Məhkəmə qərarları › İş №1(048)-8/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-8/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-8/2024 21.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxslər- X5 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1991-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay , orta təhsilli, işləməyən, məhkum olunmamış, Bərdə rayonunun Zümürxan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs qətimkan” tədbiri seçilmiş X3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə 14 avqust 1992-ci ildə Bərdə rayonunun Zümürxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bərdə rayonunun Zümürxan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: X5 təqsirləndirilir ondan ötrü ki, o, dələduzluq, yəni özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq 2022-ci ilin iyul ayının əvvəlində Lerik rayonunun Bülüdül kəndinin ərazisənə gəlib rayonunun Sors kənd sakini Zərərçəkmiş şəxs1 alverdə şərikləri Buruq kənd sakini Zərərçəkmiş şəxs3 və Şingədulan kənd sakini Zərərçəkmiş şəxs2 ilə birlikdə şəxsi vəsaitləri hesabına Yardımlı rayonunun ərazisində aldıqları 24 baş və Lerik rayonunun Çeşman kəndində aldıqları 3 baş, cəmi 27 baş qaramalı özü ilə gətirdiyi avtomobilə yükləyib əvvəlki vaxtlarda nisyə alıb apardığı qaramalların pulundan 3000 (üç min) manat verərək aparmış, həmin gün Təqsirləndirilən şəxs2 də Zərərçəkmiş şəxs1 istifadəsində olan kartına 5000 (beş min) manat pul köçürtmüş, əvvəlki vaxtlarda nisya alıb apardığı qarmalların pulu ilə birlikdə cəmi 29420 manat borclu qalıb növbəti həftə Masallı mal bazırına gəlib pulu vermələrinə söz versə də Rövşən Nağıev və onunla şərik alver edən şəxslərin mobil telefon zənglərinə cvavab verməyib pulu vaxtında onlara çatdırmadıqlarına görə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 birlikdə Bərdə rayonunun Zümürxan kəndinə gedib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə görüşüb söhbət etdikdən sonra borclarından 7000 (yeddi min) manatı qaytarmış, 22420 (iyirmi iki min dörd yüz iyirmi) manat verməyərək Zərərçəkmiş şəxs1 və onunla şərikli alver edən şəxslərə ümumilikdə 22420 manat mədləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs X5 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, dələduzluq, yəni özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs1 2022-ci ilin iyul ayının əvvəlində Lerik rayonunun Bülüdül kəndinin ərazisənə gəlib rayonunun Sors kənd sakini Zərərçəkmiş şəxs1 alverdə şərikləri Buruq kənd sakini Zərərçəkmiş şəxs3 və Şingədulan kənd sakini Zərərçəkmiş şəxs2 ilə birlikdə şəxsi vəsaitləri hesabına Yardımlı rayonunun ərazisində aldıqları 24 baş və Lerik rayonunun Çeşman kəndində aldıqları 3 baş, cəmi 27 baş qaramalı özü ilə gətirdiyi avtomobilə yükləyib əvvəlki vaxtlarda nisyə alıb apardığı qaramalların pulundan 3000 (üç min) manat verərək 27 baş qaramala Bərdə rayonunun Zümürxan kəndində yaşadığı evin həyətinə gətizdirdikdən sonra Zərərçəkmiş şəxs1 istifadəsində olan kartına 5000 (beş min) manat pul köçürtmüş, əvvəlki vaxtlarda nisya alıb apardığı qarmalların pulu ilə birlikdə cəmi 29420 manat borclu qalıb növbəti həftə Masallı mal bazırına gəlib pulu vermələrinə söz versə də Rövşən Nağıev və onunla şərik alver edən şəxslərin mobil telefon zənglərinə cvavab verməyib pulu vaxtında onlara çatdırmadıqlarına görə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 birlikdə Bərdə rayonunun Zümürxan kəndinə gedib onunla və Təqsirləndirilən şəxs1 ilə görüşüb söhbət etdikdən sonra borclarından 7000 (yeddi min) manatı qaytarmış, dəyərini ödəmədən alıb həyətinə gətizdirdiyi qaramalları sataraq pulunu istifadə etməklə ümumilikdə 22420 (iyirmi iki min dörd yüz iyirmi) manat vəsaiti zərərçəkmiş şəxslərə verməyərək Zərərçəkmiş şəxs1 və onunla şərikli alver edən şəxslərə ümumilikdə 22420 manat mədləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs X5 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonunun Zümürxan kəndində yaşayır. Təqsirləndirilən şəxs2 həmkəndlisi və uzaq qohumumdur. Təqsirləndirilən şəxs2 kənddə mal-qara alveri ilə məşğul olmuşdur. 2021-ci ildən özü Vüsala qoşulub ona köməklik etmiş, Vüsal ilə birlikdə hər həftənin 5-6 cı günlərdə Masallı şəhərində yerləşən mal bazarına gəlib orada qaramal alıb aparmışlar. 2022-ci ilin yay aylarında Vüsal ilə Masallı mal bazırna qarmal almaq üçün getdiyi zaman Lerik rayon sakinləri Rövşən və onun yanında olan Elman, həmçinin Mansur adlı şəxslərlə tanış olmuş, ona məlum olmuşdur ki, Vüsal bir neçə ildir Rövşənlə tanış olmuş və həmişə ondan qaramal almışdır. Həmçinin məlum olmuşdur ki, onlar nisyə alver edirlər. X9 nisyə mal verir. Vüsalın tanışları Rövşən, Elman və Mansurla tanış olmuş, Vüsal Rövşənə «iri danalar alın bizə xəbər verin gəlib apararıq» demiş, 2022-ci ilin təxminən iyun ayında Rövşən Vüsala zəng edib «sizin üçün 25 baş qaramal almışıq» deyərək həmin qaramalların videogörüntülərini də ona göndərmiş, həmin videoçəkilişi Vüsala göstərmiş, həmin malların dəyərini bilməmişdir. Rövşən Vüsal ilə danışaraq razılaşmışlar. Vüsal onu həmin qarmalları aparmaq üçün göndərmiş və 15000 manat vermiş, Cahid adlı şəxsin idarə etdiyi avtomaşınla Lerik rayonunun ərazisinə gəlib Rövşən və Mansurla görüşüb 15000 manat pul verərək 25 baş qaramalı aparmış, Vüsalın neçə manat Rövşənə borclu qaldığını bilməmiş, bundan sonrakı həftələrdə Masallı mal bazırına gəlib Rövşən və Mansurdan qaramal almışldar pulun yarısını Vüsal vermiş, bir hisəsini isə borclu qalmış, Vüsalın neçə manat Rövşənə və onun şərikinə borclu qaldığını bilməmişdir. 2022-ci ilin iyul ayının əvvəlində Vüsal ona «Rövşən bizim üçün qaramal alıb hazırlamışdır, sən get malları gətir» demiş, Cahidin idarə etdiyi ATEKO markalı avtomaşınla Lerik rayonunun ərazisinə gəlib Rövşən, Elman və Mansurla görüşmüş, Rövşən Cahidin avtomobilinə 24 baş qaramal yüklətdirmiş, Vüsalın ona verdiyi 3000 (üç min) manat pulu Rövşənə çatdırmış, daha sonr digər bir kənddə 2 və yaxud da 3 baş qarmalı avtomobil yükləmişlər, Rövşən və onun şərikləri qarmaların pulunı haçan verəcəyini soruşmuşlar. Dərhal Vüsal ilə telefon vasitəsi ilə əlaqə yaradıb «bu insanlar pullarını istəyirlər» demiş, Vüsal ona «həftənin 5-ci günü Masallı bazarına gəlib onların pulunu verərəm, sən malları gətir» demiş, Rövşən, Elman və Mansura «bu həftənin 5-ci günü Masallı bazarına gəlib sizinlə görüşüb pulunuzu verərik» demiş, Vüsalın Rövşənə neçə manat borclu olduğunu bilməmiş, Bərdə rayonuna yola dyüşmüş, qaramalları kəndə, Vüsalın həyətinə ardıqdan sonra Vüsal ona 5000 (beş min) manat pul vermiş, həmin məbləği Rövşənin istifadə etdiyi kartın hesabına ödəmiş, Vüsalın neçə manat Rövşən və şəriklərinə borclu qaldığını bilməmiş, daha sonrakı günlərdə Vüsal Masallı bazarına getməmiş və Rövşənə verməli olduğu pulu ödəmədiyinə görə növbəti həftə Rövşən, Elman və Mansur kəndə gəlib pullarını isitəmişldər. Onlarla görüşmüş və onları Vüsalın həyətinə aparmış, Rövşəndən alıb apardığı Vüsalın həyətində saxladığı qaramalları tam olaraq Vüsalın həyətində Rövşən və şəriklərinə göstərmiş, Vüsal Rövşən və şərikləri ilə söhbətə başlamışlar, özü onlardan ayrılmışdır. Vüsal ilə Rövşənin danışıqlarında iştirak etməmiş, İkinci dəfə, yəni 29 iyul 2022-ci il tarixdə Rövşən, Elman və Mansur birlikdə Bərdə rayonunun Zürürxan kəndiə gəlmişlər, onlarla görüşüb bir qədər söhbət etdikdən sonra Vüsalı da tapıb birlikdə söhbət etmişlər, həmin gün həmkəndliləri Nuru və Nemət də ağsaqqal kimi söhbətə qoşulmuşlar. Nuru və X7 borclu olduğunu biləndən sronra ona və Vüsala borcu qaytarmalarını demişlər. Həmin söhbət zamanı Vüsal ona «sənə verdiyim 3000 manat və 5000 manat pulu Rövşənə verməmisən» demiş, Rövşənin yanında 3000 manatı maları götürəndə verdiyini, 5000 manatı da kartına ödədiyini demiş, Rövşən də onun sözlərini təsdiq etmiş, Vüsal isə ona, yox sən pulu verməmisən deyərək ona qəbz yazdırmış, həmin qəbzdə güya Vüsalın Rövşənə olan borcundan 8000 (səkkiz min) manatı 30 sentyabr 2022-ci il tarixinə kimi ödəməsini üzərinə götürmüşdür. Vüsal Rövşənə qalan pulu da 29 avqust 2022-ci il tarixinə kimi verəcəyini bildirmişdir. Bundan sonra Vüsal ilə əlaqəsi olmadığına görə pulu verib vermədiyini bilmir. 29 avqust 2022-ci il tarixdə Rövşən, Elman və Mansur təkrar kəndə gəlib onunla görüşmüşlər, həmin gün Vüsalı axtarmışlar, lakin tapa bilməmişlər. Rövşən və onunla olanlar geri qayıtmışlar. Bir neçə dəfə Vüsala «maları satmısan onların pulunu ver» demiş, sonuncu ona qısa zamanda verəcəyini demişdir. Bundan təxminən bir ay sonra Rövşən ona zəng edib onunla görüşmək istəmiş, Bərdə şəhərində olduğunu demiş, həmkəndlisi İntiqamla birlikdə Bərdə rayonunun ərazisində Rövşənlə görüşmüş, Rövşənin yanında təxmirnən 3-4 nəfər tanımadığı adamlar olmuş, onların heç birini tanımamış, həmin şəxslərlə oturub söhbət etməyə başlamış, Rövşən yanında olan bir nəfəri ona göstərib «bu şəxsin adı Nizamidir, Elmanın qayınıdır, sizin bizə borclu olduğunuz pul Nizaminindir» bildirmiş, Nizami Rövşənə «bundan sonra siz bunlarla əlaqə saxlamayın, mən pulu alaram» demiş, Rövşən də Nimzami ilə razılaşmış, Nizamiyə pulu hissə-hissə verəcəyini bildirmiş razılaşıb ayrılmışlar. Rövşən və şərikləri ilə danışan və qaramal alan Vüsal olmuşdur. Rövşən və şərikləri ilə qaramal almaqla bağlı heç vaxt danışıq etməmiş, çünki qaramalların alqı-satqısı ilə məşğul olmamış, Vüsalın yanında olmaqla ona köməklik etmiş, Vüsalın neçə manat Rövşən və şəriklərinə borclu qaldığını bilmir, lakin Rövşənin danışığından başa düşmüşdır ki, güya ona 22420 (iyirmi iki min dört yüz ikirmi) manat borclu qalmışlar. Vüsal 27 baş qarmalı tam olaraq özü satmış, özü şəxsən həmin malardan satmamış və pulunu götürməmişdir. Törətdiyi əməldən peşamandır. Zərərçəkmiş şəxsdən üzr istəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsə vurlmuş ziyanın yarısını ödənilməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonunun Zümürxan kəndində yaşayır. Təqsirləndirilən şəxs1 həmkəndlisi və qohumumdur, münasibətləri yaxşı olmuşdur. Şəxsən uzun müddətdir ki, qaramal alveri ilə məşğul olur, 2022-ci ilin əvvəlindən Təqsirləndirilən şəxs1 alver ilə əlaqədar ona qoşularaq köməklik göstərmiş və qazancdan ona gündəlik pul vermiş, lakin Vicad alver üçün ortaya pul qoymamışdır. 2022-ci ilin may ayında Masallı şəhərində yerləşən mal bazarına qaramal almağa getmiş, orada Lerik rayon sakini Zərərçəkmiş şəxs1 və yanında olan Mansur adlı şəxslə tanış olmuş, Rövşənlə tanış olduqdan sonra bir neçə dəfə ondan qarmal alıb pul olanda tam vermiş, olmayanda isə Bərdə rayonunda yerləşən mal bazarına aparıb sataraq pullarını vermişdir. Vicad da yanında ona kömək etmişdir. Rövşəndən aldığı qaramalların pulundan Rövşənə borclu qalmış, lakin məbləğini xatırlamır. 2022-ci ilin iyul ayının əvvəlində Rövşən ona zəng edib «sizin üçün qaramal alıb hazırlamışam» demiş, Vicada «get qarmalları gətir» demiş, Vicad Ağdam rayon sakini Cahidin idarə etdiyi avtomaşınla Lerik rayonunun ərazisinə gedib orada Rövşən və şərikləri Mansur, həmçinin Elman adlı şəxslərdən 27 baş qaramal alıb gətirmiş, həmin gün Vicad qarmal üçün gedəndə ona 3000 (üç min) manat pul vermiş, Vicad qarmalları Rövşən və şəriklərindən aldığı zaman telefda danışmış və qiymətlərində razılaşmışlar. Vicada verdiyi 3000 manatı Rbövşənə vermiş, daha sonra 27 baş qaramalı həyətinə gətirmiş, Rövşənin istifadə etdiyi kartın hesabına 5000 (beş min) manat pul köçürtmüş, ümumilikdə Rövşənlə aralarında 29.420 manat borc yaranmış, Vicad 27 baş qaramalı həyətinə gətirdikdən sonra həmin həftənin 5-cü günü Masallı şəhərinə mal bazarına gedib Rövşənin pulnu vermələrini onlara söz vermiş, lakin söz verdikləri gün Masmallı şəhərinə getməmiş və Rövşənin pulun çatdıra bilməmişlər. Həftənin 6-cı günü Rövşən şərikləri Elman və Mansurla birlikdə Bərdə rayonuna gəlib kəndlərinə gedib Vicadla görüşmüşlər, həmin gün onlarla görüşə bilməmiş, bazar günü Gəncə şəhərində mal bazarında olduğu zaman Rövşən, Mansur və Elman yanına gəlib onunla görüşüb söhbət etmişlər. Vicadın onun həyətinə gətirdiyi 27 baş qrmaldan 7 başını satmış, Rövşəni və şəriklərini Bərdəya qaytararaq özü də Bərdəyə qayıdıb onlarla görüşüb Rövşənə 7000 (yeddi min) manat pul vermiş və onlara evlərinə yola salmış, Rvöşən və şəriklərinə əvvəlki vaxtlarda nisyə aldıqları qaramalların pulu ilə birlikdə cəmi 22420 (iyirmi iki min dörd yüz iyirmi) manat borclu qalmış, Rövşən və şəriklərinə yerdə qalan qarmalları satıb pullarını onlara çatdıracağınqa söz venrmiş, bundan sonrakı günlərdə evində olmadığı vaxtlarda Vicad Rövşəndən alıb həyətinə gətirdiyi 27 baş qarmaldan satılmamış 20 başını həyətindən götürüb aparıb satimış, qarmaları kimə satdığını, həmin 20 baş qarmalı neçə manata satldığını bilməmiş və ona «pulunu özüm Rövşənə verərəm» demiş, buna görə də Rövşən və şəriklərin pulunu vaxtında verə bilməmişlər. Bundan sonrakı günlərdə Rövşən şərikləri ilə kəndə gəlib onunla görüşüb söhbət etmişlər, lakin pul olmadığına görə verə bilməmişlər. Rövşənə pullarını qaytaracaqlarınıa söz verib vaxt istəmişlər. 29 iyul 2022-ci il tarixdə Rövşən, Elman və Mansur təkrar kəndə gəlib onlarla söhbət etmişlər, Vicad satdığı 20 baş qrmalın pulunu orataya qoymadığına görə Rövşənə pul verə bilməmişlər. Onlarla söhbətdə iştirak edən həmkəndiləridən Nuru və digər şəxslər onların söhbətinə qoşulub «Vicad satdığı 20 baş qarmalın pulunu verməlidir» demişlər, məlum olmuşdur ki, Vicad 20 baş qarmalı satdıqdan sonra pulunu xərcələmişdir. Rövşən və şərikləri ilə söhbət zamanı «siz indi pulumuza tam verin sizə 4000 manat güzəşt gedirik» demişlər, həmin gün Vicad qəbz yazaraq 8000 manat pulu 30 sentyabr 2022-ci il tarixinə kimi ödədiyini öhdəsinə götürmüş, özü isə Rövşən, Elman və Mansurla söhbət edib şifahi onlara söz verib 10000- 11000 manatı qısa müddətdə qaytaracağını demiş, lakin pulu olmadığına görə söz verdiyi vaxtda Rövşənin borcunu qaytara bilməmiş, Vicad da qaytarmasını üzərinə götürdüyü 8000 manatı qaytarmamış, bundan sonra Rövşən və Elmanın qaynı Nizami adlı şəxs kənə gəlib onunla görüşmüş, Vicadı tapıb onunla görüşə bilməmiş, Vicad gizlənmiş, həmin söhbətdə həmkəndliləri Nurəddin də iştirak etmiş, Rövşənə və Nizamiyə 10000- 11000 manat pulu qısa müddətdə qaytarmasına söz vermiş, pul olmadığına görə söbhbətlərində iştirak edən dostu Orxan əvəzimdə 2022-ci ilin sentyabr ayında Nizamiyə 5000 (beş min) manat, daha sonra isə 2022-ci ilin noyabr ayında 3000 (üç min) manat vermiş, pulu ondan hədə-qorxu ilə tələb edən olmamış, Rövşən və şərikləri ilə olan danışığına əsasən onlara 2000 (iki min) və yaxud da 3000 (üç min) manat borcu qalmışdır. Rövşəndən onun razılığı ilə Vicadla birlikdə aldıqları 27 baş qarmaldan 7 başını özü satıb 7000 manat pulu Rövşənə vermiş, 20 başını Vicad satıb pulunu özü istifadə etmiş, həmin qarmalın pulunu ona verməmişdir. Rövşən və şəriklərindən bir neçə dəfə qarmal alıb pulunu tam və yaxud da hissə-hissə vermiş, sonuncu dəfə 27 baş qarmalı gətizdirəndən sonra aralarında təxminən 29.420 manat borc yaranış, həmin borcan 7000 manat vermiş, aralarında Vicadla birlikdə onlara 22420 (iyirmi iki min dört yüz ikirmi) manat borclu qalmışlar. Bundan sonra onlarla alveri olmamış, arlarında yaranmış borcdan Rövşənin danışığına əasən 4000 manatını onlara güzəşt etmişlər. Törətdiyi əməldən peşamandır. Zərərçəkmiş şəxsdən üzr istəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsə vurlmuş ziyanın yarısını ödəmişlər. Ona görə də qeyd edilənləri nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli onların özlərinin ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Lerik rayonunun Sors kəndində yaşamaqla rəsmi olaraq heç yerdə işləmir, Şingədulan kənd sakini Zərərçəkmiş şəxs2 və Buruq kəd sakini Zərərçəkmiş şəxs3 tanıyır, onlarla ziddiyəti olmamışdır. Heç yerdə işləmədiyinə görə ailəsini dolandırmaq məqsədilə 2-3 ildir ki, mal-qara alveri ilə məşğul olur. Blə ki, yaşadığı ərazidə təsərrüfatla məşğul olan şəxslərdən mal-qarasını satan olduğu halda həmin şəxslərdən qaramalları alıb satmaq üçün Masallı şəhərində yerləşən mal bazırına aparıb satır. Təxminən 1 (bir) ildir ki, Şingədulan kənd sakini Zərərçəkmiş şəxs2la şərikli mal-qara alverinə başlamış, 2022-ci ilin iyun ayında Mansurla birlikdə Masallı şəhərinə mal bazarına qaramal aparıb satdığı günlərin birində Bərdə rayonunun Zümürxan kənd sakinləri Təqsirləndirilən şəxs1 Şahimar oğlu və Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, bazara apardığı qaramalları onlara satmış, günlərin birində Vicad və Vüsal onlara «iri danalar tapın alın biz sizdən götürərik» demişlər. Mansurla kəndə qayıdıb bir neçə nəfərdan 23.200 manat dəyərində 25 baş erkək dana alıb fotoşəklini Vüsal və Vicada göndərərək qiyəmtdə razılaşdıqdan sonra Vicad Ağdam rayon sakini Cahidin idarə etdiyi ATEKO markalı yük avtomobili ilə kəndə gəlib 15.000 manat pul gətirmiş, dərhal Vüsala zəng edib Vicadın 15.000 manat pul gətirdiyini bildirmiş, Vüsal ona «sən kart nömrə göndər mən pulu kartınıza yükləyərəm» demiş, Vüsala kart nömrə göndərmiş, sonuncu kartına 4000 manat manat pul köçürtmüş, 4200 manat borclu qalaraq növbəti dəfə Masallı mal bazarına gəldiyi zaman pulu gətirib verəcəyini demişdir. Bu danışıqdan sonra Mansurla birlikdə 8 baş qaramal alıb Masallı mal bazırına aparmış, Bazara gəlmiş Vüsal və Vicad 8 baş qaramalı onlardan aldaraq təşkil etdiyi pulun bir hissəsini verdikdən sonra 2200 manat borclu qalmışlar. Vicad və Vüsal ümumilikdə ona və Mansura cəmi 6400 manat borclu qalmışlar. Növbəti həfətə Masalı mal bazırında onlarla görüşüüb təkrar onlara bir neçə baş qaramal satmış, ona və Mansura 5000 manat vermişlər, Vüsal və Vicada nisyə satdıqları qaramalların pulundan cəmi 9960 manat borclu qalmışlar. Dəfələrlə Vüsal və Vicada nisəyə verdikləri qaramaların pullarını növbəti dəfə bazara gələndə gətirib verdiklərinə görə tam etibar qazanmışlar. 2022-ci ilin yay aylarında Yardımlı rayonunun Alar kəndində satdığ qaramal olması barədə Mansura məlumat verilmiş, həmin günlərin birində Şingədulan kəndində Buruq kənd sakini, ara-bir mal-qara alveri ilə məşğul olan Elmanla rastlaşmışlar, Mansur Elmandan xahiş etmişdir ki, onları idarə etdiyi VAZ-2121 markalı avtomaşınla Alar kəndinə aparsın. Elman razılaşaraq onu və Mansuru avtomobilinə götürüb Alar kəndinə yola düşmüşlər, yolda Mansur Elmana «sən də mal-qara alıb satırsan, gəl birlikdə şərikli alverə başlayaq, mal alıb aparıb sataq» demiş, Elman da razılaşmışdır. Yadımlı rayonunun Alar kəndinə gəlib orada ayrı-ayrı şəxslərdən təxminən 5-6 baş qaramal alıb Masallı rayonunun Ərkivan kənd sakini Çingiz adlı şəxsin həyətinə aparıb tövlədə bağlayıb evlərinə qayıtmışlar. Növbəti gün Elman Çingizin həyətində saxladıqları qaramalları bazara aparmaq üçün getmiş, həmin gün Vüsal və Vicad ona zəng edib «biz gəlirik qaramalınız varsa bizim üçün saxlayın» dedikdən dərhal sonra Elmana zəng edib «malları satma daimi müştərilərim gəlir malları onlara verərik» demiş, bu danışıqdan sonra Mansurla birlkdə aldıqları sayını dəqiq xatırlamadığı təxminən 6-7 baş qaramalı da avtomobilə yükləyib Masallı şəhərinə mal bazırına aparmışlar. Dəyərini xatırlamadığı 16 baş qaramalı bazara gəlmiş Vicada satmış, qaramalları Elman və Mansur ATEKA markalı avtomobilə yükləmiş, özü Vicad və Mansur yeməkxanada oturub çörək yemişlər, Elman onların yanına gəlməmişdir. Vicada təxminən 16 baş qaramal verdikdən sonra əvvəlki 9960 manat borcla aralarında cəmi 23.500 manat borc yaranmış, bundan 7000 manatını Vicad ona vermiş, 16.500 manat borclu qalmışdır. Elman onlara qoşulandan sonra alıb satdıqları qaramallardan əldə etdikləri qazancdan Elmana 390 manat pul verib ayrılaraq evilərinə qayıtmışlar. Bundan sonrakı günlərdə, yəni 2022-ci ilin iyul ayının əvvəlində Mansurla birlikdə Elmanın avtomobili ilə Yardımlı rayonunun Alar kəndinin örüş sahəsinə gedib adını xatırlamadığı şəxsdən 16500 manat dəyərində 24 baş qaramal alıb puldan 10000 manatını mal sahibinə verərək mallar sahibinin yanında örüşdə saxlayıb evlərinə qayıtmışlar. Səhərisi gün mal sahibi qaramalları sürüb Lerik rayonunun Xanəgah kəndinin ərazisinə gətirmiş, Elman və Mansur birlikdə Xanəgah kəndinin ərazisinə getmişlər, Elman özü ilə götürdüyü 6180 manat pulunu mal sahibinə vermişdir. Elmana Vicad və Vüsal gəlib malları aparırlar demiş, Elman və Mansur ona «malları nisəyə vermirik, tanışım Çingizə verək» demiş, onlara «Vicad və Vüsal yoldadırlar gəlirlər, bizə 16.500 manat borcludurldar, biz malı onlara verməsək onlar bizdən inciyib pulumuzu verəmzlər» demiş, Vicadla telefon danışığı sonuncu ona 18000 manatla gəldiyini bildirmişdir. 24 baş qaramalı sürüb Lerik rayonunun Bülüdül kəndinin ərazisinə yola gətirmişlər, Vicad sürücü Cahidin idarə etdiyi ATEKO markalı avtomaşınla onların yanına gəlmiş, 24 baş qaramalı avtomobilə yükləmişlər, Vicad dərhal ona 3000 manat pul verərək yola düşüb Lerik rayonunun Çeşman kəndinin ərazisində aldıqları 3 baş qarmalı da Vicadın aprardığı 24 baş qaramala qoşmuşlar, Vicad qaramaları aparmış, həmin günün sonunda Vüsal onun kartına 5000 manat pul köçürtmüş, bu hesabla ümumilikdə Vicad və Vüsal onlara 29420 manat borclu qalmışlar. Elman Vicaddan «mən bu malı almaq üçün verdiyim pulu borca almışam, apardığın qaramalların pulunu haçan verəcəksən» soruşmuş, Vicad ona «bu həftənin 5-ci günü saat 13 radələrində Masallı bazarında görüşərik pulu verərəm» demiş, Elman Vicada «birdən yalan olmasın, bu pulu sizdən almaq mənim üçün iki vur ikidir» demiş, Vicad ona «sizinlə biz halal alver edirik, narahat olma bu həftənin 5-ci günü saat 13 radəldərində bazada görüşüb pulunuzu verərik demiş, Elman ona saat 13 olmasın saat 17 olsun, heç fərqi yoxdur» demiş, Vicadın onlara dediyi vaxtda, yəni həftənin 5-ci günü Mansur və Elmanla Masallı mal bazırına getmişlər, lakin Vicad və Vüsal həmin gün gəlib pulu gətirməmiş və mobil telefon zənglərinə da cavab verməmişlər. Günün sonunda, saat 21 radələrində Vüsal Mansurun zənginə cavab verib «Mansur əmi zəng etmisiniz eşitməmişik, qəssablar bizim üçün 26.000 manat pul saxlayıblar, pulu götürüb gəlirik, gecə saat 02 də bazarda olarıq» demiş, həmin gecə Masallı mal bazırında gözləmişlər, lakin Vicad və Vüsal bazara glməyib telefon zənglərinə də cavab verməmişlər, gün açılan kimi Mansur və Elmanla birlikdə Bərdə rayonunun Zümürxan kəndinə getmiş, Vüsalı evində görə bilməmiş, Vicad onları qarşılayıb hoteldə onlar üçün yer götürərək onlara «siz nahaq gəlmisiniz malı satıb pulunuzu verərik» deyib Vüsala zəng etdi, harada olduğunu soruşmuş, sonuncu ona Daşkəsənin dağlarında mal aldığını demiş, Elmanı tanıyan Ələsgər adlı mal alverçisi sonuncuya zəng edib harada olduğunu soruşmuş, X2 və Vüsalı axtardığını demiş, Ələsgər ona «Vüsal indi Gəncədə bazarda mal alır» dedikdən dərhal sonra Gəncə mal bazarına gəlib Vüsal ilə görüşmüşlər. Vüsal onlara «siz Bərdəya qayıdın mən mal alıb Bərdəya qaydıram sizin pulunuzu verib sizi yola salarıq» demiş, Vüsal Bərdəyə gəlib onlarla görüşərək cəmi 7000 (yeddi min) manat pul verib qalan pulu göndərməsinə söz vermiş, həmçinin onlara «sizdən aldığımız malları satmamışıq, mala görə narahat olmayın, gələn həftə gəlin pulunuzu tam aparın» demitşdir. Vicad və Vüsal onlara 22.420 (iyiri iki min dörd yüz iyirmi) manat borclu qalmışlar. Yəni sonuncu dəfə onlara nisyə satlıqları 27 baş qaramalın pulundan əlavə əvvəl nisyə satdıqları qaramalların pulu ilə birlikdə cəmi 22.420 manat borclu qalmışlar. Bundan sonra Vüsal və Vicad pulları verməyib telefon zənglərinə cavab vermədiklərinə görə onları aldatmalarını başa düşüb ikinci dəfə, yəni 29 iyul 2022-ci il tarixdə Elman və Mansurla birlikdə Bərdə rayonunun Zümürxan kəndinə gedib Vicad və daha sonra isə Vüsal ilə görüşüb birlikdə söhbət etmişlər, Vüsal ona «malı mən satmamışam, Cəncəyə mal almağa getmişdim, qayıtdım gördüm ki, Vicad tövləyə girib malları satmışdır, kimə satdığını mənə deməmişdir. Mənə də pul verməmişdir. Siz pulunuzu Vicaddan alın» demiş, Vicadı axtarsalar da onu tapa bilməmişlər, Bundan sonra Vüsalı onların çağırdığı Nuru və Nemət adlı şəxslər söhbətə girişmişlər, Nuru Vüsala malı almısınız pulu verməlisiniz deyərək həmin gün Vicadı da çağırıb onlarla görüşdürmüş, Vicad onlara «siz bilmirsiniz, başqa söhbətlər var, Vüsal isə burda söyüş olsa mən pulu vermərəm və stoldan durub gedərəm» demiş, Vicaddan nə söhbət olduğunu soruşmuş, Vicad ona bu söhbəti burada aça bilmədiyini söyləmiş, sonuncunun sözündən başa duşmüşdür ki, qaramalları Vüsal satıb pulunu istifadə etmişdir. Vicad qəbz yazıb 30 sentyabr 2022-ci il tarixinədək onlara 8000 manat pulu qaytararacağını bildirmiş, Vüsal isə şifahi olaraq 29 avqust 2022-ci il tarixinədək 11000 manatını verməsinə söz vermiş, söhbətdə iştirk edən Nuru onlara «mən pulu gətirib Masallıda sizə verərəm, gəlməyinizə ehtiyac yoxdur, yerdə qalan 3000 manatını da sonra verərik» dedikdən sonra razılaşıb ayrılmışlar. Bundan sonra Vicad və Vüsalın onlara dediyi vaxtın tamam olmasını gözləyib 29 avqust 2022-ci il tarixdə 3-cü dəfə Bərdə rayonunun Zümürxan kəndinə getmişlər. Lakin Vüsalı tapa biliməmişlər. Nuru ilə görüşmüşlər, sonuncu Vicadı onların yanına çağırmış, Vicad onlara «bu işləri quran Vüsaldır, malları Vüsal satmışdır, mən onun malabaxanıyam, məni də məcbur edir deyir ki, malları boynuna götür, yalan danış onları aldat. Əgər şikayətə getsəniz sizdan alınmış qarmaları Vüsal satmışdır, kimlərə satdığını da deyərəm. Mən mal satmamışam. Vüsal məndən istifadə edir və sizə qarşı planlaşdırılmış işdir» demiş, Bərdə şəhərində olduğu zaman Elmanın qayını Nizami ona zəng edib harada olduğunu souşmuş, Bərdə şəhərində olduğunu və qaramal satıb pulları ala bilimədiyini Nizamiyə demiş, Nizami ona «orada qalmayın Bakıya gəlin» dedikdən sonra Bakı şəhərinə gəlib Nizami ilə görüşüb kafedə oturub çörək yeyib vəziyyəti tam ona danışmışlar. Nizami Elmanla təklikdə söhbət etdikdən sonra onu çağıraraq onunla da təklikdə söhbət etmiş, (Nizaminin sözündən başa duşmüşdür ki, güya özü Bərdəlilərlə birləşib Elmanın pulunu batırmışdır). Nizami ilə söhbət zamanı sonuncu tam ona inanandan sonra ona «mən Elmana pul vermişəm alverə başlamışdır. Mən pulunuzu almaq üçün Bərdəyə gedib həmin şəxslərlə söhbət edərəm» demiş, bundan təxminən 2 gün sonra Nizami onu Bakıya çağıraraq birlikdə Bərdəyə getmişlər, Bərdə şəhərinə gəldikdən sonra Nizami Nuri ilə danşıaraq Vüsalın harada olduğunu soruşmuş, Nuri ona Vüsal özünü asıb yoxdur demiş, həmin gecə Yevlax yolunda Hoteldə qalmışlar, səhərisi gün Bərdə rayonunun Zümürxan kəndinə gəlib Comu adlı şəxsin evində Nuru, Orxan, Vüsal və adını xatırlamadığı digər bir nəfərlə görüşmüşlər, onların görüşü söhbəti bitdikdən sonra onu də dəvət edib ondan vəziyyəti soruşmuşlar, Vicad və Vüsal ilə alver etməsi ilə bağlı danışmış, danışıqda iştirak edənldər ona «sənin günahın yoxdur, pulunuz sizə çatmalıdır» demişlər. Nizami onlardan ayrıldıqdan sonra ona pulunuz iki ay ərzində sizə tam ödəniləcəkdir demiş, Nizamini Bərdəyə aparmaq üçün Hodel pulunu, avtomobillərin yol xərcini yemək pulunu 970 manatını özü ödəmiş, Nizami ona «bir həftəyə Vicadı tapıb sənə deyərəm gələsən gedib onunla görüşərik» demiş, Bundan təxminən 1 həftə sonra Nizami ona zəng edib onu Bakı şəhərinə çağırmış, Nizami ilə Ələt yolunda görüşüb Bərdə rayonuna getmişlər. Bərdə şəhərində Hoteldə qalmışlar, xərcləri özü ödəmiş, ümümi məbləğ 780 manat təşkil etmişdir. Vicadı Bərdə şəhərinə onların yanına bir əli olmayan İntqam adlı bir şəxs gətirmiş, İntqam üçün da əhvalatı tam danışmış, sonuncu da Vicadı günahlandırmış, Vicada 8000 manat pulu versin demişlər. Vicad ona növbəti ayın birindən ödəyəcəyinə söz vermiş, Nizami ona Vicad və Vüsal ilə əlaqənizi kəsin demiş, Nizamidən ayrılıb evinə gəlmiş, 2022-ci ilin noyabr ayının təxminən 20-də Elman ona bazara gələn Ağcəbədi alverçiləri ona deyib ki, güya Vüsaldan 10000 manat pul alınmışdır. Pulun kim tərəfindən alındığını deməmişdir. Nizamiyə zəng etmiş, sonuncu telefonu açmadığına görə onlarla əlaqə yarada bilməmişdir. Vüsal ilə telefon vasitəsi ilə danışıb pulun verilib verilmədiyini soruşmuş, Vüsal ona Nizami gəlib onun qəssab dostu Orxandan 8000 manat pulu aldığını demiş, həmin puldan 6000 manat Elmana məxsusdur. Nizamini tapa bilmədiynə görə Elmana onu tapmasını bildirmiş, sonuncu ona «Nizamini tutublar həbsdədir» demiş, buna inanmayıb hazırda cəza çəkən bibisi oğlu Nemətlə telefonla danışdığı zaman Nizaminin həbsdə olub-olmadığını soruşmuş, Nemət bir həftədən sonra onunla danışanda ona «Nizami adlı şəxs həbsdə deyildir, sizi aldadıblar» demiş, Elmanı evinə çağırmamış və Nemətlə görüntülü danışdarmamışdır. Nemətin Elmanla danışdığını bilmir, Nemətə alverlə bağlı ifadəsində göstərdiklərini tam danışmış, Elman və Mansurla birlikdə ayrı-ayrı şəxslərdən nisyə aldığıqları qaramalların pulunu Vüsal və Vicaddan ala bilmədiyinə görə 15000 manat Aksisbankdan kredit götürüb nisyələrni vermiş, bundan sonra Elman və Mansura ona kömək etmələrini bildirmiş, batmış 22420 manat pulun çöx hissəsi ona məxsusdur. Elman Mansurla 3 dəfə, Nizami ilə 2 dəfə Bərdə şəhərinə getdiyinə görə ümumilikldə təxminən 2100 manat pul xərcləmişlər, həmin pulu tam olaraq Elman və Mansurla yoldaş kimi aralarında bölmüşlər, yəni hərəsi 700 manat pul xərcləmişlər. Dəqiq olaraq batmış puldan əlavə hərəsinə 700 manat ziyan dəymişdir. Bundan əlavə Nizaminin aldığı 8000 manat puldan 6060 manat Elmanındır, özünün və Mansurun həmin pula şərikliyi yoxdur. Elman da deyir ki, alver üçün güya Nizami ona 10000 manat pul vermişdir. Nizami 8000 manat pul almışdır. Elman onlara qoşulanda ortaya 6060 manat pul qoymuşdur. 8000 manat puldan 6060 manatı Elmanındır, lakin ona, Mansura və Elmana çatan 1940 manat pul Nizamidə qalmışdır. Nizami ona məlum olmayan səbəblərdən həbsdə olduğuna görə pulu qatarmamışdır. Nizaminin deməsinə görə Elmana verldiyi 10000 manat pudan 8000 manatını almışdır. Elman güya ona 2000 manat borclu qalmışdır. Buna baxmayaraq birlikdə alver etdiklərinə görə şərtlərə uyğun olaraq Nizaminin aldığı 8000 manat puldan 1960 manatı ona aidir. Vicad və Vüsal onlara ümümilikdə 14420 manat pul verməlidirlər, bundan əlavə Nizaminin isə Vüsaldan aldığı 8000 manat puldan 1940 mantı ona məxsusdur. Hazırda onlara vurlmuş ziyandan 6000 manat qalmışdır. Hazırda təqsirləndirlən şəxslərlə barışsa da, təqsirləndirilən şəxsə qanunamüvafiq qaydada cəza verilməklə onun tərəfindən verilmiş mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Lerik rayonunun Buruq kəndində yaşamaqla rəsmi olaraq heç yerdə işləmir, Şahid1 qayınıdır, onunla münasibətim həmişə yaxşı olmuşdur. Lerik rayonunun Şingədulan kənd sakini Zərərçəkmiş şəxs2 və Sors kənd sakini Zərərçəkmiş şəxs1 tanyır, onlar mal-qara alveri ilə məşğul olurlar, özü də ara-bir mal-qara alveri ilə məşğul olub ailəsitni dolanıdırır. 2022-ci ilin yay aylarında Şingədulan kəndində olduğu zaman Rövşən və Mansur ona yaxınlaşıb onları Yardımlı rayonunun Alar kəndinə aparmasını xahiş etmişlər, onları idarə etdiyi VAZ-2121 markalı avtomaşına götürüb Yardımlı rayonunun Alar kəndinə qaramal almaq üçün yola düşmüşlər, yolda Mansur ona «şərikli mal alıb Masallıya aparaq» demiş onlarla razılaşaraq Yardımlı rayonunun Alar kəndinə gəlib orada ayrı-ayrı şəxslərdən 5-6 baş qaramal alıb Masallı rayonunun Ərkivan kənd sakini Çingiz adlı şəxsin həyətinə aparıb tövlədə bağlayaraq evinə qayıtmış, növbəti gün Çingizin evinə gedib qaramaları Masallı şəhərində yerləşən mal bazarına gətirib satmaq istədiyi zaman Rövşən telefonda ona «sən malları satma Bərdədən müştərim gələcək həmişə malları ona veririk» demiş, Rövşənin sözünə malları satmamış, Rövşən və Mansur Masallı şəhərinə mal bazarına gəlib onunla görüşmüş, Rövşən və Mansurun bir maşında 5-6 baş qaramal gətirdiklərini görmüş, Rövşən ona «malları bazarın qabağına çıxardın Ateko maşina yükləyin» demiş, Mansurla birlikdə qaramalları bazarın qabağına çıxarıb Rövşənin göstərdiyi Ateko markalı avtomobilə yükləmişlər, həmin avtomobildə neçə nəfərin olduğunu blməmiş, yanız Vicad adlı şəxsin adını eşitmiş, Vicad Mansur və Rövşən yeməkxanada oturub çörək yemişlər, həmin qaramalların alınmasında ortaya pul qoymadığına görə onlarla oturmamışdır. Rövşən və Mansur qaramalları neçə manta Vicad adlı şəxsə satdığını bilməmiş, lakin ona 390 manat pul vermişlər, ayrılıb evlərinə qayıtmışlar, bundan sonra Rövşən ona zəng edib «müştərim mənə zəng edib deyir ki, iri mal alın mən gəlib aparıram» demiş, Şingədulan kəndinə gəlib Rövşən və Mansuru maşınına götürüb Alar kəndinin örüş sahəsinə gedib adını xatırlamadığı şəxsdən 16500 manat dəyərində 15-16 baş qaramal almışlar, mallar sahibinin yanında örüşdə qalmış, özləri isə evlərinə qayıtmışlar. Səhərisi gün Rövşən ona zəng edib «Bərdədən müştərilərim mal üçün gəlirlər» bildirmiş, Rövşənə maları nisyə vermədiyini demiş, Rövşən ona «müştərilərim Vicad və Vüsal 18000 manat pul götürüb gəlirlər, qalan pulu da kartıma yükləyəcəklər» demiş, bundan sonra Masallı rayonunun Ərkivan kənd sakini Çingiz ona zəng edib ona «nağd pul götürüb Təkdama gəlib gözləyirəm, mala harada baxaq» demiş, Rövşənə Çingizin nağd pul ilə gəldiyini malları ona smatmalarını təklif etmiş, Rövşən qaramallararı öz müştərilərinə verəcəyini demiş, Alar kəndində aldıqları 15- 16 baş qaramalı Bülüdül kəndinə yaxın əraziyə gətirmişlər, mal sahibinə 6180 manat pul Rövşənin vasitəsi ilə vemiş, Vicad tanımadığı şəxsin ATEKA markalı avtomaşını ilə həmin sahəyə gəlmiş, özü Mansurla qaramalların yanında qalmış, Rövşən və Vicad onlardan kənara çəkilib qaramaların qiymətini danışmışlar, neçə manata razılaşdıqlarını bilməmiş, qaramalları Rövşənin sözünə həmin avtomobilə yükləmişlər, Vicad onlardan ayrıldıqdan sonra Rövşəndən qaramaları neçə manata satmasını soruşmuş, Rövşən qaramalları neçə manata satdığını deməmiş, lakin hər birinə 600 manat xeyir qaldığını bildirmiş, Rövşəndən pulu haçan alacağını soruşmuş, sonuncu ona həftənin 5-ci günü Masallı şəhərinə gətirib verəcəklərini demiş, Çeşman kəndində də iki baş qaramal alıb digər mallara qoşmuşlar, Rövşənin dediyi gündə Masallı şəhərində gözləmiş, lakin Rövşənin müştəriləri, yəni tanışları pulu gətirməmişlər, səhərisi gün Rövşən və Mansurla birlikdə Bərdə rayonunun Zümürxan kəndinə getmiş, Vüsal adlı şəxsi evində görə bilməmişlər, Vicad onları qarşılayaraq hoteldə onlar üçün yer götürmuş və «siz nahaq gəlmisiniz malı satıb pulunuzu verərik» demiş, Ələsgər adlı mal alverçisi onu tanıdığına görə zəng edib harada olduğunu soruşmuş, Ələsgərə Bərdədə olduğunu və Vüsalı axtardığını demiş, Ələsgər ona Vüsalın Gəncədə bazarda mal aldığını demiş, bu zəngdən sonra Rövşən və Mansurla birlikdə Gəncə mal bazarına gəlib Vüsal ilə görüşmüşlər. Vüsal onlara «siz Bərdəya qayıdın mən mal alıb Bərdəya qaydıram sizin pulunuzu verib sizi yola salarıq» demiş, Vüsal Bərdəyə gəlib onlarla görüşmüş və Rövşənə cəmi 7000 (yeddi min) manat pul verərək qalanını göndərməsinə söz vermiş, lakin Vüsal pulu göndərmədiyinə görə təkrar Mansur və Rövşənlə birlikdə Bərdə rayonunun Zümurxan kəndinə getmişlər, Vicad və daha sonra isə Vüsal ilə görüşüb birlikdə söhbət etmişlər, Rövşən Nuru adlı şəxslə ayrılıqda söhbət etmiş, onların danışıqlarını eşitməmiş və hansı mövzuda danışmalarını bilməmiş, lakin onlara pul vermək istəmədikləini başa düşmür, Nuruya polisə müraciət edəcəyini demiş, Rövşən və Nuru onunla mübahisə edərək oturduqları çayxanına dəyişmişlər. Nuru onlara «mən pulunuzu gətirib Masalıda sənə verərəm» demiş, Vicad da kredit götürüb pulu tam qaytaracağını bildirmiş, onlarla razılaşıb evlərinə qayıtmışlar, Nuru və Vicadın dediyi vaxtda pul vermədiyindən 3-cü dəfə Bərdə şəhərinə gedib Vicad və Nuru ilə görüşmüşlər, Vüsal ilə görüşə bilməmişlər, Bərdə şəhərində olduğu zaman qayını Nizami ona zeg edib harada olduğunu souşmuş, Bərdə şəhərində olduğunu və qaramal satıb pulları ala bilimədiklərini demiş, çünki ona Nizami borca 10000 manat prul vermiş, həmin pulun hesabına mal alveri ilə məşğul olmuşdur. Nizami ona Bakıya gəlməsini demiş, Bərdə şəhərindən Bakı şəhərinə gəlib Nizami ilə görüşüb vəziyyəti tam ona danışmış, Nizami ona «mən Rövşənlə Bərdəyə gedib çalışıb pulu dirildərəm» demiş, daha sonrakı günlərdə Rövşən və Nizami Bərdə şəhərinə getmişlər, Rövşən və Nizaminin kimlərlə görüşmələrini bilməmiş, lakin Rövşən ona «2022-ci ilin oktyabr ayının 15-20-nə kimi olan müddətdə pulumuzu verərlər» demiş, lakin həmin müddətdə pulları verən olmamış, Nizami ilə əlqə saxlamaq istəmiş, lakin əlaqə yarada bilməmiş, 2022-ci ilin noyabr ayında Rövşən onu evinə çağırdığına görə getmiş və onun iki nəfərlə görüntülü danışdığını görmüş, həmin şəxslərin kimliyini soruşmuş, Rövşən ona «bibim oğlu Nemət və dostu Benidir, bunlar lotudurlar turmədə yatırlar2 demiş, bundan bir neçə gün sonra Rövşən ona «biz Qarabağ lotuları ilə görüşə getməliyik, Beniya da iştirak edəcəkdir» demiş, 2022-ci ilin dekabr ayında Rövşən və Mansurla birlikdə Bərdə şəhərinə yola düşmüş, Prişib yolunda bir nəfər onların maşınına oturmuş, həmin şəxsi Rövşən tanımışdır. Bərdə şəhərinə gəlmişlər, Bərdədə Rövşənin lotu tanışlarından 3 nəfər də onların yanına gəlmiş, həmin 4 nəfərdən əlavə özünü Qarabağ lotusu kimi təqdim etdiyi Sahib adlı şəxs onları tanımadığı ünvanda yerləşən yeməkxanaya göndərmiş, daha sonra özü də 3 nəfərlə onların yanına gəlmiş, danışıqlar Rövşənlə aparılmışdır. Sahib adlı şəxs ona sual verib Nizami ilə əlaqələrini soruşmuş, Nizaminin qaynı olduğunu ona demiş, Sahib ona «sən Nizami ilə birləşib pulu yemisiniz» demiş, Vüsalı onların yanına çağırıb Nizamiyə pul verib vermədiyini soruşmuş, Vüsal onlara «qəssabım Orxan Nizamiyə 8000 manat pul vermişdir» demiş, Rövşən pulun alınmasını Beniyə adlı şəxsə həvalə etmişəm dedikdən sonra Sahib də Beniyə «mənə nə desə onun sözünə uyğun hərəkət edərəm» deyərək danışığı bitirib evlərinə qayıtmışlar. Yolda olduqları zaman Sahib Beniya və Rövşən danışıb yalnız onu hədələmişlər. Bundan sonrakı müddətdə də bir neçə dəfə Beniya və Nemət adlı şəxslər onunla danışıb hədələyib «qayının Nizami 8000 manat pul almışdır, həmin pulu sən Rövşənə qaytarmalısan» demişlər, Nemət və Beniya onu hədələdiyinə görə Nimzaminin pulu alıb almadığını bilmir, əgər Nizami onlardan 8000 manat pul almışdırsa onun puludur, bununla bağlı tələbi olmaz. 26 dekabr 2022-ci il tarixdə Rövşən onu və Mansuru Şingədulan kəndində yerləşən özünə məxsus qəssab dükanına çağırıb «gedin hərəniz 1000 manat pul gətirin, qalanını da mən üstünə qoyub Beniyaya göndərməliyəm» demiş, Rövşənə pulu olmadığını bildirmiş, 28 dekabr 2022-ci il tarixdə Rövşən onu və Mansuru dükanına çağıraraq əlinə balta götürüb hədələyərək «mənə dəxli yoxdur gedin pul gətirin Beniyaya göndərməliyəm» demiş, Rövşənin hədələrinə baxmayaraq ona pul verməmiş, sonuncu dəfə Şingədulan kənd sakini Vaqifin qarmal tövləsində Rövşən Sərxoş vəziyyətdə üzərinə gəlib onu hədələyərək «sənə 5 il Nizamiyə 12 il iş kəsdirərəm» demiş, səbəbini soruşmuş. Rövşən ona Nizami sənin qaynındır ona görə sənə də iş düşür» demiş, bundan sonra Rövşənlə söhbəti olmamışdır. Hazırda təqsirləndirlən şəxslərlə barışsa da, təqsirləndirilən şəxsə qanunamüvafiq qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2022-ci ilin dekabr ayında Rövşən və Elmanla birlikdə Bərdə şəhərinə yola düşmüşlər, Prişib yolunda bir nəfər,yəni Rövşənin tanışı onların avtomaşınına oturmuş və Bərdə şəhərinə gəlmişlər, Bərdədə Rövşənin lotu tanışlarından 3 nəfərdə onların ynına gəlmiş, həmin 4 nəfərdən əlavə özünü Qarabağ lotusu kimi təqdim etdiyi Sahib adlı şəxs onları tanımadığım ünvanda yerləşən yeməkxanaya göndərmiş, daha sonra özü də 3 nəfərlə onların yanına gəlib Rövşənlə danışıqlar aparmışlar, Sahib adlı şəxs Elmana sual verib Nizami ilə əlaqələrini soruşmuş, Elman ona Nizaminin qaynı olduğunu demiş, Sahib Elmana «sən Nizami ilə birləşib pulu yemisiniz» deyərək Vüsalı çağırıb Nizamiyə pul verib vermədiyini soruşmuşlar, Vüsal onlara «qəssabım Orxan Nizamiyə 8000 manat pul vermişdir» dedikdən sonra Rövşən onlara «pulun alınmasını Beniyə adlı şəxsə həvalə etmişəm» demiş, Sahib də «Beniyə mənə nə desə onun sözünə uyğun hərəkət edərəm» deyərək danışıqları bitrib evlərinə qayıtmışlar. Yolda olduğu zaman Sahib Beniya və Rövşən danışıb yalnız Elmanı hədələmişlər. Elman səhərisi gün ona zəng edib ona «Rövşənin dostları Beniya və Nemət adlı şəxslər mənilə danışıb hədələyirlər deyirlər ki, qayının Nizami 8000 manat pul almışdır, həmin pulu sən Rövşənə qaytarmalısan» demişlər. 26 dekabr 2022-ci il tarixdə Rövşən onu və Elmanı Şingədulan kəndində yerləşən özünə məxsus qəssab dükanına çağırıb «gedin hərəniz 1000 manat pul gətirin, qalanını da mən üstünə qoyub Beniyaya göndərməliyəm» demiş, Rövşənə pulu olmadığını bildirmiş, 28 dekabr 2022-ci il tarixdə Rövşən onu və Elmanı təkrar dükanına çağıraraq «mənə dəxli yoxdur gedin pul gətirin Beniyaya göndərməliyəm» demiş, Rövşənin hədələrinə baxmayaraq ona pul verməmişdir. Sonrakı günlərdə Elman və Rövşənlə bilikdə aldıqları qaramalları mərhum dayısı Vaqifin yaşayışı olmayan həyətindəki tövlədə bağladıqları zaman Rövşən Sərxoş vəziyyətdə Elmanın üzərinə hücum edərək onu hədələyərək «sənə 5 il Nizamiyə 12 il iş kəsdirərəm» demiş, Elman ondan səbəbini soruşmuş, Rövşən ona «Nizami sənin qaynındır ona görə sənə də iş düşür» demiş, bundan sonra Rövşənlə söhbəti olmamışdır. Hazırda təqsirləndirlən şəxslərlə barışsa da, təqsirləndirilən şəxsə qanunamüvafiq qaydada cəza verilməsini xahiş etdi. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Lerik rayonunun Boykəndil kəndində doğulmuş, Bakı şəhərində yaşayır, Lerik rayonunun Buruq kənd sakini Zərərçəkmiş şəxs3 bacısının əridir, sonuncu heç yerdə işləmir, ara-bir qarmal alveri ilə məşğul olub dolanır. Zərərçəkmiş şəxs3 alver üçün pul az olduğuna görə onun istəyi ilə 2022-ci ilin may ayında ona 10000 (on min) manat borca vermiş, Elman pulu ondan alarkən 2022-ci ilin payız aylarında qaytaracağını bildirmiş, 2022-ci ilin iyul ayında Elmana zəng edib onunla danışanda sonuncu ona Bərdə şəhərində olduğunu demiş, səbəbini soruşmuş, Elman ona «Bərdə rayon sakinlərinə qarmal satmışıq, pullarımızı ala bilmirik» demiş, Elmanı Bakıya dəvət etmiş, Elman şərikləri Rövşən və Mansurla Bakı şəhərinə gəlib onunla görüşmüşlər. Söhbət zamanı ona məlum olmuşdur ki, Bərdə rayonunun Zümürxan kənd sakini Vicad Lerik rayonunun ərazisinə gəlib təxminən 25 baş qaramalı alıb aparmış, əvvəlki borcla Rövşən və şərikləri Elman, həmçinin Mnsura 22420 manat borclu qalmışlar. Bundan sonrakı günlərdə və müddətdə Rövşənlə birlkdə 2 dəfə Bərdə şəhərinə gedib Vicad və Vüsald ilə görüşmək istəmiş, Vicadla görüşə bilməmiş, Vüsal ilə görüşüb söhbət etmiş və qarmalların pullarını istəmişlər. Vüsal ona «qaramalların yarısını Vicad satmışdır, pulun yarısını mən verərəm, yarısını isə Vicad verəcəkdir» demiş, Vüsalın tanışı Orxan adlı şəxs Vüsalın əvəzində ona pul verəcəyini bildirmiş, daha sonrakı vaxtlarda Orxan onunla əlaqə yaradaraq onu Bərdəyə dəvət etmiş, Bərdə şəhərinə gedib Orxanla görüşmüş, sonuncu ona 5000 (beş min) manat vermiş, daha sonrakı vaxtlarda isə təkrar onunla əlaqə yaradaraq Bərdəyə dəvət etmiş, Bərdə şəhərinə getmiş Orcxan ona 3000 (üç min) mnat vermiş, həmin pulu qohumu Elmana boroca verdiyi 10000 (on min) manatın əvəzində götürmüşdür. Çünki həmin qaramallardan bir neçə başını Elman alıb Vüsal və Vicada satmışdır. Buna görə də Orxandan aldığı 8000 manat pulu özünə götürmüşdür. Elmana verdiyi 10000 manatın əvəzində Orxandan 8000 manat qəbul etmiş, bundan əlavə hər hansı bir şəxsdən pul almamışdır. Vicadla görüşməmiş ondan və yaxınlarından pul almamışdır. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Bərdə şəhərində yaşayır, Bərdə rayonunun Zümürxan kənd sakini Vüsal dostudur, münasibətləri yaxşıdır. 2022-ci ilin sentyabr ayının əvvəlində Vüsal ona zəng edib «borcum var qaytara bilmirəm. Pul üçün gəliblər» demiş, dərhal Bərdə rayonunun Zümürxan kəndinə gəlib Vüsal ilə görüşmüş, Vüsal onu Rövşən və Nizami adlı şəxslərlə görüşdürmüş, Rövşən və Nizaminin danışıqlarından başa düşmüşdür ki, 2022-ci ilin yay aylarında Vüsal ilə birlikdə qaramal alveri ilə məşğul olan Vicad Lerik rayonunun hansısa kəndinə gedib nisyə qarmal alıb alıb pulunu vermədən Zümürxan kəndinə Vüsalın həyətinə gətirmiş, daha sonra həmin qarmallardan bir neçə başını satıb pulunu Vüsala verməmişdir. Həmin vaxta qədər Rövşən və şərikləri bir neçə dəfə kəndə gəlib onlarla görüşüb pullarını alda bilməmişlər. Vicad qaramalların pulundan 8000 manatını, Vüsal isə 10000 manatını vermələrinə əvvəlki görüşlərində razılaşıb söz vermələrinə baxmayaraq pulu verə bilməmişlər. Nizami ilə gələn Rövşən Vüsaldan tələb etdiyi pulu Vüsval ödəyə bilmədiyi üçün özü Nizamiyə söz verib demişdir ki, Vüsalın əvəzində özü pulu qaytarar. Buna görə də 14 sentyabr 2022-ci il tarixdə Nizami Bərdə şəhərinə gəlmiş, ona 5000 manat, daha sonra isə 2-ci dəfə 28 noyabr 2022-ci il tarixdə təkrar Nizami Bərdə şəhərinə gəlmiş, ona 3000 manat pul vermiş, Vüsalın deməsinə görə mal sahibinə 2000 manat borclu qalmışdır. Vüsvalın əvəzidə Nizamiyə pulu könüllü vermiş, Nizami ondan hədə-qorxu ilə pul tələb etməmiş və pulu almaq üçün ona və Vüsala heç bir təsir göstərmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti başçısının Zümürxan kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunurlar. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışlar. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində onlara 22420 manat ziyan vurmuşdur. Hazırda həmin ziyandan 16250 manat ödənilmiş, qalıq 6170 manat isə ödənilməmişdir. Həmin ziyanı təqsirləndirlən şəxslərdən tələb edir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində onlara 22420 manat ziyan vurmuşdur. Hazırda həmin ziyandan 16250 manat ödənilmiş, qalıq 6170 manat isə ödənilməmişdir. Həmin ziyanı təqsirləndirlən şəxslərdən tələb edir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində onlara 22420 manat ziyan vurmuşdur. Hazırda həmin ziyandan 16250 manat ödənilmiş, qalıq 6170 manat isə ödənilməmişdir. Həmin ziyanı təqsirləndirlən şəxslərdən tələb edir. Cinayət işində olan materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 14 iyun 2023-cü il tarixindən, 16 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi Lerik RPŞ-in MSY-də saxlanılmışdır. Lerik rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 4(048)-10/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 iyun 2023-cü il tarixdən saat 15:00-dan hesablanmışdır. Lerik rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 4(048)-11/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 haqqında Lerik Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 4 (048)-10/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Lerik rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(048)-51/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 haqqında axtarış elan edilmiş və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Lerik Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Lerik Rayon Məhkəməsinin 1(048)-51/2023-cü il tarixli qərarı ilə axtarışda olan Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində tutularaq həmin tarixdə Lerik Rayon Polis Şöbəsinin MSY-də, sonra isə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də onlar həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etmələri CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı qismən ödənilməsini CM-nin 59.1.14-cü maddəsinə əsasən, əməllərindən peşman olmalarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ğlunun əməllərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm dəbaşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs1 CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsə alındığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın azadlıqdan məhrum etmə müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlığın mədhudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin, cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxslərin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını və onların üzərlərinə Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Bərdə rayonu Zümürxan kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. X3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış mülki iddiadan görünür ki, təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs2 qarşı cinayət yolu ilə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilsin, Zərərçəkmiş şəxs1 vurulmuş 6000 (altı min ) manat ziyan təqsirləndirlən şəxslər X5 və Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs1 hesabına köçürülməli, iş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 şübhəli şəxs qismində tutulduğu, ev dustaqlığı və həbsə saxlanıldığı 8(səkkiz) ay 07(yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla X4 təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 1(bir) il 4(dörd) ay 14 (on dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X3 üzərinə Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Bərdə rayonu Zümürxan kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. X3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Bərdə rayonu Zümürxan kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilsin, Zərərçəkmiş şəxs1 vurulmuş 6000 (altı min) manat ziyan təqsirləndirlən şəxslər X5 və Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs1 hesabına hesabına köçürülsün. Hökmün icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar