Məhkəmə qərarları › İş №1(048)-48/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-48/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-48/2024 17.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Şivlə kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə, günorta saatlarında əlində meşə buraxılış orderi və meşəqırma bileti olmadan yaşadığı Lerik rayonunun Şivlə kəndinin yaxınlığında yerləşən meşə sahəsində 1 saylı X5 X3 meşəbəyliyinın 1 saylı meşə dolayında palıd cinsindən diametrləri 12 sm olan 02 ədəd, 16 sm olan 05 ədəd, 20 sm olan 11 ədəd, 24 sm olan 05 ədəd, 32 sm olan 02 ədəd, 36 sm olan 01 ədəd və ağcaqayın cinsindən diamterli 20 sm olan 01 ədəd, ümumilikdə 27 ədəd, 11,563 kub metr həcmində, 48,09 manat dəyərində köküstə yaş ağacları motorlu mişarla qanunsuz kəsib cərimə qiyməti ilə birlikdə X7 1110,09 (bir min bir yüz on manat doqquz qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lerik rayonunun Şivlə kəndində təbii qaz olmadığı üçün oduncaqdan istifadə edirlər. Şivlə kəndi meşə sahəsinə yaxın ərazidə yerləşir. 27 mart 2024-cü il tarixdə, günorta saatlarında Lerik rayonunun Şivlə kəndinə yaxın ərazidə meşə sahəsində motorlu mişarla ağac kəsmək qərarına gəlmiş, məqsədi ağacları motorlu mişarla doğrayıb oduncaq kimi istifadə etmək olmuşdur. O, ağacları kəsən zaman Şahid1 ağacları kəsdiyi əraziyə gəlmişdir. Təxminən 2-3 gün sonra, yəni 29 mart 2024-cü il tarixdə meşəbəyi Şahid2, meşə gözətçisi Şahid1 və adını sonradan bildiyi İbrahim adlı şəxs ağacları kəsdiyi əraziyə gələrək ağacların kötüyünə baxış keçirmişlər. Həmin ərazidə Lerik meşəbəyliyinın 1 saylı meşə dolayısında palıd cinsindən diametrləri 12 sm olan 02 ədəd, 16 sm olan 05 ədəd, 20 sm olan 11 ədəd, 24 sm olan 05 ədəd, 32 sm olan 02 ədəd, 36 sm olan 01 ədəd və ağcaqayın cinsindən diamterli 20 sm olan 01 ədəd, ümumilikdə 27 ədəd ağacın qanunsuz kəsilməsi barədə akt tərtib olunmuşdur. Ağaclar dib kötüyündən ölçülmüş və kötükləri meşəbəyi Şahid2 məxsus damğa ilə damğalanmışdır. Həmin ağacları motorlu mişarla o kəsmiş, lakin akta imza atmaqdan imtina etmişdir. Lerik rayonunun Şivlə kəndində yaşayır, kənddə təbii qaz olmadığı üçün oduncağı yandırıb istisindən istifadə edirlər. 27 mart 2024-cü il tarixdə Lerik rayonunun Şivlə kəndinin yaxınlığında Lerik meşəbəyliyinin 1 saylı meşə dolayısında palıd cinsindən diamterləri 12 sm olan 02 ədəd, 16 sm olan 05 ədəd, 20 sm olan 11 ədəd, 24 sm olan 05 ədəd, 32 sm olan 02 ədəd, 36 sm olan 01 ədəd və ağcaqayın cinsindən diamterli 20 sm olan 01 ədəd, ümumilikdə 27 ədəd ağacı motorlu mişarla kəsmişdir. Hazıda əməlimdən səmimi peşman olmasını, X7 dəymiş ziyanı ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, şəhid ailəsi olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o 1 saylı Lənkəran RMTM-də baş mütəxəssis hüquqşünas vəzifəsində çalışır. Belə ki, Lerik meşəbəyliyinin 1A saylı meşə dolayının gözətçisi Şahid1 27 mart 2024-cü il tarixdə Lənkəran MTM-nin direktoru İxtiyar Cənnətova müraciət edərək Lerik rayonunun Şivlə kənd sakini Təqsirləndirilən şəxs müvəqqəti mühafizə etdiyi Lerik meşəbəyliyinin 1 saylı dolayısının ərazisində 27 ədəd ağacı qanunsuz kəsməsi barədə məlumat vermişdir. 29 mart 2024-cü il tarixdə meşə gözətçisi Şahid1, Şahid3 və meşəbəyi Şahid2 qanunsuz kəsilmiş ağacların kötüklərinə baxış keçirmişlər. Baxış zamanı Lerik meşəbəyliyinin 1 saylı meşə dolayısının 1-cı kvartalında, dolayın Şivlə kəndinin yaxınlığında yerləşən ərazisində palıd cinsindən diamterləri 12 sm olan 02 ədəd, 16 sm olan 05 ədəd, 20 sm olan 11 ədəd, 24 sm olan 05 ədəd, 32 sm olan 02 ədəd, 36 sm olan 01 ədəd və ağcaqayın cinsindən diamterli 20 sm olan 01 ədəd, ümumilikdə 27 ədəd ağacın qanunsuz kəsilməsi aşkar olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən X7 vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, ondan heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Lənkəran RMTM-nin Lerik meşəbəyliyinin meşəbəyi işləyir. Azərbaycan Respublikası ETSN-in Meşələrin İnkişafı Xidmətinin direktorunun 17 fevral 2024-cü il tarixli əmri ilə Lənkəran RMTM-in Lerik meşəbəyliyinin meşəbəyi vəzifəsinə təyin olunmuşdur. Meşəbəyi kimi vəzifələri cavabdeh olduğu Lerik meşəbəyliyində olan dolaylarda meşə fondunun qorunması, meşələrin mühafizəsinin təşkil edilməsi, qanunsuz qırıntıların qarşısının alınması, meşə əkinlərinə və səpinlərinə nəzarətin həyata keçirilməsi, dolayı gözətçilərinin, meşəbəyi köməkçilərinin fəaliyyətinə nəzarət edilməsi, meşəbəyilikdə meşə buraxılış orderləri ilə vətəndaşlar və müxtəlif təşkilatlar üçün qışlıq oduncağın buraxılması və ona nəzarət edilməsi, meşəbəyilikdə nəzarət və qəfləti yoxlamaların aparılmasının təşkil edilməsindən, eləcə də digər vəzifələrdən ibarətdir. Nəzarət etdiyi Lerik meşəbəyliyinin ərazisi təxminən 14 min hektardır. Lerik meşəbəyliyinin 1A saylı meşə dolayının gözətçisi Şahid1 27 mart 2024-cü il tarixdə Lənkəran MTM-nin direktoru İxtiyar Cənnətova müraciət edərək Lerik rayonunun Şivlə kənd sakini Təqsirləndirilən şəxs müvəqqəti mühafizə etdiyi Lerik meşəbəyliyinin 1 saylı dolayısının ərazisində 27 ədəd ağacı qanunsuz kəsməsi barədə məlumat vermişdir. 29 mart 2024-cü il tarixdə meşə gözətçisi Şahid1 və mərkəzin meşə mühəndisi Şahid3 ilə birlikdə qanunsuz kəsilmiş ağacların kötüklərinə baxış keçirmişlər. Baxış zamanı Lerik meşəbəyliyinin 1 saylı meşə dolayının 1-ci kvartalında dolayının Şivlə kəndinin yaxınlığında yerləşən ərazisində palıd cinsindən diamterləri 12 sm olan 02 ədəd, 16 sm olan 05 ədəd, 20 sm olan 11 ədəd, 24 sm olan 05 ədəd, 32 sm olan 02 ədəd, 36 sm olan 01 ədəd və ağcaqayın cinsindən diamterli 20 sm olan 01 ədəd, ümumilikdə 27 ədəd ağacın qanunsuz kəsilməsi aşkar olunmuşdur. Kəsilmiş ağacların kötükləri özünə məxsus N-154 nömrəli damğa ilə damğalamışdır. Baxışın sonunda akt tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs dəvət etmişlər, iştirak etmiş, ağacları qanunsuz şəkildə kəsdiyini onlara etiraf etmiş, lakin akta imza etməkdən imtina etmişdir. Qeyd olunan ağaclar Lerik rayonunun Şivlə kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kəsilərək meşə sahəsindən aparılmışdır. Bunu baxış zamanı özü onlara etiraf etmişdir. Məhkəmə iclasında Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı X5 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş 29 mart 2024-cü il tarixli, 001377 nömrəli aktdan və hesablama cədvəlindən görünür ki, Mərkəzin Lerik meşəbəyliyinin 1 saylı meşə dolayının gözətçisi vəzifəsini müvəqqəti icra edən Şahid1 27 mart 2024-cü il tarixli məlumatı əsasında həmin meşə dolayına baxış keçirilmiş, baxış zamanı dolayın ərazisində palıd cinsindən diamterləri 12 sm olan 02 ədəd, 16 sm olan 05 ədəd, 20 sm olan 11 ədəd, 24 sm olan 05 ədəd, 32 sm olan 02 ədəd, 36 sm olan 01 ədəd və ağcaqayın cinsindən diamterli 20 sm olan 01 ədəd, ümumilikdə 27 ədəd kök üstə yaş ağacların Lerik rayonunun Şivlə kənd sakini Təqsirləndirilən şəxs tərəfindən yaş halda kök boğazından kəsilməsi aşkar olunmuşdur. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Lerik meşəbəyliyinin 1 saylı meşə dolayısında 12 sm olan 02 ədəd, 16 sm olan 05 ədəd, 20 sm olan 11 ədəd, 24 sm olan 05 ədəd, 32 sm olan 02 ədəd, 36 sm olan 01 ədəd, cəmi 11 ədəd palıd və 20 sm olan 01 ədəd nəhəng ağcaqayın cinsindən, ümumlikdə 27 ədəd kəsilmiş ağacların həcmi 11,563 kubmetr, dəyəri 48,09 manat, qanunsuz kəsilməsinə görə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7 nömrəli əlavəsinə əsasən cərimə ziyanı 1062 manat təşkil edir. Ağaclar qanunsuz kəsilərək doğranılıb meşə sahəsindən aparılmasına görə X7 48,09 manat + 1062,00 manat = 1110,09 (bir min bir yüz on manat, doqquz qəpik) manat məbləğində ziyan vurulmuşdur. Təqsirkar şəxsdən 1110,09 (bir min bir yüz on manat, doqquz qəpik) manat ziyan tələb olunur. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 1 saylı X5 Təsərrüfatı Mərkəzi zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş şəxs 1 saylı X5 Təsərrüfatı Mərkəzinin nümayəndəsi qismində tanınmışdır. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1111 (min yüz on bir) manat məbləğində pul X2 hesabına köçürülmüşdür. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər tam həcmdə ödənilmiş, ondan heç bir şikayət və tələbləri yoxdur. Cinayət işi materiallarında olan Lerik RİHB-nin Oysodərə kənd Ərazi İcra Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qardaşı X4 İ Qarabağ müharibəsində şəhid olmuşdur. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahidin ifadələri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsində meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydaların 2.2-ci maddəsinin tələblərinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə icazə verilir. Qeyd edilən hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, dəymiş ziyanı ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını və şəhid ailəsinin üzvü olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilməli, cəzanın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla, 10 (on) ay müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilsin. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar