Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-43/2024 16.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - X8, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən vəkil - Müdafiəçi1 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili - Müdafiəçi3 iştirakları ilə, 14 avqust 2005-ci ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-372/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 01 (bir) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx xxxx 2004-cü ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədilə saxlanc yeri hesab edilən mənzilə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Belə ki, X4 oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədilə 14 aprel 2024-cü il tarixdə Lerik şəhər sakini, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 23 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs oğuna məxsus evin mətbəxinin pəncərəsini özü ilə apardığı vintaçan alətlə sıxıb açaraq evə daxil olduqdan sonra evin otaqlarını tam axtarıb əşyaları səliqəsiz hala salaraq evdə qiymətli əşya və pul tapmadığı halda evdə olan musiqi alətləri 01 ədəd elektrogitaranı, 01 ədəd sazı, 03 ədəd 50 qramlıq və 1 litrlik şüşədə olan viski içkisini, 5 ədəd flaşkartı, nasaz vəziyyətdə olan 01 ədəd «Samsung» və 01 ədəd «Sony» markalı mobil telefon cihazlarını, 01 ədəd suvenir qələmi və həyətyanı sahədə qapısı açıq tövlədən kömürlə işləyən 01 ədəd samavarı, 01 ədəd «LG» markalı plazma televizoru və 01 ədəd kompyuter monitorunu oğurlamışlar. Evdən oğurladıqları televizoru və kompyuter dəstinin monitorunu gələcəkdə sata bilməyəcəklərini düşünüb televizoru həyətdə atıb sındırmaqla yararsız hala salmışlar, kompyuter dəstinin 130 manat dəyərində olan monitorunu isə evin girişində saxlayıb digər əşyaları, yəni 01 ədəd elektrogitaranı, 01 ədəd sazı, 03 ədəd 50 qramlıq və 1 litrlik şüşədə olan “viski” içkisini, 5 ədəd flaşkartı, nasaz vəziyyətdə olan 01 ədəd «Samsung» və 01 ədəd «Sony» markalı mobil telefon cihazlarını, 01 ədəd suvenir qələmi və həyətyanı sahədə qapısı açıq tövlədən kömürlə işləyən 01 ədəd samavarı götürüb aparmaqla zərərçəkmiş şəxsə ümumilikdə 2345 manat məbləğində ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədilə 14 aprel 2024-cü il tarixdə Lerik şəhər sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 23 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evin mətbəxinin pəncərəsini Təqsirləndirilən şəxs2 özü ilə apardığı vintaçan alətlə sıxıb açdıqdan sonra evə daxil olub evin otaqlarını tam axtarıb əşyaları səliqəsiz hala salaraq evdə qiymətli əşya və pul tapmadığı halda evdə olan müsiqi alətləri 01 ədəd elektrogitaranı, 01 ədəd sazı, 03 ədəd 50 qramlıq və 1 litrlik şüşədə olan viski içkisini, 5 ədəd flaşkartı, nasaz vəziyyətdə olan 01 ədəd «Samsung» və 01 ədəd «Sony» markalı mobil telefon cihazlarını, 01 ədəd suvenir qələmi və həyətyanı sahədə qapısı açıq tövlədən kömürlə işləyən 01 ədəd samavarı, 01 ədəd «LG» markalı plazma televizoru və 01 ədəd kompyuter monitorunu oğurlamışdır. Evdən oğurladığı televizoru və kompyuter dəstinin monitorunu gələcəkdə sata bilməyəcəyini düşünüb televizoru həyətdə atıb sındırmaqla yararsız hala salmış, kompyuter dəstinin 130 manat dəyərində olan montiorunu isə evin girişində saxlayıb digər əşyaları, yəni 01 ədəd elektrogitaranı, 01 ədəd sazı, 03 ədəd 50 qramlıq və 1 litrlik şüşədə olan “viski” içkisini, 5 ədəd flaşkartı, nasaz vəziyyətdə olan 01 ədəd «Samsung» və 01 ədəd «Sony» markalı mobil telefon cihazlarını, 01 ədəd suvenir qələmi və həyətyanı sahədə qapısı açıq tövlədən kömürlə işləyən 01 ədəd samavarı oğurlayıb həyətdən çıxararaq aparmaqla zərərçəkmiş şəxsə ümumilikdə 2345 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayının axırlarında Lerik şəhərində olan evlərinə gəlmişdir. Lerik şəhər sakini Təqsirləndirilən şəxs1 və Şahid1 tanıyır. Onlarla mütəmadi görüşüb bir yerdə çay içirlər. Rəvanın vadideynləri Bakı şəhərində yaşayırlar, özü isə Lerik şəhərində babasının evində yaşayır və məktəbə gedir. 14 aprel 2024-cü il tarixdə axşam vaxtı Lerik şəhərində xəstəxananın yaxınlığında Elarizlə görüşüb bir qədər söhbət etdikdən sonra pula ehtiyacı olduğuna görə Lerik şəhər sakini Zərərçəkmiş şəxs evində heç kəsin olmadığını bilmişlər və həmin gün saat təxminən 23 radələrində hasardan evin həyətinə girmişlər. Həyəti yoxlamışlar, evdə heç kəsin olmadığını tam bilmişlər və evin giriş qapısına yaxınlaşmışlar, qapını açmaq istədikdə qapı bağlı olduğuna görə mətbəxin pəncərəsini özü ilə götürdüyü vintaçanla sıxıb açmış və evə daxil olmuşlar. Evin hər üç otağını, otaqda olan paltar şkafını, digər şkafları, yataq çarpayısını demək olar ki, bütün yerləri axtarmışlar, lakin evdə pul və qızıl-zinət əşyalarını tapa bilməmişlər. Evdən çıxanda dəhlizdə musiqi aləti gitara və saz görmüşlər, həmin gitara və sazı götürüb evdən kənara çıxartmışlar, bundan sonra dəhlizdə stolun üzərində olan televizoru evdən kənara çıxartmışlar. Televizoru gələcəkdə sata bilməyəcəklərini düşünüb evin həyətində olan qapısı açıq tövləyə qoymuşlar. Həmin tövlədə olan kömürlə işləyən samovarı götürüb həyətdən çıxmışlar. Bundan sonra Zərərçəkmiş şəxs evindən götürdükləri əşyaları gizlətmək qərarına gəlmişlər və Zərərçəkmiş şəxs evinin yaxınlığında yaşayan tanışları Şahid1 yaşadığı evin yaxınlığına gələrək Rəvanı evindən çağırmışlar. O, Rəvana samovar, gitara və sazın onun olduğunu və satmaq üçün apardığını, lakin sata bilmədiyindən onun evində qalmasını və səhər gəlib götürüb aparacağını bildirmişdir. Şahid1 həmin gitaranı, sazı və samovarı Zərərçəkmiş şəxs evindən oğurlandığını və oğurluq mal olduğunu bildirməmişdir. Rəvanın onların Zərərçəkmiş şəxs evinə girməklərindən məlumatı olmamışdır. Zərərçəkmiş şəxs evindən oğurladıqları həmin əşyaları Rəvanın yaşadığı evin zirzəmisinə qoymuşlar və daha sonra evlərinə getmişlər. 15 aprel 2024-cü il tarixdə Mehmanın evinə girməklərini bilən Lerik RPŞ-nin əməkdaşları Şahid1 evində saxladığı əşyaları götürmüşlər. Zərərçəkmiş şəxs evindən 01 ədəd elektrik gitarasını 01 ədəd sazı və 01 ədəd samavarı oğurlamışlar, televizoru evdən çıxartmışlar, lakin sata bilməyəcəklərini düşünüb həyətdəki tövlədə qoymuşlar, komputer monitorunu evdən çıxardıb pilləkəndə qoymuşlar, sata bilməyəcəklərini düşünüb aparmamışlar, oğurlamaq istəməmişlər. Zərərçəkmiş şəxs evindən götürdükləri əşyalardan 5 ədəd flaşkartı, nasaz vəziyyətdə olan 01 ədəd «Samsung» və 01 ədəd «Sony» markalı mobil telefon cihazlarını, həmçinin 01 ədəd suvenir qələmi sata bilməyəcəklərindən və dəyərləri olmadığından həmin günün axşamı zibil qutusuna atmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lerik şəhərində valideynlərilə birlikdə yaşayır. Lerik şəhər sakinləri X6 və Şahid1 tanıyır. Onlarla mütəmadi görüşüb bir yerdə çay içirlər. Rəvanın vadideynləri Bakı şəhərində yaşayırlar, özü isə Lerik şəhərində babasının evində yaşayır və məktəbə gedir. 14 aprel 2024-cü il tarixdə axşamçağı Lerik şəhərində xəstəxananın yaxınlığında yerləşən şəhid Əliqismət Yaqubovun adına tikilən bulağın yanında İsmayıl ilə görüşüb bir qədər söhbət etdikdən sonra pula ehtiyacı olduğuna görə Lerik şəhər sakini tanıdığı Zərərçəkmiş şəxs evində heç kəsin olmadığını bilmişlər və həmin gün saat təxminən 23 radələrində hasardan evin həyətinə girmişlər. Həyəti yoxlamışlar, evdə heç kəsin olmadığını tam bildikdən sonra evin giriş qapısına yaxınlaşmışlar, qapını açmaq istədikdə qapı bağlı olduğuna görə mətbəxin pəncərəsini İsmayıl özü ilə götürdüyü vintaçanla sıxıb açmış və evə daxil olmuşlar. Evin hər üç otağını, otaqda olan paltar şkafını, digər şkafları, yataq çarpayısını və demək olar ki, bütün yerləri axtarmışlar lakin evdə pul və qızıl-zinət əşyalarını tapa bilməmişlər. Evdən çıxanda dəhlizdə musiqi aləti gitara və saz görmüşlər, həmin gitara və sazı götürüb evdən kənara çıxartmışlar, bundan sonra dəhlizdə stolun üzərində olan televizoru evdən kənara çıxartmışlar. Televizoru gələcəkdə sata bilməyəcəklərini düşünüb evin həyətində olan qapısı açıq tövləyə qoymuşlar. Həmin tövlədə olan kömürlə işləyən samavarı götürüb həyətdən çıxmışlar. Bundan sonra Zərərçəkmiş şəxs evindən götürdükləri əşyaları gizlətmək qərarına gəlmişlər və Zərərçəkmiş şəxs evinin yaxınlığında yaşayan tanışları Şahid1 yaşadığı evin yaxınlığına gəlmişlər. Rəvanı evindən çağırmışlar, İsmayıl Rəvana samavar, gitara və sazın onun olduğunu, satmaq üçün apardığını, lakin sata bilmədiyindən evində saxlamasını, səhər gəlib götürəcəyini bildirmişdir. Şahid1 həmin gitaranı, sazı və samavarı Zərərçəkmiş şəxs evindən oğurladıqlarını və oğurluq mal olduğunu bildirməmişlər. Rəvanın onların Zərərçəkmiş şəxs evinə girməklərindən məlumatı olmamışdır. Zərərçəkmiş şəxs evindən oğurladıqları həmin əşyaları Rəvanın yaşadığı evin zirzəmisinə qoymuşlar və daha sonra evlərinə getmişlər. 15 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs evinə girməklərini bilən Lerik RPŞ-nin əməkdaşları Şahid1 evində saxladığı əşyaları götürmüşlər. Zərərçəkmiş şəxs evindən 01 ədəd elektrik gitarasını 01 ədəd sazı və 01 ədəd samavarı oğurlamışlar, televizoru evdən çıxartmışlar, lakin sata bilməyəcəklərini düşünüb həyətdəki tövlədə qoymuşlar, kompüterin monitorunu evdən çıxardıb pilləkəndə qoymuşlar, sata bilməyəcəklərini düşünüb aparmamışlar, oğurlamaq istəməmişlər. Zərərçəkmiş şəxs evindən götürdükləri əşyalardan 5 ədəd flaşkartı, nasaz vəziyyətdə olan 01 ədəd «Samsung» və 01 ədəd «Sony» markalı mobil telefon cihazlarını, həmçinin 01 ədəd suvenir qələmi sata bilməyəcəklərindən və dəyərləri olmadığından həmin günün axşamı zibil qutusuna atmışlar. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lerik şəhərində yaşamaqla Lerik rayonunun Cəngəmiran kənd tam orta məktəbində tədris işləri üzrə direktor müavini işləyir. O, həyat yoldaşı, qızı və oğlu ilə birlikdə yaşayır. 14 aprel 2024-cü il tarixdə Bakı şəhərində yaşayan oğlunun toy ziyafət məclisi keçirildiyinə görə ailə üzvləri ondan əvvəl, yəni 12 aprel 2024-cü il tarixdə Bakı şəhərinə getmişlər, özü isə 14 aprel 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhərinə yola düşmüş, Bakı şəhərinə getməzdən əvvəl, yəni evdən çıxarkən evin bütün qapı və pəncərələrini bağlayıb kilidləmişdir. Evində pul, qızıl-zinət əşyaları və digər qiymətli əşya olmamışdır. Bakı şəhərində keçirilən toy məclisi başa çatıqdan sonra ailə üzvlərilə birlikdə Lerik şəhərinə evinə qayıtmaq üçün yola düşmüş, 15 aprel 2024-cü il tarixdə, səhər saat 05 radələrində Lerik şəhərində evinə gəlmiş, evin giriş qapısını açdığı zaman giriş qapısının önündə pilləkəndə komputerin monitorunu görüb əhəmiyyət verməmiş və qapını sərbəst açıb içəri daxil olmuş, evə daxil olduqdan sonra evin bütün otaqlarındakı əşyaların dağıdıldığını, evdə axtarışın aparıldığını görüb evə kənar şəxsin və yaxud da şəxslərin daxil olduqlarını bilmiş və dərhal bayıra çıxaraq ailə üzvlərinə məlumat vermiş və heç bir yerə əl vurmamalarını dedikdən sonra Azərbaycan Respublikası DİN-nin «102» zəng xidmətinə məlumat vermiş, polisə hadisə barədə məlumat verdiyi zaman evdən nəyin oğurlandığını bilməmiş, az vaxtdan sonra Lerik RPŞ-nin əməkdaşları gəlib evə və həyətinə baxış keçirtmişlər. Hadisə yerinə baxış keçirilərkən ev əşyalarını tam yoxlaya bilməmiş, yalnız ona məlum olmuşdur ki, evin dəhliz hisəsində qoyduğu musiqi aləti 01 ədəd elektrik gitarası və 01 ədəd saz götürülmüşdür. Daha sonra evdə istifadə etdiyi, yəni dəhlizdə divara bərkidilmiş «LG» markalı 108 dioqnallı plazma televizorun yerindən sökülərək həyətdə qapısı açıq tövləyə atıldığını görmüşdür. 15 aprel 2024-cü il tarixdə hadisə barədə məlumat verib ərizə və izahat yazmış, polis əməkdaşları evinə baxış keçirəndən sonra evin dağıdılmış əşyalarını hisə-hissə yığıb səliqəyə salmaqla yoxlamış, ona məlum olmuşdur ki, evinə girən şəxs və yaxud şəxslər tərəfindən evindən oğurlanmış musiqi alətləri 01 ədəd gitara, 01 ədəd saz və 01 ədəd kömürlə işləyən samavardan əlavə 03 ədəd 50 qramlıq bir ədədi təxminən 5 manatlıq «viski» içkisi, 01 ədəd 1 litrlik xüsusi qablaşdırılmış 200 manat dəyərində “viski” içkisi, 5 ədəd 50 manat dəyərində flaşkart, təxminən 60 manat dəyərində 01 ədəd “Samsung” və 01 ədəd “Sony” markalı nasaz vəziyyətdə mobil telefon cihazları və 01 ədəd 50 manat dəyərində suvenir qələm və oğlu Altuna məxsus elektron imza kartı oğurlanmışdır. Göstərdiyi əşyaların oğurlanması ilə ona ümumilikdə 975 (doqquz yüz yetmiş beş) manat məbləğində ziyan vurulmuşdur. Bundan əlavə evdə istifadə etdiyi televizoru yerindən söküb tövləyə atmaqla sındırmışlar. Televizor istifadəyə yararsız haldadır, televizorun yararsız hala salınması ilə ona 1200 (bir min iki yüz) manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə iclasında qanuni nümayəndə X5 iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, valideynləri Bakı şəhəri Binə qəsəbəsində yaşayr, özü isə Lerik şəhərində babası Hüseyn Ağayev və nənəsi ilə birlikdə yaşayır. Lerik şəhər sakinlərindən bir neçə nəfər həmyaşıdları ilə, yəni qonşusu Zərərçəkmiş şəxs oğlu Rəsul, daha sonra Lerik şəhər sakinləri Təqsirləndirilən şəxs1, həmçinin Təqsirləndirilən şəxs2 ilə dostluq edir. Rəsulun evinə tez-tez qonaq gedir, Rəsul və Elariz də evlərinə gəlir və onunla otururlar, münasibətləri yaxşıdır. 14 aprel 2024-cü il tarixdə gün ərzində Elariz və Rəsul ilə həmçinin İsmayıl ilə görüşməmişdir, Rəsul həmin gün Lənkəran şəhərinə imtahanda olmuş, daha sonra isə Bakı şəhərinə getmiş, 14 aprel 2024-cü il tarixdə gecə saat təxminən 23 radəldərində nənəsi və babası yatdığı saatda Elariz onu həyətdən çağırmış, evdən bayıra çıxaraq nə üçün gəldiklərini soruşmuş, İsmayıl ona satmaq üçün köhnə samavar, gitara və saz aldığını, ona həmin əşyaları evində saxlamasını, sabah gəlib götürəcəyini demişdir. O, İsmayıl və Elarizlə görüşmək üçün həyətə düşməmiş və həmin əşyaları evin zirzəmisinə qoymalarını demiş, evin zirzəmisinin qapısı qıfıllanmadığına görə İsmayıl özündə olan samavarı, sazı və gitaranı evin zirzəmisinə qoyaraq həyətdən çıxıb getmişlər. 15 aprel 2024-cü il tarixdə səhər saat təxminən 09 radələrində polis əməkdaşlarının qonşuları Mehman müəllimin həyətində olduğunu görüb hansı hadisənin baş verdiyini soruşmuş, Mehman müəllimin evinə oğruların girdiyini, evdən saz və gitaranın oğurlandığını demişdir. O, dərhal babası Hüseynə gecə Elariz və İsmayılın saz və gitaranı gətirib evin zirzəmisinə qoyduğunu demiş, babası bunu biləndən sonra polis əməkdaşlarına məlumat vermiş, polis əməkdaşları gəlib Elariz ilə İsmayılın gecə vaxtı evlərinin zirzəmisində qoyduqları samovarı, musiqi aləti olan sazı və gitaranı götürüb aparmışlar. Elariz və İsmayılın 14 aprel 2024-cü il tarixdə qonşusu Mehman müəllimin evinə girmələrini bilməmiş və məlumatı olmamışdır. Onlar gətirdikləri samarvar, gitara və sazın oğurluq olduğunu ona deməmişlər, bu barədə məlumatı olmamışdır. Cinayət işi materiallarında olan 16 aprel 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Lerik şəhər sakini Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədilə 14 aprel 2024-cü il tarixdə Lerik şəhər sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 23 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs oğuna məxsus evin mətbəxinin pəncərəsini özü ilə apardığı vintaçan alətlə sıxıb açaraq evə daxil olduqdan sonra evin otaqlarını tam axtarıb əşyaları səliqəsiz hala salaraq evdə qiymətli əşya və pul tapmadığı halda evdə olan musiqi alətləri 01 ədəd elektrogitaranı, 01 ədəd sazı, 03 ədəd 50 qramlıq və 1 litrlik şüşədə olan viski içkisini, 5 ədəd flaşkartı, nasaz vəziyyətdə olan 01 ədəd «Samsung» və 01 ədəd «Sony» markalı mobil telefon cihazlarını, 01 ədəd suvenir qələmi və həyətyanı sahədə qapısı açıq tövlədən kömürlə işləyən 01 ədəd samovarı oğurlamaları faktına görə X4 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işi materiallarında olan 15 aprel 2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 15 aprel 2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X4 15 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi materiallarında olan 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X4 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Cinayət işi materiallarında olan 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Cinayət işi materiallarında olan Lerik Rayon Məhkəməsinin 4(048)-12/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarından görünür ki, X4 barəsində həbsetmənin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Lerik Rayon Məhkəməsinin 4(048)-13/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Lerik Rayon Məhkəməsinin 4(048)-20/2024 saylı, 22 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbsdən azad edilmiş və ev dustaqlığında saxlama müddəti 15 iyul 2024-cü il tarixədək müəyyən edilmişdir. Cinayət işi materiallarında olan 20 may 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ticarət məntəqələrində mövcud olan qiymətlərdən istifadə etməklə, həmçinin zərər çəkmiş şəxsin ifadəsinə istinad olunaraq mütəxəssis təyin etmə haqqında qərarda göstərilən 2024-cü ilin aprel ayına orta bazar qiyməti 01 ədəd saz 350 manat, 01 ədəd gitara 200 manat və 01 ədəd samovar isə 50 manat, həmçinin 50 qramlıq suvenir «viski» içkisi bir ədədi təxminən 5 manat olmaqla 03 ədədi ümumilikdə 15 manat, 01 ədəd 1 litrlik xüsusi qablaşdırılmış “viski” içkisi 200 manat, 5 ədəd flaşkart 50 manat, 01 ədəd “Samsung” markalı nasaz vəziyyətdə mobil telefon cihazı 30 manat və 01 ədəd “Sony” markalı nasaz vəziyyətdə mobil telefon cihazı 30 manat, 01 ədəd suvenir qələm 50 manat və komputerin monitoru 130 manat dəyərindədir. Göstərdiyi əşyaların oğurlanması ilə ümumilikdə 975 (doqquz yüz yetmiş beş) manat məbləğində ziyan vurulmuşdur. Bundan əlavə televizorun yararsız hala salınmasına görə zərər 1200 manat qiymətləndirilir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə mülkiyyətçiyə vurduğu ziyanın ümumi məbləği 2305 (600+375+1200+130) manat təşkil edir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 10 iyun 2024-cü il tarixli, 19/457 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2024-cü ilin aprel ayına olan orta bazar qiymətləri 01 ədəd qəhvəyi rəngli, üzərində markalanma göstəricisi olmayan saz musiqi alətinin qiyməti 220 manat, 01 ədəd qırmızı rəngli 6 üzərində “Jolana Horovice” yazıları olan gitara musiqi alətinin qiyməti 250 manat və 01 ədəd 7 litr su tutumlu, mis-latun materialından olan odun samovarının qiyməti 170 manat olmaqla ümumilikdə 640 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Cinayət işi materiallarında olan 17 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 17 aprel 2024-cü il tarixli qərarla elan edilmiş ittihamın məzmununa əlavə və düşəlişlər edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. Cinayət işi materiallarında olan 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X2 17 aprel 2024-cü il tarixli qərarla elan edilmiş ittihamın məzmununa əlavə və düşəlişlər edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 06 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin 1-1(097)- 49/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 333.1ci maddəsi ilə təqsirli bilinib, 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 06 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-372/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)- 372/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Lerik Rayon İcra və Probasiya şöəbsinin 09 iyul 2024cü il tarixli xx/xx-2024 nömrəli məktubundan görünür ki, Füzuli Hərbi Məhkəməsinin 1- 1(097)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzasını çəkməmiş, Lerik Rayon İcra və Probasiya şöəbsinin qeydiyyat kitabından çıxarılmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 19542/21-1/17 nömrəli məktubudan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-372/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum İ.İsmayılov Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 vurulmuş ziyandan ona düşən hissəsini yəni 852,5 (səkkiz yüz əlli iki manat əlli qəpik) manatı ödəmişdir. Onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onların özünün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-372/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 gənc olması Azərbaycan Respublikası CM-nın 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 1(003)-372/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən ictimai işlər cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 vurulmuş ziyanın onun üzərinə düşən hissəsini ödəməsi və gənc olması Azərbaycan Respublikası CM-nın 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də vurulmuş ziyanın ona düşən hissəsini ödəməsini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1-1(097)-49/2024 saylı hökmü ilə təyin edilmiş ictimai işlər cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilərək barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd saz, 01 ədəd elektrik gitarası və kömürlə işləyən 01 ədəd samovar Zərərçəkmiş şəxs qaytarılmalıdır. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərərin qalan məbləği ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 1(003)-372/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə 01 (bir) günə, 02 (iki) gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Füzuli Hərbi Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1-1(097)-49/2024 saylı hökmü ilə təyin edilmiş 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə 01 (bir) günə 8 (səkkiz) saat hesabı ilə hesablanmaqla 01 (bir) ay 10 (on) gün azadlıqdan məhrumetmə cəzası kimi nəzərə alınmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilərək barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd saz, 01 ədəd elektrik gitarası və kömürlə işləyən 01 ədəd samovar Zərərçəkmiş şəxs qaytarılsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərərin qalan məbləği ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə rəsmi qaydada təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-43/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-43/2024
16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver