Məhkəmə qərarları › İş №1(048)-56/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-56/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-56/2023 15.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs İmanvenverdi oğlunun iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1986-cı ildə Lerik rayonunun Haftonu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Lerik rayonunun Haftonu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs İmanvenverdi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs İmanvenverdi oğlu, 09 may 2023-cü il tarixdə, saat 17 radələrində yaşadığı Haftonu kəndinin ərazisində istifadə etdiyi torpaq sahəsinin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə rastlaşıb sonuncu ilə istifadə etdiyi torpaq sahəsinin çəpərinin sökülməsi ilə bağlı mübahisə edərək dalaşmış, dalaşma zamanı qəsdən başı ilə Zərərçəkmiş şəxs sifətinə zərbə vuraraq onu yerə yıxdıqdan sonra təpiklə bədəninə zərbələr vurub ona üst və alt dodaq nahiyələrində əzilmiş-dililmiş yara, bel nahiyəsində sıyrıqla nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs İmanvenverdi oğlu Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs İmanvenverdi oğlu ona elan edilmiş cinayət üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 09 may 2023-cü il tarixdə, saat 17 radələrində yaşadığı Haftonu kəndinin ərazisində torpaq sahəsinin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermiş mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs sifətinə qəsədən zərbə vuraraq ona xəsarətlər yetirmişdir. Məhkəmə hazırlıq iclasından sonra Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır, dəymiş ziyanı tam həcmdə zərərçəkmiş şəxsə ödəmişdir, hal-hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. O, zərər çəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 09 may 2023-cü il tarixdə, saat 17 radələrində yaşadığı Haftonu kəndinin ərazisində torpaq sahəsinin yaxınlığında həmkəndlisi Təqsirləndirilən şəxs İmanvenverdi oğlu ilə aralarında mübahisə baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən başı ilə sifətinə zərbə vuraraq onu yerə yıxdıqdan sonra təpiklə bədəninə zərbələr vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasından sonra Təqsirləndirilən şəxs İmanvenverdi oğlu ondan üzr istəmiş və onunla barışmışdır, dəymiş ziyan tam həcmdə ona ödənilmişdir. Hazırda ondan heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs İmanvenverdi oğlu ilə barışdığını, nəzərə alaraq Təqsirləndirilən şəxs İmanvenverdi oğlunun cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin 10 may 2023-cü il tarixli 39 saylı rəyindən görünür ki, 10 may 2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş Zərərçəkmiş şəxs bədəni üzərində - üst və alt dodaq nahiyələrində əzilmiş-didilmiş yarlar, bel nahiyəsində sıyrıqlar kimi xəsarət aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsiridən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmanvenverdi oğlu Sumqayıt Hərbi Məhkəməsinin 17 iyun 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib 0N ay intizam xarakterili hərbi hissədə saxlama cəzası təyin edilərək 01 il şərti sınaq müddəti cəzasına məhkum olunmuşdur. Məhkumluğu yoxdur. Materiala əlavə edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs İmanvenverdi oğluna qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, dəymiş ziyan tam həcmdə ona ödənilmişdir, ona görə də işə xitam verilməsini xahiş edir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İmanvenverdi oğluna istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs İmanvenverdi oğlunun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs İmanvenverdi oğlunun cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs İmanvenverdi oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İmanvenverdi oğlu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İmanvenverdi oğlu cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İmanvenverdi oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs İmanvenverdi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs İmanvenverdi oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar