Məhkəmə qərarları › İş №1(048)-57/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-57/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-57/2023 29.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Cinayət əməli törətmiş şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 2002-ci ildə Lerik rayonu, Ağ Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Ağ Qışlaq kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 28 may 2023-cü il tarixdə, saat 18 radələrində Lerik rayonunun Zenonu kənd sakini Şahid4 yaşadığı evin həyətyanı sahəsində əmisi Habilin oğlu X7 kənd sakini Zərərçəkmiş şəxs əlbəyaxa olmalırını görüb arxadan onlara yaxınlaşaraq özündə olan bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol said nahiyəsinə qəsdən bir zərbə vuraraq ona həmin nahiyədə kəsilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına YÜNGÜL zərər vurmaya aidd xəsarət yetirərək hadisə yerində qaçıb uzaqlaşmışdır. Bu hərəkəti ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Əmrah Zeynalov əmisi oğludur, münasibətləri yaxşıdır, Lerik rayonunun Zenonu kənd sakini Zərərçəkmiş şəxs uzaq qohumudur. Onu tanıyır, aralarında düşmənçilik olmamışdır. 28 may 2023-cü il tarixdə Zenonu kəndində yaşayan Şahid4 oğlu Hüseynin kiçik toy məclisini keçirtmişdir. Həmin məclisdə qardaşı Niyaməddin və əmisi oğlu Əmrahla birlikdə iştirak etmişdir. Toy məclisi saat 13 radələrində başlanmış, toy məclisinin gedişi zamanı, saat 18 radələrində Yusifin kiçik qardaşı Yunusla Niyaməddin arasında ona məlum olmayan səbəbdən sözlə mübahisə yarandığını və onların toyxanadan çıxıb söhbət etmək üçün kənara getmələrini sonradan bilmiş, buna görə Yusiflə Əmrah arasında toyxanadan kənarda mübahisə yaranmış, əlbəyaxa olmuşlar, əlbəyaxa zamanı Əmrah Yusifi kənara itələdiyi üçün Yusifin sol qolu çəpərdə olan armatura dəymiş və xəsarət almışdır. Bütün bunları görməmiş, qardaşı hadisədən sonra ona məlumat vermişdir. Həmçinin göstərmişdir ki, 28 may 2023-cü il tarixdə, saat 18 radələrində Zenonu kəndində İsmayılın oğlu Hüseynin kiçik toy məclisində qardaşı Niyaməddin və əmisi oğlu Əmrahla birlikdə iştirak etmiş, toyxanada olduğu zaman toyxanadan bir neçə nəfərin kənara çıxdığını görüb özü də kənara çıxmış, görmüşdür ki, Yusif toyxanadan yuxarıdan hərəkət edib evlərinə tərəf gedir, sol qolundan qan axır, orada olanlardan hansı hadisənin baş verdiyini soruşmuş, ona «Yusif sizin əminiz oğlu Əmrahla dalaşdı, Əmrah onu itələdi çəpərə yıxıldı qolu çəpərə ilişdi» demişlər, onların mübahisə və dalaşmalarını görməmiş, hadisə yerində olmamış, Yusifə hər hansı bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ona qanunamüvafiq qaydada köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik rayonunun Zenonu kəndində yaşayır, rəsmi heç yerdə işləmir. Rayonun Ağ Qışlaq kənd sakinləri X3 və X2 tanyırır, əvvəllər aralarında ziddiyyət olmamışdır. Elməddin və Niyaməddinin Masallı şəhərində yaşayan əmisi Habilin oğlu Əmrah Zeynalovu əvvəllər tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Yalnız 28 may 2023-cü il tarixdə onunla dalaşmalarından sonra onu tanımışdır. 28 may 2023-cü il tarixdə həmkəndlisi Şahid4 oğlu Hüseynə kiçik toy etmişdir. Həmin toya dəvət olunduğuna görə toy məclisinə gələn qonaqlara xidmət göstərmiş, Ağ Qışlaq kənd sakini Elməddin, Niyaməddin və sonradan adını bildiyi Əmrah da həmin məclisdə iştirak etmişlər. 28 may 2023-cü il tarixdə, saat təxminən 18 radələrində çalğıçılar üçün çay aparmaq məqsədilə toyxanadan kənara çıxıb çay üçün gedərkən toyxananın arxasında dayanmış Elməddin, Niyaməddin və onların yanında dayanmış sonradan adını bildiyi Əmrah onu yanlarına çağırmışlar, onların yanına getməyərək samavara baxıb su qaynamadığına görə çay hazırlaya bilmədiyinə görə toyxanaya qayıtmış, toyxanada olduğu zaman Əmrah ona yaxınlaşaraq «bayıra çıx səninlə işimiz vardır» demiş, Əmrahın sözünə toyxanadan bayıra çıxıb bir qədər kənarda dayanmış Elməddinə yaxınlışaraq nə üçün onu çağırmalarını soruşmuş, Elməddin ona «Əmrah əmim oğludur, içki içib sərxoşdur ona əhəmiyyət vermə» dedikdən sonra toyxanaya qayıtmış, bundan təxminən 5-10 dəqiqədən sonra Əmrah yenidən toyxanaya gəlib ona yaxınlaşaraq ünvanına nalayiq söyüş söyüb qolundan tutub ona «bayıra çıx səninlə işim vardır» demiş, Əmrah qoluna girərək onu toyxanadan kənara çıxarıb təxminən 20-30 metr kənara aparmış, Əmrah qolundan tutub kənara apardığı zaman arxadan Elməddin və Niyaməddin də gəlmişlər, onlar da ona yaxın məsafədə ardınca hərəkət etmişlər. Əmrah qolundan tutub onu kənara aparanda Əmrahdan nə istədiyini soruşmuş, Əmrah ona «gəl səninlə işim vardır» deyərək bundan əlavə heç bir söz deməmiş və onu toyxananan 20-30 metr uzaqlaşdırdıqdan sonra qolunu buraxıb onu vurmaq üçün üzərinə gəlmiş, özü arxaya çəkilmiş, Əmrah orada olan lapatkanı əlinə götürüb qaldıraraq başına vurmaq üçün üzərinə gəlmiş, ondan uzaqlaşmaq və özünü qorumaq üçün arxaya çəkilmiş, lakin Əmrah üzərinə gəlmiş, məcbur olub özünü qorumaq üçün onunla əlbəyaxa olmuş, həmin anda Niyaməddin isə arxadan sağ ayağını tutub hərəkət etməsinə imkan verməyərək onu yerə yıxmaq istəmiş, arxaya dönmək istədiyi zaman Elməddin əlindəki bıçaqla sol qoluna zərbə vurmuş, bundan sonra onların əlindən buraxılıb qaçmaq istədiyi zaman Əmrah əlində lapatka onu qovmuş, həmin anda həmkəndlisi Şahid5 Əmraha yaxınlaşıb lapatkanı onun əlindən almış və bir neçə nəfər həmin yerə gəlmiş, özü Elməddini axtarmış, hadisə yerində görə bilməmiş, Niyaməddin və Əmrah hadisə yerində qalmışlar. Bununla da aralarındakı münaqişə başa çatmış, münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Elməddin, Niyaməddin və Əmrahdan başqa yanlarında heç kəs olmamışdır, Şahid5 onlardan təxminən 20 metr kənarda yerə oturmuş, telefonla danışmış, onların mübahisə və münaqişələrini görüb-görmədiyini bilməmiş, münaqişə zamanı toyxanada olan qonaqlardan yanlarına gələn olmamışdır. Münaqişə başa çatdıqdan sonra, yəni xəsarət almasını bilən xatırlamadığı bir neçə nəfər yanına gəlmiş, toy məclisi isə davam etmişdir. Hazırda təqsirləndirlən şəxsə barışmamışdır. Odur ki, təqsirləndirlən şəxsə qanunamüvafiq qaydada cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Lerik rayonunun Zenonu kəndində yaşayır, rayonun Ağ Qışlaq kənd sakinləri X3 və X2 tanyır, əvvəllər aralarında ziddiyyət olmamışdır. Elməddin və Niyaməddinin Masallı şəhərində yaşayan əmisi Habilin oğlu Əmrah Zeynalovu əvvəllər tanımamış, onunla heç bir əlqəsi olmamışdır. 28 may 2023-cü il tarixdə həmkəndlisi Şahid4 oğlu Hüseynə kiçik toy etmiş, saat 13 radələrində başlanan toy məclisində iştirak edərək saat 15 radələrində toydan çıxıb evinə gedərkən yolda Elməddin, qardaşı Niyaməddin və sonradan adını bildiyi Masallı şəhərində yaşayan əmisi oğlu Əmra arxadan ona yaxınlaşıb sözlə mübahisə edib dalaşmaq istəmişlər, onlara əhəmiyyət verməyib evinə, daha sonra qoyunları otarmaq üçün kəndin örüşünə getmiş, həmin gün saat 19 radələrində evə qayıtdıqda qardaşı Yusitfi toy yerində döyülməsini, atasının onu xəstəxanaya aparmasını eşitmiş, Yusif evə qayıtdıqdan sonra hansı hadisənin baş verdiyini ondan soruşmuş, Yusif ona «toyxanadan kənarda Əmrah, Elməddin və Niyaməddin onunla dalaşmışlar, Elməddin bıçaqla ona xəsarət yetirmişdir» demişdir. Sonradan bilmişdir ki, həimkəndlisi X4 hadisə yerindən qaçdığını görmüş və atasına məlumat vermiş, özü həmin hadisəni görməmiş və şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik rayonunun Zenonu kəndində yaşayır, Yusif və Yunus oğlanlarıdır, himayəsindədirlər, Şahid4 həmkəndlisdir, onu tanıyır, aralarında ziddiyyət olmamışdır. Ağ Qışlaq kənd sakini Namik Quliyevi, onun oğlanları Elməddin və Niyaməddini, Masallı şəhərində yaşayan Habil Quliyev və ailə üzvlərini tanıyır, aralarında düşmənçilik olmamışdır. Şahid4 28 may 2023cü il tarixdə oğluna kiçik toy etmiş, toy məclisini keçirmək üçün həyətində toyxana quraraq məclisi keçirmişdir. Məclisə dəvət olunmuş qonaqlara xidmət göstərmək üçün oğlu Yusifi dəvət etdiyinə görə Yusif həmin gün saat təxminən 09 radələrində İsmayılın evinə getmiş, toy məclisi saat 13-də başlanmış, oğlu Yunislə toya gəlib işirak etmiş və saat 14 radələrində yeməyi yeyib pulunu yazıb evinə getmiş, uşaqlara yemək bir qədər gec verildiyinə görə ondan təxminən 1 saat sonra oğlu Yunus evə gəlmiş və qoyunları otarmaq üçün kəndin örüş sahələrinə aparmış, həmin gün saat 18 radələrində evində olduğu zaman həmkəndlisi Qasımov Muqabil mobil telefonuna zəng edib «Yusifi bıçaqla vurublar vəziyyəti ağırdır» dedikdən dərhal sonra avtomobililə İsmayılın evinin həyətinə gəlmiş, İsmayılın evinin tinində Yusifi qolu 2-3 yerdən bağlanmış vəziyyətdə olduğuna baxmayaraq qan axdığını görmüş, ətrafında bir neçə nəfər toplaşmış, Yusifin qolundan qan axdığını görüb tam şoka düşüb hadisənin necə baş verdiyini soruşmayaraq dərhal Azərbaycan Respublikası DİN-nin «102» xidməti zəng mərkəzinə məlumat verib Yusifi Lerik RMX-na gətirmiş, ona tibbi yardım göstərilmiş, bundan sonra hadisənin necə baş verdiyini soruşmuş, Yusif ona demişdir ki, Habilin oğlu Əmrahla toyxananın arxasında mübahisələri olmış, həmin vaxt Elməddin arxadan bıçaqla ona zərbə vurub xəsarət yetirmişdir. Özü həmin hadisəni görməmişdir. Yusif Lerik RPŞ-də ərizə və izahat yazdığı zaman onun yanında olmamış, yazdığı ərizə və verdiyi izahatın məzmunu ilə tanış olmamış, Yusif ona Elməddinin bıçaqla onu vurduğunu demişdir. Əmrahın onu bıçaqla vurduğunu deməmiş, Əmrahın onunla əlbəyaxı olduğunu, lapataka ilə vurmaq üçün üzərinə hücum etməsini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Lerik rayonunun Zenonu kəndində yaşayır, heç yerdə işləmir. Oktay, Yusif, Yunus və İsmayıl həmkəndliləridir. Lerik rayon Ağ Qışlaq kənd sakinləri Namiq, oğlanları Elməddin və Niyaməddini tanıyır, onlarla ziddiyyəti olmamışdır. Namiqin Masallı şəhərində yaşayan qardaşı Habilin adını eşitmiş, lakin onu və ailə üzvlərini tanımır. Şahid4 28 may 2023-cü il tarixdə oğluna kiçik toy etmişdir. Toy məclisinə dəvət etdiyi qonaqlara xidmət göstərmək üçün onu da dəvət etdiyindən 28 may 2023-cü il tarixdə səhər saat 09 radələrində İsmayılın evinə gedərək toy məclisinə gələn qonaqlara xidmət göstərib xorək və çay paylamış, məclisə gəlib-gedən qonaqlara xidmət edib stolların üstünü təmizləyib saat təxminən 16 radələrində məclisdə işləyənlərlə birlikdə oturub xörək yediyi zaman bir neçə nəfərin evin arxasına qaçdığını görüb şübhələnərək toyxanadan kənara çıxıb Oktayın oğlu Yusifin toyxanadan arxa tərəfdə yuxarıda durduğunu görmüş, onun kiminləsə mübahisə etdiyini eşitmiş, hər hansı bir dalaşma hadisəsini görməyib toyxanaya qayıtmış, toy məclisi pozulmamış, bundan təxminən 2 saat sonra toy yerində xatırlamadığı şəxsdən eşitmişdir ki, Oktayın oğlu Yusifi döyüblər qolu zədələnib onu xəstəxanaya aparıblar. Yusifin kim tərəfindən döyülməsini və yaxud da nə ilə vurluduğunu görməmişdir. 28 may 2023-cü il tarixdə İsmayılın oğlunun toy məclisinin gedişi zamanı, saat 18 radələrində toyxanada olduğu zaman evin arxasına qaçanlar görüb özü də toyxanadan kənara çıxmış həmin vaxt heç bir dalaşma hadisəsini görməmiş, Yusifi isə toyxananın arxasında bir qədər uzaqda görmüş, onun döyülməsini və yaxud da zədəli olduğunu bilməmiş, təkrar toyxanaya qayıtmış, Yusifin döylməsini Əmrah adlı şəxsin lapatka ilə üzərinə hücum etməsini görməmiş, Əmrahın əlindən lapatkanı almamışdır. Cinayət işinin materiallarında olan Şahid3 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Lerik rayonunun Zenonu kəndində yaşayır, 28 may 2023-cü il tarixdə həmkəndlisi Şahid4 oğluna kiçik toy etmiş, həmin məclisə dəvət olunduğuna görə saat 09-dan saat 22 radələrinə kimi həmin toy məclisində iştirak etmiş və toy sahibinə köməklik etmiş, toy məclisinin gedişi zamanı saat təxminən 18 radələrində evinə getmiş daha sonra İsmayılın evinə toy yerinə qayıdarkən İsmayılın həyətinə çatmamış Ağ Qışlaq kənd sakini Elməddinin toy yerindən uzaqlaşıb yola tərəf qaçdığını, İsmayılın evinin arxasında bir neçə nəfərin toplaşdığını görüb hansı hadisənin baş verdiyini bilmək üçün həmin yerə gəlmiş, həmkəndlisi Şahid5 toy məclisində iştirak etmiş Əmrah adlı şəxsdən lapatkanı aldığını, digər həmkəndlisi Yusifin sol qolundan qan axdığı görərək Zərərçəkmiş şəxs hansı hadisənin baş verdiyini soruşmuş, sonuncu ona Elməddinin bıçaqla ona xəsarət yetirdiyini demiş, Yusifin qolunu bağlamış, orada olan xatırlamadığı 2-3 nəfərdən hadisə ilə bağlı Yusifin atasına xəbər verib-vermədiyini soruşmuş. verilmədiyini bilərək dərhal Yusifin atası Oktaya zəng edib hadisə barədə məlumat vermişdir. Buna baxmayaraq toy məclisi pozulmamış və sonacan davam etmişdir. Cinayət işinin materiallarında olan Şahid4 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Lerik rayonunun Zenonu kəndində yaşayır, Şahid2 qohumudur, onu və oğlanları Yusif, eləcədə Yunusu həmçinin digər ailə üzvlərini tanıyıram, aramızda düşmənçilik və ziddiyyət olmamışdır. Ağ Qışlaq kənd sakini Namiq və ailə üzvlərini, həmçinin onun qardaşı Masallı şəhərində yaşayan Habili tanıyır, aralarında ziddiyyət olmamışdır. Yaşadığı evin həyətində toyxana qurub 28 may 2023-cü il tarixdə oğlu Hüseyinə kiçik toy etmiş, toy məclisində iştirak etmək üçün qohumlar və kənd sakinlərini, həimçinin ətraf kəndlərdə yaşayanları dəvət etmiş, toy məclisinə gələn qonaqlara xidmət göstərmək üçün kənd sakinlərindən əsasən cavan uşaqları, o, cümlədən Yusifi qabaqcadan dəvət etmiş, toy məclisi 28 may 2023-cü il tarixdə, saat 13-də başlanaraq axarı ilə davam etmiş, Yusif də gələn qonaqlara xidmət göstərib xörək və çay paylamış, Namiq Quliyevin oğlanları Elməddin və Niyaməddin, həmçinin Habilin oğlu Əmrah da toy məclisində iştirak etmişlər. Toy məclisinin gedişi zamanı saat təxminən 18 radələrində rəqs etdiyi zaman xatırlamadığı şəxs ona yaxınlaşıb həyətinizdə dalaşırlar demiş, toyxanadan kənara çıxaraq qonşusu Həsənağanın evinin aşağısından çəpərin kənarından Yusif həyətinə tərəf gəldiyini görüb ona yaxınlaşan zaman sol qolundan qan axdığını görüb səhətilə əlaqədar onun yanında qala bilməyib uzaqlaşmış, onun yanına gələnlərdən kimsə onun yarasını bağlamış, bundan sonra hansı hadisənin baş verdiyini bilməmiş, Yusifin kim və yaxud da kimlər tərəfindən vurluduğunu görməmiş, təsvir etdiyi hadisə baş verdiyi zaman toy məclisi pozulmamış, həmin hadisə ilə bağlı ona maddi, mənəvi və fiziki ziyan vurulmamışdır. Hər hansı bir şəxsdən şikayət və tələbi yoxdur. Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin 31 may 2023-cü il tarixli 43 saylı rəyindən görünür ki, 31 may 2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş Zərərçəkmiş şəxs bədəni üzərində -sol said nahiyəsində kəsilmiş yara və sıyrıq-cızıq aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddət və şəraitdə, yəni 28 may 2023-cü il tarixdə bıçaqla sol said nahiyəsinə vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddə ilə təqsiri bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək məhkəmədə Zərərçəkmiş şəxs xəsarət yetirməməsi barədə verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkmədə təqdiq edilmiş zərərçəkmiş şəxsin və şahid ifadəsi, istintaq hərəkəti protokolları, ekspert rəyi, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindyi maddənin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Lerik Rayon İcra və probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə yetməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar