Məhkəmə qərarları › İş №1(048)-54/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-54/2024

16.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-54/2024 16.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili – X3 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Lerik rayonu, Almu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Almu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının əvvəlində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkmə, yetişdirmə, onları kultivasiya etmə məqsədi ilə əldə etdiyi çətənə bitkilərinin toxumlarını Lerik rayonunun Almu kəndində yaşadığı evin yaxınlığında yerləşən, çəpərə alaraq istifadə etdiyi sahədə əkmiş, əkdiyi toxumlardan cücərmiş xeyli miqdarda 06 (altı) ədəd çətənə bitkisi kollarını yetişdirmək məqsədilə mütəmadi suvararaq qulluq göstərməklə kultivasiya etmiş, həmçinin istintaqla müəyyən edilməsi mümkün olmayan vaxtda və mənbədən satış məqsədi ilə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 1 ədəd şüşə qabın içərisində 01 ədəd sellofan bağlamada orqanoleptik əlamətlərinə və bioloji komponent tərkibinə görə bir-birilərilə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 54,517 qram və 9,491 qram olmaqla, ümumi təmiz çəkisi 64,008 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib saxlamış, bu barədə məlumat almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 iyul 2024-cü il tarixdə, saat 16:30-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin yaxınlığında yerləşən, çəpərə alaraq istifadə etdiyi sahədə xeyli miqdarda kök üstə yaş vəziyyətdə ümumi təmiz çəkisi 1560,00 qram əkilib-becərilməsi qadağan olunmuş 06 (altı) ədəd tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkisi kollarını, həmçinin göstərilən sahədə əkdiyi çətənə bitki kollarının yaxınlığında torpağa basdırdığı 1 ədəd şüşə qabda 01 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 54,517 qram və 9,491 qram olmaqla, ümumi təmiz çəkisi 64,008 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən yəni ona elan olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Lerik rayonunun Almu kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, narkotik vasitə marixuananı və narkotik tərkibli çətənə kollarını tanıyır və təxminən 1 ildir ki, narkotik vasitə marixuana qəbul edir. Belə ki, 2023-cü ilin sentyabr ayında Lerik rayonunun Almu kəndində 01 ədəd yabanı halda bitmiş çətənə kolunu görüb tanımış və kolu dərib evə gətirib qurudaraq ondan istifadə etmişdir. Həmin yabanı halda bitmiş çətənə kolundan toxumları dərərək evində saxlamış, 2024-cü ilin mart ayının əvvəlində Lerik rayonunun Almu kəndində fərdi yaşayış evinin bağ sahəsində 06 ədəd çətənə bitkisi kolları əkmişdir. Evinin bağ sahəsində çətənə kollarının yaxınlığında basdırdığı 01 ədəd şüşə qabın içərisində narkotik vasitəyə oxşar kütlələri 2023-cü ilin sentyabr ayında yabanlı halda bitmiş çətənə kolundan hazırlayıb saxlamışdır. O, hərdən həyətdə onlara nəzarət etmiş, şitillər çıxdıqdan sonra onların dibini şumlayıb gübrələyərək su verirmişdir. O, həmin kolları avqust ayında dərib qurudaraq çəkib istifadə edəcəyini fikirləşmişdir. 10 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Lerik rayonunun Almu kəndində yaşadığı evin həyətyanı sahəsində olarkən adlarını bilmədiyi polis əməkdaşları ona yaxınlaşıb çətənə bikisi kultivasiya etməkdə şübhəli olduğunu ona bildirmişlər. Lerik Rayon Məhkəməsinin qərarı ilə və onun öz razılığı əsasında onun həyətyanı torpaq sahəsinə gedib baxış keçirmişlər. Bu zaman o, həyətyanı torpaq sahəsində yetişdirdiyi çətənə kollarının yerlərini polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi kollara baxış keçirilmiş və 06 ədəd çətənə kolu kökündən çıxarılıb götürülmüşdür. Daha sonra həmin çətənə kollarına yaxın ərazidə bağ sahəsində torpağa basdırdığı 01 ədəd şüşə qabın içərisində 01 ədəd sellofan bağlamada və 01 ədəd kağız bükümdə narkotik vasitə olan marixuanaları polis əməkdaşlarına təqdim etmişdir. Bununla bağlı protokol tərtib edilmiş və imzalanmışdır. Bundan sonra onu Lerik rayon polis şöbəsinə gətirmişlər və polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmişdir. Polis şöbəsində onun üzərində vəkilin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aprılmış, üzərində narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar olunmamışdır. O, heç vaxt narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdr. Hazırda əməlindən peşman olduğunu və xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Almu kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında düşmənçilik və ziddiyyəti olmamışdır. Belə ki, 10 iyul 2024-cü il tarixdə Lerik rayonunun Almu kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli əkilibbecərilməsi, kultivasiya etməsi barədə Lerik RPŞ-nin CAB-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid3 etibarlı mənbədən məlumat verilmişdir. Həmin məlumat Şahid3 tərəfindən yoxlanılmış və Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs Lerik rayonunun Almu kəndində yerləşən yaşadıqları evdə, eləcə də də evin həyətindəki yardımçı tikililərdə və həyətyanı sahədə qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, əkilib becərilməsini nəzərdə alıb fərdi yaşayış evində, yardımçı tikililərdə və həyətyanı sahədə baxış keçirilməsi icazəsinin alınması üçün Lerik rayon prokuroruna vəsatət verilmiş, vəsatət təmin edilərək Lerik rayon məhkəməsinə təqdimat verilmiş, Lerik Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı ilə Lerik rayon prokuroru Akif Rzayevin təqdimatını təmin etmiş, həmin tarixdə Şahid3 və ondan ibarət qrup yaradılmışdır. Bundan sonra Şahid3 Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Həmin raportun icrası ilə əlaqədar Lerik rayonunun Almu kəndinə getmişlər. Təqsirləndirilən şəxs iştirakı ilə özü, Almu kəndində yaşadığı evin bağ sahəsində bir-birinə yaxın məsafədə əkdiyi və qulluq etdiyi 6 ədəd çətənə kolunu təqdim etmiş, aqronom Şahid2 həmin kollara xüsusi qulluq göstərildiyini bildirmişdir. Həmin kollar kökündən çıxarılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkilərinin kollarına yaxın ərazidə torpağa basdırdığı şüşə qabda sellofan torbada olan narkotik vasitəni təqdim etmiş, həmin narkotik vasitəni yabanı halda bitmiş çətənə kollarından hazırladığını demişdir. Daha sonra fərdi yaşayış evinə, tikililərə baxış zamanı narkotik vasitə, dövriyyəsi qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar olunmamışdır. Narkotik vasitəyə oxşar kütlələr götürülərək qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib edilmiş və imzalanmışdır. Satışla bağlı onlarda kifayət qədər mötəbər sübut olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Lerik DAİM-də bitkiçilik və heyvandarlıq sektorunun müdiri vəzifəsində işləyir. Belə ki, 10 iyul 2023-cü il tarixdə Lerik RPŞ-nə dəvət olunmuş və birlikdə şöbənin TQ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən onun və adlarını bilmədiyi bir neçə polis əməkdaşlarının iştirakı ilə Lerik rayonunun Almu kəndinə getmişlər. X11, evin həyətyanı sahəsində çətənə bitkisi olması və kultivasiya edilməsi barədə Lerik RPŞ-yə əməliyyat məlumatı daxil olmasını, fərdi yaşayış evinin həyətyanı və bağ sahəsinə baxış keçirilməsini Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə özü, Almu kəndində yaşadığı evin bağ sahəsində bir-birinə yaxın məsafədə əkdiyi və qulluq etdiyi 06 ədəd çətənə kolunu təqdim etmişdir. O, həmin çətənə kollarına baxdıqda dib boşaltma işlərinin aparıldığını və suvarıldığını müəyyən etmişdir. Orada həmin kollara xüsusi qulluq göstərildiyini bildirmişdir. Həmin kollar kökündən çıxarılıb götürülmüş, daha sonra Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkilərinin kollarına yaxın ərazidə torpağa basdırdığı şüşə qabda sellofan torbada olan narkotik vasitəni təqdim etmiş, həmin narkotik vasitəni yabanı halda bitmiş çətənə kollarından hazırladığını bildirmişdir. Daha sonra fərdi yaşayış evinə, tikililərə baxış zamanı narkotik vasitə, dövriyyəsi qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar olunmamışdır. Narkotik vasitəyə oxşar kütlələr götürülərək qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib edilərək imzalanmışdır. Qeyd olunanlarla bağlı 10 iyul 2024-cü il tarixdə rəy verərək Təqsirləndirilən şəxs fərdi yaşayış evinin bağ sahəsində əkilmiş cəmi 06 ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinin aqrotexniki qaydada əkildiyini, xüsusi qulluq edildiyini və becərildiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Lerik RPŞ-in CAB-ın rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Lerik rayonunun Almu kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında düşmənçilik və ziddiyyəti olmamışdır. 10 iyul 2024-cü il tarixdə Lerik rayonunun Almu kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli əkib-becərməsi, kultivasiya etməsi barədə etibarlı mənbədən ona məlumat verilmişdir. Həmin məlumat tərəfindən yoxlanılmış və Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs Lerik rayonunun Almu kəndində yerləşən yaşadığı evində, eləcə də də evin həyətindəki yardımçı tikililərdə və həyətyanı sahədə qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, əkilib-becərilməsini nəzərdə alıb fərdi yaşayış evində, yardımçı tikililərdə və həyətyanı sahədə baxış keçirilməsi icazəsinin alınması üçün Lerik rayon prokuroruna vəsatət verilmiş, vəsatət təmin edilərək Lerik Rayon Məhkəməsinə təqdimat verilmiş, Lerik Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı ilə Lerik rayon prokuroru Akif Rzayevin təqdimatı təmin edilmiş, həmin tarixdə ondan və Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət qrup yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Həmin raportun icrası ilə əlaqədar şöbənin TQ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə aqronom Şahid2 iştirakı ilə Lerik rayonunun Almu kəndinə getmişlər. Təqsirləndirilən şəxs iştirakı ilə özü, Almu kəndində yaşadığı evin bağ sahəsində bir-birinə yaxın məsafədə əkdiyi və qulluq etdiyi 6 ədəd çətənə kolunu təqdim etmişdir. Aqronom Şahid2 həmin kollara xüsusi qulluq göstərildiyini bildirmişdir. Həmin kollar kökündən çıxarılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkilərinin kollarına yaxın ərazidə torpağa basdırdığı şüşə qabda sellofan torbada olan narkotik vasitəni təqdim etmiş, həmin narkotik vasitəni yabanı halda bitmiş çətənə kollarından hazırladığını bildirmişdir. Daha sonra fərdi yaşayış evinə, tikililərə baxış zamanı narkotik vasitə, dövriyyəsi qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar olunmamışdır. Narkotik vasitəyə oxşar kütlələr götürülərək qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş və imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs Lerik rayon polis şöbəsinə gətirmişlər, ona vəkil təyin olunmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Ona Təqsirləndirilən şəxs həmin çətənə kollarını həm özü üçün istifadə, həm də satmaq məqsədilə kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs torpağa basdırdığı şüşə qabda olan narkotik vasitələri saxlamaqda məqsədi onları satmaq olduğunu qeyd etmişdir. Cinayət işi materiallarında olan 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2 və 237.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. Cinayət işi materiallarında olan Lerik RPŞ-in CAB-ın rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı Şahid3 tərəfindən Lerik RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Lerik rayon Almu kəndində anadan olmuş və orada qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs evində, həyətyanı sahəsində həmçinin yarıİmtikililərdə narkotik tərkibli bitkilərin əkib becərməsinə və saxlamasına dair əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, məlumatın yoxlanılması üçün zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan Lerik Rayon Məhkəməsinin 5(048)-34/2024 saylı, 10 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Lerik rayonu Almu kəndində yerləşən yaşadığı evinə, eləcə də evinin həyətindəki yardımçı tikililərə və həyətyanı sahəsinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan diskə baxış keçirilməsi haqqında 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşən çəpərə aldığı torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilir, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşən çəpərə aldığı bir-birinə yaxın ərazidə 06 ədəd çətənə bitkisini təqdim edib mart ayında əkib bitkilərə qulluq göstərdiyini bildirir. Baxışda iştirak edən aqronom Şahid2 həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini təsdiq edir. Aşkar olunmuş 06 ədəd çətənə bitkisi kökündən çıxarılır. Bundan sonra Təqsirləndirilən şəxs qeyd olunan yerə yaxınlıqda torpağa basdırılmış içərisində sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana olan şüşə qabı təqdim etdi. Təqsirləndirilən şəxs çətənə bitkisi kollarını təqdim edib əkib qulluq göstərdiyini bildirir. Aqronom Şahid2 həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini təsdiq edir. Diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs baxış keçirilən yerin evə yaxınlıqda yerləşən çəpərə alınmış torpaq sahəsi olduğunu, aşkar olunmuş çətənə bitkilərini 2024-cü ilin mart ayında əkib qulluq göstərərək becərdiyini, qeyd olunan yerə yaxınlıqda torpağa basdırılmış içərisində sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana olan şüşə qabı təqdim edən şəxsin özü olduğunu bildirir. Qurudulmuş marixuanalar və çətənə bitkisinin toxumları qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirlirəkən videoçəkilişi özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar olunmadı. Cinayət işi materiallarında olan Lerik DAİM Bitkiçilik və Heyvandarlıq sektorunun müdiri ali təhsilli aqronom Şahid2 tərəfindən tərtib edilmiş 10 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Lerik rayonu, Almu kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinin bağ sahəsində əkilmiş cəmi 06 ədəd tərkibində narkotik maddə olan çətənə kollarına baxış keçirilmiş və 06 ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinin aqrotexniki qaydada əkildiyi, xüsusi qulluq edildiyi və becərildiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X7 11 iyul 2024-cü il tarixli, 3-16-16/2-19/546 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus Lerik rayonu Almu kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində aşkar olunan narkotik vasitəyə oxşar kütlə....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, ayrı-ayrılıqda təmiz çəkisi 54,517 qram və 9,491 qram, ümumi təmiz çəkisi 64,008 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus Lerik rayonu Almu kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində aşkar edilən 6 ədəd narkotik tərkibli çətənə koluna oxşar bitkilər....” sözlər və imzalar olan kisədəki, ümumi sayı 06 (altı) ədəd, ümumi təmiz çəkisi 1560,0 qram olan yaş vəziyyətdə bitki nümunəsi əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı İ). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatdır. Cinayət işi materiallarında olan Lənkəran şəhər X2 X13 yoxlamanın 11 iyul 2024-cü il tarixli, 591 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoiddən istifadə halı olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhə yaradan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan Lerik Rayon Məhkəməsinin 4(048)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Həbs etmənin əvvəli 10 iyul 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1559,4 qram olan narkotik vasitə 6 ədəd çətənə bitkisi və qalıq çəkisi 63,808 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Lerik RPŞ-nin “əşyaları saxlama kamerasına” təhvil verilmişdir. Cinayət işi materiallarında olan “aparılmış telefon danışıqlarının öyrənilməsinə dair” 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həqiqətən cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Lerik rayonunun Almu kənd sakini Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil abunə nömrəsinə 10 iyun 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixinədək olan müddətdə hansı ötürücü stansiyaların əhatə dairəsində aparılan danışıqlar, daxil olan və çıxan zənglər, SMS-lər və həmin mobil telefon sahiblərinin anket məlumatları barədə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən müvafiq qaydada götürülmüşdür. Telefon danışıqlarının ələ keçirilməsi ilə əlaqədar istintaqa daxil olmuş diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal, həmçinin qeyd olunan nömrələrlə daxil olan və çıxan SMS mətnləri aşkar olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 30 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Lerik RİB-nın Vizəzəmin kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində 2008-ci il təvəllüdlü X8 adlı uşağı vardır. Məhkəmə ilk öncə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Lerik rayonunun Almu kəndində yaşadığı evin bağ sahəsindən aşkar olunmuş narkotik vasitəni satmaq niyyətinin olmasını təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ona məxsus həyatyanı sahədən aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız Lerik RPŞ-in CAB-ın rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı Şahid3 ifadəsinə istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini əldə etməsini təsdiq edən hər hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təkzib etmişdir. Bundan başqa iş materiallarında olan Lerik RPŞ-in CAB-ın rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı Şahid3 tərəfindən Lerik RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs evində, həyətyanı sahəsində həmçinin yarıİmtikililərdə narkotik tərkibli bitkilərin əkib becərməsinə və saxlamasına dair əməliyyat məlumatının daxil olduğu qeyd edilmişdir. Həmçinin “aparılmış telefon danışıqlarının öyrənilməsinə dair” 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həqiqətən cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Lerik rayonunun Almu kənd sakini Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil abunə nömrəsinə 10 iyun 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixinədək olan müddətdə hansı ötürücü stansiyaların əhatə dairəsində aparılan danışıqlar, daxil olan və çıxan zənglər, SMS-lər və həmin mobil telefon sahiblərinin anket məlumatları barədə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən müvafiq qaydada götürülmüşdür. Telefon danışıqlarının ələ keçirilməsi ilə əlaqədar istintaqa daxil olmuş diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal, həmçinin qeyd olunan nömrələrlə daxil olan və çıxan SMS mətnləri aşkar olunmamışdır. Göründüyü kimi əməliyyat axtarış tədbirinin keçirilməsinə əsas olan ilkin məlumat məhz şəxsin narkotik vasitələrinin narkotik tərkibli bitkilərin əkib becərməsi və saxlaması ilə bağlı olmuş, həmin məlumat əsasında əməliyyat axtarış tədbiri keçirilmiş, Lerik RPŞ-in CAB-ın rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı Şahid3 ifadəsi ilə ibtidai istintaq orqanı onun narkotik vasitənin satışı və ya satmaq niyyətinin olması qənaətinə gəlmiş, iş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair başqa hər hansı sübut mövcüd deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair şahid Lerik RPŞ-in CAB-ın rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı Şahid3 ifadəsinə tənqidi yanaşır. Belə ki, yuxarıda qeyd oluduğu kimi onda belə bir məlumat mövcud olduğu təqdirdə ilkin əməliyyat məlumatında mütləq göstərmiş olardı. Hər hansı sübuta söykənməyən yalnız şahidin ümumi ifadələrlə ehtimala əsaslanan fikir ilə şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilə bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Lerik rayonunun Almu kəndində yaşadığı evin bağ sahəsindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yol verilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühim əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla sübuta yetirilir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd etmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi hadisə yerinə baxış keçirilməsi barədə protokoldan, baxış keçirilməsi barədə videogörüntüləri əks etdirən diskdən, ekspert rəyindən və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlamaqla və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilməli və o həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, əvvəllər məhkum olunmaması, himayəsində övladının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq X5 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 10 iyul 2024-cü il tarixdən 16 noyabr 2024-cü il tarixədək, yəni 04 (dörd) ay 06 (altı) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) ay 12 (on iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Lerik rayonu, Almu kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv ediməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Tahirov X9 şəhər X2 X13 yoxlamanın 11 iyul 2024-cü il tarixli, 591 nömrəli rəyinə əsasən ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1559,4 qram olan narkotik vasitə 6 ədəd çətənə bitkisi və qalıq çəkisi 63,808 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 10 iyul 2024-cü il tarixdən 16 noyabr 2024cü il tarixədək, yəni 04 (dörd) ay 06 (altı) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) ay 12 (on iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Lerik rayonu, Almu kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Lerik Rayon Polis şöbəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1559,4 qram olan narkotik vasitə 6 ədəd çətənə bitkisi və qalıq çəkisi 63,808 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar