış üzərində yorğan-döşək olan çarpayının altından 01 ədəd qarayaçalar rəngdə çamadanı çıxardaraq açır və təqdim edir. Həmin çamadanın içinə baxış keçirilir. Çamadanın içində 01 ədəd sellofan torbanın içində 01 ədəd qoşalülə tüfəng kəsiyi, avtomat silahında istifadə olunması üçün nəzərdə tutulmuş 20 ədəd patron və sellofan kəsiyində yaşıl rəngdə qurudulmuş formada narkotik vasitəyə oxşar kütlə aşkar olunur və qablaşdırılaraq götürülür. Evin digər otaqlarında və tikililərdə narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli əşya və alət aşkar olunmur. Təqsirləndirilən şəxs aşkar olunanların ona məxsus olduğunu danışıq zamanı bir daha təsdiq edir. İşdə olan Lerik rayonunun Qələbin kənd sakini X7 09 mart 2024-cü il tarixdə ərizə ilə Lerik RPŞ-nə müraciət edib izahatında bildirmişdir ki, Xıdiyev X1 örüş sahəsində bacısı Şahid3 qarşısını kəsərək onunla əlaqə saxlamasını təklif etmiş, əks halda onu öldürəcəyi ilə hədələmiş, Təqsirləndirilən şəxs evində avtomat silahı və tüfəng saxlayır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertiza mərkəzinin X11 14 mart 2024-cü il tarixli, 19/257 saylı rəyindən görünür ki, X5 evində aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 71,733 qram olan bitki mənşəli kütlələr tərkibində nqarkotikmaddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardar. Qeyd: marixuananın ümumi təmiz çəkisi 71,733 qram, cəmi tədqiqata sərf olundu-0,1 qr qalıq 71,633 qram. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X4 X20 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 28 mart 2024-cü il tarixli, 292 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 mart 2024-cü il tarixli, 24/576 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, çaxmağlı, hamar qoşalüləlim ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulla kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 20 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuşdur, Kalaşnikov avtomatında vəç RPK74 əl puolemyotlarında atəş açmaq üçün nəzərdə uttulmuş 5,45x39 mm kalibrli döyüş sursatıdır və atəş üçün yararlıdır. Qeyd: Tədqiqata təqdim edilmiş 20 ədəd 5.45x39 mm kalibrli patronlardan 03 ədəd eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Lerik Rayon İcra Hakimiyyəti Başçısının Tikəband kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Vətən Müharibəsi şəhidi X2 Nizami Cəbrayıl oğlunun qohumudur (Təqsirləndirilən şəxs anasının əmisi oğludur). İşdə olan Lerik Rayon İcra Hakimiyyəti Başçısının Tikəband kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Emin və xx.xx.2013-cü il təvəllüdlü Sara adlı iki azyaşlı uşağı vardır. İşdə olan Lerik Rayon İcra Hakimiyyəti Başçısının Tikəband kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsəbət xarakterizə olunur. Cinayət işində olan materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.2-ci maddəsi ilə məhkəməyədək icraat zamanı 27 mart 2024-cü il tarixdən təqsirləndirlən şəxs qismində cəlb edilmiş və Lerik rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 mart 2024-cü il tarixdən saat 16:15-dən hesablanmışdır. Maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə 71,733 qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi rəngdə kağız paket də qablaşdırılmış 71,633 qram qurudulmuş marixuana, 01 ədəd 16 kalibrli tüfəng kəsiyi və ekspertiza tədqiqatından sonra qalıq qalmış, döyüş sursatı hesab olunan 17 ədəd patronlar 29 mart 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-ni nəşyaları saxlama kamerasına təhvil verilmişdir. Belə ki, CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndində göstərilmişdir ki, döyüş sursatı— müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 №-li qərarının 4-cü bəndində qeyd olunmuşdur ki,Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən CM-in 234.2ci maddəsinə əsasən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətdən şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ittihamı irəli sürmüşdür. Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız sonuncunun Lerik rayonunun Davradibi kəndində yerləşən yaşadığı evində aparılmış axtarış zamanı, evin mənzilin də sellofan torbada 01 ədəd bükümdə təmiz çəkisi 71,733 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə hələ cinayət təqibinin başlanğıcında Təqsirləndirilən şəxs niyyətinin satış məqsədi olmaması ilə bağlı nəticəyə gəlib onun barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə əməliyyat tapşırığı, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə Nizami Xıdıyev üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər X22 və Şahid1 məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatın daxil olmadığını, sonuncu barədə yalnız narkotik vasitələrin istifadə etməsi barədə məlumatları olduqlarını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 71,733 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitələr, psixotrop maddələr qəbul edən Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, 13 mart 2024-cü ildə aparılan axtarış zamanı Təqsirləndirilən şəxs Lerik rayonunun Davradibi kəndində yerləşən yaşadığı evində, evin mənzilində sellofan torbada 01 ədəd bükümdə təmiz çəkisi 71,733 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə vasitələri satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Göstərilənləri, nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 01 ədəd bükümdə təmiz çəkisi 71,733 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlamaqda məqsədinin məhz “satış” olması kifayət qədər ağlabatan və inandırıcı deyildir. Qeyd olunanlara əsasən məhkəmə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razılığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri ehtimal üzərində qurmaq olmaz. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində azyaşlı uşağının olmasını, CM-nın 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirən üzvü olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Vətən Müharibəsi şəhidi polkovnikleytenant X6 qohumu olmasını, Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən onuncəzasını yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm dəbaşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə 27 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-c imaddələri ilə təqsirləndirilən şəxs qismində cəlbedilmiş və Lerik rayon məhkəməsinin eyni tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmaq 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Lerik rayon məhkəməsinin 01 may 2024-cüiltarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 mart 2024-cü il tarixli qərarla seçilmiş həbs qətimkan tədbiri alternvativ olaraq ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirlərək barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs götürülərək maddi sübut kimi tanınmış ümumilikdə 71,733 qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi rəngdə kağız paketdə qablaşdırılmış 71,633 qram qurudulmuş marixuana məhv edilməli, cinayət işi üzrə maddi sübut olan- Lerik RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd 16 kalibrli tüfəng kəsiyi və döyüşsursatı hesab olunan 17 ədəd patronlar CM-nin 99-1.1.1-ci maddəsinə əsasən müsadirə edilməli və DİN-in Təchizat İdarəsinin silah anbarına təhvil verilməli, iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 354, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun əməli həmin Məcəllənin 228.1 və 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələri təqsirli bilinib, CM-nin 228.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsqəti olaraq 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu müddət həbs müddətinə daxil edilməklə cəzasının əvvəli 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirlərək barəsində həbs qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalından dərhal həbsə alınsın. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan Lerik RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülərək maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi rəngdə kağız paketdə qablaşdırılmış 71,633 qram qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan- Lerik RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd 16 kalibrli tüfəng kəsiyi və döyüş sursatı hesab olunan 17 ədəd patronlar müsadirə edilsin və DİN-in Təchizat İdarəsinin silah anbarına təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin matreallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-41/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-41/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver