Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-48/2023 27.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 10:30 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Vəligülla oğlu və X1, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil X6 oğlunun, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında 23 avqust 1990-cı ildə Lerik rayonun Cəngəmiran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, , Lerik rayonun Cəngəmiran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binə Südçülük sovxozunda yaşamış, Bakı şəhər Nərimanov Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, dələduzluq, yəni özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ilin yanvar ayının axırında Zərərçəkmiş şəxs1 zəng edib sonuncu ilə özünə inam yaradacaq məzmunda söhbətlər apararaq Lerik şəhəri, Nizami küçəsində yerləşməklə vət. X4 alaraq istifadə etdiyi dükanı mülkiyyətinə keçirməsi üçün köməklik edəcəyi barədə yalan vəd verərək onu özünə inandırmaqla etibarını qazanıb pul istəmiş, sonuncunun özünə məxsus dükanda quraşdırılmış «MilliÖn» elektron ödəmə terminalı vasitəsi ilə adına olan kart hesabına köçürdüyü 23 yanvar 2021-ci il tarixdə, saat 16:50-də 200 manat, xx.xx.2021-ci il tarixdə, saat 12:32-də 400 manat, xx.xx.2021-ci il tarixdə, saat 12:50-də 500 manat, xx.xx.2021-ci il tarixdə, saat 16:59-da 100 manat, xx.xx.2021-ci il tarixdə, saat 16:08-də 500 manat, xx.xx.2021-ci il tarixdə, saat 19:24-də 50 manat, xx.xx.2021-ci il tarixdə, saat 09:23-də 400 manat, xx.xx.2021-ci il tarixdə, saat 19:04-də 100 manat, xx.xx.2021-ci il tarixdə, saat 21:09-da 100 manat, xx.xx.2021-ci il tarixdə, saat 16:09-da 50 manat, xx.xx.2021-ci il tarixdə, saat 11:46-da 220 manat, xx.xx.2021-ci il tarixdə, saat 11:59-da 300 manat, xx.xx.2021-ci il tarixdə, saat 19:02-də 50 manat, xx.xx.2021-ci il tarixdə, saat 17:32-də 300 manat, xx.xx.2021-ci il tarixdə, saat 16:40-də 500 manat, digər itirdiyi qəbzlərlə 930 manat olmaqla ümumilikdə 4500 (dörd min beş yüz) manat pulunu vahid niyyətlə ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 4500 (dörd min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrar dələduzluq, yəni özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı, xx xxx 2005-ci ildə anadan olmanqla yetkinlik yaşına çatmamış Lerik rayonunun Şinəband kənd sakini X9 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq Lerik rayon İcra Hakimiyyəti Başçısının 20 avqust 2001-ci il tarixli 230 saylı Sərəncamı və 20 avqust 2001-ci il tarixli 16 saylı icarə müqaviləsinə əsasən Neftçala rayonunda Lerik rayonunun tabeliyində olmuş Muğan-Lapatin qışlağının 7N-11-ci sahəsində qoyunçuluğun inkişafı üçün Lerik rayonunun Çayrud kənd sakini Zərərçəkmiş şəxs2 15 il müddətinə verilmiş və istifadə müddəti 2016-cı ildə bitmiş 150 ha torpaq sahəsinin icarə müqavilə müddətinin artırılması barədə yalan vəd verərək bunun müqabilində ondan 8000 manat pul istəmiş, Şahid vasitəsi ilə Zərərçəkmiş şəxs2 30 oktyabr 2022-ci il tarixdə Lerik şəhərində 4000 (dörd min) manat, 2022-ci ilin noyabr ayının əvvəlində Bakı şəhəri, Qaraçuxur qəsəbəsində zərərçəkmişin əvəzində onun yaxın qohumu Nazim İbadovdan 1000 (bir min) manat pulu ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs2 oğlu Şəhriyar Hümmətovla telefon vasitəsi ilə əlaqə yaradaraq torpağa aid icarə müqaviləsinin müddətini artırmaq üçün əlavə pul istədiyindən Şəhriyar Hümmətov əməkhaqqı kartından birbank vasitəsi ilə ona verdiyi ayrı-ayrı kart hesablarına 04 noyabr 2022-ci il tarixdə 300 manat, 07 noyabr 2022-ci il tarixdə 500 manat və 16 noyabr 2022-ci il tarixdə 200 manat olmaqla 1000 manat pul köçürtdürüb ələ keçirtdikdən sonra cinayətkar niyyətini davam etdirərək 20 noyabr 2022-ci il tarixdə Şahidlə birlikdə Lerik rayonunun Çayrud kəndinə gəlib Şəhriyar və Zərərçəkmiş şəxs3 qardaşları ilə görüşərək güya Şahid onları aldatdığını bildirib sonuncunun onlardan aldığı 5000 manat pulu qısa müddətdə qaytaracağı barədə qəbz yazdıraraq Şəhriyar Hümmətova «narahat olmayın, torpağın müqavilə məsələsini düzəltmək üçün çalışıram, iş gedir, qohumusunuz, mənə 1000 manat vermisiniz, əlavə 1000 manat da verin mən də özümdən 1000 manat qoyub işi düzəldən şəxsə verərəm ki, torpağın müqavilə sənədləri qısa müddətdə hazırlansın» deyib ayrılan zaman kəndə gəldiyinə görə 100 (bir yüz) manat alaraq getmiş, 21 noyabr 2022-ci il tarixdə təkrar Şəhriyar Hümmətova zəng edib əlavə 1000 manat pul istəmiş, sonuncunun qardaşı Zərərçəkmiş şəxs3 bəlli etdiyi kart hesabına 800 (səkkiz yüz) manat pulun köçürülməsinə nail olduqdan sonra həmin məbləğdə vəsaiti nağdlaşdıraraq ələ keçirmiş, vahid niyətlə zərərçəkmiş şəxsə ümumilikdə 6900 (altı min doqquz yüz) manat məbləğində xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 həmkəndlisidir onunla ziddiyyəti olmamışdır. 2020-ci ildə Bakı şəri 8-ci km bazarında məişət əşyaların satışı ilə məşğul olmuş, həmin vaxtlarda Lerik şəhər sakini X8 yanına gəlib dükanından nisya məişət əşyalarını apararaq Lerik şəhərində dükaında satmasını təşkil etmiş, buna görə də aralarında 16000 manat borc yaranmış, Süleyman ona 16.000 manat pul borclu qalmış, ona məlum olmayan səbəbdən müflisləşərək Lerik şəhəri, Nizami küçəsində yerləşən dükanını satmaq qərarına gəlmiş, dükanı satmaq isitədiyi zaman həmkəndlisi Rəşid ona «köməklik göstər dükanı mən alım» demiş, Süleymanla danışıb dükanı 30.000 manata almasına razılaşmışlar. Süleymanın ona borclu olduğunu Rəşid bilmiş, sonuncu ona «dükanın sənədlərini hazırlayıb öz adıma rəsmiləşdirdikdən sonra Süleymana verməli olduğum puldan sənə verərəm» demiş, tam olaraq Rəşidlə razılaşmış, bu danışınqdan sonra Süleyman Azərbaycan Respublikasının ərazisini tərk etmiş, Süleyman dükanın sənədlərini Rəşidə verməmiş, Rəşid də dükanı öz adına rəsmiləşdirə bilməmiş, Rəşidin dediyinə görə Süleymana tam olaraq 30.000 manat pul vermişdir. Rəşid ona «Süleymandan sənədləri al mənə ver, ondan pulu tələb etmə mən sənə pul verərəm» demiş, Rəşidlə razılaşsmış, sonuncu 2021-ci ilin yanvar-fevral aylarında hissə-hissə onun üçün 4500 manat pul göndərmiş, Süleymanı tapıb dükanın sənədlərini Rəşidə verdirmiş, Rəşid sənədləri yoxlamış, saxta olduğunu bilib dükanı öz adına rəsimiləşdirə bilməmiş, bundan sonra ona «dükanı öz adıma rəsimiləşdirə bilmirəm sənə verdiyim pulu hissəhissə qaytar» demiş, Rəşidə «pulunuzu hisə-hissə qayatararam» demiş və 2023-cü ilin favral ayının 20-də 1000 manatını qaytarmış, bundan sonra isə Bakı şəhərində tutulub həbs olunmuş, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə barəsində olan cinayət işi hazırda Nərimanov rayon məhkəməsinin baxışındadır. Daha sonra isə 3500 manat pulu onun əvəzində qardaşı Cahid Rəşidə qaytarmışdır. Rəşidə borcu qalmamışdır. Həmçinin Lerik rayonunun Şinəband kənd sakini Şahid tanıyır, onunla ziddiyyəti olmamışdır. Belə ki, 2022-ci ilin noyabr ayında Elcan ona «Çayrud kənd sakini Vəligülla adlı şəxsdən 5000 manat pul almışam pulunu məndən tələb edirlər, bu işi yoluna qoya bilərsən ya yox» demiş, Zərərçəkmiş şəxs2 anası tərəfdən uzaq qohumu olduğuna görə, Elcana «mən bu məsələ ilə maraqlanaram» deyərək Vəligüllanın mobil telefon nömrəsini Elcandan alıb onunla danışmış və çonuncuya «narahat olmayın Elcan pulunuzu qaytarar, mən işinizi həll edərəm»iş. Şəhriyarv verdiyi kart nömrəsinə sonuncu 04 noyabr 2022-ci il tarixdə 300 manat, 07 noyabr 2022-ci il tarixdə 500 manat və 16 noyabr 2022-ci il tarixdə 200 manat göndərmiş, onlara Neftçala rayonunun ərazisində olan torpağın müqavilə müddətini artıracağını demiş, bundan sonra Elcanı 20 noyabr 2022-ci il tarixdə Lerik rayonunun Çayrud kəndinə gətirib Vəligüllanın oğlanları Şəhriyar və Şahidlə görüşdürmüş, Elcan onlara söz verib aldığı 5000 manat pulu qısa müddətdə qaytaracağını bildirmiş, həmin gün Şəhriyar ona 100 manat yolpulu vermiş, Bakı şəhərinə qayıtmışlar. Şəhriyarla əlaqə yaradıb Neftçala rayonunun ərazisində istifadə etdikləri torpağın icarə müddətini artırmaq üçün 800 manat pul kartına köçürtmüşlər. Onların istifadə etdiyi torpağın icarə müddətini artırmaq üçün çalışsa da işi düzəldə bilməmiş, bundan sonra Şəhriyar da ondan pulunu tələb etmiş, Şəhriyara 500 manat qaytarmış, bundan sonra isə Bakı şəhərində tutulub həbs olunmuş, bundan sonra isə 1400 manat pulu onun əvəzində qardaşı Cahid Vəligüllanın oğlanlarına qaytarmışdır. Vəligülla və oğlanlarına borcu qalmamışdır. Elcan Vəligülladan 5000 manat pul aldığını ona deyib pulu ondan tələb etmələrinə görə ona köməklik göstərməsini xahiş etmiş, Elcan Vəligülladan aldığı puldan ona verməmişdir. Elcanın Vəligülladan 5000 manat pul aldığını o, pulu alan vaxtlarda bilməmiş, Elcan Vəligüllaya verdiyi vədə əməl edə bilmədiyi üçün Vəligülla ondan pulunu tələb etdikdən sonra Elcan ona bildirmişdir. Vəligüllanı Elcan haqqında şikayət etməsin deyə sakitləşdirmək üçün onunla əlaqə yaratmış, daha sonra isə Neftçala rayonunun ərazisində istifadə etdiyi torpaq sahəsinin icarə müqavilə müddətini artarmağa ona söz verib pul almışdır. Hazırda zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxslərlə barışmışlar. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir iddia və tələbləri yoxdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslərlə barışdığından, onlara dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pulu dövlət büdcəsinə ödəməsini nəzərə alaraq onu Azərbaycan Respublikası CM-in 178.2.1,178.2.2 və 178.2.4-cü maddəsi ilə olan cinayət məsuliyyətindən azad etməklə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Lerik rayonunun Cəngəmiran kəndində yaşamaqla Lerik şəhəri, Nizami küçəsində yerləşən dükanda fiziki şəxs kimi fəaliyyət göstərib ərzaq məhsulların satışı işə məşğul olur. Təqsirləndirilən şəxs həmkəndlisidir, onu və ailə üzvlərini tanıyır, aralarında ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Binə qəsəbəsində yaşayır. Hazırda istifadə etdiyi Lerik şəhəri, Nizami küçəsində yerləşən dükanı Lerik şəhər sakini X4 almış, dükanın altında olan torpaq və bina özü Süleymanın anası mərhum X5 adına rəsmiləşdirilmişdir. Aldığı dükan binasını hal-hazıra kimi mülkiyətinə keçirə bilməmişdir. 2021-ci ilin yanvar ayının axırında həmkəndlisi Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng edib «mənim məlumatım var, istifadə etdiyin dükanı sənə satan Sureymanın sənə borcu vardır, dükanın sənədləri məndədir, sənə kömək edib dükanı sənin adına keçirərəm. Süleymanla alqısatqı edərkən indi verdiyi pulu ordan çıxarıq. Dükanı sənin adına rəsmiləşdirmək üçün müvafiq işlər görməliyəm bunun üçün sən mənə hisə-hissə müəyyən miqdarda pul verməlisən», Emilə «əgər dükanın sənədlərini rəsmiləşdirə bilirsənsə sənə pul verərəm» demiş, Emil də ona «bu işi öhdəmə götürürəm sənə köməklik göstərərə» deyərək onu özünə inandıraraq 23 yanvar 2021-ci il tarixdə, günün ikinci yarısında ona zəng edib «sənədləri toplamaq üçün Lənkəran şəhərinə Ryestr xidmətinə gedirəm mənə pul göndər» dedikdən sonra həmin gün saat 16:50-də 200 manat pulu dükanında quraşdırılmış «MilliÖn» eldektron ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi kart nömrəsinə köçürtdürmüş, bu qayda ilə müxtəlif xərclər üçün Təqsirləndirilən şəxs istəyi ilə müxtəlif vaxtlarda ümumilikdə 4500 manat pulu sonuncunun adına olan kart hesabına köçürmüş, pulun köçürülməsinə dair saxladığı qəblərin surətini tam olaraq ərizəsinə əlavə etmiş, ödəmə qəbzləri üzrə 3570 manat pulun göndərilməsi təsdiq olunur. Yerdə qalan çatışmayan 930 manat pulun Emilə çatdırılması barədə qəbzləri itirmişdir. 2021-ci ilin yanvar ayının axırından fevral ayının axırına kimi olan müddətdə Təqsirləndirilən şəxs adına olan kart hesabına ümumilikdə 4500 (dörd min beş yüz) manat pul köçürmüş, Emildən dükanın sənədlərini düzəldib-düzəltmədiyini soruşmuş, sonuncu ona yalan vədlər verməyə başlamış, Emilin Süleymanla nə kimi əlaqələri olduğunu bilmir, Emildən pulunu geri istəmiş, sonuncu ona «Süleyman dükanı sənin adına rəsmiləşdirəndə pulu sənə qaytararam» demiş, Süleymanla əlaqə yaratmış, sonuncu ona «sənə satdığım dükanla bağlı Emil ilə heç bir söhbətim olmamışdır» dedikdən sonra Süleymanla görüşmüş, o, dükana aid olan sənədləri ona vermiş, hətta natarius vasitəsi ilə dükanın ona satılması ilə bağlı rəsmi sənəd imzalayıb təqdim etmiş, Emilin onu aldatdığını başa düşərək pulunu ondan tələb etmiş, Emil ötən müddətdə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmayıb onu aldatmışdır. Hazırda ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Lerik rayonunun Çayrud kəndində qeydiyyatda olmaqla təsərrüfatla məşğul olur. Təsərrüfatında qaramal və qoyun saxlayır. Mövsimi olaraq heyvanları yayda Çayrud kəndinin ərazisində, qışda isə Neftçala rayonunun ərazisində saxlayır. 2001-ci ildə Neftçala rayonunu ərazisində 150 hektar qış otlaq sahəsini icarəyə götürüb istifadə etmiş, həmin sahənin istifadəsi üçün bağlanmış müqavilənin müddəti 2016-cı ildə bitmişdir. Müqavilə müddətinin uzadılması, yəni yenidən torpağın mülkiyyətçisi ilə müqavilənin bağlanması üçün mütəmadi müvafiq olaraq Dövlət orqanlarına müraciət etmiş, lakin müqavilənin müddəti artırılmamışdır. 2022-ci ilin oktyabr ayının axırında istifadə etdiyi mobil nömrəsinə zəng gəlmiş, dəstəyi qaldırmış, bir nəfər onunla danışaraq «adım Elcandır, jurnalistəm, Bakıda ali məktəbdə oxuyuram, nömrənizi qohumunuz Sabir müəllim mənə vermişdir. Neftçala rayonunun ərazisində istifadə etdiyiniz və müqavilə müddəti bitmiş torpaq sahəsinin icarə müddətini artırmaq üçün sizə köməklik edə bilərəm, bu işi düzəltmək üçün 8000 manat pul lazımdır», həmin şəxsə «hazırda istədiyin məbləğ məndə yoxdur, sən işi düzəlt, torpağın sənədlərini mənə verdiyin zaman pulu verərəm» demiş, Elcan adlı şəxs ona «işi düzəltmək üçün pul lazımdır bu işlə məşğul olan vəzifəli şəxslər vardır, mən onlara pul verməsən sənədləri qəbul etməzlər, sən heç olmasa pulun yarısını hazırla 30 oktyabr 2022-ci il tarixdə Lerik şəhərinə gəl, mən də gələrəm orada görüşüb söhbət edərək» demiş, 30 oktyabr 2022-ci il tarixdə oğlu Şəhriyarla Lerik şəhərinə gəlib saat təxminən 15 radələrində xəstəxananın yaxınlığında yerləşən Ramiz adlı şəxsin stalovasında Elcan adlı şəxslə görüşərək torpağa aid özündə olan sənədlərini ona təqdim etmiş, Elcan sənədləri alıb baxıb köhnə müqavilə sənədlərinin surətini götürərək bu işi həll edəcəyini bildirmiş, Elcana inanaraq onunla razılaşıb ona oğlu Şəhriyarın yanında 4000 (dörd min) manat pul vermiş, Elcan pulu alandan sonra ona «mən bu pulu torpağın sənədlərini düzəltmək üçün aldığımı bilən olsa mənim üçün cinayət işi açılacaqdır, siz mənə pulu borca verdiyinizi bildirməlisiniz» demiş, onu danışdıraraq güya 4000 manat pulu borca almasını özü demiş və ondan da pulu ona borca verdiyini deyizdirərək səsini mobil telefon cihazının yaddaşına köçürərək qısa vaxtda sizin işiniz həllini tapacaqdır demişdir. 02 noyabr 2022-ci il tarixdə təkrar Elcan ona zəng edib «işi düzəldən şəxslə danışmışam, mənimlə razılaşmır, pul azdır sən 1000 manat da təcili ver sənədləri qəbul edib işi həllə etsinlər» demiş, həmin günlərdə Neftçala rayonuna köç etdiyinə görə Bakı şəhərində yaşayan qayını Nazim İbadova zəng edib Elcanın mobil nömrəsini ona deyərək sonuncu ilə əlaqə saxlayıb ona 1000 (bir min) manat verməsini xahiş etmiş, Nazim Elcanla görüşüb 1000 manatı ona çatdırmış, sonrakı günlərdə Nazimin pulunu ona qaytarmış, bundan sonra Elcan hər gün onunla telefon vasitəsi ilə danışıb «pulun qalan hissəsini göndər işi düzəltsinlər, sənədlərə möhür vurmaq üçün 500 manat lazımdır, digər işləri düzəltmək üçün də pulu göndər» demiş, bundan təxminən 10-12 gündən sonra qrup halında Elcan və deməsinə görə Nazim adlı şəxslər oğlu Şəhriyarla istifadəsində olan mobil nömrəsinə zəng edib danışmışlar. Özünü Nazim adı ilə təqdim edən şəxs Şəhriyara «Elcan sizi aldadıb sizdən aldığı 5000 manat pulu istifadə etmişdir, mən sizinlə qohumam işinizi yarımçıq qoymayacağam, işinizi tapşırmışam düzəldəcəklər və müqavilə müddətini artırarlar» demiş, Elcanın onları aldatdığını bilib dəfələrlə onunla danışıb verdiyi pulu tələb etmiş, Elcan ona yalan vədlər verərək pulunu qaytarmamış, bundan sonra, sonradan adını bildiyi Lerik rayonunun Cənəmran kənd sakini Aliməmmədin oğlu Emil onun oğlu Şəhriyarla telefon vasitəsi ilə əlaqə yaradaraq torpağın müqavilə müddətini artırmasını ona deyib ondan və digər oğlu Şahiddən 1900 manat pul almışdır. X14 20 noyabr 2022-ci il tarixdə Çayrud kəndinə gətirib Şəhriyar və Şahidlə görüşdürmüş, Elcan əlyazma qəbz yazaraq pulunu qaytarmasını desə də qaytarmamışdır. Görüş zamanı Emil oğlanlarına «narahat olmayın, torpağın müqavilə məsələsini düzəltmək üçün çalışıram, iş gedir, qohumumsunuz, mənə 1000 manat vermisiniz, əlavə 1000 manat verin mən də özümdən 1000 manat qoyub işi düzəldən şəxsə verərəm ki, torpağın müqavilə sənədləri qısa müddətdə hazırlansın» deyərək Şəhriyardan 100 manat yolpulu alıb getmişlər. Bundan sonra Emil bir neçə dəfə Şəhriyara zəng edib «pulu verməsəniz iş yarımçıq qalacaqdır» demiş, onun sözünə inanan oğlu Şahid özündə olan birkartdan 800 manat pulu Emilin göndərdiyi kart hesabına köçürmüş, bundan sonra əlaqə kəsilmişdir. Emil və Elcanın onları aldatdıqlarını bilib polisə ərizə yazmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X3 ifadəsində göstərdi ki, Lerik rayonunun Çayrud kəndində qeydiyyatda olmaqla orada yaşayır və Çayrud kənd ümumi orta məktəbdə müəllim işləyir. Vəligülla atası, Şahid qardaşıdır. Şəxsi təsərrüfatlarında olan qaramal və qoyunları mövsümi olaraq yayda Çayrud kəndinin ərazisində, qışda isə Neftçala rayonunun ərazisində saxlayırlar. Təsərrüfatla əsasən atası Vəligülla məşğul olur. Neftçala rayonunu ərazisində 150 hektar qış otlaq sahəsini bir neçə il bundan əvvəl atası icarəyə götürərək istifadə etmiş, həmin sahənin istifdəsi üçün bağlanmış müqavilənin müddəti 2016-cı ildə bitmiş, müqavilə müddətinin uzadılması, yəni yenidən torpağın mülkiyyətçisi ilə müqavilənin bağlanması üçün atası mütəmadi müvafiq orqanlara Dövlət orqanlarına müraciət etmiş, lakin müqavilənin müddəti artırılmamışdır. Çayrud kəndində tikilmiş «Çayrud Mədəniyyət və İstirahət» parkının açılışı 2021-ci ilin sentyabr ayının 27-də baş tutmuş, tədbirdə kənardan gələn çoxsaylı qonaqlar iştirak etmiş, tədbirdə özünü bölgə müxbiri kimi təqdim edən Lerik rayonunun Şinəband kənd sakini Şahid ilə tanış olmuş, lakin 2022-ci ilin oktyabr ayının axırına kimi olan müddətdə onunla heç bir əlaqəsi olmamışdır. 2022-ci ilin oktyabr ayının axırlarında atası ona «Elcan adlı şəxs mənə zəng edib deyir ki, nömrənizi qohumunuz mənə verib deyir ki, güya Neftçalada olan torpağımızın müqavilə müddətini artıracağam» demiş, əlaqə yaratmaq üçün mobil telefon nömrəsini vermiş, atasına belə bir muxbiri tanımadığını demişdir. Buna baxmayaraq Elcan atası ilə telefon vasitəsi ilə əlaqə saxlayıb 30 oktyabr 2022-ci il tarixdə Lerik şəhərində görüşməsini bildirdiyinə görə həmin gün atası ilə Lerik şəhərinə gəlib saat 15 radələrində Lerik şəhərində Elcanla görüşərək onunla söhbət zamanı sonuncu onlara «sizin torpaq məsələnizi həll etmək üçün Nazim adlı şəxslə danışmışam, sizin işinizi o həll edəcəkdir, bunun üçün 4000 manat pul lazımdır» demiş, atası Vəligülla Şahidlə razılaşaraq onun yanında 4000 (dörd min) manat pulu Elcana vermiş, Şahid torpağa aid köhnə sənədlərin surətini araraq pulu və sənədləri Nazimə çatdıracağını, Nazimin işi həll edəcəyini, noyabr ayının 20-25-nə kimi sənədlərin tam hazırlanıb veriləcəyini demiş, atası Vəligüllanın deməsinə görə 02 noyabr 2022-ci il tarixdə Şahid yenidən onunla əlaqə yaradıb pulun az olduğunu bildirərək əlavə 1000 manat istədiyi üçün Vəligülla Suraxanı rayonunda yaşayan dayısı Nazim İbadov zəng edib Şahid 1000 manat pul verməsini xahiş edərək əlaqə telefonu vermiş, Nazimlə telefon danışığından təxminən 3-4 gün sonra o, Elcanla əlaqə yaradıb onunla Qaraçuxur qəsəbəsində görüşüb ona 1000 (bir min) manat pul vermiş, həmin 1000 manat pulu sonradan atası Nazimə qaytarmışdır. Bundan təxminən 10-12 gündən sonra qrup halında Elcan və deməsinə görə Nazim adlı şəxslər onun istifadəsində olan mobil nömrəsinə zəng edib danışmışlar. Özünü Nazim adı ilə təqdim edən şəxs ona «Elcan sizi aldadıb sizdən aldığı 5000 manat pulu istifadə etmişdir, mən sizinlə qohumam işinizi yarımçıq qoymayacağam, işinizi tapşırımışam düzəldəcəklər və müqavilə müddətini artırarlar» demiş. Elcanın onları aldatdığını bilib ona verdikləri pulu tələb etmişlər, bundan sonra Nazim mütəmadi onunla əlaqə yaradaraq torpağın icarə müqavilə müddətini artırmaq üçün əlavə pul istədiyindən əməkhaqqı kartından elektron ödəniş vasitələri ilə birbank üzərindən Nazim adlı şəxsin ona göndərdiyi ayrı-ayrı kart hesablarına birinci dəfə 300 manat, ikinci dəfə 500 manat və üçüncü dəfə Nazim onunla danışaraq sənədlərin hazır olduğunu deyərək Neftçalaya gedib atasına vermək üçün yol pulu 200 manat istədiyinə görə 200 manatı da ona göndərdiyi kart hesabına köçürtmüş, 20 noyabr 2022-ci il tarixdə Elcan kəndə gəlmiş, Elcanla Çayrud kəndində görüşmüş, onun yanında Nazim adı ilə özünü təqdim edən Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs və bir qız olmuşdur. Həmin görüşdə ona məlum olmuşdur ki, əvvəlki günlərdə telefon danışığı zamanı Nazim adı ilə özünü onlara təqdim edən şəxs Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxsdur. Elcan və Emil ilə görüş zamanı videoçəkiliş aparmış, videoçəkilişi diskə köçürüb ərizələrinə əlavə etmişlər. Təqsirləndirilən şəxs Elcanı məcbur onlardan üzür istəməsini demiş. sonuncu onlardan üzür istəmiş, onlardan aldığı 5000 manat pulu xərcləməsi barədə danışaraq iltizam yazıb təqdim edərək qısa müddətdə pulu qaytaracağını qeyd etmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs onlara «narahat olmayın, torpağın müqavilə məsələsini düzəltmək üçün çalışıram, iş gedir, qohumumsunuz, mənə 1000 manat vermisiniz, əlavə 1000 manat verin mən də özümdən 1000 manat qoyub işi düzəldən şəxsə verərəm ki, torpağın müqavilə sənədləri qısa müddətdə hazırlansın», Təqsirləndirilən şəxs «pulumuz yoxdur, işimizi düzəldin sənədləri bizə verəndə sizə pul verərik», Təqsirləndirilən şəxs «heç olmasa yolpulu bizə 100 manat verin» demiş, Təqsirləndirilən şəxs 100 manat vermiş, Təqsirləndirilən şəxs onlardan ayrıldıqdan sonra dəfələrlə zəng edib 1000 manat pul istəmiş, sonuncuya pulu olmadığını demiş, Təqsirləndirilən şəxs bir neçə dəfə zəng edərək « pulu verməsəniz iş yarımçıq qalacaqdır» demiş, onun sözünə inanan qardaşı Şahid özündə olan birkartdan 800 manat pulu Emilin köndərdiyi kart hesabına köçürmüşdür. Bundan sonra əlaqə kəsilmişdir. Emil və Elcanın onları aldatdıqlarını bilib polisə ərizə yazmışlar, birbank və birkart vasitəsi ilə aparılmış ödənişlərə aid qəbzləri izahatına əlavə etmiş, polisə ərizə yazdıqdan sonra araşdırma aparılır. Araşdırma başlanandan sonra Təqsirləndirilən şəxs 500 manat, Şahid isə 200 manat qaytarmışlar. Həmçinin, Şahid Neftçala rayonunun ərazisində istifadə etdikləri torpağın icarə müqavilə müddətini artırmaq üçün ümumilikdə onlardan 6900 manat pulu Təqsirləndirilən şəxsla birlikdə almışdır. Elcan Məniyev atasından 4000 manat və dayısından 1000 manat alanda onlara «mən pulu sizdən torpaq məsələsini düzəltmək üçün alıram, əgər pulu ruşvət kimi aldığımı bilən olsa mənim üçün pis olar, sizdən kim soruşsa pulu mənə borca verdiyinizi deyərsiniz» söyləmiş, hətta atası və dayısını danışdırıb pulu ondan borca aldığını deyizdirərək səslərini telefonun yaddaşına köçürtmüşdür. Özü də danışaraq Vəligülla ilə qohumdur, pulu qaytarmaq şərtiilə borca aldığını demişdir. Lakin Elcan pulu Neftçala rayonunun ərazisində istifadə etdikləri torpağın icarə müqavilə müddətini artırmaq üçün alaraq onları aldatmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 Vəligülla oğlu ifadəsində göstərdi ki, Lerik rayonunun Çayrud kəndində qeydiyyatda olmaqla orada yaşayır Vəligülla atası, Şəhriyar qardaşıdır.Monidigah kənd tam orta məktəbdə müəllim işləyir. Şəxsi təsəprrüfatlarında qaramal və qoyun saxlayırlar. Mövsimi olaraq heyvanları yayda Çayrud kəndinin ərazisində, qışda isə Neftçala rayonunun ərazisində saxlayılar. Təsərrüfatla əsasən atası Vəligülla məşğul olur. Neftçala rayonunu ərazisində 150 hektar qış otlaq sahəsini bir neçə il bundan əvvəl ata icarəyə götürmişdür və istifadə edirlər. Həmin sahənin istifdəsi üçün bağlanmış müqavilənin müddəti 2016-cı ildə bitmişdir. Müqavilə müddətinin uzadılması, yəni yenidən torpağın mülkiyyətçisi ilə müqavilənin bağlanması üçün atası mütəmadi müvafiq orqanlara Dövlət orqanlarına müraciət etmiş, lakin müqavilənin müddəti artırılmamışdır. Kəndlərində tikilmiş Çayrud Mədəniyyət və İstirahət parkının açılışı 2021-ci ilin sentyabr ayının 27-də baş tutdu. Həmin tədbirdə kənardan gələn çoxsaylı qonaqlar iştirak edirdilər. Həmin tədbirdə özünü bölgə müxbiri kimi təqdim edən Lerik rayonunun Şinəband kənd sakini Şahid gənc nəslin nümayəndəsi kimi nitq söylədiyinə görə onu qiyabi tanımışdır. Lakin onunla heç bir əlaqəsi yox idi. Buna baxmayaraq 2022-ci ilin oktyabr ayının axarlarında atası Vəligülla qardaşı Şəhriyarla danışıb dedi ki, Elcan adlı bir şəxs var ona zəng edib deyir ki, güya Neftçalada olan torpağın müqavilə müddətini artıracaqdır bunun üçün pul istəyir. Elcanın toraqla bağlı məsələni həll edə biləcəyinə inanaraq və Elcanla atası əlaqə yaratmışdır. Elcan 30 oktyabr 2022-ci il tarixdə Lerik şəhərində atası ilə görüşmək istədiyini bildirdiyinə görə həmin gün qardaşı Şəhriyar ataları ilə birlikdə Lerik şəhərinə getdilər, demələrinə görə saat 15 radələrində Lerik şəhərində Elcanla görüşmüşlər, Şahidlə söhbət zamanı demişdir ki, güya onların torpaq məsələsini həll etmək üçün Nazim adlı şəxslə danışmış, işinizi o həll edəcəkdir, bunun üçün 4000 manat pul lazıidır. Atası onunla razılaşaraq Şəhriyarın yanında 4000 (dörd min) manat pulu Elcana vermiş, hətta torpaqla bağlı köhnə sənədlərin surətini onlardan almış və demişdir ki, pulu və sənədləri Nazimə verər, işinizi həll edəcəkdir, Noyabr ayının 20-25-nə kimi sənədləriniz tam hazırlanacaq və sizə veriləcəkdir. Atasının deməsinə görə 02 noyabr 2022-ci il tarixdə Şahid yenidən atası ilə əlaqə yaradıb pulun az olduğunu bildirərək əlavə 1000 manat istədiyi üçün atası Suraxanı rayonunda yaşayan dayısı Nazim İbadova zəng edib Şahid 1000 manat pul verməsini xahiş edərək əlaqə telefonunu vermişdir. Nazimlə telefon danışığından təxminən 3-4 gün sonra dayısı Nazim Elcanla əlaqə yaradıb onunla Qaraçuxur qəsəbəsində görüşüb atasının xahişi ilə ona 1000 (bir min) manat pul vermişdir. Həmin 1000 manat pulu sonradan atası dayısına qaytarmışdır. Bundan təxminən 10-12 gündən sonra qrup halında Elcan və deməsinə görə Nazim adlı şəxslər qardaşım Şəhriyarın istifadəsində olan mobil nömrəsinə zəng edib danışdılar. Özünü Nazim adı ilə təqdim edən şəxs Şəhriyra dedi ki, Elcan sizi aldadıb sizdən aldığı 5000 manat pulu istifadə etmişdir, “mən sizinlə qohumam işinizi yarımçıq qoymayacağam, işinizi tapşırımışam düzəldəcəklə və müqavilə müddətini artırarlar” demişdir. Elcan isə heç bir söz deməmişdir. Elcanın onları aldatdığını bilmişıər. Elcanla dəfələrlə danışıb pulunu tələb etmişdir. Bundan sonra Nazim Şəhriyarla mütəmadi əlaqə yaradaraq demişdir ki, işinizi düzəltmək, yəni torpağın müqavilə müddətini artırmaq üçün əlavə pul lazımdır, Şəhriyar əməkhaqqı kartından elektron ödəniş vasitələri ilə birbak üzərindən Nazim adlı şəxsin ona köndərdiyi ayrı-ayrı kart hesablarına birinci dəfə 300 manat, ikinci dəfə 500 manat və üçüncü dəfə Nazim onunla danışıb edi ki, “sənədlər hazırdır Neftçalaya gedib atanıza verirəm yol pulu 200 manat göndərin”. Şəhriyar 200 manatı da Nazim adlı şəxsin göndərdiyi kart hesabına köçürtmüşdür. 20 noyabr 2022-ci il tarixdə Elcan kəndlərinə gəlmişdir. Elcanla Çayrud kəndində görüşmüş onun yanında Nazim adı ilə özünü bizə təqdim edən Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs Əliməmiməd oğlu və bir qız var idi. Elcan demişdir ki, qız onun nişanlısıdır. Elcan və Emil ilə görüş zamanı videoçəkiliş aparmışlar, videoçəkilişi diskə köçürüb ərizələrinə əlavə etmişlər. Emil Elcanı məcbur edib demişdir ki, bu şəxslərdən onları aldatdığına görə üzür istə. Elcan onlardan üzür istəmiş və onlardan aldığı 5000 manat pulu xərcləməsi barədə danışdı, həmçinin özü yazı yazıb onlara təqdim edərək bildirdi ki, qısa müddətdə pullarını güya qaytaracaqdır. Görüş zamanı Emil demişdir ki, “narahat olmayın, torpağın müqavilə məsələsini düzəltmək üçün çalışır, iş gedir, qohumusunuz, mənə 1000 manat vermisiniz, əlavə 1000 manat verin mən də özümdən 1000 manat qoyub işi düzəldən şəxsə verərəm” ki, torpağın müqavilə sənədləri qısa müddətdə hazırlansın. Şəhriyar Emilə demişdir ki, pu yoxdur, işi düzəldin sənədləri onlara verəndə sizə pul verilər. Emil dedi ki, “heç olmasa yol pulu bizə 100 manat verin”, Şəhriyarda 100 manat var idi Emilə verdi və ayrlıdılar. Emil onlardan ayrıldıqdan sonra dəfələrlə onlara zəng edib 1000 manat pul istədi, Şəhriyar ona demişdir ki, pul yoxdar, sənədləri tam hzazırlayıb verəndə sizə pul verilər, lakin Emil bir neçə dəfə zəng edib pulu verməsəniz iş yarımçıq qalacıqdar onun sözünə inanıb o da özündə olan birkartdan 800 manat pulu Emilin köndərdiyi kart hesabına köçürtmüşdür. Bundan sonra əlaqə kəsilmişdir. Polisə ərizə yazdıqdan sonra araşdırma aparılmış və. araşdırma başlanandan sonra Təqsirləndirilən şəxs 500 (beş yüz) manat, Şahid isə 200(iki yüz) manat qaytarmışlar. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan Şahid ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Lerik rayonunun Şinəband kəndində doğulmuş, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji üniversitetinə daxil olmuş, Üniversitetin Cəlilabad filialında Filalogiya (Azərbaycan dili və Ədəbiyyət müəllimliyi) ixtisası üzrə 2-ci kursda əyani təhsil alır. Lerik rayonunun Çayrud kənd sakini Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Lerik rayonunun Anbu kənd sakini Sabir İbadovu tanıyır. 2022-ci ilin sentyabr ayında Sabir İbadovun vasitəsi ilə Çayrud kənd sakini Zərərçəkmiş şəxs2la tanış olmuş. Sabir İbadov ona «Vəligülla Neftçala rayonunun ərazisində təsərrüfat saxlayır, istifadə etdiyi torpaq sahəsinin icarə müddəti bitmişdir, icarə müddətini artıra bilmirlər, sən onlara kömək edə bilərsən ya yox» demiş, Vəligülla ilə söhbət edib Neftçala rayonunun ərazisində istifadə etdiyi torpaq sahəsinin icarə müqavilə müddətini artırmaqla bağlı ona kömək edə biləcəyini demiş, Zərərçəkmiş şəxs2 ona inanaraq razılaşıb 30 oktyabr 2022-ci ild tarixdə Lerik şəhərinə gəlib Vəligülla ilə telefon vasitəsi ilə əlaqə saxlayıb görüşməsini demiş, Vəligülla Lerik şəhərinə gəlib onunla görüşmüş, oğlu Şəhriyar da yanında olmuş, Vəligülladan Neftçala rayonunun ərazisində istifadə etdiyi torpaq sahəsinin sənədlərini alıb baxaraq icarə müqavilə müddətini artırmaq üçün ona kömək edəcəyini deyib ilkin olaraq 4000 manat pul istəmiş, Vəligülla Lerik şəhərində oğlu Şəhriyarın yanında ona 4000 manat pul vermiş, həmin dövrdə pula ehtiyacı olduğuna görə şəxsi işlərinə xərcləmiş, daha sonra təkrar pula ehtiyacı olduğuna görə Vəligülla ilə telefon vasitəsi ilə əlaqə saxlayıb 1000 manat pul istəmiş, Vəligülla qayını Nazim adlı şəxslə onu görüşdürmüş, Nazim ona 02 noyabr 2022-ci il tarixdə Qaraçuxur qəsəbəsində Vəligüllanın sifarişinə əsasən 1000 manat vermiş, bundan sonra pulu qaytara bilmədiyinə görə 20 noyabr 2022-ci il tarixdə tanışı və qohumu, Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxsla birlikdə Lerik rayonunun Çayrud kəndinə gəlib Vəligüllanın oğlanları Şəhriyar və Şahidlə görüşüb onlara da söz verib pulu qısa müddətdə qaytarması barədə qəbz yazaraq vermiş, bundan sonra puldan 200 manatını Vəligullanın oğlu Şəhriyarın əməkhaqqı kartına köçürtmüş, 4800 manatını 23 fevral 2023-cü il tarixinədək tam ödəyəcəyini bildirmişdir. Vəligülladan pul aldığımı tanışı Təqsirləndirilən şəxs demiş, Emil bu barədə onunla söhbət edərkən Emilə «Vəligülladan Neftçalada istifadə etdiyi torpağın icarə müqavilə müddətini artırmaq üçün 5000 manat pul almışam, işi düzəldə bilməmişəm pulu da xərcləmişəm», Emil ona «bundan sonra mən bu işlə məşğul olaram» demiş, bu söhbətdən sonra Emil Vəligüllanın oğlanları Şəhriyar və Şahidlə əlaqə yaradıb torpağın icarə müqavilə müddətini artırmaq adı ilə pul aldığını bilir, lakin aldığı pulun məbləğini bilmir. 20 noyabr 2022-ci il tarixdə Emil ilə Çayrud kəndinə gəldiyi zaman Emilin Şəhriyar və Şahiddən 100 manat pul aldığını bilməmiş, Həmçinin, Təqsirləndirilən şəxs Vəligüladan pul aldığını bildikdən sonra ona «Vəligülla qohumumdur onun işi ilə mən məşğul olaram» demiş, Vəligülla pulunu ondan tələb etdiyi zaman ona pulu Nazim adlı şəxsə verdiyini demiş, Nazim adlı şəxsi də Emili nəzərdə tutmuş, Emilin ikinci adı Nazimdir. Çünki Emil özü ona «sən mənim adımı verərsən deyərsən ki, pulu Nazimə vermişəm. Onlar qohumumdur səndən şikayət etməzlər» demiş, buna görə də pulu Nazimə verdiyini demiş, Vəligülladan aldığı 5000 manat puldan 1500 manatını Emilə verərək şikayətin qarşısını almasını xahiş etmişdir. Bundan sonra 20 noyabr 2022-ci il tarixdə Emil onunla Çayrud kəndinə gələrək Vəligüllanın oğlanları Şəhriyar və Şahidlə görüşmüş, söhbət edib pulun qısa müddətdə qaytarılacağını deyərək şikayət etməmələrini xahiş etmiş, lakin pulu vaxtında qaytara bilmədiyinə görə Vəligülla onun haqqında şikayət etmişdir. Cinayət işinə əlavə edilmiş Lerik rayon İcra Hakimiyyəti Başçısının Cəngəmiran kənd İnzibati Ərazi İcra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Bakı şəhər Nərimanov Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş 4500 manat ziyan tam olaraq ödənilmişdir. Həmin cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ödənilmiş, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Vəligülla oğlu və X1 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş 6900 manat ziyanın yarısı, yəni 3450 manat tam olaraq ödənilmişdir. Həmin cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmışlar, dəymiş ziyan ödənilmişdir, ona qarşı hər hansı bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş "01" avqust 2023-cü il tarixli və “26” sentyabr 2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə cinayətlə vurulmuş 4500 manat və 3450 manat olmaqla ümumilikdə 7950 (yeddi min doqquz yüz əlli) manat məbləğində maddi ziyanın 25% miqdarında – 1988 (bir min doqquz yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadə və ərizəsinə, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 yanvar 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları, həmçinin, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-260/2023 saylı hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-260/2023 saylı hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş uzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apelyasiya şikayəti və apelyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-48/2023
Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-48/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver