Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-57/2024 30.10.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Lerik rayonu, Divağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Lerik rayonu, Divağac kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdə, saat 21 radələrində həyat yoldaşı Şahid sonuncunun mərhum dayısı Nail Mövlanovun yas mərasiminə aparmaq məqsədilə Lerik şəhəri, Ərdəbil küçəsində yaşadığı ünvana gələrək Şahid onunla birlikdə getməsini tələb etmiş, sonuncu buna etiraz etdikdə Təqsirləndirilən şəxs Şahid sağ qolundan əlləri ilə tutub fiziki zor tətbiq edib X2 idarə etdiyi “Vaz 2107” minik markalı avtomobilə əyləşdirmiş, Şahid avtomobildə olarkən anası Zərərçəkmiş şəxs onun Təqsirləndirilən şəxs ilə birlikdə getməsinə etiraz etmiş, Şahid Təqsirləndirilən şəxs anasını sakitləşdirib geri qayıdacağını deyərək avtomobildən düşüb anası Zərərçəkmiş şəxs yanına getmiş, Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs Şahid icazə vermək istəməməsinin səbəbini soruşmuş, buna görə tərəflər arasında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs yerdən daş götürərək qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə vurması nəticəsində sonuncuya alın nahiyəsindəki yumşaq toxumaların əzilməsi - hematoması ilə nəticələnən və dərcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid onun həyat yoldaşı, Zərərçəkmiş şəxs isə qaynanasıdır. Təxminən 1 ay bundan əvvəl Şahid ilə yaşadığı evdə arasında ailədaxili münasibətlər zəmnində mübahisələri olmuş, Nuranə küsüb oğlu Yusif ilə birlikdə anası Aynagilin Lerik şəhərində yaşadığı evə getmişdir. Nuranədən bir neçə dəfə oğlu ilə evə qayıtmasını xahiş etsə də, Nuranə evə qayıtmamışdır. Belə ki, 11 iyul 2024-cü il tarixdə, günorta saatlarında Nuranə istifadəsində olan mobil telefonu ilə ona zəng edərək vəfat etmiş dayısının yas mərasiminə onu aparmağını xahiş etmişdir. O, Lənkəran şəhərində fəhlə işlədiyindən gündüz vaxtı işdən çıxıb gedə bilməmiş, ona görə yas yerinə axşam getmək qərarına gəlmişlər. O, həmin gün saat 21 radələrində Lənkəran şəhərindən “4 yol” adlanan ərazidə taksi sifariş etmiş və Etibar adlı şəxsin idarə etdiyi “Vaz 2107” markalı avtomobil ilə Lerik şəhərinə Aynanın yaşadığı evə gəlmiş, evin qapısını döymüş, Nuranə qapını açmış, onunla yas mərasiminə getməyini xahiş etmiş, lakin Ayna Nuranənin onunla gəlməsinə etiraz etmiş, o Nuranənin sağ qolundan əlləri ilə tutmuş və qucağına götürüb avtomobilə əyləşdirmiş, Nuranə ona anasını sakitləşdirib qayıdacağını demiş və anasının yanına getmişdir. O, da Nuranənin arxası ilə Aynaya yaxınlaşmış və ondan Nuranənin onunla gəlməsinə etiraz etməsinin səbəbini soruşmuşdur. Ayna ona “Nuranə səninlə gedə bilməz” demiş, bu zaman Ayna ilə onun arasında mübahisə yaranmış, mübahisə zamanı Aynanın sağ çiyin nahiyəsindən əli ilə itələmiş, əsəbləşib yerdən kiçik ölçülü daş parçası götürüb onun başına vurmuş, Ayna üzü üstə yerə yıxılmışdır. Onlar Aynanı ayağa qaldırmışlar, daha sonra o, hadisə yerini tərk etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir, o qızı Şahid ilə 2012-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 1 övladları vardır. Təqsirləndirilən şəxslə onun qızı arasında əvvəllər dəfələrlə ailə münasibətləri zəmnində mübahisələri olmuşdur. Sonuncu dəfə 25 iyun 2024-cü il tarixdə Nuranə ilə Ramil arasında ailədaxili münasibətlər zəmnində mübahisə olduğundan Nuranə yaşadığı evi tərk etmiş və Lerik şəhərinə gələrək onlarla birlikdə yaşayır. Belə ki, 11 iyul 2024-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən onun yaşadığı evə gəlib evin qapısını döymüş, evin qapısını Nuranə açmış, Ramil Nuranəyə “gəl dayının yasına gedək” demiş, Nuranə Ramilə etiraz etmiş, bu an Ramil Nuranənin sağ qolundan tutmuş, özü ilə çəkərək aparmış, Nuranəni yer ilə sürümüş, Nuranə buna etiraz etmişdir. Nuranə Ramilin əlindən xilas olmağa çalışımış, lakin Ramil ona əhəmiyyət verməmişdir. O, Ramildən Nuranəni hara aparmasını soruşmuş, X6 “ölmüş qardaşının yas mərasiminə aparıram” demiş, o və Nuranə buna etiraz etmişlər. X7 gəldiyi taksiyə əyləşdirmiş, o taksiyə yaxınlaşmış, Ramil taksidən düşüb onunla mübahisə etmiş, yerdən kiçik ölçülü daş parçası götürüb onun başına vurmuş, o huşunu qismən itirmiş, Ramil sonra onu itələmiş, o üzü üstə yerə yıxılmışdır. Nuranə və adını bilmədiyi taksi şoferi ona yaxınlaşaraq onu yerdən qaldırmışlar, daha sonra adını bilmədiyi taksi sürücüsü oranı tərk etmişdir. Onun halı olmadığı üçün yerdə əyləşmiş, daha sonra Lerik RMX-na müraciət etmiş, müayinə olduqdan sonra evə gəlmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş tam ziyan ödənilmişdir. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, onunla 2012-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 1 övladları vardır. Ramil ilə arasında əvvəllər dəfələrlə ailə münasibətləri zəmnində mübahisələri olmuşdur. Sonuncu dəfə 25 iyun 2024-cü il tarixdə Ramil ilə arasında ailədaxili münasibətlər zəmnində mübahisə olduğundan o, Lerik şəhərinə anası Aynanın yaşadığı evə gələrək onunla yaşamağa başlamışdır. Belə ki, 11 iyul 2024-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs ünvan 2-də yerləşən yaşadığı evə gəlib evin qapısını döymüş, evin qapısını o açmış, Ramil ona “gəl dayının yasına gedək” demiş, o etiraz etmiş, bu an Ramil onun sağ qolundan tutmuş, özü ilə çəkərək aparmış, onu yer ilə sürümüş, o buna etiraz etmiş, Ramilin əlindən xilas olmağa çalmış, lakin Ramil ona əhəmiyyət verməmişdir. X4 hara aparmasını soruşmuş, o anasına “Nuranəni ölmüş qardaşının yas mərasiminə aparıram” demişdir. O və anası Ramilə etiraz etmişlər, lakin Ramil onu gəldiyi taksiyə əyləşdirmişdir. Bundan sonra anası taksiyə yaxınlaşmış, Ramil taksidən düşüb anası ilə mübahisə etmiş, daha sonra yerdən kiçik ölçülü daş parçası götürüb anasının başına vurmuş, anası huşunu qismən itirmiş, Ramil sonra onu itələmiş, anası üzü üstə yerə yıxılmış, o və adını bilmədiyi taksi şoferi anasına yaxınlaşaraq yerdən qalıdırmışlar. Daha sonra Lerik RMX-na müraciət etmişlər, müayinə olduqdan sonra evə gəlmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Lənkəran MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 51 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - alın nahiyəsindəki yumşaq toxumaların əzilməsi - hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Cinayət işinə xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73- 1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunandan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-57/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-57/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver