Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-5/2023 18.01.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 11:45 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi-Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1984-cü ildə Lerik rayon Vılık kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lerik rayonunun Vılık kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, 2022-ci ilin yay aylarında əlində meşə buraxılış orderi və ağacın kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan yaşadığı Vılık kəndini əhatə edən, X8 X5 rayonu üzrə Razvandaband meşəbəyliyinin 19-c saylı meşə dolayısında odunluq növünə aid Fısdıq cinsindən 16 sm d-də 01 ədəd, 20 sm d-də 01 ədəd, 28 sm ddə 01 ədəd, 32 sm d-də 02 ədəd, 36 sm d-də 02 ədəd, 40/32 sm d-də 01 ədəd, 80/64 sm d-də 01 ədəd, Ağcaqayın cinsindən 24 sm d-də 01 ədəd, 26 sm d-də 01 ədəd və Palıd cinsindən 24 sm d-də 01 ədəd cəmi 12 ədəd, 13,59 kub metr həcmində, kök üstə yaş ağacları özündə olan matorlu mişarla qanunsuz kəsib doğrayaraq meşə sahəsindən aparmaqla cərimə ziyanı ilə birlikdə müəssisəyə 1183,56 (bir min bir yüz səksən üç) manat 56 qəpik məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Vılık kəndində qeydiyyatda olmaqla orada yaşayır, heç yerdə işləmir, təsərrüfatla məşğul olub ailəsini dolandırır. Yaşadığı ərazidə oduncaqdan başqa yanacaq növü olmadığına görə evdə istifadə etmək üçün yaşadığı kəndi əhatə edən meşə sahələrində odun tədarük edib evinə gətirir. Buna görə də zəruri ehtiyacını təmin etmək məqsədilə 2022-ci ilin təxminən avqust ayında yaşadığı kəndi əhatə edən, Şahid5 mühafizə etdiyi meşə sahəsinin «Ulinəso» deyilən ərazisində təxminən 12 ədəd müxtəlif cinsdə, bir ədədi iri, digər 11 ədədi isə xırda diametrdə ağacları matorlu mişarla kəsib odun doğrayıb ulaxla evinə daşımış və istifadə edir. Ağacları kəsib odun doğrayıb evinə daşımaq üçün meşəni mühafizə edən şəxslərdən icazə almamış və ağacları gizli kəsib doğrayıb evinə daşımışdır. Əməlindən peşimandır. Vurulmuş ziyanın 200 (iki yüz altı) manatını ödəmiş, qalıq hissəsini də ödəyəcəkdir. Ailədə ondan başqa işləyən yoxdur.Himayəsində dörd azyaşlı uşağı vardır.Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirlmiş Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs X8 X5 rayonu üzrə Razvandaband meşəbəyliyinin 19-c saylı meşə dolayısında odunluq növünə aid Fısdıq cinsindən 16 sm d-də 01 ədəd, 20 sm d-də 01 ədəd, 28 sm d-də 01 ədəd, 32 sm d-də 02 ədəd, 36 sm d-də 02 ədəd, 40/32 sm d-də 01 ədəd, 80/64 sm d-də 01 ədəd, Ağcaqayın cinsindən 24 sm d-də 01 ədəd, 26 sm d-də 01 ədəd və Palıd cinsindən 24 sm d-də 01 ədəd cəmi 12 ədəd, 13,59 kub metr həcmində, kök üstə yaş ağacları özündə olan matorlu mişarla qanunsuz kəsib doğrayaraq meşə sahəsindən aparmaqla cərimə ziyanı ilə birlikdə müəssisəyə 1183,56 (bir min bir yüz səksən üç) manat 56 qəpik məbləğində ziyan vurmuşdur. Hazırda həmin ziyandan 200 manatı ödənilmiş, qalıq ziyan təqsirləndirlən şəxsdən tələb olunur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Lerik rayonunun Vılık kəndində yaşamaqla 2022-ci ilin iyun ayının əvvəlindən hazıra kimi Lənkəran Regional X7 Razvandaband meşəbəyliyinin 19-c saylı dolayısının gözətçisi işləyir, meşə sahəsi əsasən Lerik rayonunun Vılık, Tülü, Loda və Conu kəndlərini əhatə edir. Yaşadığı ərazidə oduncaqdan başqa digər alternativ yanacaq növü yoxdur, qış sərt keçir, ərazidə yaşayan sakinlər tam olaraq yanacaq kimi oduncaqdan istifadə edirlər. Buna görə də ərazidə yaşayan şəxslər meşə sahəsində oduncaq tədarük edib aparırlar. Lerik ayonunun Kaqoy kənd sakini Kamal Paşayevin şikayəti əsasında 29 sentyabr 2022-ci il tarixdə mühafizə etdiyi meşə sahəsinin «Ulinəso» adlanan ərazisində yoxlama aparılmış, həmin yoxlama zamanı meşədə Fısdıq cinsindən 8 sm d-də 01 ədəd, 12 sm d-də 7 ədəd, 16 sm d-də 01 ədəd, 20 sm d-də 04 ədəd, 24 sm d-də 02 ədəd, 28 sm d-də 02 ədəd, 32 sm d-də 04 ədəd, 36 sm d-də 02 ədəd, 40/32 sm d-də 03 ədəd, 42/40 sm d-də 01 ədəd, 60/48 sm d-də 01 ədəd, 80/64 sm d-də 01 ədəd, Ağcaqayın cinsindən 12 sm d-də 01 ədəd, 16 sm d-də 01 ədəd 20 sm d-də 03 ədəd, 24 sm d-də 01 ədəd, 28 sm d-də 01 ədəd, 36 sm d-də 01 ədəd, Vələs cinsindən 12 sm d-də 01 ədəd, 16 sm d-də 01 ədəd, 20 sm d-də 03 ədəd, 24 sm d-də 01 ədəd, 28 sm d-də 01 ədəd, 32 sm d-də 01 ədəd, Palıd cinsindən 24 sm d-də 01 ədəd və Alça cinsindən 20 sm d-də 01 ədəd cəmi 42 ədəd odunluq növünə aid kök üstə yaş və 5 ədəd kök üstə qurumuş ağacların qanunsuz kəsilməsi aşkar olunmuş, yoxlamanın nəticəsinə dair tərtib olunmuş akta imza etmiş, yoxlamadan sonrakı günlərdə ağacların kim və yaxud da kimlər tərəfindən qanunsuz kəsilməsini öyrənmək üçün bir neçə nəfərlə söhbət aparmış, həmin 47 ədəd ağacdan 12 ədədini həmkəndlisi Habil tərəfindən kəsilməsi məlum olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3 Sadıq oğlu və Şahid4 şahid ibdidai istintaq zamanı şahid qismində dindrilmiş X6 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işinin materiallarında olan şahid X6 işin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Astara rayonunun Pensər kəndində yaşamaqla Lənkəran regional X7 Astara rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsində işləyir, Lerik rayonunun Kaqoy kənd sakini X4 23 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə Lerik rayonu üzrə Razvandaband meşəbəliyinin 19-c saylı meşə dolayısında ağacların qanunsuz kəsilərək satılması barədə verdiyi məlumatı yerində araşdırmaq üçün müəssisənin rəhbərliyi tərəfindən ona verilmiş göstərişə əsasən 29 sentyabr 2022-ci il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində əməkdaşları ilə birlikdə əraziyə gəlmişlər. Ağacların hansı meşə sahəsində qanunsuz kəsilməsini bilmədiklərinə görə şikayətçi Kamal Paşayevlə telefon vasitəsi ilə əlaqə saxlayıb ona gəlib yoxlamada iştirak edərək qanunsuz kəsilmiş ağacların dib kötüklərini təqdim etməsini xahiş etmiş, sonuncu ona «şəxsi işi ilə əlaqədar uzaqdadır, lakin Vılık kəndini əhatə edən 19-c saylı meşə sahəsinin «Ulinəso» deyilən ərazidə ağacların qanunsuz kəsildiyini bildirmişdir. Araşdırma zərurəti ilə əlaqədar 19-c saylı meşə dolayısının gözətçisi Şahid5 mühafizə etdiyi meşə sahəsinin Kamal Paşayevin təsvir etdiyi sahəni təqdim etmiş, həmin sahədə yoxlama aparmışlar. Yoxlama zamanı meşə sahəsində Fısdıq cinsindən 8 sm d-də 01 ədəd, 12 sm d-də 7 ədəd, 16 sm d-də 01 ədəd, 20 sm d-də 04 ədəd, 24 sm d-də 02 ədəd, 28 sm d-də 02 ədəd, 32 sm d-də 04 ədəd, 36 sm d-də 02 ədəd, 40/32 sm d-də 03 ədəd, 42/40 sm d-də 01 ədəd, 60/48 sm d-də 01 ədəd, 80/64 sm d-də 01 ədəd, Ağcaqayın cinsindən 12 sm d-də 01 ədəd, 16 sm d-də 01 ədəd 20 sm d-də 03 ədəd, 24 sm d-də 01 ədəd, 28 sm d-də 01 ədəd, 36 sm d-də 01 ədəd, Vələs cinsindən 12 sm d-də 01 ədəd, 16 sm d-də 01 ədəd, 20 sm d-də 03 ədəd, 24 sm d-də 01 ədəd, 28 sm d-də 01 ədəd, 32 sm d-də 01 ədəd, Palıd cinsindən 24 sm d-də 01 ədəd və Alça cinsindən 20 sm d-də 01 ədəd cəmi 47 ədəd, bundan 42 ədədi kök üstə yaş, 5 ədədi isə kök üstə qurumuş ağacların qanunsuz olaraq matorlu mişarla 2022-ci ilin iyul-avqust aylarında kəsilərək doğranılıb meşə sahəsindən aparılmasını aşkar etmiş, hətta həmin ağacların Vılık kənd sakinləri Habil və Əbülfət adlı şəxslər tərəfindən qanunsuz kəsilməsi barədə onlara məlumat verilmişdir. Meşə sahəsində qanunsuz kəsilməsini aşkar etdikləri ağacların diametrlərini ölçüb qeydiyyat götürüb çöl qeydiyyat aktını tərtib etmiş, daha sonra çöl qeydiyyat aktına uyğun akt tərtib etmişlər. Akta əsasən ağacların həcmi və kəsilməsinə görə vurulmuş ziyan ayrıca hesablanaraq cədvəl tərtib olunaraq akta əlavə edilmişdir. Yoxlamada iştirak etmiş meşə gözətçisi Ağa Şahid5cların kim və yaxud da kimlər tərəfindən kəsildiyini bilmədiyini söyləmiş, toplanmış material tədbir görülsəsi üçün müəssisəyə təqdim olunmuşdur. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, 2022-ci ilin iyul-avqust aylarında Razvandaband meşəbəyliyinin 19-c saylı meşə dolaysının ərazisində Feyzullayev X1 meşəbəliyinin 19-c saylı meşə dolayısında Fısdıq cinsindən 16 sm d-də 01 ədəd, 20 sm d-də 01 ədəd, 28 sm d-də 01 ədəd, 32 sm d-də 02 ədəd, 36 sm d-də 02 ədəd, 40/32 sm d-də 01 ədəd, 80/64 sm d-də 01 ədəd, Ağcaqayın cinsindən 24 sm d-də 01 ədəd, 26 sm d-də 01 ədəd və Palıd cinsindən 01 ədəd cəmi 12 ədəd kök üstə yaş ağacları qanunsuz kəsib doğramaqla meşə sahəsindən aparmışdır. Ağacların ümumi həcmi 13,59 kub metr, dəyəri 59,56 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən göstərilən 03 ədəd ağacın qanunsuz kəsilməsinə görə dib kötüklərinin diametlərinə müvafiq olaraq cərimə ziyanı 1124,00 manat təşkil edir. Həmin ağacların qanunsuz kəsilməsinə görə X8 Təsərrüfatı Mərkəzinə 1124,00 m + 59,56 m = 1183,56 (bir min bir yüz səksən üç) manat 56 qəpik məbləğində ziyan vurmuşdur. Təqsirkar şəxsdən 1183,56 manat ziyan tələb olunur. Lerik Rayon İcra Hakimiyyəti Başçısının Tülüconu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Lerik Rayon İcra Hakimiyyəti Başçısının Tülüconu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağı (2008-ci il, 2011-ci il, 2013-cü il və 2016-cı il təvəllüdlü) vardır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə X8 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyanın 200 (iki yüz) manatını ödənilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində dörd azyaşlı uşağın olmasını, X8 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyanın bir qismini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, meşə fonduna vurulmuş ziyanın bir qismini ödəməsini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla ondan başqa ailənin digər üzvlərinin heç birinin işləməməsini, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilərsə ailəsinin yeganə qazanc gətirənindən məhrum olacağını və ailənin ağır maddi ehtiyac içərisində tam təminatsız qalacağını, bunun da gələcəkdə daha ciddi nəticələrə səbəb olacağını müstəsna hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan «başqa yerə getməmək haqqında iltizam» qətimkan təbdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarından göründüyü kimi, mülki iddiaçı Təqsirləndirilən şəxs qarşı X8 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etməmiş, lakin zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, mülki iddianın məhkəmə icraatı üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsi iş materiallarına əlavə olunmamışdır. Mülki iddiaçıya həmin sənədin işin baxılması iclasında məhkəməyə təqdim edilməsi təklif olunsa da, onun tərəfindən buna əməl edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinəəsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə mülki iddia verilmədiyindən iş üzrə mülki iddiaçı X8 Təsərrüfatı Mərkəzinə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququna malik olması izah edilməlidir. İş üzrə mülki iddia,ekspertiza xərci və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X8 Təsərrüfatı Mərkəzinə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-5/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-5/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver