Məhkəmə qərarları › İş №1(048)-59/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-59/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-59/2023 15.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1989-cu ildə Lerik rayonu, Perzəküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Perzəküçə kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 10 iyun 2023-cü il tarixdə, saat 11 radələrində uzun müddətdir ki, aralarında narazılıq olan dayısı Zərərçəkmiş şəxs yaşadığı evin yuxarı hissəsində yerləşən torpaq sahəsində dəryazla ot biçərkən sonuncu yanına gələrək torpaq sahəsinin özünə məxsus olmasını bildirərək onu həmin sahədən çıxarmağa çalışmasına görə mübahisə edərək dalaşmış, dalaşma zamanı əlində olan 69 sm uzunluğunda ovalvari formada olub ucu deşici-kəsici, iç səthi kəsici, bayır səthi isə küt xüsusiyyətə malik dəryazın iç səthi ilə Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona sağ dirsək oynağının bayır səthinin səthi venaların zədələnməsi və hemoragik şokla müşahidə olunan kəsilmiş yara ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkəti ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi və dayısıdır, təxminən 2 ildir ki, aralarında narazılıq və ziddiyyət vardır. Bir-birilərini danışdırmırlar. Belə ki, Zərərçəkmiş şəxs qardaşı qızı Nərmin Rəhimovanı yalandan öyrədərək guya sonuncu ilə cinsi əlaqəyə girməsi barədə şikayət etmiş və bununla bağlı araşdırma aparılaraq cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin hadisədən sonra aralarında narazılıq və ziddiyyət yaranmışdır. 10 iyun 2023-cü il tarixdə, saat 09-10 radələrində həmkəndlisi Şahid1lə birlikdə yaşadığı Pirzəkücə kəndində yerləşən otlaq sahəsinə ot biçmək üçün getmişlər. Həmin gün, saat 11 radələrində dayısı Zərərçəkmiş şəxs əlində yaba ilə ona yaxınlaşıb “bu sahə mənimdir, nə üçün burada ot biçirsiz, çıxın buradan” demişdir. Zabitə “gözlə, polisə zəng edim araşdırsınlar, sənin yerin olsa çıxıb gedərəm” deyə cavab vermişdir. Halbuki həmin yer onlara məxsusdur. Bunu dedikdən sonra Zərərçəkmiş şəxs əlində olan yabanın iti tərəfi ilə ona zərbə vurmaq istəmiş, əlində olan dəryazla onun zərbəsinin qarşısını almışdır. Bundan sonra Zərərçəkmiş şəxs əlində olan yaba ilə yenidən üzərinə hücum edib ona zərbə vurmuş, yabanın iti tərəfi sağ bazu nahiyəsinə dəyib xəsarət yetirmişdir. Arxaya doğru qaçmaq istəyərkən Zərərçəkmiş şəxs əlində olan yaba ilə bir dəfə də ona zərbə vurmuş, yenidən əlindəki dəryazla Zərərçəkmiş şəxs zərbəsinin qarşısını alarkən dəryaz yabanın üstündən sürüşüb Zərərçəkmiş şəxs sağ qolunun iç səthini kəsmişdir. Bundan sonra Zərərçəkmiş şəxs heç bir söz demədən qaçaraq evinə doğru getmişdir. Zərərçəkmiş şəxs qolundan qan axmış, dərhal “102” xidmətinə məlumat verib Zərərçəkmiş şəxs yaba ilə onu vurarkən özünü müdafiə etmək məqsədilə zərbəsinin qarşısını alarkən dəryazla qolunu kəsməsi barədə məlumat vermişdir. Həmçinin bu barədə təcili tibbi yardıma da müraciət etmişdir. Özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Bədəni üzərində aşkar olunmuş xəsarəti 10 iyun 2023-cü il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs əlində olan yabanın iti tərəfi ilə zərbə vurması nəticəsində yetirmişdir. Həmin vaxt orada həmkəndliləri Şahid1 və Şahid2 olmuş, onlar hadisəni görmüşlər. Həmin hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs vurmaq istəməmiş, özünü müdafiə edərkən əlində olan dəryazın kəsici tərəfi onun qolunu kəsmişdir. Zərərçəkmiş şəxs vurmaq fikri olmamışdır. Zərərçəkmiş şəxs vurduğu zaman onunla üzbəüz olmuş, üzərinə gəlib yaba ilə vurarkən ondan müdafiə olub dəryazla yabanın qarşısını almış və dəryaz yabanın üzərindən sürüşüb Zabitin qolunu kəsmişdir. Həmin vaxt nə o, nə də Zərərçəkmiş şəxs söyüş söyməmişlər. Təqsirləndirilən şəxs ona qanunamüvafiq qaydada köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik rayonunun Perzəkücə kəndində qeydiyyatda olmaqla orada yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi və bacısı oğludur, aralarında təxminən 3 ildir ki, narazılıq və ziddiyyət vardır. Belə ki, qardaşı qızı Nərmin Rəhimova azyaşlı olduğu zaman Niyaməddin onu aldadıb sonuncu ilə cinsi əlaqəyə girmiş, Nərminlə profilaktiki söhbətlər nəticəsində sonuncu 04 dekabr 2018-ci il tarixdə onunla ilk dəfə cinsi əlaqəyə girib bakirəliyini pozan şəxsin Təqsirləndirilən şəxs olduğunu etiraf etmiş, səyləri nəticəsində Nərmin Niyaməddin barəsində şikayət etmiş və bununla bağlı Lerik RPŞ-də araşdırma aparılmışdır. Qeyd olunan hadisədən sonra aralarında narazılıq yaranmış, birbirilərini danışdırmırlar. 10 iyun 2023-cü il tarixdə, saat 10 radələrində evinin həyətyanı torpaq sahəsində biçilmiş otları yaba ilə yığarkən yuxarı boylandıqda 3 nəfər şəxsin onlara məxsus pay torpaq sahəsində dəryazla ot biçdiklərini görmüş, yaxınlaşdıqda həmin şəxslərin bacısı oğlu Təqsirləndirilən şəxs, həmkəndliləri Şahid1 və Şahid2 olduqlarını görmüşdür. Onlara yaxınlaşıb “burada nə edirsiz, çıxın gedin buradan” demiş, Nəzər və Eldar kənara çəkilmişdir. Niyaməddinə üzünü tutub “sən mənim həyətimdə nə edirsən” deyib ondan həyətdən çıxmasını istəmiş, bu zaman Niyaməddin cibindən telefonu çıxarıb “bu dəqiqə “102” xidmətinə zəng edərəm məsələni aydınlaşdırarlar” demişdir. Niyaməddinə həyətdən çıxıb zəng etməsini bildirmiş, Niyaməddin ona “sən kimsən, yer mənimdir” deyə cavab vermişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Əlində yaba, Niyaməddində isə dəryaz olmuşdur. Mübahisə zamanı əlində olan yaba ilə Niyaməddinə zərbə vurmuş, lakin zərbənin ona dəyib-dəymədiyini dəqiq xatırlamır. Niyaməddinə yaba ilə vurarkən sonuncu da əlində olan dəryazla ona zərbə vurmuş, dəryazın kəsici hissəsi sağ qolunun iç nahiyəsini kəsmişdir. Qolundan qan axmağa başlamış, qolundan qan axdığını görüb dərhal evə gəlmişdir. Təcili yardıma zəng etmək istəsə də edə bilməmişdir. Bundan sonra həyətdə ip tapıb qolunu kəsildiyi yerdən bir qədər yuxarıdan bağlamışdır. Bundan sonra qonşusu Xudaverənin evinə tərəf getmiş, lakin həyətdə heç kimin olmadığını görüb geri qayıtmışdır. Qan qolundan axmağa davam etmişdir. Buna görə də daha bir ip tapıb qolunu bağlamışdır. Bundan sonra evin aşağı hissəsində yerləşən qonşusu Əfqan Məhərrəmovun evinə tərəf getmiş, Əfqanın yoldaşı Səfurə evdən çıxmışdır. Ona təcili yardıma zəng etməsini bildirmiş, Əfqan da həyətə çıxıb onu görmüşdür. Evdən parça gətirməsini istəmiş, Əfqan parça gətirmiş, lakin bağlaya bilməmişdir. Bir neçə dəqiqə orada qalmış, təcili yardım avtomobilinin yuxarıda olduğunu görüb bir qədər yuxarı qalxmış, təcili yardım həkimləri onu Lerik RMX-na gətirib orada ilk tibbi yardım göstərmişlər. Bundan sonra onu Lənkəran RMX-na aparmış, orada əməliyyat olunmuşdur. Bədəni üzərində olan xəsarəti 10 iyun 2023-cü il tarixdə, saat 10 radələrində bacısı oğlu Təqsirləndirilən şəxs yaşadığı evin yuxarı hissəsində yerləşən torpaq sahəsində əlində olan dəryazla sağ qolunun iç nahiyəsinə bir dəfə vurması nəticəsində ona yetirmişdir. Həmin vaxt orada həmkəndliləri Şahid1 və Şahid2 olmuş, onlar hadisəni görmüşlər. Ümumi hadisə təxminən 1 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Həmin torpaq sahəsi onlara məxsusdur. Hadisə Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsini biçməsi və Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən çıxarmaq istəməsi səbəbindən baş vermişdir. Hazırda təqsirləndirlən şəxsə barışmamışdır. Odur ki, təqsirləndirlən şəxsə qanunamüvafiq qaydada cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləridir, onların heç biri ilə aralarında narazılıq və ziddiyyət yoxdur. 10 iyun 2023-cü il tarixdə, saat 09 radələrində həmkəndlisi Təqsirləndirilən şəxslə sonuncuya məxsus yaşadığı Pirzəkücə kəndində yerləşən otlaq sahəsinə ot biçmək üçün getmişlər. Niyaməddinlə birlikdə sahədə ot biçərkən bir qədər sonra həmkəndlisi Şahid2 də onlara kömək etmək üçün həmin yerə gəlmişdir. Zərərçəkmiş şəxs da öz həyətində ot yığmaqla məşğul olmuş, təxminən yarım saat sonra, saat 11 radələrində Zərərçəkmiş şəxs əlində yaba ilə yaxınlaşıb “bu sahə mənimdir, nə üçün burada ot biçirsiz, çıxın buradan” demiş, Niyaməddin Zabitə “gözlə, polisə zəng edim araşdırsınlar, sənin yerin olsa çıxıb gedərəm” deyə cavab vermişdir. Bunu dedikdən sonra Zərərçəkmiş şəxs Niyaməddinə “get o biri tərəfdən zəng et” demiş, Niyaməddin telefonu cibindən çıxararkən Zərərçəkmiş şəxs əlində olan yabanın iti tərəfi ilə Niyaməddinə zərbə vurmaq istəmiş, Niyaməddin əlində olan dəryazla onun zərbəsinin qarşısını almışdır. Bundan sonra Zərərçəkmiş şəxs əlində olan yaba ilə yenidən Niyaməddinin üzərinə hücum edib ona zərbə vurmuş, həmin yabanın iti tərəfi Niyaməddinin sağ qol nahiyəsinə dəymişdir. Bu zaman Niyaməddin arxa-arxaya gedərkən Zərərçəkmiş şəxs əlində olan yaba ilə bir dəfə də Niyaməddinə doğru zərbə vurmuş, Niyaməddin əlində olan dəryazla Zabitin zərbəsinin qarşısını alarkən dəryaz yabanın üstündən sürüşüb Zərərçəkmiş şəxs sağ qolunun iç səthini kəsmişdir. Bundan sonra Zabit heç bir söz demədən qaçaraq evinə doğru getmişdir. Zərərçəkmiş şəxs qolundan qan axmışdır. Təqsirləndirilən şəxs dərhal “102” xidmətinə bu barədə məlumat vermişdir. Həmçinin bu barədə təcili tibbi yardıma da məlumat vermişdir. Niyaməddinin atası Qəribxan Nuriyevə zəng edib kömək üçün gəlmələrini istəmişdir. Bildirirəm ki, Niyaməddin özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Hadisə zamanı Niyaməddin heç bir xəsarət almamışdır. Həmin vaxt orada o və həmkəndlisi Şahid2 olmuş, hadisəni görmüşlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu zaman üzbəüz olmuşlar. Həmin vaxt nə Təqsirləndirilən şəxs, nə də Zərərçəkmiş şəxs söyüş söyməmişlər. Qeyd olunan hadisə kənd ərazisində yerləşən otlaq sahəsində baş vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirlmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Lənkəran MTE və PA şöbəsinin 24 iyun 2023-cü il tarixli, 51 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ dirsək oynağının bayır səthinin səthi venaların zədələnməsi və hemoragik şokla müşahidə olunan kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətin kənarlarının hamar, formasının bir qədər aypara şəkilli olmasını nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, sağ dirsək oynağı nahiyəsindəki xəsarət ekspertizaya təqdim edilmiş dəryazın iti kənarının təsirindən əmələ gələ bilərdi, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Cəngəmiran kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Cəngəmiran kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azayaşlı uşağı vardır. Maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, 01 ədəd dəryaz maddi sübut qismində tanınmış və saxlanması üçün Lerik RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək məhkəmədə Zərərçəkmiş şəxs qəsdən vurmaması barədə verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və məhkmədə təqdiq edilmiş zərərçəkmiş şəxsin və şahid ifadəsi, istintaq hərəkəti protokolları, ekspert rəyi, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablanmlı və hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və saxlanması üçün Lerik RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd dəryaz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və saxlanması üçün Lerik RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd dəryaz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və məhkmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar