Məhkəmə qərarları › İş №1(048)-45/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-45/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-45/2023 25.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1981-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Cəngəmiran kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2023-cü ilin yanvar ayının əvvəlində istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən satış məqsədi ilə qanunsuz yolla əldə edərək daşıyıb evində saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 07 ədəd kibrit və 01 ədəd siqaret qutularında, həmçinin sellofan torbada qablaşdırılmış ümumi təmiz cəkisi 465,841 qram narkotik vasitə qurudulmuş marixuanadan 01 ədəd bükümdə 28,166 qramını üzərində saxlamaqla daşımışdır. Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 25 mart 2023cü il tarixdə, saat 22 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Cəngəmiran kəndində yerləşən çayxanada şübhəli şəxs qismində saxlanılaraq Lerik RPŞ-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin yan cibində 01 ədəd bükümdə ümumi təmiz çəkisi 28,166 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz əldə etdiyi 465,841 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadan yaşadığı evin çardağında, eləcə də həyətyanı sahədə olan tikilidə 07 ədəd kibrit və 01 ədəd siqaret qutularında, həmçinin sellofan torbada saxladığı 437,675 qram çəkidə qurudulmuş marixuana 26 mart 2023-cü il tarixdə Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin çardağında və həyətyanı sahəsində olan tikilidə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Lerik rayonunun Cəngəmiran kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə öz evində yaşayır. Son iki il ərzində ara-bir narkotik vasitə marixuanadan tapandan tapana istifadə etmişdir. Marixuanadan əvvəlki illərdə istifadə etdiyinə görə marixuananı tanıyır və narkotik vasitə olduğunu bilir. Marixuanadan başqa digər növ narkotik vasitələrdən heç vaxt istifadə etməmiş və narkotik vasitənin satışı ilə məşğul olmamış, son vaxtlarda Bakı şəhərində gündəlik ayrı-ayrı markalı avtomobillər icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuş, 2023-cü ilin yanvar ayının əvvəlində avtomobilinə götürdüyü tanımadığı müştəri avtomobildən düşdükdən sonra avtomobildə sellofan torbada kütlənin qaldığını görüb və torbaya baxaraq içində marixuana olduğunu bilmiş, həmin torbada olan kibrit qutuları marixuana ilə dolu olmuşdur. Bundan əlavə siqaret qutusunda da marixuana olmuşdur. Torbanı götürərək 2023-cü iliny yanvar ayının axırlarında evinə, yəni Lerik rayonunun Cəngəmiran kəndinə gəlmiş, həmin torbanı ailə üzvlərindən xəbərsiz evin damında gizlətmiş, marixuanadan sellofan bükümdə bir qədər götürüb ara-bir istifadə etmək üçün cibində gəzdirməklə ara-bir siqaret kimi çəkib istifadə etmiş, ailə üzvlərinin bundan xəbəri olmamışdır. 25 mart 2023-cü il tarixdə, saat 20 radələrində evdən çıxıb çay içmək üçün kəndin mərkəzində yerləşən çayxanaya gedərkən üzərində sellofan bükümdə marixuana olmuşdur. Çayxanaya gəlib içəri daxil olmuş, həmkəndliləri Ramini və Yalçını görüb onlarla bir stolda oturub çay içdikləri zaman Elvin də onların yanına gəlib bir stolda çay içib domino oynamağa başlamışlar. 25 mart 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Lerik rayon polis şöbəsinin tanımadığı əməkdaşları çayxanaya daxil olub ona və Elvin Hüseynova yaxınlaşıb «sizin narkotik vasitədən istifadə etməyiniz barədə bizə məlumat daxil olmuşdur, bizimlə şöbəyə getməlisiniz» dedikdən sonra onu və Elvini çayxanadan çıxarıb avtomobildə Lerik rayon polis şöbəsinə gətirmişlər. Lerik rayon polis şöbəsində onun üzərində şəxsi axtarış aparılmiş, əynində olan gödəkcənin yan cibində saxladığı içərisində marixuana olan sellofan büküm aşkar edilərək götürülüb qablaşdırılmışdır. Üzərində aşkar olunmuş marixuana ona məxsusdur. Heç vaxt narkotik vasitə satmamışdır. Hazırda etdiyi əməlindən peşimandır. Söz verir ki, bir daha narkotik vasitə istifadə etməyəcəkdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq ona qanunamüvafiq qaydada köməklik edilməsini xahiş edir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, barəsində ədalətli hökm çıxarılmasını bildirərək, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik şəhərində kirakeş yaşamaqla 2020-ci ildən Lerik RPŞ-də CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir ziddiyyəti olmamışdır. 25 mart 2023-cü il tarixdə, günün ikinci yarısında adını və soyadını açıqlamaq istəmədiyi mənbədən Təqsirləndirilən şəxs yaşadığı Cəngəmiran kəndinin ərazisində üzərində narkotik vasitə gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuş, daxil olmuş məluatı dərhal yoxlamaq məqsədi ilə Lerik RPŞ-nin rəhmərliyinə məruzə edərək Təqsirləndirilən şəxs müşahidəyə alınması üçün təxirəsalınmaz əməliyyət-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, qəbul etdiyi qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuş və onun müşhidəyə alınmasına icazə verilmişdir. 25 mart 2023cü il tarixdə, saat təxminən 22 radələrində Lerik şəhərinə yaxın məsafədə yerləşən Cəngəmiran kəndinə gedib müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirmək üçün Lerik rayon PŞ-nin əməkdaşı Mirsəfa Müstafayev, Şahid3, Şahid6la birlikdə Cəngəmiran kəndinə gəlmiş, Təqsirləndirilən şəxs kəndin mərkəzində olan çayxanada olmasını dəqiqləşdirib onu şübhəli şəxs qismində saxlayıb Lerik RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra onun üzərində narkotik vasitənin olması şübhəsi olduğuna görə üzərində şəxsi axtarışın aparılması üçün şöbə rəhbərliyinə raportla müraciət etmiş, raportun icrası şöbənin təhqiqat qrupunun təhqiqatçısına həvalə olunmuş, şöbənin inzibati binasında, xidməti iş otağda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan pencəyin sol yan cibində 01ədəd ağ rəngdə sellofan büküm və 01 ədəd kağız bükümdə 07 ədəd bitki toxumu aşkar edilərək götürülmüş, sellofan bükümdə olan kütlə narkotik vasitə marixuanaya oxşarlığı olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin davamı olaraq 26 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evində və həyətindəki tikililərdə axtarış aparılmış, axtarış zamanı evin damından 01 ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütlə, bu torbadan bir qədər kənarda isə 01 ədəd ağ rəngdə sellofan torbada 07 ədəd içərisində narkotik vasitə marixuanaya oxşar kütlə olan kibrit qutuları, göstərdiklərindən əlavə evin həyətyanı sahəsində yardımçı tikilidə 01 ədəd siqaret qutusunda marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid2 ifadəsində göstərdi ki,Lerik şəhərində yaşamaqla 2018-ci ildən Lerik RPŞ-də İTB-nin pols sahə rəisi vəzifəsində işləyir. 25 mart 2023-cü il tarixdə, günün ikinci yarısında Lerik RPŞ-nin rəhbərliyinin göstərişinə əsasən Lerik rayonunun Cəngəmiran kənd sakinlərindən narkotik vasitələrini üzərilərində gəzdirmələrində və istifadəsi ilə məşğul olmlarında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə tapşırıq almış, Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən keçiriləcək əməliyyataxtarış tədbirlərində iştirak etmək üçün onunla və digər polis əməkdaşları ilə birlikdə 25 mart 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Lerik şəhərinə yaxın məsafədə yerləşən Cəngəmiran kəndinə gedib müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirmək üçün Cəngəmiran kəndinə gəlmişlər. Təqsirləndirilən şəxs kəndin mərkəzində olan çayxanada olmasını dəqiqləşdirib onu şübhəli şəxs qismində saxlayıb Lerik RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs avtomobilə mindirərkən əynində olan paltarların altından sellofan bükümü yerə salmış, həmin bükümü götürməsini ona demiş, Təqsirləndirilən şəxs bükümü götürüb cibinə qoymuş və onu avtomobilə mindirib Lerik rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra onun üzərində narokotik vasitənin olması şübhəsi olduğuna görə üzərində şəxsi axtarışın aparılması üçün Şahid1 şöbə rəhbərliyinə raportla müraciət etmiş, Raportun icrası təhqiqatçısıya həvalə olunmuş, şöbənin inzibati binasında xidməti iş otağda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan pencəyin sol yan cibində 01 ədəd ağ rəngdə sellofan büküm (saxlınılarkən yerə atdığı) və 01 ədəd kağız bükümdə 07 ədəd bitki toxumu aşkar edilərək götürülmüşdür. Sellofan bükümdə olan kütlə narkotik vasitə marixuanaya oxşar olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin davamı olaraq 26 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evində və həytindəki tikililərdə axtarış aparılmışdır. Axtarış zamanı evin damından 01 ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütlə, bu torbanın gizlədildiyi yerdən bir qədər kənarda isə 01 ədəd ağ rəngdə sellofan torbada 07 ədəd içərisində narkotik vasitə marixuanya oxşar kütlə olan kibrit qutuları, göstərdiklərindən əlavə evin həyətyanı sahəsində yardımçı tikilildə apardıqları axtarış zamanı şəxsən özü yarımçıq tikilidə divarın dibində yığılmış əşyaların altında 01 ədəd siqaret qutusunda marixuanaya oxşar kütlə aşkar etmiş və götürüb təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı əldə edib istifadə etməsi barədə ona məlumat daxil olmuş, lakin marixuananı hansı mənbədən əldə etməsi barədə məlumat əldə edə bilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid6 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2004-cü ildən Lerik RPŞ-də polis nəfəri, daha sonra isə 2018ci ildən CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 mart 2023-cü il tarixdə, günün ikinci yarısında, saat təxminən 18 radələrində Lerik RPŞ-nin rəhbərliyinin göstərişinə əsasən Lerik rayonunun Cəngəmiran kənd sakinlərindən narkotik vasitələrini üzərilərində gəzdirmələrində və istifadəsi ilə məşğul olmalarında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərin keçirilməsi üçün şöbənin əməliyyat müvəkkili Şahid1 köməklik etməsi barədə tapşırıq almış, Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən keçiriləcək əməliyyat-axtarış tədbirlərində iştirak etmək üçün ounla və digər polis əməkdaşları ilə birlikdə 25 mart 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Lerik şəhərinə yaxın məsafədə yerləşən Cəngəmiran kəndinə gedib müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirmək üçün Cəngəmiran kəndinə gəlmişlər. Təqsirləndirilən şəxs kəndin mərkəzində olan çayxanada olmasını dəqiqləşdirib onu şübhəli şəxs qismində saxlayıb Lerik RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra onun üzərində narokotik vasitənin olması şübhəsi olduğuna görə üzərində şəxsi axtarışın aparılması üçün Şahid1 şöbə rəhbərliyinə raportla müraciət etmiş, təhqiqatçı tərəfindən şöbənin inzibati binasında xidməti iş otağda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan pencəyin sol yan cibində 01 ədəd ağ rəngdə sellofan büküm və 01 ədəd kağız bükümdə 07 ədəd bitki toxumu aşkar edilərək götürülmüş, Sellofan bükümdə olan kütlə narkotik vasitə marixuanaya oxşarlığı olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin davamı olaraq 26 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evində və həytindəki tikililərdə axtarış aprarılmış, axtarış zamanı evin damından 01 ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütlə, bu torbanın gizlədildiyi yerdən bir qədər kənarda isə 01 ədəd ağ rəngdə sellofan torbada 07 ədəd içərisində narkotik vasitə marixuanya oxşar kütlə olan kibrit qutuları aşkar edilərək götürülmüş, bundan sonra həyətdəki tikililərdə aparılmış axtarış zamanı Mirsəfa Müstayayev evin həyətyanı sahəsində yardımçı tikilildə apardığı axtarış zamanı şəxsən özü yarımçıq tikilidə divarın dibində yığılmış əşyaların altında 01 ədəd siqaret qutusunda marixuanya oxşar kütlə aşkar edərək götürüb təhqiqatçıya təqdim etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid8 Şahid9 şahid qismində dindirlmiş Məmmədov Şahid Şükür oğlunun ifadəsi ilə eyni məzmunda ifadə verdi. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid4 ifadəsində göstərdi ki, Lerik rayonunun Cəngəmiran kəndində öz evində yşayır. Ramik qardaşıdır, ondan ayrı ailəsi ilə birlikdə Cəngəmiran kəndindəki evində yaşayır. Ramikin narkotik vasitələrdən istifadə etməsindən məlumatı olmamış və onun narkotik vasitələrdən istifadə etməsini görməmiş, hətta şübhələri də olmamışdır. 25 mart 2023-cü il tarixdə, gecə saat təxminən 24 radələrində Ramikin Lerik rayon polis şöbəsinə aparılmasını və saxlmanılmasını eşitmiş, hansı səbəbdən polisə aparılmasını öyrənmiş, ona məlum olmuşdur ki, guya onun üzərində narkotik vasitə aşkar olunmuşdur. Daha sonra 26 mart 2023-cü il tarixdə, günün birinci yarısında Ramikin evində olduğu zaman Lerik RPŞ-nin əməkdaşları onun evinin həyətinə gəlib və ona «Ramikin üzərində narkotik vasitə aşkar etmişik, evində də narkotik vasitə saxlaması ehtimal olunur. Buna görə də Ramikin evində və tikililərdə axtarış aparmaq üçün gəlmişik» demişlər. Hətta axtarış apardıqlarına görə tərtib etdikləri protokolu da ona imzalatdırmışlar. Axtarış videoçəkilişlə aparılmışdır. Evin çardağında sellofan torbada kibrit qutuları aşkar olunmuş, daha bir sellofan torbada yaşıl rəngdə ota oxşar kütlə aşkar olunmuş, budan əlavə evin həyətindəki tikilidə əşyaların altında siqaret qutusunda ota oxşar kütlə aşkar olunmuşdur. Polis əməkdaşları bildirmişlər ki, həmin kütlələrin tərkibini öyrənmək üçün ekspertizaya göndərəcəklər. Ramikin narkotik vasitədən istifadə etməsini bilmir və görməmişdir. Onun evində aparılmış axtarış zamanı polis əməkdaşları tərəfindən götürülmüş kütlələrin tərkibini şəxsən bilməmişdir. Polis əməkdaşları tərəfindən Ramikin evində apardıqları axtarışda iştirak etmiş, evin daxilində heç nə aşkar olunmamış, evin çardağına ondan əvvəl Dəyanət və Anar adlı polis əməkdaşları çıxmışlar, onlardan sonra özü çardağa çıxmış, evin çardağında aşkar olunmuş, polisin deməsinə görə narkotik vasitəni ondan əvvəl evin çardağına çıxmış polis əməkdaşları Anar və Dəyanət tərəfindən orada qoyulmasından şübhələnir. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid5 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2015-ci ildən Lerik RPŞ-də PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 26 mart 2023-cü il tarixdə, səhər təlimatlandırmadan sonra şöbə rəhbərliyin tapşırığına əsasən Cəngəmiran kənd sakinləri Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparmaq üçün getmiş, Təqsirləndirilən şəxs yaşadığı evində və həytindəki tikililərdə axtarış aparılmış, axtarış zamanı evin damında polis əməkdaşı Dəyanət 01 ədəd ağ rəngdə sellofan torbada 07 ədəd içərisində narkotik vasitə marixuanaya oxşar kütlə olan kibrit qutularını damda olan əşyaların arasında tapıb kənara qoymuş, özü həmin qutuları açıb içinə baxdığı zaman Dəyanət əlavə olaraq 01 ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütləni də tapıb kənara çıxartmış, bunlardan əlavə evin həyətyanı sahəsində yardımçı tikilildə axtarış apardıqları zaman Mirsəfa Mustayayev 01 ədəd siqaret qutusunda marixuanaya oxşar kütlə aşkar etmişdir. Təhqiqatçı tərəfindən həmin kütlələr götürülərək ayrı-ayrılıqda qablaşdırılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs evində, tikililərdə və çardaqda axtarış videoçəkilişlə Şahid4 iştirakı ilə aparılmışdır. Evin çardağında özü və Dəyanət axtarış aparmışlar. Çardaqda apardığı axtarış zamanı çardaqda yığılmış əşyaların arasından Dəyanət 01 ədəd ağ rəngdə sellofan torbada 07 ədəd içərisində narkotik vasitə marixuanaya oxşar kütlə olan kibrit qutularını tapıb kənara qoymuş, həmin qutuları açıb içinə baxdığı zaman Dəyanət əlavə olaraq 01 ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütləni də tapıb kənara çıxartmışlar. Həmin kütlələri tapdıqları zaman Şahid4 tam olaraq yanlarında olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid3 Məmmədhüseyn oğlu ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2022-ci ildən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir ziddiyyəti olmamışdır. 25 mart 2023-cü il tarixdə, saat 22 radələrində Lerik RPŞ-nin məsul növbətçisi ona zəng edib «ərazinizdən şübhəli şəxslər şöbəyə gətirilib rəhbərlik sizi şöbəyə çağırır» dedikdən dərhal sonra Lerik RPŞ-nə gəlmiş, ona məlum olmuşdur ki, şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid1 digər əməkdaşlarla birlikdə rayonun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsinə görə şübhəli şəxs qismində şöbəyə gətirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən iştirak etmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan pencəyin sol yan cibində 01 ədəd ağ rəngdə sellofan büküm və 01 ədəd kağız bükümdə 07 ədəd bitki toxumu aşkar edilərək götürülmüş, sellofan bükümdə olan kütlə narkotik vasitə marixuanaya oxşarlığı olmuşdur. Həmin kütlələr təhqiqatçı tərəfindən götürülərək ekspertiza tədqiqatına göndərilməsi üçün ayrı-ayrılıqda qablaşdırılmışdır. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin davamı olaraq 26 mart 2023-cü il tarixdə Cəngəmiran kənd sakini X2 yaşadığı ünvanda axtarış aparılarkən təhlükəsizlik tədbirləri ilə bağlı evin həyətində olmuş və təhlükəsizlik qaydalarını qorumuş, Lakin axtarışda iştirak etməmişdir. Axtarışın nəticəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda əməkdaşlar tərəfindən aparılmış axtarış zamanı narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid9 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla xırda alverlə məşğul olub ailəsini dolandırır. Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir unsiyyəti olmamışdır. 25 mart 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Lerik rayon polis şöbəsinin xatırlamadığı əməkdaşı ona zəng edib şöbəyə çağırmış, şöbəyə çağırılmasının səbəbini soruşmuş, ona «şöbəyə şübhəli şəxs gətirmişik onun üzərində şəxsi axtarış aparmaq üçün hal şahidi kimi iştirak etməlisiniz» demiş, Lerik RPŞ-nə gəlmiş, Lerik rayon polis şöbəsində təhqiqatçının xidməti iş otağında sonradan adını bildiyi Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibində ağ rəngdə sellofan bükümdə kütlə və 01 ədəd kağız bükümdə 7 ədəd bitki toxumu aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, selofanda olan kütlə nəşədir özü istifadə etmək üçün cibində saxlamışdır. Şahid10 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir unsiyyəti olmamışdır. 25 mart 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Lerik rayon polis şöbəsinin xatırlamadığı əməkdaşı ona zəng edib şöbəyə çağırmış, şöbəyə çağırılmasının səbəbini soruşmuş, ona «şöbəyə şübhəli şəxs gətirmişik onun üzərində şəxsi axtarış aparmaq üçün hal şahidi kimi iştirak etməlisiniz» demiş, Lerik RPŞ-nə gəlmiş, Lerik rayon polis şöbəsində təhqiqatçının xidməti iş otağında sonradan adını bildiyi Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibində ağ rəngdə sellofan bükümdə kütlə və 01 ədəd kağız bükümdə 7 ədəd bitki toxumu aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, selofanda olan kütlə nəşədir özü istifadə etmək üçün cibində saxlamışdır. Şəxsi axtarışın aparılması barədə protkoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibində 01 ədəd şəffaf rəngdə sellofan bükümdə marixuanaya oxşar kütlə və 01 ədəd kağız bükümdə 07 ədəd bitki toxumu aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evində axtarış aparılması barədə protokoldan görünür ki, evin çardağında ayr-ıayrı yerlərdə, bir-birinə yaxın məsafədə 01 ədəd şəffaf rəngdə sellofan torbada 07 ədəd kibrit qutsu, 01 ədəd sarı rəngdə sellofat torbada və həyətində olan yardımçı tikilinin divarının dibində 01 ədəd siqaret qutusunda marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 26 mart 2023-cü il tarixli, 19/345 saylı rəyindən görünür ki, Lerik rayon polis şöbəsi tərəfindən tədqiqata təqdim edilmiş Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1 ədəd sellofanda təmiz çəkisi 28,166 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 1 ədəd bükümdə içərisində 7 ədəd toxumlar əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və onlar narkotik vasitəyə aid deyillər. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 28,166 qram, cəmi tədqiqat sərf edildi-0,05 qram, qalıq-28,116 qram, çətənə bitkisinin toxumlarının sayı 7 ədəd, tədqiqata sərf edildi-1 ədəd, qalıq 6 ədəd. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 26 mart 2023-cü il tarixli, 19/348 saylı rəyindən görünür ki, Lerik rayon polis şöbəsi tərəfindən tədqiqata təqdim edilmiş üzərində «Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinin damında 01 ədəd ağ rəngdə sellofan bükülüdə 07 ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar kütlələr» sözləri və imzalar olan bir ədəd zərfdəki 7 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz səkiləri -3,754 qr; -3,711 qr; -3,751 qr; -3,439 qr; -4,211 qr; -3,977 qr; -5,226 qram; ümumi təmiz çəkisi 28,069 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində «Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən tikilidə aşkar edilmiş 01 ədəd siqaret qutusunda təmiz çəkisi 19,606 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs yaşadığı evin damında aşkar edilmiş 01 ədəd torbada təmiz çəkisi 390,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş 3 ədəd zərfdəki və 1 ədəd paketdəki ümumilikdə 10 bükümlü marixuanalar xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi -437,675 qr. cəmi tədqiqata sərf eildi- 0,45qr (hər.ob 0,05qr), qalıq 437,225 qram təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər narkoloji xəstəxanasının X4 Tibbi Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 28 mart 2023-ci il tarixli, 326 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Cəngəmiran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Cəngəmiran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2007 və 2012-ci il təvəllüldü 2 azyaşlı uşağı vardır. Maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi zərfdə qablaşdırılmış 28,116 qram qurudulmuş marixuana, həmçinin yaşadığı ünvanda götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyə rəngdə kağız paketdə qablaşdırılmış 437,225 qram qurudulmuş marixuana işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətdən şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ittihamı irəli sürmüşdür. Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 30 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin yan cibində 01 ədəd bükümdə ümumi təmiz çəkisi 28,166 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin yaşadığı ünvanda götürülmüş 437,675 qram qurudulmuş marixuana olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə hələ cinayət təqibinin başlanğıcında Təqsirləndirilən şəxs niyyətinin satış məqsədi olmaması ilə bağlı nəticəyə gəlib onun barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə əməliyyat tapşırığı, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz ilk gündən ona məlum olan həmin ehtimal və mülahizə əsasında “Cinayət işinin başlanması haqqında” 26 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatın daxil olmadığını, sonuncu barədə yalnız narkotik vasitələrin əldə etməsi, istifadə etməsi və daşıması barədə məlumatları olduqlarını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş 07 ədəd kibrit və 01 ədəd siqaret qutularında, həmçinin sellofan torbada qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuananın 465,841 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitələr, psixotrop maddələr qəbul edən Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, 25 mart 2023-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin yan cibində 01 ədəd bükümdə ümumi təmiz çəkisi 28,166 qram olan narkotik vasitə qurudulmuş marixuana istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin müəyyən edilərək telefon nömrəsinə narkotik vasitələrin alqı-satqısını təsdiq edəcək mətnlər, zənglər və s. bu kimi hər hansı məlumatın daxil olması ilə hallar müəyyən edilməmişdir. Göstərilənləri, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə – marixuananı mütəmadi istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda 01 ədəd qəhvəyi zərfdə qablaşdırılmış 28,116 qram qurudulmuş marixuana, həmçinin yaşadığı ünvanda götürülmüş 437,675 qram qurudulmuş marixuana əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayət qədər ağlabatan və inandırıcı deyil. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsdə çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyinin aşkar olunmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri ehtimal üzərində qurmaq olmaz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs, 2023-cü ilin yanvar ayının əvvəlində istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən satış məqsədi olmadan qanunsuz yolla əldə edərək daşıyıb evində saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 07 ədəd kibrit və 01 ədəd siqaret qutularında, həmçinin sellofan torbada qablaşdırılmış ümumi təmiz cəkisi 465,841 qram narkotik vasitə qurudulmuş marixuanadan 01 ədəd bükümdə 28,166 qramını üzərində saxlamaqla daşımışdır. Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 25 mart 2023-cü il tarixdə, saat 22 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Cəngəmiran kəndində yerləşən çayxanada şübhəli şəxs qismində saxlanılaraq Lerik RPŞ-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin yan cibində 01 ədəd bükümdə ümumi təmiz çəkisi 28,166 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz əldə etdiyi 465,841 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadan yaşadığı evin çardağında, eləcə də həyətyanı sahədə olan tikilidə 07 ədəd kibrit və 01 ədəd siqaret qutularında, həmçinin sellofan torbada saxladığı 437,675 qram çəkidə qurudulmuş marixuana 26 mart 2023-cü il tarixdə Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin çardağında və həyətyanı sahəsində olan tikilidə aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməlləri törətmiş şəxsin CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalardırılmasına səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarkterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki,onlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı təqsirin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmçinin cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cüiltarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdən 27 yanvar 2023-cü il tarixədək cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 25 mart 2023-cü il tarixdən saat 22:20-dan hesablanması qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Lerik Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri, “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «evdustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 130 (bir yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi zərfdə qablaşdırılmış 28,116 qram qurudulmuş marixuana, həmçinin yaşadığı ünvanda götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi rəngdə kağız paketdə qablaşdırılmış 437,225 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (köhnə redaksiya) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 25 mart 2023-cü il tarixindən hesablansın və ona təyin edilmiş 09 (doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənənədək dəyişdirlməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi zərfdə qablaşdırılmış 28,116 qram qurudulmuş marixuana, həmçinin yaşadığı ünvanda götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi rəngdə kağız paketdə qablaşdırılmış 437,225 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci olan 130 (bir yüz otuz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar