Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-43/2023 04.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 10:30 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1996-cı ildə Lerik rayonunun Davradibi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Lerik rayonunun Davradibi kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, vahid cinayətkar niyyət və məqsədlə əlində meşə buraxılış orderi və ağacların kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan 2022-ci ilin dekabr ayının ortalarında X8 X6 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 18a saylı meşə dolayısının ərazisində, yaşadığı evin yaxınlığındakı meşə sahəsində odunluq növünə aid Qoz cinsindən 01 ədəd 68 sm d-də və Fısdıq cinsindən 01 ədəd 36 sm d-də, daha sonra isə hərəkətlərini davam etdirərək 2023-cü ilin yanvar ayının ortalarında Palıd cinsindən 01 ədəd 40/32 sm d-də, Vələs cinsindən 02 ədəd 40/32 sm d-də, 01 ədəd 60/48 sm d-də, Qızılağac cinsindən 01 ədəd 28 sm d-də, 02 ədəd 40/32 sm d-də, yarımişlik növünə aid 01ədəd 48/40 sm d-də, 01 ədəd 56/44 sm d-də və işlik növünə aid 01 ədəd 60/48 sm ddə, cəimi 12 ədəd, 18,51 kub metr həcmində kök üstə yaş halda ağacları özündə olan matorlu mişarla qanunsuz kəsərək doğrayıb meşə sahəsində atla daşıyıb aparmaqla Dövlət meşə fonduna ümumilikdə 2113,67 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,o, Lerik rayonunun Davradibi kəndində yaşamaqla heç yerdə işləmir, aliəsini dolandırmaq üçün qazanc əldə etmək məqsədilə müxtəlif işlərlə məşğul olur. Yaşadığı evin yaxınlığında 2022-ci ilin dekabr ayının əvvəlində 01 dəd yıxılmış qoz ağacını kökdən matorlu mişarla ayırıb doğramış, bundan əlavə 01 ədəd xırda diametrdə fısdıq cinsindən ağacı kəsib doğrayıb evinə aparıb odun kimi istifadə etmiş, daha sonra 2023-cü ilin yanvar ayının ortalarında meşə gözətçisi Şahid1 zəng edib «sən mənə demişdin, Penəməzə tərəfdə ağac kəsərsən, mən indi gedirəm həmin yerə ağac kəsməyə, Rəfail mənə dedi ki, get narahat olma», bundan sonra Hücü kəndinə yaxın sahəyə gedərək orada təxminən 6-7 ədəd xırda diametrdə qızılağac cinsindən ağacları matorlu mişarı ilə kəsib doğrayaraq atına yüklədiyi zaman Rəfail yanına gəlib ona «Elvin sənin ağac kəsməyin kimsə idarəyə deyib, mən məcburi idarəyə məlumat verməliyəm, ona sən mənə icazə vermisən mən kəsmişəm» deyərək onunla mübahisə etmiş, Rəfail telefonu açıb video çəkməyə başlamış, buna görə də onun haqqında müəssisəyə məlumat yazmışdır. Ağacları qanunsuz kəsdiyinə görə peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Hazırda ziyandan 100 manat ödəniş etmişdir. Ona köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, mütəxəssis rəyi, cinayət işində olan digər istintaq sənədləri, məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəm iclası zamanı ifadəsində göstərdi ki, Lənkəran şəhərində yaşamaqla Lənkəran X7 Mərkəzində baş mütəxəssis-hüquqşunas vəzifəsində işləyir. Lerik rayonunun Davradibi kənd sakinləri Təqsirləndirilən şəxs tanıyır düşmənçilik və ziddiyyəti olmamışdır. Təqsirləndirilən şəxs X8 X6 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 18a saylı meşə dolaysının ərazisində qanunsuz ağac kəsməsi barədə 06 fevral 2023-cü il tarixdə mərkəzin əməkdaşları tərəfindən tərtib olunmuş akt üzrə müvafiq araşdırma aparıb Dövlət Meşə fonduna vurulmuş ziyanın məbləği müəyyən olunaraq toplanmış material üzrə Azərbaycan Reçspublikası CM-nin 259-cu maddəsinin tərkibi yarandığına görə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İlkin araşdırma zamanı məlum olmuşdur ki, həmin ağacları Lerik rayonunun Davradibi kənd sakini Təqsirləndirilən şəxs qanunsuz kəsmişdir. Ağacların qanunsuz kəsilməsinə görə Dövlət meşə fonduna vurulmuş ziyanı ondan tələb edir. Bununla bağlı tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik rayonunun Zəriküməco kəndində yaşayır, 16 iyun 2022-ci tarixdən 10 fevral 2023-cü il tarixinədək Lənkəran X7 mərkəzinin Vizəzəmin meşəbəyliyinin 18 A saylı meşə dolayısının gözətçisi işləmişdir. Mühafizə etdiyi meşə doldayısı Lerik rayonunun Piran, Zəriküməco, Davradibi, Dico, Qələbin və Hücü kəndlərinin əhatəsində yerləşir. X1 Mərkəzinə yeni təyin olunmuş direktorun təhvil-qəbulu ilə əlaqədar mühafizə etdiyi 18 a saylı meşə dolayısında 13 dekabr 2022-ci il tarixdə aparılmış yoxlamada Piran, Davradibi və Dico kəndlərinin ərazisindən keçən Piran-Veri yolunun kənarında ayrı-ayrı yerlərdə 13 ədəd müxtəlif cins və diametrdə ağacların qanunsuz kəsilib doğranılaraq aparılması, 14 dekabr 2022-ci il tarixdə aparılmış yoxlamada Davradibi kəndindən Qələbin kəndinə gedən yolun kənarında 01 ədəd qızılağac cinsindən işlik ağacın qanunsuz kəsilərək aparılması, 17 dekabr 2022-ci il tarixdə aparılmış yoxlama zamanı Davradibi kəndinin yaxınlığında, «Şəm» kafesinin yerləşdiyi ərazidə 4 ədəd müxtəlif cins və dimametrdə ağacların qanunsuz kəsilərək aparılmasını və 27 dekabr 2022-ci il tarixdə aparılmış yoxlama zamanı meşə sahəsinin Piran-Davradibi yolunun sol kənarında, körpüyə çatmamış, «Şəm» kafesinin yerləşdiyi ərazidə 9 ədəd göyrüc, vələs və yalanqoz cinsindən ağacların kəsilib doğranılaraq aparılmasını aşkar etmişlər. Mühafizə etdiyi meşə sahəsində 06, 13, 14, 17 və 27 dekabr 2022-ci il tarixlərdə aparılmış yoxlamalar zamanı qanunsuz kəsilməsi aşkar olunmuş 32 ədəd müxtəlif cins və diametrdə ağaclardan 2 ədədini Təqsirləndirilən şəxs, 01 ədədini Ruslan Süleymanov kəsmiş, digər ağacların kimlər tərəfindən kəsildiyini bilmir və görməmişdir. Həmçinin16 dekabr 2022-ci il tarixdə Davradibi kəndinin ərazisində meşəni gəzdiyi zaman həmin kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında 01 ədəd 68 sm d-də qoz və 01 ədəd 36 sm d-də fısdıq cinsindən ağacları qanunsuz kəsib yerində saxlamasını görmüş, Elvini dəhal çağırıb ağacları nə üçün kəsdiyini soruşmuş, Elvin ona «mən nə etməliyəm acından ölürəm ona görə kəsmişəm» demiş, daha sonra həmin ərazidə Ruslan Süleymanovun yaşadğı evin yaxınlığında yerdən çıxmış iki budaqlı vələs ağacındən olan ağacın bir budağının kəsildiyini görmüş, həmin gün Ruslanı tapıb danışa bilməmiş, lakin ağacların kəsilməsi barədə dərhal meşəbəyi Şahid4 telefon vasitəsi ilə məlumat vermiş, Şahid4 ona «Məhrəmə de» bildirmiş, bundan sonra Məhrəm Cəfərova demiş, sonuncu «sən məlumat yaz hazırla, Elşad gəlib baxıb damğa vuracaq, məlumatı da ona verərsən» demiş, 17 dekabr 2022-ci il tarixdə Şahid2 18 a saylı dolayıya yoxlama aparmaq üçün gəlmiş, həmin 3 ədəd ağacların dib kötüklərinə baxmış, ağacxları kəsən şəxsləri ona deyərək məlumatı təqdim etmiş, Şahid2 məlumatı ondan qəbul etməyərək ümumi akta qeyd edəcəyini bildirmiş, bundan əlavə 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 18 a saylı dolayıda yaşadığı evin yaxınlığında 15 ədəd müxtəlif cins və diametrdə ağacları kəsib doğrayıb atla evinə daşıdığı zaman yaxalamış və barəsində müəssisəyə məlumat vermiş, həmin ağaclara Məhrəm Cəfərov baxış keçirib və akt tərtib olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Astara rayonunun Pensər kəndində yaşamaqla Lənkəran X7 Mərkəzində meşə mühafizə işi üzrə direktor müavini vəzifəsində işləyir. 06 dekabr 2022-ci il tarixdə Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyin 18a saylı meşə dolayısının Lənkəran-Lerik yolunun 26-cı km-də yerləşən «Xəzər» istirahət mərkəzinin yerləşdiyi ərazidə ağacların qanunsuz kəsilməsi barədə mərkəzə daxil olmuş məlumatı yerində yoxlamaq üçün həmin əraziyə müəssisənin əməkdaşı Şahid3lə yola düşmüş, Vizəzəmin meşəbəyliyin 18 a saylı dolayısının Lənkəran- Lerik yoluna, «Xəzər» istirahət mərkəzinin yerləşdiyi əraziyə gəlmiş, Lerik çayının su axarı istiqamətində sağ tərfdə olan meşə sahəsində aprardığı yoxlama zamanı 01 ədəd 64 sm və 01 ədəd 72 sm d-də ağcaqayın cinsindən işlik növünə aid ağacların son 2-3 gün ərzində qanunsuz kəsilməsini, əsasən işlik hissələrinin, yəni gövdələrin bir hisəsinin şpal, digər hisələrin isə kötük formasına salınaraq daşınıb aparılmasını müəyyən etmiş, bundan sonra meşə gözətçisi Şahid1la telefon vasitəsi ilə əlaqə saxlamış, Rəfail həmin yerə gəlmiş, qanunsuz kəsilmiş ağacların dib kötüklərini ona göstərərək kim tərəfindən kəsilməsini soruşmuş, Rəfail bildirmişdir ki, ağacları kəsəni görməmiş və bilmir oğurlandığını demiş, ağacların dib kötüklərinə istifadəsində olan 052 nömrəli damğanı vurub akt tərtib etmiş, ziyan hesablayıb cədvəli aktə əlavə etmiş, bundan əlavə Lənkəran X7 Mərkəzinə yeni təyin olunmuş direktorun təhvil-qəbulu ilə əlaqədar Vizəzəmin meşəbəyliyin 18 a saylı meşə dolayısında yoxlamanın aparılması müvafiq əmrlə ona həvalə olunmuşdur. Yoxlamanın aparılmasına dair təsdiq ounmuş əmrə əsasən müəssisənin əməkdaşı Şahid3lə birlikdə meşəbəyi və meşə gözətçisinin iştirakları ilə 17 dekabr 2022-ci il tarixdə aparılmış yoxlama zamanı Davradibi kəndinin yaxınlığında, «Şəm» kafesinin yerləşdiyi ərazidə odunluq növünə aid Vələs cinsindən 01 ədəd, Fısdıq cinsindən 03 ədəd ağacların kəsilərək doğranılıb aparılmasını, daha sonra isə Davradibi kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi ərazidə meşə sahəsində Qoz cinsindən 01 ədəd, Fısdıq cinsindən 01 ədəd, Vələs cinsindən ağacın 01 ədəd budağının kəsildiyini və yerindən saxlanıldığını aşkar etmiş, Şahid1 həmin qoz və fısdıq ağaclarını Təqsirləndirilən şəxs, vələs ağacın budağını isə Ruslan adlı şəxslər tərəfindən kəsməsini, Rəfaildən hansı səbəbdən bununla bağlı vaxtında məlumat vermədiyini soruşmuş, Rəfail məlumatı şifahi meşəbəyi Şahid4 verdiyini demiş, hətta ona həmin şəxslərin adını akta əlavə etməsini bildirmiş, Rəfailə rəsmi məlumat yazıb müəssisəyə təqdim etdikdən sonra akta əlavə edəcəyini demiş, Rəfail bununla bağlı rəsmi məlumat yazmadığına görə həmin şəxslərin adını aktda qeyd etməmişdir. Həmin ağacların kəsilmə müddəti son iki aya, yəni 2022-ci ilin oktyabr-noyabr aylarına uyğun gəlir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Cinayət işinin materiallarında olan Şahid4 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o,Lerik rayonunun Qələbin kəndində yaşayır. 20 iyun 2022-ci il tarixdə Lənkəran X7 mərkəzinin yeni yaradılmış Vizəzəmin meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin olunmuşdur. Vizəzəmin meşəbəyliyi 2022-ci ilin iyun ayının əvvəlində Razvandaband meşəbəyliyindən ayrılmışdır. Vizəzəmin meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin olunduqdan sonra Razıvanbadand meşəbəyliyindən ayrılmış sahələrdə təhvil-qəbul yoxlaması aparılaraq mühafizə üçün ona təhkim olunmuşdur. Səhəti ilə bağlı meşəbəyi vəzifəsini icra edə bilmədiyinə görə işdən azad olunması üçün 06 fevral 2023-cü il tarixdə müəssisəyə ərizə ilə müraciət etmiş və 13 fevral 2023-cü il tarixli əmrlə Vizəzəmin meşəbəyliyinin meşəbəyisi vəzifəsində azad olunmuşdur. Vizəzəmin meşəbəyliyin 18a saylı meşə dolayısının gözətçisi Şahid1 işləmişdir. 18 a saylı meşə doldayısı Lerik rayonunun Piran, Zəriküməco, Davradibi, Dico, Qələbin və Hücü kəndlərinin əhatəsində yerləşir. Lənkəran X7 mərkəzinə yeni direktor təyin olunduqdan sonra Vizəzəmin meşəbəyliyin 18 a saylı meşə dolayısında təhvil qəbul yoxlaması 2022-ci ilin dekabr ayından başlanmış, hava şəraitinə görə həmin yoxlamanı vaxtındın keçirmək mümkün olmamışdır. Yoxlamanı mərkəzin əməkdaşldarı Şahid2 və Şahid3 aparmışlar. Həmin yoxlamaya dair 27 dekabr 2022-ci il tarixdə tərtib olunmuş aktla tanış olub imza etmiş, lakin yoxlamada iştirak etməmişdir. Aktla tanış olarkən ona məlum olmuşdur ki, 17 dekabr 2022-ci il tarixdə aparılmış yoxlama zamanı Davradibi kəndinin yaxınlığında, «Şəm» kafesinin yerləşdiyi ərazidə odunluq növünə aid Vələs cinsindən 01 ədəd 36 sm d-də, Fısdıq cinsindən 01 ədəd 28 sm d-də, 01 ədəd 36 sim d-də, 01 ədəd 40 sm d-də ağacların kəsilərək doğranılıb aparılması, daha sonra isə Davradibi kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi ərazidə meşə sahəsində Qoz cinsindən 01 ədəd 68 sm d-də, Fısdıq cinsindən 01 ədəd 36 sm d-də, Vələs cinsindən ağacın 56 sm ddə 01 ədəd budağının kəsildiyi və yerindən saxlanıldığı aşkar olunmuşdur. 2022-ci ilin dekabr ayının əvvəlində Şahid1 Dəvardibi kənd sakinləri Təqsirləndirilən şəxs bir ədəd qoz və fısdıq cinsindən ağacları, həmin kənd sakini Ruslan Süleymanovun 01 ədəd Vələs cinsindən ağacları kəsmələri barədə məlumat vermiş, məlumatı müəssisəyə təqdim etməsinə baximayaraq həmin günlərdə dolayıda yoxldama aparıldığı üçün məlumat yoxlama aparan Şahid2 tərəfindən nəzərə alınmamışdır. Cinayət işinin materiallarında olan şahid X4 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o,Lənkəran rayonunun Mamusta kəndində yşamaqla Lənkəran X7 Mərkəzində meşələrin qorunası və mühafizəsi üzrə baş mühəndis vəzifəsində işləyir. Lerik rayonunun Davradibi kənd sakini X5 Vizəzəmin meşəbəyliyin 18a saylı meşə dolayısında qanunsuz ağac kəsməsi barədə həmin doldayının gözətçisi Şahid1 23 yanvar 2023-cü il tarixdə yazdığı məlumt üzrə araşdırmanın aparılması ona həvalə olunmuş, lakin həmimn günlərdə ərazidə qar yağdığına görə dərhal məlumatda göstərilən hallırı yerində yoxlamaq mümkün olmamış, 06 fevral 2023-cü il tarixdə meşə sahəsində yoxlamanın aparılması mümkün olduğuna görə həmin gün 18a saylı meşə dolayısının ərazisinə gedərək Şahid1 da dəvət etmiş, yoxlamaya başlanmazdan əvvəl Təqsirləndirilən şəxs iştirakını təmin etmək üçün onunla əlaqə saxlamaq istəmiş, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ailəsində olan narazılığa görə Lerik RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə aparılmış və inzibati qaydada həbs olunmuşdur. Buna görə də onun iştirakını təmin edə bilməmiş, Lakin Şahid1 təqdlim etdiyi və deməsinə görə Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kəsilmiş yerində doğranılaraq meşə sahəsindən aparılmış ağacların kötüklərinə baxış keçirtmiş, baxış zamanı ərazidə müxtəlif diametrlərdə 01 ədəd palıd, 03 ədəd vələs və 06 ədəd (bunlardan 2 ədəd işlik və 2 ədəd yarımişlik) qızılağac cinsindən ağacların qanunsuz kəsilərək doğranılıb meşə sahəsindən aparılmasını aşkar etmiş, həmin ağacların dib kötüklərinə damğa vuraraq müvafiq olaraq akt tərtib edib ziyanı hesablayıb tədir görülməsi üçün müəssisənin rəhbərliyinə təqdim etmiş, Şahid1 bildirmişdir ki, həmin ağacları Təqsirləndirilən şəxs ondan xəbərsiz və gizli kəsib aparmışdır. Ağacların kəsilmə müddəti 2023-cü ilin yanvar ayının ortalarına uyğun gəlir. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının ortalarında və 2023-cü ilin yanvar ayının ortalarında Vizəzəmin meşəbəyliyinin 18a saylı meşə dolayısında cəimi 12 ədəd 18,51 kub metr həcmində, 104,67 manat nırx dəyərində ağacları qanunsuz kəsməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən hesablanmış cərimə ziyanı ilə birlikdə Dövlət meşə fonduna ümumilikdə 2113,67 manat məbləğində ziyan vurmuşdur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Lerik rayon məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il azadlığın məhdudlaşdırılması cəzanın çəkilməmiş 01 il 02 ay 27 gün hissəsi Lerik rayon məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərarı ilə 07 ay 16 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Rekspublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli «Amnistiya» qərarının 2.4-cü bəndinə əsasən 26 noyabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir. Məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Lənkəran X7 Mərkəzinə vurulmuş ziyanın 100 (bir yüz) manatını ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində qeyd olunmuşdur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran hal müəyyən edilmir. Bununla belə, onun məhkum olunması cəza təyini zamanı nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin CM-nin 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunması və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik rayonunun hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Davardibi kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı Amil Abdullayev tərəfindən imzalanmış mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs qarşı cinayət yolu ilə Lənkəran X7 Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddiaçı Amil Abdullayev tərəfindən verilmiş mülki iddia təmin edilməli, Lənkəran X7 Mərkəzinə vurulmuş və ödənilməmiş 2013.67 (iki min on üç manat altımış yeddi qəpik) manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Lənkəran X7 Mərkəzinin hesabına köçürülməli, iş üzrə məhkəmə xərci və maddi sübutün olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu, Davaradibi kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran regional X3 direktoru Amil Abdullayev tərəfindən verilmiş mülki iddia təmin edilsin, dövlət meşə fonduna vurulmuş 2013.67 (iki min on üç manat altmış yeddi qəpik) manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət meşə fondunun hesabına köçürülsün. İş üzrə maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-43/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-43/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver