Məhkəmə qərarları › İş №1(048)-8/2025

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-8/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-8/2025 12.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1976-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan və məhkumluğu ödənilməyən, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 22 noyabr 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xeyli midarda -6,281 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, 21 noyabr 2024-cü il tarixdə, saat 20:40-da Lerik şəhəri, Nizami küçəsində yerləşən "Buta" adlı kafedə polisin iş rejimini pozduğundan və qanuni tələbinə məhəl qoymadığına görə Lerik RPŞ-na gətirilmiş, 22 noyabr 2024-cü il tarixdə, saat 01:00-da Lerik RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Şahid1 tərəfindən onun barəsində tutma protokolu tərtib edilərkən üzərində şəxsi axtarış aparan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda içərisində təmiz çəkisi -6,281 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik şəhəri, İ, Yaqubov küçəsi, ev 37-də qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə orada yaşayır. Evlidir, 2 uşağı vardır. Təxminən 2000-ci ildən indiyədək arabir narkotik vasitədən istifadə edir Narkotik vasitə marixuananı tanıyır. Sonuncu dəfə bir ay bundan əvvəl narkotik vasitə marixuanadan istifadə etmişdir Üzərində daşıdığı narkotik vasitə marixuananı təxminən 1 ay əvvəl, günorta saatlarında Lənkəran şəhərində adını bilmədiyi şəxsdən 30 manata almışdır. 21 noyabr 2024-cü il tarixdə, saat 20:40-da Lerik şəhəri, Nizami küçəsində yerləşən "Buta" adlı kafedə spirtli içkinin təsirindən sərxoş olduğundan polisın iş rejimini pozduğu üçün və polis əməkdaşının qanuni tələbinə məhəl qoymadığı üçün onu Lerik RPŞ-nin inzibati binasına gətirmişlər. Spirtli içkinin təsirindən ayılandan sonra 22 noyabr 2024-cü il tarixdə, saat 01:00-da Lerik rayon polis şöbəsində otaqların birində adını sonrada bildiyi Lerik RPŞ-nin İTB-nin sahə rəisi Şahid1 onun barəsində tutulma ptorotokolu tərtib edərkən üzərinə şəxsi axtarış aparan zaman əynində olan şalvarının sağ yan cibində narkotik vasitə olan marixuananı təqdim etmişdir. Narkotik vasitə olan marixuana qablaşdırılaraq götürülmüş, daha sonra həmin narkotik vasitəyə oxşar kütlə ona vəkil təqdim olunmuş Müdafiəçi iştirakı ilə təhqiqatçı Mirsəfa Mustafayevə təqdim edilmiş, narkotik vasitəyə baxış keçirilərək götürülüb qablaşdırılmış, protokol tertib olunaraq tərəfindən imzalanmışdır. Təqdim etdiyi 01 ədəd kibrit qutusunun içərisində marixuana var, istifadə etmək məqsədilə götürmüşdür. Axtarış zamanı digər hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Təqdim etdiyi büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşimandır, hər hansı bir psixi qüsuru və ya psixi xəstəliyi yoxdur. Təqdim etdiyi narkotik madde ona məxsusdur, istifadə etmək məqsədilə götürmüşdür. Şəxsi axtarış keçirilməsi barədə polis əməkdaşlan tərəfindən tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Ona qarşı heç kim zor tətbiq etməyib, heç kim ona hədə-qorxu gəlməyib, bədəni üzərində heç bir xəsarəti yoxdur. Bu barədə heç kimdən şikayət və tələbi yoxdur. Üzərində daşıdığı narkotik vasitə marixuananı təxminən 1 ay əvvəl günorta saatlarında Lənkəran şəhəri ərazisində adını bilmədiyi şəxsdən 30 manata almışdır. Həmin narkotik vasitəni Lənkəran şəhərində tanımadığı və xatırlamadığı şəxslərdən ayn-aynı vaxtlarda, həmçinin ayrı-ayrı yerlərdə əldə etmiş, narkotik vasitəni əldə etdiyi şəxsi tanımır, həmçinin həmin şəxsin adını və soyadını bilmir. Üzərində aşkar edilmış narkotik vasitəni istifadə etmək məqsədilə əldə etmişdir. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin təsadüf hallarda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Hazırda əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir, himayəsində 2 az yaşlı uşağı vardır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, işdə olan və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir, polis leytenantıdır Lerik rayonunun Pirasora kəndində qeydiyyatda olmaqla orada yaşayır. Lerik şəhər sakini Təqsirləndirilən şəxs tanımır, onunla arasında düşmənçilik və ziddiyyət olmamışdır 21 noyabr 2024-cü il tarixdə Lerik RPŞ-nin İTB-nin rəisi, polis mayoru Şahid2 raportu icraatına daxil olmuş. həmin raportda Təqsirləndirilən şəxs Lerik şəhəri ərazisində yerləşən "Buta" adlı kafedə polisin iş rejimini pozaraq qanuni fəaliyyətinə maneçilik törətməsi, dəfələrlə xəbərdar olunmasına baxmayaraq, onu nizam-intizama dəvət edilsə də, polisin qanuni tələbinə məhəl qoymaması və barəsində tədbir görülməsi xahiş edilmişdir. 2024-cü il tarixdə, saat 01:00 radələrində Lerik rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs barəsində tutulma protokolu tərtib olunarkən üzərində şəxsi axtarış zaanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində 01 ədəd kibrit qutuusnda narkotik vasitəyə bənzər spesifik iyə malik olan kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində yoxlanılarkən başqa narkotik vasitə və dövriyyəsi qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəyə oxşar kütləni istifadə etmək məqsədilə daşıdığını demişdir. Şöbə rəhbərliyinə raportla müraciət etmiş. həmin raportun icrası Lerik RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Mirsəfa Mustafayevə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunan qablaşdırılmış narkotik vasitəyə oxşar kütləni təhqiqatçı Mirsəfa Mustafayevə təqdim etmiş, narkotik vasitəyə oxşar kütləyə baxış keçirlilərək qablaşdırılış, protokol tərtib olunmuş və tərəfindən İmzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və ya istifadəsi ilə bağlı heç bir məlumata sahib deyil. Məhkmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstəmişdir ki, Lerik RPŞ-in İTB-nin rəisi vəzifəsində işləyir, polis polkovnik-leytenantıdır 21 11.2024-cu il tarixdə, saat 20:40 radələrində Lerik şəhəri ərazisində yerləşən "Buta" kafenin sahibi X5 Azərbaycan Respublikası DİN-nin 10 XZM-nə etdiyi müraciətilə əlaqədar olaraq hadisə yerinə getmişdir. Hadisə yerində bir nəfər şəxs polisin iş rejimini pozaraq qanuni fəaliyyətinə maneçilk törətmiş, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, onu nizam intizama dəvət etsə də o öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamış, o həmin şəxsi Lerik rayon polis şöbəsinin inzibati binasına gətirmiş, növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxs Lerik şəhər sakini Təqsirləndirilən şəxsdur Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsi üçün 21 noyabr 2024-cü il tarixdə raportla şöbə rəhbərliyinə müraciət etmişdir Raportu icrası Lerik RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Şahid1 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir Daha sonra Təqsirləndirilən şəxs barəsində tutma haqqında protokol tərtib olunarkən üzərində 01 ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar kütlə aşkar olunduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və ya istifadəsi ilə bağlı heç bir məlumata sahib deyil. İşdə olan 22 noyabr 2024-cü il tarixdə Lerik RPŞ-nin İTB-nin sahə rəisi, polis leyetnantı Şahid1 raportundan gönür ki, həmin tarixdə, saat 01:00 radələrində Təqsirləndirilən şəxs barəsində tutma protokolu tərtib edilərkən üzərində şəxsi axtarış aparan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində 01 ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar kutlə aşkar edilərək müvafiq qaydada götürülmüş və qablaşdırılmışdır. (Baxış videoçəkiliş ilə aparılaraq işə əlavə edilmişdir.) İşdə olan 22 noyabr 2024-cü il tarixdə Lerik RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib olunmuş əşyalara baxış keçirilməsi və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində 01 ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar kütləyə baxış keçirirlərək götürülüb qablaşdırımışdır. (Baxış videoçəkiliş ilə aparılaraq protokola əlavə edilmişdir.) İşdə olan "Lerik rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin 22 noyabr 2024cü il tarixli arayışından göürnür ki, Lerik şəhər sakini Təqsirləndirilən şəxs spirtli içki qəbul edib-etməməsinə görə müayinə olunmuş, müayinə zamanı vətəndaş Təqsirləndirilən şəxs spirtli içki qəbul etməsi və orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan təqdim olunan əşyaya “baxış keçirilməsi və götürmə haqqında” 22 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, 21 noyabr 2024-cü il tarixdə, saat 01:20-də Lerik şəhər sakini Təqsirləndirilən şəxs Lerik şəhərində yerləşən "Buta" adlı kafedə polisin tələblərinə tabesizlik göstərdiyi üçün Lerik RPŞ-nə gətirilmiş və üzrəində şəxsi aştarış aparılarkən əynində olan şalvarının sağ yan cibində 01 ədəd kibrit qutusunda içərisində narkotik vasitəyə oxşar çəkisi 9.2 qram olan kütlə aşkar olunmuş və Lerik RPŞ-nin Lerik RPŞ-nin İTB-nin sahə rəisi Şahid1 tərəfindən qablaşdırırlaraq götürülüb, qablaşdırılması və götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd kağız zərfə üzərində Təqsirləndirilən şəxs və Lerik RPŞ-nin İTB-nin sahə rəisi Şahid1 imzası olan zərfdə narkotik maddəyə oxşar kütlə aşkar olundu. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. İşdə olan Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin 22 noyabr 2024-cü il tarixli, 96 saylı tibbi ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin X6 22 noyabr 2024-cü il tarixli, 19/741 saylı rəydən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 kibrit qutusunda təmiz çəkisi 6,281 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkitik vasitə qurudulmuş marixuanadır.Qeyd: Ekspertiza tədqiqatı zamanı -6,281 qram olan marixuanadan 0,05 qram tədqiqata sərf edilmiş, -6,231 qram marixuana qalıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X10 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 22 noyabr 2024-cü il tarixli, 803 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə xx.xx.2024-cü il tarixində "Həşiş Narkomanlığı diaqnozu ilə qeydiyyata durur. İşdə olan maddi sübut qismində tanınma haqqında 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə edərək üzərində saxlamaqla daşıdığı -6,281 qram olan marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 6,231 qram marixuana 02 dekabr 2024-cu il tarixdə iş üzrə maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. İşdə olan Lerik rayon məhkəməsinin 23 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İşdə olan Lerik rayon icra Hakimiyyəti başçısının Lerik şəhər ərazi İcra nümayəndəlyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hümayəsində xx.xx.2008-ci il təvəllüdlü Ləman Ağayeva, xx.xx.2011-ci il təvəllüdlü Heydər Ağayev adlı iki uşağı vardır. İşdə olan Lerik rayon icra Hakimiyyəti başçısının Lerik şəhər ərazi İcra nümayəndəlyi tərəfndən verilmiş xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lerik rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 08 ay 16 gün azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmişdir. İşdə olan Lerik rayon İcra və X8 RPŞ-na daxil olmuş 19 dekabr 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 01 il 08 ay 16 gün müddətinə azadlığın mədudlaşdırıması cəzasının 22 noyabr 2024-cü il tarixə kimi çəkilməmiş hissəsi 1 il 7 ay 8 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində qeyd olunmuşdur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən,əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə işüzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində və Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən qəti olaraq azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan Lerik rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(048)36/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 noyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut – Lerik RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 6.231 qram qalan narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin matreallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Lerik rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli hökmü ilə qəti olaraq Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 8 (səkkiz) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 8 (səkkiz) günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 9 (doqquz) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-in 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin edilmiş 10 (on) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun xx.xx.2024cü il tarixdən “həşiş narkomanlığı” diaqnozu ilə ərazi narkoloji dispanserində qeydiyyata durması nəzərə alınsın. Lerik Rayon Polis şöbəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6.231 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin matreallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vəapelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar