Məhkəmə qərarları › İş №1(048)-61/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-61/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-61/2023 15.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Abdin qızının, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxx 1973-cü ildə Lerik rayonu Mondigah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu Mondigah kəndində daimi qeydiyyatda olmaqla orada yaşamış, barəsində “başqa yerə yetməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 30 may 2023-cü il tarixdə, saat 16 radələrində uzun müddətdir ki, aralarında narazılıq olan qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı evin yaxınlığında yerləşən torpaq sahəsində otardığı xırdabuynuzlu heyvanlardan bir neçəsini ona məxsus bağ sahəsinə girməsi səbəbindən mübahisə edərək dalaşmış, dalaşma zamanı yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq sonuncuya alt dodaq nahiyəsində əzilmiş yara, alt çənə, sol baldır nahiyələrində qançırlarla nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu hərəkəti ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əmisi oğlu Şahid1 həyat yoldaşı və qonşusudur. Aralarında uzun müddət, təxminən 20 ildir ki, narazılıq və ziddiyyət vardır. Zərərçəkmiş şəxs və həyat yoldaşı Şahid1 mütəmadi olaraq onlarla münaqişə etmiş, dəfələrlə onlara böhtanlar atmış, araşdırmalar aparılmışdır. 30 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs və ya Şahid1 görməmişdir. Həmin gün aralarında dalaşma və ya mübahisə baş verməmişdir. Şahid1 və arvadı Zərərçəkmiş şəxs dəfələrlə barəsində yalan və böhtan xarakterli şikayətlər etmişlər. xx.xx.2023-cü il tarixdə və ya başqa vaxtlarda Zərərçəkmiş şəxs ilə mübahisə edib onu vurmamış, xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs əri Şahid1 tərəfindən döyülməsini görməmiş, lakin düşünür ki, Zərərçəkmiş şəxs əri Şahid1 tərəfindən döyülmüşdür. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs görməmiş, həmin gün aralarında hər hansı mübahisə və ya münaqişə baş verməmişdir. Zərərçəkmiş şəxs istəyir ki, oradan köçüb getsinlər. Təqsirləndirilən şəxs ona qanunamüvafiq qaydada köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik rayonunun Monidigah kəndində daimi qeydiyyatda olmaqla əri Şahid1 Canəli oğlu ilə birlikdə orada yaşayır. Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 əmisi oğludur. Təqsirləndirilən şəxsla aralarında uzun müddətdir ki, narazılıq və ziddiyyət vardır. Belə ki, 1991-ci ildə mərhum qaynatasına məxsus həyətyanı torpaq sahəsində ev tikdiyinə görə aralarında narazılıq yaranmışdır. Təqsirləndirilən şəxs, həmçinin onlar müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarına müraciət etmiş, araşdırmalar aparılmışdır. 30 may 2023-cü il tarixdə, saat 16 radələrində əri Şahid1 Lerik şəhərində olmuş, həyətə düşüb bağda qoyunları otarmağa başlamışdır. Qoyunlardan bir neçə başı ayrılıb Təqsirləndirilən şəxs evinin yaxınlığına getmiş, bu zaman Təqsirləndirilən şəxs evindən çıxıb ünvanına söyüşlər söyərək yanına gəlmişdir. Təqsirləndirilən şəxs heyvanların onun həyətinə girməsinə görə onunla mübahisə edib əlbəyaxa olaraq yumruqla dodaq nahiyəsinə zərbə vurmuş, onunla əlbəyaxa olub yerə yıxmışdır. Ağzından qan axmağa başlamış, hadisə zamanı Sərrafın həyat yoldaşı Gülçöhrə və oğlu Amil hadisə yerinə gəlmiş, ağzından qan axdığını görüb qaçaraq yanından uzaqlaşmışlar. Bundan sonra həyat yoldaşı Şahid1 zəng etmiş, lakin Asifə zəng çatmamışdır. Bundan sonra polis sahə rəisi Şahid2 zəng edib bu barədə məlumat vermiş, sonuncu hadisə yerinə gələcəyini demişdir. Daha sonra yenidən həyat yoldaşı Şahid1 zəng etmiş, lakin yenə də Asifə zəng çatmamışdır. Bir neçə müddət sonra həyat yoldaşı Şahid1 evə gəlmiş və bu barədə sonuncuya danışmışdır. Şahid1 mobil telefonu ilə “102” xidmətinə məlumat vermişdir. Hadisədən sonra qulağında olan sırğanın itdiyini aşkar etmiş, hadisə vaxtı qulağında olan sırğa da itmişdir. “102” xidmətinə qonşusu Sərrafın onu döydüyünü bildirmiş, ola bilsin ki, xidmətin operatoru Sərrafın adını Şərifə kimi eşidib qeydə almışdır. Şərifə adlı şəxsi tanımır. Məlumatda qeyd olunan Şərifə adı Sərrafdır. Hadisə evinin arxa tərəfində yerləşən sahədə baş vermiş, həmin hadisəni Təqsirləndirilən şəxs arvadı Gülçöhrə və oğlu Amil görmüşlər. Qeyd olunan hadisə təxminən 2 dəqiqə baş vermişdir. Bədəni üzərində olan xəsarətləri xx.xx.2023-cü il tarixdə qonşusu Təqsirləndirilən şəxs yumruqla dodaq nahiyəsinə və təpiklə sol baldır nahiyəsinə vurması nəticəsində ona yetirmişdir. Hazırda təqsirləndirlən şəxsə barışmamışdır. Odur ki, təqsirləndirlən şəxsə qanunamüvafiq qaydada cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Canəli oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Təqsirləndirilən şəxs əmisi oğludur, aralarında uzun müddətdir ki, narazılıq və ziddiyyət vardır. Belə ki, 1991-ci ildə atasına məxsus həyətyanı torpaq sahəsində ev tikdiklərinə görə aralarında narazılıq yaranmışdır. Təqsirləndirilən şəxs, həmçinin onlar müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarına müraciət etmiş, araşdırmalar aparılmışdır. 30 may 2023-cü il tarixdə, saat 16 radələrində Lerik şəhərinə məhkəməyə gəlmiş, məhkəmədən çıxıb Lerik rayon prokurorluğuna getmişdir. Oradan çıxıb Lerik şəhər avtovağzalına gedib maşın gözləmiş, lakin maşın olmamışdır. Həmin gün, saat 17:30-da evə çatmış, həyat yoldaşı Zərərçəkmiş şəxs ağzından qan axdığını görmüşdür. Rəhimə ona hadisə barədə danışıb əmisi oğlu Təqsirləndirilən şəxs onu döydüyünü bildirmiş, bu barədə polis sahə rəisi Şahid2 zəng edib məlumat verdiyini demişdir. Polis əməkdaşları hadisə yerinə gəlmədiyinə görə öz mobil telefonu ilə “102” xidmətinə məlumat vermişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətləri xx.xx.2023-cü il tarixdə qonşusu Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs dodaq nahiyəsinə və təpiklə sol baldır nahiyəsinə vurması nəticəsində ona yetirmişdir. Həyat yoldaşım Zərərçəkmiş şəxs əmisi oğlu Təqsirləndirilən şəxs xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir, polis leytenantıdır. Lerik rayonunun Monidigah kənd sakinləri Zərərçəkmiş şəxs və qonşusu Təqsirləndirilən şəxs tanıyır, aralarında narazılıq və ziddiyyət yoxdur. 30 may 2023-cü il tarixdə, saat təxminən 16-17 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona zəng edib ağlayaraq həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirdiyini, əri Şahid1 evdə olmadığını, sonuncuya zəng etsə də telefonuna zəng çatmadığını bildirmişdir. Telefonda Zərərçəkmiş şəxs hadisə barədə soruşduqda ona heyvanlarından bir neçəsinin Təqsirləndirilən şəxs məxsus bağ sahəsinə girməsinə görə aralarında mübahisə yarandığını və Təqsirləndirilən şəxs onu döyüb xəsarət yetirdiyini demişdir. Zərərçəkmiş şəxs polis əməkdaşlarının hadisə yerinə gələcəklərini bildirmiş və təhqiqatçı Teymur Nuriyev həmin hadisə yerinə gedib araşdırma aparmışdır. Lənkəran MTE və PA şöbəsinin 31 may 2023-cü il tarixli, 44 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - alt dodaq nahiyəsində əzilmiş yara, alt çənə, sol baldır nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Mondigah kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Mondigah kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 tələbə uşağı vardır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 009918 saylı Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Qarabağ Müharibəsi iştirakçısıdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X4 Birliyi tərəfindən verilmiş MV № 018025 saylı Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X2. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək məhkəmədə Zərərçəkmiş şəxs xəsarət yetirməməsi barədə verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkmədə təqdiq edilmiş zərərçəkmiş şəxsin və şahid ifadəsi, istintaq hərəkəti protokolları, ekspert rəyi, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Qarabağ Müharibəsi iştitrakçısı olması, himayəsində bir uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindyi maddənin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Lerik Rayon İcra və probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə yetməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar