Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-55/2024 30.10.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Lerik rayonu, Qosmalian kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Qosmalian kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xeyli miqdarda - 129,772 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 22 iyul 2024-cü il tarixdə, saat 12:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu rayonunun Qosmalian kəndi ərazisində “Relax 2” istirahət mərkəzinin yaxınlığında avtomobil yolu ilə piyada hərəkətdə olarkən saxlanılaraq Lerik RPŞ-yə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sol arxa cibində 01 ədəd qara rəngli sellofan bükülüdə içərisində təmiz çəkisi 129,772 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan əvvəl 2022-ci ilin avqust-sentyabr aylarında Qosmalian kəndinin örüş sahəsində yabanı halda bitmiş bir ədəd çətənə kolu görmüş, həmin koldan bir neçə ədəd toxum dərərək evinin zirzəmisində saxlamışdır. O, həmin toxumları 2023-cü ilin təxminən mart ayında kəndin aşağı tərəfində yerləşən çayın kənarında ağaclıq olan ərazidə bir yerə atmış, ondan 1 ədəd çətənə bitkisi kolu bitmiş, həmin kola qulluq etməmişdir. Kol böyüdükdən sonra 2023-cü ilin avqust ayında onu dərib qurutmuş, ondan arabir istifadə etmişdir. O, 2024-cü ilin iyul ayının əvvəlindən narkotik vasitədən istifadə etməmək qərarına gəlmiş və bu səbəbdən evində saxladığı 01 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitəni kəndin aşağı tərəfindən axan çaya atmaq qərarına gəlmişdir. Belə ki, o 23 iyul 2024-cü il tarixdə, saat 12 radələrində Qosmalian kəndinin aşağı tərəfi ilə piyada hərəkətdə olarkən adını bilmədiyi polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş və onu avtomaşınla Lerik rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərində şəxsi axtarış keçirilmişdir. O, bu qərarla tanış olmuş və ona üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sol arxa cibində 01 ədəd qara rəngli sellofan torba təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqdim etdiyi torba möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Hazırda əməlindən peşman olduğunu və himayəsində bir azyaşlı uşağının olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 22 iyul 2024-cü il tarixdə, Lerik rayonunun Qosmalian kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsi barədə mötəbər mənbədən məlumat daxil olmuşdur. Bu məlumatı dərhal şöbə rəhbərliyinə məruzə etmiş və tədbirin keçirilməsi üçün qəbul etdiyi qərar təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün şöbənin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və X5 ibarət qrup yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün tədbirlər həyata keçirmişlər. Belə ki, 22 iyul 2024cü il tarixdə, saat 12:30 radələrində Təqsirləndirilən şəxs Lerik rayonunun Qosmalian kəndinin aşağı tərəfində “Relax” istirahət mərkəzinin yaxınlığında piyada hərəkətdə olduğunu görmüşlər, ona yaxınlaşıb üzərində narkotik vasitə olması, daşıması və istifadəsi ilə bağlı şübhəli olduğunu, onlarla şöbəyə getməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Lerik RPŞ-nə gətirib üzərində şəxsi axtarışın aparılması üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Salman Əhmədova həvalə olunmuşdur. 22 iyul 2024-cü il tarixdə, saat 13:25-dən saat 14:00-dək olan müddətdə Salman Əhmədovun xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə olmasını etiraf etmiş və əynində olan şalvarının sol arxa cibində 01 ədəd qara rəngli sellofan bağlamada içərisində narkotik vasitəyə oxşar kütləni könüllü təqdim etmiş və üzərində daşıdığı narkotik vasitəni Qosmalian kəndinin aşağı tərəfində çayın kənarında əkdiyi çətənə kolundan istifadə etmək məqsədilə hazırladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-in CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 22 iyul 2024-cü il tarixdə, Lerik rayonunun Qosmalian kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsi barədə mötəbər mənbədən məlumat daxil olmuşdur. Bu məlumatı əməliyyat müvəkkili Şahid1 dərhal şöbə rəhbərliyinə məruzə etmiş və tədbirin keçirilməsi üçün qəbul etdiyi qərar təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün ondan, Şahid3 və X5 ibarət qrup yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaxalanması üçün tədbirlər həyata keçirmişlər. Belə ki, 22 iyul 2024-cü il tarixdə, saat 12:30 radələrində Təqsirləndirilən şəxs Lerik rayonunun Qosmalian kəndinin aşağı tərəfində “Relax” istirahət mərkəzinin yaxınlığında piyada hərəkətdə olduğunu görmüşlər, ona yaxınlaşıb üzərində narkotik vasitə olması, daşıması və istifadəsi ilə bağlı şübhəli olduğunu, onlarla şöbəyə getməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Lerik RPŞ-nə gətirib üzərində şəxsi axtarışın aparılması üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Salman Əhmədova həvalə olunmuşdur. 22 iyul 2024-cü il tarixdə, saat 13:25-dən saat 14:00-dək olan müddətdə Salman Əhmədovun xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə olmasını etiraf etmiş və əynində olan şalvarının sol arxa cibində 01 ədəd qara rəngli sellofan bağlamada içərisində narkotik vasitəyə oxşar kütləni könüllü təqdim etmiş və üzərində daşıdığı narkotik vasitəni Qosmalian kəndinin aşağı tərəfində çayın kənarında əkdiyi çətənə kolundan istifadə etmək məqsədilə hazırladığını bildirmişdir. Cinayət işi materiallarında olan 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi materiallarında olan diskə baxış keçirilməsi haqqında 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirir ki, əynində olan şalvarın sol arxa cibində 01 ədəd qara rəngli bağlamada içərisində narkotik vasitə olan kütlə vardır. Üzərində daşıdığı narkotik vasitə marixuananı istifadə etmək məqsədilə çətənə kollarından hazır etmişdir. Əvvəllər narkotik vasitədən istifadə etmişdir. Cinayət işi materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin X4 22 iyul 2024cü il tarixli, 19/422 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükülüdə təmiz çəkisi - 129,772 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələri»n siyahısına daxildir (Siyahı İ). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Cinayət işi materiallarında olan “maddi sübut kimi tanımaq haqqında 25 avqust 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 129,672 qram olan narkotik vasaitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Lerik RPŞ-nin “əşyaları saxlama kamerasına” təhvil verilmişdir. Cinayət işi materiallarında olan 22 iyul 2024-cü il tarixli “cinayət törətməkdə şübhə yaradan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Lənkəran şəhər X2 X7 yoxlamanın 23 iyul 2024-cü il tarixli, 609 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 15 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Lerik RİB-nın Qosmalian kənd ƏİN tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində xx.xx.2017-ci il təvəllüdlü X6 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, əvvəllər məhkum olunmaması, himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdən 24 iyul 2024-cü il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Lerik rayonu, Qosmalian kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs Lənkəran şəhər X2 X7 yoxlamanın 23 iyul 2024-cü il tarixli, 609 nömrəli rəyinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 129,672 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 22 iyul 2024-cü il tarixdən 24 iyul 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Lerik rayonu, Qosmalian kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Lerik Rayon Polis şöbəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 129,672 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-55/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-55/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver