Məhkəmə qərarları › İş №1(048)-44/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-44/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-44/2023 15.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1969-cu ildə Lerik rayonunun Büzeyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Büzeyir kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2022-ci ilin yay aylarında Lerik rayonunda istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq 419,911 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz əldə edib Lerik rayonunun Buzeyir kəndində yerləşən yaşadığı evə daşıdıqdan sonra həmin narkotik vasitəni bükümlərə ayırıb ayrı-ayrılıqda təmiz çəkiləri 3,649 qram, 4,398 qram, 4,030 qram, 4,496 qram və 4,192 qram olmaqla ümumi təmiz çəkisi 20,965 qram olan 05 ədəd kibrit qutusunda yaşadığı evin giriş hissəsindən sağ tərəfdə yerləşən otağında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,384 qram, 3,445 qram, 3,734 qram, 4,074 qram və 3,935 qram olmaqla ümumi təmiz çəkisi 19,572 qram olan 05 ədəd kibrit qutusunda yaşadığı evin digər yanaşı otağında və içərisində təmiz çəkisi 330,0 qram olmaqla bir ədəd sellofan torbada yaşadığı evin zirzəmisində gizlədərək saxlamış, 4,606 qram, 4,769 qram və 5,382 qram olmaqla ümumi təmiz çəkisi 14,757 qram olan 03 ədəd kibrit qutusunda üzərində, 4,343 qram, 5,291 qram, 5,643 qram, 4,922 qram, 5,331 qram, 4,706 qram və 4,381 qram olmaqla ümumi təmiz çəkisi 34,617 qram olan 07 ədəd kibrit qutusunda idarə etdiyi Vaz-2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 08 mart 2023-cü il tarixdə, saat 08:50-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu idarə etdiyi Vaz-2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik-Göydərə avtomobil yolunun 5-ci km-də Lerik şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılaraq Lerik RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümündə içərisində 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,606 qram, 4,769 qram və 5,382 qram olmaqla ümumi təmiz çəkisi 14,757 qram narkotik vasitə qurudulmuş marixuana, idarə etdiyi Vaz- 2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundan 07 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,343 qram, 5,291 qram, 5,643 qram, 4,922 qram, 5,331 qram, 4,706 qram və 4,381 qram olmaqla ümumi təmiz çəkisi 34,617 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı Lerik rayonunun Buzeyir kəndində yerləşən evə baxış keçirilərkən yaşadığı evin giriş hissəsindən sağ tərəfdə yerləşən otaqdan 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,649 qram, 4,398 qram, 4,030 qram, 4,496 qram və 4,192 qram olmaqla ümumi təmiz çəkisi 20,965 qram, həmin otaqla yanaşı olan digər otaqdan 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,384 qram, 3,445 qram, 3,734 qram, 4,074 qram və 3,935 qram olmaqla ümumi təmiz çəkisi 19,572 qram və yaşadığı evin zirzəmisindən 01 ədəd qara rəngli sellofan torbada içərisində təmiz çəkisi 330,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. 2022-ci ilin yay aylarında yaşadığı kəndin örüş sahəsində heyvanlarını axtararkən yabanı şəkildə bitmiş nəşə kollarına rast gəlmiş, nəşədən uzun müddət istifadə etdiyinə görə onu tanıyır. Həmin kolları dərib gizli yerdə qurudaraq yaşadığı Buzeyir kəndindəki evinə aparmışdır. Orada heç kimin görmədiyi həmin nəşəni gizlətmiş, arabir istifadə etmişdir. Evdə yataq otağında və evin zirzəmisində həmin nəşəni gizlətmişdir. Həmçinin mütəmadi olaraq avtomobilində də narkotik vasitə olur. 08 mart 2023-cü il tarixdə idarə etdiyi VAZ-2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik-Göydərə avtomobil yolunun 5-ci km-də Lerik şəhəri istiqamətində hərəkətdə olarkən ağ rəngdə VAZ-21074 markalı, nömrə nişanına baxmadığı avtomobil qarşısını kəsib dayanmağı üçün işarə etmiş, avtomobili tam dayandırıb yerə düşmüşdür. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demişlər. Sonra polis əməkdaşları onu avtomaşınla birlikdə Lerik rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Bu barədə qərarla tanış olmuş və ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra əynindəki gödəkçəsinin sağ yan cibində istifadə etmək məqsədilə gizlətdiyi bir ədəd sellofan bükümdə, içərisində 3 ədəd kibrit qutusunda narkotik vasitə marixuananı çıxarıb təqdim etmiş, həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra idarə etdiyi avtomobilə də baxış keçirilmiş, baxış zamanı avtomobilin salonundan 7 ədəd kibrit qutusunda narkotik vasitə marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış və baxışla bağlı protokollar tərtib edilmiş, həmin protokollara imza etmişdir. Səmimi olaraq etiraf edir ki, aşkar olunmuş narkotik vasitə ona məxsusdur, istifadə etmək məqsədilə əldə etmişdir. Aşkar edilmiş narkotik vasitəni 2022-ci ilin yay aylarında dəqiq xatırlamadığı gündə yabanı şəkildə örüş sahəsində bitmiş çətənə kollarını qurutmaqla əldə etmişdir. Əvvəlki dövrlərdə istifadə etdiyi narkotik vasitələri Bakı və Lənkəran şəhərində tanımadığı və xatırlamadığı şəxslərdən ayrı-ayrı vaxtlarda, həmçinin ayrı-ayrı yerlərdə əldə etmişdir. Narkotik vasitəni əldə etdiyi şəxsləri tanımır, həmçinin həmin şəxslərin adlarını və soyadlarını bilmir. Həmin narkotik vasitəni tapıb gələcəkdə istifadə etmək məqsədilə götürmüşdür. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Avtomobilində aşkar olunmuş kibrit qutularında olan narkotik vasitəni uzun müddətdir ki, ora qoymuşdur. Hazırda etdiyi əməlindən peşimandır. Söz verir ki, bir daha narkotik vasitə istifadə etməyəcəkdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq ona qanunamüvafiq qaydada köməklik edilməsini xahiş edir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, barəsində ədalətli hökm çıxarılmasını bildirərək, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 Kəmandar oğlu ifadəsində göstərdi ki, Lerik RPŞ-in CAB-ın əməliyyat müvəkkili işləyir, polis baş leytenantıdır. 08 mart 2023-cü il tarixdə, Lerik rayonunun Buzeyir kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və idarə etdiyi avtomobillə Lerik- Kəlvəz avtomobil yolu ilə Lerik rayonu istiqamətində hərəkətdə olması barədə etibarlı mənbədən ona məlumat verilmişdir. Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla şöbə rəhbərliyinə müraciət edib əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə almışdır. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid4 yanına çağırıb onları təlimatlandırmış və birlikdə həmin gün, saat 08 radələrində Lerik-Kəlvəz avtomobil yolunun 5-ci km-nə gedib yolu nəzarətə götürmüşlər. Həmin gün, saat 08:50-də Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik şəhəri istiqamətində hərəkətdə olduğunu görmüşlər. Ona dayanması üçün işarə etmiş və sonuncu avtomobili dayandırmışdır. Yaxınlaşıb özlərini təqdim edib onu saxlamalarının səbəbini izah etmiş, Təqsirləndirilən şəxs şöbəyə dəvət edib onu idarə etdyi avtomobillə Lerik RPŞ-nə gətirib üzərində şəxsi axtarış aparılması barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Daha sonra şöbənin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Haldun Məmmədli tərəfindən müdafiəçinin və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarışda o da iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibində gəzdirdiyi bir ədəd sellofan bükümdə, içərisində 3 ədəd kibrit qutusunda narkotik vasitə marixuananı çıxarıb təqdim etmiş, həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ərizəsi ilə idarə etdiyi avtomobilə də baxış keçirilmiş, baxış zamanı avtomobilin salonundan 7 ədəd kibrit qutusunda narkotik vasitə marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Daha sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evdə və yardımçı tikililərdə axtarış aparılması barədə qərar qəbul olunmuş, həmin qərar əsasında Şahid2, Şahid3 və Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs Lerik rayonunun Buzeyir kəndində yerləşən evində sonuncunun həyat yoldaşı Şahid5 iştirakı ilə axtarış aparılmışdır. Axtarış zamanı evin girişdən sağda yerləşən yataq otağında olan döşəklərin altında 05 ədəd kibrit qutusunda yaşıl rəngdə kütlə aşkar olunmuşdur. Bundan sonra evin orta otağında axtarış aparılmış, axtarış zamanı otaqda olan çarpayının aşağısında, döşəmənin üzərində 5 ədəd kibrit qutusunda içərisində yaşıl rəngli kütlə aşkar olunmuşdur. Digər otaqlarda axtarış zamanı hər hansı bir qanunsuz əşya və ya alət aşkar olunmamışdır. Daha sonra evin zirzəmisində axtarış aparılmış, axtarış zamanı zirzəmidə bir ədəd qara rəngli sellofan torbanın içərisində yaşıl rəngli kütlə aşkar olunmuş, götürülən kütlələr qablaşdırılmışdır. Sonda protokol tərtib olunmuş və imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Ona Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitəni satması ilə bağlı məlumat daxil olmamış, onun narkotik vasitələrin istifadəçisi olması ilə bağlı məlumat daxil olmuşdur. Onun hansı bir istehlakçı ilə qabaqcadan razılığın müəyyən edilməsi barədə ona heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 mahiyyətcə Şahid1 Kəmandar oğlunun ifadəsi ilə eyni məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs narkotik vasitəni satışı məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, eyni zamanda narkotik vasitənin satması barədə məlumatın daxil olmadığını bildirmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdırƏri Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə isifadə edərkən görməmiş, onun narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. 08 mart 2023-cü il tarixdə Lerik RPŞ-nin əməkdaşları evlərinə gəlib özlərini təqdim edərək əri Məmmədəli Rəhmanovun narkotik vasitə gəzdirdiyi üçün tutulmasını bildirib ona qərar təqdim edib həmin qərarla tanış edərək evlərində axtarış aparmalı olduqlarını demişlər. Axtarışa heç bir etirazı olmadığını demiş və evlərində videoçəkilişlə axtarış aparılmışdır. Axtarış zamanı evin girişdən sağda yerləşən yataq otağında olan döşəklərin altında 05 ədəd kibrit qutusunda yaşıl rəngdə kütlə aşkar olunmuşdur. Bundan sonra evin orta otağında axtarış aparılmış, axtarış zamanı otaqda olan çarpayının aşağısında, döşəmənin üzərində 5 ədəd kibrit qutusunda içərisində yaşıl rəngli kütlə aşkar olunmuşdur. Digər otaqlarda axtarış zamanı hər hansı bir qanunsuz əşya və ya alət aşkar olunmamışdır. Daha sonra evin zirzəmisində axtarış aparılmış, axtarış zamanı zirzəmidə bir ədəd qara rəngli sellofan torbanın içərisində yaşıl rəngli kütlə aşkar olunmuşdur. Götürülən kütlələr qablaşdırılmış, sonda protokol tərtib olunmuş və imzalanmışdır. Həmin kütlələrin nə olduğunu bilmir. Əvvəllər belə bir şey evlərində görməmişdir. Əri Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bilmir. Bu barədə məlumatı yoxdur. Evlərində heç vaxt narkotik vasitə görməmişdir, narkotik vasitələri tanımır. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid7 ifadəsində göstərdi ki, Lerik rayonunun Buzeyir kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 08 mart 2023-cü il tarixdə, səhər saatlarında Lerik RPŞnin İTB-nin polis sahə rəisi Həşimxan Fərziyev istifadəsində olan mobil telefona zəng edib onu Lerik rayon polis şöbəsinə dəvət etmiş, Lerik RPŞ-nə gəlmişdir. Lerik RPŞ-də təhqiqatçı Haldun Məmmədlini, polis əməkdaşları Şahid1, Şahid2, Şahid4, vəkil Müdafiəçi görmüşdür. Ondan sonra ora Lerik şəhər sakini Şahid6 gəlmişdir. İlk öncə təhqiqatçı orada olan Təqsirləndirilən şəxs onlara göstərib şübhəli şəxs qismində tutulduğunu, üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməli olduğunu demişdir. O və Şahid6 şəxsi axtarış və baxış zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Bundan sonra iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibində gəzdirdiyi bir ədəd sellofan bükümdə, içərisində 3 ədəd kibrit qutusunda narkotik vasitə marixuananı çıxarıb təqdim etmiş, həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi ilə idarə etdiyi avtomobilə də baxış keçirilmiş, baxış zamanı avtomobilin salonundan 7 ədəd kibrit qutusunda narkotik vasitə marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Sonda şəxsi axtarış və baxış keçirilməsi barədə tərtib edilmiş protokolların doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş 08 mart 2023-cü il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd mavi rəngdə sellofan torbanı çıxarıb təqdim edərək içərisində narkotik vasitə marixuana olmasını bildirmiş, həmin sellofan torbaya baxış keçirilərkən içərisində 03 ədəd kibrit qutusunda içərisində narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş kütlələr götürülərək qablaşdırılmış, fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş 08 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus VAZ-2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonundan 07 ədəd kibrit qutusunda içərisində narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Baxış zamanı aşkar edilmiş kütlələr götürülərək qablaşdırılmış, fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş 08 mart 2023-cü il tarixli axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Lerik rayonunun Buzeyir kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin girişindən sağ tərəfdə yerləşən yataq otağında qoyulmuş döşəklərin altında 05 ədəd kibrit qutusunda içərisində narkotik vasitəyə oxşar yaşıl rəngli kütlələr, həmin otağın yan tərəfində yerləşən otaqda olan çarpayının aşağısında, döşəmənin üzərində 05 ədəd kibrit qutusunda içərisində yaşıl rəngli kütlələr və evin zirzəmisində bir ədəd qara rəngli sellofan torbada içərisində yaşıl rəngli kütlə aşkar edilərək götürülərək qablaşdırılmış, fotoşəkillər çəkilərək fotocədvəl şəklində, videoçəkiliş çəkilib diskə köçürülməklə tərtib olunmuş protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş axtarış keçirilərkən çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD markalı diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid5 iştirakı ilə axtarış keçirilməsi, axtarış zamanı Şahid5 axtarış keçirilməsi barədə qərarla tanış etdirilməsi və axtarışa başlanılması, axtarış zamanı Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin girişindın sağ tərəfdə yerləşən yataq otağında qoyulmuş döşəklərin altında 05 ədəd kibrit qutusunda içərisində narkotik vasitəyə oxşar yaşıl rəngli kütlələr aşkar edilməsi, bundan sonra həmin otağın yan tərəfində yerləşən otaqda axtarış aparılması, axtarış zamanı otaqda olan çarpayının aşağısında, döşəmənin üzərində 05 ədəd kibrit qutusunda içərisində yaşıl rəngli kütlələr aşkar olunması, bundan əlavə evdə hər hansı qadağan olunmuş əşya və ya maddə aşkar edilməməsi, daha sonra evin zirzəmisində axtarış aparılması, axtarış zamanı zirzəmidə bir ədəd qara rəngli sellofan torbada içərisində yaşıl rəngli kütlə aşkar edilərək götürülməsi, diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs evində aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, 2022-ci ilin yay aylarında örüş sahəsində heyvanlarını axtararkən yabanı şəkildə bitmiş çətənə kolundan əldə etdiyini bildirməsi müəyyən olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Ekspertizasının 08 mart 2023-cü il tarixli, 19/273 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 3 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri -4,606 qram, -4,769 qram, -5,382 qram; ümumi təmiz çəkisi: -14,757 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin salonundan götürülmüş 7 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri -4,343 qram, -5,,291 qram, -5,643 qram, -4,922 qram, -5,331 qram, -4,706 qram, - 4,381 qram; ümumi təmiz çəkisi: -34,617 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Tədqiqata təqdim edilmiş ümumilikdə 10 ədəd olmaqla ümumi təmiz çəkisi 49,374 qram olan marixuanalar xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Ekspertizasının 09 mart 2023-cü il tarixli, 19/283 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin girişdən sağ tərəfdə yerləşən otağından götürülmüş 5 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri -3,649 qram, -4,398 qram, -4,030 qram, -4,696 qram, -4,192 qram; ümumi təmiz çəkisi: -20,965 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar.Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin orta otağından götürülmüş 5 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri -4,384 qram, -3,445 qram, -3,734 qram, -4,074 qram, -3,935 qram; ümumi təmiz çəkisi: -19,572 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Tədqiqata təqdim edilmiş 3 ədəd zərfdəki, ümumilikdə 11 ədəd olmaqla ümumi təmiz çəkisi 370,537 qram olan marixuanalar xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X4 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 15 mart 2023-cü il tarixli, 297 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Pirəsora kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Büzeyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009 -cu il təvəllüldü 1 azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş 109139 saylı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə edərək üzərində və idarə etdiyi avtomobilində saxlamaqla daşıdığı 49,374 qram marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 49,174 qram marixuana və fərdi yaşayış evində saxladığı 370,537 qram marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 370,317 qram marixuana iş üzrə maddi sübut kimi tanınaraq Lerik RPŞ-nin əşyaları saxlama kamerasında saxlanca verilmiş, 01 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətdən şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Həmçinin, Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ittihamı irəli sürmüşdür. Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 26 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız sonuncunun üzərindən aşkar olunmuş 3 ədəd kibrit qutusunda, idarə etdiyi avtomobilin salonunda 7 ədəd, yaşadığı Lerik rayonun Büzeyir kəndində yerləşən evdə aparılan axtarış zamanı 10 ədəd kibrit qutusunda və bir ədəd sellofana bükülmüş halda olan (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə və psixotrop maddəyə münasibətdə hələ cinayət təqibinin başlanğıcında Təqsirləndirilən şəxs niyyətinin satış məqsədi olmaması ilə bağlı nəticəyə gəlib onun barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə əməliyyat tapşırığı, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə Təqsirləndirilən şəxs üzərindən, avtomobilindən və evindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz ilk gündən ona məlum olan həmin ehtimal və mülahizə əsasında “Cinayət işinin başlanması haqqında” 08 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər Şahid1, Şahid2, Şahid3 Sədrədddin oğlu və Şahid4l oğlu məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatın daxil olmadığını, sonuncu barədə yalnız narkotik vasitələrin istifadə etməsi barədə məlumatları olduqlarını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş 20 ədəd kibrit qutusunda və bir ədəd sellofan torpada narkotik vasitə olan qurudulmuş marixuananı 419.911 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitələr, psixotrop maddələr qəbul edən Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, 08 mart 2023-cü ildə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibində 3 ədəd kibrit qutusunda, idarə etdiyi avtomobilin salonunda 7 ədəd, yaşadığı Lerik rayonun Büzeyir kəndində yerləşən evdə aparılan axtarış zamanı 10 ədəd kibrit qutusunda və bir ədəd sellofana bükülmüş halda içərisində narkotik vasitəyə oxşar kütlə istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin müəyyən edilərək telefon nömrəsinə narkotik vasitələrin alqı-satqısını təsdiq edəcək mətnlər, zənglər və s. bu kimi hər hansı məlumatın daxil olması ilə hallar müəyyən edilməmişdir. Göstərilənləri, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə – marixuananı mütəmadi istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda ayrı-ayrılıqda kibrit qutusunda və sellofan torbada içərisində qurudulmuş halda narkotik vasitə marixuana əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayət qədər ağlabatan və inandırıcı deyil. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsdə çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyinin aşkar olunmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri ehtimal üzərində qurmaq olmaz. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki,onlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı təqsirin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs, 2022-ci ilin yay aylarında Lerik rayonunda istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq 419,911 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib Lerik rayonunun Buzeyir kəndində yerləşən yaşadığı evə daşıdıqdan sonra həmin narkotik vasitəni bükümlərə ayırıb ayrı-ayrılıqda təmiz çəkiləri 3,649 qram, 4,398 qram, 4,030 qram, 4,496 qram və 4,192 qram olmaqla ümumi təmiz çəkisi 20,965 qram olan 05 ədəd kibrit qutusunda yaşadığı evin giriş hissəsindən sağ tərəfdə yerləşən otağında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,384 qram, 3,445 qram, 3,734 qram, 4,074 qram və 3,935 qram olmaqla ümumi təmiz çəkisi 19,572 qram olan 05 ədəd kibrit qutusunda yaşadığı evin digər yanaşı otağında və içərisində təmiz çəkisi 330,0 qram olmaqla bir ədəd sellofan torbada yaşadığı evin zirzəmisində gizlədərək saxlamış, 4,606 qram, 4,769 qram və 5,382 qram olmaqla ümumi təmiz çəkisi 14,757 qram olan 03 ədəd kibrit qutusunda üzərində, 4,343 qram, 5,291 qram, 5,643 qram, 4,922 qram, 5,331 qram, 4,706 qram və 4,381 qram olmaqla ümumi təmiz çəkisi 34,617 qram olan 07 ədəd kibrit qutusunda idarə etdiyi Vaz-2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 08 mart 2023-cü il tarixdə, saat 08:50-də keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı sonuncu idarə etdiyi Vaz-2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik-Göydərə avtomobil yolunun 5-ci km-də Lerik şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılaraq Lerik RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümündə içərisində 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,606 qram, 4,769 qram və 5,382 qram olmaqla ümumi təmiz çəkisi 14,757 qram narkotik vasitə qurudulmuş marixuana, idarə etdiyi Vaz-2106 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundan 07 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 4,343 qram, 5,291 qram, 5,643 qram, 4,922 qram, 5,331 qram, 4,706 qram və 4,381 qram olmaqla ümumi təmiz çəkisi 34,617 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı Lerik rayonunun Buzeyir kəndində yerləşən evə baxış keçirilərkən yaşadığı evin giriş hissəsindən sağ tərəfdə yerləşən otaqdan 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,649 qram, 4,398 qram, 4,030 qram, 4,496 qram və 4,192 qram olmaqla ümumi təmiz çəkisi 20,965 qram, həmin otaqla yanaşı olan digər otaqdan 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,384 qram, 3,445 qram, 3,734 qram, 4,074 qram və 3,935 qram olmaqla ümumi təmiz çəkisi 19,572 qram və yaşadığı evin zirzəmisindən 01 ədəd qara rəngli sellofan torbada içərisində təmiz çəkisi 330,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməlləri törətmiş şəxsin CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalardırılmasına səbəb olur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqının olmasını CM-nin 59.1.4-cü maddəsinə, əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xarkterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və İİ “Qarabağ” müharibəsi veteranı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmçinin cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cüiltarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Lerik RPŞ-in 10 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsə alındığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın azadlıqdan məhrum etmə müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını və onun üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonunun Büzeyir kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 370, 317 qram marixuana məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonunun Büzeyir kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənənədək dəyişdirlməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində müvafiq qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 370, 317 qram qurudulmuş marixuana məhv edilsin və 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 120 (bir yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmün icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar