Məhkəmə qərarları › İş №1(048)-6/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-6/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-6/2024 31.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat:10:10-da Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1992-ci ildə Lerik rayon Nıso kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lerik rayonunun Nıso kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, vahid cinayətkar niyyət və məqsədlə əlində meşə buraxılış orderi və ağacların kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan 2023-cü ilin fevral ayının axırlarında 1 saylı X2 Mərkəzinin Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 17 saylı meşə dolayısında işlik növünə aid fıstıq cinsindən 64 sm d-də 01 ədəd, 66 sm d-də 02 ədəd və vələs cinsindən 74 sm d-də 01 cəmi 04 ədəd, 12,18 kub metr həcmində kök üstə yaş halda ağacları özündə olan matorlu mişarla qanunsuz kəsərək emal edib meşə sahəsindən daşıyıb aparmaqla Dövlət meşə fonduna ümumilikdə 2574,69 (iki min beş yüz yetmiş dörd manat altmış doqquz qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Lerik rayonunun Nıso kəndində yaşamaqla heç yerdə işləmir, təsərrüfatla məşğul olub ailəsini dolandırır. X3 Respublikasının Dövlət Üniversitetində qiyabi ali təhsil alır, yaşadığı Nıso kəndini əhatə edən meşə sahəsini Siyov kənd sakini Şahid mühafizə edir. 2023-cü ilin fevral ayında günortadan sonra pay torpağında olduğu zaman pay torpağına yaxın meşə sahəsində motorlu mişarın səsini eşidib Şahid zəng edib motorulu mişarın meşədə işlədiyini demiş, Şahid motorlu mişarın harada işlədiyini soruşmuş, ona yerini bildirmiş, bundan sonra özü motorlu mişarın işlədiyi yerə gedərək həmin yerdə Şahid, kəsilmiş fıstıq ağacın hissələrə bölündüyünü, motorlu mişarı da bölünmüş kötüyün üzərində görmüş, Şahid ağacı kəsəni soruşmuş, sonuncu ona ağacın kim tərəfindən kəsildiyini bilmədiyini demiş, Nazim ona «motoru götür kənara qoy» demiş, motoru götürüb kənara qoymuş, sonradan ona məlum olmuşdur ki, Nazim onun hərəkətlərini telefonu ilə qeydə alaraq videoçəkiliş aparmışdır. Həmin ağacları kəsməmiş, ağacların kim tərəfindən kəsildiyini bilmir. Təqsirləndirilən şəxs sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəm iclası zamanı ifadəsində göstərdi ki, Lənkəran şəhərində yaşamaqla 1 saylı X2 Mərkəzində baş mütəxəssis-hüquqşunas vəzifəsində işləyir. Lerik rayonunun Nıso kənd sakini Təqsirləndirilən şəxs tanımır, onunla düşmənçilik və ziddiyyəti olmamışdır. Təqsirləndirilən şəxs 1 saylı X2 mərkəzinin Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 17 saylı meşə dolaysının ərazisində qanunsuz ağac kəsməsini Vizəzəmin meşəbəyliyinin 17 saylı meşə dolayısının gözətçisi Şahid aşkar etmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs meşə sahəsində 03 ədəd fısdıq və 01 ədəd vələs cinsindən işlik növünə aid ağacları qanunsuz kəsib meşə sahəsindən daşıyıb aparmasına görə Dövlət Meşə fonduna vurulmuş ziyanın məbləği müəyyən olunmuşdur Hazırda təqsirləndirilən şəxs tərəfindən Dövlət Meşə fonduna vurulmuş ziyan ödənilmədiyindən həmin ziyan təqsirləndirlən şəxsdən tələb olunur. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Lerik rayonunun Siyov kəndində yaşamaqla 2020-ci ildən hazıra kimi Vizəzəmin meşəbəyliyin 17 saylı meşə dolayısının gözətçisi işləyir, mühafizə etdiyi 17 saylı meşə dolayısı Lerik rayonunun Siyov, Veri, Küsəkəran, Veri-Əliabad, Qələbin və Nıso kəndlərinin əhatəsində yerləşir. 21 fevral 2023-cü il tarixdə mühəfizə etdiyi meşə sahəsində gəzdiyi zaman meşə sahəsinin Nıso adlanan ərazisində Təqsirləndirilən şəxs 3 ədəd fısdıq və 01 ədəd vələs cinsindən ağacları qanunsuz kəsib hissələrə bölərək şpal hazırladığını görüb onun videosunu çəkmiş, darhal da barəsində tədbir görülməsi üçün müəssisə rəhbərliyinə məlumat vermiş, həmin ağacların yerini və kötüklərini göstərə bilər, videogörüntünu isə araşdırma zamanı təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, qanunsuz kəsilmiş ağacların dib kötükləri kəsik yerlərindən tam qaralmış, ağaclar matorlu mişarla kəsilib emal olunmuşdur. Ağacların kəsilmə müddəti 2023-cü ilin əvvəlinə, yəni fevral ayına uyğun gəlir, matorlu mişarla kəsilmişdir. Həmin ağaclar işlik növünə aiddirlər. Qanunsuz kəsilmiş fıstıq cinsindən 01 ədəd 64 sm d-də, 02 ədəd 66 sm d-də və vələs cinsindən 01 ədəd 74 sm d-də işlik növünə aid ağacların ümumi həcmi 12,18 kub metr, dəyəri 328,69 manat təşkil edir. Bundan 310,31 manat dəyərində 6,62 kub metr işlik və 13,10 manat dəyərində odun, 1,01 manat dəyərində 0,97 kub metr şax-çırpı və 2,06 kub metr həcmində 4,27 manat dəyərində çətirdən odun təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən kök boğazından diametləri 01 ədəd 64 sm, 02 ədəd 66 sm və 01 ədəd 74 sm diametrlərdə olan ağacların qanunsuz kəsilməsinə görə cərimə qiyməti 2246,00 manat təşkil edir. Ağacların qanunsuz kəsilməsinə görə müəssisəyə ümumilikdə 328,69 m + 2246,00 m = 2574,69 manat miqdarında ziyan vurulmuşdur. Ağacların qanunsuz kəsilməsinə görə Dövlət meşə fonduna vurulmuş 2574,69 manat ziyan təqsirkar şəxsdən tələb olunur. Cinayət işinin istinaq materiallarında olan video diskdən görünür ki, Şahid təqdim etdiyi 01 ədəd videodiskdə olan 3-cü fayılı açdıqda videogörüntülərdə Şahid görünmür, lakin talış dilində orada olan Təqsirləndirilən şəxs «matoru götür, matoru götürdün burada olan ağacları çəkirəm» deyir, Təqsirləndirilən şəxs hssələrə bölünmüş fısdıq cinsindən kötüyün üzərindən URAL markalı matorlu mişarı götürür və çəkiliş dayandırılır. Vidoçəkilişdən görünür ki, meşədə ağacların yarpaqları tökülmüşdür, yerdə qar vardır, qış fəslinə uyğundur, dərədə fısdıq cinsindən ağaclar matorlu mişarla hissələrə bölünmüşdür. Çəkiliş xx.xx.2023-cü il tarixdə aparılmışdır. Beləliklə rəy verilməsi üçün təqdim olunmuş yoxlama aktları və cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələrindən, həmçinin digər rəsmi sənədlərdən görünür ki, 1 saylı X2 Mərkəzinin Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 17 saylı meşə dolayısında işlik növünə aid fısdıq cinsindən 64 sm d-də 01 ədəd, 66 sm d-də 02 ədəd və vələs cinsindən 74 sm d-də 01 cəmi 04 ədəd, 12,18 kub metr həcmində kök üstə yaş halda ağacları özündə olan matorlu mişarla qanunsuz kəsərək emal edib meşə sahəsindən daşıyıb aparmaqla Dövlət meşə fonduna ümumilikdə 2574,69 (iki min beş yüz yetmiş dörd manat altmış doqquz qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Həmin ağacların kök boğazından diametləri 01 ədəd 64 sm, 02 ədəd 66 sm və 01 ədəd 74 sm diametrlərdə olan ağacların qanunsuz kəsilməsinə görə cərimə qiyməti 2246,00 manat təşkil edir. Ağacların qanunsuz kəsilməsinə görə müəssisəyə ümumilikdə vurulmuş 328,69 m + 2246,00 m = 2574,69 manat ziyan tələb olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il və 2017-ci il təvəllüdlü 2 azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə Şahid mühafizə etdiyi meşə sahəsində heç bir ağac kəsmədiyi, ona şər və böhtan atmaları barədə verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, tələbə olmaqla yaşayış yerindən müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, törədilmiş cinayətdə onun rolunu, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsi ilə təqsirli bilinib islah işləri cəzasını təyin etməyi, eyni zamanda CM-in 46-cı maddəsinə əsasən yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanıəlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı İxtiyar Cənnətov tərəfindən imzalanmış mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs qarşı cinayət yolu ilə Lənkəran X2 Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddiaçı İxtiyar Cənntov tərəfindən verilmiş mülki iddia təmin edilməli, Lənkəran X2 Mərkəzinə vurulmuş və ödənilməmiş 2574.69 (iki min beş yüz yetmiş dörd manat altmış doqquz) manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Lənkəran X2 Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. İş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, dövlət meşə fonduna vurulmuş 2574.69 (iki min beş yüz yetmiş dörd manat altımış doqquz) ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Lənkəran X2 Mərkəzinin fondunun hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut və məhkmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar