Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-51/2024 05.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları illə, xx.xx.1974-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 26 iyun 2024-cü il tarixdə, saat 22 radələrində Lerik şəhəri, Ərdəbil küçəsində Lerik şəhər sakinləri Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sonuncuya məxsus evin yaxınlığında narazılıq olmuş, nəticədə aralarında dava-dalaş baş vermiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kəllə və yumruq zərbələri endirərək ona sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı nahiyəsində qançırla nəticələnən, ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik şəhəri, Ərdəbil küçəsində qeydiyyata olmaqla ailə üzvləri ilə orada yaşayır. Zərərçəkmiş şəxs tanıyır, əvvəllər qonşu olmuşlar. 26 iyun 2024-cü il tarixdə, saat 22:25 radələrində Lerik şəhəri, Ərdəbil küçəsində yerləşən fərdi yaşayış evində yatarkən yaşadığı evin həyətində bir nəfər şəxsin uca səslə nalayiq söyüşlər söydüyünü eşitmiş və oyanaraq evinin eyvanına çıxmışdır. Eyvana çıxdıqda uca səslə nalayiq söyüşlər söyən şəxsin qonşuluqda yaşayan Zərərçəkmiş şəxs olduğunu görmüş və Teymurun uca səslə nalayiq söyüşlər söydüyünə görə bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan polis əməkdaşları yaşadığı evin həyətinə gəlmiş və Teymuru özləri ilə Lerik RPŞ-yə aparmışlar. Daha sonra polis əməkdaşları onunla telefon əlaqəsi saxlayaraq onu şöbəyə dəvət etmişlər. Əvvəllər də, Teymur onun həyətində belə hərəkətlərə yol verdiyi üçün onu polisə şikayət edəcəyi barədə xəbərdar etmişdir. Aralarındakı mübahisə təxminən 10 dəqiqə davam etmiş, həmin vaxtı orada kənar şəxslər olmamışdır. Hadisə zamanı o, Teymuru döymüş, ona xəsarət yetirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı ödəmişdir. Məhkəmədən barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik şəhəri, Ərdəbil küçəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Təqsirləndirilən şəxs tanıyır, əvvəllər qonşuluqda yaşamışlar. xx.xx.2024-cü il tarixdə tanışı Azər Kərimovun dəvətinə əsasən oğlunun Lerik şəhərində “Ruslan” şadlıq sarayında keçirilən toy məclisində 20:00-dan 22:00-dək iştirak etmiş və spirtli içki qəbul etmişdir. Daha sonra “Ruslan” şadlıq sarayını tərk etmiş, yolda ona məxsus iri buynuzlu heyvanların örüş sahəsindən qayıdıb gəlmədiklərinə görə deyinə-deyinə Lerik şəhəri, Ərdəbil küçəsində yerləşən fərdi yaşayış evinə gedərkən Təqsirləndirilən şəxs evinin qarşısından keçdiyi zaman Fizuli onun yolunu kəsmiş və heç bir səbəb olmadan onu yerə yıxaraq üzərinə çıxıb əlləri ilə yaxasından tutmaqla kəllə və yumruqla üz nahiyəsinə zərbələr vurmuş, nəticədə sol gözündən, burnundan və ağız nahiyəsindən xəsrətlər almışdır. Fizuli isə onun xəsarət aldığını görüb dərhal evinə getmişdir. Sonradan o, kömək üçün ətrafa səslənmiş, həmin vaxt səsinə həyat yoldaşı X2 və azyaşlı qızı X3 gəlmişlər və onu sakitləşdirməyə çalışmışlar. Həmin vaxt o, Fizulini vurmamış, Fizuli onu döydükdən sonra əsəbi olduğundan Fizulinin ünvanına nalayiq ifadələr işlətmişdir. Aralarındakı mübahisə 10-15 dəqiqə davam etmiş, mübahisə zamanı ətrafda kənar şəxslər olmamışdır. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs 26 iyun 2024-cü il tarixli şikayət ərizəsindən görünür ki, ərizə əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. İş materiallarında olan Lənkəran rayonlararası MTE və PA zona Mərkəzinin 27 iyun 2024-cü il tarixli, 37 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli, 43 nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yüngül dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan iş üzrə Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixdə ərizədən görünür ki, o cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixdə ərizədən görünür ki, o zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmiş, ondan heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlilidir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73- 1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-in 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası CPM-in 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin və nayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-51/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-51/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver