Məhkəmə qərarları › İş №1(048)-54/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-54/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-54/2023 29.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1948-ci ildə Lerik rayonun Babaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Lerik rayonun Babaküçə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, əlində meşə buraxılış orderi və ağacın kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan 2022-ci ilin dekabr ayının axırlarında X17 X7 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 17 saylı meşə dolayısının ərazisində yarımişlik növünə aid Fıstıq cinsindən 01 ədəd 60 sm d-də və 02 ədəd 72 sm d-də, daha sonra vahid niyyətlə hərəkətlərini davam etdirib 2023-cü ilin yaz aylarında odunluq növünə aid Vələs cinsindən 04 ədəd 08 sm d-də, 02 ədəd 12 sm d-də, 01 ədəd 16 sm d-də, 01 ədəd 20 sm d-də, 01 ədəd 24 sm d-də, 02 ədəd 28 sm d-də, 02 ədəd 32 sm d-də, 02 ədəd 36 sm d-də, Xurma cinsində 01 ədəd 32 sm d-də və Qarağac cinsindən 01 ədəd 20 sm d-də, cəmi 20 ədəd, 17,72 kub metr həcmində kök üstə yaş halda ağacları özündə olan motorlu mişarla qanunsuz kəsərək Dövlət meşə fonduna 2 087,88 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixində özünün müraciəti əsasında Vizəzəmin meşəbəyliyin 17 saylı dolayısında yoxlama aparmaq üçün gələn 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinini əməkdaşları Şahid1 və Şahid2 ilə birlikdə gəlib meşə sahəsində qanunsuz kəsilmiş ağacların yerini və kötüklərini yoxlamaya təqdim etmək məqsədi ilə həmin gün saat 11 radələrində hərəkət edib meşə sahəsinə daxil olduqları zaman Təqsirləndirilən şəxs xidməti vəzifələrini həyata keçirən, hakimiyyət nümayəndəsi hesab olunan 17 saylı meşə dolayısının gözətçisi Zərərçəkmiş şəxs ilə mübahisə edərək onunla əlbəyaxa olub sifətinə və qarın boşluğuna qəsdən yumruqla zərbələr vuraraq ona qarın, sol almacıq nahiyyələrində qancır və alt dodaq nahiyyəsində sıyrıqla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə ona xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Onun Zərərçəkmiş şəxsla ilk mübahisəsi 2022-ci il tarixdə sonuncunun meşədə qanunsuz ağac kəsməsi üstə olmuşdur. Zərərçəkmiş şəxs ağacları kəsib, satmasına icazə vermədiyi üçün onunla ədavət aparır. O, bir vətəndaş olaraq meşələrin qorunmasını istəyir. O, birdəfə 2022-ci ildə qurumuş ağacı kəsdiyinə görə cərimə olunmuş və cəriməni ödəmişdir. 11 mart 2023-cü ildə 1 saylı X12 idarəsinin əməkdaşları Şahid1 və Şahid2 onun şikayəti əsasında 17 saylı meşə dolayına baxış keçirtmək üçün gəlmişlər. Vüsal Mirzəyev könüllü olaraq baxışda iştirak etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs isə buna etiraz bildirmişdir. Həmin yerdə Vüsal Mirzəyev ərizə ilə Şahid1 müraciət etdikdən sonra, Vüsal Mirzəyevin meşəyə gəlməyinə icazə verilmişdir. Onlar meşəyə doğru hərəkət etməyə başlamışlar. Bu zaman o, telefonla danışırmış qəflətən Zərərçəkmiş şəxs onu itələmiş və nəticədə o, yerə yıxılmışdır. O, yerdə olarkən Zərərçəkmiş şəxs ona ayağı ilə zərbələr endirib təhqir etmişdir. Vüsal Mirzəyev onları ayırmışdır. Baxış boyunca Zərərçəkmiş şəxs onun, Vüsal Mirzəyevin, Nail Şəvəqqətovun ünvanına nalayiq sözlər işlətməyə dəvam etmişdir. Bundan sonra o, DİNnin “102” xidmətinə zəng vurub döyülməyi ilə bağlı məlumat vermişlər. Ağacların kəsildiyi hissəyə gedib çatdıqda, Zərərçəkmiş şəxs Kazımov Aminin (Vizəzəminin sahə rəisi-meşə gözətçilərinə nəzarət) ünvanına nalayiq sözlər işlədərək demişdir ki, “Mənə niyə xəbər verməyib ki, burda ağaclar kəsilib, bilsəydim gəlib damğa vurardım”. Bundan sonra Zərərçəkmiş şəxs həmin ərazini tərk etmişdir. Həmin baxış əsnasında onlar tam olaraq 43 (qırx üç) ədəd qanunsuz kəsilmiş ağac kötükləri aşkar etmişlər. Bütün bunlar Şahid1 tərəfindən tərtib edilən “çöl hesabatında” qeyd edilmiş və onlar öz imzaları ilə təsdiq etmişlər. Baxış bitdikdən sonra onlar hamısı öz evlərinə qayıtmışlar. Təqsirləndirilən şəxs sonda məhkəmədən zərərçəkmiş şəxslə barışmasını və əməlindən peşiman olmasın, özünün ahıl yaşda olmasını, oğlunun Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərər alaraq ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekspert rəyi, mütəxəssis rəyi, cinayət işində olan digər istintaq sənədləri, məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəm iclası zamanı ifadəsində göstərdi ki, o, 2020-ci ildən etibarən Vizəzəmin meşəbəyliyinin 17 saylı meşə dolayı gözətçisi vəzifəsində işləyir. Qələbin kənd sakinləri Təqsirləndirilən şəxs, X9 və Nıso kənd sakini X5 şəxsən tanıyır, onlarla ədavət və düşməciliyi olmamışdır. Təqsirləndirilən şəxs, Nail Şəvəqqətov və Vüsal Mirzəyev ötən dövrlərdə dəfələrlə mühafizə etdiyi meşə sahəsində ondan xəbərsiz və gizli, günün istənilən vaxtında ərazidə olmadığı zamanlardan istifadə edib ağaclar kəsib doğrayıb aparmışlar. Bununla bağlı dəfələrlə onlara iradını bildirmiş və meşə təsərrüfatının rəhbərliyinə bununla bağlı məlumat vermişdir. Onların ağac kəsən yerdə videolarınıda çəkmişdir. Videodan açıq şəkildə görünür ki, öz əməllərindən çəkinmir və hətta ona qarşı zorakılıq etməyə çalışırlar. X10 atasının vəzifəsindən istifadə edərək ona deyir ki, “Sən bilmirsən ki, meşə gözətçilərini mən təyin edirəm, məndə işdən azad elətdirirəm”. Təqsirləndirilən şəxs və Nail Şəvəqqətov onun idarəsinə yazıb bildirmişdirlər ki, guya o, meşədə qanunsuz ağac kəsmə fəaliyyəti ilə məşğuldur. Bu səbəbdən 11 mart 2023-cü il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 əraziyə gəlib Təqsirləndirilən şəxs və Nail Şəvəqqətovun müraciətləri əsasında mühafizə etdiyi 17 saylı meşə dolayısında yoxlama aparmalarını bildirmişlər. Həmçinin ona demişlər ki, yoxlamada Təqsirləndirilən şəxs və Nail Şəvəqqətov mütləq iştirak etməlidirlər. Meşəyə yoxlamaya girməzdən əvvəl Şahid1 Əliməmməd və Naili çağırıb onlara izah edib demişdir ki, “siz şikayət etmisiniz, göstərirsiniz ki, meşədə Nazim ağacları kəsib satır, Nazimin kəsdiyi ağacların yerini və kötüklərini göstərin”. Onlar demişlər ki, Nazimin kəsdiyi ağacların yerini bilirik və sizə göstərəciyik. Bu söhbət zamanı yanlarında olan Vüsal Mirzəyev demişdir ki, “məndə sizinlə yoxlamaya gəlirəm”, Şahid1 Vüsala dediki, “sən ərizə yazmamısan, mənimlə yoxlamaya gələ bilməzsən”. Buna görədə bir neçə dəqiqə aralarında sözlə mübahisə olmuş, Xəzər məcbur qalıb Vüsalın onlarla yoxlamada iştirak etməsinə razılıq vermiş və birlikdə hərəkətə başlamışlar. Meşəyə daxil olan zaman Əliməmməd və Nail ona demişlər ki, “sən doğru istiqamətə getmirsən, yoxlamaçını aldatmaq istəyirsən, bizi özün kəsdiyin ağacların yerinə apar”. O, onlara bildirmişdir ki, meşədə ağac kəsməmiş, onların kəsdiyi ağacların yerinə gedirik və kötükləri yoxlamaçıya göstərəcəkdir. Əliməmməd və Nail onunla mübahisə edib onun ünvanına təhqiramiz ifadələr işlətmişlər. Onların ona qarşı qərəzli hərəkətlərinə baxmayaraq meşə sahəsində yoxlama aparmaq üçün hərəkət etmişlər. Əliməmməd və Nail ünvanına təhqiramiz sözlər işlədib demişlər ki, “sən düzgün yolla getmirsən, bizi kəsdiyin ağacların yerinə aparmaq istəmirsən, səni yoxlama aparmağa meşəyə buraxmıyacıyıq”. Qarşısında hərəkət edən Əliməmməd qabağını alıb yoldan döndərmək istəyirmiş, məqsədi isə onların kəsdiyi ağacların yerinə getməməsi olmuşdur. Yoxlamaya maneçilik törədib onun kəsdiyi ağacların yerləşdiyi sahəyə getməklərinin qarşısını almağa çalışmışdır. Onun təkidlərinə və tələblərinə baxmayaraq yollarına davam etmiş, bu zaman arxadan ona 2 (iki) ayaq zərbəsi dəymiş, o, zərbənin kim tərəfindən endirildiyini bilmək üçün arxaya dönmüş və görmüşdür ki, arxasında hərəkət edən, yaxın məsafədə olan Nail təpiklə ona zərbə vurmuşdur, həmin anda Əliməmməd onun yaxsından tutmuş və “sən bu yol ilə meşəyə girmə” deyərək sifətinə yumruqla zərbələr vurmuşdur. O da, özünü qorumaq üçün onunla əlbəayaxa olmuş, Vüsal Mirzəyev onları ayırmış və onun ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bu olanların hamısına Şahid1 və Şahid2 şahid olmuşlar. Əliməmməd və Nail onu döydüklərinə və meşəyə buraxmadıqlarına görə o, onlardan uzaqlaşıb hadisə barədə Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Uzaqdan görmüşdür ki, Əliməmməd Xəzəri meşəyə yoxlamaya aparır, o da, yenidən onlara qoşulub meşəyə yoxlamaya getmiş, lakin fasiləsiz olaraq Əliməmməd onu təhqir etmişdir. Deyirmiş ki, “sən agacları özün kəsmisən, bizə şər atırsan”. Bütün bunlara baxmayaraq Şahid1 mühafizə etdiyi meşə sahəsində yoxlama aparmış, meşə sahəsində 43 (qırx üç) ədəd müxtəlif cins və diametrdə ağacların qanunsuz kəsilməsini aşkar etmişdir. Həmin ağaclarıda Əliməmməd, Nail və Vüsal kəsmişlər. Hətta bu ağaclardan 9 (doqquz) ədədini yoxlamadan 1-2 gün əvvəl özləri kəsib yerində saxlamaqla yoxlamaçıya göstərmişlər. Onları meşəyə buraxmadığına və ağac kəsmələrinə maneçilik törətdiyinə görə ona şər atıb kəsdikləri ağacların tərəfindən kəsilməsini bildirir, eyni zamanda həmin ağacların dib kötüklərinə baxış keçirtmək üçün gedərkən onu döyüb xəsarətləndirmişlər, yoxlamanın keçirilməsinə tam olaraq maneəçilik törətmişlər. Səhhətində nasazlıq hiss etdiyindən baxışı yarımçıq dayandırmışdır. Evə qayıdarkən yolda halsız olduğundan qonşusu Habil Bayramov öz atı ilə onu evə aparmışdır. Lerik RPŞ-nin əməkdaşları evinə gəlib ondan izahat almış və bundan sonra o, tibbi yardım almaq üçün Lənkəran RMX-yə getmişdir. Ona orda tibbi yardım göstərilmiş və o, həmin gecəni orada keçirtmişdir. Öz vəzifə səlahiyyətlərini həyata keçirtdiyi üçün bu şəxslər ona qarşı zorakı hərəkətlərə yol veriblər, çünki o, onların 17 saylı meşə dolayında qanunsuz ağac kəsmə faktlarını aşkar etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını göstərməklə təqsirləndirlən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəm iclası zamanı ifadəsində göstərdi ki, X17 Təsərrüfatı Mərkəzinin baş mütəxəssis hüquqşünası vəzifəsində işləyir. X17 X3 meşəbəyliyinin 17 saylı meşə dolayında 2022/23cü illərdə baş vermiş qanunsuz ağac kəsilməsi faktları ilə bağlı məlumatlıdır. Belə ki, həmin qanun pozuntuları ilə əlaqədar Mərkəz tərəfindən də müvafiq araşdırmalar aparılmış, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, eləcə də hüquq mühafizə orqanlarından daxil olmuş müraciətlərə baxılaraq Mərkəz tərəfindən müvafiq məlumatların göndərilməsi təmin olunmuşdur. Bildiyi qədəri ilə 17 saylı dolayıda müxtəlif vaxtlarda aparılmış yoxlamalar zamanı aşkar olunmuş qanunsuz ağac kəsmə faktları ilə bağlı toplanmış sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 Xidməti tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş və cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə Lerik rayon prokurorluğundan daxil olmuş sorğulara baxılaraq Mərkəzdə müvafiq araşdırmalar aparılaq X11 Dövlət Meşə fonduna 1906,55 (bir min doqquz yüz altı manat, əlli beş qəpik) manat ziyan vurulması müəyyən olmuşdur.Hazırda təqsirləndirilən şəxs tərəfindən Dövlət Meşə fonduna vurulmuş ziyan ödənilmədiyindən həmin ziyan təqsirləndirlən şəxsdən tələb olunur. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi müfəttişi işləyir. 11 mart 2023-cü il tarixdə Lerk rayonu, Qələbin kənd sakinləri Nail Şəfəqətov və Təqsirləndirilən şəxs şikayətləri əsasında 17 saylı meşə dolayına baxış keçirtmək üçün Lerik rayonu, Qələbin kəndinə Şahid2la birlikdə gəlmişdir. Olduqları əraziyə şikayətçilər Nail Şəfəqətov və Təqsirləndirilən şəxs dəvət etmişdirlər. Onlar həmin ərazidə olarkən Vüsal Mirzəyev özünündə baxışda iştirak etmək istədiyini bildirmiş, onun müraciətinin idarələrinə daxil omadığından onlar bunun mümkün olmadığını sonuncuya bildirmişlər. Vüsal Mirzəyev isə, öz növbəsində buna məhəl qoymayaraq onları təqib etmişdir. Meşeyə daxil olmazdan əvvəl Lerik rayonu, Veri-Əliabad kəndindən keçərkən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə yarandığının şahidi olmuşdur. Onlar bir-birilərinin yaxasından yapışıb dartışırmışlar. O və Vüsal Mirzəyev onları aralamışdır. Daha sonra hər ikisidə DİNnin “102” xidmətinə zəng vuraraq məlumat vermişdirlər. Bundan sonra Zərərçəkmiş şəxs ərazini tərk etmiş və bir müddət sonra geri qayıtmışdır. Baxış boyu hər ikisi bir-birilərinin ünvanlarına nalayiq sözlər işlətməyə dəvam etmişdir. Baxışın sonlarına doğru Zərərçəkmiş şəxs həmin ərazini onlara heçnə deməyərək tərk etmişdir. Baxış zamanı onlar 43 (qırx üç) ədəd müxtəlif cinsli diametrləri 8-64 sm olan kəsilmiş ağaclar müəyyən etmişdir. Onuda bildirmişdir ki, 9 (doqquz) ədəd ağac qərəzli şəkildə kəsilmişdir-yəni onların baxış keçirtməklərindən 1-2 gün əvvələ uyğun gəlirmiş. Bu ağacların yerini onlar meşədən çıxana yaxın Nail Şəfəqətov və Təqsirləndirilən şəxs onlara göstərmişdir. Baxış bitdikdən sonra “çöl hesabatı” tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, X17 təsərrüfatı mərkəzinin yanğından mühafizə üzrə mütəxəssisi işləyir. 29 dekabr 2022-ci il tarixdə Vizəzəmin meşəbəyliyin 17 saylı meşə dolayısında qəfləti yoxlama zamanı Şahid3la birlikdə Fıstıq cinsinə aid 60 sm d-də 01 ədəd, 72 sm d-də 02 ədəd ağacların qanunsuz kəsilərək yerində saxlanıldığını aşkar etmişlər. 17 saylı meşə dolayının gözətçisi Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin ağaclar Təqsirləndirilən şəxs tərəfində kəsilmişdir. Ağacları damğalamış və müvafiq akt tərtib edərək, ağacların qorunmasını meşə gözətçisinə tapşırmışlar. Bundan başqa 13 iyun 2023-cü il tarixdə Vizəzəmin meşəbəyliyinin 17 saylı dolayısında Təqsirləndirilən şəxs çəpərə aldığı meşə sahəsində Vələs cinsindən ümumilikdə 17 ədəd ağacın qanunsuz kəsilməsi aşkar etmişlər. Bundan sonra həmin ağacların dib kötükləri damğalamışdır. Həmin ağacların kəsilməsi baxış keçirildiyi gündən bir müddət qabağa olmuşdur. Cinayət işinin materiallarında olan Şahid2 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, dindirilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı-məsləhətçi müfəttişi işləyir.11 mart 2023-cü il tarixdə Lerk rayonu, Qələbin kənd sakinləri Nail Şəfəqətov və Təqsirləndirilən şəxs şikayətləri əsasında 17 saylı meşə dolayına baxış keçirtmək üçün Lerik rayonu, Qələbin kəndinə Şahid1 birlikdə gəlmişdir. Olduqları əraziyə şikayətçilər Nail Şəfəqətov və Təqsirləndirilən şəxs dəvət etmişlər. Onlar həmin ərazidə olarkən Vüsal Mirzəyev özünündə baxışda iştirak etmək istədiyini bildirmiş, Vüsal Mirzəyevin müraciətinin idarələrinə daxil omadığından onlar bunun mümkün olmadığını sonuncuya bildirmişlər. Vüsal Mirzəyev isə, öz növbəsində buna məhəl qoymayaraq onları təqib etmişdir. Meşeyə daxil olmazdan əvvəl Lerik rayonu, Veri-Əliabad kəndindən keçərkən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə yarandığının şahidi olmuşdur. Onlar bir-birilərinin yaxasından yapışıb dartışırmışlar. Nalayiq ifadələr işlədirmişlər bir-birilərinə qarşı. Şahid1 və Vüsal Mirzəyev onları aralamışdır. Daha sonra hər ikisidə DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermişdirlər. Bundan sonra Zərərçəkmiş şəxs ərazini tərk etmiş və bir müddət sonra geri qayıtmışdır. Baxış boyu hər ikisi bir-birilərinin ünvanlarına nalayiq sözlər işlətməyə dəvam edirmışlər. Baxışın sonlarına doğru Zərərçəkmiş şəxs həmin ərazini onlara heçnə deməyərək tərk etmişdir. Baxış zamanı onlar 43 (qırx üç) ədəd müxtəlif cinsli diametrləri 8-64 sm olan kəsilmiş ağaclar müəyyən etmişlər. Onuda bildirmişdir, 9 (doqquz) ədəd ağac qərəzli şəkildə kəsilmişdi-yəni onların baxış keçirtməklərindən 1-2 gün əvvələ uyğun gəlirmiş. Bu ağacların yerini onlar meşədən çıxana yaxın Nail Şəfəqətov və Təqsirləndirilən şəxs göstərmişdir. Baxış bitdikdən sonra “çöl hesabatı” tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan Şahid3 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, X17 təsərrüfatı mərkəzinin mühafizə işləri üzrə direktor müavini işləyir. 29 dekabr 2022-ci il tarixdə Vizəzəmin meşəbəyliyin 17 saylı meşə dolayısında qəfləti yoxlama zamanı Şahid4lə birlikdə Fıstıq cinsinə aid 60 sm d-də 01 ədəd, 72 sm d-də 02 ədəd ağacların qanunsuz kəsilərək yerində saxlanıldığını aşkar etmişlər. 17 saylı meşə dolayının gözətçisi Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin ağaclar Təqsirləndirilən şəxs tərəfində kəsilmişdir. Ağacları damğalamış və müvafiq akt tərtib edərək, ağacların qorunmasını meşə gözətçisinə tapşırmışlardır. Bundan başqa 13 iyun 2023-cü il tarixdə Vizəzəmin meşəbəyliyinin 17 saylı dolayısında Təqsirləndirilən şəxs çəpərə aldığı meşə sahəsində Vələs cinsindən 08 sm ddə 04 ədəd, 12 sm d-də 02 ədəd, 16 sm d-də 01 ədəd, 20 sm d-də 01 ədəd, 24 sm d-də 01 ədəd, 28 sm d-də 02 ədəd, 32 sm d-də 02 ədəd, 36 sm d-də 02 ədəd, Xurma cinsindən 32 sm d-də 01 ədəd və Qaraağac cinsindən 20 Sm d-də 01 ədəd ümumilikdə 17 ədəd ağacın qanunsuz kəsilməsi aşkar etmişlər. Bundan sonra həmin ağacların dib kötüklərinə xidməti istifadəsində olan N052 saylı damğa ilə damğalamışdır. Bildirmişdirki, həmin ağacların kəsilməsi baxış keçirildiyi gündən bir müddət qabağa olmuşdur. Cinayət işinə əlavə edilmiş X17 Təsərrüfatı Mərkəzinin 29 dekabr 2022-cü il tarixli, 005414 nömrəli aktdan və həcm qiymət cədvəlindən görünür ki, Fıstıq cinsindən 60 sm ddə 01 ədəd, 72 sm-d də 02 ədəd, ümumilikdə 03 (üç) ədəd 10,725 kubmetr həcmində, 181,15 manat dəyərində kök üstə yaş ağacları qanunsuz kəsib cərimə qiyməti ilə birlikdə dövlət meşə fonduna 1601,15 manat məbləğində ziyan vurulmuşdur. Cinayət işinə əlavə edilmiş 13 iyun 2023-cü il tarixli baxış protokolundan görünür ki, Lerik rayonu, Qələbin kəndində yaşayan Təqsirləndirilən şəxs Vizəzəmin meşə dolayısında çəpərə aldığı meşə sahəsində Vələs cinsindən 08 sm d-də 04 ədəd, 12 sm d-də 02 ədəd, 16 sm d-də 01 ədəd, 20 sm d-də 01 ədəd, 24 sm d-də 01 ədəd, 28 sm d-də 02 ədəd, 32 sm d-də 02 ədəd, 36 sm d-də 02 ədəd, Xurma cinsindən 32 sm d-də 01 ədəd və Qaraağac cinsindən 20 sm d-də 01 ədəd ümumilikdə 17 ədəd ağacın qanunsuz kəsilməsi aşkar edilmişdir. Cinayət işinə əlavə edilmiş mütəxəssi rəyindən görünür ki, Vizəzəmin meşəbəyliyin 17 saylı meşə dolayısında 29 dekabr 2022-ci il tarixdə Fıstıq cinsindən 01 ədəd 60 sm ddə və 02 ədəd 72 sm d-də cəmi 3 (üç) ədəd yarımişlik növünə aid ağacları qanunsuz kəsmişdir. Həmin ağaclar kəsildiyi yerlərdə saxlandığı üçün sekvestr olunaraq saxlanması üçün meşə gözətçisinə təhvil verilmişdir. Qanunsuz kəsilmiş 03 ədəd fıstıq cinsindən yarım işlik növünə aid ağacların ümumi həcmi 10,73 kub metr, nırxla dəyəri 181,33 manat təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən göstərilən 03 ədəd fıstıq cinsində ağacların qanunsuz kəsilməsinə görə dib kötüklərinin kəsik diametrlərinə uyğun cərimə ziyanı 1734 (bir min yeddi yüz otuz dörd) manat təşkil edir. Ağacların qanunsuz kəsilməsinə görə ümumilikdə meşə fonduna 1915,33 (bir min doqquz yüz on beş manat, otuz üç qəpik) manat məbləğində ziyan vurulmuşdur. Göstərilənlərə baxmayaraq qanunsuz kəsilmiş ağaclar sekvester olunduğuna görə nırx dəyər 181,33 manat ümumi ziyan 1915,33 manatdan çıxıldıqda təqsirkar şəxsdən cəmi 1734,00 manat ziyan tələb olunur. Lerik rayonunun Qələbin kəndində yaşayan Vizəzəmin meşəbəyliyinin 17 saylı meşə dolayısının ərazisində çəpərə alıb istifadə etdiyi meşə fondu torpağında cəmi 17 ədəd müxtəlif cins və diametrdə odunluq növünə aid ağacları Təqsirləndirilən şəxs qanunsuz kəsib istifadə etmişdir. Qanunsuz kəsilmiş 17 ədəd ağacın ümumi həcmi 6,99 kub metr təşkil edir, nırxla dəyəri 29,55 manatdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən göstərilən 17 ədəd müxtəlif cins və diametrdə ağacların qanunsuz kəsilməsinə görə dib kötüklərinin kəsik diametrlərinə uyğun cərimə ziyanı 143 manat təşkil edir. Ağacların qanunsuz kəsilməsinə görə ümumilikdə meşə fonduna 172,55 manat məbləğində ziyan vurulmuşdur. Həmin məbləğdə ziyan təqsirkar şəxsdən tələb olunur. Rəy verilməsi üçün təqdim olunmuş 29 dekabr 2022-ci il tarixli akt, 13 iyun 2023-cü il tarixdə tərtib olunmuş baxış protokolu və cinayət işində olan rəsmi sənədlərdən görünür ki, Vizəzəmin meşəbəyliyinin 17 saylı meşə dolayısında 03 ədəd fıstıq cinsində yarım işlik növünə aid ağacları 2022-ci ilin dekabr ayının axırında və 17 ədəd müxtəlif cins və diametrdə ağacları 2023-cü ilin yaz aylarında Lerik rayonu, Qələbin kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz kəsmişdir. Həmin ağaclardan 17 ədədini istifadə etmiş digər üç ədəd yarım işlik fıstıq cinsinə məxsus ağaclar sekvestr olunmuşdur. Belə ki, Məmmədov X6 meşəbəyliyinin 17 saylı meşə dolayısında cəmi 20 ədəd müxtəlif cins və diametrdə, yarım işlik və odunluq növünə aid, 17,72 kubmetr həcmində köküstə yaş halda ağacların qanunsuz kəsməklə cərimə ziyanı ilə birlikdə dövlət meşə fonduna 2087,88 manat məbləğində ziyan vurmuşdur. Həmin ağaclarda 03 ədədi, 183,33 manat dəyərində meşə məhsulu sekvester olunduğuna görə Təqsirləndirilən şəxs ümumilikdə 1906,55 (bir min doqquz yüz altı manat, əlli beş qəpik) manat ziyan tələb olunur. Cinayət işinin materiallarına əlavə edilmiş üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 2022-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs tərəfindən 03 ədəd ağacın kəsilməsini və 2023-cü ilin mart ayının 11-də ona qarşı xidməti vəzifələrini həyata keçirərkən zor tətbiq etdiyini sonuncunun üzünə demişdir. Təqsirləndirilən şəxs isə bu deyilənləri təkzib edərək meşə sahəsində ağac kəsmədiyini və ona qarşı zor tətbiq etmədiyini qeyd etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi publik hüquqi şəxsinin 13 mart 2023-cü il tarixli 23 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - qarın, sol almacıq nahiyyələrində qançırlar, alt dodaq nahiyyəsində sıyrıq aşkar edilmişdir, qeyd olunan xəsarətlər bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş ifadənin yerində yoxlanılması haqqında protokolda qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini birdaha əyani, həmin yerdə göstərdi və bildirdi ki, yol ilə meşəyə daxil olmaq üçün hərəkət edərkən arxasından gələn Nail Şəvəqqətov təpiklə həmin yerdə onu vurmuş, qarşısında hərəkət edən Təqsirləndirilən şəxs sifətinə və qarın nahiyyəsinə zərbələr vurub xəsarət yetirmişdir. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Veri kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş MV № 089963 saylı Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu - X1 Müharibəsi Veteranıdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmaqla, ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, 76 yaşlı olmasını, oğlunun Qarabağ Müharibəsi veteranı olmasını, ailənin yeganə qazanc gətirən üzvü olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını (CM-nin 315-ci maddəsində münasibətdə), təqsirlərini etiraf etməklə əməllərindən peşimançılıq hissi keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, törədilmiş cinayətdə onun rolunu, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-in 259.1 və 315-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasını təyin etməyi və təyin edilmiş cəzanın sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş əməlin xarakterini, onun təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, 76 yaşının olmasını, oğlunun Qarabağ Müharibəsi veteranı olmasını, ailənin yeganə qazanc gətirən üzvü olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, eyni zamanda təyin ediləcək cəzanın ağırlaşdıran hallarının müəyyən edilməməsini müstəsna hallar kimi qiymətləndirərək, təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs CM-nin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələr qoyulmalıdır. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı Amil Abdullayev tərəfindən imzalanmış mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs qarşı cinayət yolu ilə X17 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddiaçı Amil Abdullayev tərəfindən verilmiş mülki iddia təmin edilməli, X17 Təsərrüfatı Mərkəzinə vurulmuş və ödənilməmiş 1906.55 (bir min doqquz yüz altı manat, əlli beş qəpik) manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq X17 Təsərrüfatı Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə xərci və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259. 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (alt) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona 01 (bir) il sınaq müddəti təyin edilməklə hökmlə təyin edilmiş cəza şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarətin həyata keçirlməsi daimi yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, dövlət meşə fonduna vurulmuş 1906.55 (bir min doqquz yüz altı manat, əlli beş qəpik) ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq X17 Təsərrüfatı Mərkəzinin fondunun hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar