Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-6/2025 12.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrəİdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1981-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla, Lənkəran şəhəri Nizami küçəsi ev 88, mənzil 20-də yaşayan, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir.Belə ki, o, 2023-cü ilin noyabr ayının sonlarında Lənkəran şəhəri ərazisində tanışı Şahid1 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs Sanbala oğlu ilə görüşüb ona Almaniya Respublikasından avtomobil gətirməklə məşqul olduğunu deməsindən sonra etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda pul vəsaitindən ibarət əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs 14000 manat müqabilində 2013-2014-cü il istehsallı Toyota Corolla markalı avtomobili Almaniyadan gətizdirə biləcəyini barədə yalan vəd verərək etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxs ilk öncə avtomobil ilə bağlı ilkin ödəniş kimi 5000 ABŞ dolları, manatla dəyəri 8500 (səkkiz min beş yuz) manat olan pulu xx.xx.2023-cu il tarixdə Zərərçəkmiş şəxs və Şahid1la birlikdə Lənkəran şəhəri Qala Xiyabanında yerləşən 042 adlı çayxanada görüşüb ondan alaraq qəbul etmiş, daha sonra o Şahid1 zəng edərək hazırda guya Almaniyada olduğunu bütün pulunu avtombil almaq üçün xərclədiyini evində pula ehtiyyac olduğu üçün 300 manat evində verməsini bildirdiken sonra Reşad Kerimovdan 300 manat pulu Şahid1 vasitəsi ilə evinə göndərmiş, daha sonra xx.xx.2023-cü il tarixdə yenidən Şahid1 zəng edərək artıq Almaniyadan gələrək avtomobili Azərbaycana gətirdiyini deyərək pula ehtiyyacı olduğunu bildirdikden sonra arvadı Şahid2 Hamid qızının adına olan Bank Respubliya maxsus **********841926 Neo adlı kart hesabina 200 manat pulu göndərməsini dedikdən sonra Zərərçəkmiş şəxs da xx.xx.2023cü il tarixdə Lerik şəhərində olarkən öz adına olan Kapital Banka məxsus 416973****3941 nömrəli bir bank adlı bank kartının hesabından 200 manat pulu onun dediyi hesaba göndərdikdən sonra 200 manatı qəbul etməklə vahid niyyətlə 3 dəfəyə ümumlikde 9000 (doqquz min) manat pulu ələ keçirməklə zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci ildən avtomobil alveri ilə məşqul olub ailəsini dolandırır. Son 3 ildir ki, bu işlə məşqul olmur. Rəşad adlı şəxsi əvvəllər tanımamışdır. Onu tanışı Valehə görə tanımışdır. Valeh isə yaşadığı binanın yaxınlığında yaşayır 2023-cu ilin sonlarında Valeh onunla görüşüb ona Almaniyadan qohumu üçün maşın gətizdirmək istədiyini bildirmişdir. Sonra ondan avtomobil qiymətləri barədə soruşmuşdur. O da Valehə 7000-8000 evro, manatla 14000 manat pul lazım olduğunu demişdir. İki gün sonra Valehlə görüşüb Valeh ona tanışın 5000 dolları vardır demişdir. O isə Valehə bu qiymətə avtomobil almaq olmaz desədə, Valeh ona bir təhər et demişdir. Sonra o Valeh və Rəşad ilə birlidkə görüşüb danışdıqdan sonra Rəşad ondan Hyundai ix35 markalı avtomobil istəmişdir. O isə onlara 7000 evroya yəni 14000 manat yalnız Toyoto Corolla markalı avtomobili almaq olar, əlavə olaraq gömrük rüsumu 5000-6000 manat götürəcəkdir. Valehdə həmin vaxt ona gömrüyün pulunu ödəyərik deyib razılaşmışdır. Aralarında olan razılaşmalarına əsasən 2013-2014-cü il istehsalı olan "Toyota Corolla" markalı avtomobil gətirəcəkdir. Avtomobilin gömrük pulunu isə özləri ödəyəcəklərdir Valeh ona ilkin ödəniş kimi 5000 ABŞ dollar verəcəklərini qalan pulu avtomobil gəldikən sonra ödəyəcyini, gömrük xərclərini özləri ödəyəcəkləri deyib bu barədə razılaşmışlar 02 dekabr 2023-cü il tarixdə Valeh Rəşad ilə birlikdə onunla Lənkəran şəhərinin Qala Xiyabanında yerləşən çayxanalardan birində görüşmüşlər Valeh ona Rəşadın yanında 5000 (beş min) ABŞ dollar olduğunu demişdir. Həmin vaxt o Valehə Almaniyaya gedib avtomobil gətirməkdən ötrü artıq onlayn bilet sifariş verdiyini və 1-2 günə təyyarə ilə Türkiyə üzərindən Almaniyaya gedəcəyini demişdir. Lakin 10 gün sonra o Valehə zəng edib ona əlində olan pulu sifariş verdiyi avtomobilin üzərinə qoyduğunu, evində pulunun olmadığını deyərək Valehdən Rəşadın onun üçün pul göndərməsini xahiş etmişdir. Valehdə həmin vaxt evinə gedib evində 300 manat vermişdir 2023-cü ilin dekar ayında ayının sonunda Valehə zəng edib artıq Azərbaycanda olduğunu, evə pul lazımdır Valehə maşının pulundan 1000 manat göndərməsni dedikdə Valeh ona Rəşadla danışıb ona xəbər edəcəyini demişdir. Sonra Valeh ona zəng edərək Rəşad yalnız 200 manat göndərə biləcəyini demişdir. Buna görə o Valeha arvadı Sevincin adına olan lakin özünün istifadə etidyi bank kartını nömrəsini göndərib həmin kartın hesabına pul göndərməsini demişdir. Valehdə ona 200 manatı kart hesabına pul göndərmişdir. Sonrakı vaxtlarda Valehə zəng edib avtomobil artıq Gürcüstanda olduğnu gömrük pulunu verib maşını götürmək lazım olduğunu bildirmiş, Valeh isə ona Rəşadın ona deməsinə görə onun 500 manatdan artıq pulunu olmadığını demişdir. O Valehə əgər pulunu yoxdursa niyə maşın gətizdirmisiz dedikdə, Valeh ona "sən maşını gətir, biz baxaq maşnı bəyənsək pulunun sənə hissə hissə ödəyəcəyik" demişdir. Sonra o gətirilmiş maşının avtomobil alveri məşqul olan Bakıda tanış olduğu Gürcüstan vətəndaşı kimi özünü ona təqdim edən Feyruz adlı şəxs ona bildirmişdir ki, maşını gömrükdə öz adına rəsmiləşdirdikdən sonra pulunu əlavə qazancla öna ödəməli olduğunu demişdir. O da Feyruzla razılaşmışdır. 10-15 gün sonra Valeh pulu ödəyə bilmədiyi üçün o maşnı satıb ölkəni tark etmişdir. Feyruzu axtarsa da tapa bilməimşdir. O Feyruz barədə maraqlandıqda arxasıyca 2024-cü ilin yanvar ayında Moskvaya, oradan Kazaksatana getmişdir. Lakin onu tapa bilməmişdir. Sonra Valeh ondan 9000 manatını tələb edəndə, ona pulun əvəzinə arvadı Sevinc Hamidovanın adına rəsmiləşdirilmiş Chevrolet Curuz markalı avtomobili verməyi təklif etmişdir. O Valehe avtomobilin qiyməti 16500 manatdır. Siz öz 9000 manat pulunu çıxın pulun qalan hissəsini ona qaytarın ki, o da avtomobilin kreditini bağlasın. Lakin Valeh bunada razı olmamışdır. Valeh ona maşının qiyməti 12000 manat olduğunu, sənə əlavə olaraq 3000 manat pul verəcəklərini demişdir. O da razılaşmamışdır. Sonra Valehin qohumu Rəşad adlı şəxs barəsində şikayət etmişdir. Bildirir ki, Valehden aldığı 9000 manatda 6700 manat pulu Valehə 2024-cü ilin iyul ayına kimi hissə-hissə vermişdir. O özünü təqsirli bilməməyinin səbəbi bundan ibarətdir ki, Valehlə avtomobilin xarici ölkədən 7000 avroya yəni 14000 manata alınacağını, Azərbaycana gəldikdən sonra 2000 manat daşıma haqqı, 6300 manatda gömrük xərci olduğunu bildirərək aralarında razılaşma olsada, onlar sonrdan fikrilərindən daşınaraq Valeh ona pulu sən ver biz sənə hər ay 300 manat verərik" deməklə aralarında narazılıq yaranmışdır. Həmin avtomobili Feyruz adlı şəxs avtomobil ilə bağlı gömrük pulunu ödəyərək pulu ona verdikdən sonra avtomobili ona verəcəyini desədə, pulu verə bilmədiyi üçün o avtomobili öz adına rəsmiləşdirib aradan çıxmışdır. Feyruz adlı şəxslə təsadüfən Gömrük məntəqəsinin həyətində tanış olmuşdur. Onun sadəcə adını Feyruz olduğunu bilir. Harada hansı ünvanda yaşaması barədə heç bir məlumatı yoxdur. Onun mobil nömrəsi silinmişdir. O 2011-ci ildən avtomobil alveri ilə məşqul olsa da son 3-4 ildir ki, bu işlə məşqul olmur. Zərərçəkmiş şəxs üçün Almaniyadan avtomobil gətizdirməklə bağlı əlində heç bir sənədi yoxdur. O Valehə 2000 manat avtomobilin daşınması xərcini ödəmək lazım olduğunu demişdir. Düzdür onlara şəkilləri atdığını təsdiq edir. O şəkilərin arasında seçim etməsindən ötrü onlara şəkilləri göndərmişdir. O Rəşaddadn aldığı 9000 manat pulun 6000 manatını Lənkəran şəhərində Valehə vermiş, lakin hal hazırda Valeh bunu təsdiq etmir.Deyilənləri nəzərə alaraq onun barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Lerik şəhərində ailəsi ilə birlikdə yaşayır. Lerik Rayon Mərkəzi X4 Şəxsdə ictimayətlə əlaqələr şöbəsində mütəxəsis vəzifəsində işləyir əvvəllər məhkum edilməmişdir. 2023-cü ilin sonlarında özünə avtomobil almaq istəmişdir. Belə ki, Lənkəran şəhərində yaşayan qohumu Valeh ona bildirmişdir ki, onun Almaniyadan avtomobil gətirməklə məşğul olan Şahin adlı tanışı vardır. O Valehlə bilrikdə 01 dekabr 2023-cü il tarixdə Şahinlə zəngləşib onun evinə gedib görüşmüşlər. Şahinlə aralarında avtomobil ilə bağlı söhbət edib aralarında olan şifahi razılaşmaya əsasən, Şahin 15 gün müddətində onun üçün Almaniyadan gömrük rüsumu da daxil olmaqla, 14000 (on dörd min) manat məbləğində, təxminən 2013-2014-cü il istehsalı olan "Toyota Corolla” markalı avtomobil gətirəcəkdir. Şahinlə aralarında olan digər razılaşmaya əsasən ona avtomobilin pulunu bir hissəsini əvvəlcədən verdikdən sonra pulun qalan hissəsini isə avtomobili təhvil alandan sonra veriləcəkdir. Şahin ondan ilkin məbləğ olaraq 5500 və 6000 ABŞ dollar istəmişdir. O isə Şahina 5000 (beş min) ABŞ dollar verə biləcəyini demişdir Şahin ona verəcəyi pulu 100 ABŞ dollar əskinasları ilə verməsini bildirmişdir O da həmin günün səhəri, yəni 02 dekabr 2023-cü il tarixdə qohumu Valeh ile birlikdə "Bank of Baku"nın Lənkəran filialına gedib, öz şəxsiyyət vəsiqəsini banka təqdim edərək, 8512,50 (səkkiz min beş yüz on iki manat, əlli qəpik pulu banka verib, yalnız 100 ABŞ dollar əskinasları olmaqla, 5000 (beş min) ABŞ dollar bankdan almışdır. Həmin 5000 abş dollarını Şahinə vermək üçün Valehə vermişdir. Həmin vaxt Valeh Şahinə zəng edərək, 5000 dollar pulun hazır olduğunu və pulu ona vermək istədiyini demişdir. Həmin gün gündüz saatlarında Lənkəran şəhərinin Qala Xiyabanında yerləşən çayxanalardan birində Şahin ilə görüşmüş və Valehə verdiyi 5000 (beş min) ABŞ dollar pulu onun yanında Şahinə vermişdir. Həmin vaxt Şahin onun üçün Almaniyaya gedib avtomobil gətirmək üçün artıq onlayın bilet sifariş verdiyini və təyyarə ilə Türkiyə üzərindən Almaniyaya gedəcəyini onlara demişdir. Beləliklə, Şahinin deməsinə görə pulu ondan aldığı gündən 1-2 gün sonra avtomobil gətirmək üçün güya Almaniyaya getmişdir. Həmin gündən təxminən 10 gün sonra təxminən xx.xx.2024-cü il tarixdə Şahin Valehə zəng edərək, güya hazırda Almaniyada olduğunu və maşın axtardığını, evində isə pula ehtiyac olduğu üçün evinə 500 manat pul göndərilməsini istəmişdir. Valeh da ona bu barədə bildirdikdən sonra Valehə Şahinin evində verməsi üçün 300 (üç yüz) manat pul vermişdır. Valeh həmin gün Şahinin evinə gedib, 300 (üç yüz) manat pulu Şahinin oğluna vermişdir. Həmin vaxtdan bir neçə gün sonra, yeni, 2023-cü ilin dekabr ayının sonlarında Şahin güya Almaniyadan qayıtdığını, yenə pula ehtiyacı olduğunu, ona pul göndərməyini Valehə bildirdikdən sonra ona zəng edilb bu barədə bildirmişdir. O da məcbur qalıb xx.xx.2023-cü il tarixdə Şahinin ona göndərdiyi arvadı Sevinc Hamidovaya məxsus Neo adlı kartın hesabına Lerik rayonunda 200 (iki yüz) manat pulu göndərmişdir. 2024-cü il yanvar ayının əvvəllərində Şahin Valehə zəng edərək Almaniyadan aldığını avtomobil yük avtomaşını ilə Azərbaycana yola saldığını və 10 yanvar 2024-cü il tarixdə qədər avtomobilin Azərbaycan gömrüyündə olacağını Valehə demişdir. Beləliklə, təxminən 09-10 yanvar 2024-cü il tarixlərdə Valeh ona zəng edərək, Şahinin deməsinə görə güya avtomaşının artıq Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsində olduğunu, avtomaşının Azərbaycan ərazisinə keçinlməsi üçün sərhəd keçid məntəqəsində 3000 (üç min) manat depozit kimi pul qoyulmasını və buna görə Şahinin 3000 manat pul istədiyini demişdir. O depozit qoyulması üçün 3000 manat deyil, 500 (beş yüz) manat Şahinə verə biləcəyini Valehə demişdir Valeh də onun sözünü Şahinə demiş və Şahin razı olmamış, 3000 manat verməyini Valehdən tələb etmişdir. O ise Valehə bildirmişdir ki, daha pul verməyəcəyini, maşın təhvil veriləndən sonra pulun qalan hissəsini verəcəyini Şahinə desin. Valeh da dediklərini Şahinə çatdırmışdır. Ondan sonra gömrük komitəsinin qaynar xətti ilə əlaqə saxlayıb, xarici ölkəden avtomobil alıb, Azərbaycana gətirmək üçün sərhəd keçid məntəqəsinə depozit kimi pul köçürülməsi ilə bağlı belə bir qaydasının olub-olmadığını soruşmuş. Qaynar xəttə cavab verən gömrük komitəsinin əməkdaşı belə bir qaydanın olmadığını və ona aldadıldığını izah etmişdir. Ondan sonra Şahin tərəfindən aldadıldığını başa düşmüşdür. Şahin növbəti dəfə onu aldada bilməyərək, ondan pulu ala bilmədiyini görüb, yeni yalanlar deməyə başlamışdır. Belə ki, Şahin avtomaşının güya artıq Azərbaycan gömrüyündə olduğunu, avtomaşını gömrükdən götürmək üçün rüsum köçürtməyə pulu olmadığını, borc pul axtardığını və pul tapan kimi avtomaşını gömrükdən təhvil alıb, ona verəcəyini demişdir. Beləliklə, təxminən 2024-cü ilin fevral ayının ilk on günlüyündə Şahin güya tanışlarından birindən pul aldığını, gömrük komitəsinə rüsumu köçürdüb avtomobili gömrükdən götürdüyünü ve avtomaşını ona borc pul verən adamın adına rəsmiləşdirdiyini Valehə demişdir. Onu da bildirir ki, Şahin onun üçün 14000 (on dörd min) manata avtomobil gətirəcəyinə söz versə də, lakin, sonradan avtomobili 17000, daha sonra 20000 ve ən sonda isə 34000 manata ona satacağını demişdir. Onun dediyi məbləğ ilə razılaşmayaraq, ona verdiyi pulu qaytarmağı tələb etməyə başlamışdır. Şahin isə avtomobili satandan sonra pulunu qaytaracağını, avtomaşını güya 18 fevral 2024-cü i tarixdə Bakı şəhərində avtomobil bazarına satmaq üçün aparacağını Valehə demişdir. Onu da bildirir ki, dəfələrlə Şahindən onun üçün aldığı avtomobilin şəkillərini ona göndərməyi istəsə də, lakin, o, internetden götürdüyü müxtəlif markalı "Toyota Corolla" markalı avtomaşın şəkillərini ona və Valehə göndərmiş, konkret olaraq hansı avtomaşın aldığını deməmiş, aldığı avtomaşının özünü və ya şəkillərini ona göstərməmişdir. Artıq 8 ay müddət keçməsinə baxmayaraq, Şahin hər gün müxtəlif bəhanələr gətirərək, onun üçün güya Almaniyadan gətirdiyi avtomobili hal-hazıradak ona göstərməmişdir. Onu da bildirir ki, Valeh dəfələrlə Şahinə onun özü ilə əlaqə saxlamağı desə də, Şahin onunla əlaqə saxlamamış, ancaq Valeh vasitəsi ilə öz sözünü ona çatdırmışdır Şahin özü də ona "Vatpçat vasitəsi ilə yazdığı mesajlara ilk günlər gec də olsa cavab versə də, lakin, sonradan mesajlarına qəti cavab verməyərək, Valeh vasitəsi ilə onunla əlaqə saxlamışdır. Beləliklə, başa düşmüşdür ki, Şahin onun üçün avtomobil gətirməkdən ötrü Almaniyaya getməmiş, onu aldadaraq 9012 manat 50 qəpik məbləğində pulunu ələ keçirmiş və əlavə olaraq 4000 (dörd min) manat məbləğində ona maddi ziyan vurmaqla, ümumilikdə 13000 manat pulunu ələ keçirtmişdir. Belə ki, 02 dekabr 2023-cü il tarixdə Şahin ilə çayxanada görüşüb pulu ona veran zaman, Şahin tələsdiyini və arvadı ilə uşaqlarının maşında onu gözlədiklərini, Masalli rayonuna istirahət üçün gedəcəyini onlara deyib, pulu Valehden tez alib sayaraq çıxıb getmişdir. Ondan başqa Şahin onu aldadaraq aldığı pulun əvəzində ailəsinə məxsus olan "Chevrolet Cruze markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomaşınını ona verəcəyini dəfələrlə Valehə bildirsə də, lakin, verdiyi sözə əməl etməmişdir. Ondan başqa Valehin deməsinə görə bu barədə dəfələrlə Şahinin arvadı ilə telefonla danışmış, lakin, Şahinin arvadı da özlərinə məxsus avtomaşını pulun əvəzi olaraq ona verməməkdən ötrü müxtəlif bahənələr gətirmişdir. Belə ki, Şahinin arvadı özlərinə məxsus avtomaşının gah onların özünə məxsus olmadığını, gah aldıqları avtomaşının pulunun bir hissəsinin nisiyə qaldığlarını, gah avtomaşını banka girov qoyaraq kreditə pul götürdüklerini Valeh üçün bəhanə edərək, pulunu qaytarmaqdan və ya pulunun əvəzində özlərinə məxsus "Chevrolet Cruze" markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomaşını ona verməkdən yayınmışdır. Təqsirləndirilən şəxs ondan avtomobil gətizdirmək adı ilə 9000 manatını alıb ələ keçirmişdir. Şahın ona dəymiş ziyanı ödəcəyini deyərək öz istifadəsində olan avtomobili ona ziyanın əvəzinə verəcəyini deməsinə baxmayaraq o bundan yayınır. O ilk dəfə 5000 ABŞ dollarını xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində yerləşən "042" çay evində Valeh ilə birlikdə Şahinlə görüşüb Valeh onun yanında onun pulunu Şahin sayıb vermişdir 300 manatı xx.xx.2023-cü il tarixdə Lerik şəhərində olarkən Valehin kart hesabına göndərmişdir. Valeh də pulu çıxarıb Şahinin evində vermişdir. Sonuncu 200 manatı isə xx.xx.2023-cü il tarixdə alacağı Lerik şəhərində olarkən öz mobil telefonunla bankın mobil tədbiqi vasitəsi ilə avtomobilə görə göndərmişdir. O Şahinə sonuncu 200 manatı göndərdidkən sonra Şahin ondan dəfələrlə pul istədədə ona heç bir məbləğdə pul göndərməmişdir.Ona dəyən ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Lerik şəhər sakini Zərərçəkmiş şəxs Sarıbala oğlunu tanıyır, Rəşad qohumudur. Təqsirləndirilən şəxs da Lənkəran şəhər sakini kimi tanıyır, eləcə də o, özünü ona xarici ölkələrdən avtomobil gətirib satan bir şəxs kimi tanıtdırmışdır Belə ki, 2023-cü ilin sonlarında Rəşad özünə avtomobil almaq istədiyini və avtomobil satan şəxslərlə maraqlanmağını ona demişdır. O da xarici ölkələrdən avtomobil gətirib satmaqla məşğul olan şəxs kimi özünü ona təqdim etmiş Şahini Rəşad ilə tanış etimşdir. O Rəşad ilə birlikdə 01 dekabr 2023-cü il tarixdə Şahinin evinə getmişlər. Rəşad özünə Almaniyadan avtomobil gətirilməsi üçün Şahin də razılaşmışdır. Şifahi razılaşmaya əsasən, Şahin 15 gün müddətində Rəşad üçün Almaniyadan gömrük rüsumu da daxil olmaqla, 14000 (on dörd min) manat məbləğində, təxminən 2013-2014-cü il istehsalı olan "Toyota Corolla" markalı avtomobil gətirəcəkdir. Həmçinin, şifahi razılaşmaya görə Rəşad avtomobilin qiymətinin müəyyən hissəsini Şahinə əvvəlcədən verib, pulun qalan hissəsini isə avtomobili təhvil alandan sonra verəcəkdir. Onu da bildirir ki, Şahin ilkin məbləğ olaraq, Rəşaddan 5500-6000 ABŞ dollar istəmişdir. Rəşad isə əvvəlcədən 5000 abş dollar verə biləcəyini Şahinə demişdir. Həmin vaxt Şahin ona veriləcək 5000 abş dolları pulun 100 ABŞ dollar əskinasları ilə verilməsini Rəşada bidirmişdir. Beləliklə, həmin günün səhəri, yəni 02 dekabr 2023-cü il tarixdə Rəşad onunla birlikdə "Bank of Baku'nın Lənkəran filialına gedib, öz şəxsiyyət vəsiqəsini banka təqdim edərək, 8512, 50 manat (səkkiz min beş yüz on iki manat 50 qəpik) pulu banka verib, yalnız 100 ABŞ dollar əskinaslar olmaqla, 5000 (beş min) ABŞ dollar bankdan pul almış və həmin pulu Şahinə vermək üçün ona vermişdir. Həmin vaxt Şahinə zəng edərək, 5000 dollar pulun hazır olduğunu və pulu ona vermək istədiklərini demişdir. Təxminən bir saatdan sonra Lənkəran şəhərinin Qala Xiyabanında yerləşən çayxanalardan birində Şahin ilə görüşmüş və Rəşadın ona verdiyi 5000 (beş min) abş dollar pulu elə Rəşadın yanında Şahinə vermişdir. Həmin vaxt Şahin onlara Rəşad üçün Almaniyaya gedib avtomobil gətirməkdən ötrü artıq onlayn bilet sifariş verdiyini və təyyarə ilə Türkiyə üzərindən Almaniyaya gedəcəyini dermişdir. Beləliklə, Şahinin deməsinə görə pulu onlardan aldığı gündən 1-2 gün sonra avtomobil gətirmək üçün güya Almaniyaya getmişdir. Həmin gündən təxminən 10 gün sonra Şahin vapçat vasitəsi ilə ona zəng edərək, güya hazırda Almaniyada olduğunu və maşın axtardığını, evinde isa pula ehtiyac olduğunu və Rəşadın yenə pul verməsini istəmişdir. O də Şahinin pul istədiyini Rəşada demişdir və Rəşad da ona 300 (0ç yüz) manat pul göndərmişdir. Həmin 300 (üç yüz) manat pulu Şahinin evinə gedib, onun oğlu Uğura vermişdir. Həmin vaxtdan bir neçə gün sonra, yəni, 2023-cü ilin dekabr ayının sonlarında Şahin ona və Rəşada zəng edərək, güya Almaniyadan qayıtdığını, yenə pula ehtiyacı olduğunu və ona pul göndərilməsini demişdir. Rəşad da məcbur qalıb Şahinin dediyi bank kartına 200 (iki yüz) manat pul göndərmişdir. Beləliklə, Rəşad ümumilikdə 5000 (beş min) ABŞ dollar və 500 (beş yüz) manat, Azərbaycan manatı ilə isə ümumilikdə 9012,50 manat (doqquz min on iki manat ali qəpik) pul vermişdir Onu da bildirir ki, Şahin ona deməsinə görə güya Almaniyadan qayıdandan sonra Rəşad üçün Almaniyada avtomobil aldığını, iri tutumlu yük avtomaşını ilə Azərbaycana yola saldığını və 10 yanvar 2024-cü il tarixə qədər avtomobilin Azərbaycan gömrüyünde olacaqdır Təxminən 09-10 yanvar 2024-cü il tarixlərdə Şahin onu yolda görüb, güya avtomaşının artıq Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsində olduğunu, avtomaşının Azərbaycan ərazisinə keçirilməsi üçün sərhəd keçid məntəqəsində 3000 (üç min) manat depozit kimi pul qoyulmasını və buna görə Rəşadın 3000 manat pul verməsinin vacib olduğunu demişdir. O bu barədə Rəşada demiş və Rəşad depozit qoyulması üçün 3000 manat deyil, 500 (beş yüz) manat Şahinə verə biləcəyi demişdir O da Rəşadın sözlərini Şahinə demiş və Şahin razı olmayaraq, 3000 manat verilməsini ondan telab etmişdir. Rəşad isə Şahinə daha pul verməyəcəyini, maşın ona təhvil veriləndən sonra pulun qalan hissəsini verəcəyini dedikdən sonra Şahinə bu barədə bildirmişdir. Bir neçə gündən sonra isə Rəşad ona bildirmişdir ki, gömrük komitəsinin qaynar xətti ilə əlaqə saxlamış, xarici ölkədə avtomobil alıb, Azərbaycana gətirmək üçün sərhəd keçid məntəqəsinə depozit kimi pul köçürülməsi qaydasının olubolmadığını soruşmuş, qaynar xəttə cavab verən gömrük komitəsinin əməkdaşı belə bir qaydanın olmadığını və aldadıldığını Rəşada izah etmişdir. Ondan sonra Şahin tərəfindən aldadılqlarını başa düşmüşlər. Beləliklə, Şahin növbəti dəfə onu və Rəşadı aldada bilməyərək, Rəşaddan pul ala bilmədiyini görüb, yeni yalanlar danışmağa başlamışdır Şahin avtomaşının güya artıq Azərbaycan gömrüyündə olduğunu, avtomaşını gömrükdən götürmək üçün rüsum köçürtməyə pulu olmadığını, borc pul axtardığını və pul tapan kimi avtomaşını gömrükdən təhvil alıb. Rəşada verəcəyini demişdir. Təxminən 2024-cü ilin fevral ayının ilk on günlüyündə Şahin güya tanışlarından birindən pul aldığını, gömrük komitesinə rüsumu köçürdüb avtomobili gömrükdən götürdüyünü və avtomobili ona borc pul verən adamın adına rəsmiləşdirdiyini ona demişdir. Şahin 14000 (on dörd min) manata avtomobil gətirəcəyinə söz versə də, lakin, sonradan avtomobili 17000, daha sonra 20000 və ən sonda isə 34000 manata Rəşada satacağını ona demişdir. Rəşad isə Şahinin dediyi məbləğ ilə razılaşmayaraq, verdiyi pulu qaytarmağı tələb etməyə başlamışdır. Şahin isə avtomobili satandan sonra pulu qaytaracağını, avtomaşını güya 18 fevral 2024-cü il tarixdə Bakı şəhərində avtomobil bazarına satmaq üçün aparacağını ona demişdir. Onu da bildirir ki, dəfələrlə Şahindən Rəşad üçün aldığı avtomobilin şəkillərini ona və Rəşada göndərməyi istəsə də, lakin, o, internetdən götürdüyü "Toyota Corolla'nın müxtəlif markalarının şəkillərini ona və Rəşada göndərmiş, konkret olaraq hansı avtomaşın aldığını dememiş, aldığı avtomaşının özünü və ya şəkillərini onlara göstərməmişdir. Artıq 8 ay müddet keçməsinə baxmayaraq, Şahin hər gün müxtəlif bəhanələr fikirləşir, Rəşad üçün güya Almaniyadan gətirdiyi avtomobili hal-hazıradak ona və Rəşada göstərməmiş, aldığı pulu da qaytarmaqdan ötrü müxtəlif bahanaler deyir. Onu da bildirir ki, o dəfələrlə Şahinə onunla deyil, Rəşadın özü ilə əlaqə saxlamağı desə də, Şahin isə Rəşad ilə əlaqə saxlamamış, ancaq monun vasitəsi ilə öz sözünü Rəşada çatdırmışdır. Ondan başqa Şahin özü də Rəşadın ona "Vapçat" vasitəsi ilə yazdığı mesajlara ilk günler geç də olsa cavab versə də, lakin, sonradan Rəşadın mesajlanna qəti cavab verməyərək onun vasitəsi ilə Rəşadla əlaqə saxlamışdır. Onu da bildirir ki, Rəşad avtomobil almaq üçün Şahinə verdiyi pulu bankdan kredit götürmüş və pulu 8 aydır Şahinə verməklə, həmin pula görə banka aylıq kredit ödəyir. Rəşadın demesinə görə kreditə götürdüyü pul üçün 8 aydır banka ümumilikdə 4000 (dörd min) manat pul ödəmişdir. Bu da o deməkdir ki, Şahin Rəşadı aldadaraq 9012 manat 50 qəpik və banka ödədiyi 4000 manat məbləğ ilə birlikdə ümumilikdə 13000 (on üç min) manat pulu ələ keçirmişdir. Beləliklə, başa düşmüşdür ki, Şahin Rəşad üçün avtomobil gətirməkdən ötrü Almaniyaya getməmiş, onları aldadaraq Rəşadın 9012 manat 50 qəpik məbləğində pulunu ələ keçirmiş və əlavə olaraq 4000 (dörd min) manat məbləğində Rəşada maddi ziyan vurmuşdur. Ondan başqa Şahin pulu qaytarmamaqdan ötrü yeni bir yalan fikirləşərək, güya avtomobili Azərbaycan Gömrüyündən rüsum ödəyib götürmək üçün ona borc pul vermis şəxsin adına rəsmiləşdirəndən sonra, həmin şəxs avtomobili ondan xəbərsiz satmış və güya pulu da götürüb qaçıb getmişdir. Ondan sonra Şahin Rəşaddan aldığı pulun əvəzində özünə məxsus olan "Chevrolet Cruze" markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomaşınını Rəşada verəcəyini dəfələrlə bildirsə də, lakin, verdiyi sözə əməl etməmişdir. Həmin vaxt Şahin yenə bəhanə gətirərək, dediyi sözə əməl etməyərək, notariusa getməkdən və öz maşınını razılaşdığı kimi Rəşada verməkdən imtina etmişdir. Ondan sonra Şahin zənglərinə qəti cavab verməmişdir. Beləliklə, Şahinin zənglərimə cavab vermədiyini görüb, ayı-ayrı günlərdə bir neçə dəfə Şahinin arvadı Sevincə zəng etmişdir. Telefon əlaqəsi zamanı, hətta yolda rastlaşan zaman etdiyi söhbətlər zamanı Şahinin arvadı Sevinc avtomaşının gah onların özünə məxsus olmadığını, gah aldığları avtomaşının pulunun bir hissəsinin nisiyə qaldığlarını, gah avtomaşını banka girov qoyaraq kreditə pul götürdüklərini bəhanə edərək, Rəşadın pulunu qaytarmaqdan və ya pulun əvəzində özlərinə məxsus "Chevrolet Cruze markalı avtomaşını Rəşada verməkdən yayınmışdır Şahin etibarından istifadə edərək, Rəşadın xeyli məbləğdə pulunu ələ keçirərək, öz şəxsi mənafeyi və ailəsinin istirahati üçün xərcləmişdir. Təqsirləndirilən şəxs aldığı puldan ona heç bir pul verməmişdir, həmçinin bu barədə her hansı bir vəd verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, ailəsi birlikdə Lənkəran şəhəri Nizami küçəsi ev 88 mənzil 20 də yaşayır. Təqsirləndirilən şəxsla 2009-cu ilde alle qurmuşdur. Birgə nigahda 3 övladı vardır. İşləmir evdar qadındır Təqsirləndirilən şəxs əvvəllər çörək pulu qazanmaq üçün Almanya Respublikasın işləmişdir Şahin bundan başqa Almanyadan sifarişlə avtomobil gətirərmiş. Zərərçəkmiş şəxs tanımır. Şahid1la isə bir məktəbdə oxuduğu üçün Valehi tanımışdır. Valeh əri Şahinlə münasibəti yaxşı olmuşdur. Onun evdə özünə alda Bank Respublikaya maxsus NEO plastik kartı vardır. Həmin kart ailəlikcə istifadə edirlər. Həmin kart həmişə Şahində olur. Valehin onun kart hesabına 200 manat pulu göndərməmişdən xəbəri olmamışdır. Həmin pulu Şahin kartının ondan olduğu zaman o pulu kartınından çıxarmışdır. X7 bidirmişdir ki, sürdüyü Chevrolet Cruz markalı ** EO *** qeydiyyat nişanlı avtomobilini pulun əvəzine ona verməyini bildirsədə o buna razı olmamışdır. Çünki həmin avtomobili hazırda kreditdədir. Avtomobil başqasının adınadır Avtomobilin 630 manat aylıq kredit pulunu özü ödəyir. Həmin avtomobilin Şahina heç bir aidyyəti yoxdur. Avtomobil iki ilə yaxındır ki, ondadır. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü Atac Əsgərzadə, xx.xx.2007-ci il təvəllüdlü Rozaxanım Əsgərzadə, xx.xx.2009-cu il təvəllüdlü Vilayət Əsgərzadə, xx.xx.2013-cü il təvəllüdlü Nur Əsgərova və xx.xx.2018-ci il təvəllüdlü Poya Əsgərova adlı uşaqları vardır. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Lerik şəhərində öz adına olan Kapital Banka məxsus 416973****3941 nömrəli bir bank adlı bank kartının hesabından **********841926 Neo adlı kart hesabina 200 manat pulu köçürmüşdür. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəni özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi, zərçəkmiş şəxsi aldatmamasına qiymət verərək hesab edir ki, təqsirləndirlən şəxsin bu hallar üzrə göstərdiyi xüsusuatlar özünü müdafiə xarakterlidir və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdarın halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin matreallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxsə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah ediməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tələbi ilə bağlı məhkəməyə mülki mühakimə icrtaatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin matreallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vəapelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Məhkəmənin sədri: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №1(048)-6/2025
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-6/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver