Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-7/2024 14.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1994-cü ildə Lerik rayon Babaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Lerik rayonu, Babaküçə kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Cəlal oğlu 22 oktyabr 2023-cü il tarixdə, gecə saat 01 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində Lerik rayonu, Babakücə kənd sakini Zərərçəkmiş şəxs və uşaqları evdə yatan zaman onlardan xəbərsiz, mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə olaraq evin zirzəmisindən dəmir metaldan olan nərdivanı götürmüş, evin divarına söykəyərək ikinci mərtəbənin açıq qalan pəncərəsindən qanunsuz olaraq evə daxil olmuşdur. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxmini olaraq iki aydır Lerik rayonu, Veri kənd tam orta məktəbində təmir işləri aparılır. O, həmin məktəbin təmir işlərində işləmişdir. Onun işi məktəbin divarlarına suvaq vurmaqdan ibarət olmuş və günəmuzd işləmişdir. Məktəbdəki tikinti işlərinə rəhbərlik Elnur Şükürov tərəfindən həyata keçirilirdi. Zərərçəkmiş şəxs tanıyır, aralarında qərəzli münasibət yoxdur, bir-birləri ilə qonşudurlar həmçinin sonuncu atasının dayısı nəvəsidir. Zərərçəkmiş şəxs ilə onun ailə üzvlərinin yaxşı münasibəti vardır, onun həyat yoldaşı, anası, atası və uşaqları Aygüngilin evinə gedib-gəlirlər həmçinin mehriban qonşuluq münasibətindədirlər. Aygün Əliyavanın evinə iki ildir getmir, təxmini olaraq iki il bundan əvvəl Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1la yüngül sözlə mübahisə etmişlər. Onların mübahisəsinə səbəb onun qoyunlarını Aslanın evinə yaxın örüş sahəsində otarmağı olmuşdur. Bu səbəbə görə onlar küsülüdürlər və danışmırlar. 21 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində o, təmir işlərində işlədiyi Veri kənd tam orta məktəbinə getmişdir. Həmin zaman məktəbdə Elnur Şükürov, Şahid6, Mirzağa Hacıyev və Şahid5 olmuşdur. Onlar oturub birgə yemək istədilər lakin çörəkləri az idi. O, çörəyin az olduğunu görüb evə gedib evdən bir-neçə ədəd çörək götürüb onların yanına qayıtmışdır. Onlar birlikdə oturub yemək yemişlər və yemək zamanı dörd nəfərə spirtli içki olan araqdan təxmini olaraq bir litr içmişlər. Bundan sonra o, içki təhsirinə düşmüş və başı gicəllənmişdir. Təxmini olaraq gecə 12 radələrində o, məktəbdən evə qayıtmışdır. Evə gələn zaman yolda o, içkinin təsiri halında olduğu üçün öz evinin yolunu səhv salıb qonşusu Zərərçəkmiş şəxs evinə getmişdir. O, Aygünün evinin həyətinə daxil olub evin zirzəmisindən dəmir nərdivanı götürüb evin ikinci mərtəbəsində açıq qalan pəncərənin altına dayayıb pəncərədən evə daxil olmuşdur. Evə daxil olub evdə yaşayanların yatdığı otağa girmiş və yerdə oturub telefonla xatırlamadığı nəyəsə baxmışdır. Bu vaxt Zərərçəkmiş şəxs yuxudan ayılıb onun evdə olduğunu görmüş və möhkəm qışqırmışdır. Zərərçəkmiş şəxs qışqırıq səsini eşidən kimi gəldiyi yolla yəni evin ikinci mərtəbəsinin pəncərəsindən həyətə tullanıb öz evinə tərəf qaçmışdır. Daha sonra Lerik RPŞ-nin polis əməkdaşları onun yaşadığı evə gəlib onu şöbəyə aparmışlar. O, məhkəmə tərəfindən 15 sutka həbs olunmuşdur. Həmin zaman o, içkinin təhsirində olmuş və nə etdiyini anlamamışdır. O, evə daxil olub evdə olan şəxslərə zor tətbiq etməmiş və belə niyyəti olmamışdır. Həmçinin evdən heç bir şey götürməmiş və oğurlamamışdır. O, öz evinə pəncərədən heç bir zaman daxil olmamışdır. Sadəcə olaraq içkili olduğu üçün evə Zərərçəkmiş şəxs iradəsi ziddinə pəncərədən daxil olduğunu düşünür.Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2006-cı il tarixdə Şahid1 ilə ailə həyatı qurmuşdur, birgə nikahlarından üç övladları vardır. Həyat yoldaşı Şahid1 03 oktyabr 2023-cü il tarixdə Bakı şəhərinə getmişdi, orada onların fərdi yaşayış evi vardır, hal-hazırda da hissə-hissə təmir işləri görülür. Şahid1 təmir işləri üçün Bakı şəhərinə getmişdi və o, kənddə övladları ilə birlikdə qalmışdır. 22 oktyabr 2023-cü il tarixdə, gecə saat 01 radələrində qonşusu Təqsirləndirilən şəxs Cəlal oğlu o və uşaqları yatan zaman onlardan xəbərsiz və onun iradəsinin ziddinə evin zirzəmisindən dəmir metaldan olan nərdivanı götürmüş, evin divarına söykəyərək ikinci mərtəbənin açıq qalan pəncərəsindən içəri girmiş və oradanda onların yatdığı otağa daxil olmuşdur. O, həmin zaman qəfildən səs eşidib yuxudan ayılmış, telefonunun fənərini yandırıb yatdığı otağın qapısına tərəf tutmuşdur. Bu zaman otağın qapısından təxmini olaraq bir metr içəridə Təqsirləndirilən şəxs Cəlal oğlunu görmüş, sonuncu əlində telefonla məşğul olmuşdur. O, Ulduzu görən kimi qeyri ixtiyari olaraq qorxusundan ucadan qışqırmışdır. Həmin vaxt onun uşaqları qışqırıq səsinə ayılıb qorxmuşlar və uşaqlarda qışqırmışlar. Təqsirləndirilən şəxs Cəlal oğlu onların qışqırıq səsin eşidən kimi dərhal gəldiyi yolla yəni evin ikinci mərtəbəsindəki pəncərədən çölə tullanaraq qaçıb getmişdir. Bundan sonra o, baş verən hadisə ilə bağlı ilk öncə həyat yoldaşı Şahid1 məlumat vermiş, həmin zaman Aslan Bakı şəhərində olmuş, daha sonra isə qardaşı Əlihüseyn Şahverdiyevə məlumat vermişdir. Əlihüseyn Şahverdiyev təxmini olaraq 15-20 dəqiqə sonra onun evinə gəlmiş və evə baxdıqdan sonra AR DİN 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Təxmini olaraq bir saatdan sonra Lerik RPŞ-nin polis əməkdaşları gəlmiş, ərizə və izahatlarını alıb hadisə yerinə baxış keçirmişlər. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs Cəlal oğlu onun atasının bibisi nəvəsidir və onların arasında heç bir zaman qərəzli münasibət olmamışdır. Təqsirləndirilən şəxs onun evinə iradəsinin ziddinə daxil olmuşdur. Təqsirləndirilən şəxs Cəlal oğlu onların evinə təxmini olaraq iki ildən çoxdur ki, gəlib-getmir və əvvəllərdə sıx münasibətləri olmamışdır. Lakin Ulduzun atası, anası, yoldaşı və uşaqları onlara arabir gedib-gəlmişdir. Təqsirləndirilən şəxs Cəlal oğlu evə daxil olan zaman ona və uşaqlarına zor tətbiq etməmişdir və hədələməmişdir. Həmçinin qışqırıq səslərini eşidib dərhal qaçmış, evə daxil olan zaman evdən heç bir şey götürməmişdir və oğurlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2006-cı il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşlar, onların birgə nikahdan üç övladı vardır. O, 03 oktyabr 2023-cü il tarixdə Bakı şəhərinə getmişdir, orada onların fərdi yaşayış evi vardır, hal-hazırda da həmin evdə hissə-hissə təmir işləri görülür. O, təmir işləri üçün Bakı şəhərinə getmişdi və həyat yoldaşı Zərərçəkmiş şəxs kənddə övladları ilə birlikdə qalmışdır. 22 oktyabr 2023-cü il tarixdə, gecə saat 01 radələrində qonşusu Təqsirləndirilən şəxs Cəlal oğlu həyat yoldaşı Zərərçəkmiş şəxs və uşaqları yatan zaman onlardan xəbərsiz və evin sahibi olaraq onun və həyat yoldaşının iradəsi ziddinə evin zirzəmisindən dəmir metaldan olan nərdivanı götürmüş, evin divarına söykəyərək ikinci mərtəbənin açıq qalan pəncərəsindən içəri girmiş və oradanda ailə üzvlərimin yatdığı otağa daxil olmuşdur. Zərərçəkmiş şəxs həmin zaman qəfildən səs eşidib yuxudan ayılmış telefonunun fənərini yandırıb yatdıqları otağın qapısına tərəf tutmuşdur, bu zaman otağın qapısından təxmini olaraq bir metr içəridə Təqsirləndirilən şəxs Cəlal oğlunu görmüş və qışqırmışdır. Təqsirləndirilən şəxs Cəlal oğlu onların qışqırıq səsin eşidən kimi dərhal gəldiyi yolla yəni evin ikinci mərtəbəsindəki pəncərədən çölə tullanaraq qaçıb getmişdir. Zərərçəkmiş şəxs bu barədə ona və qaynına dərhal məlumat vermişdir. O, həmin günün səhəri Bakı şəhərindən yaşadığı Lerik rayonu, Babakücə kəndinə gəlmişdir.Təqsirləndirilən şəxs Cəlal oğlu onların evinə təxmini olaraq iki ildən çoxdur ki, gəlib-getmir və əvvəllərdə sıx münasibətləri olmamışdır. Lakin onun atası, anası, yoldaşı və uşaqları onların evinə arabir gedib-gəlmişdir. Onun Təqsirləndirilən şəxsla münasibəti soyuqdur və bir-birlərini dindirmirlər. Buna səbəb təxmini olaraq iki il bundan əvvəl Təqsirləndirilən şəxs məxsus mal-qaranın onun evinin yaxınlığında otarması olmuşdur. Bu barədə də onlar ciddi şəkildə dalaşmamışlar, sadəcə olaraq sözlə mübahisə etmişlər. Təqsirləndirilən şəxs Cəlal oğlu evə daxil olan zaman həyat yoldaşına və uşaqlarına zor tətbiq etməmiş və hədələməmiş, həmçinin evə daxil olan zaman evdən heç bir şey götürməmiş və oğurlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Lerik rayonu, Babakücə kəndində valideynləri, bacısı və qardaşı ilə birlikdə yaşayır. Atası işsizdir, anası Zərərçəkmiş şəxs Veri kənd tam orta məktəbində xadimə işləyir. Bacısı və qardaşı onun kimi məktəblidir. Atası Şahid1 03 oktyabr 2023-cü il tarixdə Bakı şəhərinə getmiş, orada yaşayış evləri vardır, hal-hazırda da həmin evdə hissə-hissə təmir işləri görülür. Atası təmir işləri üçün Bakı şəhərinə getmişdi və onlar kənddə qalmışdı. 22 oktyabr 2023-cü il tarixdə, gecə saatlarında onlar yatan zaman qonşuları Təqsirləndirilən şəxs Cəlal oğlu onlardan xəbərsiz evin zirzəmisindən dəmir metaldan olan nərdivanı götürmüş, evin divarına söykəyərək ikinci mərtəbənin açıq qalan pəncərəsindən içəri girmiş və oradanda bizim yatdıqları otağa daxil olmuşdur. O, anasının qışqırıq səsinə ayılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qaçdığını görmüşdür. Təqsirləndirilən şəxs gedəndən sonra sonuncunun anası və həyat yoldaşı onların evinə gəlmişlər və anasından şikayətçi olmaması üçün xahiş etmişlər lakin anası Zərərçəkmiş şəxs şikayət etməkdə qətiyyətli olmuş və gələnlər anasının belə münasibət göstərdiyini görüb onların evindən getmişlər. Hadisə baş verəndən dərhal sonra anası atasına və dayısına məlumat vermişdir. X1 onlara gəlmiş, daha sonra polislər onların evinə gəlmiş və onlar hadisənin necə baş verdiyini polislərə danışmışlar.Təqsirləndirilən şəxs Cəlal oğlu onların evinə təxmini olaraq iki ildən çoxdur ki, gəlib-getmir və əvvəllərdə sıx münasibətləri olmamışdır. Lakin Ulduzun atası, anası, yoldaşı və uşaqları onların evinə arabir gedib-gəlmişdir. Təqsirləndirilən şəxs Cəlal oğlu evə daxil olan zaman ona və ailə üzvlərinə zor tətbiq etməmiş və hədələməmiş, həmçinin səsimizi eşidib dərhal qaçmışdır. Təqsirləndirilən şəxs evdən heç bir şey götürməmiş və oğurlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs gəlib evdən bir-neçə ədəd çörək götürüb işlədiyi məktəbə ustalarla yeyib-içməyə getdiyini demişdir. Bundan sonra onun Ulduzdan xəbəri olmamışdır və onlar axşam olduğu üçün yatmışlar. Təxmini olaraq gecə saat 01 radələrində Zərərçəkmiş şəxs onların ev telefonuna zəng edib həyat yoldaşı Təqsirləndirilən şəxs onun evinə iradəsini ziddinə və xəbərsiz daxil olduğunu bildirmişdir. Bu zaman qaynanası Şahid4 və o durub Aygünün evinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs evin həyətinə gəlmişdi, paltarları palçıqlı vəziyyətdə idi. Ulduz evə gələndə içkili vəziyyətdə idi, tam olaraq sərxoş olmuşdu və həyətdə qusmuşdu. Onlar hadisə ilə bağlı Zərərçəkmiş şəxs evində olanda sonuncu bildirdi ki, Ulduz dəmir nərdivanla evin ikinci mərtəbəsində açıq qalmış pəncərədən onun evinə daxil olmuşdur, bu zaman o, Ulduzu görüb qışqırmış və Ulduz dərhal pəncərədən tullanıb qaçıb getmişdir. Hadisəni dəqiqləşdirdikdən sonra onlar evlərinə qayıtmışlar, təxmini olaraq 40-45 dəqiqə sonra polis əməkdaşları onların həyətinə daxil oldu və Ulduzu Lerik RPŞ-nə apardılar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə hər-hansı qərəzli münasibəti olmamışdır, sadəcə olaraq sərxoş olub onun evinə daxil olmuşdur. Ulduz heç kimə zor tətbiq etməmişdir və hədələməmişdir, Zərərçəkmiş şəxs qışqırıq səsindən qorxub evdən qaçmışdır.Təqsirləndirilən şəxs evdə olan zaman Şahid1 evinə girəcəyi barədə hər hansı bir söz deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Lerik rayon Babaküçə kəndində qeydiyyatda olmaqla orada yaşayır.2009-cu il tarixdən hal-hazıra kimi Lerik rayonu, Veri kənd telefon qovşağında montyor vəzifəsində işləyir. Təxmini olaraq iki aydır Lerik rayonu, Veri kənd tam orta məktəbində təmir işləri aparılır. Məktəbin təmir işlərinə rəhbərliyi Lənkəran rayonu, İstisu qəsəbə sakini Elnur Şükürov həyata keçirir. Lerik rayonu, Babakücə kənd sakini Təqsirləndirilən şəxs Cəlal oğlunu tanıyır, o, məktəbin təmir işlərində günəmuzd suvaqçı işləyirdi, onunla aralarında hər hansı qərəzli münasibət olmamışdır. 21 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində o, Mübariz, Mirzağa və Elnur Şükürov adlı şəxslərlə birlikdə məktəbdə yemək üçün oturmuşlar. Bu vaxt Babakücə kənd sakini Təqsirləndirilən şəxs məktəbə gəlmiş və süfrədə çörək az olduğu üçün evinə getmiş və bir neçə ədəd çörək götürüb yenidən onların yanına qayıtmışdır. Onlarla bir qədər yemək yemişdir. Dörd nəfər şəxsə təxmini olaraq bir litr araq növlü spirtli içki qəbul etmişlər. O, spirtli içki qəbul etmir. Həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs məktəbdən çıxmış və onlara demişdir ki, evdə qonağı var gedib evdə videokasetə baxacaqlar. Təqsirləndirilən şəxs məktəbin gözətçisi Şahid6 məktəbin qapısına qədər yola salmışdır. Daha sonra onlar özləri təxmini olaraq bir saat məktəbdə işlədikdən sonra hamı öz evinə getmişdir. Elnur Şükürovla məktəbin gözətçisi Şahid6 məktəbdə qalmışdır. 22 oktyabr 2023-cü il tarixdə, səhər saat 10 radələrində Şahid2 ona zəng edib bildirmişdir ki, həmin gün gecə saatlarında Təqsirləndirilən şəxs qonşusu Şahid1 evinə qanunsuz olaraq girmişdir. Təqsirləndirilən şəxs Şahid1 evinə hansı səbəblərə görə girdiyini bilmir və bu barədə başqa məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Lerik rayon Babaküçə kəndində qeydiyyatda olmaqla orada yaşayır. 2013-cü il tarixdən hal-hazıra kimi Lerik rayonu, Veri kənd tam orta məktəbində gecə gözətçisi vəzifəsində işləyir. Təxmini olaraq iki aydır məktəbdə təmir işləri görülür. Məktəbin təmir işlərinə rəhbərliyi Lənkəran rayonu, İstisu qəsəbə sakini Elnur Şükürov həyata keçirir. Lerik rayonu, Babakücə kənd sakini Təqsirləndirilən şəxs Cəlal oğlunu tanıyır, o, məktəbin təmir işlərində günəmuzd suvaqçı işləyirdi, onunla aralarında hər hansı qərəzli münasibət olmamışdır. 21 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində o, Mirzağa, Fəqan və Elnur Şükürov adlı şəxslərlə birlikdə məktəbdə yemək üçün oturmuşlar. Bu vaxt həmin kənd sakini Təqsirləndirilən şəxs məktəbə gəlmiş, süfrədə çörəklər az olduğu üçün evinə getmiş və bir neçə ədəd çörək götürüb yenidən onların yanına qayıtmışdır. Onlarla bir qədər çörək yemişdir. Beş nəfər şəxsə təxmini olaraq bir litr araq növlü spirtli içki qəbul etmişlər. Həmin gün saat 22 radələrində Ulduz. Nəzərov məktəbdən çıxdmış və onlara demişdir ki, evdə qonağı var gedib evdə videokasetə baxacağlar. Təqsirləndirilən şəxs məktəbin qapısına qədər yola salmışdır. Daha sonra onlar təxmini olaraq bir saat məktəbdə işləmişlər. İşləyib qurtarandan sonra hamı öz evinə getmiş o da öz xidməti yerində mühafizə işlərini davam etdirmişdir. 22 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində məktəbin yaxınlığında yaşayan Şahid2 bildirmişdir ki, həmin gün gecə saatlarında Təqsirləndirilən şəxs qonşusu Şahid1 evinə qanunsuz olaraq girmişdir. Təqsirləndirilən şəxs Şahid1 evinə hansı səbəblərə görə girdiyini bilmir və bu barədə başqa məlumatı yoxdur. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Şahid1 onun doğma əmisi oğludur, aralarında qərəzli münasibət yoxdur və mehriban qohumçuluq və qonşuluq əlaqələri vardır. Şahid1 evi onun evindən təxmini olaraq 100 metr aralıdadır. Təqsirləndirilən şəxs Cəlal oğlunu tanıyır, aralarında qərəzli münasibət yoxdur, Ulduzun yaşadığı ev onun evindən 50 metr aralıda yerləşir. 22 oktyabr 2023-cü il tarixdə, gecə saat 01 radələrində Təqsirləndirilən şəxs Cəlal oğlunun qanunsuz olaraq Şahid1 evinə pəncərədən daxil olması haqqında məlumatı vardır. Bu barədə həmin hadisə baş verən vaxt əmisi oğlu Şahid1 ona telefon vasitəsi ilə məlumat vermişdir, Aslan hadisə baş verən zaman Bakı şəhərində olduğu üçün ondan evinə getməyini və məsləni araşdırmağını xahiş etmişdir. O, xəbəri alan kimi dərhal Şahid1 evinə getmiş, evdə Zərərçəkmiş şəxs və uşaqları olmuşdur. Zərərçəkmiş şəxs hadisənin necə baş verdiyini soruşduqda sonuncu Təqsirləndirilən şəxs Cəlal oğlu onlar evdə yatan zaman onlardan xəbərsiz və iradələrinin ziddinə evin zirzəmisindən dəmir metaldan olan nərdivanı götürmüş, evin divarına söykəyərək ikinci mərtəbənin açıq qalan pəncərəsindən içəri girmiş və oradanda ailə üzvlərinin yatdığı otağa daxil olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmin zaman qəfildən səs eşidib yuxudan ayılmış telefonunun fənərini yandırıb yatdıqları otağın qapısına tərəf tutmuşdur, bu zaman otağın qapısından təxmini olaraq bir metr içəridə Təqsirləndirilən şəxs Cəlal oğlunu görmüş və qışqırmışdır. Təqsirləndirilən şəxs Cəlal oğlu onların qışqırıq səsin eşidən kimi dərhal gəldiyi yolla yəni evin ikinci mərtəbəsindəki pəncərədən çölə tullanaraq qaçıb getmişdir.Nəzərov X6 Kazımovun evinə təxmini olaraq iki ildən çoxdur ki, gəlib-getmir və əvvəllərdə sıx münasibətləri olmamışdır. Lakin onun atası, anası, yoldaşı və uşaqları onlara arabir gedib-gəlmişdir. Təqsirləndirilən şəxs Cəlal oğlu evə daxil olan zaman Zərərçəkmiş şəxs və uşaqlarına zor tətbiq etməmişdir, hədələməmişdir, həmçinin heç bir şey götürməmiş və oğurlamamışdır. Bu barədə ev sahibləri ona belə məlumat vermişdir. Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, təxmini olaraq iki aydır Lerik rayonu, Veri kənd tam orta məktəbində təmir işləri aparılır. Lerik rayonu, Babakücə kənd sakini Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, Ulduz məktəbin təmir işlərində günəmuzd suvaqçı işləyirdi. Onlar təxmini olaraq on ildir evlidirlər. Onların birgə nikahdan iki övladı olmuşdur. 21 oktyabr 2023-cü il tarixdə o və ailə üzvləri həmçinin Təqsirləndirilən şəxs səhərdən axşam saat 21 radələrinə qədər birlikdə evə olmuşlar. Onlar evdə olan zaman hər hasnı fərqli bir hadisə baş verməmişdir. Şahid1 və Zərərçəkmiş şəxs onların yaxın qonşuları olmaqla yanaşı həm də qohumdurlar. Zərərçəkmiş şəxs qaynatasının dayısı nəvəsidir. Onların arasında heç bir zaman qərəzli münasibət olmamışdır. O və ailə üzvləri Təqsirləndirilən şəxs istisna olmaqla Aygüngilə gedib-gəlirlər. Həyat yoldaşı Təqsirləndirilən şəxs təxmini olaraq iki ildən çoxdur ki, qonşuları Şahid1la küsülüdürlər və bir-birlərini danışdırmırlar. Buna baxmayaraq onlar heç bir zaman bir-birlərini təhqir etməmişlər və dalaşmamışlar. Onların arasındakı mübahisəyə səbəb Ulduzun qoyunları Aslanın evinə yaxın örüş sahəsində otarması olmuşdur. 21 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs gəlib evdən bir-neçə ədəd çörək götürüb işlədiyi məktəbə ustalarla yeyib-içməyə getdiyini demişdir. Bundan sonra onun Ulduzdan xəbəri olmamışdır və onlar axşam olduğu üçün yatmışlar. Təxmini olaraq gecə saat 01 radələrində Zərərçəkmiş şəxs onların ev telefonuna zəng edib həyat yoldaşı Təqsirləndirilən şəxs onun evinə iradəsini ziddinə və xəbərsiz daxil olduğunu bildirmişdir. Bu zaman qaynanası Şahid4 və o durub Aygünün evinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs evin həyətinə gəlmişdi, paltarları palçıqlı vəziyyətdə idi. Ulduz evə gələndə içkili vəziyyətdə idi, tam olaraq sərxoş olmuşdu və həyətdə qusmuşdu. Onlar hadisə ilə bağlı Zərərçəkmiş şəxs evində olanda sonuncu bildirdi ki, Ulduz dəmir nərdivanla evin ikinci mərtəbəsində açıq qalmış pəncərədən onun evinə daxil olmuşdur, bu zaman o, Ulduzu görüb qışqırmış və Ulduz dərhal pəncərədən tullanıb qaçıb getmişdir. Hadisəni dəqiqləşdirdikdən sonra onlar evlərinə qayıtmışlar, təxmini olaraq 40-45 dəqiqə sonra polis əməkdaşları onların həyətinə daxil oldu və Ulduzu Lerik RPŞ-nə apardılar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə hər-hansı qərəzli münasibəti olmamışdır, sadəcə olaraq sərxoş olub onun evinə daxil olmuşdur. Ulduz heç kimə zor tətbiq etməmişdir və hədələməmişdir, Zərərçəkmiş şəxs qışqırıq səsindən qorxub evdən qaçmışdır.Təqsirləndirilən şəxs evdə olan zaman Şahid1 evinə girəcəyi barədə hər hansı bir söz deməmişdir. Həmin gün onlar evdə ancaq ailə üzvləri ilə birlikdə olmuşlar. Şahid7 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, 2018-ci il tarixdən hal-hazıra kimi Lerik rayonu, T.Kazımov adına Veri kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir. Məktəbdə hal-hazırda təmir işləri görülür. Təqsirləndirilən şəxs Cəlal oğlunu tanıyır, Babakücə kənd sakinidir və aralarında hər hasnı qərəzli münasibət yoxdur. Təqsirləndirilən şəxs məktəbin inzibati binasının təmir işlərində işləmişdir, divarlara mala çəkmişdir. Əliyeva X5 tam orta məktəbində xadimə işləyir və aralarında hər hasnı qərəzli münasibət yoxdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında qərəzli münasibət olmamışdır. 22 oktyabr 2023-cü il tarixdə, saat 10 radələrində o, məktəbə getmiş və gecə Təqsirləndirilən şəxs Cəlal oğlunun qanunsuz olaraq Zərərçəkmiş şəxs evinə daxil olması barədə məlumat əldə etmişdir. Bundan sonra o, 23 oktyabr 2023-cü il tarixdə məktəbin gözətçisi Şahid6 və Bacı Məmmədovanı xidməti otağına dəvət edib məsələni aydınlaşdırmışdır. Şahid6 iş vaxtı spirtli içki qəbul etməsinə görə intizam məsuliyyətinə cəlb edib, sonuncu xəbardarlıqla şiddətli töhmət elan etmişdir. Həmçinin məktəbin digər gözətçisi Bacı Məmmədovaya da əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə töhmət elan etmişdir. Həmin əmrlərdən müvafiq çıxarışları ifadəsinə əlavə etmişdir. Şahid2 ərizəsi ilə tanış olmuş, ərizədə qeyd olunanların yalan və böhtan xarakterli olmasını bildirmişdir. Belə ki, məktəbdə iş zamanı hər hasnı şəxsə onun tərəfindən nəyinsə müqabilində üstünlük verilmir. Ərizədə adı qeyd olunan Çimnaz Həşimova hal-hazırda stasionar qayda da həkim nəzarəti altında psixatrik xəstəxanada müalicə alır. Hal-hazırda onun əmək haqqısı dayandırılmışdır. İş materiallarında olan 22 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı həyətdə dəmir tordan olan çəpərə bir ədəd, 2 metr 60 santimetr uzunluğunda, beş pillədən ibarət olan nərdivan olması, həmin nərdivanın evin dəhliz hissəsinə, mərkəzdən sağ divara söykənmə izlərinin olması və nərdivan dayanan hissədən yuxarıda pəncərənin açıq olması qeyd olunmuşdur. Həmçinin pəncərənin şüşəsindən əl-barmaq izlərinin müqayisə edilməsi üçün götürülməsi yazılmışdır. İŞ materillarında olan 22 oktyabr 2023-cü il tarixli, 99 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Cəlal oğlu spirtli içki qəbul etmiş və orta dərəcəli sərxoşluq halı müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi publik hüquqi şəxsinin 31 oktyabr 2023-cü il tarixli 93 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş 23 oktyabr 2023-cü il tarixli, 3(048)-311/2023 nömrəli Lerik rayon məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Cəlal oğlu Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati həbs edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 03 noyabr 2023-cü il tarixli, 2-2- 437/3-013088/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Cəlal oğlunun DİN-nin Vahid məumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatlar aşkar edilməmişdir Cinayət işinə əlavə edilmiş Lerik rayon polis şöbəsinin 08 noyabr 2023-cü il tarixli, 13/3-13-95/2-12022/23 nömrəli məktubunda və əlavə edilmiş sənədlərdən görünür ki, müqayisəli təhqiqat zamanı hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi xx xxxxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Cəlal oğlunun sol əlinin orta barmağının əksi ilə eynilik təşkil etmişdir. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Veri kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Veri kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı (xx.xx.2014-cü il və xx.xx.2016-cı il təvəllüdlü) vardır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını, himayəsində iki azyaşlı uşağın olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan hər hansı hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-7/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-7/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver