Məhkəmə qərarları › İş №1(048)-58/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-58/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-58/2023 15.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, üç azyaşlı uşağı olan, işləməyən, Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında qeydiyyatsız yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin oktyabr ayının əvvəllərində Lerik rayonunun Çayrud kənd sakini Zərərçəkmiş şəxs qabaqcadan aldadıb onun etibarından sui-istifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə özünə inam yaradacaq məzmunda söhbətlər apardıqdan sonra sonuncunun oğlu Şahid2 xəstəliklə bağlı pensiya təyin etdirəcəyi barədə yalandan vəd etməklə Zərərçəkmiş şəxs inam və etibarını qazanaraq bunun müqabilində ondan 7000 manat pul istəmiş, Zərərçəkmiş şəxs 02 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən Elmi X1rşısında 3700 manatını əlbəəl alıb ələ keçirmiş, bundan sonra Zərərçəkmiş şəxs 04 oktyabr 2022-ci il tarixdə, saat 14:45-də Lerik şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Oba-3” marketdə quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsilə ona məxsus, son 8 rəqəmi 65723235 olan kart hesabına köçürdüyü 3300 manatı ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 7000 (yeddi min) manat məbləğində pulu vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs 7000 (yeddi min) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Çayrud kənd sakini Zərərçəkmiş şəxs tanıyır. 02 oktyabr 2022-ci ildə Bakı şəhəri, Nizami rayonunda yerləşən X7 Xəstəlikləri İnstitutuna getmiş, orada girişdə olduğu zaman bir nəfər şəxsin yanında uşaqla dayandığını görmüşdür. Zərərçəkmiş şəxs yaxınlaşıb barəsində maraqlanmış, Zərərçəkmiş şəxs həkim olduğunu, həmçinin güclü əlaqələrinin olduğunu sonuncunun oğluna əlilliklə bağlı pensiya təyin etdirə biləcəyini demişdir. Zərərçəkmiş şəxs ona oğluna pensiya düzəltmək istədiyini demiş, Zərərçəkmiş şəxs işinin həll olunması müqabilində 7000 manat pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış, Zərərçəkmiş şəxs özünə inandırdığına görə ona üzərində olan 3700 manat pulu xəstəxananın qarşısında əlbəəl vermişdir. Daha sonra Zərərçəkmiş şəxs işin həll olunacağını, bundan sonra qalan pulu da verəcəyini bildirmişdir. Oradan sağollaşıb ayrılmış, təxminən 2 gün sonra Zərərçəkmiş şəxs zəng edib pulu təcili olaraq göndərməli olduğunu, işin alınacağını demişdir. Daha sonra adına olan Leo Banka məxsus kartın fotoşəklini Zərərçəkmiş şəxs göndərib pulu həmin karta atmasını istəmişdir. xx.xx.2023-cü il tarixdə, saat 14:45-də Zərərçəkmiş şəxs adına olan kart hesabına qalan 3300 manatı da göndərmişdir. Pul kart hesabına gəldikdən sonra zəng edib pulun köçürüldüyünü deyərək Zərərçəkmiş şəxs “narahat olma, hər şey qaydasındadır, uşağa əlillik təyin olunacaq” demişdir. Sonrakı günlərdə Zərərçəkmiş şəxs onunla əlaqə saxlamış və Zərərçəkmiş şəxs “narahat olma, düzələcək, həll olacaq” və s. bu kimi sözlər demişdir. Zərərçəkmiş şəxs aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs onu aldatdığını başa düşüb onu polisə şikayət edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs yubadaraq şikayət etməməsini, pulunu qaytaracağını bildirib sonuncunu bir qədər yubatmışdır. Həmin dövr ərzində də dələduzluq yolu ilə ələ keçirdiyi 7000 manat puldan 5900 manatını hissə-hissə qaytarmış, yerdə qalan 1100 manat pulu da geri qaytaracaq. Əməlindən peşimandır, bununla bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslə əvvəllər heç bir narazılıq və ziddiyyəti olmamışdır. Zərərçəkmiş şəxs 7000 manat pulu dələduzluq yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin puldan heç kəsə hər hansı məbləğdə pulu verməmişdir. Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və iddia tələbi yoxdur. Himayəsində 3 azyaşlı uşağı vardır. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. Oğlu Şahid2 ağ ciyərlə bağlı xəstəlik olduğundan onu 02 oktyabr 2022-ci ildə müayinə və müalicə olunmasından ötrü Bakı şəhəri, Nizami rayonunda yerləşən X7 Xəstəlikləri İnstitutuna aparmışdır. Oğlunu müayinə etdirərkən orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Oğlu barəsində maraqlandıqda özünün Gəncə şəhərindən olduğunu, X7 Xəstəlikləri İnstitutunda işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs oğlu Şahid2 əlilliklə bağlı pensiya təyin etdirə biləcəyini demişdir. Təqsirləndirilən şəxs bunun müqabilində 7000 manat pul istəmiş, Təqsirləndirilən şəxs vədlərinə inanıb ona İnstitutun qarşısında 3700 manat pulu əlbəəl vermişdir. Təqsirləndirilən şəxs işin həll olunacağını, bundan sonra qalan pulu da verəcəyini bildirmiş, orada Təranə ilə sağollaşıb Lerik rayonuna qayıtmışdır. Evə qayıtdıqdan 2 gün sonra Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə zəng edib pulu təcili olaraq göndərməli olduğunu, işinin alınacağını demişdir. Daha sonra adına olan Leo Banka məxsus kartın fotoşəklini göndərmişdir. Pulu həmin karta göndərməyini istəmiş, buna görə də xx.xx.2023-cü il tarixdə, saat 14:45-də Lerik şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Oba-3” marketdə quraşdırılmış MilliÖn ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus, son 8 rəqəmi 65723235 olan kart hesabına 3300 manat pulu göndərmişdir. Pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs özü zəng edib pulun köçürüldüyünü demiş, ona “narahat olma, hər şey qaydasındadır, uşağa əlillik təyin olunacaq” demişdir. Bundan sonrakı aylarda onunla mütəmadi əlaqə saxlamışdır. Təranə ona “narahat olma, düzələcək, həll olacaq” və s. bu kimi sözlər deyib onu yubatmışdır. Aradan uzun müddət keçdikdən sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib onu aldadaraq 7000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs ona cinayət nəticəsində vurmuş olduğu ziyanı hazırda tam olaraq ödəmişdir. Təqsirləndirlən şəxsədən heç bir şikayət və iddia tələbi yoxdur. Odur ki, təqsirləndirlən şəxsə qanunamüvafiq qaydada köməklik edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik rayonunun Çayrud kəndində daimi qeydiyyatda olmaqla orada yaşayır. Tovuz rayonunun Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. Ağ ciyərlərində xəstəlik olduğundan atası Zərərçəkmiş şəxs 02 oktyabr 2022-ci ildə Bakı şəhərinə müayinə və müalicə olunmasından ötrü aparmışdır. Atası onu Bakı şəhəri, Nizami rayonunda yerləşən X7 Xəstəlikləri İnstitutuna aparmışdır. Xəstəxananın qarşısında olarkən atası orada sonradan bildiyi Təranə adlı qadınla tanış olmuşdur. Atası ilə xəstəliyi barədə danışıb onu pensiyaya çıxaracağını demişdir. Təqsirləndirilən şəxs ona əlilliklə bağlı pensiya təyin etdirə biləcəyini demiş və bunun müqabilində atasından 7000 manat pul istəmişdir. Atası Təqsirləndirilən şəxs inanıb ona xəstəxananın qarşısında 3700 manat pulu əlbəəl vermişdir. Təqsirləndirilən şəxs işin həll olunacağını, bundan sonra qalan pulu da verəcəyini bildirmişdir. Oradan Lerik rayonuna qayıtmışlar. Bir neçə gün sonra atası Lerik şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Oba-3” marketdə quraşdırılmış MilliÖn ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus kart hesabına 3300 manat pul göndərmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs atası ilə danışıb onu həkim komissiyasından keçirmək üçün X7 Xəstəlikləri İnstitutuna aparmasını istəmişdir. Buna görə də atası ilə birlikdə həmin yerə getmişlər. Ora çatdıqda atası Təqsirləndirilən şəxs ilə telefonla əlaqə saxlasa da sonuncu cavab verməmiş və aldadıldıqlarını başa düşmüşlər. Buna görə də atası hadisə barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq ümumilikdə 7000 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş ********** nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:45:49 saniyədə Təqsirləndirilən şəxs adına olan “Leobank” a məxsus karta 3300 manat pul köçürülmüşdür. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil abunə nömrələri ilə 01 oktyabr 2022-ci il tarixdən 22 may 2023-cü il tarixədək olan müddət ərzində hansı ötürücü stansiyaların əhatə dairəsində aparılan danışıqların, daxil olan və çıxan zənglərin, həmçinin SMS-lər Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən müvafiq qaydada götürülmüş, telefon danışıqlarının ələ keçirilməsi ilə əlaqədar istintaqa daxil olmuş diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil abunə nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil abunə nömrəsi arasında ümumilikdə 2 saat 12 dəqiqə 28 saniyə müddətində ümumilikdə 628 zəng qeydə alınmış, həmin zənglərdən 490 zəng Zərərçəkmiş şəxs tərəfindən, 138 zəng isə Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Bundan başqa telefon danışıqlarının ələ keçirilməsi ilə əlaqədar istintaqa daxil olmuş diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal, həmçinin qeyd olunan nömrələrlə daxil olan və çıxan SMS mətnləri aşkar olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Tovuz rayon İHB-nın Quşçu kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Himayəsində 3 azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəmiş, təqsirləndirlən şəxslə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Lakin Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına Tovuz Rayon Polis X5 xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə xitam verilmiş və o Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin maddənin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışsalarda CM-in 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs cinayət məsuliyyətindən bir dəfə azad edilə bildiyindən cinayət işi üzrə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 73-1.2-ci maddəsi tətbiq edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən 3 azyaşlıı uşağının olması CMin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini CM-nın 59.1.13-cü, təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının «Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.» tövsiyyəsini də nəzərə alır. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş əməlin xarakterini, onun təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda təyin ediləcək cəzanın ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə, saat 19:32-də Gəncə şəhərində tutularaq xx.xx.2023-cü il tarixdə, saat 10:10-dək Lerik RPŞ-nin MSY-də saxlanılmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil abunə nömrələri ilə 01 oktyabr 2022-ci il tarixdən 22 may 2023-cü il tarixədək olan müddətdə hansı ötürücü stansiyaların əhatə dairəsində aparılan danışıqlar, daxil olan və çıxan zənglər, SMS-lər, eləcə də həmin mobil telefon sahiblərinin anket məlumatları özündə əks etdirən maddi sübut kimi tanınmış 1 ədəd CD disk və 01 ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdən 29 avqust 2023-cü il tarixədək tutularaq saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 3500 (üç min, beş yüz) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil abunə nömrələri ilə 01 oktyabr 2022-ci il tarixdən 22 may 2023-cü il tarixədək olan müddətdə hansı ötürücü stansiyaların əhatə dairəsində aparılan danışıqlar, daxil olan və çıxan zənglər, SMS-lər, eləcə də həmin mobil telefon sahiblərinin anket məlumatları özündə əks etdirən maddi sübut kimi tanınmış 1 ədəd CD disk və 01 ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Gəncə şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərclərini olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar