Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-5/2024 14.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1981-ci ildə Lerik rayon Kaqoy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Lerik rayonunun Kaqoy kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, o, vahid cinayətkar niyyət və məqsədlə əlində meşə buraxılış orderi və ağacların kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan 2021-ci ilin payız aylarında 1 saylı X2 Mərkəzinin Astara rayonu üzrə Əsxənəkəran meşəbəyliyinin 2 saylı meşə dolayısının Lerik rayonunun inzibati ərazisinə daxil olan meşə sahəsinin 1-ci kvartalında odunluq növünə aid Vələs cinsindən 32 sm d-də 01 ədəd, 36 sm d-də 01 ədəd, 40/38 sm d-də 01 ədəd, 44/36 sm də 01 ədəd, 48/40 sm d-də 01 ədəd və 64/52 sm d-də 01 ədəd, Fıstıq cinsindən 52/40 sm d-də 01 ədəd , 56/44 sm d-də 01 ədəd, 48/40 sm d-də 01 ədəd və 64/52 sm d-də 01 ədəd, cəmi 9 ədəd, 14,25 kub metr həcmidə kök üstə yaş halda ağacları özündə olan matorlu mişarla qanunsuz kəsərək sonradan doğrayıb meşə sahəsindən daşıyıb aparmaqla X5 ümumilikdə 1313,16 (bir min üç yüz on üç manat on altı qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Lerik rayonunun Kaqoy kəndində yaşamaqla heç yerdə işləmir, yaşadığı Kaqoy kəndinin yaxınlığında yerləşən, Əsxənəkəran meşəbəyliyinin 2 saylı meşə dolayısında 9 ədəd ağacların qanunsuz kəsilməsi ilə bağlı Astara rayon polis şöbəsinin istintaq bölməsinə dəvət olunmuş, həmin ağacların qanunsuz kəsilməsi ilə bağlı ifadə vermiş, 9 ədəd ağacların yerləşdiyi meşə sahəsini Astara rayonunun Motlayataq kənd sakini Şahid1 mühafizə etmişdir. Həmin meşə sahəsində qanunsuz ağaclar kəsməmiş, buna baxmayaraq həmin ərazini tanıyır, mal-qarası həmin meşə sahəsində otlayır, demək olar ki, tez-tez həmin əraziyə gedib mal-qarasına nəzarət edir. 2022-ci ilin may-iyun aylarında göstərilən meşə sahəsinə mal-qaraya nəzarət üçün getmiş, bir ədəd fıstıq cinsindən ağacın küləyin təsirindən aşdığını və bundan təxminən 100 metr kənarda bir neçə ədəd ağacın əvvəlki illərdə kəsilib yerində saxlandığını görmüş, evdə yanacaq kimi oduncaqdan istifadə etdiyinə görə həmin yıxılmş ağacın gövdəsini odun doğrayıb gətirmək qərarına gəlmiş, bununla bağlı meşə gözətçisi Mirdadaşa zəng edib məlumat vermiş və ondan icazə istəmiş, Mirdadaş ona «meşə buraxılış orderi almasanız sizə odun verə bilmərəm» demiş, maddi imkanı olmadığına görə meşə buraxılış orderi ala bilməmiş, məcbur olub özündə olan matorlu mişarla meşə sahəsinə gedib küləyin təsirindən aşmış fıstıq cinsindən ağacı və əvvəlki illərdə ona məlum olmayan şəxs tərəfindən kəsilmiş vələs cinsindən ağacın gövdəsini doğrayıb təxminən 4 kub metr həcmində odun hazırlamış, səhərisi gün həmkəndlisi Şahid3 idarə etdiyi QAZ-66 markalı avtomaşınla meşə sahəsinə gedib oduncağı Elxanla birlikdə maşına yükləyib evinə gətirmiş, ötən müddətdə yanacaq kimi istifadə etmiş, Şahid1 mühafizə etdiyi meşə sahəsində 2021 və 2022-ci ildərdə ağac kəsməmiş, 9 ədəd ağacların kim və yaxud da kimlər tərəfindən kəsildiyini bilmir, bu barədə heç bir məlumatı yoxdur.Təqsirləndirilən şəxs sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəm iclası zamanı ifadəsində göstərdi ki, Lənkəran şəhərində yaşamaqla Lənkəran X2 Mərkəzində baş mütəxəssis-hüquqşunas vəzifəsində işləyir. 1 saylı X2 Mərkəzinin Astara rayonu üzrə Əsxənəkəran meşəbəyliyinin 2 saylı meşə dolaysının 1 saylı kvartalında 2021-ci ilin oktyabr ayında 9 ədəd müxtəlif diametrdə vələsm və fıstıq cinsindən ağacların qanunsuz kəsilməsi ilə X5 1313,16 manat məbləğində ziyan vurulmuşdur. X5 vurulmuş ziyanı tələb edir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 Mustafa oğlu ifadəsində göstərdi ki, Astara rayonunun Motlayataq kəndində yaşamaqla 1985-ci ildən hal-hazıra kimi 1 saylı X2 mərkəzində, Astara rayonu üzrə Əsxənəkəran meşəbəyliyinin müxtəlif dolayılarında gözətçi işləmiş, 2 saylı dolayının mühafizəsi isə təxminən 8 ildir ona həvalə olunmuşdur. Mühafizə etdiyi 2 saylı dolayı Lerik rayonunun Kaqoy, Astara rayonunun Əzərüd kəndlərinin əhatəsində yerləşir. Kaqoy kəndi ilə həmsərhəd mühafizə etdiyi ərazidən tam olaraq Kaqoy kənd sakinləri örüş kimi istifadə edir, demək olar ki, hər gün həmin ərazidə olurlar. Mühafizə etdiyi meşə sahəsinin 1-ci kvartalında, yəni Kaqoy kənd sakinlərinin hər gün gəldiyi sahədə ağacların qanunsuz kəsilməsinin qarşısını almaq məqsədi ilə tez-tez yoxlamalar aparır. 2021-ci ilin oktyabr ayının ortalarında yağışlı hava şəraitində mühafizə etdiyi meşə dolayısının 1-ci kvartalında gəzdiyi zaman Kaqoy kənd sakini Təqsirləndirilən şəxs həmin sahədə 3 ədəd fısdıq cinsindən və 4 ədəd vələs cinsindən ağacları kəsib yerə yıxdığını, digər bir fıstıq cinsdən ağacı kəsdiyini görmüş, yəni onu iş başında yaxalamış, nə üçün ağacları qanunsuz kəsdiyini soruşmuş, Hakim ona «ağacları kəsirəm meşədə qalsın quruyandan sonra, yəni 2022-ci ilin yay aylarında daşıyıb apararam» demiş, Hakim meşədə odun doğramaq və satmaqla pul qazanır ailəsini dolandırır. Hakimə ağacları doğrayıb aparmadığını tapşırmış, Hakimə haqqında müəssisəyə və meşəbəyiyə məlumat verəcəyini demiş, Hakim ondan xahiş edib «ağacları aparmaram mənim adımı çəkmə, cəriməni ödəməyə imkanım yoxdur» demiş, bununla bağlı meşəbəyi Cavid Hüseynova telefon vasitəsi ilə məlumat verib və gəlsin ağacların kötüklərinə baxaraq akt tərtib etməsini demiş, Cavid Hüseynov ona «sən ağacları nəzarətdə saxla doğrayıb aparan zaman kimi orada yaxaladın həmin vaxt gəlib müəssisəyə yazılı məlumat yazarsan gedib aktlaşdırarıq» demiş, Cavidin sözünə görə ağacları nəzarətdə saxlamaqla tez-tez yoxlamış, 2022-ci ilin iyun aynını ortalarında şəxsiyyətini bildirmək istəmədiyi şəxs ona mobil telefon vasitəsi ilə zəng edib «Kaqoy kənd sakini Hakim sizin meşənizdə kəsdiyi ağacları doğrayır» demiş, Hakimə zəng etmiş, sonuncu onun zənglərinə cavab verməmiş, ağacların kəsdiyi yerə yola düşmüş, həmin sahəyə çatan zaman QAZ-66 markalı avtomobilin odunla yüklü vəziyyətdə həmin ərazidən uzaqlaşdığını görmüş, odunu satmaq üçün Astara rayonuna aparılmasını düşünüb avtomobilin qarşısını almaq üçün müəssisəyə məlumat vermiş, lakin həmin avtomobil Astaraya getməmiş, sonradan ona məlum olmuşdur ki, Hakim odunu həmkəndlisi Şahid3 avtomobili ilə evinə aparmış, bundan sonra Şahid2 və İlham Ağayev həmin əraziyə gəlmiş, Təqsirləndirilən şəxs kəsdiyi ağacların kötüklərini onlara göstərmiş, akt tərtib olunmuşdur. Hakim 2021-ci ilin oktyabr ayında kəsdiyi 9 ədəd ağacdan 7 ədədini aparmış, 1 ədəd vələs və 1 ədəd fıstıq cinsindən ağac yerində qalmışdır. 2021-ci ilin oktyabr ayında, ayın tarixini və vaxtını xatırlamadığı günlərin birində, yağışlı havada mühafizə etdiyi meşə sahəsinin 1ci kvartalını gəzdiyi zaman Təqsirləndirilən şəxs 7 ədəd ağacları kəsib yerə yııxdığını və bir ədəd fıstıq cinsindən ağacı motorlu mişarla kəsdiyi yerdə yaxalamış, onun vəziyyətini və xahişini nəzərə alıb onun adını hallandırmamış, digər heç bir səbəb olmamışdır. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Astara rayonunun Pensər kəndində yaşamaqla 1 saylı X3 Mərkəzinin Astara rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsində işləyir. 1 saylı X2 Mərkəzinin Astara rayonu üzrə Əsxənəkəran meşəbəyliyinin 2 saylı meşə dolayısının gözətisi Şahid1 17 avqust 2022-ci il tarixdə mərkəzə məlumat verib bildirmişdir ki, keçən ilin oktyabr ayında 9 ədəd müxtəlif cinsi ağacların kəsilməsini aşkar etmişdir. Ağacları kəsən şəxsin kim olduğunu müəyyən edə bilməmiş, bu ilin iyun ayın axırında həmin ağacların bir neçəsini odun kimi doğranılmasını müşahidə etmişdir. Həmin məlumat üzrə yerində araşdırma aparılması ona həvalə olunduğuna görə 19 avqust 2022-ci il tarixldə meşə gözətçisi Şahid1 mühafizə etdiyi 2 saylı meşə dolayısında qanunsuz kəsilmiş və təqdim etdiyi 9 ədəd ağacların dib kötüklərinə meşəbəyi İlham Ağayev və meşə gözətçisi Şahid1 iştirkları ilə baxış keçirtmiş, Həmin ağacların dib kötüklərinə baxış zamanı məlum olmuşdur ki, ağacların bir hissəsi doğranılaraq daşınması üçün hazırlanmışdır. Şahid1 təqdim etdiyi 9 ədəd ağacların dib kötüklərini ölçmüş, məlum olmuşdur ki, həmin ağaclar 2021-ci ilin təxminən payız aylarında kəsilmişdir, ağaclar odunluq növünə aid olması müəyyən olunmuş, aparılmış olçü zamanı məlum olmuşdur Vələs cinsindən 5 ədəd, Fıstıq cinsindən 4 ədəd, cəmi 9 ədəd ağaclar qanunsuz kəsilmişdir. Həmin ağacların kəsilməsinə görə X5 vurulmuş ziyan hesablanmış, göstərilən odunluq növünə aid ağacların qanunsuz kəsiliməsi ilə X5 ümumilikdə 1313,16 (bir min üç yüz on üç) manat mədləğində ziyan vurulması müəyyən edilmiş, toplanmış maiterial tədbir görülməsi üçün mərkəzin rəhbərliyinə təqdim olunmuşdur.Şahid1 təqdim etdiyi 2021-ci ilin təxminən payız aylarında qanunsuz kəsilmiş ağacların dib kötüklərinə baxış keçirtdiyi zaman ağacların Lerik rayonunun Kaqoy kənd sakini Təqsirləndirilən şəxs doğrayıb həmkəndlisi Şahid3 avtomaşını ilə apardığı zaman yaxaladığını demiş, düşünr ki, ağacları Hakim kəsmişdir. Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Lerik rayonunun Kaqoy kəndində yaşamaqla heç yerdə işləmir, şəxsi QAZ-66 markalı avtomobili vardır, özü sürüb istifadə edir. Hakim Paşvayev həmkəndlisidir, onunla münasibəti yaxşıdır. 2022-ci ilin təxminən iyun ayında həmkəndlisi Təqsirləndirilən şəxs ona «Mirdadaşın mühafizə etdiyi meşə sahəsində yıxılmış ağacı doğramışam odun hazırdır mşınla gedək odunu gətirək» demiş, Hakimlə razılaşıb onunla birlikdə iadər etdiyi maşınla onun bələdçiliyi ilə meşə sahəsinə getmiş, Hakim deməsinə görə yıxılmış ağacdan doğradığı təxminən 3-4 kub metr həcmində odunu onun maşınına yükləmiş və odunu onun evinə gətirmiş, bundan əlavə Hakimin sifarişi ilə meşə sahəsindən onun üçün odun daşımamışdır. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, 2021-ci ilin payız aylarında 1 saylı X2 mərkəzinin Əsxənəkəran meşəbəyliyinin 2 saylı meşə dolayısının Lerik rayonunun inzibati ərazisinə daxil olan meşə sahəsində odunluq növünə aid Vələs cinsindən 32 sm d-də 01 ədəd, 36 sm d-də 01 ədəd, 40/38 sm d-də 01 ədəd, 44/36 sm də 01 ədəd, 64/52 sm d-də 01 ədəd, odunluq növünə aid Fıstıq cinsindən 52/40 sm d-də 01 ədəd , 56/44 sm d-də 01 ədəd, 48/40 sm d-də 01 ədəd və 64/52 sm d-də 01 ədəd, cəmi 9 ədəd, 14,25 kub metr həcmidə, 61,16 manat dəyərində ağaclar qanunsuz kəsilmiş və X5 ağacların qanunsuz kəsilməsinə görə cərimə ziyanı ilə birlikdə ümumilikdə 1313,16 manat məbləğində ziyan vurulmuşdur. Təqsirkar şəxsdən 1313,16 (bir min üç yüz on üç mananat on altı qəpik) manat tələb olunur. Beləliklə rəy verilməsi üçün təqdim olunmuş yoxlama aktları və cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələrindən, həmçinin digər rəsmi sənədlərdən görünür ki, 1 saylı X2 mərkəzinin Əsxənəkəran meşəbəyliyinin 2 saylı meşə dolayısının Lerik rayonunun inzibati ərazisinə daxil olan meşə sahəsində odunluq növünə aid Vələs cinsindən 32 sm ddə 01 ədəd, 36 sm d-də 01 ədəd, 40/38 sm d-də 01 ədəd, 44/36 sm də 01 ədəd, 64/52 sm d-də 01 ədəd, odunluq növünə aid Fıstıq cinsindən 52/40 sm d-də 01 ədəd , 56/44 sm ddə 01 ədəd, 48/40 sm d-də 01 ədəd və 64/52 sm d-də 01 ədəd, cəmi 9 ədəd, 14,25 kub metr həcmidə, 61,16 manat dəyərində ağaclar qanunsuz kəsilmiş və X5 ağacların qanunsuz kəsilməsinə görə cərimə ziyanı ilə birlikdə ümumilikdə 1313,16 manat məbləğində ziyan vurulmuşdur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Tülüconu kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Tülüconu kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 11695 nömrəli ödəniş qəbzinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X5 100 (bir yüz) manat ziyan ödənilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə Şahid1 mühafizə etdiyi meşə sahəsində heç bir ağac kəsmədiyi, ona şər və böhtan atmaları barədə verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağın olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, törədilmiş cinayətdə onun rolunu, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsi ilə təqsirli bilinib islah işləri cəzasını təyin etməyi, eyni zamanda CM-in 46-cı maddəsinə əsasən yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanıəlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Cinayət işi materiallarından göründüyü kimi, mülki iddiaçı Təqsirləndirilən şəxs qarşı Lənkəran X2 Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etməmiş, lakin zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, mülki iddianın məhkəmə icraatı üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsi iş materiallarına əlavə olunmamışdır. Mülki iddiaçıya həmin sənədin işin baxılması iclasında məhkəməyə təqdim edilməsi təklif olunsa da, onun tərəfindən buna əməl edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinəəsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə mülki iddia verilmədiyindən iş üzrə mülki iddiaçı Lənkəran X2 Mərkəzinə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququna malik olması izah edilməlidir. İş üzrə mülki iddia,ekspertiza xərci və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Lənkəran X2 Mərkəzinə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tələbi ilə bağlı mülki mühakimə icrtaatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-5/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-5/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver