Məhkəmə qərarları › İş №1(048)-59/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-59/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-59/2024 18.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 16:10 Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Lerik rayonu Lerik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, “X2” MMC-də işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, 25 sentyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində Lerik rayonunun Əliabad kəndində qeydiyyatda olmaqla Lerik şəhəri, A.Əsədullayev küçəsində yaşayan Zərərçəkmiş şəxs Abusət oğlu ilə arasında Lerik şəhərində yerləşən “Nur” şadlıq sarayının yaxınlığında şəxsi münasibətlər zəmnində narazılıqları olmuş, nəticə də aralarında dava-dalaş baş vermiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs Abusət oğlunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncuya sol göz almasına yayılmış qansızma, sol diz oynağı nahiyəsindəki yumuşaq toxumaların əzilməsihematoması, sol diz qapağı nahiyəsində sıyrıqla nəticələnən, ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oranı tək etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında telefonun balansında vəsait olmadığı üçün o tanışı Ceyhundan xahiş etmişdir ki, Ramilin arxasıyca hansı səbəbdən söyüş söyməsi məsələsini Cavidlə aydınlaşdırmaq üçün Cavidə zəng etməsini və harada olmasını soruşsun. Cavid Ceyhuna demişdir ki, şəhərin mərkəzinə gəlir. O Samir və Ceyhunla “RR” marketin yanında Cavidlə görüşmüşdür. O onlara təklif etmişdir ki, “Nur” şadlıq sarayının arxasındakı parka gedib məsələni aydınlaşdırsınlar. Parkda olan zaman Ramil də oraya gəlmişdir. Aralarında mübahisə baş vermiş və Cavidə sillə vuraraq sağlamlığa zərərvurmaya aid xəsarət yetirmişdir.Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə aralarında barışıq olmuş, zərərçəkmiş şəxsin ona qarş hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Lerik şəhəri, Lerik rayonunun Əliabad kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Lerik şəhəri, A.Əsədullayev küçəsində yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Əvvəllər onunla arasında narazılıq olmamışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Eldəniz ona zəng edərək Lerik rayon mərkəzi xəstəxanasının yanına onu söhbətə çağırmışdır. O saat 23:30 radələrində Eldənizin dediyi yerə gedib görmüşdür ki, Eldəniz, Samir, Ceyhun və Ramil adlı şəxslər oradadırlar. Edənizin istəyi ilə onlar “Nur” şadlıq sarayının araxasına getmişlər. Eldəniz ona demişdir ki, onun barəsində Ramilə yalan və böhtan xarakterli məlumatlar vermişdir. Bu məlumatlar Eldənizin xoşuna gəlmədiyi üçün onu söhbətə çağırmışdır. O Eldənizə demişdir ki, onun barəsində Ramilə heç bir məlumat verməmişdir. Eldəniz onunla razılaşmamışdır, boynunun sol nahiyəsinə bir sillə zərbəsi vurmuşdur. Zərbədən o dizi üstə yerə yıxılmışdır. Hər iki dizindən sıyrıq xəsarətləri almışdır. Bu zaman Samirlə Ceyhun onları ayırmışlar. Ramil Eldənizi oradan aparmışdır. O yaxınlıqda xidmət aparan polis əməkdaşlarına döyülməyi barədə məlumat vermiş və polis əməkdaşları ilə birlikdə Lerik RPŞ-yə gəlmişdir.Hadisə təxminən 5-6 dəqiqə davam etmişdir, orada başqa heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik şəhəri, Hacı Heydər küçəsi, ev 82-də qeydiyyatda olmaqla ailə üzvləri lə birlikdə orada yaşayır. Zərərçəkmiş şəxs Abusət oğlu və Təqsirləndirilən şəxs tanıyır. Əvvəllər onlarla aralarında narazılıq olmamışdır. O xx.xx.2024-cü il tarixdə axşam saatlarında “Nur” şadlıq sarayının yanında olan zaman görmüşdür ki, Eldəniz, Cavid, Samir və tanımadığı digər bir şəxs oraya gəlirlər. O onlara yaxınlaşan zaman görmüşdür ki, Eldəniz Cavidlə mübahisə edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Lənkəran rayonlararası MTE və PA zona mərkəzindən 26 sentyabr 2024-cü il tarixdə Lerik RPŞ-na daxil olmuş 26 sentyabr 2024-cü il tarixli, 88 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Abusət oğlunun bədəni üzərində - sağ diz oynağı nahiyəsindəki ymşaq toxumaların əzilməsi-hematoması, sol diz qapağı nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və ümumilikdə drəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər.(i.v.11-13); - şəxsin zərərçəkmiş qismində tanınması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.29); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v.55); Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim:Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar