Məhkəmə qərarları › İş №1(048)-7/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-7/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-7/2023 15.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 11:15 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx.xx.2002-ci ildə Lerik rayonunun Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Əliabad kəndində daimi qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1995-ci ildə Lerik rayonunun Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lerik rayonunun Əvilə kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1993-cü ildə Lerik rayonunun Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Əliabad kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki,o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin mart ayının əvvəllərində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22-23 radələrində yaşadıqları Lerik rayonunun Əliabad kəndində yerləşməklə Lerik rayonunun Soru kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 38 metr uzunluğunda 4x25 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 82 metr uzunluğunda 4x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 38 metr uzunluğunda 1x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri Şahid3 idarə etdiyi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini Şahid4 əldə etdikləri mis materialının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 1725 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamaq məqsədilə 2022-ci ilin aprel ayının ortalarında həmkəndlisi Şahid2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22 radələrində yaşadıqları kəndin giriş hissəsində yerləşməklə Lerik rayonunun Soru kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 64 metr uzunluğunda 4x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 40 metr uzunluğunda 1x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri Şahid3 idarə etdiyi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini Şahid4 əldə etdikləri mis materialının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 868 (səkkiz yüz altmış səkkiz) manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamaq məqsədilə 2022-ci ilin aprel ayının axırlarında həmkəndlisi Şahid2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşərək həmin gün, saat 22 radələrində yaşadıqları kəndin giriş hissəsində yerləşməklə Lerik rayonunun Soru kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir şər evinə daxil olub obyektin paylayıcı otağının yuxarısında yerləşən otağın tavanı ilə çəkilmiş elektrik naqillərindən 48 metr uzunluğunda 4x10 mm2-lik mis əsaslı ərintidən hazırlanmış ağ rəngli izolyasiyalı, 4 damarlı elektrik naqilini 18 metr uzunluğunda 4x25 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 9 metr uzunluğunda 4x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini, daha sonra obyektin paylayıcı otağına daxil olub oradan 15 metr uzunluğunda 4x25 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 13 metr uzunluğunda 4x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini, 41 metr uzunluğunda 4x2,5 mm2lik mis əsaslı ərintidən hazırlanmış ağ rəngli izolyasiyalı, 3 damarlı elektrik naqilini, həmçinin paylayıcı otaqda olan elektrik şitlərində quraşdırılmış 1 ədəd 3x80 amperlik Simens markalı avtomatı, 1 ədəd 3x63 amperlik Simens markalı avtomatı, 4 ədəd 70 sm uzunluğunda 3x4 sm ölçüdə mis şini və 2 ədəd ehtiyatın avtomatik qoşulması qurğusunu (AVR) oğurlayıb həmkəndliləri Şahid3 idarə etdiyi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini Şahid4 əldə etdikləri mis materialının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 1682 (bir min altı yüz səksən iki) manat məbləğində ziyan vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki,o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin mart ayının əvvəllərində həmkəndliləri Təqsirləndirilən şəxs1 və X8 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22-23 radələrində yaşadıqları Lerik rayonunun Əliabad kəndində yerləşməklə Lerik rayonunun Soru kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 38 metr uzunluğunda 4x25 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 82 metr uzunluğunda 4x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 38 metr uzunluğunda 1x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini, bundan əlavə razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla orada olan 1 ədəd su motorunu oğurlayıb elektrik naqillərini həmkəndliləri Şahid3 idarə etdiyi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini Şahid4 əldə etdikləri mis materialının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, su motorunu isə öz xeyrinə istifadə etməklə Zərərçəkmiş şəxs ümumilikdə 1785 manat məbləğində ziyan vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki,o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin mart ayının əvvəllərində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22-23 radələrində yaşadıqları Lerik rayonunun Əliabad kəndində yerləşməklə Lerik rayonunun Soru kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 38 metr uzunluğunda 4x25 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 82 metr uzunluğunda 4x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 38 metr uzunluğunda 1x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri Şahid3 idarə etdiyi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini Şahid4 əldə etdikləri mis materialının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 1725 manat məbləğində ziyan vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı Əliabad kəndinin girəcəyində, yolun sol tərəfində istifadəyə verilməyən xeyir-şər evi tikilmişdir. Həmin xeyir-şər evi istifadəyə verilməmişdir. Orada elektrik kabellərinin olduğunu bilmişdir. 2022-ci ilin mart ayının əvvəllərində, saat 22 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə kənddə gəzərkən pula ehtiyacları olduğundan yaşadığı Əliabad kəndinin girəcəyində, yolun sol tərəfində istifadəyə verilməyən xeyir-şər evindən oğurluq etmək qərarına gəlmişlər. Binaya daxil olub birinci mərtəbədə elektrik otağından sağ tərəfdə dəhlizin üzərində çəkilmiş elektrik xətlərini sökmək qərarına gəlmişlər. Orada olan taxtalardan istifadə edib yuxarı qalxmış, alışqan fənəri ilə işıq vermişdir. İmaməli və Baba isə taxtaların üzərinə çıxıb elektrik kabellərini kəsib sökmüşlər. Həmin kabelləri təxminən 2 saata söküb bükərək İmaməlinin yaşadığı evə aparmışlar. İmaməli evdə tək yaşadığından kabelləri onun həyətində qoymuşlar. Birlikdə kabelləri soyub misləri çıxarmışlar. Həmçinin orada olan bir ədəd su motorunu İmaməli götürüb evinə aparmışdır. Səhəri gün həmin kabelləri həmkəndliləri Əhliman adı ilə tanıdıqları Şahid3 idarə etdiyi VAZ-2106 markalı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb Şahid4 vermişlər. Vüsal misi çəkmiş, 17 kq mis üçün onlara 170 manat pul vermişdir. Şahid3 yol pulu olaraq 10 manat vermişlər və qalan pulu isə 3 bərabər hissəyə bölüb bölüşmüş, bundan sonra evlərinə qayıtmışlar. Onlarla birlikdə təxminən 200 metr kabel oğurlamışlar. Bundan əlavə göstərmişdir ki, 2022-ci ilin aprel ayının ortalarında, saat təxminən 21 radələrində həmkəndlisi Şahid2 ilə birlikdə yaşadıqları Lerik rayonunun Əliabad kəndində gəzişdikləri zaman pula ehtiyacları olduğundan qabaqcadan razılaşaraq kənddə yerləşən xeyir-şər evindən kabel oğurlamaq qərarına gəlmişlər. Buna görə də həmin gün, saat təxminən 22 radələrində xeyir-şər evinə Şahid2 ilə birlikdə daxil olmuşlar. Obyektin tavanına bərkidilmiş elektrik kabellərini balta ilə kəsib bükərək həmin xeyir-şər evinin yuxarı hissəsində yerləşən “Əlivo” adlanan sahədə qoymuşlar. Bundan sonra taksi fəaliyyəti göstərən Şahid3 zəng edib onları Camaşair kəndinə aparmasını istəmişdir. Şahid3 idarə etdiyi VAZ-2106 markalı avtomobillə yanına gəlmiş, elektrik kabellərini torbaya qoyduqları üçün içərisində nə olduğunu bilməmişdir. Həmin kabelləri Zülfiqarla avtomobilə yükləyib Camaşair kəndinə aparmışlar. Orada metal qəbulu ilə məşğul olan Şahid4 1 kq-sı 10 manatdan olmaqla ümumilikdə 65 manat dəyərində, 6,5 kq çəkidə mis satmışlar. Vüsala həmin misi haradan gətirdiyini deməmişdir. Vüsaldan pulu alıb 10 manat yol pulu Gəraya vermişlər. Qalan pulu da aralarında bölmüşlər. Bundan təxminən 1 həftə, 10 gün sonra yenidən pula ehtiyacları olduğundan Şahid2 ilə birlikdə xeyir-şər evinə təkrar daxil olub tavanda quraşdırılmış elektrik kabellərini, həmçinin elektrik otağında olan mis şinləri və digər mis qurğuları sökərək yenidən torbaya qoyub kəndin “Əlivo” adlanan sahəsinə aparıb Şahid3 zəng edərək onları Camaşair kəndinə aparmasını istəmişlər. Gəray idarə etdiyi VAZ-2106 markalı avtomobillə həmin sahəyə gəlmişdir. Elektrik kabellərini və digər mis qurğuları avtomobilə yükləmişlər. Şahid3 həmin əşyaların yağ-pendir olduğunu demiş, ona pulunu 1 həftəyə verəcəyini demişdir. Gərayın idarə etdiyi avtomobili ilə elektrik kabellərini və digər mis qurğuları Camaşair kəndinə aparıb orada Vüsal Vəlizadəyə 1 kq-sı 10 manatdan olmaqla 55 manata satmışlar. Pulu aldıqdan sonra geri qayıdarkən 10 manat yol pulu Gəraya doğru uzatmış, Gəray pulu haradan gətirdiyini soruşmuş, onu sorğu-sual etməyə başlamışdır. Gəraya oğurluq etdiklərini demiş, bunu dedikdən sonra Gəray avtomobili saxlayıb “düşün, cəhənnəm olun” demiş və avtomobildən düşüb piyada evə getmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə verilmiş ittihama görə vurulmuş ziyanı digər təqsirləndirilən şəxslərlə birlikdə ödəmiş, zərərçəkmiş şəxsdən üzr istəmiş və onunla barışmaq istəyir. Lakin zərərçəkmiş şəxs onlardan daha çox məbləğdə ziyan tələb edir. Odur ki, ona qanunamüvafiq qaydada köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayının əvvəllərində, saat 22 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə kənddə gəzərkən pula ehtiyacları olduğundan yaşadığı Əliabad kəndinin girəcəyində, yolun sol tərəfində istifadəyə verilməyən xeyir-şər evindən oğurluq etmək qərarına gəlmişlər. Binaya daxil olub birinci mərtəbədə elektrik otağından sağ tərəfdə dəhlizin üzərində çəkilmiş elektrik xətlərini sökmək qərarlaşdırmışlar. Səfər orada olan taxtalardan istifadə edib yuxarı qalxmış, alışqan fənəri ilə işıq vermişdir. O və Baba isə taxtaların üzərinə çıxıb elektrik kabellərini kəsib sökmüşlər. Həmin kabelləri təxminən 2 saata söküb bükərək onun yaşadığı evə aparıb evin həyətində qoymuşlar. Birlikdə kabelləri soyub misləri çıxarmışlar. Həmçinin o, orada olan bir ədəd su motorunu götürüb evinə aparmışdır. Səhəri gün həmin kabelləri həmkəndliləri Əhliman adı ilə tanıdıqları Şahid3 idarə etdiyi avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb Şahid4 vermişlər. Vüsal misi çəkmiş, 17 kq mis üçün onlara 170 manat pul vermişdir. Şahid3 yol pulu olaraq 10 manat vermişlər və qalan pulu isə 3 bərabər hissəyə bölüb bölüşmüş, bundan sonra evlərinə qayıtmışlar. Birlikdə təxminən 200 metr kabel oğurlamışlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə verilmiş ittiham üzrə vurulmuş ziyanı digər təqsirləndirilən şəxslərlə birlikdə ödəmiş, zərərçəkmiş şəxsdən üzr istəmiş və onunla barışmaq istəyir. Lakin zərərçəkmiş şəxs onlardan daha çox məbləğdə ziyan tələb edir. Odur ki, ona qanunamüvafiq qaydada köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayının əvvəllərində, saat 22 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə kənddə gəzərkən pula ehtiyacları olduğundan yaşadığı Əliabad kəndinin girəcəyində, yolun sol tərəfində istifadəyə verilməyən xeyir-şər evindən oğurluq etmək qərarına gəlmişlər. Binaya daxil olub birinci mərtəbədə elektrik otağından sağ tərəfdə dəhlizin üzərində çəkilmiş elektrik xətlərini sökmək qərarlaşdırmışlar. Səfər orada olan taxtalardan istifadə edib yuxarı qalxmış, alışqan fənəri ilə işıq vermişdir. O və İmaməli isə taxtaların üzərinə çıxıb elektrik kabellərini kəsib sökmüşlər. Həmin kabelləri təxminən 2 saata söküb bükərək İmaməlinin yaşadığı evə aparıb evin həyətində qoymuşlar. Birlikdə kabelləri soyub misləri çıxarmışlar. Həmçinin İmaməli, orada olan bir ədəd su motorunu götürüb evinə aparmışdır. Səhəri gün həmin kabelləri həmkəndliləri Əhliman adı ilə tanıdıqları Şahid3 idarə etdiyi avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb Şahid4 satmışlar. Vüsal 17 kq mis üçün onlara 170 manat pul vermişdir. Şahid3 yol pulu olaraq 10 manat vermişlər və qalan pulu isə 3 bərabər hissəyə bölüb bölüşmüşlər. Onlar birlikdə təxminən 200 metr kabel oğurlamışlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə onlara verilmiş ittiham üzrə vurulmuş ziyanı digər təqsirləndirilən şəxslərlə birlikdə ödəmiş, zərəçəkmiş şəxsdən üzr istəmiş və onunla barışmaq istəyir. Lakin zərərçəkmiş şəxs onlardan daha çox məbləğdə ziyan tələb edir. Odur ki, ona qanunamüvafiq qaydada köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri onların özlərinin ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2006-cı ildə Noda-Şingədulan-Xanagah avtomobil yolunun rayonun Əliabad kəndinin giriş hissəsində xeyir-şər evinin tikintisinə başlamış, təxminən 2015-ci ildə həmin obyektin tikintisi dayandırılmış, tam təmir olunmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən ekspert rəyi alınmadığından tikinti başa çatmamışdır. Xeyir-şər evinin tikildiyi torpaqda sürüşmələr olduğundan və obyektin dağılması üçün təhlükə yarandığından xeyir-şər evinin istifadəyə verilməsi mümkün olmamışdır. Təxminən 2015, 2016 və 2017-ci illərdə obyektdən xırda oğurluqlar edilmiş və bununla bağlı Lerik RPŞ-də araşdırma aparılmışdır. Həmin vaxt obyektdən metlax, taxta və metal hissələri aparılmışdır. 2022-ci ilin iyun ayının 10-da oğlu Zaid Cəfərov telefonuna zəng edib obyektin pəncərəsinin açıq olduğunu demiş, buna görə də obyektə gedib baxmışdır. Xeyir-şər evinin birinci mərtəbəsinə baxdığı zaman 2011-ci ildə çəkilmiş elektrik kabellərinin sökülərək oğurlanmasını aşkar etmişdir. Elektrik otağına daxil olduqda otaqda olan şitlərin qapısının sökülərək avtomatlara bərkidilmiş kabellərində təxminən 30 sm hündürlükdə kəsilərək mislərinin oğurlanmasını aşkar etmişdir. Orada 3 ədəd şit vardır. Kiçik şitdə 3x80 amperlik 1 ədəd avtomat və 3x63 amperlik 1 ədəd avtomatlar, həmçinin 6 metr uzunluğunda 4x16 mm2 ölçüdə elektrik kabeli, orta şitdə 70 sm uzunluğunda 3x4 ölçüdə 2 ədəd mis şin və 4 metr uzunluğunda 4x25 mm2 ölçüdə elektrik kabeli, soldakı şitdə 70 sm uzunluğunda 3x4 ölçüdə 2 ədəd mis şin, 4 metr uzunluğunda 4x25 mm2 ölçüdə elektrik kabeli və 2 ədəd AVR (ehtiyatın avtomatik qoşulması qurğusu) oğurlanmışdır. Tikintidən 48 metr uzunluğunda 4x10 mm2-lik ağ rəngdə (diametri təxminən 5-6 mm), 71 metr uzunluğunda 4x25 mm2-lik (diametri təxminən 3 sm), 168 metr uzunluğunda 4x16 mm2-lik (diametri təxminən 2 sm), 78 metr uzunluğunda 1x16 mm2-lik və 41 metr uzunluğunda 3x2,5 mm2-lik göy rəngdə elektrik kabelləri oğurlanmışdır. Həmçinin əvvəlki dövrlərdə obyektdən 9 ədəd 6 metr uzunluğunda, 1,6 mm-lik dəmir profillər, 60 ədəd 60x60 ölçüdə metlax, istifadə edilmiş ümumi uzunluğu 100 metr olan 7 mm-lik dəmir uqolniklər, 300 ədəd 50x50 ölçüdə xamut və 2 ədəd su motoru oğurlanmışdır. 3x80 amperlik 1 ədəd avtomatın qiyməti 120 manat, 3x63 amperlik 1 ədəd avtomatın qiyməti 30 manat, 70 sm uzunluğunda 3x4 sm ölçüdə 1 ədəd mis şinin qiyməti 20 manat, 4 ədədinin qiyməti 80 manatdır. 2 ədəd AVR-nin qiyməti isə 250 manatdır. Həmçinin əvvəlki dövrlərdə obyektdən 9 ədəd 6 metr uzunluğunda, 1,6 mm-lik dəmir profillərin qiyməti 54 manat, 60 ədəd 60x60 ölçüdə metlaxın qiyməti 400 manatdır. İstifadə edilmiş ümumi uzunluğu 100 metr olan 7 mm-lik dəmir uqolniklərin qiymətini bilmir. 300 ədəd 50x50 ölçüdə xamutun qiyməti 240 manat və 2 ədəd su motorunun qiyməti 120 manatdır. İbtidai istintaq orqanı tərəfindən müəyyən olunmuş ziyanla razı deyildir. Ona görə də hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanla bağlı mülki iddia qaldırmışdır. Odur ki, təqsirləndirilən şəxslərə qanunamüvafiq qaydada cəza verilməklə mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2006-cı ildə Noda-Şingədulan-Xanagah avtomobil yolunun rayonun Əliabad kəndinin giriş hissəsində xeyir-şər evinin tikintisinə başlamış, təxminən 2011-ci ildə həmin obyektin tikintisi başa çatmış, lakin tam təmir olunmamışdır. Həmin vaxt qeyd olunan obyektdə özbaşınalıqlar və tikildiyi torpaqda sürüşmələr olduğundan və obyektin dağılması üçün təhlükə yarandığından xeyir-şər evinin istifadəyə verilməsi mümkün olmamışdır. Obyektin tikintisinə təxminən 1 milion manat pul vəsaiti xərclənmiş, təxminən 2015, 2016 və 2017ci illərdə obyektdən xırda oğurluqlar edilmiş və bununla bağlı Lerik RPŞ-də araşdırma aparılmışdır. Həmin vaxt obyektdən metlax, taxta və metal hissələri aparılmışdır. 2022-ci ilin iyun ayının əvvəllərində qardaşı oğlu Zaid Cəfərov mobil telefonuna zəng edib elektrik kabellərinin tavandan sökülüb aparıldığını demiş, buna görə də Bakı şəhərindən Lerik rayonuna, həmin xeyir-şər evinə gəlmişdir. Obyektə baxdıqda həqiqətən də elektrik kabellərinin oğurlandığını görmüşdür. Tikilinin yerləşdiyi torpaq qardaşı Zərərçəkmiş şəxs adınadır, onun mülkiyyətindədir, lakin həmin tikili onun vəsaiti hesabına tikilmişdir. Oğurlanmış əşyaların qiymətini qardaşı Zərərçəkmiş şəxs bilir. Həmin əşyaların qiymətini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, metal qəbulu ilə məşğul olub ailəsini dolandırır. Noda-Şingədulan-Xanagah yolunun kənarında, Əliabad kəndinin ərazisində təxminən 12-13 il bundan qabaq şadlıq evinin tikintisinə başlanmış, lakin ərazidə sürüşmə olduğundan həmin şadlıq evi istifadəyə verilməmişdir. 1 ildir ki, metal yığımı ilə məşğul olur. Həmin metalları Bakı şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən zavoda təhvil verir. Təzəlikcə Noda-Şingədulan- Xanagah avtomobil yolunun kənarında, rayonun Əliabad kəndində yerləşən, lakin istifadə olunmayan xeyir-şər evindən elektrik kabeli və digər əşyaların oğurlanması barədə eşitmişdir. 2022-ci ilin təxminən aprel ayının xatırlamadığı günündə, saat təxminən 22-23 radələrində Lerik rayonunun Əliabad kənd sakini Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrəli telefona zəng edib “mən yoldayam, sənin üçün mis gətirirəm, qabağımıza çıx” demiş, Səfərdən “gecə vaxtı nə üçün mis gətirirsən” deyə soruşduqda Səfər pula ehtiyacı olduğu üçün mis gətirdiyini demişdir. Təqsirləndirilən şəxs1 həmkəndlisi Əhlimanın idarə etdiyi VAZ-2106 markalı avtomobillə kəndə gəlmiş, avtomobili dərəni keçdikdən sonra saxlamışdır. Ona köməklik edən qonşusu Şahid5la onları qarşılamışdır. Avtomobildən Səfər və həmkəndlisi Şahid2 düşmüş, onlar avtomobilin yük yerindən bükülmüş formada elektrik kabelini götürüb yanına gətirmişlər. Həmin elektrik kabelini çəkdikdə ümumi çəki 10 kq gəlmiş, həmin elektrik kabelinin qabığını çıxıb 6,5 kq misi hər 1 kq-nı 10 manatdan hesablamaqla ümumilikdə 65 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan təxminən 2-3 həftə sonra, saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs1 yenidən mobil telefonuna zəng edib “mis gətirirəm” demiş, Səfərdən nə üçün gecə vaxtı mis gətirdiyini soruşduqda Səfər pul lazım olduğunu demiş, təxminən 1 saat sonra Əhlimanın idarə etdiyi VAZ-2106 markalı avtomobillə kəndə gəlmişdir. Səfər Zülfüqarla birlikdə kəndə gəlmiş, kənddə yerləşən dərədən bir qədər yuxarıda Səfər və Zülfüqar avtomobildən düşüb yük yerindən bükülü vəziyyətdə mis kabelləri gətirmişlər. Həmin kabelləri çəkmiş, 5,5 kq misi 55 manata ondan qəbul etmişdir. Pulu Səfərin özünə vermişdir. Əvvəlki dövrlərdə Səfər ondan 40 manat borca pul almış, 2022-ci ilin may ayının təxminən axırlarında Səfərə zəng edib pulunu istəmiş, buna görə də Səfər Gərayın avtomobili ilə yaşadığı kəndə dəmir tullantı gətirmişdir. Həmin vaxt həmkəndlisi Zülfüqar Vəlizadə də yanında olmuşdur. Şahid5 köməyə çağırmış, Səfər avtomobilin yük yerindən ümumi çəkisi 60-70 kq olan dəmir tullantı çıxarmışdır. Şahid5la köməkləşib həmin metal tullantıları özünə məxsus QAZ-53 markalı avtomobilin kuzasında çəkib qəbul etmiş, həmin vaxt Şahid2 dükanda olmuşdur. Səfər həmin metal tullantını borc əvəzində gətirmiş, əlavə olaraq ona 10-15 manat da pul vermiş, onlar kənddən çıxıb-getmişlər. Səfər və Zülfiqarın ona verdiyi elektrik kabellərinin oğurluq olmasından xəbəri olmamışdır. 2022-ci ilin iyun ayında xeyir-şər evindən elektrik kabellərinin oğurlanmasını eşitdikdə Səfər və Zülfüqarın gətirdiyi kabellərin oğurluq olmasını bilmiş və bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 İmaməli və Baba ilə birlikdə ona metal tullantı vermişlər. Elektrik kabellərini Səfərdən almış, pulu ona vermişdir. Bu vaxt Baba və İmaməli mağazaya gedib orada alver etmişlər. Onlar Şahid3 idarə etdiyi avtomobillə gəlmişlər. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lerik rayonunun Əliabad kəndində daimi qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayır. Əliabad kəndində ata evləri olduğu üçün tez-tez ora gedir. Lerik rayonunun Soru kənd sakini Zərərçəkmiş şəxs tanıyır, qonşu kəndçisidir. Araların narazılıq və ziddiyyət olmamışdır. Toğrulun oğlu Zaid Cəfərova 2020-ci ildə 1 illik əkin üçün torpaq vermişdir. 2022-ci ilin aprel ayının ortalarında həmkəndlisi Təqsirləndirilən şəxs1lə birlikdə, saat təxminən 21 radələrində kənddə gəzərkən Səfər kəndin giriş hissəsində yerləşən xeyir-şər evində elektrik kabeli olduğunu, oradan elektrik kabeli oğurluya biləcəklərini demişdir. Bundan sonra pula ehtiyacları olduğu üçün həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan razılaşaraq həmin xeyir-şər evindən kabel oğurlamaq qərarına gəlmişlər. Həmin gün, saat təxminən 22 radələrində xeyir-şər evinə Təqsirləndirilən şəxs1lə birlikdə daxil olmuş, obyektin tavanına bərkidilmiş elektrik kabellərini balta ilə kəsib bükərək həmin xeyir-şər evinin yuxarı hissəsində yerləşən “Əlivo” adlanan sahədə qoymuşlar. Bundan sonra Səfər taksi fəaliyyəti göstərən Şahid3 zəng edib onları Camaşair kəndinə aparmasını istəmiş, sonuncu idarə etdiyi VAZ-2106 markalı avtomobillə yanına gəlmişdir. Elektrik kabellərini torbaya qoyduğu üçün Gəray torbaların içərisində nə olduğunu bilməmişdir. Həmin kabelləri avtomobilə yükləyib Camaşair kəndinə aparmış, orada metal qəbulu ilə məşğul olan Şahid4 1 kq-sı 10 manatdan olmaqla ümumilikdə 65 manat dəyərində, 6,5 kq çəkidə mis satmışlar. Vüsala həmin misi haradan gətirdiklərini deməmişlər. Şahid3 də bu işdən xəbəri olmamışdır. Vüsaldan pulu alıb 10 manat yol pulu Gəraya vermiş, Qalan pulu da aralarında bölmüşlər. Bundan təxminən 2 həftə sonra yenidən pula ehtiyacları olduğundan Təqsirləndirilən şəxs1lə birlikdə xeyir-şər evinə təkrar daxil olub tavanda quraşdırılmış elektrik kabellərini, həmçinin elektrik otağında olan mis şinləri və digər mis qurğuları sökərək yenidən torbaya qoyaraq kəndin “Əlivo” adlanan sahəsinə aparıb Şahid3 zəng edərək onları Camaşair kəndinə aparmasını istəmişlər. Gəray idarə etdiyi VAZ-2106 markalı avtomobillə həmin sahəyə gəlmiş, elektrik kabellərini və digər mis qurğuları avtomobilə yükləmişlər. Səfər Şahid3 həmin əşyaların yağ-pendir olduğunu demiş, Gərayın idarə etdiyi avtomobili ilə elektrik kabellərini və digər mis qurğuları Camaşair kəndinə aparıb orada Şahid4 1 kq-sı 10 manatdan olmaqla 55 manata satmışlar. Pulu aldıqdan sonra geri qayıdarkən Səfər 10 manat yolpulu Gəraya vermiş, həmin pulu Səfərlə aralarında bölmüşlər. Xeyir-şər evinin yaxınlığında avtomobildən düşüb evlərinə getmişlər. Əməlindən peşimandır, bununla bağlı ona köməklik göstərilməsini xahiş edir. Həmin obyektdən elektrik kabeli və elektrik şitlərində olan qurğulardan başqa hər hansı bir əşya oğurlamamışlar. Təqsirləndirilən şəxs1 ona heç vaxt kiminləsə həmin obyektə daxil olması barədə deməmişdir. Təqsirləndirilən şəxs1 ilə birlikdə 2 dəfəyə təxminən 200 metr uzunluğunda müxtəlif markalı elektrik kabelləri, həmçinin elektrik otağında olan mis qurğuları oğurlamışlar. Oğurluq etdikdən dərhal sonra həmin obyektə yenidən girəcəkləri barədə düşünməmişlər. Sadəcə olaraq sonrakı dövrdə yenidən pula ehtiyacları olduğundan xeyir-şər evinə təkrar daxil olub oğurluq etmək qərarına gəlmişlər. Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Lerik rayonunun Əliabad kəndində daimi qeydiyyatda olmaqla orada yaşayır. 1991-1992-ci illərdə İ Qarabağ müharibəsində iştirak etmişdir. 27 iyul 1992-ci il tarixdə yaralanaraq ordu sıralarından tərxis olunmuş, sol ayağı dizdən aşağı amputasiya olunmuşdur. Şəxsi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə taksi fəaliyyəti göstərib ailəsini dolandırır. 2022-ci ilin təxminən mart-aprel aylarında həmkəndliləri Baba, İmaməli, Səfər və Zülfiqar üçün şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərib metal tullantıları Lerik rayonunun Camaşair kəndinə Şahid4 evinə aparmışdır. Belə ki, dəqiq bilmədiyi tarixlərdə İmaməli üçün evindən 2 ədəd un kisəsində metal tullantını çaya aparmış, çayda Şahid4 həmin tullantıları çəkib qəbul etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 üçün də avtomobili ilə müxtəlif vaxtlarda Camaşair kəndinə onların deməsinə görə metal tullantı aparmışdır. Həmçinin sonrakı vaxtlarda Səfər və Zülfiqar üçün də metal tullantı aparmışdır. Ona yol pulu olaraq 10 manat pul vermişlər. Dəqiq olaraq onlar üçün neçə dəfə yük apardığını xatırlamır. Həmin metal tullantıların nədən ibarət olduğunu və hansı yolla əldə edildiyini bilməmişdir. Səfər və İmaməli həmkəndliləri, Baba isə qardaşı oğludur. Şahid5 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid2 Lerik rayonunun Əliabad kəndində yerləşən və istifadəyə verilməyən xeyir-şər evindən 2022-ci ilin aprel ayının ortalarında 64 metr uzunluğunda 4x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini (64 metr x 12 manat = 768 manat) və 40 metr uzunluğunda 1x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini (40 metr x 2,5 manat = 100 manat) oğurlamaqla mülkiyyətçiyə 768 + 100 = 868 manat məbləğində ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 ilə Vəlizadə X1 yerləşən və istifadəyə verilməyən xeyir şər evindən 2022-ci ilin aprel ayının axırlarında 48 metr uzunluğunda 4x10 mm2-lik mis əsaslı ərintidən hazırlanmış ağ rəngli izolyasiyalı, 4 damarlı elektrik naqilini (48 metr x 7 manat = 336 manat), 33 metr uzunluğunda 4x25 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini (33 metr x 17 manat = 561 manat), 22 metr uzunluğunda 4x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini (22 metr x 12 manat = 264 manat), 41 metr uzunluğunda 4x2,5 mm2-lik mis əsaslı ərintidən hazırlanmış ağ rəngli izolyasiyalı, 3 damarlı elektrik naqilini (41 metr x 1 manat = 41 manat), 3x80 amperlik 1 ədəd Simens markalı avtomatı (120 manat), 3x63 amperlik 1 ədəd Simens markalı avtomatı (30 manat), 70 sm uzunluğunda 3x4 sm ölçüdə 4 ədəd mis şini (80 manat) və 2 ədəd AVR (ehtiyatın avtomatik qoşulması qurğusu) (250 manat) oğurlamaqla mülkiyyətçiyə 336 + 561 + 264 + 41 + 120 + 30 + 80 + 250 = 1682 manat məbləğində ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Lerik rayonunun Əliabad kəndində yerləşən və istifadəyə verilməyən xeyir şər evindən 2022-ci ilin mart ayının əvvəllərində 38 metr uzunluğunda 4x25 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini (38 metr x 17 manat = 646 manat), 82 metr uzunluğunda 4x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini (82 metr x 12 manat = 984 manat) və 38 metr uzunluğunda 1x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini (38 metr x 2,5 manat = 95 manat) oğurlamaqla mülkiyyətçiyə 646 + 984 + 95 = 1725 manat məbləğində ziyan vurmuşlar. Həmçinin Təqsirləndirilən şəxs2 1 ədəd su motorunu oğurlamaqla mülkiyyətçiyə 60 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 23 iyul 2022-ci il tarixli, 19/767 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqillərin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3795,00 manat müəyyən olunur. Qərarda göstərilən mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüsü, çəkisi və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Əliabad kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkum olunmamışlar. Təqsirləndirilən şəxs2 Füzuli Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Lerik Rayon İcra Hakimiyyəti başçısının Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin aprel ayından 2021-ci ilin oktyabr ayınadək Azərbaycan Silahlı Qüvələrində həqiqi hərbi xidmət keçməklə “Vətən müharibəsi”-ndə iştirak etdiyinə görə müvafiq sərəncamlarla “Fizulinin və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə tövsif edilmişdir. Ona görə də, onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 “İİ Qarabağ” müharibəsində iştirak edərək göstərdiyi igidliyə görə “Fizulinin və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsini, törətdiyi əməlləri etiraf etməklə peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ittihamdan göstəriləndən artıq həcmdə ödənilməsini, zərərçəkmiş şəxsdən üzr istəməklə dəfələrlə barışığa cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf etməklə peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ittihamdan göstəriləndən artıq həcmdə ödənilməsini, zərərçəkmiş şəxsdən üzr istəməklə dəfələrlə barışığa cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi əməlləri etiraf etməklə peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ittihamdan göstəriləndən artıq həcmdə ödənilməsini, zərərçəkmiş şəxsdən üzr istəməklə dəfələrlə barışığa cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm dəbaşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlini törətmiş şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, habelə onlara təyin ediləcək cəzanın ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 8-ci (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırlması cəzasının təyin edilməsini onların islah edilməsi baxımından qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Lerik Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 1(048)-70/2022 saylı qərarı ilə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 Lerik RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Lerik RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhərində tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu və həbsə alındığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın azadlıqdan məhrum etmə müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərlərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı və cəzaçəkmə müddətinin başlanğıcı məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu, Əliabad kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını, eyni zamanda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Əvilə kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını, həmçinin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Əliabad kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilməli və onlar, məhkəmə iclas zalından həbsdən azad edilməli, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən imzalanmış mülki iddiadan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı cinayət yolu ilə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göründüyü kimi iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək təqsirləndirlən şəxslər tərəfindən ona vurulmuş 50.000 (əlli min) manat ziyanının alınıb ona ödənilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə 4000 manat ödənilmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və iddia tələbi olmamaışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(048)-57/2022 saylı hökmündən görünür ki, eyni cinayət işi üzrə təqsirləndirlən şəxs Şahid2 tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan 2550 manat (Təqsirləndirilən şəxs1lə törətdiyi cinayət əməlinə görə) ödənilmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və iddia tələbi olmamamışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində ümumilikdə 4335 manat maddi ziyan vurulmuş və həmin ziyanının vurulmasına görə cinayət işi başlanmışdır. Təqsirləndirlən şəxs Şahid2 tərəfindən 2550 manat (Təqsirləndirilən şəxs1lə birlikdə törətdiyi cinayət əməllərinə görə), Təqsirləndirilən şəxs2 tərəfindən isə 4000 manat (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1lə törətdikləri cinayət əməllərinə görə) zərərçəkmiş şəxsə ödənilməklə onlara elan olunmuş ittihamda göstərilən məbləğdən 2215 manat artıq ödənilmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxslərin və zərərçəkmiş şəxsin özünün ifadəsindən müəyyən olunur ki, zərərçəkmiş şəxsə cinayət nəticəsində vurlmuş ziyan tam olaraq ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki iddiası təmin edilməməli, iş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 09 yanvar 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək 02 (iki) ay 6(altı) gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 12 (on iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayon Əliabad kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (ik) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 16 yanvar 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək 01 (bir) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 24 (iyirmi dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayon Əliabad kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 16 yanvar 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək 01 (bir) ay 27(iyirmi yeddi) gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 24 (iyirmi dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayon Əliabad kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməsin. Hökmün icrası təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar