Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-53/2023 15.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Ürgə kəndində daimi qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu E.Süleymanov küçəsi ev 148-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, dələduzluq, yəni özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə Lerik şəhər sakini Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra sonuncu ilə özünə inam yaradacaq məzmunda söhbətlər apararaq işini dəyişdirmək imkanında olduğunu yalandan bildirib Zərərçəkmiş şəxs inam və etibarını qazandıqdan sonra 2021-ci ilin may ayının ortalarında Bakı şəhəri Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında yerləşən «Naxış» çay evində onunla görüşüb 4000 (dörd min) manat pul, şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və diplomunun surətini alıb həmin ilin oktyabr-noyabr ayınadək işini dəyişdirməsinə söz verən Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ilə söhbət etdiyi zaman sonuncunun işinin dəyişdirilməsi ilə bağlı verdiyi 4000 manat pulun kifayət etmədiyini, əlavə pul lazım olduğunu deyib onu inandıraraq əlavə 2500 manat pul istəmiş, Zərərçəkmiş şəxs 1000 manat pulu Lerik rayonu ərazisində «MilliÖn» ödəmə terminalı vasitəsilə Kapital Bank tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş kart hesabına köçürmüş, daha sonra 1000 manat və 500 manat pulu Bakı şəhərində Neftçilər metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb ona vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işini dəyişdirmək üçün etibarından sui-istifadə edib aldatma yoluilə ümumilikd ondan 6500 (altı min beş yüz) manat almışdır. Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs onun işini dəyişdirilməsinə köməklik edəcəyini qohumları və tanışlarına danışmış, xalası oğlu Lerik şəhər sakini Şahid3, həmçinin sinif və iş yoldaşı Ağayev X6 Tağızadəyə tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə onlara müvafiq işlərin düzəldilməsində köməklik göstərməsini xahiş etmişlər. Bundan sonra Zərərçəkmiş şəxs xalası oğlu Şahid3 işsiz oğluduğna görə onun Lerik rayonunda və ya Bakı şəhəri Yasamal rayon Sukanal idarəsində işə qəbul etdirmək məqsədilə Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə yaradaraq xahiş etmiş, sonuncu ona 3500 manat pul müqabilində iki yerdən birinə Şahid3 işə qəbul etditrə biləcəyini demiş, Şahid3 3500 manat pulu, şəxsiyyət vəsiqəsinin, hərbi biletin və diplomun surətini Təqsirləndirilən şəxs çatdırmaq üçün Zərərçəkmiş şəxs vermiş, sonuncu 2021-ci ilin iyun və yaxud da iyul ayında 3500 (üç min beş yüz) manat pulu Lerik şəhərində yerləşən «MilliÖn» ödəmə terminalı vasitəsilə Kapital Bank tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş kart hesabına köçürtməklə Şahid3 aid sənədlərin fotoşəklini çəkib Vatsap vasitəsi ilə Təqsirləndirilən şəxs mobil nömrəsinə ötürmüşdür. Bundan əlavə Zərərçəkmiş şəxs tanışı Şahid5 xahişi ilə sonuncunun arvadını işə qəbul etdirməsini Təqsirləndirilən şəxs xahiş etmiş, sonuncu ona Lerik rayonununda bir neçə yerdə vakant iş yerlərin olduğunu bildirmiş, Şahid5 həmin vakant yerlərdən Lerik rayonunun Mədəniyyət evində olan vakant vəzifəyə arvadının təyin etdirməsini istəmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə yaradaraq Şahid5 arvadını işə qəbul etdirməsini xahiş etmiş, Təqsirləndirilən şəxs ona Lerik rayon Təhsil Şöbəsinə və Mədəniyyət evinə işə qəbul üçün 4500 manat pul lazım olduğunu demiş, telefon danışığında iştirak edib Təqsirləndirilən şəxs danışığını eşidən Şahid5 arvadının işə qəbulu üçün Təqsirləndirilən şəxs istədiyi 4500 manat pulu arvadının şəxsiyyət vəsiqəsinin, diplomun və əmək kitabçasının surətini hazırlayıb 2021-ci ilin iyul ayında iki dəfəyə Zərərçəkmiş şəxs vermiş, sonuncu 4500 (dörd min beş yüz) manat pulu və sənədləri götürüb Bakı şəhərinə gedərək Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında yerləşən «Naxış» çay evində Təqsirləndirilən şəxsla görüşüb 4500 manat pulu və sənədlərin surətini ona çatdırmış, sonuncu 2021-ci ilin oktyabr ayında Şahid5 arvadın işə qəbul etdirməsi barədə yalan vəd vermişdir. X2 iş yoldaşı Şahid1 iş yerinin dəyişdirilməsi üçün ona köməklik göstərilməsini tanışı və dostu Şahid5 vasitəsi ilə Zərərçəkmiş şəxs çatdırmış, sonuncu Şahid1 iş yerinin dəyişdirilməsi ilə bağlı Təqsirləndirilən şəxsla danışaraq razılığını aldıqdan sonra işin 3500 manata düzələcəyini Şahid1 bildirmiş, sonuncu 3500 manat pulu Zərərçəkmiş şəxs verdikdən sonra sonuncu 2021-ci ilin oktyabr aynın ortalarında Bakı şəhərinə gedərək Neftçilər metrostansiyası yaxınlığında yerləşən «Naxış» çay evində Təqsirləndirilən şəxsla görüşüb 3500 manat pulu ona vermişdir. Zərərçəkmiş şəxs sinif yoldaşı Şahid4 ilə 2021-ci ilin avqust ayında söhbət etdiyi zaman tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə dostlarına iş düzəltməsi barədə danışmış, Şahid4 ona Lerik rayonunun Lüləkəran kənd sakini, qohumu Şahid2 oğlunu işə qəbul etdirməsi barədə tanışı Təqsirləndirilən şəxs deməsini xahiş etmiş, Zərərçəkmiş şəxs ona başqa şəxslərin işlərini düzəltmək üçün Təqsirləndirilən şəxsla danışdığını, sonuncunun ona vəd etdiyi işləri düzəldəndən sonra Şahid2 oğlunun işini ona deyə biləcəyini söyləmişdir. Şahid4 qohumu Şahid2 oğlunu işə qəbul etditrmək məqsədilə 2021-ci ilin otyabr ayının ortalarında ilkin olaraq 2000 manat pulu, işə düzələcək şəxsin şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətini Ədələt Mirzəyevdən alaraq Təqsirləndirilən şəxs çatdırmaq üçün tanışı Zərərçəkmiş şəxs vermiş, sonuncu Bakı şəhərinə gedərək Neftçilər metrostansiyası yaxınlığında yerləşən «Naxış» çay evində Təqsirləndirilən şəxsla görüşüb 2000 manat pulu və sənədlərin kserosurətini ona çatdırmış, bundan bir neçə gündən sonra, yəni 2021-ci ilin oktyabr ayının ortalarında Şahid4 qohumu Şahid2 alıb Təqsirləndirilən şəxs çatdırmaq üçün Zərərçəkmiş şəxs verdiyi 500 manat pulu sonuncu Lerik şəhərində quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsilə «Kapital Bank» tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş kart hesabına köçürməklə cəmi 2500 manat pulu Təqsirləndirilən şəxs çatdırılmış, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının sonunadək olan müddətdə Şahid2 oğlun işə qəbul etdirəcəyi barədə verdiyi vədə əməl etmədiyini və onu aldatdığını bilən Zərərçəkmiş şəxs dostlarından alıb Təqsirləndirilən şəxs verdiyi 14000 manat pulu Ceyhun Babazadə tam olaraq dostlarına qaytarmış, Təqsirləndirilən şəxs tanışı, Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş və ona məxsus 20500 (iyirmi min beş yüz) manat manat məbləğində pulu vahid niyyətlə ələ keçirməklə zərərçəkmiş şəxs Ceyhun Babazadəyə ümumilikdə 20500 (iyirmi min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2010-cu ildən 2015-ci ilədək Lerik rayonu ərazisində yerləşən «Relax» istirahət mərkəzində xəzinədar işləmiş, 2016-cı ildən 2021-ci ilə dək Nizami rayonu Qaz İstismar idarəsində nəzarətçi müfəttiş vəzifəsində işləmiş, Nizami rayon Qaz İstismar idarəsindən işdən çıxdıqdan sonra heç yerdə işləməmiş, «Relax» istirahət mərkəzində işlədiyi müddətdə Lerik rayon sakini Babək Əliyevlə tanış olaraq dostluq etmişdir. 2021-ci ilin təxminən may ayından Babək Əliyevin vasitəsi ilə Lerik şəhər sakini Zərərçəkmiş şəxs ilə tanış olmuş, Ceyhunla ilk dəfə Bakı şəhərində Neftçilər metrostansiyasının yaxınlığında yerləşən «Naxış» çay evində görüşdüyü zaman Ceyhun ona «eşitdiyimə görə sən bir neçə nəfəri işə düzəltmisən, mən işimi dəyişmək istəyirəm. Mənə kömək edə bilərsən ya yox» deyə soruşmuş, Ceyhuna kömək edib iş yerini dəyişəcəyini bildirərək onunla razılaşdıqdan sonra şəxsiyyət vəsiqəsinin, hərbi bletinin, diplomunun surətini və CV-ni istəmiş, Ceyhunun işini dəyişdirmək üçün ondan 4000 (dörd min) manat pul almış, həmin vaxtlarda pula ehtiyacı olduğuna görə Ceyhundan aldığı pulu xərcləmiş, onun işini düzəldə bilməmiş, bundan sonra Ceyhun onunla əlaqə yaradaraq işinin düzəlibdüzələmədiyini soruşmuş, Ceyhuna yalan vədlər verib işini düzəldəcəyini demiş, Ceyhun ona inanaraq təxminən 3-4 tanışlarından da pul və sənəllərinin sürətini alıb ayrı-ayrı vaxtlarda ona təqdim etmiş, həmçinin həmin şəxslərin Lerik SuKanal sahəsində və Lerik Qaz istismar sahəsində işə qəbul etdirməsini Ceyhuna deyərək pulları ondan almış, buna baxmayaraq Ceyhunun pul aldığı şəxslərlə onun heç bir danışığı olmamış və onları tanımamışdır. Təxminən Ceyhundan ayrı-ayrı vaxtlarda onun öz işini dəyişdirmək və xahiş etdiyi adlarını xatırlamadığı şəxsləri işə qəbul elətdirmək adı ilə ümumildikdə 20000 (iyirmi min) manat pul almış, lakin aldığı pulları tam şəxsi ehtiyacına həmin vxatlarda xərcləmiş, buna baxmayaraq Ceyhan ondan pulları tələb etdiyi vaxtlarda pul olmadığına görə qaytara bilməmişdir. İşləyib pul qazanmaq məqsədilə 2022-ci ilin noyabr ayında Türkiyə Respublkasına getmiş və orada işləmişdir. 02 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasına təyarə ilə qayıtdığı zaman Bakı Hava limanında polis tərəfindən saxlanılmış, Zərərçəkmiş şəxs aldabıb ondan təxminən 20000 manat pul almış, Ceyhun ona inanandan sonra sonuncunun inanmasından istifadə edib onu aldadıb pullarını alıb şəxsi ehtiyacına xərcləmişdir. Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Himayəsində azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxslə barışığa cəhd etsə də zərərçəkmiş şəxs onunla barışmamış, ailədə yeganə qazanc gətirən şəxsdir. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Belə ki, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi,özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qisimində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2016-cı il tarixdən "xxxx" ASC Lerik rayonu Su Kanal sahəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla ədavət və düşmənçiliyi yoxdur. Eşidib bildiyinə görə Zamin Bakı şəhərində yaşayır. X4 Birliyinin Bakı şəhəri, Nizami rayon idarəsində işləmiş, ona məlum olmayan səbəbdən işdən çıxmışdır. Daha sonra Zamin Lerik rayonu ərazisində yerləşən Relax istirahət mərkəzində Babək Əliyevlə birlikdə işləmiş və münasibətləri yaxşı olmuşdur. Onu 2021-ci ilin may ayından dostu Lerik rayon sakini X3 vasitəsilə tanımış, Zaminin bir neçə şəxsi işə düzəltməsi barədə eşitmiş, özü də işini dəyişmək istədiyindən Zaminlə əlaqə yaradıb ondan köməklik istəmək qərarına gəlmiş, Babəklə görüşən zaman Zaminlə əlaqə yaratmaq istədiyini bildirmiş, Babək Bakı şəhərinə gedəndə Zaminlə görüşəcəyini və bu barədə ona məlumat verəcəyini bildirmiş, 2021-ci ilin may ayının ortalarında Bakı şəhərində olan zaman ona zəng edərək Zaminlə işi barəsində danışmış və istəyini ona çatdırmış, Zamin onun işinin düzəlməsində ona kömək edəcəyini, bunun müqabilində 4000 manat pul verməli olduğunu bildirmişdir. Lakin, Babək ona Zaminlə özü görüşüb danışmalı olduğunu bildirmiş, ertəsi gün Bakı şəhərinə gedərək Babəklə birlikdə Zaminlə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında yerləşən «Naxış» çay evində görüşmüş, Zaminlə öz işi barəsində söhbət etmiş, onun edəcəyi köməkliyin nə dərəcədə zəmanətli olub-olmadığı ilə maraqlanmış və 4000 manat pulu, şəxsiyyət vəsiqənin, hərbi biletinin, diplomunun surətini və CV-ni Zaminə təqdim etmiş, Zamin 2021-ci ilin oktyabr-noyabr ayınadək onun işini yoluna qoyacağına söz vermiş, Zamindən ayrılaraq rayona qayıdaraq qohumları və dostlarına bu barədə danışmış, bu zaman xalası oğlu Lerik şəhər sakini Şahid3, sinif yoldaşı və iş yoldaşı Şahid5 ondan mümkündürsə onları da işə düzəltməkdə köməklik etməsini xahiş etmişlər. Zaminin istifadəsində olan 055 221-42-01 saylı mobil nömrəsinə VhatsApp mesajlaşma proqramı vasitəsilə zəng edərək bu barədə ona bildirmiş, Zamin ona heç bir problem olmadığını, köməklik edə biləcəyini söyləmiş, Zaminə vakant vəzifələri və pul məbləğlərini deməsini, bu məlumatları adlarını qeyd etdiyi şəxslərə bildirmiş, xalası oğlu Vahid işsiz olduğundan Lerik rayonunda və ya Bakı şəhəri Yasamal Sukanal idarəsində işə düzəlməkdə köməklik etməsini xahiş etmiş, bu barədə Zaminə zəng edərək danışmış, Zamin ona çətinliyin olmadığını, 3500 manat pul müqabilində iki yerdən birinə Vahidi işə düzəldə biləcəyini demiş, həmin məbləğ barədə Vahidə bildirmiş, Vahid onunla razılaşıb 3500 manat pulu və şəxsiyyət vəsiqəsinin, hərbi biletin və diplomun surətini Zaminə çatdırmaq üçün ona vermiş, 2021-ci ilin iyun-iyul aylarında dəqiq xatırlamadığı tarixdə həmin 3500 manat pulu Lerik rayonunda «MilliÖn» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus Kapital Bank plastik kartına köçürtmüş, eyni zamanda Vahidə məxsus sənədlərin şəklini Vatsap vasitəsi ilə Zaminin mobil nömrəsinə göndərmiş, bundan başqa, Zaminin işə düzəltmək barədə köməklik edə biləcəyini iş yoldaşı Şahid5 də bildirmiş, bu barədə bildirdikdə Orxan razılaşmış və onun yanında Zaminin mobil telefonuna zəng etmiş, həmin vaxt Zamin zəngə cavab verərək telefonda bildirmişdir ki, Lerik rayonunda bir neçə vakant vəzifələrin olduğunu demiş, Orxan həmin vakant yerlərdən Lerik rayonu Mədəniyyət evində olan vakant vəzifəyə həyat yoldaşını düzəltməsini istəmiş, Zamin də Orxanın həyat yoldaşını Lerik rayonu Təhsil Şöbəsinə və Mədəniyyət evinə işə düzəldə biləcəyini demiş, Orxan da həmin vaxt ona evdə məsləhətləşib bu barədə məlumat verəcəyini demiş, bundan sonra Orxan ona razılıq ifadə edib Zaminlə danışmasını demiş, Zaminin mobil nömrəsinə zəng edib onunla bu barədə danışdıqda sonuncu telefonda Lerik rayonu Təhsil Şöbəsinə və Mədəniyyət evinə işə düzəlmək üçün 4500 manat pul vermək lazım olduğunu demiş, bu zaman Orxan da onun yanında olmuş və Zaminin dediklərini özü də eşitmiş, Orxan həmin məbləğlə razılaşaraq Zaminin istədiyi həmin məbləğdə pulu hazırlayıb Zaminə çatdırmaq üçün verəcəyini demiş, bununla yanaşı Zamin Orxanın həyat yoldaşının şəxsiyyət vəsiqəsinin, diplomun, əmək kibabçasının surətini və CV-ni istəmiş, dəqiq tarix yadında deyil, 2021-ci ilin iyul ayında Orxan həmin sənədlərin surətini və 2500 manat pulu ona verib, qalan 2000 manat pulu da düzəldib iki günə verəcəyini bildirərək X8 rayon filialından kredit götürmüşdür. Həmin 2000 manat pulu da Orxan düzəldib ona vermiş, Orxanın verdiyi ümumilikdə 4500 manat pulu və sənədləri götürüb Bakı şəhərinə Zamin ilə görüşməyə getmiş, 2021-ci ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında yerləşən «Naxış» çay evində Zaminlə görüşüb 4500 manat pulu Zaminə verərək, ertəsi gün Lerik rayonuna qayıtmış, Zamin ona 2021-ci ilin oktyabr ayında Orxanın həyat yoldaşının işi düzələcək demiş, 2021-ci il oktyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə, Orxanın dediyinə görə Mədəniyyət Nazirliyindən onun həyat yoldaşının CV-də qeyd etdiyi mobil nömrəsinə zəng gəlmiş, ona bildirmişlər ki, nazir müavini xaricdədir, növbəti həftənin üçüncü günü həyat yoldaşını qəbul edəcək. Həmin ərəfələrdə iş yoldaşı Şahid1 işini dəyişmək istəmiş, lakin, Elnur Orxanla daha yaxın münasibətdə olduğundan ona yox, Orxana işini dəyişdirmək istədiyini demiş, bununla bağlı ona Zaminin vasitəsilə köməklik etmiş, Orxan da bu barədə ona bildirmiş, ilk əvvəl razı olmamış, ona görə ki, Orxanın həyat yoldaşının işi, xalası oğlu Vahidin işi və öz işi düzələndən sonra Elnurun da işi ilə bağlı Zaminlə danışa biləcəyini bildirmiş, 2021-ci ilin oktyabr ayının əvvəllərində Orxanın həyat yoldaşına və xalası oğlu Vahidə guya Nazirlikdən zəng gəlmiş, işlə bağlı müraciət etdiklərini soruşmuşlar və onlarla əlaqə saxlayacaqlarını bildirmişlər. Bundan sonra onda inam daha da artdığından və əmin olduğumdan Elnurun işi ilə bağlı Zaminlə danışmaq qərarına gəlmiş, həmin ərəfələrdə Zamin özü də ona bildirmişdir ki, əgər başqa tanışı varsa, vakant yerlər var, düzəldə bilər, yaxın zamanda işə götürmə prosesi dayandırılacağını demiş, həmçinin digər şəxslərin işi hazır olduğunu bildirmiş, Zamin Elnurun işi üçün sonuncunun 3500 manat pul verməli olduğunu bildirmiş, bu barədə Orxana dedikdən sonra Orxan Elnura məlumat vermişdir. 2021-ci ilin oktyabr ayının ortalarında Elnur 3500 manat pul düzəldib ona vermiş, ertəsi gün Bakı şəhərinə gedib yenidən Zaminlə eyni ünvanda, yəni Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında yerləşən «Naxış» çay evində görüşüb sonuncuya 3500 manat pulu ikilikdə əlbəəl vermişdir. 2021-ci ilin avqust ayının ortalarında sinif yoldaşı Elvinlə yaşadığı rayonda çay evində oturub söhbət edən Zamin adlı tanışı olduğunu, həmin şəxsin dövlət idarələrində işlərə adam düzəltməkdə köməklik etdiyini, özünün də bir neçə tanışına köməklik edəcəyini vəd etdiyini bildirmiş, Elvin bunu biləndən sonra Lerik rayonu Lüləkəran kəndində yaşayan qohumu Şahid2 oğlunu işə düzəltmək istədiyini bildirmiş, başqa şəxslər üçün iş düzəltməkdən ötrü Zaminlə danışdığını, həmin işlər həllini tapdıqdan sonra onun dediyi işlə bağlı da Zaminlə danışa biləcəyini bildirmiş, 2021-ci il oktyabr ayının əvvəllərində Elvinə zəng edərək öz işi və digər tanışlarının işləri alınmaq üzrədir və qohumu Ədalətin oğlunu işə düzəltməkdə köməklik edib bu haqda Zaminlə danışa biləcəyini demiş, Elvin bu barədə Ədalətlə məsləhətləşib ona məlumat verəcəyini demiş, Elvin qohumu Ədalətlə danışmış, dediyinə görə sonuncu razılıq ifadə etmiş, bundan sonra Elvinin xahişi ilə Zaminlə danışdıqda sonuncu işə düzəldəcəyi halda Ədalətin 2500 manat pul verməli olduğunu, bundan başqa oğlunun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətini və CV-ni də əlavə etməli olduğunu bildirmiş, Elvin qohumunu razı saldıqdan sonra ilkin olaraq 2000 manat və qeyd olunan sənədləri, bir neçə gün sonra isə 500 manat, ümumilikdə 2500 manat pulu ona vermiş, 2021-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında yerləşən «Naxış» çay evində Zaminlə görüşüb 2000 manat pulu sonuncuya vermiş, sonradan Elvinin əlavə olaraq verdiyi 500 manat pulu Lerik rayonu ərazisində «MilliÖn» ödəmə terminalı vasitəsilə Zaminə məxsus Kapital Bank plastik kartına göndərmiş, bundan sonra Təqsirləndirilən şəxs pul verməmiş, sonuncu dəfə Lerik şəhərində yerləşən «Milli Ön» terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan Kapital Bank tərəfindən verilmiş kart hesabına 500 manat köçürmüş, Elvinin yanında Zaminlə telefonla danışanda sonuncu ona Ədalətin oğlunun işinin 2021-ci il noyabr ayının sonuna qədər düzələcəyini demişdir. 2021-ci ilin iyun-oktyabr ayları ərzində Zamin tanışı kimi təqdim etdiyi Azərsu ASC-nin sədr əvəzi Köçəri müəllimin qəbulunda olduğunu, onun işi ilə bağlı verdiyi 4000 manat pul vəsaitinin kifayət etmədiyini, region rəisinin şirinlik istədiyini, imtahan və müsabiqə otağına ayrıca pul verilməli olduğunu bəhanə edib bu adla ondan əlavə olaraq 2500 manat pul istəmiş, ona inanıb qeyd olunan müddətdə ayrı-ayrılıqda 1000 manat, 1000 manat və 500 manat olmaqla ümumilikdə 2500 manat pul vəsaitini Zaminə vermiş, ilk dəfə 1000 manat pulu Lerik rayonu ərazisində «MilliÖn» ödəmə terminalı vasitəsilə Zaminə məxsus Kapital Bank plastik kartına köçürmüş, daha sonra 1000 manat və 500 manat pulu Bakı şəhərində Neftçilər metrostansiyasının yaxınlığında Zaminlə görüşüb ona vermiş, 2021-ci ilin noyabr ayının sona kimi gözləmiş, Zaminin söz verdiyi işlər düzəlmədiyindən və Zamin də zənglərə cavab vermədiyindən Orxan, Vahid və Elvin ona verdikləri pulları təcili tam olaraq geri istəmişlər. Zamin onun zənglərinə cavab vermədiyindən və hər dəfə müxtəlif bəhanələrlə onu yola verdiyindən artıq Zaminin onu aldadaraq verdiyi pulları ələ keçirdiyini başa düşmüşdür. 2021-ci il dekabr ayının ortalarında Orxana həyat yoldaşı üçün verdiyi 4500 manat, Elnur üçün verdiyi 3500 manatla birikdə 8000 manat, Vahidə 3500 manat və Elvinə 2500 manat pulları faizə götürüb qaytarmış, ümumilikdə Təqsirləndirilən şəxs ona 24000 manat məbləğində ziyan vurmuşdur. Hazırda təqsirləndirlən şəxs ona vurlmuş ziyanı ödəməmişdir. Ona görə də mülki iddianın təmin edilməsini və təqsirləndirlən şəxsə qanunamüvafiq qayda cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla "xxxx" ASC Lerik rayonu Sukanal sahəsində energetik vəzifəsində işləyir. Lerik şəhər sakini Zərərçəkmiş şəxs işlədiyi müəssisədə abonetlərdən rusumun yığılması ilə məştğul olan şöbənin rəisi vəzifəsində işləyir. Şahid5 da həmin şöbədə işləyir, onlarla münasibəti yaxşıdır. 2021-ci ilin oktyabr ayında evlənib ailə qrmuş, lakin Lerik şəhərində 35 km məsafdə yerləşən Aran kəndində yaşayır. İş rejimi 5 günlük olduğuna görə kəndə gedib gəlməyə çətinlik çəkir. İşlədiyi işinin növbəli işlə dəyişmə qərarına gəlmiş, bu barədə Orxanla söhbət etmiş, Orxan ona Ceyhunun tanışı var işinizi dəyişə bilər demiş, Orxana «Ceyhunla danış əgər mənim işimi növbəli işə dəyişə bilərsə dəyişsin» demiş, bu söhbətdən bir neçə gün sonra Orxan ona «Ceyhun dostu ilə danışmışdır, qısa müddətdə işinizi növbəli işlə dəyişəcəklər, bunun üçün 3500 manat pul lazımdır» demiş, razılaşıb Ceyhuna çatdırmaq üçün Orxana 3500 manat pul vermiş, 2021-ci ilin noyabr ayının axırında Orxandan kəndə gedib-gələ bilmədiyini, işinin haçan düzələcəyini soruşmuş, Orxan ona «Ceyhun sizin pulunuzu dostuna vermişdir, dostu da onu aldatmışdır iş düzəlmir, Ceyhun pulunuza qaytaracaqdır» demiş, bir neçə gündən sonra Orxan ona verdiyi 3500 manat pulunu gətirib ona verərək Ceyhunun pulu özü qaytardığını demişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Şahid4 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla «Azərenerji» AS-nin Lerik elektrik stansiyasında elektrik mantyoru, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Lerik rayonu Su Kanal sahəsində işləyir. Ceyhun sinif yoldaşı olduğuna görə münasibətii yaxşıdır, mütəimadi görüşüb söhbət edirlər. 2021-ci ilin avqust ayının ortalarında Ceyhunla Lerik şəhərində çay evində oturub söhbət edən zaman Ceyhun ona Zamin adlı tanışı vardır, həmin şəxs dövlət idarələrində işlərə adam düzəltməkdə köməklik edir, özünün də bir neçə tanışına köməklik eəcəyini vəd edib. Bunu eşidib Lerik rayonu Lüləkəran kəndində yaşayan qohumu Ədalət adlı şəxsin oğlunu işə düzəltmək istədiyini Ceyhuna bildirmiş, Ceyhun da ona başqa şəxslər üçün iş düzəltməkdən ötrü Zaminlə danışmış, həmin işlər həllini tapdıqdan sonra onun qohumu Ədalətin də oğlu barədə Zaminlə danışa bilər demiş, 2021-ci il oktyabr ayıını əvvəllərində Ceyhun ona zəng edərək öz işinin və tanışlarının işinin alınmaq üzərə olduğunu bildirmiş, qohumu Ədalət adlı şəxsin də oğlunu işə düzəltməkdə köməklik edə biləcəyini, bu haqda Zaminlə danışa biləcəyini demiş, bu barədə Ədalətə bildirdikdə Ədalət etiraz etmədiyini Ceyhuna bildirdikdə Ceyhun da Zaminlə danışaraq razılığa gəlmiş, sonuncu işə düzəldəcəyi halda Ədalətin 2500 manat pul verməli olduğunu, bundan başqa oğlunun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətini və CV-ni də əlavə etməli olduğunu demiş, bu barədə Ədalətə bildirdikdə sonuncu razılaşıb ilkin olaraq 2000 manat və qeyd olunan sənədləri, bir neçə gün sonra isə 500 manat, ümumilikdə 2500 manat pulu ona vermiş, həmin 2500 manat pulu və sözü gedən sənədləri Zaminə çatdırmaq üçün Ceyhuna təqdim etmiş, 2021-ci ilin oktyabr ayının ortalarında Ceyhuna ilkin olaraq 2000 manat pulu vermiş, Ceyhun Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında yerləşən “Naxış” çay evində Zaminlə görüşüb 2000 manat pulu sonuncuya vermiş, sonradan Ədalətin ona verdiyi əlavə 500 manatı Ceyhuna verdikdən sonra sonuncu həmin 500 manat pulu səhv etmirsə Lerik rayonu ərazisində “MilliÖn” ödəmə terminalı vasitəsilə Zaminə göndərmiş, Ceyhun onun yanında Zaminlə telefonla danışanda sonuncu ona Ədalətin oğlunun işi 2021-ci il noyabr ayının sonuna qədər düzələcək demiş, lakin, vəd olunan vaxtda Ceyhunla əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşmuş, Ceyhun Zamin onu aldadaraq pullarını ələ keçirməsini demiş, Ceyhuna «qohumum Ədalət məndən işlə bağlı xəbər gözləyir, ona bu barədə dəqiq məlumat verməyimi istəyir» demiş, Ceyhun ondan bir neçə gün möhlət istəyib pulunu qaytaracağını demiş, dəqiq tarixi xatırlamır, 2021-ci ilin dekabr ayının ortalarında Ceyhun ondan aldığı Ədalətə məxsus ümumilikdə 2500 manat pulu ona qaytararaq pulu məcbur qalıb faizə götürdüyünü demişdir. Ədalətdən aldığı 2500 manat pulu tam olaraq özünə qaytarmış, Özü şəxsən Ceyhundan başqa digər hər hansı bir şəxslə danışmamış və Ədalətin oğlunun işə götürülməsi ilə bağlı söhbət etməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Şahid5 oğlu ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla "xxxx" ASC-nin Lerik Sukanal sahəsində nəzartətçi işləyir, X5 iş və sinif yoldaşıdır. 2021-ci ilin əvvəllərində Ceyhun ilə söhbət edərkən sonuncu onun Zamin adlı bir tanışı olduğunu, tezliklə onun köməyi ilə işini yüksək bir işə dəyişəcəyini demiş, həmin gün ona heç bir söz deməmiş, lakin həmin ərəfədə həyat yoldaşını işə düzəltmək istəmiş, növbəti dəfə Ceyhunla görüşən zaman ona «sənin tanışın Zamin mənim həyat yoldaşımı işə düzəldə bilərmi» soruşmuş, Ceyhun maraqlanıb bu barədə ona xəbər edəcəyini bildirmiş, bir neçə gün sonra Ceyhun onunla görüşən zaman ona Zaminlə danışdığını, sonuncu ona həyat yoldaşını iş düzəldə biləcəyini demiş, həmin vaxt Ceyhun onun yanında Zaminin mobil telefonuna zəng etmiş, Zamin zəngə cavab verərək telefonda onun həyat yoldaşını Lerik rayonu Təhsil Şöbəsinə və Mədəniyyət evinə işə düzəldə biləcəyini demiş, həmin ərəfədə Lerik rayonunda vakant yerlərlə maraqlandığı üçün hansı qurumda hansı vakant yerlər olduğunu dəqiq bildiyinə görə Zamin isə telefonda Bakı şəhərində ola-ola həmin vakant yerləri dəqiq dediyindən onda Zamnə qarşı etibar və inam yaranmış, Ceyhunun vasitəsi ilə Zaminə evində məsləhətləşib bu barədə məlumat verəcəyini demiş, həmin gün evdə məsləhətləşib yenə Ceyhunun vasitəsi ilə Zaminə xəbər göndərərək həyat yoldaşını Lerik rayonu Mədəniyyət evinə işə düzəltməsini istəmiş, Zamin də həmin vaxtı elə telefonda bildirmişdir ki, həmin yerə işə düzəlmək üçün 4500 manat pul vermək lazımdır. Ceyhun bu barədə Zaminlə danışarkən özü telefonda Zaminin səsinə qulaq asaraq Zaminin dedikləri ilə razılaşdığını, həmin məbləğdə pulu hazırlayıb Ceyhuna verəcəyini, bununla yanaşı Zamin həyat yoldaşının şəxsiyyət vəsiqəsinin, diplomun və əmək kitabçasının surətini istəmiş, Ertəsi gün, dəqiq tarix xatırlamadığı 2021-ci ilin iyul ayında sənədlərin surətini və 2500 manat pulu Ceyhuna çatdırıb Zaminə bu barədə məlumat verməsini demiş, qalan 2000 manat pulu da düzəldib iki günə ona çatdıracağını bildirmiş, bundan sonra X8 rayon filialından 2000 manat kredit götürərək həmin 2000 manat pulu da Ceyhuna vermiş, Ceyhun ona verdiyi ümumilikdə 4500 manat pulu və sənədləri götürüb Bakı şəhərinə gedərək Zamin ilə görüşüb 4500 manat pulu ona çatdıraraq ertəsi gün Lerik rayonuna qayıdıb Zaminin ona söz verdiyini, 2021-ci ilin oktyabr ayına həyat yoldaşının işinin düzələcəyini demiş, 2021-ci il oktyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə, Mədəniyyət Nazirliyindən onun həyat yoldaşına CV-də qeyd etdiyi mobil nömrəsinə zəng edən tanımadığı şəxs bildirmişdir ki, nazir müavini xaricdədir, növbəti həftənin üçüncü günü həyat yoldaşını qəbul edəcək demiş, bundan əlavə iş yoldaşı Elnur adlı şəxs işini dəyişmək istəmiş, həyat yoldaşına Nazirlikdən zəng gələndən sonra Zaminin vədinə inamı artmış, Elnura «mən də həyat yoldaşımın işi üçün Ceyhun vasitəsi ilə Zaminə pul göndərmişəm, yaxın zamanda həyat yoldaşımın işi düzələcək, istəsə əgər onun da işini düzəltmək üçün Ceyhun vasitəsi ilə Zaminlə danışıb yoluna qoymaq olar» demiş, Elnur razılaşmış, bu barədə Ceyhuna bildirmiş, Ceyhun Zaminlə bu barədə danışmış və sonuncu həmin iş üçün Elnurun 3500 manat pul verməli olduğunu bildirmiş, Ceyhun bu barədə ona dedikdən sonra Elnura məlumat vermiş, dəqiq tarixi xatırlamır, lakin 2021-ci ilin oktyabr ayının ortalarında Elnur 3500 manat pul düzəldib ona vermiş, həmin pulu Zaminə vermək üçün Ceyhuna vermiş, Ceyhun da ertəsi gün Bakı şəhərinə gedib yenidən Zaminlə Bakı şəhərində görüşüb 3500 manat pulu ikilikdə əlbə-əl vermiş, 2021-ci ilin oktyabr ayının sonunda Zamin işin növbəti ay düzələcəyini demiş, növbəti ay, yəni 2021-ci ilin noyabr ayının sonlarında iş düzəlmədiyindən Ceyhuna bildirmişdir ki, həyat yoldaşının işi üçün ona verdiyi həmin 4500 manat puldan 2000 manatını kreditə götürdüyündən onu ödəmək lazımdır, ona görə də Zaminə onun pulunu qaytarmasını deməsini xahiş etmiş, dəqiq tarixi xatırlamır, 2021-ci il dekabr ayının ortalarında Ceyhun ona verdiyi 4500 manat pulu, həmçinin iş yoldaşı Elnurun Ceyhun vasitəsi ilə Zaminə çatdırmaq üçün ona verdiyi 3500 manat pulu özünə qaytarmış, üzərindən təxminən 2-3 gün keçmişdir ki, Ceyhun ona bildirmişdir ki, ona qaytardığı həmin 4500 və 3500 manat, ümumilikdə 8000 manat pulu faizə götürüb qaytarmış, Zamin adlı şəxsə verdiyi həmin pulu sonuncu onu da aldadaraq ələ keçirmişdir. Zamin adlı şəxsə çatdırmaq üçün Ceyhuna verdiyi ümumilikdə 8000 (səkkiz min) manat pul Ceyhun tam ona qaytarılmışdır. Cinayət işinin materiallarında olan Şahid2 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Lerik rayonunun Lüləkəran kəndində yaşamaqla, Lerik 52 saylı Yol istismar sahəsində fəhlə işləyir, Lerik şəhər sakini Şahid4 Müseyib oğlu tanışıdır, onunla münasibəti yaxşıdır. Elvinlə tez-tez görüşüb söhbət etmişdir. 2021-ci ilin oktyabr ayının əvvəlində Elvinlə görüşüd söhbət etdiyi zaman oğlum İbrahimin işsiz oğlduğunu ona demiş, Elvin ona «dostum Ceyhun Bakı şəhərində dostu var oğlunuzu Lerik və yaxud da başqa rayonların brində Sukanal sahəsində işə düzəldə bilər. Ceyhundan xahiş edərəm sizə kömək etsin» demiş, bu danışıqdan bir neçə gün sonra Elvin onunla əlaqə saxlayaraq görüşüb ona «Ceyhun dostu ilə danışıb oğlunuzun işini Leriek Sukanal sahəsinə düzəldəcək bunun üçün 2500 manat pul lazımdır» demiş, Elvinlə razılaşıb 2500 manat pulu ona vermiş, sonuncu İbrahimin hansı işə düzələcəyini ona deməmiş, aradan təxminən 15-20 gün keçmiş Elvindən işin düzəlib-düzəlmədyini soruşmuş, Elvin ona «Ceyhun pulu dostuna vermişdir, iş düzəlməlidir» demiş, bundan sonrakı günlərdə bir neçə dəfə işin düzəlib-düzəlmədiyi ilə maraqlanmış, Elvin ona «Ceyhunun dostu onu aldadıb neçə nəfərin pulunu alıb Ceyhun hazırda pis vəziyyətə qalmışdır, sizin pulunuzu qaytararıq» demiş, 03 dekabr 2021-ci il tarixdə Elvin 2500 manat pulu gətirib ona qaytarmış, bununla bağlı hər hansı bir şəxsdən şikayət və tələbi yoxdur, şəxsən özü Ceyhunla bu işlə bağlı danışmamış, Elvin aralarında vasitəçi olmuşdur. Cinayət işinin materiallarında olan Şahid3 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Lerik şəhərində yaşamaqla heç yerdə işləmir, Zərərçəkmiş şəxs xalası oğludur, münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs "xxxx" ASC Lerik rayonu Su Kanal sahəsində işləyir. Ceyhun xalası oğlu və sinif yoldaşı olduğuna görə onunla mütəimadi görüşüb söhbət edir. 2021-ci ilin may ayının axırında Ceyhunla çayxanada söhbət etdiyi zaman sonuncu ona «Bakı şəhərində dolstum vardır, mənim iş yerinimi dəyişəcəkdir, hətta əlavə kim istəsə işini Lerik Sukanal sahəsinə düzəldəcəkdir» demiş, Ceyhuna «işsiz olduğumu bilirsən, əgər dostun məni işə düzəldə bilərsə onunla danış məni işə düzəltsin» demiş, Ceyhun dostu Zamin adlı şəxslə telefon vasçitəsi ilə əlaqə yaradaraq onun işini danışmış, Zamin ona heç bir problem olmadığını və düzələcəyini deyərək ondan 3500 manat pul, şəxsiyyət vəsiqənin, hərbi biletinin və kolleci bitirdiynə dair diplomunun surətini istəmiş, 3500 manat pulu və tələb olunan sənədlərin Zaminə çatdırmaq üçün 2021-ci ilin iyun ayının axırında Ceyhuna vermiş, Ceyhun 3500 manat pulu Lerik şəhərindən «MilliÖn» ödəmə terminalı, sənədləri isə Vatsap vasitəsi ilə dostuna göndərmiş, Bundan sonrakı müddətdə bir neçə dəfə Ceyhunla əlaqə saxlayıb işin düzəlib-düzəlmədiyini soruşmuş, bir neçə dəfə Ceyhun dostu ilə danışmış, Zamin ona yaxın vaxtlarda iş düzələcəkdir demiş, buna baxmayaraq 2021-ci ilin noyabr ayının axırında Ceyhun özü ona «dostum məni aldatmışdır, pulunuzu qaytararam» demiş, bundan sonra 2021-ci ilin dekabr ayının ortalarında Ceyhun ondan aldığı 3500 (üç min beş yüz) manat pul tam ona qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Lənkəran ŞİHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. Lənkəran ŞİHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lerik rayon Məhkməsinin 01 fevral 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu vaxtan xx.xx.2023-cü ildən hesablanmışdır. Axtarışda olan şəxsin tutulması barədə protkoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə əməliyyat axtarış nəticəsində Bakı şəhərində tutularaq xx.xx.2023cü il tarixdə Lerik RPŞ-in MSY-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən imzalanmış mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs qarşı cinayət yolu ilə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, Zərərçəkmiş şəxs vurulmuş 20.500 (iyirmi min beş yüz) manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs hesabına köçürülməli, iş üzrə ekspetiza xərci, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 02 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmalıdr. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 354, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, 20.500 (iyirmi min beş yüz) manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs hesabına köçürülsün. İş üzrə ekspetiza xərci, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-53/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-53/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver