Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-53/2024 17.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xeyli miqdarda 7,916 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatı almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 26 iyul 2024-cü il tarixdə, saat 11:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu Lerik şəhəri, İ.Yaqubov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Lerik RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibində bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,916 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2000-ci ildən indiyədək arabir narkotik vasitədən istifadə edir, narkotik vasitə olan marixuananı tanıyır. Sonuncu dəfə 2 gün əvvəl narkotik vasitə marixuanadan istifadə etmişdir. Üzərində daşıdığı 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuananı təxminən 1 həftə bundan əvvəl günorta saatlarında Lənkəran şəhəri, böyük bazar adlanan ərazidə adını bilmədiyi şəxsdən 30 manata almışdır. 26 iyul 2024-cü il tarixdə, saat 12 radələrində Lerik şəhəri, İ.Yaqubov küçəsində piyada hərəkətdə olarkən adlarını sonradan bildiyi Lerik RPŞ-nin əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər və onu avtomaşınla Lerik rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, daha sonra şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərində şəxsi axtarış keçirilmişdir. Bu barədə qərarla tanış olmuş və ona üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibində 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuana olduğunu bildirmiş və ona verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, təqdim etdiyi kibrit qutusunun içərisində marixuana var, istifadə etmək məqsədilə götürmüşdür. Daha sonra 01 ədəd kibrit qutusunda narkotik vasitəni könüllü şəkildə polis əməkdaşlarına təqdim etmiş, sonra üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı digər hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Təqdim etdiyi kibrit qutu zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, təsadüf hallarda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Hazırda əməlindən peşman olduğunu və himayəsində iki azyaşlı uşağının olunduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-in CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyul 2024-cü il tarixdə, Lerik şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Bu məlumatı dərhal şöbə rəhbərliyinə məruzə edib tədbirin keçirilməsi üçün qəbul etdiyi qərar təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün şöbənin CAB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı X6 və polis leytenantı Şahid2 ibarət qrup yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün tədbirlər həyata keçirmişlər. 26 iyul 2024-cü il tarixdə, saat 11:30 radələrində Təqsirləndirilən şəxs Lerik şəhəri, İ.Yaqubov küçəsi ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq üzərində narkotik vasitə olması və daşıması ilə bağlı şübhəli olduğunu, onlarla şöbəyə getməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Lerik RPŞ-yə gətirib üzərində şəxsi axtarışın aparılması üçün raportla şöbə rəhbərliyinə müraciət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Salman Əhmədova həvalə olunmuşdur. 26 iyul 2024-cü il tarixdə saat 11:50-dən saat 12:25-dək olan müddətdə Salman Əhmədovun xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf etmiş və əynindəki şalvarın sağ yan cibində olan 01 ədəd kibrit qutusunda içərisində narkotik vasitəyə oxşar kütləni könüllü təqdim edərək bildirmişdir ki, həmin narkotik vasitəni özü istifadə etmək üçün Lənkəran şəhərindən tanımadığı şəxsdən 30 manata almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 26 iyul 2024-cü il tarixdə, Lerik şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Bu məlumatı dərhal şöbə rəhbərliyinə məruzə edilərək tədbirin keçirilməsi üçün qəbul etdiyi qərar təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün şöbənin CAB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı X6 və polis leytenantı Şahid1 ibarət qrup yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün tədbirlər həyata keçirmişlər. 26 iyul 2024-cü il tarixdə, saat 11:30 radələrində Təqsirləndirilən şəxs Lerik şəhəri, İ.Yaqubov küçəsi ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq üzərində narkotik vasitə olması və daşıması ilə bağlı şübhəli olduğunu, onlarla şöbəyə getməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Lerik RPŞ-yə gətirib üzərində şəxsi axtarışın aparılması üçün raportla şöbə rəhbərliyinə müraciət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Salman Əhmədova həvalə olunmuşdur. 26 iyul 2024-cü il tarixdə saat 11:50-dən saat 12:25-dək olan müddətdə Salman Əhmədovun xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf etmiş və əynindəki şalvarın sağ yan cibində olan 01 ədəd kibrit qutusunda içərisində narkotik vasitəyə oxşar kütləni könüllü təqdim edərək bildirmişdir ki, həmin narkotik vasitəni özü istifadə etmək üçün Lənkəran şəhərindən tanımadığı şəxsdən 30 manata almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işi materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin X4 26 iyul 2024cü il tarixli, 19/582 saylı rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi -7,916 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələri»n siyahısına daxildir (Siyahı İ). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Cinayət işi materiallarında olan “maddi sübut kimi tanımaq haqqında 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,816 qram olan narkotik vasaitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Lerik RPŞ-nin “əşyaları saxlama kamerasına” təhvil verilmişdir. Cinayət işi materiallarında olan 26 iyul 2024-cü il tarixli “cinayət törətməkdə şübhə yaradan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan diskə baxış keçirilməsi haqqında 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirir ki, əynində olan şalvarının sağ yan cibində içərisində narkotik vasitə olan 01 ədəd kibrit qutusu vardır. Üzərində daşıdığı narkotik vasitə marixuananı istifadə etmək məqsədilə təxminən 5-10 gün əvvəl Lənkəran şəhərində adını bilmədiyi şəxsdən 30 manata almışdır. Əvvəllər narkotik vasitədən istifadə etmişdir Cinayət işi materiallarında olan Lerik Rayon Məhkəməsinin 28 iyul 2024-cü il tarixli, 4(048)-24/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş, dərhal məhkəmə iclası zalında həbsdən azad edilmiş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlamanın əvvəli 26 iyul 2024-cü il tarixdən hesablanmaqla saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Lənkəran şəhər X2 X11 yoxlamanın 29 iyul 2024-cü il tarixli, 621 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 17 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ACDİ üzrə Məhkəməsinin 16 yanvar 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2007-ci il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin qərarına əsasən 05 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işi materiallarında olan Lerik RİHB-nin Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 adlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Lerik Rayon Mərkəzi X7 şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 271 nömrəli arayışdan görünür ki, X9 “ağciyər vərəmi” diaqnozu ilə Lerik Rayon Mərkəzi X5 poliklinika şöbəsində dispanser qeydiyyatındadır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının və xəstə olması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdən 17 sentyabr 2024-cü il tarixədək tutularaq həbsdə və ev dustaqlığında saxlandığı 01 (bir) ay 21 (iyirmi bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanında yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Lənkəran şəhər X2 X11 yoxlamanın 29 iyul 2024-cü il tarixli, 621 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,816 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdən 17 sentyabr 2024-cü il tarixədək tutularaq həbsdə və ev dustaqlığında saxlandığı 01 (bir) ay 21 (iyirmi bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanında yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Lerik Rayon Polis şöbəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,816 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-53/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-53/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver