Məhkəmə qərarları › İş №1(048)-46/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-46/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-46/2024 13.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Lerik rayonu, Siyov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “X16” MMC-də sosial işçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmuş, Lerik rayonu, Siyov kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xeyli miqdarda 9,352 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 15 may 2024-cü il tarixdə, saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu rayonunun Vıjaker kəndi ərazisində idarə etdiyi “VAZ 2121” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən saxlanılaraq, avtomobili ilə Lerik RPŞ-yə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibində 01 ədəd sellofan bükümdə içərisində təmiz çəkisi 9,352 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il ərzində 5-6 dəfə narkotik vasitə marixuanadan istifadə etmişdir. Narkotik vasitə marixuananı tanıyır, üzərində daşıdığı narkotik vasitə marixuananı təxminən 2 ay əvvəl günorta saatlarında Lənkəran şəhərinin “Böyük bazar” adlanan ərazisində tanımadığı şəxsdən 50 manata almışdır. 15 may 2024cü il tarixdə, saat 16 radələrində Lerik rayonu, Vıjaker kəndində idarə etdiyi “VAZ-2121” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən adlarını sonradan bildiyi Lerik RPŞ-nin əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu demişlər. Sonra onu avtomaşınla birlikdə Lerik rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərində şəxsi axtarış keçirilmişdir. Bu barədə qərarla tanış olmuş və ona üzərində qanunsuz əşya və maddə varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynində olan gödəkçənin sağ yan cibində 01 ədəd sellofan büküm təqdim edib içərisində narkotik vasitə marixuana olduğunu bildirmiş və ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində marixuana olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı digər hər hansı bir qanunsuz əşya və ya başqa maddə aşkar olunmamışdır. Təqdim etdiyi büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, təsadüfi hallarda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Hazırda əməlindən peşman olduğunu və himayəsində üç azyaşlı uşağının olunduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Lerik rayonu, Siyov kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında düşmənçilik və ziddiyyət olmamışdır. 15 may 2024-cü il tarixdə, Lerik rayonu, Siyov kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsi barədə ona mötəbər mənbədən məlumat daxil olmuşdur. Bu məlumatı dərhal şöbə rəhbərliyinə məruzə edib tədbirin keçirilməsi üçün qəbul etdiyi qərar təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün şöbənin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 Şamil oğlu, əməliyyat müvəkkilləri Şahid2 və X3 ibarət qrup yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün tədbir həyata keçirmişlər. 15 may 2024-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs Lerik rayonu, Vıjaker kəndi ərazisində idarə etdiyi “VAZ 2121” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olmasını görüb, avtomobilə yaxınlaşıb ona saxla işarəsi vermişlər. Təqsirləndirilən şəxs avtomobili saxlamış, ona üzərində narkotik vasitə olması və daşıması ilə bağlı şübhəli olduğunu onlarla şöbəyə getmələrini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Lerik RPŞ-nə gətirib üzərində şəxsi axtarışın aparılması üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Salman Əhmədova həvalə olunmuşdur. 15 mart 2024-cü il tarixdə, saat 16:10-dən saat 16:25-dək olan müddətdə Salman Əhmədovun xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf etmiş və əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibində 01 ədəd qara rəngli sellofan bükümdə içərisində narkotik vasitəyə oxşar kütləni könüllü təqdim etmiş və həmin narkotik vasitəni özü istifadə etmək üçün Lənkəran şəhərində «Böyük Bazar»da tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə qablaşdırılarq götürülmüş, sonda protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2121” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Siyov kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında düşmənçilik və ziddiyyət olmamışdır. 15 may 2024-cü il tarixdə, Lerik rayonunun Siyov kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsi barədə ona mötəbər mənbədən məlumat daxil olmuş, bu məlumat dərhal şöbə rəhbərliyinə məruzə edilmiş və tədbirin keçirilməsi üçün qərar təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün şöbənin CAB-nin baş əməliyyat müvəkkilləri Şahid3 Şamil oğlu, X3 və ondan ibarət qrup yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün tədbir həyata keçirmişlər. 15 may 2024-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs Lerik rayonu, Vıjaker kəndi ərazisində idarə etdiyi “VAZ 2121” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olmasını görüb, avtomobilə yaxınlaşıb ona saxla işarəsi vermişlər. Təqsirləndirilən şəxs avtomobili saxlamış, ona üzərində narkotik vasitə olması və daşıması ilə bağlı şübhəli olduğunu onlarla şöbəyə getmələrini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Lerik RPŞ-nə gətirib üzərində şəxsi axtarışın aparılması üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Salman Əhmədova həvalə olunmuşdur. 15 mart 2024-cü il tarixdə, saat 16:10-dən saat 16:25-dək olan müddətdə Salman Əhmədovun xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf etmiş və əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibində 01 ədəd qara rəngli sellofan bükümdə içərisində narkotik vasitəyə oxşar kütləni könüllü təqdim etmiş və həmin narkotik vasitəni özü istifadə etmək üçün Lənkəran şəhərində «Böyük Bazar»da tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə qablaşdırılarq götürülmüş, sonda protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2121” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Cinayət işi materiallarında olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olduğunu bildirir və əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibindən bir ədəd qara salafan bükümü çıxarıb təqdim edir. Şəxsin təqdim etdiyi büküm açıldıqda onun içərisində narkotik vasitəyə oxşar kütlə olması müəyyən edilir. Bundan sonra həmin səxsin üzərindən aşkar edilmiş bir ədəd qara salafan büküm zərfə qovularaq qablaşdırılır və zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Cinayət işi materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin X5 16 may 2024cü il tarixli, 19/422 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş “narkotik vasitəyə oxşar kütlə....” sözlər və imzalar olan 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi – 9,352 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələri»n siyahısına daxildir (Siyahı İ). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatdır. Cinayət işi materiallarında olan “maddi sübut kimi tanımaq haqqında 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,252 qram olan narkotik vasaitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Lerik RPŞ-nin “əşyaları saxlama kamerasına” təhvil verilmişdir. Cinayət işi materiallarında olan 15 may 2024-cü il tarixli “cinayət törətməkdə şübhə yaradan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 16 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan Lerik Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işi materiallarında olan 17 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Lənkəran şəhər X2 X10 yoxlamanın 30 may 2024-cü il tarixli, 483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoiddən istifadə halı olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 06 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 308.1 və 32.5 və 313-cü maddələri ilə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Cinayət işi materiallarında olan Lerik Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 308.1 və 32.5 və 313-cü maddələri ilə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməmişdir. Cinayət işi materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin 09 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasını xx.xx.2024-cü il tarixdə tam çəkib bitirmiş və şöbənin qeydiyyat kitabından çıxarılmışdır. Cinayət işi materiallarında olan “elektron məhkəmə informasiya sistemi”ndən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 308.1 və 32.5 və 313-cü maddələri ilə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməsə də, Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Lerik rayonu, Siyov kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Əliyev X7 şəhər X2 X10 yoxlamanın 30 may 2024-cü il tarixli, 483 nömrəli rəyinə əsasən ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,252 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 15 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Lerik rayonu, Siyov kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Lerik Rayon Polis şöbəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 9,252 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar