Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-52/2023 29.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1982-ci ildə Lerik rayonunun Piran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Piran kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3 və 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, X13 X5 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısının gözətçisi vəzifəsində işlədiyi müddətdə, yəni 2022-ci ilin sentyabr ayından 10 fevral 2023-cü il tarixinədək olan dövr ərzində qulluq mövqeyindən istifadə etməklə, 01 iyul 2022-ci il tarixdə müəssisə ilə onun arasında bağlanmış əmək müqaviləsinin (kontraktın), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 188 saylı qərarı ilə təsdiq edilmiş «Tam maddi məsuliyyət haqqında nümunəvi fərdi Müqavilə»nin, eləcə də hazırda qüvvədə olan keçmiş SSRİ Nazirlər Soveti tərəfindən 1982-ci ildə təsdiq edilmiş «Dövlət meşə mühafizəsi haqqında Əsasnamə»nin tələblərini kobud surətdə pozaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasına cinayətkarcasına etinasız yanaşaraq mühafizə etdiyi 13 saylı meşə dolayısında təbii təsir nəticəsində aşmış 02 ədəd qoz cinsindən ağacların istintaqla müəyyən edilməsi mümkün olmaüan şəxslərə doğranılıb meşə sahəsindən aparılmasına özü şəxsən icazə vermiş, həmçinin istintaqla müəyyən edilməsi mümkün olmayan şəxslər tərəfindən 87 ədəd, müxtəlif cins, növ və diametrdə kök üstə yaş halda ağacların qanunsuz kəsilməsinə şərait yaratmaqla ümumilikdə 113,71 kub metr həcmində oduncağın meşə sahəsindən daşınıb aparılması nəticəsinldə Dövlət Meşə fonduna 10091,92 (on min doğsan bir mann, doğsan iki qəp) manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3 və 259.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Piran kəndində yaşamaqla 2018-ci ilin oktyabr ayından X13 X5 rayonu üzrə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısına gözətçi təyin olunmuş, 2021-ci ilin noyabr ayında 7 saylı meşə dolayısının gözətçisi vəzifəsindən azad olunub həmin meşəbəyliyinin 23 saylı meşə dolayısına gözətçi təyin olunmuş, daha sonra 2022-ci ilin iyul ayının əvvəlində Gürdəsər meşəbəyliyinin tərkibində olan meşə sahələrinin bir hissəsi yeni yaradılmış Vizəzəmin meşəbəyliyinin tərkibinə verilmiş, buna görə də Gürdəsər meşəbəyliyinin tərkibində olmuş 23 saylı meşə dolayısı da iki hissəyə bölünüb yenidən 13 saylı meşə dolayısı yaradılaraq Vizəzəmin meşəbəyliyinin tərkibinə verilmiş və o, 13 saylı meşə dolayısına gözətçi təyin olunmuşdur. Bununla yanaşı 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayının 13-nə kimi Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının mühafizəsini təmin etmiş, yəni həmin dolayının mühafizəsi göstərdiyi müddətdə ona həvalə olunmuşdur. Vizəzəmin meşəbəyliyin 13 saylı meşə dolayısının gözətçisi işlədiyi müddətdə ilk gündən meşəbəyi Şahid7 işləmiş, sonuncu 2023-cü ilin fevral ayının təxminən 10-da meşəbəyi vəzifəsindən azad olunmuş, həmin vəzifəni təxminən 2 ay müddətində Şahid2 icra etmişdir. Mühafizə etdiyi 13 saylı meşə dolayısında 2023-cü ilin yanvar və fevral aylarında aparılmış yoxlamalarda yalnız 24-25 yanvar və 07 fevral 2023-cü il tarixdə aparılmış yoxlamalarda iştirak etmiş, həmin yoxlamaları Elşad Şükürov rayonunun Bırkandul kənd sakini Şahid8 şikayəti əsasında aparmışdır. Bu yoxlama zamanı dolayıda 01 ədəd 64 sm d-də Ağcaqayın və 52 sm d-də 01 ədəd Fısdıq cinsindən qurumuş ağacların kəsilib aparılması, kök üstə yaş halda ağaclardan Qızılağac cinsindən 40 sm d-də 01 ədəd, 80 sm d-də 01 ədəd, Ağcaqayın cinsindən 40 sm d-ə, 02 ədəd, 52 sm d-də 01 ədəd, 60 sm d-də 01 ədəd ağacların qanunsuz kəsilməsi aşkar olunmuş, həmin ağacların kəsilmə müddətini mütəxəssis müəyyən etmiş, bu ağacların kim tərəfindən kəsilməsini bilmir və nə vaxt kəsilməsini görməmişdir. 03 fevral 2023-cü il tarixdə işdən çıxması ilə bağlı mərkəzə ərizə yazmış və mühafizə işini aparmaq üçün meşə sahəsinə getməmiş, ona görə də bundan sonrakı yoxlamalarda iştirak etməmiş, lakin mühafizə etdiyi 13 saylı dolayıda 2023-cü ilin fevral ayının 14-15-də və 28-dən mart ayının 03-nə kimi olan müddətdə yoxlamaların aparılmasından məlumatı olmuş, lakin həmin yoxlamalarda neçə ədəd ağacların hansı dövrdə kəsilməsinin müəyyən olunduğunu bilməmişdir. Yoxlamalara dair aktlarla tanış olmamışdır. 13 saylı dolayıda 7 fevral 2023-cü il tarixdə aparılmış yoxlamaya dair tərtib olunmuş aktda qeyd edilmiş əvvəlki aylarda yıxılmış 2 ədəd çürük qoz ağacların oduncağını doğranılıb aparılmasına 2022-ci ilin dekabr ayının əvvəlində xatırlamadığı vətəndaşlara özü icazə vermiş, həmin ağaclara görə hər hansı bir şəxsdən pul almamış və oduncağı satamışdır. Köküstə kəsilmiş 14 ədəd müxtəlif cins və diametrdə ağacları isə onunla qərəzli münasibətdə olan Bırkandul kənd sakini Şahid8 qardaşı Xalid ilə gecə saatlarında kəsmişlər, bundan sonra müəssisəyə məlumat vermişlər. Buna baxmayaraq onları həmin ağacları kəsərkən meşədə görməmiş və yaxalamamışdır. 13 saylı dolayıda 14-15 fevral 2023-cü il tarixlərdə aparılmış yoxlamada qanunsuz kəsilməsi aşkar olunmuş 8 ədəd ağacların kim və yaxud da kimlər tərəfindən hansı vaxtlarda kəsilməsini görməmiş və bu barədə məlumatı olmamışdır. Vizəzəmin meşəbəyliyin 13 saylı meşə dolayısında 2023-cü ilin fevral ayının 28-dən mart ayının 03-nə kimi olan müddətdə aparılmış yoxlamada qanunsuz kəsilməsi qeydə alınmış 55 ədəd ağacların kimlər tərəfindən hansı vaxtlarda kəsilməsini görməmiş və vaxtında aşkar edə bilməmişdir. 13 saylı meşə dolayısı müvəqqəti mühafizə üçün 2023-cü ilin fevral ayının ortalarından Şahid3 təhvil verildikdən sonra da həmin meşə sahəsində gecə vaxtlarında bi-birnə yaxın məsafədə təxminən 20- 25 ədəd ağacların bir-birinin üstünə qərəzli şəkildə kəsilməsini, bundan əlavə 14 ədəd ağaclar da ayrı-ayrı yerlərdə 2-3 gün ərzində kəsilməsini eşitmiş, həmin ağaclar tam olaraq qərəzli kəsilmişdir. Kimlər tərəfindən kəsilməsini bilmir. Təqsirləndirilən şəxs sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadələri, mütəxəssis rəyi, cinayət işində olan digər istintaq sənədləri, məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəm iclası zamanı ifadəsində göstərdi ki, Lənkəran şəhərində yaşamaqla X13 Təsərrüfatı Mərkəzində baş mütəxəssis-hüquqşunas vəzifəsində işləyir, X13 X5 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolaysının gözətçisi Təqsirləndirilən şəxs tanıyır, aralarında ziddiyyət olmamışdır. Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısında 24- 25 yanvar, 07 fevral 2023-cü il tarixlərdə, həmçinin 28 fevral 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixinə kimi olan günlərdə mütəxəssislər tərəfindən aparılmış yoxlamlara dair tərtib olunmuş aktlar üzrə ilkin araşdırma aparılaraq Dövlət Meşə fonduna vurulmuş ziyanın məbləği müəyyən olunaraq hər bir akt əsasında toplanmış material üzrə ayrıayrılıqdan Azərbaycan Reçspublikası CM-nin 259-cu maddəsinin tərkibi yarandığına görə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İlkin araşdırma zamanı məlum olmuşdur ki, qısa müddət ərzində 13 saylı meşə dolayısında 80 ədəddən çox müxtəlif cins, növ və diametrdə ağaclar həmin meşəbəyliyinin 13 saylı meşə dolayısında Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə qanunsuz kəsilmiş, çox hissəsi də meşə sahəsindən aparılmışdır. 13 saylı meşə dolayısının gözətçisi izahatlarında ağacların naməlum şəxslər tərəfindən ayrı-ayrı vaxtlarda kəsilməsini göstərmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, meşə gözətçisi üzərinə düşən vəzifəni günün tələbi səviyyəsində həyata keçirməyib meşə sahəsinin qournması üçün heç bir ciddi tədbir görməmiş, ağacların kütləvi olaraq naməlum şəxlər tərəfindən kəsilməsi üçün xeyli vaxt tələb olunur, 80 ədəddən çox ağacların kəsilməsini görmədiyini bildirən maddi məsul şəxs həmin ağacların kəsilməsi üçün şərait yaratmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən Dövlət Meşə fonduna vurulmuş ziyan ödənilmədiyindən həmin ziyan təqsirləndirlən şəxsdən tələb olunur. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Lənkəran rayonunun Mamusta kəndində yaşamaqla X13Təsərrüfatı Mərkəzində meşələrin qorunası və mühafizəsi üzrə baş mühəndis vəzifəsində işləyir. Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyin 13 saylı meşə doldayısının gözətçisi X7 10 fevral 2023-cü il tarixdə işdən ərizəsinə əsasən çıxdığına görə onun mühafizə etdiyi 13 saylı dolayı müvəqqəti mühafizə üçün 23 saylı meşə dolayısının gözətçisi Şahid3 həvalə olunmuşdur. Lakin həmin günlərdə meşə sahəsi qarla örtülü olduğuna görə meşədə dərhal yoxlama aparılmamışdır. 24 fevral 2023-cü il tarixdə 13 saylı meşə dolayısına Hara kənd sakini Şahid4 gözətçi təyin olunmuşdur. Təhvil-qəbul yoxlama işinin aparılması ona həvalə olunmuşdur. Müvafiq əmrə əsasən 28 fevral 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixinədək həmin 13 saylı meşə dolayısında tam yoxlama aparmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə dolayının müxtəlif kvartallarında Vələs cinsindən 13 ədəd, Azatağacı cinsindən 02 ədəd, Fısdıq cinsindən 03 ədəd, Palıd cinsindən 05 ədəd, Dəmirağacı cinsindən 7 ədəd, Göyrüş cinsindən 01 ədəd, Ağcaqayın cinsindən 13 ədəd, Yalanqoz cinsindən 02 ədəd, Qızılağac cinsindən 9 ədəd, ümumilikdə 55 ədəd kök üstə yaş halda ağacların 2022-ci ilin sentyabr-dekabr və 2023-cü ilin yanvar ayının əvvəlindən fevral ayının 10-na kimi olan dövrdə qanunsuz kəsilməsini müəyyən etmişdir. Həmçinin 10 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixinə kimi Şahid3 müvəqqəti gözətçi işldədiyi dövrdə Palıd cinsindən cəmi 11 ədəd, Vələs cinsindən 2 ədəd, Fısdıq cisnindən 01 ədəd, ümumilikdə 14 ədəd kök üstə yaş halda ağacların qanunsuz kəsilərək meşə sahəsindən aparılmasını müəyyən etmişdir. 2023-cü ilin fevral ayının 25- 27-də əsasən gecə saatlarında naməlum şəxs və yaxud da şəxslər tərəfindən eyni ərazidə (16 ədəd üst-üstə, 13 ədədi isə ona yaxın ərazilərdə) Palıd cinsinldən 19 ədəd, Vələs cinsindən 5 ədəd, Fısdıq cinsindən 01 ədəd, Azatağacı cinsindən 01 ədəd, Ağcaqayın cinsindən 01 ədəd yarımişlik növünə aid kök üstə yaş halda ağacların qanunsuz kəsilməsini müəyyən etmiş, həmin 29 ədəd ağaclar tam olaraq kəsildiyi yerlərdə saxlanılmışdır. Həmin ağacların həcmi hesablanıb müəssisəyə mədaxil olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik rayonunun Ləkər kəndində yaşamaqla 20 aprel 2022-ci il tarixdən X13 X6 rayonu üzrə Gürdəsər meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyir. Gürdəsər meşəbəyliyin ərazisi Vizəzəmin meşədəyliyin ərazisi ilə sərhəddir. Şahid7 Vzəzəmin meşəbəyliyin meşəbəyisi vəzifəsində işləmişdir. 2023-cü ilin feval ayının əvvəlində Şahid7 işdən çıxdıqdan sonra müvəqqəti olaraq həmin meşəbəyliyin meşəbəyi vəzifəsinin icrası ona həvalə olunmuşdur. Həmin vəzifəni qısa müddətdə, yəni 45 gün icra etmiş, daha sonra həmin vəzifənin icrası Razvandaband meşəbəyliyinin meşəbəyisi Tərlan Qəribova həvalə olunmuşdur. Vizəzəmin meşəbəyliyinin meşəbəyisi vəzifəsini icra etdiyi günlərdə həmin meşəbəyliyin 13 saylı meşə dolayısında 14-15 fevral 2023-cü il tarixlərdə aprarılmış yoxlamada iştirak etmişdir. Həmin yoxlamanı X4 xidmətinin əməkdaşı aparmışdır. Yoxlama aparılan gündən təxminən 3-4 gün əvvəl 13 saylı meşə dolayısının gözətçisi Təqsirləndirilən şəxs işdən çıxmışdır. Meşə sahəsi müvəqqəti olaraq 23 saylı meşə dolayısının gözətçisi Şahid3 həvalı olunmuşdur. Lakin meşə sahəsi qarla örtülü olduğuna görə hər hansı bir formada yoxlama işi aparılmamışdır. 14-15 fevral 2023-cü il tarixdə 13 saylı dolayıda yoxlama aparılarkən dolayının çox hissəsi qarla örtülü olduğuna görə yalnız Lənkəran-Lerik yolunun 30-37-ci km-ni əhatə edən kvartallarında qarla örtülü olmayan sahələrində yoxlama aparılmışdır. Yoxlamada Fısdıq cinsindən 40 sm d-də 2 ədəd yarımişlik, 44 sm d-də 1 ədəd yarımişlik, 40 sm d-də 2 ədəd odunluq və 64 sm d-də 1 ədəd yarımişlik ağacların 2022-ci ilin payız aylarında qanunsuz kəsildib meşə sahəsindən aparılması, bundan əlavə Palıd cinsindən 20 sm d-də 01 ədəd və 28 sm d-də 01 ədəd odunqluq ağacların 2023-cü ilin yanvar ayında kəsilib doğranılaraq aparılması, daha sonra kökdən çıxmış, 72 sm d-də yarımişlik növünə aid Qızılağac cinsindən ağacın 2023-cü ilin əvvəlində taxta hazılanıb meşə sahəsindən aparılması aşkar olunmuş, 13 syalı meşə dolayısında bundan əvvəl və sonra aparılmış yoxlamalarda iştirak etməmiş, 14-15 fevral 2023-cü il tarixdə aparılmış yoxlamada aşkar olunmuş 8 ədəd ağacların kim tərəfindən kəsilməsini və bir ədəd aşmış ağacın kim tərəfindən doğranılaraq aparılmasını müəyyən edə bilməmiş, həmin yoxlamaya dair tərtib olunmuş akta imza etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lerik rayonunun Babagil kəndində yaşamaqla X13X5 rayonu üzrə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının gözətçisi işləyir, 2023-cü ilin fevral ayının əvvəlində Vizəzəmin meşəbəyliyin 23 saylı meşə dolayısının gözətçisi işlədiyi zaman qonşu 13 saylı meşə dolayısının gözətçisi X7 10 fevral 2023-cü il tarixdə işdən ərizəsinə əsasən çıxdığına görə onun mühafizə etdiyi 13 saylı dolayı müvəqqəti mühafizə üçün heç bir yoxlama işi aparılmadan, yəni meşə sahəsi qarla örtülü olduğuna görə yoxlama aparılmadan ona həvalə olunmuşdur. Həmin meşə sahəsini 10 fevral 2023-cü il tarixdən 23 fevral 2023-cü il tarixinə kimi olan müddətdə mühafizə etmiş, 14-15 fevral 2023-cü il tarixdə həmin dolayıda aparılmış yoxlamada iştirak etmiş, meşə sahəsi qarla örtülü olduğuna görə tam gəzmək mümkün olmadığından Lənkəran-Lerik yolunun 30-37-ci km-də yaxın sahələrində, qarla örtülü olmayan ərzilərdə qismən yoxlama aparılmış, yoxlamada Fısdıq cinsindən 40 sm ddə 2 ədəd yarımişlik, 44 sm d-də 1 ədəd yarımişlik, 40 sm d-də 2 ədəd odunluq və 64 sm d-də 1 ədəd yarımişlik ağacların 2022-ci ilin payız aylarında qanunsuz kəsilib meşə sahəsindən aparılması, bundan əlavə Palıd cinsindən 20 sm d-də 01 ədəd və 28 sm d-də 01 ədəd odunqluq ağacların 2023-cü ilin yanvar ayında kəsilib doğranılaraq aparılması, daha sonra kökdən çıxmış, 72 sm d-də yarımişlik növünə aid Qızılağac cinsindən ağacın 2023-cü ilin əvvəlində taxta harılanda meşə sahəsindən aparılması aşkar olunmuş, bundan sonrakı günlərdə əraziyə qar yağdığına görə meşə sahəsinə gedə bilməmiş, 23 fevral 2023-cü il tarixdə 13 saylı meşə dolayısına Şahid4 gözətçi təyin olunmuş, təhvilqəbul yoxlama işinin aparılması mərkəzin əməkdaşı Məhrəm Cəfərova həvalə olunmuşdur. Müvafiq əmrə əsasən 28 fevral 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixinədək 13 saylı meşə dolayısında iştirakı ilə tam yoxlama aparılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə dolayının müxtəlif kvartallarında Vələs cinsindən 13 ədəd, Azatağacı cinsindən 02 ədəd, Fısdıq cinsindən 03 ədəd, Palıd cinsindən 05 ədəd, Dəmirağacı cinsindən 7 ədəd, Göyrüş cinsindən 01 ədəd, Ağcaqayın cinsindən 13 ədəd, Yalanqoz cinsindən 02 ədəd, Qızılağac cinsindən 9 ədəd, ümumilikdə 55 ədəd kök üstə yaş halda ağacların 2022-ci ilin sentyabr-dekabr və 2023-cü ilin yanvar ayının əvvəlindən fevral ayının 10-na kimi olan dövrdə qanunsuz kəsilməsini müəyyən etmişdir. Həmçinin 10 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixinə kimi Şahid3 müvəqqəti gözətçi işldədiyi dövrdə Palıd cinsindən cəmi 11 ədəd, Vələs cinsindən 2 ədəd, Fısdıq cisnindən 01 ədəd, ümumilikdə 14 ədəd kök üstə yaş halda ağacların qanunsuz kəsilərək meşə sahəsindən aparılmasını müəyyən etmişdir. 2023-cü ilin fevral ayının 25-27-də əsasən gecə saatlarında naməlum şəxs və yaxud da şəxslər tərəfindən eyni ərazidə (16 ədəd üst-üstə, 13 ədədi isə ona yaxın ərazilərdə) Palıd cinsinldən 19 ədəd, Vələs cinsindən 5 ədəd, Fısdıq cinsindən 01 ədəd, Azatağacı cinsindən 01 ədəd, Ağcaqayın cinsindən 01 ədəd, Qızılağac cinsindən 72 sm d-də 01 ədəd yarımişlik növünə aid kök üstə yaş halda ağacların qanunsuz kəsilməsi müəyyən olunmuşdur. Həmin 29 ədəd ağaclar tam olaraq kəsildiyi yerlərdə saxlanılmışdır. Vizəzəmin meşəbəyliyin 13 saylı meşə dolayısını müvəqqəti 10-23 fevral 2023-cü il tarixlərdə mühafizə etdiyi günlərdə qanunsuz kəsilməsi aşkar edilmiş 14 ədəd xırda diametrdə ağaclar Lənkəran-Lerik yolunun 32-ci km-də yerləşən meşə sahəsində kəsilmiş və aparılmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Lerik rayonunun Haran kəndində yaşamaqla 23 fevral 2023-cü il tarixdən X13 X5 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısına gözətçi təyin olunmuşdur. Həmin gündan hal hazıra kimi meşə sahəsini mühafizə edir. Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyin 13 saylı meşə doldayısının gözətçisi Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə işdən ərizəsinə əsasən çıxdığına görə onun mühafizə etdiyi 13 saylı dolayı müvəqqəti mühafizə üçün 23 saylı meşə dolayısının gözətçisi Şahid3 həvalə olunmuşdur. Lakin həmin günlərdə meşə sahəsi qarla örtülü olduğuna görə meşədə dərhal yoxlama aparılmamışdır. 23 fevral 2023-cü il tarixdə 13 saylı meşə dolayısına gözətçi təyin olunmuşdur. Təhvil-qəbul yoxlama işinin aparılması mərkəzin əməkdmaşı Məhrəm Cəfərova həvalə olunmuşdur. Müvafiq əmrə əsasən 28 fevral 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixinədək həmin 13 saylı meşə dolayısında onun iştirakı ilə tam yoxlama aparılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə dolayının müxtəlif kvartallarında Vələs cinsindən 13 ədəd, Azatağacı cinsindən 02 ədəd, Fısdıq cinsindən 03 ədəd, Palıd cinsindən 05 ədəd, Dəmirağacı cinsindən 7 ədəd, Göyrüş cinsindən 01 ədəd, Ağcaqayın cinsindən 13 ədəd, Yalanqoz cinsindən 02 ədəd, Qızılağac cinsindən 9 ədəd, ümumilikdə 55 ədəd kök üstə yaş halda ağacların 2022-ci ilin sentyabrdekabr və 2023-cü ilin yanvar ayının əvvəlindən fevral ayının 10-na kimi olan dövrdə qanunsuz kəsilməsini müəyyən etmişdir. Həmçinin 10 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixinə kimi Şahid3 müvəqqəti gözətçi işldədiyi dövrdə Palıd cinsindən cəmi 11 ədəd, Vələs cinsindən 2 ədəd, Fısdıq cisnindən 01 ədəd, ümumilikdə 14 ədəd kök üstə yaş halda ağacların qanunsuz kəsilərək meşə sahəsindən aparılmasını müəyyən etmişdir. 2023-cü ilin fevral ayının 25-27-də əsasən gecə saatlarında naməlum şəxs və yaxud da şəxslər tərəfindən eyni ərazidə (16 ədəd üst-üstə, 13 ədədi isə ona yaxın ərazilərdə) Palıd cinsinldən 19 ədəd, Vələs cinsindən 5 ədəd, Fısdıq cinsindən 01 ədəd, Azatağacı cinsindən 01 ədəd, Ağcaqayın cinsindən 01 ədəd, Qızılağac cinsindən 72 sm d-də 01 ədəd yarımişlik növünə aid kök üstə yaş halda ağacların qanunsuz kəsilməsi müəyyən olunmuşdur. Həmin 29 ədəd ağaclar tam olaraq kəsildiyi yerlərdə saxlanılmışdır. Vizəzəmin meşəbəyliyin 13 saylı meşə dolayısına gözətçi təyin olunmaq üçün 2023-cü ilin fevral ayının əvvəlində X13 Təsərrüfatı Mərkəzinə müraciət etmiş, mərkəzin rəhbərliyi onu qəbul edərək işə girmək üçün lazım olan sənədləri toplayıb təqdim etməsini demiş, lazım olan sənədləri hazırlayıb 14 fevral 2023-cü il tarixdə mərkəzə getmiş, mərkəzin rəhbərliyi ona «sənədləri apar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə təqdim et ki, yoxlasınlar və bundan sonra işə götürməyinizi rəhbərlik məsləhət bilsə sizi işə götürərik» demiş, 15 fevral 2023-cü il tarixdə Bakı şəhərinə gedib sənədlərini aparıb Meşələrin İnkişafı Xidmətinin rəhbərliyinə təqdim etmiş, sənədlərini yoxlayıb onunla söhbət aparandan sonra sənədlərin surətini qəbul edib «sizi işə qəbul edərik, gedin əmri gözləyin» demişlər. X10 Meşə Təsərrüfatı mərkəzinə qayıdıb işə qəbul ilə bağlı rəhbərliyə məlumat vermiş, mərkəzin rəhbərliyi ona «sən get əmr verilənə kimi meşəni gəz» demiş, buna görə də 16 fevral 2023-cü il tarixdən 13 saylı meşə dolayısının ərazisini gəzməyə başlamış, 16 fevral 2023-cü il tarixdə meşə sahəsini gəzdiyi zaman meşə sahəsinin Lənkəran-Lerik yolunun 32-ci km-dən meşəyə gedən maşın yolunun sol tərəfindəki sahəsində 14 ədəd müxtəlif cins və diametrdə ağacların qanunsuz kəsilməsini görmüş, bu ağaclardan 9 ədədi təxminən 10 kvadrat metr sahədə üst-üstə kəsilmiş, digər 5 ədədi isə banlardan təxminən 200 metr aralıda 4 ədədi üst-üstə, 1 ədədi isə bunlardan təxminən 100 metr kənarda kəsilmişdir. Digər 15 ədəd ağaclardan 6 ədədi meşə sahəsinin Hamarmeşə kəndinə yaxın sahəsində, digər ağaclar isə Lənkəran-Lerik yolunun 36-37-ci km-dən meşəyə gedən yoların yaxınlığında ayrı-ayrı yerlərdə kəsilmişdir. Ağacların yenrləşdiyi sahələrə maşın yolu olmamış, ağaclar meşənin əlçatmaz sahələrində qərəzli formada kəsilmişdir. Bu 29 ədəd ağacların kəsilməsi barədə dərhal telefon vasitəsi ilə Məhrəm Cəfərova məlumat vermiş, Məhrəm Cəfərov ona «sən rəsmi işə götürülməmisən əmrin gələndən sonra gedib baxarıq» demiş, Məhrəm Cəfərov həmin 29 ədəd ağacların hansı səbəbdən 25-27 fevral 2023-cü il tarixlərdə kəsilməsini göstərdiyini bilmir. Həmin 29 ədəd və digər ağacların kim və yaxud da kimlər tərəfindən kəsildiyini bilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 24-25 yanvar 2023-cü il tarixlərdə X13 Təsərrüfatı Mərkəzinin mühafizə işləri üzrə direktor müavini Elşad Şükürovun, Lənkəran RMTM-nin Vizəzəmin meşəbəyliyinin sabiq meşəbəyisi Şahid7 və həmin meşəbəyliyinin 13 saylı dolayının sabiq meşə gözətçisi Təqsirləndirilən şəxs iştirakı ilə Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayısında yoxlamalar aparmışdır. Yoxlama zamanı əvvəlki yoxlamalarda qeydə alınmamış ağcaqayın cinsindən 4 ədəd, fıstıq cinsindən 1 ədəd, qızılağac cinsindən 2 ədəd olmaqla ümumilikdə 7 ədəd ağacın qanunsuz kəsilərək meşə sahəsindən aparılmasını aşkar etmiş, həmin ağaclardan ağcaqayın cinsindən 2 ədəd ağaclar köküstə quru halda olmuş və kəsilərək meşə sahəsindən aparılmışdır. Həmin 2 ədəd ağacın kəsilmə müddəti 2022-ci ilin noyabr ayına təsadüf edilir. Bundan əlavə qanunsuz kəsilmiş qızılağac cinsindən 40 sm-də 1 ədəd və ağcaqayın cinsindən 40 sm-də 2 ədəd ağacın kəsilmə dövrü yoxlamadan təxminən 1-2 həftə əvvələ təsadüf edir. Qızılağac cinsindən 80 sm-də 1 ədəd ağacdan 2 ədəd 1,1 metr uzunluğunda girdədən taxtalar hazırlanmış və aparılmışdır. Həmin ağacın qalan hissəsi isə yerində qalmışdır. Qanunsuz kəsilmiş ağcaqayın cinsindən 52 sm-də 1 ədəd ağac qanunsuz kəsilmiş, həmin ağacdan 8 ədəd müxtəlif uzunluqlarda girdələr istilik mişarı ilə kəsilərək yerində saxlanılmışdı. Qeyd olunan ağacların dib kötüklərini istifadəsində olan 052 nömrəli damğa ilə damğalamıış, yoxlamanın ikinci günündə ərazidə 130 sm diametrində içi boş halda ağcaqayın cinsindən bir ədəd ağacın qanunsuz kəsilməsi aşkar olunmuş, həmin ağacın içi boş olduğundan diametri 60 sm qəbul olunmuşdur. Həmin ağacdan 30 ədəd girdələr və 12 ədəd taxta hazırlanıb yerində saxlanılmışdır. Həmin ağacları istifadəyə yararsız hala gətirmiş, ağacın dib kötüyü Şahid7 məxsus damğa ilə damğalanmışdır. Bundan başqa Lerik rayonunun Bırkandul kənd sakini Şahid8 müxtəlif qurumlara etdiyi şikayət əsasında 07 fevral 2023-cü il tarixdə Lənkəran RMTM-nin Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısının gözətçisi Təqsirləndirilən şəxs və şikayətçi Şahid8 iştirakları ilə Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısında yoxlama aparmışdır. Qanunsuz kəsilmiş ağacların yerləri Şahid8 tərəfindən təqdim olunmuşdur. Baxış zamanı 13 saylı meşə dolayısının ərazisində ağcaqayın cinsindən 7 ədəd, vələs cinsindən 3 ədəd, fıstıq cinsindən 3 ədəd, qızılağac cinsindən 1 ədəd olmaqla ümumilikdə 14 ədəd ağacın qanunsuz kəsilib meşə sahəsindən aparılması aşkar olunmuşdur. Bundan əlavə özü yıxılmış qoz cinsindən 2 ədəd ağacın da aparılması aşkar olunmuşdur. Qızılağac cinsindən ağacın 4 metr hündürlüyündə 3 ədəd budağının kəsilməsi və meşə sahəsindən aparılması müəyyən olunmuşdur. Həmin ağacların dib kötükləri damğa ilə damğalamışdır. Həmin ağacların kim və yaxud kimlər tərəfindən kəsilməsini bilmir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Lerik rayonunun Piran kənd sakini, Lənkəran RMTM-nin Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısının gözətçisi Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs yalandan onun və qardaşı Şahid9 üzünə qalaraq güya ağac kəsmələri barədə məlumat vermiş, həmin məlumat əsasında aparılan araşdırma zamanı barələrində cinayət işi başlanaraq istintaq olunmuş və məhkəmə məsuliyyətinə verilmişlər. Əkdiyi buğda sahəsinin çəpərinin bir neçə dəfə sökülməsini görüb bunu aydınlaşdırmaq üçün ətrafa baxmış, meşədən material aparıldığını, yerdə at izi olduğunu görmüş, həmin izlə meşəyə getmiş, orada tanımadığı 6 nəfər şəxs və Təqsirləndirilən şəxs görmüş, həmin anda Lənkəran RMTM-nin direktoruna zəng edib məlumat vermiş, həmin gecə polis əməkdaşları və meşə işçiləri qeyd olunan əraziyə gəlib həmin şəxsləri yerində yaxalamışlar. Səhəri gün qeyd olunan əraziyə yenidən baxış keçirib işlik meşə materialı aşkar etmişlər. Bundan sonra da mütəmadi olaraq Lənkəran RMTM-nin direktoruna məlumatlar vermiş, bundan sonra 2023-cü ilin yanvar ayının sonlarına yaxın Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısını gəzərkən orada qanunsuz ağac kəsildiyini görmüş, dərhal bu barədə Lənkəran RMTM-nin direktoruna və müavini Elşad Şükürova məlumat vermiş, həmin məlumat əsasında dolayının ərazisində 24 və 25 yanvar 2023-cü il tarixlərdə yoxlama aparılmışdır. Yoxlamada iştirak etməmiş, Lənkəran RMTM-nin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. 2023-cü ilin fevral ayının əvvəllərində Lənkəran RMTM-nin Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayında ağacların qanunsuz kəsildiyini aşkar etmiş və bu barədə dərhal Lənkəran RMTM-nə məlumat vermiş, Şikayəti əsasında 07 fevral 2023-cü il tarixdə onun Lənkəran RMTM-nin direktor müavini Elşad Şükürovun və Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayının gözətçisi Təqsirləndirilən şəxs iştirakı ilə yoxlama aparılmışdır. Qanunsuz kəsilmiş ağacların yerlərini özü təqdim etmişdir. Yoxlama zamanı dolayının ərazisində ağcaqayın cinsindən 7 ədəd, vələs cinsindən 3 ədəd, fıstıq cinsindən 3 ədəd, qızılağac cinsindən 1 ədəd olmaqla ümumilikdə 14 ədəd ağacın qanunsuz kəsilib meşə sahəsindən aparılması aşkar olunmuşdur. Bundan əlavə özü yıxılmış qoz cinsindən 48 sm və 52 sm olmaqla 2 ədəd ağacın da aparılması aşkar olunmuşdur. Qızılağac cinsindən ağacın 4 metr hündürlüyündə 3 ədəd budağının kəsilməsi və meşə sahəsindən aparılması müəyyən olunmuşdur. Həmin ağacların dib kötükləri damğalanmışdır. Cinayət işinin materiallarında olan şahid X8 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, X13 Təsərrüfatı Mərkəzinin mühafizə işləri üzrə direktor müavini işləyir, 24-25 yanvar 2023-cü il tarixlərdə Lənkəran RMTM-nin yanğından mühafizəsi üzrə mütəxəssis Şahid6, Lənkəran RMTM-nin Vizəzəmin meşəbəyliyinin sabiq meşəbəyisi Şahid7 və həmin meşəbəyliyinin 13 saylı dolayının sabiq meşə gözətçisi Təqsirləndirilən şəxs iştirakı ilə Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayısında yoxlamalar aparmışdır. Yoxlama zamanı əvvəlki yoxlamalarda qeydə alınmamış ağcaqayın cinsindən diametrləri 64 sm-də 1 ədəd, 40 sm-də 2 ədəd, 52 sm-də 1 ədəd, fıstıq cinsindən diametri 52 sm-də 1 ədəd, qızılağac cinsindən diametrləri 40 smdə 1 ədəd və 80 sm-də 1 ədəd olmaqla ümumilikdə 7 ədəd ağacın qanunsuz kəsilərək meşə sahəsindən aparılmasını aşkar etmiş, həmin ağaclardan ağcaqayın cinsindən diametrləri 64 sm-də 1 ədəd və fıstıq cinsindən 52 sm-də 1 ədəd ağaclar köküstə quru halda olmuş və kəsilərək meşə sahəsindən aparılmışdır. Həmin 2 ədəd ağacın kəsilmə müddəti 2022-ci ilin noyabr ayına təsadüf edilir. Bundan əlavə qanunsuz kəsilmiş qızılağac cinsindən 40 sm-də 1 ədəd və ağcaqayın cinsindən 40 sm-də 2 ədəd ağacın kəsilmə dövrü yoxlamadan təxminən 1-2 həftə əvvələ təsadüf edir. Qızılağac cinsindən 80 sm-də 1 ədəd ağacdan 2 ədəd 1,1 metr uzunluğunda girdədən taxtalar hazırlanmış və aparılmışdır. Həmin ağacın qalan hissəsi isə yerində qalmışdı. Qanunsuz kəsilmiş ağcaqayın cinsindən 52 sm-də 1 ədəd ağac qanunsuz kəsilmiş, həmin ağacdan 8 ədəd müxtəlif uzunluqlarda girdələr istilik mişarı ilə kəsilərək yerində saxlanılmışdı. Qeyd olunan ağacların dib kötüklərini istifadəsində olan 052 nömrəli damğa ilə damğalamıış, yoxlamanın ikinci günündə ərazidə 130 sm diametrində içi boş halda ağcaqayın cinsindən bir ədəd ağacın qanunsuz kəsilməsi aşkar olunmuş, həmin ağacın içi boş olduğundan diametri 60 sm qəbul olunmuşdur. Həmin ağacdan 30 ədəd girdələr və 12 ədəd taxta hazırlanıb yerində saxlanılmışdı. Həmin ağacları istifadəyə yararsız hala gətirmiş, ağacın dib kötüyü Şahid7 məxsus damğa ilə damğalanmışdır. Bundan başqa Lerik rayonunun Bırkandul kənd sakini Şahid8 müxtəlif qurumlara etdiyi şikayət əsasında 07 fevral 2023-cü il tarixdə Lənkəran RMTM-nin Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısının gözətçisi Təqsirləndirilən şəxs və şikayətçi Şahid8 iştirakları ilə Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısında yoxlama aparmışdır. Qanunsuz kəsilmiş ağacların yerləri Şahid8 tərəfindən təqdim olunmuşdur. Baxış zamanı 13 saylı meşə dolayısının ərazisində ağcaqayın cinsindən diametrləri 36 sm-də 1 ədəd, 40 sm-də 1 ədəd, 44 sm-də 1 ədəd, 48 sm-də 2 ədəd, 56 sm-də 1 ədəd, 60 sm-də 1 ədəd, vələs cinsindən diametrləri 36 sm-də 1 ədəd, 40 sm-də 1 ədəd, 44 sm-də 1 ədəd, fıstıq cinsindən diametrləri 32 sm-də 2 ədəd və 36 sm-də 1 ədəd, qızılağac cinsindən 40 sm-də 1 ədəd olmaqla ümumilikdə 14 ədəd ağacın qanunsuz kəsilib meşə sahəsindən aparılması aşkar olunmuşdur. Bundan əlavə özü yıxılmış qoz cinsindən 48 sm və 52 sm olmaqla 2 ədəd ağacın da aparılması aşkar olunmuşdur. Qızılağac cinsindən ağacın 4 metr hündürlüyündə 3 ədəd budağının kəsilməsi və meşə sahəsindən aparılması müəyyən olunmuşdur. Həmin ağacların dib kötüklərinə istifadəsində olan 052 nömrəli damğa ilə damğalamışdır. Həmin ağacların kim və yaxud kimlər tərəfindən kəsilməsini bilmir, bu barədə məlumatı yoxdur. Cinayət işinin materiallarında olan Şahid7 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, 20 iyun 2022-ci ildən 09 fevral 2023-cü il tarixədək X13 X3 meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləmiş və öz ərizəsinə əsasən işdən xaric olunmuşdur. 24-25 yanvar 2023-cü il tarixlərdə Lənkəran RMTM-nin direktor müavini Elşad Şükürovun, Lənkəran RMTM-nin yanğından mühafizə üzrə mühəndis Şahid6 və həmin meşəbəyliyin 13 saylı meşə dolayının sabiq gözətçisi Təqsirləndirilən şəxs iştirakı ilə Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayısıqda yoxlama aparmışlar. Yoxlamanın birinci günü, yəni xx.xx.2023-cü il tarixdə əvvəlki yoxlamalarda qeydə alınmamış ağcaqayın cinsindən diametrləri 64 sm-də 1 ədəd və fıstıq cinsindən 52 sm-də 1 ədəd kök üstə quru ağacların kəsilərək meşə sahəsindən aparılmasını aşkar etmqşlər. Həmin 2 ədəd ağacın kəsilmə müddəti 2022-ci ilin noyabr ayına uyğun olmuş, yoxlama zamanı ağcaqayın cinsindən 40 sm-də 2 ədəd, 52 sm-də 1 ədəd, fıstıq cinsindən diametri 52 sm-də 1 ədəd, qızılağac cinsindən diametrləri 40 sm-də 1 ədəd və 80 sm-də 1 ədəd olmaqla ümumilikdə 7 ədəd ağacın qanunsuz kəsilərək meşə sahəsindən aparılmasını aşkar etmişlər. Bundan əlavə qanunsuz kəsilmiş qızılağac cinsindən 40 smdə 1 ədəd və ağcaqayın cinsindən 40 sm-də 2 ədəd ağacın kəsilmə dövrü yoxlamadan təxminən 1-2 həftə əvvələ uyğun gəlmişdir. Qızılağac cinsindən 80 sm-də 1 ədəd ağacdan 2 ədəd 1,1 metr uzunluğunda girdədən taxtalar hazırlanmış və aparılmışdır. Həmin ağacın qalan hissəsi isə yerində qalmışdır. Qanunsuz kəsilmiş ağcaqayın cinsindən 52 sm-də 1 ədəd ağac qanunsuz kəsilmiş, həmin ağacdan 8 ədəd müxtəlif uzunluqlarda girdələr istilik mişarı ilə kəsilərək yerində saxlanılmışdır. Qeyd olunan ağacların dib kötükləri Elşad Şükürova məxsus 052 nömrəli damğa ilə damğalanmışdır. Yoxlamanın ikinci günündə ərazidə 130 sm diametrində içi boş halda ağcaqayın cinsindən bir ədəd ağacın qanunsuz kəsilməsi aşkar olunmuşdur. Həmin ağacın içi boş olduğundan diametri 60 sm qəbul olunmuşdur. Həmin ağacdan 30 ədəd girdələr və 12 ədəd taxta hazırlanıb yerində saxlanılmışdır. Həmin ağacları istifadəyə yararsız hala gətirmişlər. Ağacın dib kötüyü rona məxsus damğa ilə damğalanmışdır. Meşə gözətçisi Təqsirləndirilən şəxs bu barədə soruşduqda sonuncu onqa bunun ona qarşı təxribat olduğunu bildirmişdir. Həmin ağacların kim və yaxud kimlər tərəfindən kəsilməsini bilmir, bu barədə məlumatı yoxdur. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, 13 saylı dolayıda 24-25 yanvar 2023-ci il tarixdə aparılmış yoxlamaya dair tərtib olunmuş aktda qanunsuz kəsilməsi qeyd edilmiş 8 ədəd müxtəlif cins, növ və diametrdə ağacların həcmi 15,31 kub metr, nırxlə dəyəri 407,91 manat, qanunsuz kəsilməsinə görə cərimə ziyanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən 1758,08 manat təşkil etdiyindən həmin ağacların qanunsuz kəsilməsinə görə Dövlət meşə fonduna cəmi 2165,99 manat məbləğində ziyan vurulmuşdur. Həmin ağaclardan 0,31 kub qızılağac və 1,43 kub metr ağcaqayın cinsindən işlik və 5,36 kub metr oduncaq yerində qaldığına görə dəyəri 131,76 manat təşkil edir. Ümumi 2165.99 manat ziyandan yerdə qalan məhsulun təşkil etdiyi 131,76 manatı çıxıldıqda təqsirkar şəxsdən 2034,23 manat ziyan tələbl olunur. Həmin ağaclar 2022-ci ilin noyabr və 2023-cü ilin yanvar ayının əvvəlində meşə gözətçisi Təqsirləndirilən şəxs işlədiyi müddətdə kəsilmişdir. 13 saylı dolayıda 07 fevral 2023-ci il tarixdə aparılmış yoxlamaya dair tərtib olunmuş aktda qanunsuz kəsilməsi qeyd edilmiş 19 ədəd müxtəlif cins, növ və diametrdə ağacların həcmi 24,23 kub metr, nırxlə dəyəri 586,93 manat, qanunsuz kəsilməsinə görə cərimə ziyanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən 1034,00 manat təşkil etdiyindən həmin ağacların qanunsuz kəsilməsinə görə Dövlət meşə fonduna cəmi 1620,93 manat məbləğində ziyan vurulmuşdur. Təqsirkar şəxsdən 1620,93 manat ziyan tələb olunur. Həmin ağaclar 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayında meşə gözətçisi Təqsirləndirilən şəxs işlədiyi müddətdə kəsilmişdir. Tərtib olunmuş aktdan görünür ki, 02 ədəd qoz cinsindən ağaclar təbii təsir nəticəsində yıxılmış,daha sonra doranılaraq meşə sahəsindən aparılmışdır. Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, həmin ağacların doğranılıb aparılmasına özü şəxsən icazə verimişdir. təbii təsir nəticəsində yıxılmış qoz ağacların qanunsuz kəsilmə kimi qeydə alınması qanunla yolverilməzdir, lakin göstərilən qərarın tələbinə əsasən həmin ağacların dəyəri nırxın iki qatı hesablanaraq qanunsuz kəsilmiş ağacların ziyanı ilə toplanmışdır. Buna görə təqsirkar şəxsdən ümumilikdə 1620,93 manat ziyan tələb olunur. 13 saylı dolayıda 14-15 fevral 2023-ci il tarixdə aparılmış yoxlamaya dair tərtib olunmuş aktda qanunsuz kəsilməsi qeyd edilmiş 9 ədəd müxtəlif cins, növ və diametrdə ağacların həcmi 12,25 kub metr, nırxlə dəyəri 142,04 manat, qanunsuz kəsilməsinə görə cərimə ziyanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən 639,04 manat təşkil etdiyindən həmin ağacların qanunsuz kəsilməsinə görə Dövlət meşə fonduna cəmi 781,08 manat məbləğində ziyan vurulmuşdur. Təqsirkar şəxsdən 781,08 manat ziyan tələb olunur. Həmin ağaclar 2022-ci ilin payız aylarında meşə gözətçisi Təqsirləndirilən şəxs işlədiyi müddətdə kəsilmişdir. 13 saylı dolayıda 28 fevral 2023-ci il tarixdən 03 mart 2023-cü il tarixinədək olan günlərdə aparılmış yoxlamaya dair tərtib olunmuş aktda qanunsuz kəsilməsi qeyd edilmiş 53 ədəd müxtəlif cins, növ və diametrdə ağacların həcmi 61,92 kub metr, nırxlə dəyəri 762,92 manat, qanunsuz kəsilməsinə görə cərimə ziyanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən 4761,00 manat təşkil etdiyindən həmin ağacların qanunsuz kəsilməsinə görə Dövlət meşə fonduna cəmi 5523,92 manat məbləğində ziyan vurulmuşdur. Təqsirkar şəxsdən 5523,92 manat ziyan tələbl olunur. Həmin ağaclar 2022-ci ilin sentyabr ayından 10 fevral 2023-cü ilin tarixinədək olan dövrdə meşə gözətçisi Təqsirləndirilən şəxs işlədiyi müddətdə kəsilmişdir. Beləliklə rəy verilməsi üçün təqdim olunmuş yoxlama aktları və cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələrindən, həmçinin digər rəsmi sənədlərdən görünür ki, Vizəzəmin meşəbəyliyin 13 saylı meşə dolayısında 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayının 10-na kimi olan dövr ərzində, yəni Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə ümümilikdə 87 ədəd müxtəlif cins, növ və diametrdə ağaclar qanunsuz kəsilmiş və təbii təsir nəticəsində 2 ədəd ağaclar aşmışdır. Həmin 89 ədəd ağacların ümumi həcmi 113,71 kub metr təşkil edir, qanunsuz kəsilmiş və təbii təsir nəticəsində yıxılmış ağaclar doğranılaraq meşə sahəsindən aparılmasına görə cərimə ziyanı ilə birlikdə Dövlət meşə fonduna 10091,92 (on min doğsan bir mann, doğsan iki qəp) manat məbləğində ziyan vurulmuşdur. Həmin ağacların hissələrindən yerdə qalmış 5,36 kub metr həcmində odunun və 1,74 kub metr həcmində işliyin dəyəri 131,76 manat təşkil edir. Meşə sahəsində saxlanılmış oduncağın təşkil etdiyi 1131,76 manat dəyər qiyməti ümumi ziyandan çıxıldıqda təqsirkar şəxsdən cəmi 10.091,92 man-131,76 man=9960,16 (doqquz min doqquz yüz altmış man, on altı qəp) manat ziyan tələb olunur. Cinayət işinin istinaq materiallarından görünür ki, X13 Təsərrüfatı Mərkəzinin 21 iyun 2022-ci il tarixli 153/K saylı əmri ilə X12 X1, Lerik və Gürdəsər meşəbəyliyklərindən dolaylar ayrılıb yeni Vizəzəmin meşəbəyliyi yaradılmış, yeni yaradılmış Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayısına Təqsirləndirilən şəxs meşə gözətçisi təyin olunmuş və 01 iyul 2022-ci il tarixdən onunla əmək müqaviləsi bağlanaraq 13 saylı meşədolayısının mühafizəsi ona tapşırılmış, X13 Təsərrüfatı Mərkəzinin 10 fevral 2023-cü il tarixli 047/K saylı əmri ilə Təqsirləndirilən şəxs ərizəsi əsasında Vizəzəmin meşəbəyliyin 13 saylı meşə dolayısının gözətçisi vəzifəsindən azad olunmuş və dolayının mühafizəsi müvəqqəti olaraq həmin meşəbəyliyin 23 saylı meşə dolayısının gözətçisi Şahid3 həvalə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.2.3 və 259.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.2.3 və 259.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, törədilmiş cinayətdə onun rolunu, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-in 259.2.3 və 259.2.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdualşdırlması cəzasını təyin etməyi, eyni zamanda üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini, yəni Lerik rayonu Piran kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını və CM-in 46-cı maddəsinə əsasən yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanıəlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı Amil Abdullayev tərəfindən imzalanmış mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs qarşı cinayət yolu ilə X13 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddiaçı Amil Abdullayev tərəfindən verilmiş mülki iddia təmin edilməli, X13 Təsərrüfatı Mərkəzinə vurulmuş və ödənilməmiş 9960.06 (doqquz min doqquz yüz altımış manat,sfır altı qəpik) manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq X13 Təsərrüfatı Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini, yəni Lerik rayonu Piran kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, dövlət meşə fonduna vurulmuş 9960.06 (doqquz min doqquz yüz altımış manat,sıfır altı qəpik) ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq X13 Təsərrüfatı Mərkəzinin fondunun hesabına köçürülsün. Hökmün və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-52/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-52/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver