Məhkəmə qərarları › İş №1(048)-52/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-52/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-52/2024 23.10.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Lerik rayonu, Cəngəmiran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lerik rayonu, Cəngəmirnan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 fevral 2024-ci il tarixdə, saat 11 radələrində nəqliyyat vasitəsini idarə etməsinə hüquq verən «BC» dərəcəli, AF 030603 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi «Toyota Hilux» markalı, **-GV-*** qeydiyyat nişanlı avtomobillə Lənkəran-Lerik yolunun 52-ci km-də, yolun yoxuşlu sahəsində Lerik şəhər istiqamətində hərəkətdə olarkən diqqətini yoldan yayındıraraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) tələblərinə riayət etməyib ehtiyatsızlıq edərək avtomobili hərəkəti istiqamətində sol tərəfə istiqamətləndirib, qarşıdan gələn avtomobilin hərəkət zolağından kənara çıxararaq sərt yamaca aşırtmışdır. Avtomobil yoldan çıxdıqdan sonra sərt yarğanda 155 metr məsafədə diyirlənərək yarğanda olan ağaclara çırpılıb təkər üstündə dayanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin salonunda olan sərnişin İsmayıllı rayonu, Ərəgit kənd sakini X6 qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, baş beynin yumşaq toxumalarına və mədəciklərinə yayılmış qansızma, sol gicgah-ənsə nahiyələrinin yumşaq toxumaları altına yayılmış qansızma, burun sümüyünün sınığı, sağ diz nahiyəsində qançır, sağ kürək, sağ əl, sol yanaq, burun nahiyələrində sıyrıqlar, başın alın-təpə, alın nahiyələrində əzilmiş yaralarla nəticələnən əmələ gəldiyi anda həyat üçün təhlükəli olub, ümumilikdə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lerik rayonunun Cəngəmiran kəndində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində yaşayır, özünün istifadəsində «Toyota Hilux» markalı, **-GV-*** qeydiyyat nişanlı avtomobili vardır. Şahid həmkəndlisidir onu tanyır, münsasibətləri yaxşıdır. İsmayıllı rayon sakini Ramana qəsəbəsində yaşayan uzun illər dostluq etdiyi X6 və ailə üzvlərini də tanıyır, münasibətləri həmişə yaxşı olmuşdur. Telman Bağırov usta işləmişdir. Belə ki, o Lerik rayonunun Cəngəmiran kəndində atasından miras qalmış evin damını təmir etmək qərarına gəlmiş və Telman Bağırovdan evin damına baxmasını və lazım olan tikinti materiallarını almaq üçün ona siyahı verməsini xahiş etmişdir. Telman Bağırov da onunla razılaşmış və 25 fevral 2024-cü il tarixdə Lerik rayonunun Cəngəmiran kəndinə getməyi qərarlaşdırmışlar. 24 fevral 2024-cü il tarixdə Binə qəsəbəsində olarkən təsadüfən həmkəndlisi Şahidla rastlaşmış və ona səhər Lerik rayonuna getməcəyini bildirmiş, Rahil ona maşında yer varsa onu da aparmasını demiş, o isə avtomobildə yer olduğunu və səhər onu apara biləcəyini demişdir. 25 fevral 2024-cü il tarixdə saat 07 radələrində Rahili Bakı şəhəri, Ramana qəsəbəsində avtomobillə götürüb Telmanın evinə getmişlər, Telman avtomobilə oturmaq üçün gələrkən avtomobilin qabaq sağ oturacağında oturmuş Rahil yerə düşərək Telmana qabaq oturacaqda oturmasını demiş, Telman isə ona «mənim üçün arxa rahatdır, siz cavansınız qabaqda oturun» deyərək arxa oturacaqda oturmuş, Rahil isə qabaq sağ oturacaqda oturduqdan sonra onlar Lerik rayronuna yola düşmüşlər. Lerik rayonu ərazisində yollar qarla örtülü olmuş, yollar buz bağladığına görə avtomobili diqqətlə sürmüşdür. Belə ki, o 25 fevral 2024-cü il tarixdə, saat 11 radələrində avtomobili Lənkəran-Lerik yolunun 52-ci km-də yolun döngəli sahəsində qismən yoxuşda saatda 30-40 km saat sürətlə idarə etmiş, yolun asfalt örtüyünün tam olaraq buzla örtülü olduğunu hiss etmiş, avtomobili daha da diqqətlə idarə etmiş, həmin anda yolun sağ tərəfindən yamacdan yola meşə donuzunun qaçmasını görmüş, donuzun avtomobilə dəyməsini düşünmüş və diqqəti donuzun üstünə qalmış, buna görə də idarəetməni itirmiş, buzla örtülü yolda avtomobili dayandırmaq istəmiş, lakin dayandıra bilməmiş, avtomobil hərəkəti istiqamətinə yolun sol kənarına çıxaraq sərt aşırıma aşmış, bir neçə dəfə yuvarlandıqdan sonra qapı açılmış özü yerə düşərək huşunu itirmiş, daha sonra Lerik rayon mərkəzi xəstəxanasında ayılmışdır. O, hadisə yerinə kimlərin gəldiyini, kimlərin onu xəstəxanaya aparmalarını xatırlamır, xəstəxanada Rahili yanında görmüş, Elmanı görmədiyinə görə onun harada olduğunu soruşmuş, həmkəndliləri ona «Telmanın vəziyyətinin ağır olduğunu, onu Lənkəran rayon mərkəzi xəstəxanasına apardıqlarını demişlər, bundan az vaxt sonra onu da Lənkəran rayon mərkəzi xəstəxansına aparmışlar. Lənkəran rayon mərkəzi xəstəxansında olduğu zaman Telmanın ölməsini eşitmiş, hadisə vaxtı onun ayaqları və qabırğası sınmışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti və tələbinin olmadığını, himayəsində azyaşlı övladlarının olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən və xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Heç bir tələbi və şikayəti yoxdur. Şikayətinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində mərhum atası Telman və ailə üzvlərilə birlikdə yaşamışdır. Lerik rayonunun Cəngəmiran kənd sakini, hazırda Bakı şəhəri, Ramana qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və ailə üzvlərini tanıyır, onlarla uzun illərdir ki, dostluq edir, aralarında düşmənçilik və ziddiyyət olmamışdır. Mərhum atası Telman usta olmaqla evlərə dam tikməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs deməsinə görə Lerik rayonunun Cəngəmiran kəndində yerləşən atasından miras qalmış evi vardır. Xalid son vaxtlarda atası Telmanla söhbət etmiş və ona «evimin danmını siz tikməlisiniz» demiş, atası ona «haçan desəniz gedib evin damına baxıb tikinti materialı aldıqdan sonra evin damını təmir edərik» demişdir. Beləliklə, atası X10 rayonunun Cəngəmiran kəndində olan evinin damına baxmaq məqsədilə 25 fevral 2024-cü il tarixdə, səhər saat 07 radələrində Xalidin idarə etdiyi avtomaşınla Lerik rayonuna yola düşmış, həmin gün saat təxminən 12 radələrində Xalidin qohumlarından kimsə onun mobil nömrəsinə zəng edib Lerik şəhərinə çatmamış yolda Xalidin avtomobilinin dərəyə aşması və atasının ölməsi barədə məlumat vermiş, dərhal Bakı şəhərindən Lənkəran şəhərinə yola düşmüş, Lənkəran rayon mərkəzi xəstəxanasının ərazisində olan morqa gələrək atasının meyitini oradan götürüb birbaşa doğulduğu İsmayıllı rayonunun Ərəgit kəndinə aparıb 26 fevral 2024-cü il tarixdə dəft etmiş, hadisənin hansı səbəbdən baş verdiyini bilmir, bu barədə dəqiq məlumatı yoxdur. Təqsirləndirilən şəxs onlarla ailəvi dostluq edir, münasibətləri yaxşıdır, aralarında ziddiyyət yoxdur. Atası Telman avtomobil qəzasında həlak olmuşdur. Buna görə də sürücü Təqsirləndirilən şəxs şikayət və tələbi, həmçinin hər hansı bir iddiası yoxdur. Təqsirləndirilən şəxs şikaytəçi deyildir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanyır, həmkəndlisidir, münsasibətləri yaxşıdır. Belə ki, Təqsirləndirilən şəxs Lerik rayonunun Cəngəmiran kəndində atasından miras qalmış evin damını təmir etmək qərarına gəlmiş və Telman Bağırovdan evin damına baxmasını və lazım olan tikinti materiallarını almaq üçün ona siyahı verməsini xahiş etmişdir. Telman Bağırov da Təqsirləndirilən şəxsla razılaşmış və 25 fevral 2024-cü il tarixdə Lerik rayonunun Cəngəmiran kəndinə getməyi qərarlaşdırmışlar. 24 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla rastlaşmış və ona səhər Lerik rayonuna gedəcəyini bildirmiş, o da Təqsirləndirilən şəxs maşında yer varsa onu da aparmasını demiş, o isə avtomobildə yer olduğunu və səhər onu apara biləcəyini demişdir. 25 fevral 2024-cü il tarixdə saat 07 radələrində onu Bakı şəhəri, Ramana qəsəbəsində avtomobillə götürüb Telmanın evinə getmişlər, Telman avtomobilə oturmaq üçün gələrkən o, avtomobilin qabaq sağ oturacağından yerə düşərək Telmana qabaq oturacaqda oturmasını demiş, Telman isə ona «mənim üçün arxa rahatdır, siz cavansınız qabaqda oturun» deyərək arxa oturacaqda oturmuş, o isə qabaq sağ oturacaqda oturduqdan sonra onlar Lerik rayronuna yola düşmüşlər. Lerik rayonu ərazisində yollar qarla örtülü olmuş, yollar buz bağladığına görə Təqsirləndirilən şəxs avtomobili diqqətlə sürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 25 fevral 2024-cü il tarixdə, saat 11 radələrində avtomobili Lənkəran-Lerik yolunun 52-ci km-də yolun döngəli sahəsində qismən yoxuşda saatda 30-40 km saat sürətlə idarə etmiş, yolun asfalt örtüyünün tam olaraq buzla örtülü olmuş, həmin anda yolun sağ tərəfindən yamacdan yola meşə donuzunun qaçmasını görmüşlər, Təqsirləndirilən şəxs donuzun avtomobilə dəyməsini düşünmüş və diqqəti donuzun üstünə qaldığından idarəetməni itirmiş, buzla örtülü yolda avtomobili dayandırmaq istəmiş, lakin dayandıra bilməmiş, avtomobil hərəkəti istiqamətinə yolun sol kənarına çıxaraq sərt aşırıma aşmış, bir neçə dəfə yuvarlanmışdır. Daha sonra Lerik rayon mərkəzi xəstəxanasında ayılmış, xəstəxanada Təqsirləndirilən şəxs yanında görmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Lerik rayonu, Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs 25 fevral 2024-cü il tarixdə, saat 11 radələrində idarə etdiyi «Toyota Hilux» markalı, **-GV-*** qeydiyyat nişanlı avtomobillə Lənkəran-Lerik yolunun 52-ci kmdə, yolun yoxuşlu sahəsində Lerik şəhər istiqamətində hərəkətdə olarkən avtomobili hərəkəti istiqamətində sol tərəfə istiqamətləndirib, qarşıdan gələn avtomobilin hərəkət zolağından kənara çıxararaq sərt yamaca aşırtmışdır. Avtomobil sərt yarğanda 155 metr məsafədə diyirlənərək ağaclara çırpılıb ilişərək təkər üstündə dayanmışdır. Hadisə yerinin sxemi və fotoşəkilləri çəkilərək tərtib olunmuş baxış protokoluna əlavə edilmişdir. İş materiallarında olan 25 fevral 2024-cü il tarixli 17 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan AF seriyalı, 030603 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə xx.xx.2029-cu il tarixədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Hilux» markalı, **-GV-*** qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin 3-13-16-5/2-8957/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs komputer bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər və məhdudlaşdırılanlar sırasında yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X5 ölmüş atası X4 hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan Lənkəran MTE və PA zona mərkəzinin 25 fevral 2024-cü il tarixli, 02 saylı rəyindən görünür ki, X1 tibbi müayinəsi zamanı bədəni üzərində qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, baş beynin yumşaq toxumalarına və mədəciklərinə yayılmış qansızma, sol gicgah-ənsə nahiyələrinin yumşaq toxumaları altına yayılmış qansızma, burun sümüyünün sınığısağ diz nahiyəsində qançır, sağ kürək, sağ əll, sol yanaq, burun nahiyələrində sıyrıqlarbaşın alın-təpə, alın nahiyələrində əzilmiş yaralar kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ağır küt travma, avtomobil travması, yəni 25 fevral 2024-cü il tarixdə sərnişin olduğu minik avtomaşınının aşması zamanı avtomaşının salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və canlı şəxslərdə ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə başın küt travması ilə əlaqədar baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma səbəb olmuşdur. X1 meyitindən götürülmüş qanın məhkəmə kimya-tədqitqatı nəticəsində etil spirti və narkotik maddələr aşkr edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2024-cü il tarixli, 8/1762 saylı rəyindən görünür ki, «Toyota Hilux» markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Lerik RİHB-nın Cəngəmiran kənd İƏD tərfindən verilmiş 31 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı - 2009-cu il təvəllüdlü qızı Aynişan Eyvazzadə, 2013-cü il təvəllüdlü oğlu Nihad Eyvazzadə və 2016-cı il təvəllüdlü oğlu Kənan Eyvazzadə adlı uşaqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini, cinayətin əlavə obyekti kimi insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, himayəsində azyaşlı övladlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşmançılığını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar