Məhkəmə qərarları › İş №1(048)-58/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-58/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-58/2024 25.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxx 1959-cu ildə Lerik rayonunun Barzavu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkumluğu olmayan, Lerik rayonunun Barzavu kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan ümumilikdə təmiz çəkisi -108,726 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib Lerik rayonunun Barzavu kəndində yerləşən yaşadığı evə daşıdıqdan sonra həmin narkotik vasitəni istifadə etmək məqsədilə bükümlərə ayırıb ayrı-ayrılıqda Barzavu kəndində yaşadığı evin yataq otağının pəncərəsinin önündə 01 ədəd “sobranie” markalı siqaret qutusunun içərisində təmiz çəkisi -5,147 qram, qonaq otağının pəncərəsinin önündə 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,196 qram, evin təmirsiz otağında döşəmənin üzərində 01 ədəd şəfaf sellofan bükümdə təmiz çəkisi -7,676 qram və həmin otağın pəncərəsinin önündə 01 ədəd qutunun içərisində 01 ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi -85,990 qram, evin mətbəx otağının pəncərəsinin önündə isə 01 ədəd şüşə qabın içərisində 07 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,233 qr, -0,182 qr, -0,309 qr, -0,301 qr, -0,283 qr, 0,191 qr, 0,218 qram olmaqla ümumi təmiz çəkisi -1,717 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlamış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 27 avqust 2024-cü il tarixdə, saat 15:17-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun Barzavu kəndində yaşadığı evin yataq otağının pəncərəsinin önündə 01 ədəd “sobranie” markalı siqaret qutusunun içərisində təmiz çəkisi -5,147 qram, qonaq otağının pəncərəsinin önündə 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,196 qram, evin təmirsiz otağında döşəmənin üzərində 01 ədəd şəfaf sellofan bükümdə təmiz çəkisi -7,676 qram və həmin otağın pəncərəsinin önündə 01 ədəd qutunun içərisində 01 ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi -85,990 qram, evin mətbəx otağının pəncərəsinin önündə isə 01 ədəd şüşə qabın içərisində 07 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,233 qr, -0,182 qr, -0,309 qr, -0,301 qr, -0,283 qr, 0,191 qr, 0,218 qram olmaqla ümumi təmiz çəkisi -1,717 qram olan narkotik vasitə qurudulmuş marixuana marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Barzavu kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə orada yaşayır. Lerik rayonunun Barzavu kəndində evində aşkar olunmuş narkotik vasitə olan marixuanaları təxminən tutulmamışdan 1 həftə əvvəl Barzavu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yabanı halda bitmiş 01 ədəd çətənə bitkisi kolunun yarpaqlarından dərərək şəxsi istifadəsi üçün qurutmuş və rahat istifadə etməyi üçün bükümlərdə saxlamışdır. 27 avqust 2024-cü il tarixdə, saat 15 radələrində Lerik rayonu Barzavu kəndində yerləşən yaşadığı evə adlarını bilmədiyi mülki geyimli polis əməkdaşları gələrək özlərini ona təqdim etmişlər. Onun narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu bildirərək, evində Lerik rayon məhkəməsinin qərarı əsasında axtarış və baxış keçirəcəklərini bildirmişlər. Həmin şəxslər ona yaşadığı evdə, həyətyanı sahəsində və oradakı yarımtikililərdə narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra onun razılığı və iştirakı ilə evinə, həyətyanı sahəsinə və oradakı yarımtikililərə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin yataq otağının pəncərəsinin önündə 01 ədəd “sobranie” markalı siqaret qutusunun içərisində, qonaq otağının pəncərəsinin önündə 01 ədəd şəffaf sellofan bükümdə, evin təmirsiz otağında döşəmənin üzərində 01 ədəd şəffaf sellofan bükümdə və həmin otağın pəncərəsinin önündə 01 ədəd qutunun içərisində 01 ədəd şəffaf sellofan bağlamada, evin mətbəx otağının pəncərəsinin önündə isə 01 ədəd şüşə qabın içərisində 07 ədəd kağız bükümdə narkotik vasitə olan marixuanaları polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlələr ayrı-ayrılıqda qablaşdırılmış, narkotik vasitətəyə oxşar kütlələr tərəzidə çəkilmiş, o və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefonu və narkotik vasitələr götürülmüşdür. Evində aşkar olumuş narkotik vasitənin qurudulmuş marixuana olmasını, həmin kütlələri həyətyanı sahəsində yabanı halda bitmiş 01 ədəd çətənə bitkisi kolunun yarpaqlarını dərib qurudaraq hazırladığını bildirmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməyib, bədəni üzərində heç bir xəsarəti yoxdur. Narkotik vasitələri istifadə etmək məqsədilə həyətyanı sahəsində yabanı halda bitmiş 01 ədəd çətənə bitkisi kolunun yarpaqlarını dərib qurudaraq hazırlamışdır. Daha sonra polis əməkdaşları onu Lerik RPŞna aparmışlar. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Ona qarşı heç kim zor tətbiq etməyib, heç kim ona hədə-qorxu gəlməyib, bədəni üzərində heç bir xəsarəti yoxdur. Bu barədə heç kimdən şikayət və tələbi yoxdur. Evində aşkar olunann narkotik vasitə marixuanaları Lerik rayonunun Barzavu kəndində yaşadığı evin həyətində yabanı halda bitmiş 01 ədəd çətənə kolundan hazırlayaraq istifadə etmək məqsədilə saxlamışdır. Həmin narkotik vasitələri Lənkəran şəhərində tanımadığı və xatırlamadığı şəxslərdən ayrı-ayrı vaxtlarda, həmçinin ayrı-ayrı yerlərdə əldə etmişdir. Narkotik vasitəni əldə etdiyi şəxsi tanımır. Həmçinin həmin şəxsin adını və soyadını bilmir. Evində aşkar edilmiş narkotik vasitəni istifadə etmək məqsədilə əldə etmişdir. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təsadüf hallarda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Hazırda əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir. İnsult xəstəsidir. Məhkəmədən yaşlı və xəstə olmasını, nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Lerik RPŞ-in CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik rayonunun Barzavu kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aramda düşmənçilik və ziddiyyət olmamışdır. 25 avqust 2024-cü il tarixdə Lerik rayonunun Barzavu kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evində, həyətyanı sahəsində həmçinin yarımtikililərdə həyətyanı torpaq sahəsində narkotik tərkibli əkib-becərməsi və saxlaması barədə etibarlı mənbədən ona məlumat verilmişdir. Həmin məlumat tərəfindən yoxlanılmış və Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs Lerik rayonunun Barzavu kəndində yerləşən yaşadığı evinə, eləcə də evinin həyətindəki yardımçı tikililərə və həyətyanı sahəsinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirləri keçirilməsi icazəsinin alınması üçün Lerik rayon prokuroruna vəsatət verilmiş, vəsatət təmin edilərək Lerik rayon məhkəməsinə təqdimat verilmiş, Lerik rayon məhkəməsi 26 avqust 2024-cü il tarixli qərarı ilə Lerik rayon prokuroru Akif Rzayevin təqdimatını təmin etmiş, 27 avqust 2024-cü il tarixdə ondan, Lerik RPŞ-in CAB-ın rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 və əməliyat müvəkkili Şahid2 ibarət qrup yaradılmışdır. 27 avqust 2024-cü il tarixdə, saat 15 radələrində Lerik RPŞ-in CAB-ın rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 və əməliyat müvəkkili Şahid2 ilə Lerik rayonunun Barzavu kəndinə getmişlər. Fərid Şükurov bu barədə Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə Barzavu kəndində yaşadığı evinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin yataq otağının pəncərəsinin önündə 01 ədəd “sobranie” markalı siqaret qutusunun içərisində, qonaq otağının pəncərəsinin önündə 01 ədəd şəffaf sellofan bükümdə, evin təmirsiz otağında döşəmənin üzərində 01 ədəd şəfaf sellofan bükümdə və həmin otağın pəncərəsinin önündə 01 ədəd qutunun içərisində 01 ədəd şəffaf sellofan bağlamada, evin mətbəx otağının pəncərəsinin önündə isə 01 ədəd şüşə qabın içərisində 07 ədəd kağız bükümdə narkotik vasitə olan marixuanaları aşkar olunmuşdur. Bundan başqa hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Narkotik vasitəyə oxşar kütlələr götürülərək qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib edilmiş və tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs Lerik rayon polis şöbəsinə gətirmişlər, bununla bağlı şöbə rəhbərliyinə raportla müraciət etmişlər, həmin raportun icrası Lerik RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Salman Əhmədova həvalə olunmuşdur. Salman Əhmədovun xidməti otağında Təqsirləndirilən şəxs evində aşkar olunan narkotik vasitəyə oxşar kütlələri təhqiqatçı Salman Əhmədova təqdim etmiş, narkotik vasitəyə oxşar kütlələrə baxış keçirlilərək qablaşdırılmış, protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən edə bilməmişdir. Təqsirləndirilən şəxs evində aşkar edilmiş narkotik vasitə marixuananı kimdən, hansı mənbədən əldə etməsini bilmir. Təqsirləndirilən şəxs narkotik vasitə satmaqla məşğul olmasını bilmir. Onun hansı bir istehlakçı ilə qabaqcadan razılığın müəyyən edilməsi barədə ona heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş 26 avqust 2024-cü il tarixdə Lerik RPŞ-nin CAB-ın rəisi VMİE, polis mayoru Şahid1 tərəfindən tərtib olunmuş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Lerik rayonunun Barzavu kəndində yaşadığı evin yataq otağının pəncərəsinin önündə 01 ədəd “sobranie” markalı siqaret qutusunun içərisində, qonaq otağının pəncərəsinin önündə 01 ədəd şəffaf sellofan bükümdə, evin təmirsiz otağında döşəmənin üzərində 01 ədəd şəfaf sellofan bükümdə və həmin otağın pəncərəsinin önündə 01 ədəd qutunun içərisində 01 ədəd şəffaf sellofan bağlamada, evin mətbəx otağının pəncərəsinin önündə isə 01 ədəd şüşə qabın içərisində 07 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək müvafiq qaydada götürülmüş və qablaşdırılmışdır. Baxış videoçəkiliş ilə aparılaraq protokola əlavə edilmişdir Cinayət işinə əlavə edilmiş 26 avqust 2024-cü il tarixdə Lerik RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Salman Əhmədov tərəfindən tərtib olunmuş protokoldan görünür ki, Lerik RPŞ-nin CAB-ın rəisi VMİE, polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs Lerik rayonunun Barzavu kəndində yaşadığı evindən götürülmüş narkotik vasitəyə oxşar kütlələrə baxış keçirilrək qablaşdırılmışdır. Baxış videoçəkiliş ilə aparılaraq protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 28 avqust 2024-cü il tarixli, 19/626 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Barzavu kəndində yaşadığı evindən götürülmüş yaşadığı evin yataq otağının pəncərəsinin önündə 01 ədəd “sobranie” markalı siqaret qutusunun içərisində təmiz çəkisi -5,147 qram, qonaq otağının pəncərəsinin önündə 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,196 qram, evin təmirsiz otağında döşəmənin üzərində 01 ədəd şəfaf sellofan bükümdə təmiz çəkisi -7,676 qram və həmin otağın pəncərəsinin önündə 01 ədəd qutunun içərisində 01 ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi -85,990 qram, evin mətbəx otağının pəncərəsinin önündə isə 01 ədəd şüşə qabın içərisində 07 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,233 qr, -0,182 qr, -0,309 qr, -0,301 qr, - 0,283 qr, 0,191 qr, 0,218 qram olmaqla ümumi təmiz çəkisi -1,717 qram olan narkotik vasitə qurudulmuş marixuanadır. Ümumilikdə təmiz çəkisi -108,726 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: Ekspertiza tədqiqatı zamanı ümumi təmiz çəkisi: -108,726 qram olan marixuanadan 0,55 qram tədqiqata sərf olunmuş, -108,176 qram marixuana qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X7 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 28 avqust 2024-cü il tarixli, 672 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik rayon Balaband kənd ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İşdə olan X8 tərəfindən verilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs “mülayim dərəcədə beyin atrofiyası” xəstəlik diaqnozu aşkar edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin 30 avqust 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 188-ci maddələsi ilə təqsirli bilinib 1,100.000 (köhnə pul vahidi ilə) manat cərimə cəzasına məhkum edilmişdir. Lerik rayon İcra və Probasiya şöbəsinin 20 dekabr 2024-cü il tarixli, 04/540-2024 saylı məktubundan görünür ki, Lerik rayon məhkəməsinin 30 avqust 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 188-ci maddələsi ilə təqsirli bilinib 1,100 manat cərimə cəzasına məhkum Təqsirləndirilən şəxs cəzası “Faşizim üzərində qələbə münasibəti ilə aministiya elan edilməsi haqqında” 06 may 2003-cü il tarixli Qərara əsasən aministiya tətbiq edilmişdir.xx.xx.2023-cü il tarixdə Lerik rayon İcra və Probasiya şöbəsinin qeydiyyat kitabından çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə məhkumluğu ödənilmiş şəxs hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdən 29 avqust 2024-cü il tarixədək cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Lerik rayon məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 3 (üç) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlamanın əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmışdır. Maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, 108,726 qram olan marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış -108,176 qram marixuana maddi sübut qismində tanınaraq Lerik Rayon Polis şöbəsində saxlanılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki,həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun1.0.9-cu maddəsinəəsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalarıpozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsindəgöstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinəəsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminəəsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. CM-nin 10.1-ci maddəsinə görəəməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, xəstə olması, yaşını və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Lerik rayonu Barzavu kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Rəhimov X4 şəhər X3 X7 yoxlamanın rəyinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 108,176 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarında olan DVD disklər cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 28 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 26 (iyirmi altı) gün çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Barzavu kəndində yerləşdiyi evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənənədək dəyişdirlməsin. İş üzrə ekspertiza xərci olan 120 (bir yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 108,176 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan DVD disklər cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətindəLerik Rayon Məhkəməsi vasitəsi iləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vəapelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar